Common use of İddia, arbitraj və məhkəmə işlərinin aparılması Clause in Contracts

İddia, arbitraj və məhkəmə işlərinin aparılması. 3.1. Sığortalı Sığortaçı ilə razılaşdırılmış müəyyən məbləğ hüdudunda müstəqil surətdə iddia, arbitraj və məhkəmə işlərini aparmağa haqlıdır. 3.2. Bu bölmənin 3.1 bəndinə əsasən Sığortalı iddia, məhkəmə və arbitraj işlərinin aparılması üçün müşahidəçi (sığorta qiymətləndiriciləri), vəkil və digər fiziki və hüquqi şəxslər təyin etmək, həmçinin Sığortaçıya və (və ya) onun agentinə məsləhət üçün müraciət etmək və ya işin aparılmasını onlara həvalə etməyə haqlıdır. 3.3. Sığortaçı bütün işlər üzrə aşağıdakı hüquqlara malikdir: - sığorta hadisəsi ilə əlaqədar hər hansı məlumatı, sənədləri sığortalıdan tələb etmək. - öz istəyi ilə Sığortalı adından sürveyerləri, ekspertləri, vəkilləri və digər şəxsləri işin aparılması və zərərlərin tənzimləməsi üçün işə təyin etmək. - sığortalının adından məhkəmə və ya arbitraj baxışında iştirak etmək. - zərərin azaldılması məqsədi ilə məsləhətlər vermək, həmçinin birgə tədqiqat və ekspert yoxlamaları aparmaq, 3.4. Sığortaçının 3.3 bəndində göstərilən hər hansı bir hərəkəti etməsi konkret sığorta hadisəsi üzrə onun öz məsuliyyətini qəbul etməsi demək deyil. 3.5. Əgər Sığortalı bu Qaydaların 3.3 bəndində göstərilən Sığortaçının hüquqlarıınn həyata keçirilməsinə kömək etməzsə və ya onun tapşırıq və məsləhətlərini yerinə yetirməzsə, Sığortaçı ödəniş tələblərini rədd etməyə və ya onun məbləğini azaltmağa haqlıdır.

Appears in 5 contracts

Samples: Gəmi Sahiblərinin Məsuliyyətinin Sığortası Qaydaları, Gəmi Sahiblərinin Məsuliyyətinin Sığortası Qaydaları, Gəmi Sahiblərinin Məsuliyyətinin Sığortası Qaydaları