İnvestisiya qiymətli kağızlarının hərrac qaydasında yerləşdirilməsi. 11.3.1. İstiqrazlar, abunə yazılışı keçirilmədən bu Qaydaların 6-cı bəndi ilə nəzərdə tutulmuş Bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu) və Rəqabətli hərrac üsulu (dolayı hərrac üsulu) ilə yerləşdirilə bilər. 11.3.2. İstiqrazların hərrac qaydasında yerləşdirilməsi zamanı, emissiya prospektində istiqrazların satış qiymətinin hərracdan əvvəl elan olunması nəzərdə tutulduqda bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu), digər hallarda rəqabətli hərrac üsulu (dolayı hərrac üsulu) tətbiq edilir. 11.3.3. İstiqrazların hərrac qaydasında yerləşdirilməsi Birjada bu məqsədlərlə yaradılmış xüsusi bazarda, Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir. 11.3.4. Hərrac qaydasında yerləşdirilmə zamanı istiqrazların yerləşdirilməsi müddəti 1 (bir) iş günündən xxx xxx bilməz. 11.3.5. İstiqrazların hərrac qaydasında yerləşdirilməsinin başlanmasından ən azı 5 (beş) iş günü əvvəl qiymətli kağızların Birjanın listinq qaydalarına müvafiq olaraq listinqə daxil edilməsi haqqında ərizə, qanunvericiliyə uyğun olaraq tərtib edilmiş emissiya prospekti (və ya informasiya memorandumu) emitent tərəfindən Birjaya təqdim edilməlidir. 11.3.6. İstiqrazlar Birjada listinqə daxil edildikdən sonra, qiymətli kağızların yerləşdirilməsinə başlanılması tarixinə ən azı 2 (iki) iş günü qalmış emitent və ya anderrayter qiymətli kağızların yerləşdirilməsinin başlanması tarixini və hərracın keçirilməsi şərtləri barədə məlumatı Birjaya təqdim etməli və qanunvericiliyə müvafiq olaraq açıqlamalıdır. 11.3.7. Hərracın keçirilməsinin şərtləri barədə məlumatda aşağıdakılar əks olunmalıdır: a) Hərracın keçirilməsi tarixi; b) Qiymətli kağızların qeydiyyat nömrəsi; c) Təklif olunan istiqrazların məbləği; d) Qeyri-rəqabətli sifarişlərin ümumi emissiya həcminə nəzərən maksimal məbləği; e) Bir istiqrazın satış qiyməti (emissiya prospektində bu qiymətin hərracdan əvvəl elan olunması nəzərdə tutulduqda);
Appears in 4 contracts