İQtisadi sabitləşmə Nümunə Maddələri

İQtisadi sabitləşmə. Bu Saziş üzrə Podratçıya (yaxud onun hüquq varislərinə) və onun Subpodratçılarına veriləsi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilmir, modifikasiya edilmir və ya məhdudlaşdırılmır. Əgər hər hansı Hökumət orqanı bu Sazişin müddəalarına xxxx xxxx, yaxud bu Saziş üzrə Podratçının hüquqlarına və ya mənafelərinə mənfi (yaxud müsbət) təsir göstərən hər hansı mövcud, yaxud gələcək qanunun, müqavilənin, hökumətlərarası sazişin, fərmanın və ya inzibati sərəncamın, o cümlədən, xxxxx bununla məhdudlaşmadan, vergi qanunvericiliyində, qaydalarda, inzibati təcrübədə hər hansı dəyişikliklərin tətbiq olunmasını tələb edirsə, Tərəflərin iqtisadi mənafelərinin tarazlığını bərpa etmək məqsədi ilə bu Sazişin müddəalarında təshihlər aparılır, və əgər Podratçının hüquq və mənafelərinə mənfi təsir olarsa, bu halda ARDNŞ bununla əlaqədar baş vermiş hər hansı itkilər, iqtisadi vəziyyətin pisləşməsi, zərər və ya ziyanlar üçün Podratçıya (və onun hüquq varislərinə) kompensasiya verir. Yuxarıdakı prinsiplərə uyğun olaraq hər hansı belə müqavilə, hökumətlərarası saziş, qanun, fərman və ya inzibati sərəncamla bu Saziş arasında hər hansı mübahisə və ya uyğunsuzluğu tez həll etmək üçün müvafiq Hökumət orqanlarının müvafiq tədbirləri görməsini təmin etmək məqsədilə ARDNŞ öz səlahiyyətlərinin tam həcmi çərçivəsində bütün ağlabatan səyləri göstərir.

Related to İQtisadi sabitləşmə

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.