Common use of Kartmane Kartı Clause in Contracts

Kartmane Kartı.

Appears in 6 contracts

Samples: Bank Services Agreement, Bank Services Agreement, Bank Services Agreement

Kartmane Kartı. 8.1. Bank müvafiq Razılaşma bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada Aksept edildikdən sonra həm debet kartı, həm də kredit və debet kartı funksiyalarını daşıyan Kartmane kartını kartın dəyəri ödənilməklə Müştəriyə verə, Kartmane kartı vasitəsilə kredit xətti (bərpaolunan/bərpaolunmayan), Müştəriyə “Kartmane hesabı” aça bilər, Müştəri isə kredit xətti üzrə öhdəliklərini yerinə yetirə və qanunvericiliklə qadağan olunmayan və Müqavilədə nəzərdə tutulan digər əməliyyatları həyata keçirə bilər. 8.2. Kartmane hesabı ilə bağlı münasibətlərə bu Ümumi Şərtlərin 5-ci bəndi (“Bank Hesabları”), Kartmane kartı ilə bağlı münasibətlərə isə bu Ümumi Şərtlərin 7-ci bəndi (“Ödəniş kartı”) tətbiq edilir. 8.3. Əsas kart bağlanıb ləğv edilərsə, əlavə kart da bağlanır. Müştəri mövcud cashback paketindən digər cashback paketinə keçid edərkən xxxx ay ərzində toplanılan ballar keçid edilən cashback növünə uyğun hesablanır. 8.4. Kartmane kredit kartının şərtləri. 8.4.1. Müştəri bu Ümumi Şərtlərin 8.4-cü bəndində nəzərdə tutulmuş qaydada verilən kredit xəttindən yalnız müvafiq Razılaşmada göstərilən müddətdə istifadə edə bilər. Həmin müddət bitdikdən sonra əgər bu Ümumi Şərtlərdə və müvafiq Razılaşmada başqa qayda nəzərdə tutulmayıbsa, Müştəri Kartmane kartını yalnız bu Ümumi Şərtlərin 8.5-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün istifadə edə bilər.Kredit xəttinin maksimal limiti, kredit xəttindən istifadə müddəti, illik faiz dərəcələri, güzəşt müddəti, Kartmane kartının müddəti, Kartmane kartının növü, Kartmane hesabının valyutası və s. şərtlər müvafiq Razılaşmada müəyyən edilir. 8.4.2. Müştəri kredit məbləğini ay ərzində (“Xərcləmə Müddəti”) istifadə edə bilər və həmin ayda aparılmış əməliyyatlar üzrə ümumi borc məbləğinin hesablanması həmin ayın son iş günü (“Hesab Kəsim Tarixi”) həyata keçirilir. Müvafiq ayın son iş günü Qanunvericiliklə qeyri-iş günü hesab olunan günə düşdükdə, Hesab Kəsim Tarixi müvafiq qeyri-iş günündən sonrakı ilk iş günü hesab olunur. 8.4.3. Müştəri tərəfindən hər növbəti ay müvafiq Razılaşmada göstərilən müddət ərzində (bundan sonra “Son Ödəniş Tarixi”) hesablanmış ümumi borc məbləğinin həmin Razılaşmada göstərilən hissəsi (bundan sonra “Minimum Ödəniş”) Banka ödənilməlidir. Son Ödəniş Tarixinin sonuncu günü Qanunvericiliklə qeyri-iş günü hesab olunan günə düşdükdə, Son Ödəniş Tarixi müvafiq qeyri-iş günündən sonrakı ilk iş günü hesab olunur. 8.4.4. Müştəri Müqavilə əsasında nağdsız qaydada aparılmış əməliyyatlar üzrə yaranmış Kredit borcunu ən geci müvafiq Razılaşmada nəzərdə tutulan müddətdə (“Son Ödəniş Tarixi”) ödəməyi öhdəsinə götürür. 8.4.5. Son Ödəniş Tarixi, Minimum Ödəniş Məbləği, Bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Bu zaman Bank tərəfindən Müştərinin Banka məlum xxxx əlaqə vasitələri ilə Müştəriyə müvafiq dəyişikliklər barədə məlumat verilir. 8.4.6. Müştəri bu Müqavilə üzrə ödənişləri lazımınca icra etmədikdə, kredit məbləğindən nağd və ya nağdsız qaydada istifadə edilməsindən asılı olaraq, müvafiq Razılaşmada nəzərdə tutulmuş qaydada gecikmə xxxxx hesablanır. 8.4.7. Müştəri ardıcıl olaraq iki dəfə Minimum Ödəniş Tarixi ərzində Minimum Ödənişi etməzsə, Kart Bank tərəfindən birtərəfli qaydada bloklaşdırılır və yalnız Müştəri tərəfindən Kreditin Ödəniş Cədvəli üzrə borcu ödənildikdən sonra blokdan azad edilə bilər. 8.4.8. Müştəri hеsabda оlan vəsaitin kredit qalığını Kartı olmadan nağdlaşdıra bilməz. 8.4.9. Müştərinin Müqavilə üzrə verilmiş Kartmane kartı vasitəsilə Kart hesabı üzrə apardığı istənilən əməliyyat Bankın əməliyyat sistemində əks etdirildiyi tarixdən icra olunmuş hesab olunur. 8.4.10. Bankın kartlarından istifadə еtməklə əməliyyatların aparılmasına görə Bankın Tariflərinə uyğun оlaraq hеsabın valyutasında kоmissiya tutulur. Kredit vəsaitinin nağdlaşdırılması əməliyyatının aparılmasına görə tətbiq edilən komissiya məbləği Bankın Tariflərinə əsasən Müştərinin Hesab(lar)ından tutulur. 8.4.11. Bankın Tarifləri, xidmət və məhsullarının şərtləri, habelə yeni təklif olunan xidmət və məhsulları barədə ən son məlumatlar Bankın İnternet Səhifəsində və/və ya Bankın təklif edəcəyi digər onlayn resurslarda yerləşdirilir. 8.4.12. Kredit digər valyutaya çevrilib verildikdə Bankın öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Bank özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Müştəri tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Bankın müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri 8.4.13. Müştərinin Kartmane kartından istifadəsi nəticəsində yaranmış Overdraft yarandığı gün Müştərinin Bank qarşısında digər borcları ilə yanaşı borcu hesab edilir. 8.4.14. Müştəri tərəfindən edilən kredit ödənişləri birinci növbədə ödəniş tarixinə xxxx vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), ikinci növbədə kredit üzrə hesablanmış faizlərin, üçüncü növbədə nağd qaydada istifadə edilən əsas borc məbləğinin, sonuncu olaraq isə nağdsız qaydada istifadə edilən əsas borc məbləğinin ödənilməsinə yönəldilir. 8.4.15. Kartmane kredit kartından istifadənin məqsədləri üçün nağdsız qaydada aparılan əməliyyatlar dedikdə, POS-terminal vasitəsilə, internet üzərindən alış-veriş məqsədilə və onlayn ödəniş məqsədilə istifadə, nağd qaydada aparılan əməliyyatlar dedikdə isə ATM vasitəsilə nağdlaşdırma, POS-terminal vasitəsilə nağdlaşdırma, “card to card” əməliyyatı aparılması, habelə onlayn ödəmə vasitəsilə kredit, kredit kartı və ya digər bank hesablarına ödənişlər edilməsi nəzərdə tutulur. 8.4.16. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi ilə nəticələnən hallardan biri və ya bir neçəsi baş verdikdə, Bank Kreditin limitini Müştərinin razılığı tələb olunmadan birtərəfli qaydada azalda və/və ya müvafiq Razılaşmaya birtərəfli qaydada xitam verə bilər. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi halları dedikdə, iş yerinin itirilməsi, əmək haqqının azaldılması, Müştərinin əmlakı üzərinə həbs qoyulması, Müştərinin başqa kreditlər götürməsi nəticəsində borc yükünün artması, Müştəri barədə cinayət işinin başlanması və bu barədə Banka məlumat daxil olması, Qanunvericiliyə və Qaydalara, habelə Bankın kredit risklərinin idarə edilməsi stategiyasına və siyasətinə əsasən müəyyən edilən Bankın daxili risk reytinqi üzrə Müştərinin risklilik dərəcəsinin Bank üçün əlverişli olmayan səviyyəyə çatması, Müştərinin bu Müqavilə üzrə Bank qarşısında öhdəliyini icra etməyə maneə olacaq dərəcədə sağlamlığını itirməsi, vəfat etməsi, kredit öhdəliyinin vaxtında icra edilməməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan hallar başa düşülür. 8.4.17. Kartmane kredit kartı üzrə kredit xətti müqaviləsinin şərtləri müvafiq Razılaşma ilə tənzimlənir. Müvafiq Razılaşmada nəzərdə tutulmuş qaydada müqavilə qüvvədə olduğu müddətdə Müştərinin Bank tərəfindən təhlili nəticəsində müqavilənin şərtləri və ödəniş qaydası barədə, Bank Müştərinin Banka məlum xxxx əlaqə vasitələri ilə Müştəriyə müvafiq qaydada məlumat verir. 8.4.18. Ödənişlərin həyata keçirilməsinə görə məsuliyyəti Müştəri daşıyır və Müştəri ödənişlə bağlı sənədləri Müqavilə üzrə öhdəliklərinə xitam verilənədək saxlamalıdır. 8.4.19. Müştəri kreditin verildiyi valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına xxxx rəsmi məzənnəsinin bu Müqavilənin imzalandığı günlə müqayisədə əhəmiyyətli dəyişməsi ilə bağlı məsuliyyəti öz üzərinə qəbul edir və bununla bağlı Banka qarşı gələcəkdə heç bir iddia irəli sürmədən Müqavilə üzrə öhdəliklərini yerinə yetirir. 8.4.20. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallardan hər xxxxx xxxx olduqda, Bank müvafiq Razılaşma Aksept edildikdən sonra belə Müştəriyə kredit verilməsindən imtina edə bilər. 8.4.21. Bank tərəfindən müəyyən еdilmiş öhdəliklər pоzulduqda və ya Müştəri borcunu vaxtında və lazımınca ödəmədiyi halda Bank kredit kartı üzrə kredit limitini ləğv edə, və ödənilməmiş kredit bоrcunu vaхtı kеçmiş krеdit hеsabına daхil etməklə müvafiq Razılaşmada nəzərdə tutulmuş miqdarda cərimə hеsablaya bilər. 8.4.22. Bank Müqavilənin şərtləri Müştəri tərəfindən pоzulduğu halda, еləcə də Bank tərəfindən zəruri bilinən digər hallarda, Kartın istifadəsini dayandırmaq, оnu ləğv еtmək və ya digər bütün lazımi tədbirləri həyata keçirmək hüququna malikdir. 8.4.23. Bank itkilərin qarşısını almaq məqsədilə Müştəridən Bankı qanе еdən təminat (sığоrta dеpоziti, girоv və s.) tələb еdə və ya bu təminatın dəyişdirilməsini tələb edə bilər. 8.4.24. Müştərinin Müqavilənin tələblərinə əməl еtməməsi nəticəsində baş vеrən hər hansı mübahisəli vəziyyətə, еləcə də Bankın nəzarətindən kənar hər hansı hala görə Bank məsuliyyət daşımır. 8.4.25. Müştəri müqavilə öhdəliklərini yerinə yetirmədikdə bank tərəfindən əvvəlcədən müştəriyə şifahi və ya yazılı xəbərdarlıq etmək şərtilə, yaranmış kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb edə və öz mülahizəsinə əsasən kartın kredit limitini qismən azalda, tam bağlaya və ya kredit kartını bloklaşdıra bilər. əsasən Müştəri müqavilə öhəliklərini tаm yerinə yetirdikdən sonra onun kredit kartı yenidən qarşılıqlı razılıq əsasında aktivləşdirilir. 8.5. Xxxxxxxx debet kartının şərtləri: 8.5.1. Müştəri tərəfindən Kartmane hesabına bu Ümumi Şərtlərdə və müvafiq Razılaşmalarda fərqli qayda nəzərdə tutulmadıqda, istənilən məbləğdə pul vəsaiti daxil edilə bilər. Kartmane hesabındakı Müştəri tərəfindən daxil edilən pul vəsaitinin qalığına müvafiq Razılaşmada nəzərdə tutulmuş şərtlərlə illik faiz hesablanır və Müştəriyə ödənilir. 8.5.2. Faizlər gündəlik olmaq şərti ilə günün sonuna xxxx qalığa hesablanır. 8.5.3. Kartmane hesabının qalığı üzrə bu Ümumi Şərtlərin 8.5.1-ci bəndi ilə müəyyən olunmuş şərtlər nəzərə alınmaqla, ay ərzində hesablanmış faiz məbləği hər ayın son iş günü ərzində kapitallaşmaqla Kartmane hesabına köçürülür. Müştəri tərəfindən yerləşdirilmiş məbləğlərə və kapitallaşdırılmış faiz məbləğlərinə bu Ümumi Şərtlərin 8.5.1-ci maddəsində qeyd olunan faiz dərəcəsi ilə faiz hesablanır. 8.5.4. Kartmane hesabına qoyulan və hər yeni əlavə edilən məbləğ üzrə faizlər vəsaitin Banka daxil olduğu günün ertəsi günündən məbləğin Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla onun hesabından silinməsindən əvvəlki günədək hesablanır. Müştəri pul vəsaitini Bankın uzadılmış əməliyyat günü (iş günü) hesab olunan vaxtda hesabına daxil etdikdə, pul məbləği müvafiq hesaba növbəti əməliyyat günü (iş günü) daxil olunmuş hesab olunur. 8.5.5. Müştəri Bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla, Bank təklif etdiyi halda isə təklif olunan rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Banka müraciət edərək Kartmane hesabı (debet) üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər. Müştəri rəqəmsal bankçılıq vasitəsilə Kartmane hesabı üzrə faiz hesablanmasının dayandırılması (və ya ya bərpa edilməsi) barədə Banka müraciət etdikdə, bu zaman Bank tərəfindən Müştərinin Banka təqdim etdiyi və müvafiq Razılaşmalarda göstərilən və ya sonradan Banka yazılı qaydada təqdim edilən mobil telefon nömrəsinə SMS vasitəsi ilə Birdəfəlik Şifrə göndərilir və yalnız Müştəri həmin rəqəmsal bankçılıq platformasında müvafiq xanaya bu Şifrəni daxil etdikdən sonra müraciətini təsdiqləmiş olur. Bununla da faiz hesablanması Bank tərəfindən dayandırılır (və ya bərpa edilir). Müştəri Xxxxxxxx hesabı üzrə Bankın təklif etdiyi həmin funksiyadan bir dəfə istifadə etdikdə, növbəti dəfə yalnız 24 (iyirmi dörd) saat sonra istifadə edə bilər. Kartmane hesabı üzrə faizlərin hesablanmasının dayandırılması və ya bərpa edilməsi Bankın təklif etdiyi digər üsul və vasitələrdən də istifadə etməklə həyata keçirilə bilər. 8.5.6. Müvafiq qaydada Müştərinin müraciəti üzrə faiz hesablanması dayandırıldıqda müvafiq tarixdən etibarən Bank tərəfindən Kartmane hesabı üzrə faiz hesablanmır və Müştəriyə heç bir faiz məbləği ödənilmir. 8.5.7. Müştərinin Xxxxxxxx hesabına daxil etdiyi pul vəsaitləri üzrə faiz gəlirləri Azərbaycan Respublikasının qüvvədə xxxx Qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb edilir. 8.5.8. Kartmane kartının hazırlanması üçün Bankın Tariflərinə uyğun xidmət haqqı tutulur və aşağıdakı qaydada silinir: 8.5.8.1. Kartmane kartı üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən Bank tərəfindən birtərəfli qaydada akseptsiz olaraq silinir. 8.5.8.2. Bu Ümumi Şərtlərin 8.5.14-cü bəndində nəzərdə tutulmuş qaydada hesablanmış bonuslar Kartmane kartı üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər. 8.5.9. Kartmane hesabındakı pul vəsaiti ATM (ölkədaxili) və POS terminallar (ölkədaxili) vasitəsilə nağdlaşdırıldıqda, nağdlaşdırma tarixindən asılı olaraq Bankın Tariflərinə uyğun tariflər tətbiq olunur. 8.5.10. Kartmane hesabına bağlı Əlavə Kartların sifarişi mümkündür. Əlavə kart sifariş edilərkən və Kartda xxxx vəsaitdən Əlavə Kart vasitəsilə istifadə olunarkən Bankın Tariflərinə uyğun xidmət haqqı tutulur. 8.5.11. Müvafiq Razılaşmada göstərilən müddət bitdikdə Kartmane hesabında xxxx qalıq vəsaitə faiz hesablanması dayandırılır. Müvafiq Razılaşmanın müddətinin uzadılması ilə bağlı Müştərinin müraciəti olduqda, Razılaşma yeni müddətə Bankın müvafiq məhsulu üzrə həmin tarixə mövcud xxxx şərtləri tətbiq edilməklə uzadıla bilər. 8.5.12. Bankın öz mülahizəsi və seçiminə əsasən, Müştərinin apardığı əməliyyatlar üzrə (Bankın İnternet Səhifəsində qeyd olunan əməliyyatlar istisna olmaqla) Bonuslar hesablana bilər. Müştərinin apardığı əməliyatlar üzrə Bonuslar aşağıdakı qaydada hesablanır və istifadə oluna bilər:

Appears in 2 contracts

Samples: Bank Services Agreement, Bank Services Agreement