Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan Müqavilənin Ümumi Şərtləri
Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan Müqavilənin Ümumi Şərtləri
(19.02.2024-cü il tarixində təsdiq edilmiş)
Bir tərəfdən Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Mərkəzi Bankının 03.06.1993- cü il tarixli, 136 xxxxx lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Rabitəbank” ASC, bundan sonra “Bank” adlandırılacaq və digər tərəfdən müştəri, bundan sonra “Müştəri” adlandırılacaq, bank xidmətlərindən istifadə üzrə müqavilənin ümumi şərtlərini aşağıdakı şərtlər əsasında təsdiq edirlər.
Mündəricat:
1- ci bənd: Əsas anlayışlar
2- ci bənd: Müqavilənin predmeti
3- cü bənd: Bank xidmətlərindən istifadə qaydası
4- cü bənd: Ümumi Müddəalar 5- ci bənd: Bank hesabları
6- cı bənd: E-bankçılıq xidməti
7- ci bənd: Ödəniş Kartı
8- ci bənd: Kartmane Kartı
8-1-ci bənd: “Kartmane Qeyri-Rezident” kartı 9- cu bənd: Nağd kreditlərin verilməsi
10- cu bənd: Xxxxx krediti
11- ci bənd: Lokal kartla kredit
12- ci bənd: Xxxxxx xxxxxxxx
13- cü bənd: Əmanətlərin sığortalanması
14- cü bənd: Qızıl zinət əşyalarının girovu ilə verilən kredit
15- ci bənd: Tərəflərin məsuliyyəti 16- cı bənd: Mübahisələrin həlli 17- ci bənd: Digər şərtlər
1. Əsas anlayışlar
1.1. Tərəflər arasında bağlanan Müqavilədə həmin Müqavilənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.1.1. “Tərəflər” (ayrılıqda “Tərəf”) – Bank və Müştəridir.
1.1.2. “Bank” – Azərbaycan Respublikası Mərkəzi Bankının 03.06.1993-cü il tarixli, 136 xxxxx lisenziyası və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “Rabitəbank” ASC-dir.
1.1.3. “Müştəri” – Xxxxxx xxxxxx xxxx və Müqavilə əsasında Bank tərəfindən təklif edilən Bank Xidmətlərindən istifadə edən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada Əsas Şərtləri imzalayan fiziki şəxslərdir.
1.1.4. Müqavilə - Bank ilə Müştəri arasında yazılı razılaşmanı təsdiq edən, ayrı-ayrı Bank Xidmətlərinin təqdim edilməsi üsulunu, onların həyata keçirilməsi və istifadəsi, habelə Tərəflərin hüquq və vəzifələri ilə bağlı şərtləri müəyyən edən, Tərəflər arasında münasibətləri tənzimləyən bu Ümumi Şərtlərdən və Müştəri tərəfindən imzalanmış, Müştərinin istifadə edəcəyi bank xidmətlərinin əsas şərtlərinin müəyyən edildiyi razılaşmalardan
(bundan sonra “Razılaşma”) ibarət ikitərəfli yazılı əqddir. Müqavilə bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada aksept edildikdə bağlanmış sayılır.
1.1.5. “Müqavilənin Ümumi Şərtləri” və ya “Ümumi Şərtlər” – “Müqavilənin Ümumi Şərtlər” və ya “Ümumi Şərtlər” –dəfələrlə istifadə üçün nəzərdə tutulan və vaxtaşırı Bankın səlahiyyətli orqanının qərarı ilə öz rəsmi saytında (xxx.xxxxxxxxxx.xxx) elan etməklə birtərəfli qaydada əlavələr və dəyişikliklər edilə bilən, Bankın İnternet Səhifəsində yerləşdirilən hazırkı şərtlərdir. Bank tərəfindən bu Ümumi Şərtlərə edilmiş hər hansı bir əlavə və dəyişiklik Bankın İnternet Səhifəsində yerləşdirildikdən sonra qüvvəyə minir.
1.1.6. “Müqavilənin Əsas Şərtləri” və ya “Əsas Şərtlər” - Müştərinin istifadə edəcəyi bank xidmətlərinin mühüm şərtlərini (məbləğ, müddət, faiz, valyuta və s.) müəyyən edən Tərəflərin bilavasitə razılaşdırdıqları və təsdiq etdikləri, bu Ümumi Şərtlərə istinad edən, bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada dəyişdirilə bilən və Müqavilənin tərkib hissəsi xxxx şərtlər deməkdir.
1.1.7. “Razılaşma” – Müştərinin istifadə edəcəyi Bank Xidmətlərinin növünün və Əsas Şərtlərinin müəyyən edildiyi, Tərəflərin imzaları ilə və ya Müqavilədə nəzərdə tutulmuş digər üsulla təsdiq edilmiş Müqavilənin ayrılmaz tərkib hissəsi xxxx razılaşmalardır.
1.1.8. “Bank Xidmət(lər)i” – Bu Ümumi Şərtlərin 2.1-ci bəndində sadalanan Bank tərəfindən Müştəriyə təqdim edilən xidmətlərdir.
1.1.9. “Bankın Tarifləri” və ya “Tariflər” – Müştəriyə göstərilən Bank Xidmətlərinin əvəzində Bankın müəyyənləşdirdiyi və tətbiq etdiyi xidmət haqqı, komissiya, faiz, əməliyyat limitləri və şərtlərini əks etdirən və Bankın səlahiyyətli orqanının qərarı ilə təsdiq edilən və dəyişdirilə bilən tariflərdir. Bankın Tarifləri Bankın İnternet Səhifəsində yerləşdirilir.
1.1.10. “Aksept etmək” – Müqavilənin şərtlərinin Müştəri və Bank tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq və bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada tam və qeyd-şərtsiz olaraq təsdiq edilməsidir. Müqavilənin məqsədləri üçün təsdiq etmək üsulu kimi: şəxsən imzalamaq, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaq (faksimile), elektron imzadan istifadə etmək və ya Bank tərəfindən təklif olunduğu halda şəxsi imzanın başqa analoqundan istifadə etmək nəzərdə tutulur.
1.1.11. “E-Bankçılıq xidməti” – ənənəvi bank məhsullarının müştərilərə rəqəmsal platformalar (İnternet Bankçılıq, Mobil Bankçılıq və Çat Bot) vasitəsilə təqdim edilməsidir.
1.1.12. “İnternet Bankçılıq Xidməti“– xüsusi proqram təminatı quraşdırılmadan elektron cihazlar üzərindən rabitə kanalları vasitəsilə təmin edilən bankçılıq xidmətidir.
1.1.13. “Mobil Bankçılıq xidməti” – xüsusi proqram təminatı quraşdırılmaqla və ya quraşdırılmadan mobil cihazlar (mobil telefon, planşet kompüter və s.) üzərindən mobil rabitə kanalları (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) vasitəsi ilə təmin edilən bankçılıq xidmətidir.
1.1.14. “Çat Bot” – messencer platforması (mobil telefon, planşet, kompüter və s.) üzərindən mobil rabitə kanalları (GSM, CDMA, 3G, HSPA+, WiFi, LTE və s.) vasitəsi ilə təmin edilən bankçılıq xidmətidir.
1.1.15. “Asan İmza” – Azərbaycan Respublikası Vergilər Nazirliyi ASAN Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş elektron imza üçün sertifikat əsasında eyniləşdirilən Müştərinin malik olduğu elektron imzadır.
1.1.16. “Gücləndirilmiş elektron imza” – imza sahibinin nəzarəti altında xxxx elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır (Asan İmza və s.).
1.1.17. “Şəxsi imzanın başqa analoqu” – Müqavilənin məqsədləri üçün analoq imza Bank tərəfindən Müştəriyə təqdim edilən və Müqaviləyə müfaviq olaraq İnternet/Mobil Bankçılıq Xidmətindən istifadə etmək imkanı verən, habelə bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada və şərtlərdə Tərəflərdən birinin və ya hər
ikisinin öz iradə ifadəsini təsdiq etməsi üsulu kimi istifadə edilən Login, Şifrə, Müvəqqəti Şifrə, Birdəfəlik Şifrə, PİN-kod, SMS və s. bu kimi şəxsi müəyyənləşdirməyə imkan verən işarədir.
1.1.18. “Elektron poçt ünvanı” – Qanunvericilikdə və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulan məqsədlər üçün isifadə olunan, məlumatın/sənədin tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən və Müştərinin imzaladığı Əsas Şərtlərdə əks olunan rabitə vasitəsidir.
1.1.19. “Birdəfəlik Şifrə” – Şəxsi imzanın başqa analoqu olmaqla, İnternet/ Mobil Bankçılıq Xidmətindən istifadə zamanı hər bir Elektron Ödəniş Tapşırığını, Elektron Sifarişi təstiq etməkdən ötrü və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada və şərtlərdə Tərəflərdən birinin və ya hər ikisinin öz iradə ifadəsini təsdiq etməsi üsulu kimi istifadə edilən, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulmuş simvolların unikal ardıcıllığıdır.
1.1.20. “Müştəri nömrəsi” – İnternet/Mobil Bankçılıq Xidmətindən istifadə zamanı Müştərinin müəyyənləşdirilməsi üçün Bank tərəfindən verilən unikal nömrədir.
1.1.21. “Şifrə” – İnternet/Mobil Bankçılıq Xidmətindən istifadə zamanı Müştərinin Eyniləşdirməsi üçün istifadə olunan, simvolların unikal ardıcıllığıdır. Şifrə dəfələrlə istifadə üçün nəzərdə tutulub və Müştərinin özü tərəfindən dəfələrlə dəyişdirilə bilər. Müştəri şifrəni unutduğu halda bərpa edilməsi üçün Banka müraciət etməlidir.
1.1.22. “Müvəqqəti Şifrə” – İnternet/Mobil Bankçılıq Xidmətindən ilk istifadə üçün Bank tərəfindən Müştəriyə təqdim olunan simvolların unikal ardıcıllığıdır.
1.1.23. “Elektron Ödəniş Tapşırığı” – Müştərinin bank hesabından maliyyə vəsaitinin köçürülməsi haqqında Müştərinin İnternet / Mobil Bankçılıq Xidməti vasitəsi ilə Banka elektron şəkildə təqdim etdiyi və Analoq İmza və ya Gücləndirilmiş elektron imza ilə təsdiq etdiyi elektron ödəniş tapşırığıdır.
1.1.24. “Elektron Sifariş” – Bankın xidmətlərini sifariş etmək üçün Müştərinin İnternet / Mobil Bankçılıq Xidməti vasitəsi ilə Banka elektron şəkildə təqdim etdiyi müraciətdir.
1.1.25. “Əməliyyat Limitləri” – Müqavilə üzrə Xidmətlərdən istifadə zamanı aparılan əməliyyatların məbləğlərinin Bank tərəfindən müəyyən edilmiş maksimal həddidir.
1.1.26. “Real vaxt rejimi” – əməliyyatın baş verdiyi andır.
1.1.27. Biometrik İdentifikasiya (barmaq izinin tanınması)” – Mobil Bankçılıq Xidmətinə giriş prosesində şifrəni əvəz edən və hesaba daxil olmağa icazə vermək üçün unikal barmaq izlərindən istifadə edən sistemdir.
1.1.28. “Biometrik İdentifikasiya (üzün tanınması)” – Mobil Bankçılıq Xidmətinə giriş prosesində şifrəni əvəz edir və hesaba daxil olmağa icazə vermək üçün unikal üz cizgilərindən istifadə edən sistemdir.
1.1.29. Ödəniş Kartı (bundan sonra “Kart”) – Nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün Müştəriyə təqdim edilən ödəniş alətidir.
1.1.30. Kartmane Kartı – “Rabitəbank” ASC-nin emissiya etdiyi, Müştəriyə Müqavilədə nəzərdə tutulmuş qaydada həm debet kartı, həm də kredit kartı xidmətlərindən istifadə imkanı verən Ödəniş Kartıdır.
1.1.31. Virtual Kartmane Kartı - İnternetdə və ya rəqəmsal platformalarda xidmət və malların əldə edilməsi və əvəzində ödənişlərin ödənilməsi üçün nəzərdə tutulmuş və yalnız Müqavilədə müəyyənləşdirilən şərtlər daxilində istifadə oluna bilən rəqəmsal Ödəniş Kartıdır.
1.1.32. Kart Hesabı (Kartmane hesabı) – Kart (Kartmane) vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan xxxx bank hesabıdır.
1.1.33. Xxxxx Xxxx – Müştərinin Kart Hesabına xxxxx xxxx və ona yaxud onun müəyyən etdiyi şəxslərə müəyyən edilmiş xərc limiti daxilində, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün Müştəriyə təqdim edilən ödəniş alətidir.
1.1.34. ATM – Ödənişlərin aparılması, nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleksidir (bankomat).
1.1.35. POS-terminal – Kart vasitəsilə nağdsız ödənişlərin aparılması (malların, iş və xidmətlərin ödənilməsi və.s) habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır.
1.1.36. Avtorizasiya – Kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından icazənin alınmasıdır.
1.1.37. Əməliyyatın işlənmə tarixi – Bankın kart təşkilatından aldığı və müəyyən müddət ərzində Kartdan istifadə etməklə aparılan əməliyyatların Bankın sistemində işlənilməsi tarixidir.
1.1.38. Skiminq – Kartın maqnit zolağındakı məlumatların qeyri-xxxxxx xxxxx digər karta köçürülməsidir.
1.1.39. Fraud - İnformasiya texnologiyaları sahəsində fırıldaqçılıq növüdür.
1.1.40. Kod Sözü – Bank tərəfindən belə xidmət təklif edildiyi halda, bank əməliyyatları üzrə məlumatların əldə edilməsi və xidmətlərdən istifadə olunması üçün Müştəri tərəfindən yazılı qaydada (ərizə və ya Bankın tələb etdiyi digər formada) təyin edilmiş gizli sözdür.
1.1.41. Overdraft – Xxxx hesab qalığından artıq xxxx məbləğlərdə xxxx hesab üzrə əməliyyatları həyata keçirmək imkanıdır.
1.1.42. Texniki (icazə verilməmiş) Overdraft – Akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki səbəblərdən Bankın və Müştərinin iradəsi xaricində Kart Hesabında yaranan mənfi qalıq, borc və öhdəliklərdir.
1.1.43. “PİN-kod” – Bank tərəfindən Müştəriyə və ya onun tərəfindən vəkil edilmiş şəxsə təqdim edilən və kartla əməliyyatların həyata keçirilməsi zaman Müştərinin tanınmasında istifadə olunan gizli şifrədir.
1.1.44. Aylıq xxxx qalıq – Kartmane hesabındakı pul vəsaitinin müvafiq ayın hər iş günü üçün hesablanmış qalıq məbləğlərinin cəminin həmin ayın iş günlərinin sayına xxxx nisbətidir.
1.1.45. “Cash by code” ximdəti – kart xxxxxx xxxx Müştərinin Mobil Bankçılıq və ya ATM vasitəsilə kart hesablarından kartı olmayan şəxslərə nağd pul göndərmək imkanıdır.
1.1.46. “Card to card” xidməti – bir Kart hesabından digərinə ATM, İnternet Bankçılıq və ya Mobil Bankçılıq vasitəsi ilə pul köçürmə imkanıdır.
1.1.47. “Cashback” – Müştəri tərəfindən xərclənən pulun bir hissəsinin Müştərinin hesabına xxxx qayıtması prosesidir.
1.1.48. “Bonus” – Bankın müəyyən etdiyi qaydada Müştərinin xeyrinə nağd pulun və ya Müqavilədə nəzərdə tutulmuş qaydada “Cashback”, virtual balların (habelə digər virtual ekvivalenti şəklində) hesablanmasıdır.
1.1.49. “Virtual bal” – Bankın Müştəriyə verə biləcəyi pul vəsaitinin Bank tərəfindən elektron şəkildə qəbul olunmuş ekvivalentidir.
1.1.50. “Bankın İnternet Səhifəsi” – Bankın xxx.xxxxxxxxxx.xxx ünvanlı veb səhifəsidir.
1.1.51. “Qanunvericilik və Qaydalar” – bu Müqavilənin məqsədləri üçün qanunvericilik və qaydalar dedikdə, Azərbaycan Respublikasında qüvvədə xxxx və Tərəflər arasındakı münasibətlərə şamil olunan istənilən normativ hüquqi aktlar və normativ xarakterli aktlar, maliyyə monitorinqi orqanının və maliyyə bazarlarına nəzarət orqanının qərarları və göstərişləri, müvafiq sahədə tətbiq olunan işgüzar adətlər, beynəlxalq standartlar, habelə Bankın daxili qaydaları başa düşülür.
1.1.52. “Ticarət Məntəqəsi” – ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün Kartları ödəniş vasitəsi kimi qəbul edən şəxsdir.
1.1.53. “SMS” – bu Ümumi Şərtlərdə göstərilən məqsədlər üçün Müştərinin xxxxx xxxx və ya istifadəsində xxxx mobil nömrəsinə göndərilən qısa mesajdır.
1.1.54. “Lokal kart” – yalnız ölkədaxilində əməliyyat aparılmasına icazə verilən kartlar nəzərdə tutulur.
1.1.55. “Gəlir xxxxx” – "Kartmane" hesabı üzrə məhsul şərtlərinə uyğun olaraq müəyyən olunmuş hesab aralığına (müəyyən olunmuş minimum və maksimum məbləğ həddinə) hesablanan faiz dərəcəsidir. "Kartmane" hesabının qalığı üzrə ay ərzində hesablanmış faiz məbləği hər ayın son iş günü ərzində kapitallaşmaqla kart hesabına köçürülür.
1.1.56. Müqavilənin mətnində qeyd edilən digər anlayışlar.
1.2. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu Ümumi Şərtlərdə müəyyən edilmiş bütün anlayışlar müvafiq Əsas Şərtlərdə də (Razılaşmalarda) eyni mənanı ifadə edir.
2. Müqavilənin predmeti
2.1. Bank Müştərinin yazılı və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş digər qaydada edilmiş müraciətinə əsasən aşağıdakı bank xidmətlərini (bundan sonra hər biri ayrı-ayrılıqda “Bank Xidməti”, birlikdə isə “Bank Xidmətləri” adlandırılacaqdır) göstərə bilər:
2.1.1. Bank hesablarının açılması və aparılması;
2.1.2. E-Bankçılıq xidmətlərinin göstərilməsi;
2.1.3. Müştəriyə Kartların (kredit və debet kart) təqdim edilməsi;
2.1.4. Nağd kreditlərin (təminatsız) verilməsi;
2.1.5. Müştəridən əmanətlərin qəbul edilməsi;
2.1.6. Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi.
2.2. Yuxarıda sadalanan Bank Xidmətlərinə uyğun olaraq Müştəri müvafiq vəsaitləri hesablara mədaxil etməyi və ödənişləri həyata keçirməyi öz üzərinə götürür.
2.3. Müştərinin hər dəfə istifadə edəcəyi Bank Xidmətlərinin Əsas Şərtləri Müştəri ilə Bank arasında bağlanmış müvafiq Razılaşmalarda müəyyən edilir.
2.4. Müqavilənin yuxarıdakı 2.1.1-2.1.6-cı bəndlərində göstərilən Xidmətlərlə bağlı hüquq münasibətləri həmin xidmətlərlə bağlı müvafiq Razılaşmaların bu Ümumi Şərtlərin 3-cü bəndinə uyğun olaraq Aksept edildiyi tarixdə (əgər müvafiq Razılaşmada başqa tarix nəzərdə tutulmamışdırsa) qüvvəyə minir.
3. Bank Xidmətlərindən istifadə qaydası
3.1. Müştəri ilə Bank arasında aşağıdakı ardıcıllıqla müəyyən olunmuş qaydalara riayət etməklə Müqavilə bağlandıqdan sonra, Müştəri Bank tərəfindən təklif edilən Bank Xidmətlərindən istifadə edə bilər:
3.1.1. Müştəri bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada Müqavilə bağlamaq üçün Bank tərəfindən təklif edilən üsullardan biri ilə (Banka şəxsən yaxınlaşaraq və ya elektron rabitə kanalları vasitəsilə) Banka müraciət edir;
3.1.2. Müştəri hər dəfə istifadə etmək niyyətində olduğu müvafiq Bank Xidməti üzrə müvafiq Razılaşmanı doldurub imzalamaqla Banka təqdim edir;
3.1.3. Müştəri tərəfindən imzalanmış müvafiq Razılaşma Bankın səlahiyyətli şəxsi tərəfindən imzalandıqdan (Aksept edildikdən) sonra qüvvəyə minir və Qanunvericiliyə uyğun olaraq bununla da Müştəri və Bank arasında Müqavilə bağlanmış hesab olunur. Bank və müştərinin şəxsən (fiziki imza), elektron, rəqəmsal imzası və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə (Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərdiyi şərtlərə digər Tərəfin razılığının müvafiq üsulla bildirməsi vasitəsilə) təsdiqlənən, yəni imzalanan, Bank və müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Müqavilə dedikdə onun ayrılmaz tərkib hissələri xxxx Əlavələr də nəzərdə tutulur, Müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi xxxx Əlavələrə də istinaddır. Standart Şərtlər və müştərinin imzaladığı razılaşmalar birlikdə Müqavilə hesab olunur. Müştəri və Bank təsdiq edir ki, SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərilmiş şərtlərə Müştəri tərəfindən müvafiq olaraq SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə razılığın verilməsi şəxsi imzanın analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir;
3.2. Müştəri hər bir Bank Xidməti üzrə Bankın İnternet Səhifəsinə daxil olaraq Müqavilənin ayrılmaz tərkib hissəsi xxxx bu Ümumi Şərtlərə birbaşa keçid əldə etmək və bu Şərtlərlə xxxxx xxxx imkanı əldə edir.
3.3. Müştəri hər hansı bir Bank Xidmətindən istifadə etdikcə hər dəfə Müqavilənin Ümumi Şərtlərini Bankın İnternet Səhifəsindən yükləyib həmin Şərtlərlə xxxxx olmağı öhdəsinə götürür.
3.4. Bu Ümumi Şərtlər Bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Əgər Razılaşmalarda və bu Ümumi Şərtlərdə başqa hal nəzərdə tutulmayıbsa, Bank tərəfindən qanunvericiliyə uyğun olaraq bu Ümumi Şərtlərə edilmiş hər hansı bir əlavə və dəyişiklik Bankın İnternet Səhifəsində dərc edildikdən sonra qüvvəyə minir.
3.5. Müştərinin istifadə etdiyi ayrı-ayrı Bank Xidmətlərinin Əsas Şərtləri Müqavilənin ayrılmaz tərkib hissəsi xxxx ayrı-ayrı Razılaşmalarla müəyyən edilir.
3.6. Bankın elektron cihazlar üzərindən rabitə kanalları vasitəsi ilə Xidmətlərdən istifadənin təmin edildiyi E- bankçılıq platformasında müvafiq Bank Xidməti üçün müraciət aləti mövcuddursa, Müştəri Xidmətdən istifadə üçün müvafiq formanı E-bankçılıq platforması vasitəsilə də təqdim edə bilər.
3.7. Xidmətlər üzrə və E-bankçılıq vasitəsilə aparılan əməliyyatlar üzrə Bank tərəfindən Əməliyyat Limitləri müəyyən edilə bilər.
3.8. Bank tərəfindən belə bir xidmət təklif olunduğu hallarda, Müştəri Banka əvvəlcədən təqdim etdiyi Elektron poçt ünvanı və ya mobil nöməsi vasitəsilə, yaxud da Kod Sözü vasitəsilə bu Müqavilə üzrə təklif olunan hər hansı bir xidmətə qoşulmaq və ya qoşulduğu xidməti dayandırmaq barədə sorğu ilə müraciət edə bilər.
3.9. Kağız və ya elektron daşıyıcıda Müqaviləyə edilmiş bütün Razılaşmalar, habelə istənilən digər əlavələr Müqavilənin tərkib hissəsi hesab edilir və Müqavilə ilə eyni hüquqi qüvvəyə malikdir.
3.10. Müqavilə qüvvəyə mindiyi tarixədək Müştəri ilə Bank arasında imzalanmış, xxxxx həmin tarixədək ardıcıl olaraq 1 (bir) il ərzində istifadə olunmayan hesablar üzrə hesab müqavilələri Müqavilə qüvvəyə mindiyi tarixdən etibarən qüvvədən düşmüş hesab olunur.
3.11. Müqavilə bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş xidmətlərdən istifadə edilməsi istisna olmaqla, üçüncü şəxslərin xeyrinə bağlana bilməz. Bu Müqavilə ilə Müştəriyə məxsus hüquqlar üçüncü şəxslərə ötürülə bilməz.
4. Ümumi müddəalar
4.1. Bank tərəfindən göstərilən Xidmətlər üzrə, Müştəri Banka Müqaviləyə (Ümumi Şərtlər və müvafiq Razılaşmalar da daxil olmaqla), həmçinin qüvvədə xxxx Xxxxxx Tariflərinə uyğun olaraq, faiz, komissiya və xidmət haqqı ödəyir. Bankın Tarifləri ilə nəzərdə tutulmuş xidmət haqları hər bir əməliyyat üzrə əməliyyatın aparıldığı gün Müştərinin Bankdakı hər hansı bir hesabından akseptsiz qaydada silinir.
4.2. Bankın tətbiq etdiyi Tariflər Bankın İnternet Səhifəsində və ya E-Bankçılıq platformasında yerləşdirilir və Müştərinin istəyinə uyğun olaraq Müştəriyə Bank tərəfindən yazılı şəkildə təqdim edilə bilər.
4.3. Bank Müştəriyə göstərilən Xidmətlər üzrə təklif edilən Tariflərə və digər ödənişlərə, ödəniş tarixlərinə öz rəsmi saytında (xxx.xxxxxxxxxx.xxx) elan etməklə birtərəfli qaydada əlavə və dəyişikliklər edə bilər. Müştəri Tariflərdə, həmçinin xidmət qaydalarında və şərtlərində və sair dəyişikliklərin mövcudluğunu hər hansı bir əməliyyat aparmamışdan əvvəl Bankın müvafiq filialında, İnternet Səhifəsində və ya İnternet Bankçılıq platformasında mütəmadi olaraq yoxlamağı öhdəsinə götürür. Müştəri müvafiq qaydada Bankın təyin etdiyi Əməliyyat Limitlərini qəbul edəcəyini və həmin Limitlərdən məlumatının olmaması səbəbi ilə etiraz etməyəcəyini öz öhdəsinə götürür.
4.4. Müştərinin Bank qarşısında bu və ya digər müqavilə üzrə hər hansı bir icra olunmamış öhdəliyi (kredit, ipoteka, girov və s.) yarandıqda və ya müvafiq məhkəmə qərarı olduqda, habelə Qanunvericiliklə və Qaydalarla müəyyən edilmiş digər hallarda bu Müqaviləyə aid olub-olmamasından asılı olmayaraq, Müştərinin sərəncamı olmadan onun hesabındakı pul vəsaiti Bank tərəfindən akseptsiz qaydada silinə bilər (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə
məzənnə əsas götürülməklə Bankın Tariflərinə əsasən həyata keçirilir və komissiya haqqı Müştərinin hesabındakı pul vəsaitindən akseptsiz qaydada silinir). Xidmət haqqı əməliyyat aparıldığı gün tutulur. Bank Müştərinin hesabında kifayət qədər vəsait olmadıqda bu faizlərin, borcların, komissiyaların və xidmət haqlarının nağd şəkildə ödənilməsini Müştəridən tələb edə bilər.
4.5. Aparılmış səhv əməliyyatlar nəticəsində Müştərinin Xxxxxx xxxx istənilən hesabına səhvən hesablanmış, köçürülmüş (verilmiş), Texniki Overdraft nəticəsində Bankın və ya Müştərinin iradəsi xaricində daxil olmuş vəsaiti, habelə Overdraft nəticəsində Müştərinin Bank qarşısında yaranmış borcu Bankın bu Müqaviləyə aid olub-olmamasından asılı olmayaraq Müştərinin Xxxxxx xxxx kart, depozit və ya bütün digər növ hesablarından onun razılığı olmadan akseptsiz qaydada silmək, habelə Müştərinin Xxxxxx xxxx istənilən əmlakını qanunvericilikdə nəzərdə tutulmuş qaydada özündə saxlamaqla Müştəriyə verməmək və məhkəmə vasitəsilə borcunun ödənilməsinə yönəltmək hüququ vardır. Overdraft və Texniki Overdraft yarandığı gün müştərinin bank qarşısında digər borcları ilə yanaşı borcu hesab edilir.
4.6. Müştərinin Banka bir neçə müqavilə (öhdəlik) üzrə hər hansı bir öhdəliyi yaranarsa və ya bu Müqavilə üzrə bir neçə əsasla öhdəliyi yaranarsa, müvafiq borcların tutulması (silinməsi) növbəliliyi Bankın mülahizəsinə əsasən müəyyən edilir.
4.7. Bank Müştərinin və ya etibarnamə əsasında nümayəndəsinin tələbi əsasında onun bu Müqavilə əsasında açılmış istənilən hesabı üzrə aparılmış əməliyyatlar (E-Bankçılıq platforması üzərindən aparılmış əməliyyatlar da daxil olmaqla), hesabın vəziyyəti və hesaba tələblər barədə hesabdan çıxarış və arayışı müştəriyə və ya onun etibarnamə əsasında nümayəndəsinə təqdim etməlidir (Müqavilədə nəzərdə tutulmuş hallarda şəxsən, poçt, elektron poçt və digər vasitələrlə). Hesab üzrə çıxarışlar Müştəri tərəfindən tələb olunduqda qanunvericiliyin tələbləri nəzərə alınmaqla əməliyyat aparıldığı gündən sonrakı gün ərzində verilir. Müştəri hesab üzrə çıxarış və arayışların göndərilməsi xərclərini Bankın Tariflərinə müvafiq olaraq ödəməlidir.
4.8. Bank tərəfindən Müştəriyə çıxarış və arayış verildiyi hallarda müvafiq çıxarışın və arayışın verilməsindən sonrakı 30 (otuz) gün ərzində çıxarış və arayış üzrə Banka iddia daxil olmadıqda bu, göstərilən məlumatların düzgünlüyünün təsdiqi hesab edilir və Müştəri tərəfindən mübahisələndirilə bilməz.
4.9. Müqavilənin və ya onun tərkib hisəsi xxxx xxx Razılaşmanın hər hansı səbəbdən qüvvədən düşməsindən asılı olmayaraq qüvvədən düşmə tarixinədək Müştəri Banka çatacaq faiz, komissiya və ya digər xidmət haqqını ödəməlidir və öhdəliklərini yerinə yetirilməlidir.
4.10. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və Müştəri haqqında məlumatların sirrinə, Müştərinin təqsiri nəticəsində bank sirrinin yayılması halları istisna olmaqla, Bank təminat verir. Bank sirri təşkil edən məlumatlar yalnız Müştərinin özünə və ya onun nümayəndəsinə verilə bilər. Müştəri təsdiq edir ki, bank sirri təşkil edən məlumatlar aşağıdakı istisna hallarda digər şəxslərə açıqlana bilər:
4.10.1. Azərbaycan Respublikasının qanuvericiliyində nəzərdə tutulmuş hallarda, tələb edilən məlumatlar (Müştəri və kredit barədə) toplanılması, işlənilməsi (emalı), saxlanılması və transsərhəd ötürülməsi məqsədilə Kredit Bürosuna verildikdə;
4.10.2. faydalanan şəxs qismində Bank çıxış etdikdə sığorta müqaviləsi üzrə sığortaçıya Qanunvericiliklə və Qaydalarla müəyyən edilmiş qaydada verildikdə;
4.10.3. yalnız cinayət işinin istintaqı, Müştərinin pul vəsaitinə və Bankın saxlancında xxxx əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət orqanlarına və onların vəzifəli şəxslərinə verildikdə;
4.10.4. bu Müqaviləyə əsasən Bank tərəfindən tələb hüquqları üçüncü şəxslərə güzəşt edildikdə (ötürüldükdə);
4.10.5. bu Müqavilənin icrası məqsədilə, tələb olunan məlumatların üçüncü tərəflərə ötürülməsi zərurəti yarandıqda;
4.10.6. Qanunvericilikdə və Qaydalarda nəzərdə tutulmuş digər hallarda.
4.11. Bank sirri təşkil edən məlumatlar Qanunvericilikdə və ya Müqavilədə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə verildikdən sonra onlar tərəfindən görülən tədbirlərə görə, yəni onların iş və qeyri-iş saatlarında, iş və qeyri-iş günlərində Müştəri ilə görüşməsinə, borcunun olmasının bildirilməsinə və onun qaytarılmasının tələb edilməsinə, evinə və ya iş yerinə gəlməsinə, evinə və ya iş yerinə telefon (o cümlədən elektron kommunikasiyalar) vasitəsilə zənglərin edilməsinə, habelə şifahi, yazılı formada həyəta keçirilməsinə görə Bank heç bir məsuliyyət daşımır.
4.12. Bank Müştərinin razılığını almadan öz mülahizəsi ilə istənilən zaman bu Müqavilə üzrə hüquqlarını başqa şəxslərə tələbin güzəşti yolu ilə vermək (ötürmək) və bu zaman kommersiya və ya bank sirri təşkil edən məlumatları həmin üçüncü şəxsə açıqlamaq hüququna malikdir.
4.13. Müqaviləni aksept etməklə Müştəri qəbul edir və Banka icazə verir ki, Bank tərəfindən ona göstərilən xidmətlərlə əlaqədar zərurət yarandığı halda, Bank Qanunvericiliklə və Qaydalarla qadağan olmayan resurslardan Müştəri barəsində fərdi məlumatlar da daxil olmaqla, zəruri xxxx bütün məlumatları əldə edə, toplaya, işləyə, saxlaya, transsərhəd ötürə bilər. Müştəri razılıq verir ki, ona aid bütün fərdi və bank sirrini təşkil edən məlumatları, Bank bu Müqavilə üzrə xidmətlərin göstərilməsi və icrası məqsədilə üçüncü şəxslərə verə bilər və Müqavilənin icrası ilə əlaqədar Müştəri məlumatlarının emal edilməsi üçüncü tərəf cəlb edilməklə həyata keçirilə bilər. Bu halda Bankla əməkdaşlıq edən üçüncü tərəflə Bank arasında fərdi məlumat və/və ya bank sirri təşkil edən məlumatların məxfiliyinin təmin edilməsi üçün Bank səy göstərəcəkdir. Bankla əməkdaşlıq edən üçüncü tərəf bu məlumatların məxfiliyinin qorunmasına dair öhdəlik götürərsə, xxxxx xxxx baxmayaraq həmin öhdəliyi pozaraq məlumatları yayarsa yaxud üçüncü tərəfin bu hərəkətləri ilə Müştəriyə zərər vurularsa, buna görə Bank məsuliyyət daşımır.
4.14. Bank qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Müştərinin sərəncamlarına əsasən əməliyyatları icra edərkən əlavə sənədlərin təqdim olunmasını Müştəridən tələb edə, habelə bu xxxxxxxx xxxxx edilməsi və qarşısının alınması məqsədilə Qanunvericilikdə və Qaydalarda nəzərdə tutulmuş qaydada hesab üzrə əməliyyatlara dair məhdudiyyətlər və ya xüsusi tələblər müəyyən edə bilər.
4.15. Müştəri Amerika Birləşmiş Ştatlarının xarici hesablar üzrə Vergi Əməletməsi aktının (FATCA) tələblərinə uyğun olaraq, habelə nəzərdə tutulduğu hallarda digər beynəlxalq və ya ölkədaxili aktların tələblərinə uyğun olaraq, zəruri məlumatları Banka təqdim etməyi, həmçinin bu aktdan irəli gələn tədbirlərin görülməsini və Bank tərəfindən məlumatların ABŞ və Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsinə etiraz etməməyi öhdəsinə götürür.
4.16. Bank Müştərinin, benefisiarın və ya həyata keçirilən əməliyyatın qeyri-xxxxxx xxxxx əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması, o cümlədən pulların yuyulması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə hər hansı şəkildə əlaqəli olduğuna dair əsaslı şübhələri mövcud olduqda əməliyyatları dayandıra və/və ya bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər.
4.17. Bank Müqavilənin predmetinə aid olmayan əməliyyatların həyata keçirilməsi üçün əlavə müqavilə bağlanmasını tələb edə bilər.
4.18. Bank Müştəri tərəfindən hesablaşma sənədlərinin hazırlanması və təqdim edilməsi ilə əlaqədar Qanunvericiliyin və Qaydaların tələblərinin pozulması faktını aşkarladıqda, hesablaşma-xxxxx əməliyyatlarının həyata keçirilməsindən imtina edə bilər.
4.19. Bank Müqaviləyə və ya ayrı-ayrı Xidmətlərlə bağlı yaranmış hüquq münasibətlərinə xitam vermək və müvafiq Xidməti dayandırmaq hüququna malikdir.
4.20. Müştəri Banka təqdim etdiyi və müvafiq Razılaşmalarda göstərilən və ya sonradan Banka yazılı qaydada təqdim edilən mobil nömrəni öz sahibliyində qoruyub-saxlayacaqdır. Xxxxxxx xxxxx edir ki, onun Banka təqdim etdiyi telefon nömrəsi vasitəsilə (SMS-lə), poçtla, elektron rabitə vasitəsilə, Müqavilədə qeyd
edilən elektron poçt ünvanı vasitəsilə Müqavilənin rəsmiləşdirilməsinin digər şəxs tərəfindən həyata
keçirilməsi xxxxxx, mobil telefon nömrəsinin, poçt ünvanının, elektron rabitə vasitəsinin, Müqavilədə qeyd edilən elektron poçt ünvanının onun istifadəsində olmaması xxxxxx istinad etməyəcəkdir.
4.21. Müştəri bu Ümumi Şərtlərdə nəzərdə tutulan hallarda etibarnamə əsasında nümayəndə vasitəsilə Xidmətlərdən istifadə edə bilər. Xxxxx bu etibarnamənin formasını əvvəlcədən Bankdan əldə etməli və həmin formaya uyğun etibarnamə verməlidir. Əks halda, Bank öz mülahizəsinə əsasən belə etibarnaməni hesab üzrə əməliyyatlar üçün əsas hesab etməyə bilər.
4.22. Nağd qaydada ödənilən borc məbləği istisna olmaqla, Müştəri tərəfindən hansı ödəniş vasitəsilə ödənilməsindən asılı olmayaraq, bu Müqavilə üzrə borc məbləğinin ödənilməsi tarixi pul vəsaitinin
Müştərinin Bankdakı hesabına daxil edildiyi və Bankın əməliyyat sistemində əks etdirildiyi gün hesab edilir. Borc məbləği Müştəri tərəfindən uzadılmış əməliyyat günü (iş günü) hesab olunan vaxtda ödənildikdə, Ümumi şərtlərdə və müvafiq Razılaşmada nəzərdə tutulan hallar istisna olmaqla, pul məbləği müvafiq hesaba növbəti əməliyyat günü (iş günü) Bankın əməliyyat sistemində əks etdirildikdən sonra daxil olunmuş hesab olunur. Nağd qaydada ödənilən borc məbləği isə Bankın əməliyyat günü ərzində həmin məbləğin Bankın xəzinəsinə mədaxil edildiyi gün ödənilmiş hesab olunur.
4.23. Müqavilənin məqsədləri üçün Bankın əməliyyat günü (iş günü) dedikdə, bazar ertəsindən cümə gününə kimi (cümə günü də daxil olmaqla) saat 10:00-xxx 16:00-dək xxxx vaxt, uzadılmış əməliyyat günü (iş günü) dedikdə isə bazar ertəsindən cümə gününə kimi hər gün saat 10.00-dək və 16.00-xxx sonrakı vaxt, habelə Qanunvericiliklə qeyri-iş günü hesab olunan günlərdəki istənilən vaxt başa düşülür.
4.24. Bu Müqavilə üzrə faizlərin hesablanması məqsədilə 1 (bir) ay 30 (otuz), 1 (bir) il isə 360 (üç yüz altmış) təqvim günü xxxx xxxx düşülür.
4.25. Müqavilə əsasında verilən kredit kartı və kredit üzrə faktiki illik faiz dərəcəsinin hesablanması zamanı həcmi və ödəniş müddəti Müqavilənin bağlanma anına bəlli xxxx aşağıdakı ödənişlər nəzərə alınır:
4.25.1. Kreditin əsas məbləği üzrə ödənişlər;
4.25.2. Kredit üzrə faizlər (gecikmə faizləri istisna olmaqla);
4.25.3. Müqavilənin rəsmiləşdirilməsi üçün komisyon xərclər;
4.25.4. Kredit hesabın açılması və aparılması (xidmət olunması) ilə bağlı xərclər, o cümlədən kreditin nağdlaşdırılma xərcləri (notariat, Müştərinin öhdəliklərini pozması nəticəsində yaranan zərər və bu tipli digər xərclər daxil deyil);
4.25.5. Təminatın (girovun) saxlanılması ilə bağlı xərclər (tətbiq olunduqda) (təminat müqavilələrinin notariat təsdiqi və dövlət qeydiyyatı ilə bağlı xərclər istisna olmaqla);
4.25.6. Müqavilədə əks olunmuş könüllü sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda və belə xidmətlər Bankın müəyyən etdiyi şəxslər tərəfindən həyata keçirildikdə);
4.25.7. Hər bir fərdi kredit üzrə Bankın tətbiq etdiyi digər inzibati xərclər.
4.26. Bank hesabı üzrə həyata keçirilən əməliyyatın (istənilən növ mədaxil və/və ya məxaric) valyutası həmin hesabın valyutasından fərqli valyutada olduqda, Bank tərəfindən əməliyyatın icra edildiyi günə xxxx Xxxxxx kommersiya məzənnəsi və Bankın qüvvədə xxxx tariflərinə uyğun şəkildə müvafiq hesabın və ya əməliyyatın valyutasına mübadilə edərək əməliyyatı həyata keçirilməsinə Müştəri razılıq verir.
4.27. Bank Müştərinin razılığı tələb olunmadan bu Ümumi şərtlərdən və müvafiq Razılaşmalardan irəli gələn tələb hüququnu və öhdəliklərini istənilən vaxt üçüncü şəxslərə güzəşt edə bilər.
4.28. Müştəri öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməzsə, Bank onun öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üçün qanunvericiliyə uyğun olaraq Müştərinin razılığı olmadan üçüncü şəxslərin, o cümlədən və bununla məhdudlaşmadan, kollektor agentlikləri, kollektor şirkətləri və bu sahədə ixtisaslaşmış digər hüquqi şəxslərin xidmətlərindən istifadə edə bilər.
4.29. Bank Müştərinin Bank qarşısındakı hər hansı öhdəliyi üzrə ödənişləri Müştərinin bütün hesablarından mübahisəsiz qaydada akseptsiz olaraq silə bilər.
4.30. Bank hesabların açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini Müştəridən tələb edə, hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə bu Müştərinin hesabını və Müştəri ilə bağlanılmış Razılaşmaları birtərəfli qaydada ləğv edə bilər;
4.31. Aşağıdakı hallardan hər xxxxx xxxx mövcud olarsa, müvafiq Razılaşma qarşılıqlı imzalandıqdan (Aksept edildikdən) sonra belə Bank Müştəriyə kredit verməkdən imtina edə bilər:
4.31.1. Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə əlaqədar kreditin vaxtında qaytarılmayacağı məlum olduqda (Hansı halların Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi hesab olunması Bankın mülahizəsinə əsasən müəyyən olunur);
4.31.2. Müştəri tərəfindən Banka yanlış məlumat verilməsi ilə bağlı olaraq kreditin vaxtında qayrarılmayacağı məlum olduqda;
4.31.3. Müştəri Ümumi Şərtlər və müvafiq Razılaşmalarda nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə;
4.31.4. Kreditin təminatla verildiyi hallarda təminat, əsas və ya əlavə təminatla bağlı sənədlər (o cümlədən, girov, qarantiya və zaminlik müqavilələri, həmçinin Bank tərəfindən tələb edildikdə bu Müqaviləyə uyğun sığorta sənədləri) təqdim edilmədikdə, təqdim edilən sənədlər düzgün tərtib edilmədikdə (xxx tərəfindən tərtib edilməsindən asılı olmayaraq) və ya qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirilmədikdə, habelə hazırkı Ümumi Şərtlər və müvafiq Razılaşmalara, Bankın daxili qaydalarına və ya təsdiq edilmiş müqavilə nümunələrinə uyğun olmadıqda və ya Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə cavab vermədikdə (xxx tərəfindən tərtib edilməsindən və ya notarial təsdiq edilib-edilməməsindən asılı olmayaraq).
4.31.5. Qanunvericilikdə və Qaydalarda, habelə hazırkı Ümumi Şərtlər və müvafiq Razılaşmalarda nəzərdə tutulmuş digər hallarda.
4.32. Bank Müştərinin nömrəsinə yeni kredit təklifi, aksiyalar, endirimlər yeni məhsullar barədə reklam xarakterli məlumatlar göndərə bilər.
4.33. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi ilə nəticələnən hallardan biri və ya bir neçəsi baş verdikdə, Bank Kreditin limitini Müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və/və ya Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi halları dedikdə, iş yerinin itirilməsi, əmək haqqının azaldılması, Müştərinin əmlakı üzərinə həbs qoyulması, Müştərinin başqa kreditlər götürməsi nəticəsində borc yükünün artması, Müştəri barədə cinayət işinin başlanması və bu barədə Banka məlumat daxil olması, hüquqi aktlarla təsdiq edilmiş qaydalara əsasən Bankın kredit risklərinin idarə edilməsi stategiyasına və siyasətinə əsasən müəyyən edilən Bankın daxili risk reytinqi üzrə Müştərinin risklilik dərəcəsinin Bank üçün əlverişli olmayan səviyyəyə çatması, Müştərinin Bank qarşısında öhdəliyini icra etməyə maneə olacaq dərəcədə sağlamlığını itirməsi, vəfat etməsi, kredit öhdəliyinin vaxtında icra edilməməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan hallar başa düşülür.
4.34. Müştəri bu Ümumi şərtlərə və müvafiq Razılaşmaya əsasən ona verilməsi nəzərdə tutulan Krediti yalnız məqsədli təyinatına uyğun istifadə etməlidir və kreditdən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat verir.
4.35. Müştəri Krediti və ondan istifadəyə görə faizləri bu müqavilə ilə müəyyən olunmuş müddətlərdə Xxxxx xxxx qaytarır.
4.36. Müştəri Kredit və ona hesablanmış faiz borcunu, eləcə də, ödənilməsi gecikdirilmiş Kredit və Kreditdən istifadəyə görə faiz borcunu, gecikdirilmə faizini həmçinin kreditin verilməsi və apardığı digər əməliyyatlar ilə
əlaqədar komisyon haqlarını özünə məxsus xxxx bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən vəsaitin silindiyi tarixə Bankun mövcud xxxx xxxx valyuta məzənnəsi əsas götürülməklə konvertasiya olunaraq akseptsiz qaydada silmək hüququnu Banka verir.
4.37. Müştəri Kreditin verilməsi və ya digər bank xidmətlərindən istifadə etməsi ilə əlaqədar yaranmış Bank tərəfindən tətbiq edilən tariflərə uyğun komisyon haqları Banka ödəyir.
4.38. Müştəri Bankın istənilən vaxt Azərbaycan Respublikasında rəsmi kredit bürolarından/mərkəzləşdirilmiş kredit reyestrlərindən, ASAN Finans platformasından və digər qeydiyyat orqanlarından, elektron portallardan onun haqqında xxxx bütün məlumatların Bank tərəfindən sorğu edilməsinə əvvəlcədən öz razılığını bildirir.
4.39. Bank qarşısında öhdəliklərini pozduqda və vaxtında icra etmədikdə, bu öhdəliklərin icrasını təmin etmək üçün Bank üçüncü şəxslərin xidmətlərindən istifadə etdikdə, onun haqqında xxxx bütün məlumatların və sənədlərin, o cümlədən məzmunu bank sirrindən ibarət xxxx məlumatların və sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq Bank tərəfindən üçüncü şəxslərə təqdim olunmasına əvvəlcədən razılıq verir. Bu razılıq bu Müqavilə üzrə yaranmış tələb hüququ Bank tərəfindən üçüncü şəxslərə güzəşt olunduqda da qüvvədədir.
4.40. Müştəri kreditin alınması üçün Banka təqdim etdiyi sənədlərdə/məlumatlarda, habelə Müştərinin Nömrəsində hər hansı bir dəyişiklik baş verdikdə, həmin dəyişikliyin baş verməsindən sonrakı 3 (üç) iş günü ərzində bu barədə Bankı yazılı sürətdə xəbərdar etməlidir.
4.41. Bankdakı hesablarına səhv daxil edilmiş pul vəsaitlərini növbəti əməliyyat günündən gec olmayaraq Xxxxx xxxx qaytarılmalıdır
4.42. Hesabında xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat verir və buna görə məsuliyyət daşıyır.
4.43. Müştəri Bank tərəfindən tələb edildikdə və Ümumi şərtlər və Razılaşma rəsmiləşdirilərkən Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etməlidir. Müştəri Ümumi şərtlərin və Razılaşmanın müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat verməlidir.
4.44. Müştəri kredit üzrə öhdəliklərini vaxtından əvvəl icra edərsə, Bank Müştəridən kompensasiya tələb etmək hüququna malikdir. Bu kompensasiyanın məbləği müqavilə müddətinin bitməsinə bir ildən xxx müddət qaldıqda, kredit üzrə vaxtından əvvəl ödənilmiş məbləğin 1 (bir) faizini, bir il və daha az müddət qaldıqda isə 0,5 faizini təşkil edir. Hesablanmış kompensasiya məbləği kreditin Müştəri tərəfindən vaxtından əvvəl icrası anı ilə kreditin müddətinin başa çatması anı arasındakı müddət üzrə hesablanmış faiz məbləğlərindən xxx olmamalıdır.
4.45. Müştərinin müvafiq Razılaşma üzrə kreditin ona verildiyi gündən 30 (otuz) gün müddətində hər hansı bir səbəb göstərmədən kreditdən imtina etmək hüququ vardır. Bu halda, Müştəri kredit üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlidir. Bu bəndin birinci cümləsində qeyd edilən hal baş verdikdə Bank Müştəridən, tətbiq edilmişdirsə, dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla kompensasiya və ya hər hansı digər ödənişin edilməsini tələb etmir.
4.46. Bank tərəfindən aparılmış monitorinq nəticəsində kart əməliyyatları üzrə Bankın öz mülahizəsinə əsasən şübhəli hesab olunan hallar aşkarlandıqda Bankın həmin Müştəriyə münasibətdə bonusların hesablanması qaydasını və şərtlərini birtərəfli şəkildə dəyişdirmək, bonusların hesablanmasını dayandırmaq, hesablanmış bonusları ləğv etmək, kartı bloklaşdırmaq və/və ya Müştərini mənfi tarixçəsi xxxx Müştərilər siyahısına əlavə edərək Bankın kart məhsullarından istifadəsini məhdudlaşdırmaq hüququ var. Bank qeyd olunan müdafiə tədbirlərindən birini, bir neçəsini və ya hamısını eyni anda tətbiq edə bilər. Şübhəli hesab olunan hallar deyildikdə bonusların qazanılması üçün kartdan sui-istifadə edilməsi, Bankın digər kart Müştəriləri ilə şübhə doğuran əməliyyatlar aparılması, əməliyyatların qısa zaman ərzində təkrarlanması, əməliyyatların bir ticarət
məntəqəsində təkrarlanması və x. xxxxxx xxxx düşülür. Xxxxx, şübhəli hesab olunan halların siyahısı qeydolunalarla məhdudlaşmır və həmin hallar Bankın mülahizəsinə əsasən müəyyən olunur.
5. Bank Hesabları
5.1. Müvafiq Razılaşma bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada Aksept edildikdə, Bank Müştəriyə xxxx bank hesabı (bundan sonra “Hesab” adlanacaq) açır, Qanunvericiliyə və Qaydalara, habelə Müqaviləyə uyğun olmaq şərtilə açılmış Hesaba pul vəsaitini qəbul edir və hesaba mədaxil edir, habelə hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirir.
5.2. Müqavilə üzrə Müştəri hər sonrakı Hesabı üçün müvafiq Razılaşmanı yenidən təqdim edir və yeni açılan Hesabın valyutası Müştərinin təqdim etdiyi müvafiq Razılaşmada müəyyən edilir.
5.3. Müştəri tərəfindən Qanunvericiliklə və Qaydalarla tələb edilən sənədlər təqdim edildikdən sonra Bank onun üçün Hesab açmalıdır.
5.4. Hesabda xxxx pul vəsaitinə dair Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, Bank Müştərinin sərəncam vermək hüququnu təmin edir.
5.5. Bank Müştərinin pul vəsaitini Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə Hesaba mədaxil etməli və hesabdan köçürməlidir. Müştəri bu Müqavilə üzrə pul vəsaitini Bankın uzadılmış əməliyyat günü (iş günü) hesab olunan vaxtda hesabına daxil etdikdə, pul məbləği müvafiq Hesaba növbəti əməliyyat günü (iş günü) daxil olunmuş hesab olunur. Müştəri pul vəsaitini (və ya bir hissəsini) Hesabından Bankın uzadılmış əməliyyat günü (iş günü) hesab olunan vaxtda çıxartdıqda, pul vəsaiti müvafiq Hesabdan növbəti əməliyyat günü (iş günü) çıxarılmış hesab olunur.
5.6. Müştəri təqdim etdiyi ödəniş tapşırığının icra olunma vaxtını müvafiq tapşırığı təqdim etdiyi filialdan öyrənə bilər.
5.7. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Bank Müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə Müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində məhdudiyyətlər qoya bilməz. Qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı hallar istisna təşkil edir.
5.8. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallar istisa olmaqla, Bank Müştərinin sərəncamı əsasında hesabdan pul vəsaitini silir.
5.9. Bank Müştəri tərəfindən verilmiş ödəniş tapşırığı əsasında vəsait alanın xeyrinə ödənişləri dövri olaraq həyata keçirə bilər. Xxxxx hesabda pul vəsaiti olmadığı və çatışmadığı təqdirdə, bu əməliyyat Bank tərəfindən icra edilmir və buna görə Bank məsuliyyət daşımır. Dövri ödənişlərin müddəti Qanunvericiliklə və Qaydalarla tənzimlənir. Bu müddət başa çatdıqdan sonra, əgər Müştəri dövri ödənişlərin həyata keçirilməsinin davam etdirilməsini istəyərsə, o zaman dövri ödənişlərin aparılmasını nəzərdə tutan yeni ödəniş tapşırığını Banka təqdim etməlidir.
5.10. Müştəri dövri ödənişlərin dayandırılmasını istədikdə və ya ödəniş tapşırığında dövri ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı bir dəyişiklik etdikdə, Banka yeni ödəniş tapşırığı təqdim etməlidir.
5.11. Dövri ödəniş üzrə əməliyyat aparıldıqda, Bank tərəfindən ödəniş tapşırığının müvafiq hissəsində aşağıdakı məlumatlar qeyd olunur:
5.11.1. ödənişin həyata keçirilməsi tarixi;
5.11.2. dövri ödənişlərin başa çatdığı tarix.
5.12. İmza və möhür nümunələri vərəqəsində birinci və/və ya ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduqda, həmin imzaların istifadəsi qaydası Müştərinin hər hesab açılması üçün təqdim etdiyi müvafiq Razılaşma və imza nümunəsi vərəqəsi əsasında əsasında müəyyən edilir.
5.13. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Müştərinin hesabındakı (əmanət hesabı istisna olmaqla) pul vəsaitindən istifadəyə görə Bank faiz ödəmir.
5.14. Hesablar üzrə Overdrafta yol verilib-verilmədiyi müvafiq Razılaşmada öz əksini tapır.
5.15. Müqavilədə ayrı-ayrı məhsullar üzrə fərqli qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla, hər bir Hesab üzrə Bankın Tariflərində nəzərdə tutulmuş müddət ərzində hər hansı əməliyyat aparılmazsa, həmin Hesabın saxlanması üçün Bankın Tariflərinə uyğun olaraq xidmət haqqı tətbiq edilə və Hesabdakı vəsaitdən Bankın xeyrinə tutula bilər.
5.16. Hesablar üzrə nağdsız hesablaşmalar aparılarkən Bank tərəfindən təklif olunduğu halda ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalarla, inkasso üzrə, çeklərlə (əgər Bank Müştəriyə çek təqdim edirsə), Ödəniş Kartları ilə, E-Bankçılıq platforması vasitəsilə, elektron şəklində hesablaşmalara, habelə Qanunvericilik və Qaydalarla və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir.
5.17. Hesaba nağdsız hesablaşma vasitəsilə ödənilmiş vəsait Müştəri tərəfindən nağd şəkildə çıxarıldıqda, vəsaitin hesabdan çıxarılması üçün komissiyalar Bankın Tariflərinə uyğun olaraq tutulur.
5.18. Bank vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq Müştərinin vergi agenti vəzifəsini icra edə bilər.
5.19. Müştəri Hesabda xxxx pul vəsaiti üzrə sərəncam vermək hüququnu digər şəxsə həvalə etmək üçün belə şəxsə notariat qaydasında təsdiq edilmiş etibarnamə verməlidir.
5.20. Müştəri büdcə və büdcədənkənar fondlar qarşısında yerinə yetirilməmiş öhdəliklərinin olduğu halda hesabda həmin öhdəliklərin ödənilməsi üçün pul vəsaiti saxlamalıdır.
5.21. Müştəri Hesab üzrə aparılmış səhv əməliyyatlar haqqında təxirə salınmadan əməliyyat aparıldığı tarixdən 1 (bir) iş günündən gec olmayaraq Banka məlumat verməlidir.
5.22. Bank aşağıdakı hallarda müvafiq Hesabı bağlayıb, həmin Hesabla bağlı yaranmış hüquq münasibətlərinə birtərəfli qaydada xitam verə bilər:
5.22.1. Müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği nəzərdə tutulmuş minimum miqdardan az olduqda (xəbərdarlıq müddəti gözləmədən);
5.22.2. Bir il müddətində Müştərinin Hesabı üzrə əməliyyatlar aparılmadıqda (ayrı-ayrı məhsullar üzrə açılan hesablara daha az müddət tətbiq edilə bilər);
5.22.3. Müştərinin hesabdan qeyri-leqal məqsədlər üçün istifadə etməsi barədə Xxxxxx əsaslı şübhələr olduqda (xəbərdarlıq müddəti gözləmədən);
5.22.4. Müştərini 1 (bir) ay əvvəlcədən yazılı qaydada xəbərdar etməklə müvafiq Razılaşmaya xitam verilməsi yolu ilə;
5.22.5. Qanunvericilik və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş digər hallarda.
5.23. Müqaviləyə hər hansı bir müvafiq Razılaşma əsasında açılmış Hesabının bağlanması ilə əlaqədar Müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi Banka daxil olduqda, müvafiq hesab Bank tərəfindən bağlanılır.
5.24. Müqavilə hər hansı bir səbəbdən ləğv edildikdə isə Müştərinin Müqavilə əsasında açılmış bütün Hesab(lar)ı bağlanılır.
5.25. Hər hansı bir əsasla bağlanmasından asılı olmayaraq, Hesabdakı pul vəsaitinin qalığı Müştəriyə verilir və ya Müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci 7 (yeddi) gün keçənədək başqa hesaba köçürülür.
5.26. Hesabdakı pul vəsaitinin qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və Müştəriyə bu barədə yazılı (elektron və ya kağız daşıyıcıda) məlumat verilir.
6. E-Bankçılıq xidməti
6.1. Bank müəyyən Xidmətləri E-Bankçılıq platforması vasitəsilə Müştəriyə təqdim edə bilər.
6.2. E-Bankçılıq xidməti vasitəsi ilə Bank Müştəriyə Müştərinin tapşırığı əsasında real vaxt rejimində Bankın İnternet Səhifəsində yerləşdirilmiş siyahıda nəzərdə tutulmuş xidmətləri təqdim etməyi, Müştəri isə bunun müqabilində Banka Müqavilədə və Tariflərdə nəzərdə tutulmuş qaydada ödəniş etməyi öhdəsinə götürür.
6.3. Müvafiq Razılaşma bu Ümumi şərtlərin 3-cü bəndində göstərilmiş qaydada Aksept edildikdən sonra Müştəri Bank tərəfindən təklif olunan E-Bankçılıq xidmətlərindən istifadə etməyə başlayır. Müvafiq Razılaşma Aksept edildikdən sonra Müştəri xidmətlərdən hər hansı birinə qoşulan zaman Müştərinin Banka məxsus Ödəniş Kart(lar)ı və bank hesab(lar)ı (xidmət növündən asılı olaraq) avtomatik qaydada həmin xidmətə əlavə olunur.
6.4. Müştəriyə İnternet/Mobil Bankçılığa qoşulmaq üçün Müştəri Nömrəsi, həmçinin Müvəqqəti Şifrə təqdim edilir.
6.5. Müştəri, İnternet/Mobil Bankçılığa daxil olmaq üçün Bankın İnternet Səhifəsində yerləşdirilmiş müvafiq linkə daxil olmaqla, ona məxsus xxxx Analoq və ya Gücləndirilmiş elektron imzadan istifadə edərək birbaşa Bankın sisteminə daxil olur.
6.6. Qeyri-sahibkar fiziki şəxslər Banka əvvəlcədən bildirilmiş səlahiyyətləri çərçivəsində Şəxsi imzanın başqa analoqu və\və ya Gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet/Mobil Bankçılıq vasitəsi ilə Bank tərəfindən təklif edilən bank əməliyyatlarını apara bilərlər. E-Bankçılıq xidmətləri vasitəsilə Hesab açılması və əmanətin yerləşdirilməsi əməliyyatları isə yalnız Qanunvericiliyin və Qaydaların tələblərinə uyğun olmaqla Bank tərəfindən təklif edilən üsul və vasitələrlə icra edilə bilər.
6.7. E-Bankçılığa qoşulmuş Müştəri mobil telefon nömrəsini dəyişdirdiyi və ya nömrə eyni qalmaqla mobil operatoru dəyişdiyi halda həmin gün Banka yazılı məlumat verməlidir. Belə məlumatın verilmədiyi halda yarana biləcək neqativ hallar üçün Bank məsuliyyət daşımır.
6.8. Müştəri E-Bankçılığa bağlı bütün Hesablarına görə bu Müqavilə çərçivəsində eyni dərəcədə məsuliyyət daşıyır.
6.9. Əməliyyatlar Qanunvericiliyə və Qaydalara uyğun olaraq Müştərinin Bankdakı müvafiq hesabında xxxx pul vəsaitlərinin limiti və Əməliyyat Limitləri çərçivəsində həyata keçirilir.
6.10. Elektron Ödəniş Tapşırığı növbəti İş Günündən gec olmarayaq icra edilir. Müştəri tərəfindən Bankın təyin etmiş olduğu Əməliyyat Limitləri xaricində xxxx əməliyyatlar uzadılmış əməliyyat günü ərzində həyata keçirildikdə, müvafiq əməliyyatlar Bank tərəfindən növbəti əməliyyat günündə icra olunmaq üçün dəyərləndirilir.
6.11. Bu Müqavilə çərçivəsində təqdim edilən İnternet/Mobil Bankçılıqdan istifadə edilməsi (etmək) Gücləndirilmiş elektron imza, Şəxsi imzanın başqa analoqu, habelə Biometrik İdentifikasiya (barmaq izinin və üzün tanınması) kimi təhlükəsizlik üsulları vasitəsi ilə mümkündür.
6.12. Biometrik İdentifikasiya (barmaq izinin və üzün tanınması) yalnız Mobil Bankçılıq platformasına daxil olmaq üçündür və dördrəqəmli Şifrənin alternativini təşkil edir.
6.13. ASAN İmza və Şəxsi imzanın başqa analoqu vasitəsi ilə sistemə daxil olunması proseduru Qanunvericiliyə və Qaydalara uyğun olaraq müəyyən edilir.
6.14. Bu Müqavilə qüvvədə olduğu müddət ərzində Bank Şəxsi imzanın başqa analoqu, Gücləndirilmiş elektron imza, Biometrik İdentifikasiya təhlükəsizlik vasitələri ilə yanaşı, Qanunvericiliklə və Qaydalarla qadağan olunmayan digər eyniləşdirmə üsullarını da tətbiq etmək hüququna malikdir.
6.15. Bank Qanunvericiliyə və Qayadalara uyğun olaraq gələcəkdə akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən təqdim edilən digər gücləndirilmiş elektron imzalar vasitəsi ilə də Bank Xidmətlərindən istifadə imkanı yarada bilər.
6.16. Bank Müştəriyə verdiyi hesaba giriş vasitələrini təhlükəsizlik səbəbilə birtərəfli olaraq qismən və ya tamamən istifadəyə bağlamaq səlahiyyətinə malikdir və bu barədə Müştərini elektron poçt vasitəsi ilə məlumatlandıra bilər.
6.17. Müştərinin E-Bankçılıq xidmətindən istifadə etməsi nəticəsində Qanunvericiliyin və Qaydaların pozulma təhlükəsi olduqda və ya Müştəri Qanunvericiliyin və Qaydaların tələblərinə zidd Elektron Ödəniş Tapşırığını verdikdə, Bank müvafiq əməliyyatları icra etməkdən imtina etmək hüququna malikdir.
6.18. Bank E-Bankçılıq üzərindən xidmət göstərilməsinə maneə yaradan texniki və ya digər nasazlıqların meydana çıxması halında və ya profilaktik işlərin aparılması məqsədilə Müştərini və İstifadəçini xəbərdar etməklə E-Bankçılıq üzərindən xidmət göstərilməsini müvəqqəti olaraq dayandıra bilər. Bu halda Bank Müştəriyə dəyə biləcək hər hansı bir zərər üçün məsuliyyət daşımır.
6.19. Müştərinin hesabdan çıxarış vasitəsilə bildirilən borc və ödənişlər haqqında qeydlərə dair bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada etiraz etmək hüququ vardır. Bundan əlavə, Müştəri etirazı olduqda və E- Bankçılıq ilə bağlı meydana çıxacaq bütün anlaşmazlıq hallarında Bankın sənədlərinin və kompüter məlumatlarının qəti dəlil olacağını, onlara etiraz etməyəcəyini qəbul edir.
6.20. Bank Müştəriyə İnternet/Mobil Bankçılıq yerləşdirilmiş Bankın rəsmi internet səhifəsi vasitəsi ilə və 133 əlaqə telefonu üzrə əməliyyat günü çərçivəsində dəstək xidməti təqdim edir. Uzadılmış əməliyyat günü ərzində verilmiş Müştəri sorğuları Bank tərəfindən növbəti iş günündə icra olunmaq üçün dəyərləndirilir.
Müştəri bu Müqavilənin icrasına təsir edəcək hər hansı halla bağlı 133 nömrəsi vasitəsilə Bankın Məlumat Mərkəzinə müraciət edə və ya digital@rabitabank.com elektron poçt ünvanına yazılı müraciət edə bilər. 6.21. Müştəri E-Bankçılıq ilə əlaqədar Bank tərəfindən hazırlanmış və ona yazılı, yaxud da şifahi şəkildə internet və/və ya digər əlaqə/informasiya kanalları ilə çatdırılan/çatdırılacaq bütün məlumatlandırmalara və tələblərə tam şəkildə əməl etməlidir.
6.22. Müştəri bu Müqavilə çərçivəsində olan əməliyyat və xidmətlərlə əlaqədar Banka yazılı, şifahi, E-
Bankçılıq vasitəsilə verdiyi məlumatların hamısının düzgün, bütöv və tam olduğunu, məlumatlar düzgün, bütöv və tam olmadığı halda, yaranacaq zərərlərə görə məsuliyyət daşıyacağını qəbul və bəyan edir.
6.23. Müştəri Müqavilə çərçivəsindəki Xidmətlər və Hesabları ilə əlaqədar olaraq təsdiqləyici məlumatların aparılan əməliyyatlar üzrə E-Bankçılıq vasitəsilə Bank tərəfindən göndərilənlərdən ibarət olacağını qəbul edir.
6.24. Müştəri əlavə təhlükəsizlik vasitələri üçün təyin etdiyi mobil telefon nömrəsinə gələn şifrələri məxfi və təhlükəsiz şəraitdə saxlamağa, hər bir halda üçüncü şəxslərin öyrənmələrinə və/və ya istifadələrinə icazə verməyəcəyinə, mobil telefonuna gələn şifrələrin şəxsən özü tərəfindən tələb və qəbul edilməsinə, bu Müqavilə üzrə göstərilən xidmətlərdən şəxsən özü tərəfindən istifadə etməsinə və əlavə təhlükəsizlik vasitələri ilə həyata keçirilən əməliyyatlara görə özü məsuliyyət daşıyır.
6.25. Müştəri Şəxsi imzanın başqa analoqu və Gücləndirilmiş elektron imza vasitələrinin gizli saxlanılmasını təmin edir və üçüncü şəxslərin icazəsiz istifadəsi ilə bağlı öhdəliklər üzrə tam məsuliyyət daşıyır.
6.26. Müştəri öz bank hesablarına nəzarət etməli və E-Bankçılığa icazəsiz girişlə bağlı şübhəsi yarandıqda dərhal Bankı məlumatlandırmalıdır.
6.27. Müştəri Müqavilədə nəzərdə tutulmuş Biometrik identifikasiya (barmaq izinin və üzün tanınması) funksiyalarından istifadə etmək istədikdə, həmin funksiyaları aktivləşdirməzdən əvvəl aşağıdakı qaydalara riayət etməlidir:
6.27.1. Üçüncü şəxslərin Müştərinin mobil cihazında Biometrik identifikatorları (barmaq izinin və üzün
tanınması) mövcüddursa, Müştəri Bankın təklif etdiyi Mobil Bankçılıq üzrə Biometrik identifikasiya (barmaq izinin və üzün tanınması) funksiyalarını aktivləşdirməməlidir;
6.27.2. Müştəri müvafiq mobil tətbiqə daxil olmaq üçün istifadə etdiyi şifrəni mütəmadi olaraq dəyişdirməlidir;
6.27.3. Müştəri və ya digər şəxslər tərəfindən Müştərinin mobil cihazının proqram təminatına kənar müdaxilələr edilməməlidir;
6.27.4. Müştərinin mobil cihazı itirildikdə və ya oğurlandıqda, Biometrik identifikasiya (barmaq izinin və üzün tanınması) funksiyalarından istifadə imkanının dayandırılması üçün Müştəri dərhal Banka müraciət etməlidir.
6.28. Müştəri E-Bankçılıq çərçivəsində təqdim olunan xidmətlər və onların təqdim olunması ilə əlaqədar hər cür vizual və səsli materiallar, Bank tərəfindən verilmiş proqram təminatları, hər cür əlavə təhlükəsizlik vasitələri üzrə müəlliflik hüquqlarının/istifadəyə müstəsna hüquqlarının Banka aid olduğunu və bunlardan Bankın icazəsi olmadan heç bir şəkildə istifadə etməyəcəyini, yaymayacağını qəbul və bəyan edir.
6.29. Aşağıdakı hallarda Bankın Elektron Ödəniş Tapşırığının icrasından imtina etmək hüququ vardır:
6.29.1. Əməliyyatın icrası və onun üçün ödənilməli xidmət haqqı/komisyon haqqının ödənişi üçün Müştərinin hesabında kifayət qədər maliyyə vəsaiti olmadıqda;
6.29.2. Əməliyyat məbləği Əməliyyat Limitlərindən artıq olduqda;
6.29.3. Əməliyyat qanunvericiliyə zidd olduqda;
6.29.4. Fiziki şəxs olan Müştərinin əməliyyatının sahibkarlıq fəaliyyəti ilə bağlı olduğuna şübhə yarandıqda;
6.29.5. Əməliyyatın həyata keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq Müştərinin Banka əlavə sənəd və məlumatları təqdim etməsi tələb olunduğu hallarda;
6.29.6. Əməliyyatın rekvizitləri yanlış və ya natamam qeyd edildikdə, əməliyyatın həyata keçirilmə müddətinə riayət edilmədikdə;
6.30. Bank aşağıdakı hallarda E-bankçılıq xidməti vasitəsilə əməliyyatların aparılmasını məhdudlaşdıra və ya dayandıra yaxud tamamilə ləğv edə bilər: 6.30.1. Müştərinin və ya Bankın təşəbbüsü ilə;
6.30.2. Müştəri və ya Müştəri tərəfindən Müqavilədə E-Bankçılıq xidmətinin istifadəçisi kimi göstərilmiş fiziki şəxs tərəfindən Bankın E-Bankçılıq xidməti üzrə qayda və prosedurları və ya Müqavilənin şərtləri pozulduqda yaxud Müqavilə və ya Qanunvericilik və Qaydalar ilə zidd olan əməliyyatlar həyata keçirildikdə;
6.30.3. Bankın mülahizəsinə görə bu, E-Bankçılığın mühafizəsi üçün zəruri olduqda (Şifrənin 3 dəfədən artıq yanlış daxil edilməsi və s.) ;
6.30.4. Asan imza mobil nömrəsi və ona aid Asan İD, PİN kod kimi təhlükəsizlik vasitələrinin üçüncü şəxsə ötürülməsi faktı aşkar edildikdə;
6.30.5. Şəxsi imzanın başqa analoqundan istifadə üçün nəzərdə tutulmuş müştəri nömrəsi, şifrə, mobil nömrə kimi təhlükəsizlik vasitələrinin üçüncü şəxsə ötürülməsi faktı aşkar edildikdə;
6.30.6. Müştəri Müqavilə üzrə hər hansı bir öhdəliyini pozduqda, habelə E-Bankçılıqdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması qeydə alındıqda;
6.30.7. Müştərinin hesab(lar)ında bu Müqaviləyə və Bankın tariflərinə uyğun xidmət haqlarını ödəmək üçün ödəniş tarixindən sonra 30 gün müddətində kifayət qədər vəsait olmadıqda;
6.30.8. Bank tərəfindən E-Bankçılıq xidmətinin göstərilməsi texniki cəhətdən mümkün olmadıqda;
6.30.9. Qanunvericilikdə və Qaydalarda nəzərdə tutulmuş digər hallarda.
6.31. Müştəri E-Bankçılığa qoşulmaq, Müqavilə üzrə təklif olunan Bank Xidmətlərindən istifadə etmək, əməliyyatlar aparmaq üçün Bankın Tariflərinə əsasən müəyən edilmiş tarif, xidmət haqqı və komissiyalar ödəyir. Müştəri E-Bankçılığa qoşulmaq üçün müvafiq xidmət haqqını əvvəlcədən ödəyir.
6.32. Tətbiq olunan xidmət haqqı və komissiyalar nağd şəkildə qəbul edilə, Müştərinin hesab(lar)ından akseptsiz qaydada silinə və ya hesabında kifayət qədər vəsait olmadıqda, Bankın daxili qərarına əsasən Müştərinin hesabına borc kimi yazıla bilər.
6.33. Müştərinin E-Bankçılıqdan istifadə etməklə apardığı xarici valyuta əməliyyatları zamanı öhdəliyin icra olunduğu tarixə Bankın müəyyənləşdirdiyi valyuta məzənnələri tətbiq olunur. Müştərinin sistemə daxil etdiyi
valyuta mübadiləsi əməliyyatı iş saatları xaricində olarsa, bu halda əməliyyat üzrə Bank tərəfindən əməliyyatın icra edildiyi günün əməliyyatı valyutası üzrə Bankın qüvvədə olan valyuta məzənnəsi tətbiq edilir.
6.34. Əgər Müştəri dəyişikliklərin qüvvəyə minməsindən sonra E-Bankçılıqdan istifadə etməyə davam edərsə, o, baş vermiş dəyişiklikləri qəbul etmiş hesab edilir.
7. Ödəniş kartı
7.1. Bankın emissiya etdiyi Ödəniş Kartı vasitəsilə valyuta mübadiləsinin aparılması, nağd pul vəsaitinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, Bank tərəfindən həmin Kart vasitəsilə aparılan əməliyyatlar üzrə müqavilədə nəzərdə tutulmuş şərtlərlə bonusların hesablanması habelə Qanunvericiliklə və Qaydalarla qadağan olunmayan digər əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur.
7.2. Bank tərəfindən buraxılmış Kart Bankın xüsusi mülkiyyətidir. Kartlardan istifadə qaydaları Qanunvericilik və Qaydalar, beynəlxalq ödəniş sistemlərinin qaydaları, habelə Müqavilə ilə tənzimlənir.
7.3. Müştəri hər Kart üçün Bankın Tariflərinə əsasən müəyyən edilmiş məbləğdə xidmət haqqını ödəməyi əvvəlcədən qəbul edir. Müştəri Kartı dəyişmək barədə Banka müraciət etdikdə xidmət haqqı nağd şəkildə qəbul edilir və ya Müştərinin hesabından akseptsiz qaydada silinir. Bankdaxili qaydalara əsasən, Bank tərəfindən Müştəriyə Kartın ödənişsiz verilməsi halları və şərtləri nəzərdə tutula bilər. Bu barədə Müştəri Bankın müvafiq müştəri xidməti strukturundan məlumat ala bilər. Bir hesab üzrə müştəriyə maksimum Bankın daxili qaydalarına uyğun sayda kart verilə bilər.
7.4. Bank tərəfindən emissiya edilən Kartlar vasitəsilə aparılan əməliyyatlar zamanı baş verə biləcək əməliyyat riskinin azaldılması, yaxud Kart itirildikdə potensial itkilərin qarşısının alınması məqsədilə internet üzərindən aparılan əməliyyatlara, həmçinin yüksək riskli və risk dərəcəsi nisbətən aşağı olan ölkələrdə ATM- dən nağd vəsaitin çıxarılması və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair Kart növləri üzrə istifadə məbləğinin müəyyən edilməsi üçün Bank tərəfindən Kart üzrə Əməliyyat Limitləri müəyyən edilə bilər.
7.5. Müştəri Kartdan və Kart Hesabından istifadə ilə bağlı yaranan borcu, həmçinin Kartlar üzrə Bankın Tariflərində göstərilmiş ödəmələri Banka ödəməyi öhdəsinə götürür.
7.6. Bank Müştərinin Kart Hesabındakı vəsaitin konvertasiyası üçün Bankın Tariflərində nəzərdə tutulmuş məbləğdə komissiya haqqını tutmaq və Müştərinin Bankdakı istənilən hesab(lar)ından akseptsiz qaydada silmək hüququna malikdir.
7.7. Müştəri Kart vasitəsilə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə xidmətlərin göstərilməsi və işlərin görülməsi üçün ödəniş etdiyi halda, Bank Qanunvericilikdə və Qaydalarda nəzərdə tutulmuş hallarda müvafiq vergi vəsaitini Müştərinin Kart Hesabından akseptsiz qaydada silməklə vergi tutur və dövlət büdcəsinə köçürür. 7.8. Müştəri Kart vasitəsilə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentdən mal aldığı halda, Ticarət Məntəqəsinin qeydiyyat kodunun xidmət sferasına aid olması səbəbindən və ya digər texniki səbəblərdən ƏDV-yə cəlb edildikdə malların alışı ilə bağlı hesab-faktura və ya digər təsdiqedici sənədləri Banka təqdim edərək Kart Hesabından tutulan ƏDV-nin Kart Hesabına qaytarılmasını tələb edə bilər. Bu halda Müştərinin ərizəsinə 10 (On) iş günü ərzində baxılır. Ərizə əsaslı olduqda artıq ödənilən ƏDV məbləği Müştərinin Kart Hesabında bərpa edilir.
7.9. Müştəri İnternet/Mobil Bankçılıq xidməti vasitəsilə xidmət olunduğu Bankın müvafiq struktur bölməsinə və ya “133” Müştəri Xidmətinə (Ölkə xaricindən Tel: (99412) 598 46 97) yazılı və ya şifahi qaydada şəxsi tələblərinə uyğun olaraq ölkə xaricində ATM-lərdən nağd vəsaitin çıxarılması, İnternet (3D Təhlükəsizlik protokolunu dəstəkləyən saytlarda aparılan əməliyyatlar istisna olmaqla) və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair limitlərin dəyişdirilməsi barədə müraciət edə bilər. Bu halda Bankda qüvvədə olan əməliyyatlar üzrə limitlər və limitlərə dəyişiklik edilməsi şərtləri əsas götürülməklə Bank tərəfindən Müştərinin müraciəti əsasında müvafiq limitlərə dəyişiklik edilə və ya dəyişiklik edilməsindən imtina edilə bilər.
7.10. Müştəri Kartdan istifadə etməklə POS-terminal quraşdırılan Ticarət Məntəqələrində mal və ya xidmət almaq hüququna malikdir. Ticarət Məntəqəsindən mal alınması və ya xidmətlər göstərilməsilə əlaqədar tərtib edilən satış sənədi Müştəri tərəfindən müvafiq qaydada imzalanır (əl imzası və ya əməliyyat zamanı PİNkodun daxil edilməsi yolu ilə) və satış sənədində “PİN-kod daxil edilib/yoxlanılıb” yazısı əks olunur. Bu halda, habelə Kart vasitəsilə POS-terminal quraşdırılan Ticarət Məntəqəsindən vəsaiti nağdlaşdırarkən Müştəri satış sənədini imzaladıqdan və ya PİN-kodu daxil etdikdən sonra apardığı əməliyyata etiraz etməyəcəyini öhdəsinə götürür.
7.11. Kartdan istifadə edərkən dəyəri ödənilmiş Kart qaytarıldıqda (blok-bağlanma və s. statusunda olduqda) və ya xidmətdən imtina edildikdə, malı satmış və ya xidməti göstərmiş müəssisə, pul vəsaitini bağlanmış Karta daxil edərsə, vəsaitin Kart hesabına mədaxili ilə bağlı yarana biləcək problemlərə görə Bank məsuliyyət daşımır. Pul vəsaitinin qaytarılması müddəti bu ödənişin müəssisə və ona xidmət edən Bank tərəfindən işlənib hazırlanmasından asılıdır.
7.12. Bank Müştərinin Ticarət Məntəqəsindən satın aldığı mal və xidmətlərin növü, mahiyyəti, məzmunu, keyfiyyəti və miqdarına görə məsuliyyət daşımır.
7.13. Kart vasitəsilə Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız Kart Hesabında olan pul vəsaitinin məbləği həddində əməliyyat aparıla, ödəniş edilə bilər.
7.14. Müştəri Bank tərəfindən xüsusi zərfdə verilmiş PIN-koddan və ya özü tərəfindən təyin edilən PIN- koddan istifadə etməklə Kart vasitəsilə Bankın və beynəlxalq ödəniş sistemləri üzrə olan digər müvəkkil bankların ATM-lərindən, Kart Hesabındakı qalıq və nağd vəsaitin çıxarılması üzrə limitlər daxilində vəsaiti nağdlaşdıra bilər.
7.15. Kart vasitəsilə ATM-lərdən vəsaitin nağdlaşdırılması zamanı nağd ödəmə sənədi tərtib edilmədiyi üçün Müştəri Bankın bu əməliyyatlar barədə qeydlərini qeyd-şərtsiz sübut olaraq qəbul edir.
7.16. Müştəri Kartdan istifadə etməklə əməliyyat apardıqda Kart Hesabı üzrə aparılmış əməliyyatlar üzrə pul vəsaiti müvafiq əməliyyatların reyestrinin Banka daxil olduğu cari iş günündən gec olmayaraq Kart Hesabından silinir.
7.17. Müştəri Kartdan Azərbaycan Respublikası ərazisində istifadə etdikdə bütün əməliyyatlar Azərbaycan manatı ilə həyata keçirilir. Qanunvericiliyin və Qaydaların tələblərinə riayət etməklə və Bankın tarifləri nəzərə alınmaqla Kart vasitəsilə xarici valyutada da əməliyyat aparıla bilər.
7.18. Müştəri Kart Hesabının valyutasından fərqli valyutada əməliyyat apardıqda, Kartın növündən asılı olaraq Bankın əməkdaşlıq etdiyi beynəlxalq ödəniş sistemlərinin mübadilə məzənnəsi ilə konvertasiya edilərək müvafiq məbləğ və Bankın tariflərində qeyd edilən komissiya haqları Kart Hesabında bloklanır.
7.19. Müştəri tərəfindən həyata keçirilmiş müvafiq əməliyyatların reyestrinin Banka daxil olduğu cari iş günündə, müvafiq əməliyyat məbləği və Bankın Tariflərində müəyyən edilmiş komisyon haqlar Azərbaycan Respublikası Mərkəzi Bankının həmin günə müəyyən etdiyi anılə məzənnəsinə uyğun olaraq Kart Hesabının valyutasına konvertasiya edilir və Müştərinin Kart Hesabından akseptsiz qaydada silinir.
7.20. Kart Hesabının valyutasından fərqli valyutada əməliyyatlar aparıldıqda, əməliyyatın aparıldığı tarixin mübadilə məzənnəsi müvafiq əməliyyatın Bankın əməliyyat sistemində öz əksini tapdığı tarixin mübadilə məzənnəsindən fərqləndikdə, əməliyyatın Bankın əməliyyat sistemində öz əksini tapdığı tarixin mübadilə məzənnəsi əsas götürülür və məzənnə fərqinə görə yaranmış borc Kart Hesabından Bankın xeyrinə akseptsiz qaydada tutulur.
7.21. Müştəri bu Müqavilə ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla Bank qarşısında bu Müqavilə üzrə yaranmış istənilən borcu Banka ödəməlidir. Ödəmələr Kart Hesabının valyutasına müvafiq olaraq qəbul edilir. Borcların Banka ödənilməsi zamanı Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. Müştəri Kart Hesabında Texniki Overdraft yaranacağı təqdirdə Kartın bloklaşdırıla və istifadəsinin dayandırıla biləcəyini başa düşür, bu halda bütün borc və öhdəlikləri təcili yerinə
yetirməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür.
7.22. Müştəri Bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər Texniki Overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti Banka Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə Bankın həmin məbləği Müştərinin Bankda olan istənilən hesabından (cari, əmanət və s.) akseptsiz qaydada silmək hüququ yaranır.
7.23. Müştəri Kart hesabı üzrə yaranan Overdraft və ya Texniki Overdraft borcunu, bu haqda Bankdan məlumat alan tarixdən etibarən Bank tərəfindən daha qısa müddət müəyyən edilməmişdirsə, 30 təqvim günü müddətində Banka ödəməyi öz öhdəsinə götürür.
7.24. Kart hesabı üzrə Overdraft və ya Texniki Overdraft yarandığı təqdirdə, bu haqda Müştəriyə telefon, email və ya SMS vasitəsilə məlumat verilir. Müştəri yaranan borcu Banka Overdraftın və ya Texniki Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim günü ərzində ödəməzsə, bu halda Overdraft borcu məbləğinə müvafiq Razılaşmada müəyyən edilmiş həcmdə illik faiz dərəcəsi ilə faiz hesablanır və Müştəri hesablanan kredit borcunu qəbul etməklə Banka ödəməyi öz öhdəsinə götürür.
7.25. Müştəri kredit kartı üzrə yaranmış borcu Müqavilənin, habelə müvafiq Razılaşmaların şərtlərinə uyğun olaraq ödəməlidir.
7.26. Müştəri tərəfindən Kart vasitəsilə alınmış bir malın qaytarılması, xidmətin dayandırılması, artıq alınan vəsaitin geri qaytarılması üçün Ticarət Məntəqəsi tərəfindən kredit sənədi tərtib edilir. Kredit sənədinin tərtib edilməsi Müştərinin bəhs olunan mal və xidmət üçün əvvəllər imzaladığı satış sənədinə görə yaranan borc öhdəliklərini ləğv etmir. Bank kredit sənədini Ticarət Məntəqəsindən almayınca, Müştəri Banka qarşı bu barədə heç bir iddia və tələb irəli sürə bilməz. Müştəri Ticarət Məntəqəsində bir malın qaytarılması və xidmətin dayandırılması hallarında, özü ilə Ticarət Məntəqəsi arasında yarana biləcək münasibətlərə və bu münasibətlərdən irəli gələn mübahisələrə görə Bankın məsuliyyət daşımayacağını başa düşür və qəbul edir.
7.27. Kartın ölkə daxilində və ya ölkə hüdudlarından kənarda istifadəsi nəticəsində yaranmış bütün borc və öhdəliklər haqqında qeydlər Kart hesabından çıxarışda öz əksini tapır. Hesabdan çıxarış müvafiq Razılaşmada göstərilən Müştəriyə məxsus Elektron poçt ünvanına göndərilə bilər və ya Müştəri özü onu Bankdan ala bilər. Hesabdan çıxarış borc ödəmələri əhatə edən mühüm sənədlərdən biri kimi qəbul edilir. Elektron poçtla göndərilən məlumatların digər şəxslərin əlinə keçməsinə görə Bank məsuliyyət daşımır. Müştəri hesab üzrə pul vəsaitlərinin hərəkəti və hesabdakı qalıq haqqında çıxarışları Bankın iş saatları ərzində Bankdan almaq hüququna malikdir.
7.28. Müştərinin Kart hesabından çıxarış əldə etdikdən sonra çıxarışda bildirilən borc və ödənişlər haqqında qeydlərə dair bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada etiraz etmək hüququ vardır.
7.29. Müştərinin hesabından silinmə baş verdikdə, müvafiq silinmə tarixindən 45 (qırx beş) təqvim günü ərzində yazılı şəkildə Banka bildirəcəyini və əks təqdirdə həmin əməliyyatları qəbul edəcəyini öhdəsinə götürür. Bundan əlavə, Müştəri etiraz və Kartla bağlı olaraq meydana çıxacaq bütün anlaşılmazlıqlarda Bankın sənədlərinin və kompüter məlumatlarının qəti sübut olacağını, onlara etiraz etməyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştərinin etiraz əməliyyatları üzrə sorğusu yazılı müraicət daxil olduqdan sonra ən geci 120 (bir yüz iyirmi) təqvim günü ərzində cavablandırılır.
7.30. Bankın vəzifələri:
7.30.1. Müştərinin ərizəsi əsasında ona Kart vermək;
7.30.2. Bank tərəfindən təklif olunduğu halda, Kart hesablarının sahiblərini nağd pul vəsaitinin alınması, xidmət və malların dəyərinin Kart vasitəsilə ödənilməsi xidmətləri ilə təmin etmək;
7.30.3. Müştərinin ərizəsi əsasında ona və onun müəyyən etdiyi şəxslərə Kart hesabına Əlavə Kartlar hazırlamaq və Müştəriyə təqdim etmək;
7.30.4. Müqavilənin digər bəndləri ilə və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
7.31. Bankın hüquqları:
7.31.1. Müştərinin ərizəsi əsasında Kart hesabının açılması və Kartın emissiyası üçün Müştəridən bütün zəruri sənədləri və məlumatları tələb etmək, habelə müvafiq xidmət haqqı/komissiyaları almaq və ya Müştərinin Bank hesabından akseptsiz qaydada silmək;
7.31.2. Müştərinin təqdim etdiyi məlumatları istənilən qanuni yolla yoxlamaq;
7.31.3. Bankın İnternet Səhifəsində və/və ya Bankın təklif edəcəyi digər onlayn resurslarda yerləşdirmək yolu ilə Müştərini məlumatlandırmaqla Karta və Kart hesabına tətbiq olunan müvafiq bankdaxili qayda/şərtlərdə və Tariflərdə, Əməliyyat Limitlərində birtərəfli qaydada dəyişiklik etmək, həmçinin Müqavilədə nəzərdə tutulmayan lakin gələcəkdə yaradılacaq yeni növ xidmətləri Kartlar üzərində tətbiq etmək;
7.31.4. Kart üzrə kredit və istifadə limitini müəyyən etmək və müvafiq limiti birtərəfli qaydada dəyişdirmək;
7.31.5. Müştəri ilə münasibətlərin tənzimlənməsində müvafiq olaraq Bankın əməkdaşlıq etdiyi beynəlxalq ödəniş sistemlərinin beynəlxalq normativlərinə əsaslanmaq;
7.31.6. Müştərinin Bank qarşısındakı hər hansı öhdəliyi üzrə ödənişləri Müştərinin bütün hesablarından mübahisəsiz qaydada akseptsiz olaraq silmək;
7.31.7. Bankın əməkdaşlıq etdiyi Beynəlxalq ödəniş sistemləri tərəfindən “Chargeback” (Kart hesabı üzrə həyata keçən və Müştərinin razılaşmadığı hər hansı əməliyyat) üzrə vəsaitlər Bankın əməkdaşlıq etdiyi beynəlxalq ödəniş sistemlərinə geri qaytarıldıqda, həmin vəsaiti Müştərinin hesabından akseptsiz qaydada silmək;
7.31.8. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallarda Karta xidmət göstərilməsini dayandırmaq, Kartı bloklaşdırmaq və/və ya ləğv etmək;
7.31.9. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
7.32. Müştərinin vəzifələri:
7.32.1. Kart hesabının açılması və Kartın emissiya edilməsi üçün Qanunvericilik və Qaydalar ilə müəyyən olunan sənədləri Banka təqdim etmək;
7.32.2. Əlavə Kart verildikdə Əlavə Kartın istifadəçisini Müqavilənin şərtləri ilə tanış etmək və Müqavilənin şərtlərinə əməl etməsini təmin etmək;
7.32.3. Bankın Tariflərinə uyğun olaraq Müqavilə əsasında göstərilən Xidmətlər üzrə Bankın tətbiq etdiyi xidmət haqlarını, faizi, konvertasiya üzrə komissiyaları, habelə istənilən digər komissiyaları, cərimələri ödəmək;
7.32.4. Bankın müəyyən etdiyi şərt və formalarda təminat vermək;
7.32.5. Kart üzrə PİN-kodun və Kod Sözünün məxfiliyini qorumaq;
7.32.6. Kartın təhlükəsiz şəraitdə saxlanmasını və istifadəsini təmin etmək və itməsi, oğurlanması və ya üzərində təhriflər edilməsi üçün məsuliyyət daşımaq;
7.32.7. Kartın itməsini xəbər verdikdə bu xəbərdən sonra Kartın Bank tərəfindən etibarsız sayılacağını qəbul etmək, Kartın sonradan tapılması halında isə Kartdan istifadə etməyəcəyinə və onu Banka qaytaracağına təminat vermək;
7.32.8. Kart üzrə istifadə limitini aşdığı təqdirdə, Kartın istifadəsini dayandıracağını, Müqavilə əsasında yaranan bütün borc və öhdəlikləri təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cəriməni ödəməyi öhdəsinə götürmək;
7.32.9. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair araşdırma zamanı silinmənin əsaslı olması müəyyən olunarsa, araşdırmaya görə Bankın çəkdiyi xərcləri ödəmək; 7.32.10. Kart hesabından sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə etməmək;
7.32.11. Kart(lar)dan istifadə zamanı Qanunvericiliyə və Qaydalara, habelə Müqavilənin şərtlərinə əsasən istifadə edəcəyinə təminat vermək;
7.32.12. Kartı heç bir qanunsuz əməliyyatda, habelə Qanunvericiliyə və Qaydalara zidd olan hər hansı bir mal və xidmətin alınmasında istifadə etməmək;
7.32.13. Kart hesabı bağlanmamışdan əvvəl aparılmış əməliyyat, baş vermiş texniki problemlər nəticəsində Bankın sistemində öz əksini tapmazsa və Kart hesabı bağlandığı tarixdən ilk 45 (qırx beş) təqvim günü ərzində pul vəsaitinin çatışmazlığı məlum olarsa, çatışmayan pul vəsaitini Bankın ilk tələbi ilə qaytarmaq;
7.32.14. Rezidentlik statusunun dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri dərhal Banka təqdim etmək və rezidentlik statusu haqqında Banka dərhal və düzgün məlumatın təqdim edilməməsinə görə məsuliyyət daşımaq;
7.32.15. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik, normativ xarakterli aktlar və ya tərəfdar çıxdığımız beynəlxalq müqavilələr ilə nəzərdə tutulduqda və ya valyuta nəzarətini həyata keçirən orqanlar tərəfindən tələb edildikdə, ölkə ərazisindən kənarda xarici valyutada ödənişlər üzrə Kartdan istifadə (ATM, POS-terminal və sair vasitələrlə və ya nağdlaşdırılmış vəsaitin xərclənməsi) ilə bağlı təsdiq edici sənədləri təqdim etmək;
7.32.16. Kartın götürülməsi üçün Banka Müştərinin nümayəndəsi yaxınlaşdıqda, Banka kartın götürülməsi səlahiyyətinin ötürüldüyünün dəqiq və ətraflı yazıldığı (habelə, Bankın adı göstərilməklə), notariat qaydasında təsdiq edilmiş etibarnamə təqdim etmək;
7.32.17. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş digər vəzifələri icra etmək.
7.33. Müştərinin hüquqları:
7.33.1. Yetkinlik yaşına çatmış üçüncü şəxsin adına Əlavə Kart verilməsini tələb etmək;
7.33.2. Bank tərəfindən verilmiş Kart hesabından çıxarışa dair bu Müqavilədə nəzərdə tutulmuş qaydada etiraz etmək;
7.33.3. Qanunvericilik və qaydalarda nəzərdə tutulmuş şərtlərə riayət etməklə Kart vasitəsilə əməliyyatlar aparmaq;
7.33.4. PİN-kodunu dəyişmək, PİN-kodu unutduğu halda ərizə ilə Banka müraciət edərək və ya özü dəyişməklə yeni PİN-kod təyin etmək;
7.33.5. Kart vasitəsilə aparılmış əməliyyatlar haqqında hesabdan çıxarış təqdim olunmasını Bankdan tələb etmək.
7.34. Kart heç bir şəkildə üzərində qeyd edilən son istifadə tarixindən sonra istifadə edilə bilməz. Üzərində yalnız ay və il qeyd edilən Kartlar həmin ayın son gününə kimi aktivdir. İstifadə müddəti bitən əsas Karta bağlı bütün Əlavə Kartların istifadəsi dayandırılır. Kartın istifadəsi dayandırıldıqda, Kart hesabındakı pul vəsaitinin qalığı Müştəri tərəfindən geri alınmalı və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilməlidir.
7.35. Kartın müddətinin başa çatdığı gündən etibarən 6 (altı) ay ərzində Kart hesabı üzrə heç bir əməliyyat aparılmazsa, həmin hesab Bank tərəfindən bağlanılır. Kart hesabı hər hansı bir səbəbdən bağlandıqda hesabdakı pul vəsaitinin qalığı hesab bağlanıldığı tarixdən 1 (bir) ay müddətində Müştəri tərəfindən geri alınmazsa və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilməzsə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesabların uçotu aparılan hesaba köçürülür.
7.36. Müştəri kartın müddəti bitdikdən və ya kart ləğv edildikdən sonra 1 (bir) il ərzində Kartdan istifadə edilməsi nəticəsində əldə etdiyi çek və qəbzləri saxlamalıdır və mübahisəli halları nizamlamaq üçün onları Banka təqdim etməlidir. Çek və qəbzlər təqdim edilmədiyi təqdirdə Müştəri Bank tərəfindən təqdim edilən sənədləri, qeydləri, SMS-ləri və kompüter məlumatları inkar olunmaz sübutlar kimi qəbul etməlidir.
7.37. Aşağıdakı hallarda Bank öz mülahizəsinə əsasən, Kartın istifadəsini birtərəfli qaydada dayandıra və/və ya Kartı bloklaşdıra və/və ya ləğv edilə bilər:
7.37.1. Müştəri tərəfindən Kart üzrə istifadə limiti aşıldıqda və yaranmış borc müəyyən edilmiş qaydada və müddətə ödənilmədikdə;
7.37.2. Müqaviləyə əsasən açılmış Kart hesabı üzrə Kart verildiyi tarixdən etibarən 6 (altı) ayın tamamında əvvəlki 6 (altı) ay ərzində Kartla hər hansı bir əməliyyat aparılmadıqda və həmin tarixə Kart hesabında 5 (beş) manat/ABŞ dolları/Avrodan az vəsait olduqda;
7.37.3. Kart hesabında Texniki Overdraft yarandığı halda;
7.37.4. Əgər Kart Müqavilə imzalandığı tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində Müştəri tərəfindən alınmazsa;
7.37.5. Müştərinin apardığı əməliyyatların dələduzluqla (fraud) və ya cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı olduğuna dair Bankda şübhə yaranarsa;
7.37.6. Müştəri tərəfindən Müqavilənin hər hansı bir şərtinə əməl edilmədikdə və ya Müqavilə üzrə vəzifələri icra edilmədikdə;
7.37.7. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hər hansı bir əsasla Müqaviləyə və ya müvafiq Razılaşmaya xitam verildikdə;
7.37.8. Kartın xidmət haqqı ödənilmədikdə;
7.37.9. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş digər hallarda.
7.38. Bank öz mülahizəsinə əsasən, əsaslandırma tələb edilmədən Müştəridən Kartın geri qaytarılmasını tələb edə bilər və ya istifadə müddəti başa çatmış Kartın dəyişdirilməsindən imtina edə bilər. Bank tərəfindən Kartın fəaliyyətinin dayandırıldığı və Kartın dəyişdirilməsindən imtina edildiyi halda, Müştəri Bank qarşısında olan borc və öhdəliklərini bütövlüklə yerinə yetirənə qədər, Müqavilənin şərtlərinin qüvvədə olduğunu qəbul edir.
7.39. Müştəri Kartın fəaliyyətinin dayandırılmasına baxmayaraq ondan istifadə etdiyi halda yaranacaq borc və cərimələrin ödənilməsini öhdəsinə götürür. Bu hallarda Müştəri bütün borclarını dərhal ödəyəcəyini qeyd- şərtsiz qəbul edir. Müştəri əsas Kartın fəaliyyətinin dayandırılması halında ona bağlı bütün Əlavə Kartların da fəaliyyətinin dayandırılacağını başa düşür və qəbul edir.
7.40. Kart zədələndiyi, itirildiyi, və ya digər texniki səbəblərdən nasaz olduğu halda Bank Müştərinin yazılı müraciəti əsasında mövcud tariflərinə uyğun olaraq Kartı yenisi ilə əvəz edilə bilər.
7.41. Müqaviləyə və müvafiq Razılaşmaya hər hansı bir səbəbdən xitam verilməsi Müqavilə əsasında açılmış bütün Kart hesablarının bağlanması və emissiya edilmiş Kartların (habelə Əlavə Kartların) ləğvi üçün əsasdır.
8. Kartmane kartı
8.1. Bank müvafiq Razılaşma bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada Aksept edildikdən sonra həm debet kartı, həm də kredit və debet kartı funksiyalarını daşıyan Kartmane kartını kartın dəyəri ödənilməklə Müştəriyə verə, Kartmane kartı vasitəsilə kredit xətti (bərpaolunan/bərpaolunmayan), Müştəriyə “Kartmane hesabı” aça bilər, Müştəri isə kredit xətti üzrə öhdəliklərini yerinə yetirə və qanunvericiliklə qadağan olunmayan və Müqavilədə nəzərdə tutulan digər əməliyyatları həyata keçirə bilər.
8.2. Kartmane hesabı ilə bağlı münasibətlərə bu Ümumi Şərtlərin 5-ci bəndi (“Bank Hesabları”), Kartmane kartı ilə bağlı münasibətlərə isə bu Ümumi Şərtlərin 7-ci bəndi (“Ödəniş kartı”) tətbiq edilir.
8.3. Əsas kart bağlanıb ləğv edilərsə, əlavə kart da bağlanır. Müştəri mövcud cashback paketindən digər cashback paketinə keçid edərkən cari ay ərzində toplanılan ballar keçid edilən cashback növünə uyğun hesablanır.
8.4. Kartmane kredit kartının şərtləri.
8.4.1. Müştəri bu Ümumi Şərtlərin 8.4-cü bəndində nəzərdə tutulmuş qaydada verilən kredit xəttindən yalnız müvafiq Razılaşmada göstərilən müddətdə istifadə edə bilər. Həmin müddət bitdikdən sonra əgər bu Ümumi Şərtlərdə və müvafiq Razılaşmada başqa qayda nəzərdə tutulmayıbsa, Müştəri Kartmane kartını yalnız bu Ümumi Şərtlərin 8.5-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün istifadə edə bilər.Kredit xəttinin maksimal limiti, kredit xəttindən istifadə müddəti, illik faiz dərəcələri, güzəşt müddəti, Kartmane kartının müddəti, Kartmane kartının növü, Kartmane hesabının valyutası və s. şərtlər müvafiq Razılaşmada müəyyən edilir.
8.4.2. Müştəri kredit məbləğini ay ərzində (“Xərcləmə Müddəti”) istifadə edə bilər və həmin ayda aparılmış əməliyyatlar üzrə ümumi borc məbləğinin hesablanması həmin ayın son iş günü (“Hesab Kəsim Tarixi”) həyata keçirilir. Müvafiq ayın son iş günü Qanunvericiliklə qeyri-iş günü hesab olunan günə düşdükdə, Hesab Kəsim Tarixi müvafiq qeyri-iş günündən sonrakı ilk iş günü hesab olunur.
8.4.3. Müştəri tərəfindən hər növbəti ay müvafiq Razılaşmada göstərilən müddət ərzində (bundan sonra “Son Ödəniş Tarixi”) hesablanmış ümumi borc məbləğinin həmin Razılaşmada göstərilən hissəsi (bundan sonra “Minimum Ödəniş”) Banka ödənilməlidir. Son Ödəniş Tarixinin sonuncu günü Qanunvericiliklə qeyri-iş günü hesab olunan günə düşdükdə, Son Ödəniş Tarixi müvafiq qeyri-iş günündən sonrakı ilk iş günü hesab olunur.
8.4.4. Müştəri Müqavilə əsasında nağdsız qaydada aparılmış əməliyyatlar üzrə yaranmış Kredit borcunu ən geci müvafiq Razılaşmada nəzərdə tutulan müddətdə (“Son Ödəniş Tarixi”) ödəməyi öhdəsinə götürür.
8.4.5. Son Ödəniş Tarixi, Minimum Ödəniş Məbləği, dəyişdirilə bilər.
8.4.6. Müştəri bu Müqavilə üzrə ödənişləri lazımınca icra etmədikdə, kredit məbləğindən nağd və ya nağdsız qaydada istifadə edilməsindən asılı olaraq, müvafiq Razılaşmada nəzərdə tutulmuş qaydada gecikdirilmə faizi hesablanır.
8.4.7. Müştəri ardıcıl olaraq iki dəfə Minimum Ödəniş Tarixi ərzində Minimum Ödənişi etməzsə, Kart Bank tərəfindən birtərəfli qaydada bloklaşdırılır və yalnız Müştəri tərəfindən Kreditin Ödəniş Cədvəli üzrə borcu ödənildikdən sonra blokdan azad edilə bilər.
8.4.8. Müştəri hеsabda оlan vəsaitin kredit qalığını Kartı olmadan nağdlaşdıra bilməz.
8.4.9. Müştərinin Müqavilə üzrə verilmiş Kartmane kartı vasitəsilə Kart hesabı üzrə apardığı istənilən əməliyyat Bankın əməliyyat sistemində əks etdirildiyi tarixdən icra olunmuş hesab olunur.
8.4.10. Bankın kartlarından istifadə еtməklə əməliyyatların aparılmasına görə Bankın Tariflərinə uyğun оlaraq hеsabın valyutasında kоmissiya tutulur. Kredit vəsaitinin nağdlaşdırılması əməliyyatının aparılmasına görə tətbiq edilən komissiya məbləği Bankın Tariflərinə əsasən Müştərinin Hesab(lar)ından tutulur.
8.4.11. Bankın Tarifləri, xidmət və məhsullarının şərtləri, habelə yeni təklif olunan xidmət və məhsulları barədə ən son məlumatlar Bankın İnternet Səhifəsində və/və ya Bankın təklif edəcəyi digər onlayn resurslarda yerləşdirilir.
8.4.12. Kredit digər valyutaya çevrilib verildikdə Bankın öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Bank özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Müştəri tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Bankın müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri azalarsa, xarici valyutada olan Banka ödənilməmiş kreditin və ona hesablanmış faizlərin, gecikdirilmə faizivə digər xərclərin məbləğləri Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir.
8.4.13. Müştərinin Kartmane kartından istifadəsi nəticəsində yaranmış Overdraft yarandığı gün Müştərinin Bank qarşısında digər borcları ilə yanaşı borcu hesab edilir.
8.4.14. Müştəri tərəfindən edilən kredit ödənişləri birinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə gecikdirilmə faizinin, ikinci növbədə kredit üzrə hesablanmış faizlərin, üçüncü növbədə nağd qaydada istifadə edilən əsas borc məbləğinin, sonuncu olaraq isə nağdsız qaydada istifadə edilən əsas borc məbləğinin ödənilməsinə yönəldilir.
8.4.15. Kartmane kredit kartından istifadənin məqsədləri üçün nağdsız qaydada aparılan əməliyyatlar dedikdə, POS-terminal vasitəsilə, internet üzərindən alış-veriş məqsədilə və onlayn ödəniş məqsədilə istifadə, nağd qaydada aparılan əməliyyatlar dedikdə isə ATM vasitəsilə nağdlaşdırma, POS-terminal vasitəsilə nağdlaşdırma, “card to card” əməliyyatı aparılması, habelə onlayn ödəmə vasitəsilə kredit, kredit kartı və ya digər bank hesablarına ödənişlər edilməsi nəzərdə tutulur.
8.4.16. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi ilə nəticələnən hallardan biri və ya bir neçəsi baş verdikdə, Bank Kreditin limitini Müştərinin razılığı tələb olunmadan birtərəfli qaydada azalda və/və ya müvafiq Razılaşmaya birtərəfli qaydada xitam verə bilər. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi halları dedikdə, iş yerinin itirilməsi, əmək haqqının azaldılması, Müştərinin əmlakı üzərinə həbs qoyulması, Müştərinin başqa kreditlər götürməsi nəticəsində borc yükünün artması, Müştəri barədə cinayət işinin başlanması və bu barədə
Banka məlumat daxil olması, Qanunvericiliyə və Qaydalara, habelə Bankın kredit risklərinin idarə edilməsi stategiyasına və siyasətinə əsasən müəyyən edilən Bankın daxili risk reytinqi üzrə Müştərinin risklilik dərəcəsinin Bank üçün əlverişli olmayan səviyyəyə çatması, Müştərinin bu Müqavilə üzrə Bank qarşısında öhdəliyini icra etməyə maneə olacaq dərəcədə sağlamlığını itirməsi, vəfat etməsi, kredit öhdəliyinin vaxtında icra edilməməsi və öhdəliyin vaxtında icra edilməsinə maneə yaradan hallar başa düşülür.
8.4.17. Kartmane kredit kartı üzrə kredit xətti müqaviləsinin şərtləri müvafiq Razılaşma ilə tənzimlənir. Müvafiq Razılaşmada nəzərdə tutulmuş qaydada müqavilə qüvvədə olduğu müddətdə Müştərinin Bank tərəfindən təhlili nəticəsində müqavilənin şərtləri və ödəniş qaydası barədə, Bank Müştərinin Banka məlum olan əlaqə vasitələri ilə Müştəriyə müvafiq qaydada məlumat verir.
8.4.18. Ödənişlərin həyata keçirilməsinə görə məsuliyyəti Müştəri daşıyır və Müştəri ödənişlə bağlı sənədləri Müqavilə üzrə öhdəliklərinə xitam verilənədək saxlamalıdır.
Kartmane kartı üzrə Müştərinin öhdəliklərinin icrasının təmin edilməsi nəzərdə tutulduqda, təminatlar barədə məlumat müvafiq Razılaşmada göstərilir.
8.4.19. Müştəri kreditin verildiyi valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan rəsmi məzənnəsinin bu Müqavilənin imzalandığı günlə müqayisədə əhəmiyyətli dəyişməsi ilə bağlı məsuliyyəti öz üzərinə qəbul edir və bununla bağlı Banka qarşı gələcəkdə heç bir iddia irəli sürmədən Müqavilə üzrə öhdəliklərini yerinə yetirir.
8.4.20. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, Bank müvafiq Razılaşma Aksept edildikdən sonra belə Müştəriyə kredit verilməsindən imtina edə bilər.
8.4.21. Bank tərəfindən müəyyən еdilmiş öhdəliklər pоzulduqda və ya Müştəri borcunu vaxtında və lazımınca ödəmədiyi halda Bank kredit kartı üzrə kredit limitini ləğv edə, və ödənilməmiş kredit bоrcunu vaхtı kеçmiş krеdit hеsabına daхil etməklə müvafiq Razılaşmada nəzərdə tutulmuş miqdarda cərimə hеsablaya bilər.
8.4.22. Bank Müqavilənin şərtləri Müştəri tərəfindən pоzulduğu halda, еləcə də Bank tərəfindən zəruri bilinən digər hallarda, Kartın istifadəsini dayandırmaq, оnu ləğv еtmək və ya digər bütün lazımi tədbirləri həyata keçirmək hüququna malikdir.
8.4.23. Bank itkilərin qarşısını almaq məqsədilə Müştəridən Bankı qanе еdən təminat (sığоrta dеpоziti, girоv və s.) tələb еdə və ya bu təminatın dəyişdirilməsini tələb edə bilər.
8.4.24. Müştərinin Müqavilənin tələblərinə əməl еtməməsi nəticəsində baş vеrən hər hansı mübahisəli vəziyyətə, еləcə də Bankın nəzarətindən kənar hər hansı hala görə Bank məsuliyyət daşımır.
8.4.25. Bank bu Ümumi Şərtlərin 9.29-cu bəndində qeyd edilmiş hallarda vaxtından əvvəl ödənilməsini tələb edə və öz mülahizəsinə əsasən kartın kredit limitini qismən azalda, tam bağlaya və ya kredit kartını bloklaşdıra bilər. əsasən Müştəri müqavilə öhəliklərini tаm yerinə yetirdikdən sonra onun kredit kartı yenidən qarşılıqlı razılıq əsasında aktivləşdirilir.
8.5. Kartmane debet kartının şərtləri:
8.5.1. Müştəri tərəfindən Kartmane hesabına bu Ümumi Şərtlərdə və müvafiq Razılaşmalarda fərqli qayda nəzərdə tutulmadıqda, istənilən məbləğdə pul vəsaiti daxil edilə bilər. Kartmane hesabındakı Müştəri tərəfindən daxil edilən pul vəsaitinin qalığına müvafiq Razılaşmada nəzərdə tutulmuş şərtlərlə illik faiz hesablanır və Müştəriyə ödənilir.
Bu Ümumi Şərtlərin 8.4-cü bəndində nəzərdə tutulmuş qaydada Kreditdən istifadə etmiş Banka borcu olan Müştərinin Kartmane hesabına pul vəsaiti daxil edildikdə, pul vəsaiti əvvəlcə bu Ümumi Şərtlərin 8.4.14-cü bədində nəzərdə tutulmuş ardıcıllıqla Kredit borcunun ödənilməsinə yönəlidir. Artıq qalan vəsait isə Kartmane hesabında yerləşdirilir və həmin vəsaitin üzərinə bu Ümumi Şərtlərin 8.5.1-ci bəndində nəzərdə tutulmuş qaydada faiz hesablanır. Kartmane hesabında bu Ümumi Şərtlərin 8.5.1-ci bəndində nəzərdə tutulmuş qaydada daxil edilmiş pul vəsaiti olduğu halda, Müştəri Kreditdən istifadə etmək istəyərsə, Müştərinin istifadə etmək
istədiyi məbləğ ilk növbədə Kartmane hesabındakı pul vəsaiti hesabına çıxılır (silinir), Müştərinin Kartmane hesabındakı pul vəsaitindən artıq olan hissə isə Müştərinin istifadə etdiyi kredit hesab olunur.
8.5.2. Faizlər gündəlik olmaq şərti ilə günün sonuna olan qalığa hesablanır.
8.5.3. Kartmane hesabının qalığı üzrə bu Ümumi Şərtlərin 8.5.1-ci bəndi ilə müəyyən olunmuş şərtlər nəzərə alınmaqla, ay ərzində hesablanmış faiz məbləği hər ayın son iş günü ərzində kapitallaşmaqla Kartmane hesabına köçürülür. Müştəri tərəfindən yerləşdirilmiş məbləğlərə və kapitallaşdırılmış faiz məbləğlərinə bu Ümumi Şərtlərin 8.5.1-ci maddəsində qeyd olunan faiz dərəcəsi ilə faiz hesablanır.
8.5.4. Kartmane hesabına qoyulan və hər yeni əlavə edilən məbləğ üzrə faizlər vəsaitin Banka daxil olduğu günün ertəsi günündən məbləğin Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla onun hesabından silinməsindən əvvəlki günədək hesablanır. Müştəri pul vəsaitini Bankın uzadılmış əməliyyat günü (iş günü) hesab olunan vaxtda hesabına daxil etdikdə, pul məbləği müvafiq hesaba növbəti əməliyyat günü (iş günü) daxil olunmuş hesab olunur.
8.5.5. Müştəri Bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla, Bank təklif etdiyi halda isə təklif olunan rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Banka müraciət edərək Kartmane hesabı (debet) üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər. Müştəri rəqəmsal bankçılıq vasitəsilə Kartmane hesabı üzrə faiz hesablanmasının dayandırılması (və ya ya bərpa edilməsi) barədə Banka müraciət etdikdə, bu zaman Bank tərəfindən Müştərinin Banka təqdim etdiyi və müvafiq Razılaşmalarda göstərilən və ya sonradan Banka yazılı qaydada təqdim edilən mobil telefon nömrəsinə SMS vasitəsi ilə Birdəfəlik Şifrə göndərilir və yalnız Müştəri həmin rəqəmsal bankçılıq platformasında müvafiq xanaya bu Şifrəni daxil etdikdən sonra müraciətini təsdiqləmiş olur. Bununla da faiz hesablanması Bank tərəfindən dayandırılır (və ya bərpa edilir). Müştəri Kartmane hesabı üzrə Bankın təklif etdiyi həmin funksiyadan bir dəfə istifadə etdikdə, növbəti dəfə yalnız 24 (iyirmi dörd) saat sonra istifadə edə bilər. Kartmane hesabı üzrə faizlərin hesablanmasının dayandırılması və ya bərpa edilməsi Bankın təklif etdiyi digər üsul və vasitələrdən də istifadə etməklə həyata keçirilə bilər.
8.5.6. Müvafiq qaydada Müştərinin müraciəti üzrə faiz hesablanması dayandırıldıqda müvafiq tarixdən etibarən Bank tərəfindən Kartmane hesabı üzrə faiz hesablanmır və Müştəriyə heç bir faiz məbləği ödənilmir.
8.5.7. Müştərinin Kartmane hesabına daxil etdiyi pul vəsaitləri üzrə faiz gəlirləri Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb edilir.
8.5.8. Kartmane kartının hazırlanması üçün Bankın Tariflərinə uyğun xidmət haqqı tutulur və aşağıdakı qaydada silinir:
8.5.8.1. Kartmane kartı üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən Bank tərəfindən birtərəfli qaydada akseptsiz olaraq silinir.
8.5.8.2. Bu Ümumi Şərtlərin 8.5.14-cü bəndində nəzərdə tutulmuş qaydada hesablanmış bonuslar Kartmane kartı üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər.
8.5.9. Kartmane hesabındakı pul vəsaiti ATM (ölkədaxili) və POS terminallar (ölkədaxili) vasitəsilə nağdlaşdırıldıqda, nağdlaşdırma tarixindən asılı olaraq Bankın Tariflərinə uyğun tariflər tətbiq olunur.
8.5.10. Kartmane hesabına bağlı Əlavə Kartların sifarişi mümkündür. Əlavə kart sifariş edilərkən və Kartda olan vəsaitdən Əlavə Kart vasitəsilə istifadə olunarkən Bankın Tariflərinə uyğun xidmət haqqı tutulur.
8.5.11. Müvafiq Razılaşmada göstərilən müddət bitdikdə Kartmane hesabında olan qalıq vəsaitə faiz hesablanması dayandırılır. Müvafiq Razılaşmanın müddətinin uzadılması ilə bağlı Müştərinin müraciəti olduqda, Razılaşma yeni müddətə Bankın müvafiq məhsulu üzrə həmin tarixə mövcud olan şərtləri tətbiq edilməklə uzadıla bilər.
8.5.12. Bankın öz mülahizəsi və seçiminə əsasən, Müştərinin apardığı əməliyyatlar üzrə (Bankın İnternet Səhifəsində qeyd olunan əməliyyatlar istisna olmaqla) Bonuslar hesablana bilər. Müştərinin apardığı əməliyatlar üzrə Bonuslar aşağıdakı qaydada hesablanır və istifadə oluna bilər:
8.5.12.1. Kartmane hesabı üzrə 1 (bir) Virtual Bal Bankın Tariflərində müəyyən edilmiş məbləğdə müvafiq valyutada hesablanır və Bank tərəfindən hər növbəti ay, lakin istənilən halda həmin növbəti ayın ilk 5 iş günündən gec olmamaq şərtilə, Müştərinin Kartmane virtual hesabına köçürülür; və ya
8.5.12.2. Müvafiq valyutada olan Kartmane hesabından aparılan hər əməliyyat üzrə (Bankın rəsmi internet səhifəsində qeyd olunan əməliyyatlar istisna olmaqla) Bankın daxili tariflərində müəyyən edilmiş həcmdə hesablanmış vəsait “Cashback” şəklində müvafiq valyutada Kartmane hesabına köçürülür.
8.5.12.3. Müştəri cari təqvim ili ərzində ona hesablanan Virtual Balları ən geci növbəti təqvim ilinin mart ayının 1-dək (istifadənin sonuncu günü fevral ayının son günü hesab olunur) istifadə edə bilər.
8.5.12.4. Kart əməliyyatları üzrə dövriyyədən və Bankın təklif etdiyi xidmətlərdən asılı olaraq, Müştəriyə veriləcək Virtual Ballar üzrə maksimum məbləğin həddi Bankın daxili tariflərinə əsasən müəyyən edilir. (Kartmane hesabı xarici valyutada olduqda, maksimal məbləğ nəzərdə tutulmur).
8.5.12.5. Virtual Ballar üzrə maksimum məbləğin həddi Bank tərəfindən birtərəfli şəkildə azaldıla və ya artırıla bilər.
8.5.12.6. Bonus hesablanarkən Bank Ümumi Şərtlərin 4.44-cü bəndində sadalanan hüquqları özündə saxlayır.
8.5.13. Hesablanmış Virtual Ballar yalnız Bankın müəyyən etdiyi qaydada (nağd pul, tərəfdaş şəbəkəsi, mallarının alınması və s.) və müddətdə istifadə oluna bilər. Müəyyən edilən dövr ərzində Müştəri tərəfindən istifadə edilmədikdə, habelə bu Ümumi Şərtlərdə və/və ya müvafiq Razılaşmada nəzərdə tutulmuş hallarda Virtual Ballar Bank tərəfindən birtərəfli qaydada ləğv edilir.
8.5.14. Müştərinin Kartmane kartları bağlanarsa, bağlanma səbəbindən asılı olmayaraq, toplanan Virtual Ballar Bank tərəfindən 3 (üç) ay müddətində dondurulur və bu müddət ərzində Müştəri Kartı yenidən aktivləşdirərsə və müvafiq Razılaşmada nəzərdə tutulan müddət keçməmişdirsə, bu ümumi şərtlərin 8.5.18-ci bəndi nəzərə alınmaqla toplanmış Virtual Ballardan istifadə edə bilir. Müvafiq müddət ərzində Müştəri Kartı yenidən aktivləşdirmədikdə, hesablanan Virtual Ballar Bank tərəfindən birtərəfli qaydada ləğv edilir.
8.5.15. Bank tərəfindən təklif edildiyi halda Müştəri öz seçiminə əsasən Bankın təklif etdiyi şərtlər daxilində Cashback şərtlərini dəyişdirə bilər. Bu halda Müştərinin seçdiyi yeni şərtlər Kartmane hesabı üzrə növbəti aydan tətbiq olunur. 8.5.16. Müqavilədə nəzərdə tutulmuş qaydada Bonuslar Müştəri tərəfindən müvafiq Bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın Bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə Bonus hesablanmır və hesablanmış Bonuslar ləğv edilir.
8.5.17. Kart əməliyyatları üzrə minimal dövriyyə və Bonusların verilməsi zamanı MCC qrupların (Beynəlxalq kart təşkilatları tərəfindən təyin edilmiş Merchant Category Code qruplar) təyinatının düzgün seçilməməsinə görə və Bonus ödənişlərinin düzgün hesablanmamasına görə ticarət məntəqəsinin xidmət olunduğu ekvayer bank məsuliyyət daşıyır.
8.5.18. Bank Tərəfdaş Ticarət Məntəqəsindən aldığı endirim faizini Bankın müəyyən etdiyi qaydada Virtual Bal yaxud digər bonus şəklində Müştərinin xeyrinə hesablayır. Tərəfdaş Ticarət Məntəqəsi tərəfindən hesablanmış Virtual Ballar yalnız Bankın müəyyən etdiyi formada (nağd pul, tərəfdaş şəbəkəsi mallarının alınması və s.) və müddətdə istifadə oluna bilər. İlin son gününə (31 dekabr günün sonuna) qədər toplanan bonuslar növbəti ilin mart ayının 1-dək (istifadənin sonuncu günü fevral ayının son günü hesab olunur)
istifadə edilmədikdə Bankın istifadə edilməyən Virtual Balları bir tərəfli qaydada ləğv etmək və Ticarət Məntəqəsindən alınan vəsaitləri Bankın mənfəətinə silmək hüququ vardır.
8.5.19. Bank tərəfindən belə xidmət təklif olunduğu halda Müştəri Bankda həmin tarixə mövcud olan şərtlər əsasında Virtual Kartmane Kartı sifariş edə və istifadə edə bilər. Bu zaman Virtual Kartamne Kartı üzrə tətbiq olunan məhdudiyətlər və limitlər istisna olmaqla, Kartmane debet kartının şərtləri Virtual Kartmane Kartına da tətbiq olunacaqdır.
8.6. Kartmane kartı üzrə Bank aşağıdakıları öhdəsinə götürür:
8.6.1. Bank tərəfindən nəzərdə tutulan say həddini aşmamaq şərtilə, Müştəri Kartmane hesabı açdığı gündən sonrakı 3 (üç) iş günü ərzində Kartmane kartını ona təqdim etmək;
8.6.2. Hesabda olan məbləğə gündəlik qaydada müvafiq Razılaşmada göstərilən faizlərin hesablanmasını və hər ayın son iş günü ay ərzində hesablanmış faizlərin kapitallaşmasını təmin etmək;
8.6.3. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Müştərinin maneəsiz olaraq Kartmane hesabındakı məbləğdən istifadəsini təmin etmək və ondan hesaba qoyulan yeni məbləğləri qəbul etmək;
8.6.4. Müştərinin müraciəti ilə Kartmane kartından istifadə zamanı baş vermiş anlaşılmazlıqların araşdırılmasına və aradan qaldırılmasına səy göstərmək;
8.6.5. Müştərinin Kartmane kartının itirilməsi və ya оğurlanması haqqında ərizəsinə əsasən Kredit kartı üzrə əməliyyatları blоklaşdırmaq;
8.6.6. Müştəriyə aid bank sirri təşkil edən məlumatların Qanunvericiliyə və Müqaviləyə uyğun olaraq qorunmasına təminat vermək;
8.6.7. Müştərinin müraciəti ilə Bonusların hesablanması üzrə hesabdan çıxarışı Müştərinin özünə və ya etibarnamə əsasında nümayəndəsinə vermək.
8.7. Bank aşağdakı hüquqlara malikdir:
8.7.1. Müştərinin Bank qarşısında yaranmış borclarının (Kredit məbləği, üzərinə hesablanmış faiz və cərimələr, xidmət haqqı, komissiya və s.) vaxtında ödənilməsini tələb etmək;
8.7.2. Müştərinin Bank qarşısında yaranmış öhdəlikləri üzrə vəsaitləri qеyd-şərtsiz Müştərinin hеsabından silmək və onun əmək haqqına, habelə digər əmlakına yönəltmək;
8.7.3. Bank tərəfindən müəyyən еdilmiş Kredit şərtləri pоzulduqda və ya Müştəri borcunu vaхtında ödəmədiyi təqdirdə Müştəriyə Kartmane kartını Banka qaytarmaq tələbi ilə bildiriş göndərmək;
8.7.4. Aşağıdakı hallarda öz mülahizəsinə əsasən, Kartın istifadəsini birtərəfli qaydada dayandırmaq və/və ya Kartı bloklaşdırmaq və/və ya ləğv etmək:
8.7.4.1. Müştəri ardıcıl olaraq iki dəfə Son Ödəniş Tarixinədək Minimum Ödənişi ödəmədikdə bloklaşdırılır;
8.7.4.2. Kartmane kartının istifadəsi üzrə hər növbəti ildə xidmət haqqı 3 (üç) ay ərzində ödənilmədiyi halda kart bloklaşdırılır;
8.7.4.3. Kartmane kartının istifadəsi üzrə 6 (altı) ay ərzində xidmət haqqı ödənilmədikdə isə kart ləğv edilir;
8.7.4.4. Müştəri tərəfindən Kartdan pul köçürülməsi, habelə biznes məqsədilə istifadə edilməsi aşkar edildikdə;
8.7.4.5. Bu Ümumi şərtlərdə nəzərdə tutulmuş digər hallarda.
8.7.5. Bank bu Ümumi Şərtlərin 9.29-cu bəndində qeyd edilmiş hallarda bu Müqaviləyə xitam verilib- verilməməsindən asılı olmayaraq Kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb etmək;
8.7.6. Müqavilədə, Qanunvericilik və Qaydalarda nəzərdə tutulmuş hallarda Müştəridən Müqavilə üzrə öhdəliklərinin icrasını təmin edən təminat (depozit, girov, sığorta və s.), habelə mövcud olan təminatın dəyişdirilməsini tələb etmək;
8.7.7. Müqavilə müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən Müqavilə ləğv edildikdə, habelə bu Ümumi Şərtlərdə və/və ya müvafiq Razılaşmalarda nəzərdə tutulmuş digər hallarda Kartmane hesabında olan pul vəsaitinə faiz hesablamamaq;
8.7.8. Bankın İnternet Səhifəsində və/və ya Bankın təklif edəcəyi digər onlayn resurslarda yerləşdirmək yolu ilə Müştərini məlumatlandırmaqla qanunvericiliyin tələbləri nəzərə alınmaqla Kartmane məhsuluna tətbiq olunan Bankın göstərdiyi Xidmətlərlə bağlı müvafiq bankdaxili qayda/şərtlər və tariflər/xidmət haqqı/komissiyalarda birtərəfli qaydada dəyişiklik etmək;
8.7.9. Müştərinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri, habelə istənilən əsasla yaranmış digər öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin Müqavilə ilə müəyyən edilmiş komisyon haqlarını, təminat qismində rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, akseptsiz qaydada Kartmane hesabındakı vəsaitdən silmək;
8.7.10. Kartmane hesabında olan pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə bu vəsaitdən istifadə etmək;
8.7.11. Bu Ümumi Şərtlərin 8.7.4-cü bəndində nəzərdə tutulan hallardan biri baş verdikdə, öz mülahizəsinə əsasən, müvafiq Razılaşmaya birtərəfli qaydada xitam vermək;
8.7.12. Qanunvericiliyin tələblərinə uyğun olaraq Müştərinin razılığının alınması ilə Müştəriyə aid fərdi və bank sirrini təşkil edən məlumatları Müqavilənin icrası məqsədi ilə cəlb etdiyi üçüncü tərəflərə vermək;
8.7.13. Müqavilədə nəzərdə tutulmuş hallarda Müqavilədə nəzərdə tutulmuş şərtləri, limitləri, tarifləri və s. qanunvericiliyin tələbləri nəzərə alınmaqla birtərəfli qaydada dəyişdirmək;
8.7.14. Müştərinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) haqqında Qanunvericiliyin və Qaydaların tələblərini pozmasına dair hər hansı bir şübhə olduqda, Kartmane kartını bloklaşdırmaq, dondurmaq, araşdırma aparmaq, sənədlər tələb etmək və ya hər hansı limit tətbiq etmək və/ və ya Kartmane hesabını bağlamaq;
8.7.15. Müqavilənin müddəti bitdikdə və/və ya hər hansı bir səbəbdən Müqaviləyə xitam verildikdə, Kartmane hesabını bağlamaq;
8.7.16. Müqavilədə nəzərdə tutulmuş Bonusların hesablanması qaydası və şərtlərini birtərəfli qaydada dəyişdirmək, Bonusların hesablanmasını dayandırmaq, habelə Müqavilədə nəzərdə tutulmuş hallarda hesablanmış Bonusları ləğv etmək;
8.7.17. Müqavilədə və müvafiq Razılaşmalarda nəzərdə tutulmuş digər hüquqlarını həyata keçirmək.
8.8. Müştəri aşağıdakıları öhdəsinə götürür:
8.8.1. Qеyd-şərtsiz Banka aşağıdakı məbləğləri ödəmək:
8.8.1.1. Müqavilə müddəti ərzində Kartmane kartından istifadə nəticəsində yaranan əsas bоrcları;
8.8.1.2. Son Ödəniş Tarixinədək Minimum Ödənişləri;
8.8.1.3. Nağd və ya nağdsız istifadəyə görə əməliyyatın tariхindən еtibarən yaranan bоrc üzrə faizləri;
8.8.1.4. Kartmane kartından (əsas və əlavə) istifadə еtməklə, о cümlədən, üçüncü şəхs tərəfindən, aparılan əməliyyatlardan irəli gələn məbləğləri;
8.8.1.5. Müqaviləyə uyğun оlaraq hеsablanmış cərimə faizlərini;
8.8.1.6. Müqaviləyə və Bankın Tariflərinə Bankın kоmissiyalarını;
8.8.1.7. Müştəri, еləcə də üçüncü şəхslər tərəfindən Kartmane kartından qanunsuz istifadə оlunmasının qarşısının alınması ilə bağlı Bank tərəfindən çəkilmiş faktiki хərcləri;
8.8.1.8. Ödənişlər üzrə əsassız еtirazlara görə Bank tərəfindən aparılan araşdırmalara görə tutulan kоmissiyaları.
8.8.2. Müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri yеrinə yеtirmədiyi halda çəkilmiş məhkəmə, pоçt və s. хərclərini Banka ödəmək;
8.8.3. Hər hansı səbəb üzündən Kartmane kartı ləğv еdildikdə və ya оnun istifadə edilməsi dayandırıldıqda, Kartı Bankın müvafiq хəbərdarlıq tariхindən 30 (otuz) təqvim günü ərzində Banka qaytarmaq, habelə itirilmiş Kartmane kartı tapıldıqda dərhal Banka məlumat vermək və Kartı Banka qaytarmaq;
8.8.4. Kartmane kartı ilə aparılan bütün əməliyyatlar üzrə bütün sənədləri kartların bağlandığı və ya müddətinin qurtardığı andan ən azı 1 (bir) il ərzində saхlamaq və оnları mübahisəli məsələlərin tənzimlənməsi üçün Banka təqdim еtmək və Bankın sənəd və qеydlərini, еləcə də buna dair bank proqramı məlumatlarını təkzibоlunmaz sübut kimi qəbul еtmək;
8.8.5. Kartmane kartı itdikdə və ya oğurlandıqda dərhal zəng edərək Banka (+994 12 5984488, +994 12 133) və Azəricard Prosessinq Mərkəzinə (+994 12 5984697), Kod Sözünü bildirməklə xəbər vermək və Kartı bloklaşdırmaq;
8.8.6. Müqavilədə qеyd оlunan nömrələrə məlumat vеrilənə qədər, həmçinin bu məlumat vеrilən andan 30 (otuz) gün ərzində Kartmane kartı ilə, о cümlədən, müvafiq kartın PİN kodundan istifadə еdilərək üçüncü şəхslər tərəfindən aparılan bütün əməliyyatlara görə məsuliyyət daşımaq;
8.8.7. Kartmane hesabı bağlanmamışdan əvvəl aparılmış əməliyyat baş vermiş texniki problemlər nəticəsində Bankın sistemində öz əksini tapmazsa və bu məlumat Kartmane hesabı bağlandığı tarixdən ilk 30 (otuz)
təqvim günü ərzində pul vəsaitinin çatışmazlığı məlum olarsa, çatışmayan pul vəsaitini Bankın ilk tələbi ilə qaytarmaq.
8.8.8. Müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərini icra etmək.
8.9. Müştəri aşağıdakı hüquqlara malikdir:
8.9.1. Qanunvericilik və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Kartmane hesabına pul qoymaq və maneəsiz olaraq həmin məbləğdən istifadə etmək;
8.9.2. Kartmane kartından istifadə zamanı birbaşa Bankın təqsiri nəticəsində baş vermiş anlaşılmazlıqların aradan qaldırılmasını tələb etmək;
8.9.3. Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandırmaq və ya bərpa etmək və faizlərin hesablanması barədə Bankdan məlumat almaq;
8.9.4. Kartla əməliyyatlar zamanı Müqavilədə nəzərə tutulmuş qaydada məlumatlandırılanadək, Banka məxsus ATM və POS-terminallardan təyin olunmuş xidmət haqqı ödəməklə istifadə etmək.
8-1. Kartmane Qeyri-Rezident kartı
8-1.1. Bank müvafiq Razılaşma Qeyri-Rezident fiziki şəxslər tərəfindən bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada Aksept edildikdən sonra debet kartı funksiyalarını daşıyan Kartmane Qeyri Rezident kartını kartın dəyəri ödənilməklə Müştəriyə verə, Müştəriyə “Kartmane hesabı” aça bilər, Müştəri isə qanunvericiliklə qadağan olunmayan və Müqavilədə nəzərdə tutulan digər əməliyyatları həyata keçirə bilər.
8-1.2. “Kartmane Qeyri Rezident” kartı ilə bağlı münasibətlərə həmin kartın xüsusi şərtləri nəzərə alınmaqla bu Ümumi Şərtlərin 7-ci bəndi (“Ödəniş kartı”) tətbiq edilir.
8-1.3. Müştəri tərəfindən Kartmane hesabına bu Ümumi Şərtlərdə və müvafiq Razılaşmalarda fərqli qayda nəzərdə tutulmadıqda, istənilən məbləğdə pul vəsaiti daxil edilə bilər. Kartmane hesabındakı Müştəri tərəfindən daxil edilən pul vəsaitinin qalığına müvafiq Razılaşmada nəzərdə tutulmuş şərtlərlə illik faiz hesablanır və Müştəriyə ödənilir.
8-1.4. Faizlər gündəlik olmaq şərti ilə günün sonuna olan qalığa hesablanır.
8-1.5. Kartmane hesabının qalığı üzrə bu Ümumi Şərtlərin 8-1.3-cü bəndi ilə müəyyən olunmuş şərtlər nəzərə alınmaqla, ay ərzində hesablanmış faiz məbləği hər ayın son iş günü ərzində kapitallaşmaqla Kartmane hesabına köçürülür. Müştəri tərəfindən yerləşdirilmiş məbləğlərə və kapitallaşdırılmış faiz məbləğlərinə bu Ümumi Şərtlərin 8-1.3-cü maddəsində qeyd olunan faiz dərəcəsi ilə faiz hesablanır.
8-1.6. Kartmane hesabına qoyulan və hər yeni əlavə edilən məbləğ üzrə faizlər vəsaitin Banka daxil olduğu günün ertəsi günündən məbləğin Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla onun hesabından silinməsindən əvvəlki günədək hesablanır. Müştəri pul vəsaitini Bankın uzadılmış əməliyyat günü (iş günü) hesab olunan vaxtda hesabına daxil etdikdə, pul məbləği müvafiq hesaba növbəti əməliyyat günü (iş günü) daxil olunmuş hesab olunur.
8-1.7. Müştəri Bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla, Bank təklif etdiyi halda isə təklif olunan rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Banka müraciət edərək Kartmane hesabı (debet) üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər. Müştəri rəqəmsal bankçılıq vasitəsilə Kartmane hesabı üzrə faiz hesablanmasının dayandırılması (və ya ya bərpa edilməsi) barədə
Banka müraciət etdikdə, bu zaman Bank tərəfindən Müştərinin Banka təqdim etdiyi və müvafiq Razılaşmalarda göstərilən və ya sonradan Banka yazılı qaydada təqdim edilən mobil telefon nömrəsinə SMS vasitəsi ilə Birdəfəlik Şifrə göndərilir və yalnız Müştəri həmin rəqəmsal bankçılıq platformasında müvafiq xanaya bu Şifrəni daxil etdikdən sonra müraciətini təsdiqləmiş olur. Bununla da faiz hesablanması Bank tərəfindən dayandırılır (və ya bərpa edilir). Müştəri Kartmane hesabı üzrə Bankın təklif etdiyi həmin funksiyadan bir dəfə istifadə etdikdə, növbəti dəfə yalnız 24 (iyirmi dörd) saat sonra istifadə edə bilər. Kartmane hesabı üzrə faizlərin hesablanmasının dayandırılması və ya bərpa edilməsi Bankın təklif etdiyi digər üsul və vasitələrdən də istifadə etməklə həyata keçirilə bilər.
8-1.8. Müvafiq qaydada Müştərinin müraciəti üzrə faiz hesablanması dayandırıldıqda müvafiq tarixdən etibarən Bank tərəfindən Kartmane hesabı üzrə faiz hesablanmır və Müştəriyə heç bir faiz məbləği ödənilmir.
8-1.9. Müştərinin Kartmane hesabına daxil etdiyi pul vəsaitləri üzrə faiz gəlirləri Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb edilir.
8-1.10. “Kartmane Qeyri Rezident” kartının hazırlanması üçün Bankın Tariflərinə uyğun xidmət haqqı tutulur və kart üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən Bank tərəfindən birtərəfli qaydada akseptsiz olaraq silinir.
8-1.11. Kartmane hesabındakı pul vəsaiti ATM (ölkədaxili) və POS terminallar (ölkədaxili) vasitəsilə nağdlaşdırıldıqda, nağdlaşdırma tarixindən asılı olaraq Bankın Tariflərinə uyğun tariflər tətbiq olunur.
8-1.12. Kartmane hesabına bağlı Əlavə Kartların sifarişi mümkündür. Əlavə kart sifariş edilərkən və Kartda olan vəsaitdən Əlavə Kart vasitəsilə istifadə olunarkən Bankın Tariflərinə uyğun xidmət haqqı tutulur.
8-1.13. Müvafiq Razılaşmada göstərilən müddət bitdikdə Kartmane hesabında olan qalıq vəsaitə faiz hesablanması dayandırılır. Müvafiq Razılaşmanın müddətinin uzadılması ilə bağlı Müştərinin müraciəti olduqda, Razılaşma yeni müddətə Bankın müvafiq məhsulu üzrə həmin tarixə mövcud olan şərtləri tətbiq edilməklə uzadıla bilər.
8-1.14. Kartmane Qeyri-rezident kartı üzrə Bank aşağıdakıları öhdəsinə götürür:
8-1.14.1. Bank tərəfindən nəzərdə tutulan say həddini aşmamaq şərtilə, Müştəri Kartmane hesabı açdığı gündən sonrakı 3 (üç) iş günü ərzində Kartmane Qeyri-rezident kartını ona təqdim etmək;
8-1.14.2. Hesabda olan məbləğə gündəlik qaydada müvafiq Razılaşmada göstərilən faizlərin hesablanmasını və hər ayın son iş günü ay ərzində hesablanmış faizlərin kapitallaşmasını təmin etmək;
8-1.14.3. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Müştərinin maneəsiz olaraq Kartmane hesabındakı məbləğdən istifadəsini təmin etmək və ondan hesaba qoyulan yeni məbləğləri qəbul etmək;
8-1.14.4. Müştərinin müraciəti ilə Kartmane Qeyri Rezident kartından istifadə zamanı baş vermiş anlaşılmazlıqların araşdırılmasına və aradan qaldırılmasına səy göstərmək;
8-1.14.5. Müştəriyə aid bank sirri təşkil edən məlumatların Qanunvericiliyə və Müqaviləyə uyğun olaraq qorunmasına təminat vermək;
8-1.15. Bank aşağıdakı hüquqlara malikdir:
8-1.15.1. Müştərinin Bank qarşısında yaranmış öhdəlikləri üzrə vəsaitləri qеyd-şərtsiz Müştərinin hеsabından silmək və onun əmək haqqına, habelə digər əmlakına yönəltmək;
8-1.15.2. Aşağıdakı hallarda öz mülahizəsinə əsasən, Kartın istifadəsini birtərəfli qaydada dayandırmaq və/və ya Kartı bloklaşdırmaq və/və ya ləğv etmək:
8-1.15.2.1. Kartmane Qeyri Rezident kartının istifadəsi üzrə hər növbəti ildə xidmət haqqı 3 (üç) ay ərzində ödənilmədiyi halda kart bloklaşdırılır;
8-1.15.2.2. Kartmane Qeyri Rezident kartının istifadəsi üzrə 6 (altı) ay ərzində xidmət haqqı ödənilmədikdə isə kart ləğv edilir;
8-1.15.2.3. Müştəri tərəfindən biznes məqsədilə istifadə edilməsi aşkar edildikdə;
8-1.15.2.4. Bu Ümumi şərtlərdə nəzərdə tutulmuş digər hallarda.
8-1.15.3. Müqavilə müddəti başa çatdıqda və ya hər hansı bir səbəbdən Müqavilə ləğv edildikdə, habelə bu Ümumi Şərtlərdə və/və ya müvafiq Razılaşmalarda nəzərdə tutulmuş digər hallarda Kartmane hesabında olan pul vəsaitinə faiz hesablamamaq;
8-1.15.4. Bankın İnternet Səhifəsində və/və ya Bankın təklif edəcəyi digər onlayn resurslarda yerləşdirmək yolu ilə Müştərini məlumatlandırmaqla Kartmane məhsuluna tətbiq olunan müvafiq bankdaxili qayda/şərtlər və tariflər/xidmət haqqı/komissiyalarda birtərəfli qaydada dəyişiklik etmək;
8-1.15.5. Müştərinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri, habelə istənilən əsasla yaranmış digər Bank Müştəri öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin Müqavilə ilə müəyyən edilmiş komisyon haqlarını, təminat qismində rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, akseptsiz qaydada Kartmane hesabındakı vəsaitdən silmək;
8-1.15.6. Kartmane hesabında olan pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə bu vəsaitdən istifadə etməsini təmin etmək
8-1.15.7. Bu Ümumi Şərtlərin 8-1.15.2-ci bəndində nəzərdə tutulan hallardan biri baş verdikdə, öz mülahizəsinə əsasən, müvafiq Razılaşmaya birtərəfli qaydada xitam vermək;
8-1.15.8. Müştəriyə aid fərdi və bank sirrini təşkil edən məlumatları Müqavilənin icrası məqsədi ilə cəlb etdiyi üçüncü tərəflərə vermək;
8-1.15.9. Müqavilədə nəzərdə tutulmuş hallarda Müqavilədə nəzərdə tutulmuş şərtləri, limitləri, tarifləri və s. birtərəfli qaydada dəyişdirmək;
8-1.15.10. Müştərinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) haqqında Qanunvericiliyin və Qaydaların tələblərini pozmasına dair hər hansı bir şübhə olduqda, Kartmane Qeyri Rezident kartını bloklaşdırmaq, dondurmaq, araşdırma aparmaq, sənədlər tələb etmək və ya hər hansı limit tətbiq etmək və/ və ya Kartmane hesabını bağlamaq;
8-1.15.11. Müqavilənin müddəti bitdikdə və/və ya hər hansı bir səbəbdən Müqaviləyə xitam verildikdə, Kartmane hesabını bağlamaq;
8-1.15.12. Müqavilədə və müvafiq Razılaşmalarda nəzərdə tutulmuş digər hüquqlarını həyata keçirmək.
8-1.16. Müştəri aşağıdakıları öhdəsinə götürür:
8-1.16.1. Qеyd-şərtsiz Banka aşağıdakı məbləğləri ödəmək:
8-1.16.1.1. Kartmane Qeyri Rezident kartından (əsas və əlavə) istifadə еtməklə, о cümlədən, üçüncü şəхs tərəfindən, aparılan əməliyyatlardan irəli gələn məbləğləri;
8-1.16.1.2. Müqaviləyə və Bankın Tariflərinə Bankın kоmissiyalarını;
8-1.16.1.3. Müştəri, еləcə də üçüncü şəхslər tərəfindən “Kartmane Qeyri Reziden” kartından qanunsuz istifadə оlunmasının qarşısının alınması ilə bağlı Bank tərəfindən çəkilmiş faktiki хərcləri;
8-1.16.1.4. Ödənişlər üzrə əsassız еtirazlara görə Bank tərəfindən aparılan araşdırmalara görə tutulan kоmissiyaları.
8-1.16.2. Müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri yеrinə yеtirmədiyi halda çəkilmiş məhkəmə, pоçt və s. хərclərini Banka ödəmək;
8-1.16.3. Hər hansı səbəb üzündən Kartmane Qeyri rezident kartı ləğv еdildikdə və ya оnun istifadə edilməsi dayandırıldıqda, Kartı Bankın müvafiq хəbərdarlıq tariхindən 30 (otuz) təqvim günü ərzində Banka qaytarmaq, habelə itirilmiş Kartmane kartı tapıldıqda dərhal Banka məlumat vermək və Kartı Banka qaytarmaq;
8-1.16.4. Kartmane Qeyri rezident kartı ilə aparılan bütün əməliyyatlar üzrə bütün sənədləri kartların bağlandığı və ya müddətinin qurtardığı andan ən azı 1 (bir) il ərzində saхlamaq və оnları mübahisəli məsələlərin tənzimlənməsi üçün Banka təqdim еtmək və Bankın sənəd və qеydlərini, еləcə də buna dair bank proqramı məlumatlarını təkzibоlunmaz sübut kimi qəbul еtmək;
8-1.16.5. Kartmane Qeyri rezident kartı itdikdə və ya oğurlandıqda dərhal zəng edərək Banka (+994 12 5984488,
+994 12 133) və Azəricard Prosessinq Mərkəzinə (+994 12 5984697), Kod Sözünü bildirməklə xəbər vermək və ya rəqəmsal platformalar vasitəsilə Kartı bloklaşdırmaq;
8-1.16.6. Müqavilədə qеyd оlunan nömrələrə məlumat vеrilənə qədər, həmçinin bu məlumat vеrilən andan 30 (otuz) gün ərzində Kartmane kartı ilə, о cümlədən, müvafiq kartın PİN kodundan istifadə еdilərək üçüncü şəхslər tərəfindən aparılan bütün əməliyyatlara görə məsuliyyət daşımaq;
8-1.16.7. Müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərini icra etmək.
8-1.17. Müştəri aşağıdakı hüquqlara malikdir:
8.1.17.1. Qanunvericilik və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Kartmane hesabına pul qoymaq və maneəsiz olaraq həmin məbləğdən istifadə etmək;
8.1.17.2. Kartmane Qeyri rezident kartından istifadə zamanı birbaşa Bankın təqsiri nəticəsində baş vermiş anlaşılmazlıqların aradan qaldırılmasını tələb etmək;
8.1.17.3. Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandırmaq və ya bərpa etmək və faizlərin hesablanması barədə Bankdan məlumat almaq;
8.1.17.4. Kartla əməliyyatlar zamanı Müqavilədə nəzərə tutulmuş qaydada məlumatlandırılanadək, Banka məxsus ATM və POS-terminallardan təyin olunmuş xidmət haqqı ödəməklə istifadə etmək.
9. Nağd kreditlərin verilməsi
9.1. Müvafiq Razılaşma bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada Aksept edildikdən sonra Bank Müştəriyə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında nağd kredit verə bilər, Müştəri isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməli, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri Banka ödəməlidir.
9.2. Kreditin valyutası, məbləği, məqsədi, müddəti, faizi, gecikdirilmə faizi və planlaşdırılmış faktiki illik faiz dərəcəsi müvafiq Razılaşma ilə tənzimlənir.
9.3. Kreditin verilməsi və geri qaytarılması Müştərinin Bankda açılmış bank Hesabı vasitəsilə həyata keçirilir. Kredit xəttinin limiti dedikdə, tərəflər Müştərinin hesabında maksimal mümkün olan borc qalığını nəzərdə tuturlar. 9.4. Krеditdən istifadə müddəti dеdikdə, kredit vəsaitlərinin Müştəriyə vеrildiyi və onun müvafiq bank hеsabına köçürüldüyü andan, faktiki olaraq Müştərinin Bankda olan müvafiq bank hеsabına qaytarılan anadək olan müddət hеsab еdilir.
9.5. Kredit üzrə faizlər kreditin Müştəriyə verildiyi gündən (həmin gün daxil olmaqla) həmin vəsait məbləğinin Banka tam ödənildiyi günə qədər hesablanır və tutulur. Müştəri krediti uzadılmış əməliyyat günü (iş günü) hesab olunan vaxtda aldıqda, kredit üzrə faizlər növbəti əməliyyat günündən (iş günündən) hesablanmağa başlayır.
9.6. Kredit vəsaitindən istifadə müddətinin axımı Müştərinin Hesabına pul vəsaitinin köçürüldüyü təqvim tarixindən başlayır.
9.7. Müştəri hеsablanmış krеdit faizlərini və əsas borc qalığını Kreditin Ödəniş Cədvəlinə əsasən ödəməyi öhdəsinə götürür. Kredit borcunun əsas borc hissəsi müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müştəriyə Müqavilə əsasında verilən hər ayrı kredit üzrə ayrı Kreditin Ödəniş Cədvəli verilir.
9.8. Bankın Müştərinin bank hеsablarında olan vəsaitləri istənilən an akseptsiz qaydada Banka olan kredit borcunun, o cümlədən Kreditin Ödəniş Cədvəli üzrə gеcikmə borcunun, habеlə vaxtı kеçmiş krеdit borcunun, hеsablanmış faizlərin, gecikdirilmə faizinin və digər tələblərinin ödənilməsinə yönəltmək hüququ vardır. Bu halda Müştərinin əlavə razılığı tələb olunmur.
9.9. Makro-iqtisadi, prudensial və nəzarət dəyişikliyi və sair səbəblərdən krеditin vaxtında vеrilməməsinə və yaxud, ümumiyyətlə vеrilməməsinə görə Bank məsuliyyət daşımır.
9.10. Krediti Müştərinin ödəniş tapşırığına əsasən köçürdükdən sonra onun hər hansı səbəbdən lazımi hеsaba çatmamasına və ya vaxtında çatmamasına görə Bank məsuliyyət daşımır.
9.11. Borc üzrə əldə еdilmiş vəsaitlərin silinməsi aşağıdakı ardıcıllıqla aparılır:
9.11.1. Hesablanmış gecikdirilmə faizləri, xərclər silinir;
9.11.2. Hesablanmış faizlər silinir;
9.11.3. Əsas məbləğ silinir.
9.12. Müştəri tərəfindən kredit öhdəlikləri vaxtında və lazımınca icra edilmədikdə, tətbiq olunan faiz dərəcəsinin və ya gecikdirilmə faizinin həcmi müvafiq Razılaşma ilə tənzimlənir.
9.13. Müştəri və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti ilk növbədə Bankın xərclərinin, komisyon haqqın və ona dəyən zərərin, ikinci növbədə ödəniş tarixinə olan hesablanmış gecikdirilmə faizi, əsas borc üzrə hesablanmış faiz (aylar üzrə ardıcıllıqla), əsas borca (aylar üzrə ardıcıllıqla) yönəldilir. Bu zaman ödəniş gününə olan cari borcdan (xərc, komisyon haqq, zərər, gecikdirilmə faizi, hesablanmış faizlər, kredit məbləğinin ödəniş gününə ödənilməli olan hissəsi) artıq vəsait müştərinin hesabında qalmaqla, növbəti hissə üzrə bu Şərtlər Toplusunda nəzərdə tutulmuş qaydada ödənişlərin icrası üçün saxlanılır. Müştəri artıq vəsaitin digər hüquqi vəziyyətini müəyyən etmək məqsədilə Banka müraciət edə və Bankın razılığı ilə ödəniş ardıcıllığını müəyyən etməklə həmin vəsait üzrə sərəncam hüquqlarını icra edə bilər. Müəyyən edilmiş ardıcıllıq Bank tərəfindən dəyişdirilə bilər. Bu yarımbənddə aylar üzrə ardıcıllıq dedikdə, gecikmə baş verdiyi tarixdən (başlanğıc tarix) ödəniş tarixinə (son tarix) doğru hesablanma nəzərdə tutulur. Qabaqcadan ödəniş edilən zaman ödənişin müddəti dəyişilmir və “Kreditin ödəniş cədvəli” yenidən hesablanmır. Lakin, Borc alanın müraciəti əsasında “Kreditin ödəniş cədvəli” yenidən hesablanaraq, Borc verənə təqdim edilə bilər.
9.14. Qabaqcadan ödəniş edilən zaman ödənişin müddəti dəyişmir və Kreditin Ödəniş Cədvəli yenidən hesablanmır. Lakin Müştərinin müraciəti əsasında Kreditin Ödəniş Cədvəli yenidən hesablanaraq ona təqdim edilə bilər.
9.15. Bankın hüquqları:
9.15.1. Müştəri tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsini tələb etmək, təsdiqedici sənədləri tələb etmək, kreditin istifadə edilməsinə nəzarəti həyata keçirmək;
9.15.2. Kredit xətti müddəti ərzində istənilən vaxt Müştərinin maliyyə və təsərrüfat vəziyyəti ilə əlaqədar və ya kreditin Müştəri tərəfindən məqsədəuyğun istifadəsini yoxlamaq üçün yoxlamalar keçirmək (lakin belə yoxlamaları həyata keçirmək vəzifəsi və ya öhdəliyi yoxdur);
9.15.3. Müştərinin razılığı olmadan qanunvericiliyə uyğun olaraq bu Müqavilə üzrə hüquqlarını qismən və ya tamamilə üçüncü şəxslərə vermək;
9.15.4. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etmək;
9.15.5. Sığorta şirkətləri tərəfindən Müştərinin xeyrinə sığorta ödənişləri həyata keçirildikdə, həmin vəsaitləri Müştərinin bu Müqavilə üzrə Bank qarşısında yaranan pul öhdəliklərinin ödənilməsinə yönəltmək;
9.15.6. Müqavilə üzrə öhdəliklər və vəzifələr yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, girova qoyulmuş əmlaka tələb yönəltmək;
9.15.7. Kreditin təminatı olan əmlakın bazar dəyəri əhəmiyyətli dərəcədə pisləşdikdə və ya digər səbəblər üzündən qiyməti aşağı düşdükdə, həmin əmlakın digər əmlakla əvəz olunmasını, bərpa edilməsini, artırılmasını və / və ya əlavə əmlakın girova (ipotekaya) qoyulmasını tələb etmək;
9.15.8. Müştəri tərəfindən bu Müqavilə üzrə kredit ödənişləri gecikdirildiyi halda, iş günləri ərzində saat 09.00- dan 20.00-dək Müştərinin yaşayış, iş və biznes yerinə səfər etmək, Müştərinin məlum ünvanlarına məktub ünvanlamaq və Müştərinin təqdim etdiyi əlaqə nömrələri vasitəsilə gecikmə barədə xəbərdarlıq etmək;
9.15.9. Yoxlamaların (monitorinqlərin) keçirilməsi üçün Müştəri şərait yaratmadıqda və ya tələb olunan sənədləri təqdim etmədikdə və ya bu Müqavilə üzrə Müştəri digər öhdəliklərini pozduqda, cərimələr tətbiq etmək, habelə öhdəliklərin vaxtından əvvəl icra edilməsini Müştəridən tələb etmək;
9.15.10. Müştəri bu müvafiq kreditin müddəti ərzində və/və ya səbəbindən asılı olmayaraq müddəti bitdikdən sonra Müqavilənin şərtlərini yеrinə yеtirmədikdə və Banka borcu (borc dedikdə, müqavilənin şərtlərinə uyğun olaraq, əsas borc, faiz, gecikdirilmə faizi və Bankın çəkdiyi digər xərclər, habelə texniki səhv nəticəsində köçürülmüş vəsaitlər nəzərdə tutulur) olduqda, müvafiq borc məbləğini Müştərinin Bankda olan istənilən hеsablarındakı pul vəsaitlərindən birtərəfli olaraq akseptsiz qaydada silmək;
9.15.11. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulan hallarda Müqaviləyə və ya müvafiq Razılaşmaya xitam verilib-verilməməsindən asılı olmayaraq kredit/ kredit xətti üzrə borcun hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb etmək.
9.16. Bankın vəzifələri:
9.16.1. Müştəri tərəfindən kredit xətti üzrə borcun və hesablanmış faizlərin ödənilməsinin uçotunu aparmaq;
9.16.2. Müştərinin tələbi ilə onun öz üzərinə götürdüyü öhdəliklərin tam və ya qismən yerinə yetirilməsi barədə sənəd təqdim etmək. 9.17. Müştərinin hüquqları:
9.17.1. Bank tərəfindən tələb edilən müvafiq sənədlər, o cümlədən kreditin təminatı barədə Bankın tələblərinə cavab verən sənədlər təqdim edildikdən sonra, bu Ümumi şərtlərin 4.31-ci bəndindəki hallar mövcud olmadıqda Müqaviləyə uyğun olaraq kredit məbləğini Müqavilə ilə müəyyən edilmiş qaydada almaq.
9.18. Müştərinin vəzifələri:
9.18.1. Bankın xeyrinə girov qoyduğu (və/və ya üçüncü şəxsin qoyduğu) əmlakı və digər əmlakını, öz mülki öhdəliklərini və onunla Müqavilə (ipoteka, girov, zaminlik və s.) bağlayan üçüncü şəxslərin mülki öhdəliklərini Bankın tələbinə əsasən 2 (iki) iş günü müddətində özünün, yaxud üçüncü şəxslərin vəsaiti hеsabına müvafiq sığorta şirkətində sığorta еtdirmək;
9.18.2. Müqavilə bağlandıqdan sonra 5 (beş) iş günündən gec olmayaraq tələb olunan müvafiq sığorta
müqavilələrini, sığorta müqavilələrinin müddətinin başa çatmasına ən azı 30 (otuz) gün qalmış müqavilələrin müddətinin uzadılmasını və ya yeni müqavilələrin imzalanmasını təsdiq edən sənədləri Banka təqdim etmək;
9.18.3. Əgər hazırkı kreditin təminatla verilməsi nəzərdə tutulmuşdursa, kreditin təminatı barədə sənədləri (o cümlədən, girov, ipoteka, qarantiya və zaminlik müqavilələri, həmçinin Bank tərəfindən tələb edildikdə bu Müqaviləyə uyğun sığorta sənədləri) hazırkı Müqaviləyə, Bankın tələblərinə və qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirmək, girov və ipotekanın sığortalanmasını və müvafiq hallarda dövlət qeydiyyatının aparılmasını təmin etmək və Banka təqdim etmək;
9.18.4. Kreditin Ödəniş Cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və gecikdirilmə faizlərini, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Müştəriyə verilməsi və ya Müştərinin adından göndərilməsi üzrə xərcləri Banka vaxtında və tam olaraq ödəmək. Müştəri qeyd edilən məlumatları müqavilə müddətində ödəniş qrafiki şəklində əldə etmək istədikdə kreditin ödəniş qrafiki kağız daşıyıcıda təqvim ili ərzində iki dəfə, digər davamlı daşıyıcıda isə istənilən zaman ödənişsiz olaraq əldə edə bilər. Kreditin ödəniş qrafikində həyata keçirilməli olan ödənişlər, belə ödənişlərin müddətləri, ödənişlərin strukturu, o cümlədən illik faiz dərəcəsi üzrə hesablanmış faizlər və tətbiq olunan digər əlavə xərclər göstərilir;
9.18.5. Bank öhdəliklərin icrasını vaxtından əvvəl tələb etdikdə krediti hesablanmış faizlər, komissiya, müvafiq halda gecikdirilmə faizləri və dəymiş zərər ilə birlikdə qaytarmaq;
9.18.6. Kreditin məqsədli təyinatına uyğun istifadə edilməsini təsdiqləyən maliyyə və digər sənədləri Banka təqdim etmək;
9.18.7. Krediti məqsədli təyinatına uyğun istifadə etmək, istifadə edə bilmədikdə isə, bu barədə Bankı dərhal məlumatlandırmaq;
9.18.8. Bu Müqavilə üzrə borcun ödənilməsinə və ya təminata mənfi təsir göstərə biləcək hallar barədə Bankı yazılı surətdə dərhal məlumatlandırmaq;
9.18.9. Bankın razılığı olmadan bu Müqaviləyə əsasən ona məxsus hüquqları və öhdəlikləri üçüncü şəxslərə verməmək;
9.18.10. Kreditlə bağlı olan bütün əməliyyatları Bank vasitəsilə aparmaq;
9.18.11. Bank müraciət edərsə, Müqavilə üzrə öhdəliklərin icrasına nəzarət etməsi və yerləşdiyi binalarda və ərazilərdə Bankın əməkdaşları tərəfindən yoxlamalar keçirilməsi üçün Banka bütün şəraiti yaratmaq.
9.19. Borcun məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutulması ilə bağlı iddia ərizəsinin (ərizənin) verilməsi, məhkəmə qərarının (icra qeydinin) qəbul edilməsi faizlərin və gecikdirilmə faizlərinin hesablanmasını dayandırmır. Faizlər və gecikdirilmə faizləri qanunvericiliyin tələbləri nəzərə alınmaqla məhkəmə qərarı (icra qeydi) tam icra olunanadək hesablanır.
9.20. Bankın hüququ var ki, icra sənədinin alınması üçün müraciət еdildikdən sonra icra sənədi tam icra olunanadək faizləri və gecikdirilmə faizini Müqavilədə göstərilən qaydada hеsablasın və ödənilməsini Müştəridən tələb еtsin, habеlə icra sənədinin alınması üçün müraciət еdildikdən sonra icra sənədi tam icra olunanadək olan müddət ərzində hеsablanmış faizlərin və gecikdirilmə faizlərininMüştəridən tutulması məqsədilə məhkəməyə və ya icra qеydi almaq üçün notariusa müraciət еtsin. Əgər Müştəri Müqavilə əsasında götürdüyü kreditin şərtlərini pozarsa və buna görə Bank borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qеydi almaq üçün notariusa müraciət еdərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hеsablanmış faizləri, gecikdirilmə faizi və borcun tutulması üçün Bank tərəfindən çəkilmiş müəyyən xərcləri Müştəri özünün borcu kimi еtiraf və qəbul еdir və müvafiq borcu Banka ödəməyi öhdəsinə götürür.
9.21. Müqavilədə xərclər dеdikdə, aşağıdakılar başa düşülür:
9.21.1. Bank tərəfindən Müştəriyə bu və ya digər xidmətlərin göstərilməsi ilə bağlı yaranmış haqlar (o hеsablaşma-kassa, valyuta alqı-satqısı, konvеrtasiya, məsləhətlərin vеrilməsi və s.);
9.21.2. Bankın bu Müqavilədə göstərilən hüquqlarının həyata kеçirilməsi üçün çəkilən xərcləri, o cümlədən Müştəri ilə aparılan yazışmaların, poçt-rabitə xidmətinin və tеlеfon danışıqlarının haqqı;
9.21.3. Bankın nümayəndələrinin yoxlama və təftiş yеrlərinə gеdiş-gəliş və еzamiyyə xərcləri;
9.21.4. Bankın təyin еtdiyi müstəqil auditorların, еkspеrtlərin, hüquqşünasların və vəkillərin və digər mütəxəssislərin xidmət haqqı;
9.21.5. Girovun yoxlanılmasına, saxlanmasına, idarə еdilməsinə, cari təmirinə, sığortasına, satılmasına çəkilən xərclər;
9.21.6. Müqavilənin icrası ilə bağlı çəkilən digər xərclər.
9.22. Müştərinin Bankda olan əmanəti ilə təmin edilmiş kredit öhdəliyi olduqda, əgər hər hansı bir əsasla həmin əmanətlə bağlı hüquq münasibətlərinə xitam verilərsə və ya əmanət Bankdan geri götürülərsə, Müştəri müvafiq kredit öhdəliyini dərhal tam həcmdə Banka ödəməyi öhdəsinə götürür.
9.23. Kredit Müştərinin Bankdakı əmanət hesabı ilə təmin edildikdə, Müştərinin əmanətinin girov götürülməsi ilə bağlı Bankla girov müqaviləsi bağlanılır və müvafiq əmanət hesabı bloklaşdırılır. Girovla bağlı tərəflər arasında yaranmış münasibətlər ayrıca girov müqaviləsi ilə tənzimlənir. Kreditdən istifadəyə görə hesablanmış faizlər və ya kredit məbləğinin əsas borc hissəsi, Bank tərəfindən girov predmeti olan əmanətin faizləri və əsas məbləğindən silinir.
9.24. Bank tərəfindən Müqavilə əsasında verilən kredit üzrə Müştərinin öhdəliklərinin icrasının gecikdirilmə faizi girov, ipoteka, zaminlik və digər təminatla təmin edilməsi tələb edilə bilər. Müvafiq kredit üzrə Müştərinin öhdəliklərinin icrasının təminatı müvafiq Razılaşmada göstərilir.
9.25. Qеydə alınmalı təminatı dövlət qеydiyyatından kеçirmək girov qoyanın və Müştərinin vəzifəsidir. Təminatın yalnız müvafiq qеydiyyat orqanlarında qеydiyyatdan kеçirilməsi barədə sənəd təqdim еdildikdən sonra Müqavilə üzrə krеdit vеrilir.
9.26. Bütün hallarda təminatın еtibarsızlığına görə məsuliyyət Müştərinin və girov qoyanın üzərinə düşür.
9.27. Bankın ixtiyarı vardır ki, Müştəri əsas öhdəliyin şərtlərini pozduğu andan tələbini təminat vеrənin hеsablarındakı pula təminat məbləği miqdarında yönəltsin. Bankın tələbini ödəmək üçün Müştərinin əmlakı kifayət еtmədikdə, Bank təminat vеrənin hеsabından pul vəsaitini aksеptsiz olaraq, öz tələbinin qalan hissəsinin ödənilməsinə yönəldə bilər.
9.28. Müştərinin Bank qarşısındakı öhdəlikləri tam icra еdilənədək və Bankın tələbləri tam həcmdə ödənilənədək təminatlar tam hissədə qüvvədə qalır.
9.29. Bank bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda gecikdirilmə faizi və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb edə bilər:
9.29.1. Müştəri ona verilmiş kreditin və/və ya onun faizinin Kreditin Ödəniş Cədvəli üzrə ödənişini 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirdikdə, yaxud kreditin və/və ya onun faizinin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozduqda (90 (doxsan) gündən az olmamaqla);
9.29.2. Müştəri kreditdən müvafiq Razılaşmada göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya Müştəri yoxlamaların (monitorinqlərin) keçirilməsi üçün şərait yaratmadıqda, tələb olunan məlumatları vaxtında və tam olaraq Banka təqdim etmədikdə və ya Müqavilə üzrə Müştəri digər öhdəliklərini pozduqda;
9.29.3. Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdikdə, o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə Banka sonradan məlum olduqda və ya Bankın Müştəriyə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
9.29.4. Müqavilə üzrə Müştərinin öhdəliklərinin icrasını təmin etmək üçün bağlanmış girov, qarantiya və zaminlik müqaviləsi Bankdan asılı olmayan səbəblərdən etibarsız hesab edildikdə və ya vaxtından əvvəl xitam verildikdə;
9.29.5. Müştəri kredit üzrə öhdəliklərinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə;
9.29.7. Bu Ümumi Şərtlərin 8.4.16-cı bəndində nəzərdə tutulmuş hallarda;
9.29.8. Bankın cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə, məhv olduqda, xitam verildikdə və s. hallarda və yaxud təminatın dəyəri azaldıqda, o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
9.29.9. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş digər hallarda.
9.30. Bank tərəfindən öhdəliklərin vaxtından əvvəl icra edilməsi tələbi irəli sürüldükdə Qanunvericiliklə müəyyən edilmiş qaydada tələb Müştərinin əmlakına yönəldilir. Bu qayda faizlərin vaxtında ödənilmədiyi hallara da şamil edilir. Əgər girova qoyulmuş əmlakın satılmasından alınan vəsaitlər Müştərinin bütün borclarını ödəmirsə, bu halda Müştəri özünün bütün əmlakı ilə məsuliyyət daşıyır.
9.31. Bank bu Ümimi Şərtlərin 9.29.5 və 9.29.8-ci bəndləri üzrə kreditin vaxtından əvvəl ödənilməsini o halda tələb edə bilər ki, Müştəri Bank tərəfindən tələb irəli sürüldükdən sonra iki ay ərzində təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun.
10. Avans krediti
10.1. Müvafiq Razılaşma bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada Aksept edildikdən sonra Bank Müştəriyə açılmış əmək haqqı hesabına bağlı kartına kredit limitinin (bundan sonra “Avans krediti” adlandırılacaq) verilməsi, təyinatı şəxsi istehlak olan bərpa olunan kredit xəttinin ayrılması və müvafiq Razılaşmada nəzərdə tutulan digər bank xidmətlərinin göstərilməsi, Müştəri isə ona ayrılmış Avans krediti üzrə borcun, ona hesablanan komissiyanın Banka geri ödənilməsi və bank xidmətləri üzrə Bankın daxili tariflərinə əsasən müəyyən edilən xidmət haqqı/komissiyaların ödənilməsi üzrə öhdəlik daşıyır.
10.2. Razılaşma müddəti başa çatdıqda, müddət həmin tarixə Bankda “Avans krediti” məhsulu üzrə mövcud olan şərtlər (kreditin müddəti, komisyon haqqları, /xidmət haqqı, kartın qalıq məbləğinin dəyişdirilməsi və s.) şamil olunmaqla qanunvericiliyin tələbləri nəzərə alınmaqla uzadıla bilər.
10.3. Razılaşmanın müddəti bitdikdə, Müştərinin Razılaşma üzrə Bank qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi qalarsa, Əmək haqqı kartının müddətinin bitib-bitməməsindən asılı olmayaraq, bu Müqavilə Müştərinin Müqavilə üzrə Bank qarşısında yaranmış bütün öhdəlikləri tam həcmdə icra edilənədək qüvvədə qalır.
10.4. Müştəriyə təklif olunan istənilən xidmət üzrə Bankın cari tarifləri, xidmət haqqı/komissiyaları, xidmət və məhsullarının şərtləri, habelə yeni təklif olunan xidmət və məhsulları barədə ən son məlumatlar Bankın internet səhifəsində və/və ya Bankın təklif edəcəyi digər onlayn resurslarda yerləşdirilir. Bank Müştəriyə təklif edilən xidmət haqqı, müxtəlif əməliyyatlar üzrə limit, komissiya üzrə tariflərə və digər ödənişlərə birtərəfli qaydada əlavə və dəyişikliklər edə bilər. Müştəri tariflərdə, limit və komissiya haqlarında və digər ödənişlərdə, həmçinin xidmət qaydalarında və şərtlərində və sair dəyişikliklərin mövcudluğunu hər hansı bir əməliyyat aparmamışdan əvvəl Bankın müvafiq filialında, internet səhifəsində və ya rəqəmsal bankçılıq platformasında mütəmadi olaraq yoxlamalıdır.
10.5. Müştəri Əmək haqqı hesabına dair sərəncam vermək hüququnu Bankın təklif etdiyi rəqəmsal bankçılıq kanalları vasitəsilə reallaşdıra bilər. Müştərinin bu Müqavilə və müvafiq Razılaşmada nəzərdə tutulan üsullarla həyata keçirdiyi əməliyyatlar onun özünün sərəncamı hesab olunur, habelə bu Müqavilədə göstərildiyi qaydada və hallarda etdiyi bütün təsdiqləmələr onun şəxsi imzasının analoqu sayılır və yazılı əl imzasına bərabər tutulur.
10.6. Avans Kreditinin limiti Müştərinin əmək haqqı məbləğindəki artıma/azalmaya, habelə bu Müqavilə və müvafiq Razılaşmada nəzərdə tutulmuş digər hallara uyğun olaraq qanunvericiliyin tələbləri nəzərə alınmaqla artırıla və ya azaldıla bilər.
10.7. Avans məbləği birdəfəlik və hissə-hissə istifadə oluna bilər. Hissə-hissə istifadə olunduqda hər istifadə olunan məbləğə görə komissiya və hər çıxarılan məbləğ üçün Güzəşt Dövrü ayrı-ayrılıqda hesablanır.
10.8. Avans Kreditdən ilk istifadə tarixindən etibarən kart hesabına növbəti əməkhaqqı mədaxili zamanı mədaxil olunan məbləğ ilk olaraq hesablanmış komissiyanın, daha sonra isə əsas borcun ödənişinə yönləndirilir.
10.9. Əmək haqqı kartına köçürülən Avans krediti məbləğindən istifadə еtməklə əməliyyatların aparılmasına görə Bankın daxili tariflərinə uyğun оlaraq hеsabın valyutasında digər kоmissiyalar tutula bilər.
10.10. Kredit digər valyutaya çevrilib verildikdə Bankın öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Bank özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı tuta bilər. Xarici valyutada verilən Kredit üzrə istənilən ödəniş Müştəri tərəfindən ya Kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Bankın müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatın xarici valyutaya qarşı dəyəri azalarsa, xarici valyutada olan Banka ödənilməmiş Kreditin və ona hesablanmış faizlərin, gecikdirilmə faizi və digər xərclərin məbləğləri Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir.
10.11. Bank aşağıdakıları öhdəsinə götürür:
10.11.1. Azərbaycan Respublikasının qanunvericiliyində, bu Müqavilədə və Bankın daxili qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, Müştərinin maneəsiz olaraq Əmək haqqı hesabındakı məbləğdən istifadəsini təmin etmək;
10.11.2. Müştərinin müraciəti ilə Əmək haqqı kartında olan şəxsi vəsaitinin, həmçinin müştəriyə ayrılmış kredit limitindən istifadə zamanı baş vermiş anlaşılmazlıqların araşdırılmasına və aradan qaldırılmasına səy göstərmək;
10.11.3. Müştərinin Əmək haqqı kartının itirilməsi və ya оğurlanması haqqında ərizəsinə əsasən Kredit kartı üzrə əməliyyatları blоklaşdırmaq;
10.11.4. Müştəriyə aid bank sirri təşkil edən məlumatların “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini nəzərə almaqla qorunmasına təminat vermək.
10.12. Bank aşağdakı hüquqlara malikdir:
10.12.1. Bu Müqavilə və müvafiq Razılaşma əsasında Müştərinin Bank qarşısında yaranmış borclarının (Kredit məbləği, üzərinə hesablanmış faiz və cərimələr, xidmət haqqı, komissiya və s.) vaxtında ödənilməsini tələb etmək;
10.12.2. Bu Müqavilə və müvafiq Razılaşma üzrə vaxtı çatmış ödənişləri ay ərzində hansı gün Avans
Kreditindən istifadə olunmasından asılı olmayaraq növbəti əmək haqqı hesaba keçirildiyi gün Avans Krediti üzrə yaranmış borc məbləğinin Müştərinin əvvəlcədən razılığı tələb olunmadan akseptsiz qaydada tutulmaqla əmək haqqı məbləği hesabına tam həcmdə ödənilir.
10.12.3. Bu ümumi şərtlərin 10.12.2-ci bəndində nəzərdə tutulmuş halda və qaydada Əmək haqqı hesabındakı vəsaitdən akseptsiz qaydada tutmaq;
10.12.4. Bank tərəfindən müəyyən еdilmiş Kredit şərtləri pоzulduqda və ya Müştəri borcunu vaхtında ödəmədiyi təqdirdə Müştərinin yaşadığı və ya işlədiyi ünvana borcu qaytarmaq tələbi ilə bildiriş göndərmək;
10.12.5. Bu Ümumi Şərtlərin 9.29-cu bəndində nəzərdə tutulmuş hallarda Kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb etmək;
10.12.6. Bu Müqavilə və müvafiq Razılaşmada, qüvvədə olan normativ hüquqi və normativ xarakterli aktlarda, habelə Bankın daxili qaydalarında nəzərdə tutulmuş hallarda Müştəridən bu Müqavilə və müvafiq Razılaşma üzrə öhdəliklərinin icrasını təmin edən təminat (depozit, girov, sığorta və s.), habelə mövcud olan təminatın dəyişdirilməsini tələb etmək;
10.12.7. Müştərinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri, habelə istənilən əsasla yaranmış digər öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını, təminat qismində rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, akseptsiz qaydada Əmək haqqı hesabındakı vəsaitdən silmək;
10.12.8. Əmək haqqı hesabında olan pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə bu vəsaitdən istifadə etmək;
10.12.9. Müştəriyə aid fərdi və bank sirrini təşkil edən məlumatları bu Müqavilə və müvafiq Razılaşmanın icrası məqsədi ilə cəlb etdiyi üçüncü tərəflərə vermək;
10.12.10. Bu Ümumi şərtlərdə və Razılaşmada nəzərdə tutulmuş şərtləri, limitləri, tarifləri və s. qanunvericiliyin tələbləri nəzərə alınmaqla Birtərəfli qaydada dəyişdirmək;
10.12.11. Müştərinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) haqqında qanunvericiliyin tələblərini və Bankın daxili qaydalarını pozmasına dair hər hansı bir şübhə olduqda, Əmək haqqı kartını bloklaşdırmaq, dondurmaq, araşdırma aparmaq, sənədlər tələb etmək və ya hər hansı limit tətbiq etmək və/ və ya hesabı bağlamaq;
10.12.12. Qanunvericiliyə zidd olmayan digər hüquqları həyata keçirmək.
10.13. Müştəri aşağıdakıları öhdəsinə götürür:
10.13.1. Qеyd-şərtsiz Banka aşağıdakı məbləğləri ödəmək:
10.13.1.1. Bu Müqavilə və müvafiq Razılaşma müddəti ərzində Əmək haqqı kartından Avans məbləğinin istifadəsi nəticəsində yaranan əsas bоrcları;
10.13.1.2. Əmək haqqı kartından (əsas və əlavə) istifadə еtməklə, о cümlədən, üçüncü şəхs tərəfindən, aparılan əməliyyatlardan irəli gələn məbləğləri;
10.13.1.3. Müştəri, еləcə də üçüncü şəхslər tərəfindən əmək haqqı kartından qanunsuz istifadə оlunmasının qarşısının alınması ilə bağlı Bank tərəfindən çəkilmiş faktiki хərcləri;
10.13.1.4. Ödənişlər üzrə əsassız еtirazlara görə Bank tərəfindən aparılan araşdırmalara görə tutulan kоmissiyaları.
10.13.2. Ümumi şərtlər və müvafiq Razılaşma ilə nəzərdə tutulmuş öhdəlikləri yеrinə yеtirmədiyi halda çəkilmiş məhkəmə, pоçt və s. хərclərini Banka ödəmək;
10.13.3. Əmək haqqı hesabı bağlandıqdan sonra mövcud olan Kredit bоrcunu 5 (beş) iş günü ərzində ödəmək;
10.13.4. Hər hansı səbəb üzündən əmək haqqı kartı ləğv еdildikdə və ya оnun istifadə edilməsi dayandırıldıqda, Kartı Bankın müvafiq хəbərdarlıq tariхindən 30 (otuz) təqvim günü ərzində Banka qaytarmaq, habelə itirilmiş Əmək haqqı kartı tapıldıqda dərhal Banka məlumat vermək və Kartı Banka qaytarmaq;
10.13.5. Əmək haqqı kartı ilə aparılan bütün əməliyyatlar üzrə bütün sənədləri kartların bağlandığı və ya müddətinin qurtardığı andan 1 (bir) il ərzində saхlamaq və оnları mübahisəli məsələlərin tənzimlənməsi üçün Banka təqdim еtmək və Bankın sənəd və qеydlərini, еləcə də buna dair bank proqramı məlumatlarını təkzibоlunmaz sübut kimi qəbul еtmək;
10.13.6. Əmək haqqı kartı itdikdə və ya oğurlandıqda dərhal zəng edərək Banka (+994 12 5984488, +994 12 133) və Azəricard Prosessinq Mərkəzinə (+994 12 5984697), “kod söz”ünü bildirməklə xəbər vermək və Kartı bloklaşdırmaq;
10.13.7. Müştərinin bu Ümumi şərtlər və müvafiq Razılaşmada göstərilən (adı, soyadı, atasının adı, ünvanı, elektron poçt ünvanı, iş yeri, şəxsiyyət vəsiqəsi və s.) məlumatlarlarında baş vermiş dəyişikliklər barədə Bankı dərhal məlumatlandırmaq (Müştəri təqdim edilən məlumatlardakı dəyişikliklər barədə Banka bildirmədiyi təqdirdə, Müştəri Bankda olan elektron ünvanına göndərilən və ya telefon nömrəsi ilə əlaqə saxlanılaraq verilən məlumatlara etiraz etməyəcəyini və gələcəkdə bununla bağlı anlaşılmazlıq yaranarsa,
Bankın məsuliyyət daşımayacağını başa düşür və qəbul edir);
10.13.8. Əmək haqqı hesabı bağlanmamışdan əvvəl aparılmış əməliyyat baş vermiş texniki problemlər nəticəsində Bankın sistemində öz əksini tapmazsa və bu məlumat Əmək haqqı hesabı bağlandığı tarixdən ilk 30 (otuz) təqvim günü ərzində pul vəsaitinin çatışmazlığı məlum olarsa, çatışmayan pul vəsaitini Bankın ilk tələbi ilə qaytarmaq.
10.13.9. Bankda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) haqqında qanunvericiliyin tələblərini pozmamaqla əməliyyat aparmaq (Əks halda Bank bu Müqaviləyə birtərəfli qaydada xitam verə və Azərbaycan Respublikasının qanunvericiliyi və daxili qaydaları ilə nəzərdə tutulmuş digər tədbirləri görə bilər);
10.13.10. Amerika Birləşmiş Ştatlarının xarici hesablar üzrə Vergi Əməletməsi aktının (FATCA) tələblərinə uyğun olaraq, habelə nəzərdə tutulduğu hallarda digər beynəlxalq və ya ölkədaxili aktların tələblərinə uyğun olaraq, zəruri məlumatları Banka təqdim etmək, həmçinin bu aktdan irəli gələn tədbirlərin görülməsinə və Bank tərəfindən məlumatların ABŞ və Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına/publik hüquqi şəxslərinə təqdim edilməsinə Banka etiraz etməmək;
10.13.11. Ümumi şərtlərdə və Razılaşmada nəzərdə tutulmuş digər öhdəliklərini icra etmək.
10.14. Müştəri aşağıdakı hüquqlara malikdir:
10.14.1. Azərbaycan Respublikasının qanunvericiliyində, Ümumi şərtlər, müvafiq Razılaşma və Bankın daxili qaydalarında nəzərdə tutulmuş hallar istisna olmaqla, Əmək haqqı hesabına istədiyi məbləğdə pul qoymaq və maneəsiz olaraq həmin məbləğdən istifadə etmək;
10.14.2. Əmək haqqı kartından istifadə zamanı birbaşa Bankın təqsiri nəticəsində baş vermiş anlaşılmazlıqların aradan qaldırılmasını tələb etmək;
10.14.3. Kartla əməliyyatlar zamanı Ümumi şərtlər və müvafiq Razılaşmada nəzərə tutulmuş qaydada məlumatlandırılanadək, Banka məxsus ATM və POS-terminallardan təyin olunmuş xidmət haqqı ödəməklə istifadə etmək;
11. Lokal kartla kredit
11.1. Bu Ümumi şərtlər və müvafiq Razılaşmada başqa hal nəzərdə tutulmayıbsa, Bank Ümumi şərtlər və müvafiq Razılaşma qüvvədə olduğu müddət ərzində Ümumi şərtlərdə və müvafiq Razılaşmada nəzərdə tutulmuş şərt və qaydalarla Müştəriyə kredit verə bilər. Bu halda Müştəri hər ay Kredit üzrə ödənilməli olan məbləğin bu
Ümumi şərtlərlə nəzərdə tutulmuş şərtlərlə Banka qaytarılmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları bu Ümumi şərtlər və Razılaşmalarla müəyyən edilir.
11.2. Bank Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini və ya Bankdan yaxud digər maliyyə təşkilatından əvvəllər aldığı borc üzrə öhdəliklərini icra etmədiyini və ya lazımınca icra etmədiyini və bunun nəticəsində borcun qaytarılmasının təhlükəyə məruz qala biləcəyini müəyyən etdikdə, Kredit verməkdən imtina edə bilər. Müştərinin əmlak vəziyyətinin pisləşməsi Bankın mülahizəsinə uyğun olaraq müəyyən ediləcəkdir.
11.3. Kreditin verilməsi qaydası və şərtləri
11.3.1. Müştəriyə kredit verilməsi aşağıdakı qaydada həyata keçirilir:
11.3.1.1. Müvafiq Razılaşma imzalandıqdan sonra Müştəriyə həmin Razılaşmanın məqsədləri üçün cari hesab (bundan sonra “Cari Hesab”) açılır və həmin Cari Hesaba bağlı olan plastik kart (bundan sonra “Plastik Kart”) təqdim edilir. Lakin Cari Hesabda pul vəsaiti olmur. Bankın seçiminə əsasən, aşağıdakı üsullardan biri vasitəsilə Müştəriyə kredit verilə bilər:
11.3.1.1.1 Birinci üsul aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- Müştəri Bankda qeydiyyatda olan və müvafiq Razılaşmada göstərilən mobil telefon nömrəsindən (bundan sonra “Müştərinin Nömrəsi”) ona təqdim edilmiş 16 rəqəmli Plastik Kartın son 6 rəqəmini qısa mesaj (bundan sonra “SMS”) vasitəsilə Bankın 4133 qısa telefon nömrəsinə (bundan sonra “Bankın Nömrəsi”) yazıb göndərir;
- Bundan sonra Müştərinin Nömrəsinə Bank tərəfindən təklif edilən Kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, ödənişlər gecikdiriləcəyi halda ödəniləcək illik faiz dərəcəsi, müddəti və aylıq annuitet ödəniş məbləği (bundan sonra “Aylıq Ödəniş”), tətbiq olunacaq komisyon haqlar, FİFD göstərilməklə təklif SMS-i
(bundan sonra “Təklif SMS-i”) göndərilir;
- Müştəri həmin SMS-ə cavab olaraq, Müştərinin Nömrəsindən Bankın Nömrəsinə onun razılığını bildirən məzmunda yalnız bu Müqavilənin 11.4-cü bəndində müəyyən edilmiş qaydada SMS yazıb göndərir və həmin SMS əsasında Kredit məbləği Bank tərəfindən Müştəriın Cari Hesabına köçürülür. Kredit məbləği Müştərinin həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq, Cari Hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən Kreditin tam məbləğinə müvafiq Razılaşma ilə müəyyən edilmiş qaydada faizlər hesablanmağa başlayır.
11.3.1.1.2. İkinci üsul aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- Müştərinin Nömrəsinə Bankın mülahizəsinə əsasən təklif edilən Kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, ödənişlər gecikdiriləcəyi halda ödəniləcək illik faiz dərəcəsi, müddəti və Aylıq Ödəniş, tətbiq olunacaq komisyon haqlar, FİFD göstərilməklə Təklif SMS-i göndərilir;
- Müştəri həmin SMS-ə cavab olaraq, Müştərinin Nömrəsindən Bankın Nömrəsinə onun razılığını bildirən məzmunda yalnız bu Müqavilənin 11.4-cü bəndində müəyyən edilmiş qaydada SMS yazıb göndərir və həmin SMS əsasında Kredit məbləği Bank tərəfindən Müştərinin Cari Hesabına köçürülür. Kredit məbləği Müştərinin həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq, Cari Hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən Kreditin tam məbləğinə bu Ümumi şərtlər və müvafiq Razılaşma ilə müəyyən edilmiş qaydada faizlər hesablanmağa başlayır.
11.3.2. Tərəflər razılaşır ki, Müştəri bu Ümumi Şərtlərin 11.3.1-ci bəndində nəzərdə tutulmuş halda razılığını ifadə etmək üçün Bankın Təklif SMS-nə cavab olaraq aşağıda göstərilən şifrələrin hər ikisini yazmalıdır:
11.3.2.1. Razılaşma imzalanan zaman Tərəflər arasında razılaşdırılmış (Müştəriın müəyyən etdiyi və Banka bildirdiyi) hər dəfə kredit verilən zaman istifadə olunan açar söz (bundan sonra “Sabit Şifrə”);
11.3.2.2. Bank tərəfindən Müştəriyə Təklif SMS-i göndərilərkən məhz bu məqsəd üçün həmin Təklif SMS- ində müəyyən edilmiş yalnız cari kredit verilən zaman istifadə olunan açar söz (bundan sonra “Birdəfəlik Şifrə”).
11.3.3. Müştəriyə verilmiş Plastik Kartın 16 (on altı) rəqəmi – müvafiq Razılaşmaya əsasən verilən Kredit üzrə Müştərini eyniləşdirmək üçün istifadə olunur.
11.3.4. Müştəriyə müvafiq Razılaşma üzrə kredit müvafiq Razılaşmada göstərilən müddət ərzində (kreditin müddətinin bitmə tarixi Müqavilənin müddətinin bitmə tarixini keçməmək şərtilə), lakin istənilən halda Plastik Kartın müddəti bitənədək verilə bilər. Həmin Plastik Kartın müddəti bitdikdən sonra kredit verilmir.
11.3.5. Müştəri bu Müqavilə və müvafiq Razılaşma üzrə əldə etdiyi Kredit məbləğini (hesablanmış faizlər və komisyon haqlar da daxil olmaqla) tam həcmdə ödədikdən sonra, bu Ümumi şərtlərdə və Razılaşmada başqa hal nəzərdə tutulmayıbsa, ona Ümumi şərtlərdə və Razılaşmada nəzərdə tutulmuş qaydada və şərtlərlə yeni kredit verilə bilər.
11.3.6. Bu Ümumi şərtlərin 11.3.1.1.1-ci bəndində nəzərdə tutulmuş halda Müştəri Kreditin alınması üçün SMS göndərdikdən sonra, Bank Kreditin verilməsi barədə qərarı özü Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini və daxili qaydalarını rəhbər tutmaqla müstəqil surətdə verir. Bank qanunvericilikdə və bu Ümumi şərtlərdə və Razılaşmada nəzərdə tutulmuş hallarda Müştəriyə kredit verilməsindən imtina etdiyi hallarda, Müştəri qeyd olunan sənədlərə istinad edərək Bankdan Kreditin verilməsini tələb edə bilməz.
11.3.7. Makro-iqtisadi, prudensial və nəzarət dəyişikliyi və sair səbəblərdən krеditin vaxtında vеrilməməsinə və yaxud, ümumiyyətlə vеrilməməsinə görə Bank məsuliyyət daşımır.
11.3.8. Müştəri təsdiq edir ki, Müştərinin Banka təqdim etdiyi Nömrəsi onun özünə məxsusdur və gələcəkdə bu Ümumi şərtlərdə və Razılaşmada nəzərdə tutulmuş qaydada Kreditin alınması üçün Bankın Nömrəsinə göndərilmiş onun razılığını bildirən məzmunlu SMS Bildirişin Müştərinin özü tərəfindən göndərilməsini mübahisələndirə bilməz.
11.4. Kredit üzrə faizlərin hesablanması və qaytarılması
11.4.1. Bu Ümumi şərtlərə və müvafiq Razılaşmaya əsasən verilmiş Kredit üzrə ödənilməli olan Aylıq Ödəniş bu Bank tərəfindən Müştərinin Nömrəsinə göndərilən Təklif SMS-ində/Bildirişdə bildirilir və/və ya
Tərəflər arasında müvafiq Kredit üzrə “Kreditin ödəniş cədvəli” imzalanır. Tərəflər razılaşır ki, Müştərinin Nömrəsindən Bankın Nömrəsinə onun razılığını bildirən məzmunda SMS göndərilməsi həmin Aylıq Ödənişin ödənilməsi barədə öz üzərinə öhdəlik götürməsi kimi qəbul olunur. Bundan sonra Müştəri həmin Təklif SMS- ində göstərilən kredit müddəti ərzində Aylıq Ödənişi Təklif SMS-i göndərildiyi tarix əsas götürülməklə, hər təqvim ayının müvafiq günündə Banka ödəməlidir. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, Aylıq Ödəniş həmin gündən sonrakı iş günü ödənilməlidir. Ümumiyyətlə, bu Müqavilədə göstərilən son müddətlər qeyri-iş gününə düşərsə, Müştəri öz öhdəliklərini növbəti gələn birinci iş günü ödəməyə borcludur.Müştəri Bu Müqavilə üzrə əldə etdiyi kredit məbləğini ( hesablanmış faizlər və komisyon haqlar da daxil olmaqla) tam həcmdə ödədikdən sonra bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa ona bu Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə yeni kredit verilə bilər.
11.4.2. Tərəflər təsdiq edirlər ki, Bank Müştərinin Bank qarşısında bu Razılaşma əsasında yaranmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və gecikdirilmə faizi, Texniki Overdraft nəticəsində və/və ya səhvən Müştərinin hesabına köçürülən vəsaitlər, xidmət haqqı/komissiya və s.) Müştərinin razılığı tələb olunmadan onun Bankdakı istənilən hesabından və vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malikdir (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə Bankın Tariflərinə əsasən həyata keçirilir).
11.4.3. Kreditin və kreditdən istifadəyə görə hesablanmış faizlərin tam və ya qismən Bankın hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən Banka qaytarıldığı tarix hesab olunur.
11.4.4. Müştəri və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə gecikdirilmə faizinin, üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kreditin əsas məbləğinin ödənilməsinə yönəldilir.
11.4.5. Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir.
11.4.6. Müştəriyə verilən kreditin yaxud kreditlərin uçotu Müştərinin ssuda hesabları üzrə aparılır. Kreditlərin ödənilməsi Cari Hesab vasitəsi ilə və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə qadağan olmayan digər üsullarla həyata keçirilə bilər.
11.4.7. Kreditdən istifadəyə görə faizlər Kredit məbləğinin Müştərinin Cari Hesabına köçürüldüyü gündən onun tam həcmdə qaytarıldığı günə qədər hesablanır. Kredit üzrə faizlər ildə 360 (üç yüz altmış) təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır.
11.4.8. Kredit digər valyutaya konvertasiya edilməklə verildikdə, Bankın öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Bank özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Müştəri tərəfindən ya Kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Bankın müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, Banka ödənilməmiş xarici valyutada olan kreditin (borcun) və ona hesablanmış faizlərin, gecikdirilmə faizinin və digər xərclərin məbləğləri Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilir.
11.4.9. Bank Müştərinin öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda Plastik Kartı bloklaşdıra və/və ya müvafiq Razılaşmaya birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin (Kredit üzrə bütün əsas borc, hesablanmış faiz borcu, gecikdirilmə faizi və xərclər də daxil olmaqla) qaytarılmasını Müştəridən tələb edə bilər:
11.4.9.1. Müştərinin maliyyə vəziyyəti pisləşdikdə yaxud Müştərinin maliyyə vəziyyətində öhdəliklərinin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və\və ya iqtisadi vəziyyətin\bazarın mövcud vəziyyəti Müştərinin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda;
11.4.9.2. Müştərinin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu Banka yalnız müqavilə bağlandıqdan sonra məlum olduqda;
11.4.9.3. Müştəri tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən Müştəri özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, Banklar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə eləcə də, Müştəri Bank tərəfindən kreditin təyinatı üzrə istifadə edilməsinin yoxlanılmasına, Müştərinin maliyyə vəziyyətinin təhlil edilməsinə, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə yoxlama (monitorinq) aparılmasına hər hansı bir şəkildə maneçilik törətdikdə;
11.4.9.4. əlverişsiz şəraitin yaranması nəticəsində Müştərinin lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda;
11.4.9.5. üçüncü şəxslər tərəfindən Müştərinin bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda;
11.4.9.6. kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə;
11.4.9.7. Müştəri müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə;
11.4.9.8. Müştəri Plastik Kartdan istifadə qaydalarını və ya qanunvericiliyin tələblərini pozulduqda;
11.4.9.9. Müştəri tərəfindən Plastik Kart vasitəsilə Bankın mülahizəsinə əsasən şübhəli hesab edilən əməliyyatlar aparıldıqda;
11.4.9.10. bu Ümumi şərtlərdə nəzərdə tutulmuş digər hallarda.
11.4.10. Bank bu Ümumi şərtlərin 11.4.9.1 – 11.4.9.10-cu bəndlərində nəzərdə tutulmuş halların baş verməsini və ya mövcüdluğunu müəyyən etdikdən sonra Müştəriyə kreditin və kreditdən istifadəyə görə bu Ümumi şərtlərin və müvafiq Razılaşmanın müddəaları nəzərə alınmaqla hesablanmış faizlərin ödənilməsinə dair yazılı bildiriş göndərir və Müştəri bu bildirişi aldığı andan ən geci 10 (on) təqvim günü müddətində tələb olunan məbləği Banka ödəməlidir.
11.5. Bank hesabının açılması və fəaliyyət rejimi. Plastik Kartdan istifadə qaydaları
11.5.1. Bank Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər, Müştərinin ərizəsi və bank hesabı müqaviləsi əsasında ona Cari Hesab açır və həmin hesabdan istifadə etmək üçün Müştəriyə Plastik Kart verir.
11.5.2. Plastik Kartdan istifadə etməklə Cari Hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları, bu Ümumi şərtlər, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir.
11.5.3. Müştəri bank xidmətlərinin illik haqqını Bank tərəfindən müəyyən edilən tariflər əsasında əvvəlcədən ödəyir. Bank Müştəri tərəfindən aparılan bütün əməliyyatlara (habelə, lakin bununla məhdudlaşdırılmadan, konvertasiya, köçürmə, hesabdakı pulun nağdlaşdırılması əməliyyatları) görə nəzərdə tutulmuş komisyon haqları akseptsiz olaraq birtərəfli qaydada Müştərinin Bankda olan istənilən hesablarından və /və ya digər bütün əsaslarla ona çatası vəsaitlərdən silir.
11.5.4. Plastik Kartın üzərində Müştərinin eyniləşdirilməsinə imkan verən məlumat qismində ya Müştərinin soyadı və adı, yaxud da Bank tərəfindən ona verilən müştəri kodu göstərilir.
11.5.5. Müştərinin eyniləşdirilməsi məqsədilə ona Plastik Kart verilərkən, həmçinin PİN-kod təqdim olunur. PİN-kod Müştərinin imzasının analoqudur və Müştəri tərəfindən PİN-koddan istifadə etməklə Kart üzrə aparılmış əməliyyatlar Müştəri tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur. Müştəri tərəfindən Plastik Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərl verilməsi qadağandır.
11.5.6. Müştəri Plastik Kartı və PİN-kod olan qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərə Bankın xidmət ofislərində imza etməklə şəxsən qəbul edir.
11.5.7. Plastik Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır. Bank Müştəriyə verdiyi əsas Plastik Kartla yanaşı, Müştərinin yazılı ərizəsi yetkinlik yaşına çatmış şəxslərə əlavə Plastik Kart verə bilər. Bu halda Əlavə Plastik Kartlarla aparılan bütün əməliyyatlar üzrə tam məsuliyyəti Müştəri daşıyır. Əlavə Plastik Kartlarla aparılan bütün əməliyyatlara görə komisyon haqqı Bank tərəfindən müəyyən edilən tariflərə uyğun olaraq bu Ümumi şərtlərin 11.5.3-cü bəndində nəzərdə tutulmuş qaydada ödənilir.
11.5.8. Yaranmış Kredit borcu (əsas borc, hesablanmış faizlər, gecikdirilmə faizi və xərclər də daxil omaqla) müəyyən edilmiş müddətdə qaytarılmadıqda, Bank Müştəriı xəbərdar etmədən Plastik Kartın fəaliyyətini bitərəfli qaydada dayandıra bilər. Cari Hesab üzrə səhvən hesaba pul köçürüldüyü və ya Müştəriyə kredit xətti açıldığı təqdirdə, yaranmış borc məbləği (hesablanmış faizlər, cərimə, gecikdirilmə faizi, komisyon haqlar da daxil olmaqla) Bank tərəfindən Müştəriyə məxsus olan bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən vəsaitin silindiyi tarixə Bankın mövcud olan cari valyuta məzənnəsi əsas götürülməklə konvertasiya olunaraq akspetsiz qaydada silinə bilər.
11.5.9. Bank Plastik Kartın verilməsinə görə uyğun hesab olunan hər cür təminatı Müştəridən tələb etmək hüququna malikdir. Müştəri Bankın müəyyən etdiyi şərt və formalarda təminat verməyə borcludur.
11.5.10. Cari Hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Müştərinin xeyrinə pul vəsaiti daxil olarsa və bu hal Banka məlum olarsa, pul vəsaitini göndərən şəxsə geri qaytararkən, Bankın Müştərinin razılığı alınmadan həmin vəsait göndərən şəxsə ödənişin məbləğindən bank xidmət haqqını və Bankın bank xidməti haqqlarını, habelə pul vəsaitinin göndərənə geri qaytarılması ilə bağlı yaranmış digər xərcləri Müştərinin Bankdakı bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada birtərəfli olaraq silmək hüququ vardır.
11.5.11. Banka məxsus bankomatların işi barədə Müştəridən daxil olan şikayətlərə baxarkən Bank sübut kimi bankomatlarda saxlanılan uçot qeydlərindən istifadə edəcəkdir.
11.5.12. Plastik Kart itirildiyi, oğurlandığı və Müştərinin iradəsinə zidd olaraq digər əsasla onun və ya isifadəçinin sahibliyindən çıxdığı hallarda Plastik Kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, eləcə də bu barədə məlumatın Müştəri tərəfindən Banka və müvafiq prossesinq mərkəzinə vaxtında verilməməsinə görə Bank məsuliyyət daşımır.
11.5.13. Plastik Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur.
11.5.14. Plastik Kartlardan istifadə və ya sahibliklə bağlı bu Ümumi şərtlərdə müəyyən edilmiş bütün qayda və şərtlər müvafiq olaraq, Əlavə Plastik Kartlara da (əgər varsa) şamil edilir.
11.5.15. Müştərinin xarici valyutada olan hər hansı bir hesabı üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır.
11.5.16. Ödəniş sistemləri üzərində nəzarət funksiyasını Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir.
11.5.17. Plastik kart vasitəsilə həyata keçirilən bütün əməliyyatlar və onların nəticəsində yaranan hesab qalığı barədə məlumatların əldə edilməsi üzrə xidmətlər (bundan sonra “SMS-Bankinq xidməti”) Müştəriyə ödənişli olaraq Milli Kart prosessinq mərkəzi vasitəsilə göstərilir. Bank bu xidmətdən istifadə etməyi Müştəriyə tövsiyyə edir və Müştəri “SMS-Bankinq” xidmətinə Banka müraciət etməklə istənilən vaxt qoşula bilər.
11.5.18. Bank bəyan edir ki, “SMS-Bankinq” xidmətinə qoşulmaq Müştəriyə onun Plastik Kart vasitəsilə aparılan əməliyyatları barədə məlumat əldə etmək və bununla da aparılmış əməliyyatın Müştərinin iradəsinə uyğun olub-olmadığını vaxtında müəyyənləşdirmək imkanı yaradır. Müştəri bu xidmətə qoşulmadığı halda, baş verə biləcək əsassız silinmələr barədə məlumatların onun tərəfindən vaxtında əldə edilməməsinə görə Bank Müştəri qarşısında məsuliyyət daşımır.
11.5.19. Müştəri Plastik Kartlardan istifadənin bu Ümumi şərtlər ilə tənzimlənməyən qaydaları haqqında məlumatı Bankın internet saytında əldə edə bilər.
11.5.20. Bank özünün cari tarifləri, xidmət və məhsullarının şərtləri, habelə yeni təklif olunan xidmət və məhsulları barədə ən son məlumatları Bankın web səhifəsində və/və ya Bankın təklif edəcəyi digər onlayn resurslarda yerləşdirilir.
11.6. Tərəflərin hüquq və vəzifələri
Tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi və bu Ümumi şərtlər və müvafiq Razılaşma ilə müəyyən edilir.
11.6.1. Bank:
11.6.1.1. Müştərinin bank hesablarından kredit və ona hesablanmış faiz borcunu, eləcə də, ödənilməsi gecikdirilmiş kredit və kreditdən istifadəyə görə faiz borcunu, gecikdirilmə faizini, həmçinin kreditin verilməsi ilə əlaqədar komisyon haqlarını ona məxsus olan bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən vəsaitin silindiyi tarixə Bankun mövcud olan cari valyuta məzənnəsi əsas götürülməklə konvertasiya olunaraq akseptsiz qaydada birtərəfli şəkildə silə bilər.
11.6.1.2. Daxili tarifləri əsasında Müştəriyə göstərilmiş hər bir xidmət üzrə müvafiq komisyon haqqı, eləcə də, kredit verilməsi ilə bağlı Bank tərəfindən təsdiq edilmiş komisyon haqları Müştərinin bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən mübahisəsiz qaydada akseptsiz olaraq silmək, Müştəri, Bank və üçüncü şəxslər arasında bağlanan üçtərəfli əqdlərin icrasını təmin etmək məqsədilə Müştərinin bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada pul vəsaitlərini silmək və digər müvafiq hesaba köçürərək bloklaşdırmaq hüququna malikdir.
11.6.1.3. Bu barədə Müştəria məlumat verməklə birtərəfli qaydada mövcüd tariflərdə və aparılan əməliyyatların qaydalarında dəyişiklik edə bilər.
11.6.1.4. Plastik Kartın istifadə müddəti bitdikdə, habelə Müştərinin qeyri-qanuni məqsədlərlə Plastik Kartdan istifadə etməsi, limiti aşması, Hesabında borc yaranması və bu müqavilənin digər şərtlərinə əməl olunmadığı aşkar olunduğu halda Bank Plastik Kartdan istifadə edilməsini və hesab üzrə əməliyyatları dayandırmaq və bu Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
11.6.1.5. Plastik Kartın itirilməsi, oğurlanması və istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə onun sahibliyindən çıxması barədə Müştərinin yazılı məlumatı daxil olduğu halda həmin məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində Plastik Kartın fəaliyyətinin dayandırılması haqqında prosessinq mərkəzinə məlumat verir.
11.6.1.6. Hər hansı səbəbdən (texniki nasazlıq və s.) Bank tərəfindən müvafiq Razılaşma üzrə nəzərdə tutulmuş pul vəsaitindən artıq məbləğdə pul vəsaiti Müştərinin Cari Hesabına daxil edildikdə, həmin pul vəsaitlərinin Müştəridən geri qaytarılmasını tələb etmək, habelə Müştərinin razılığı tələb olunmadan Cari Hesabından və ya Müştərinin Bankdakı digər istənilən hesablarından akseptsiz olaraq geri çağırmaq (silmək) hüququna malikdir.
11.6.1.7. Müştəri bu Müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyi halda, icra sənədinin alınması üçün müraciət еdildikdən sonra icra sənədi tam icra olunanadək faizləri və gecikdirilmə faizlərini, Banka dəymiş zərəri bu Ümumi şərtlərdə və müvafiq Razılaşmada hеsablamağa davam edə və ödənilməsini Müştəridən tələb edə bilər, habеlə icra sənədinin alınması üçün müraciət еdildikdən sonra icra sənədi tam icra olunanadək olan müddət ərzində hеsablanmış fazilərin və gecikdirilmə faizini Müştəridən tutulması məqsədilə məhkəməyə və ya icra qеydi almaq üçün notariusa müraciət еdə bilər.
11.6.2. Müştəri.
11.6.2.1. Müştəri ödəniş sənədlərini Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ hüquqi xaraktertli aktlarına uyğun olaraq tərtib edərək Banka təqdim etməlidir.
11.6.2.2. İstənilən lazımi dövr üçün Bankın daxili tariflərinə uyğun komisyon haqq ödəməklə Cari Hesabdan çıxarış ala bilər. Hesab üzrə çıxarışlar Müştəri tərəfindən tələb olunduqda və əməliyyat aparıldığı gündən sonrakı iş günü ərzində verilir.
11.6.2.3. Plastik Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Plastik Kart itirildikdə, oğurlandıqda və Müştərinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxdıqda prossesinq mərkəzinə və ya Banka dərhal yazılı məlumat verməlidir.
11.6.2.4. Müştəri Bank tərəfindən təqdim edilmiş hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etiraz etdikdə, hesab üzrə çıxarışın tarixindən 20 (iyirmi) təqvim günü müddətində Banka yazılı qaydada pretenziya təqdim etməli və etirazını əsaslandırdığı halları pretenziyada göstərməlidir. Bu müddət ərzində pretenziya təqdim edilmədikdə və ya hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etirazın əsaslandırdığı hallar pretenziyada göstərilmədikdə hesab üzrə çıxarışda göstərilən əməliyyatlar təsdiq olunmuş hesab edilir.
11.7. Bank sirri
11.7.1. Bank hazırkı Müqavilə üzrə Müştəriyə və ya kredit təminatla verilən hallarda girov (ipoteka) qoyan, zamin, qarant, sığorta şirkəti və digər təminat verən şəxslərə qarşı münasibətdə hüquqlarını müdafiə etmək məqsədilə müvafiq məhkəmələrə müraciət edərkən bu Müqavilə, kreditin ödənişi ilə bağlı sənədləri və digər bank sirri ehtiva edə biləcək sənədləri müvafiq məhkəmələrə təqdim edə bilər.
11.7.2. Bank sirri təşkil edən məlumatlar üçüncü şəxslərə verildikdən sonra, onlar tərəfindən görülən tədbirlərə görə, yəni onların iş və qeyri-iş saatlarında, iş və qeyri-iş günlərində Müştərila ilə görüşməsinə, borcunun olmasını bildirilməsinə və onun qaytarılmasının tələb edilməsinə, evinə və ya iş yerinə gəlməsinə, evinə və ya iş yerinə telefon (o cümlədən elektron kommunikasiyalar) vasitəsilə zənglərin edilməsinə, habelə şifahi, yazılı formada həyəta keçirilməsinə görə Bank heç bir məsuliyyət daşımır.
11.8. Tərəflərin məsuliyyəti
11.8.1. Müştəri kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya Müştəri tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən Müştəri özünün fəaliyyəti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar Banklar qarşısında icra edilməmiş mülkihüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda, Bank bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı Müştəridən bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş məbləğdə kompensasiyanın ödənilməsini tələbedə bilər.
11.8.2. Müştəri tərəfindən bu Ümumi şərtlər və müvafiq Razılaşma üzrə öhdəlikləri vaxtında və lazımınca icra edilmədikdə gecikdirilmiş məbləğə görə - müqavilə üzrə illik faiz dərəcəsinə əlavə olaraq illik faiz dərəcəsinə 5 (beş) faiz bəndi əlavə edilməklə gecikdirilmə faizi hesablanır.
11.8.3. Aylıq Ödəniş məbləğindən qabaqcadan artıq ödənilmiş əsas məbləğ - mütənasib olaraq növbəti ay (aylar) üzrə Müştərini əsas məbləğinin ödənişindən azad edir. Qabaqcadan ödəniş edilən zaman ödənişin müddəti dəyişilmir və Aylıq ödənişlər yenidən hesablanmır.
11.8.4. Bu Müqavilə üzrə verilmiş Kreditin müddəti bitdikdə və Müştəri krеdit borcunu ödəmədikdə, Kreditin ödənilməyən əsas məbləği üçün illik faiz dərəcəsinə 5 (beş) faiz bəndi əlavə edilməklə borc tam ödənilən günədək gecikdirilmə faizi hеsablanır və Müştəri tərəfindən tam həmcdə Banka ödənilməlidir.
11.8.5. Müştəri Kreditin verildiyi valyutanın Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan rəsmi məzənnəsinin bu Müqavilənin imzalandığı günlə müqayisədə əhəmiyyətli dəyişməsi ilə bağlı məsuliyyəti öz üzərinə qəbul edir və bununla bağlı Banka qarşı gələcəkdə heç bir iddia irəli sürmədən Müqavilə üzrə öhdəliklərini yerinə yetirir.
11.8.6. Bu Müqavilədə nəzərdə tutulmuş Müştərinin Nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə Müştəri tam məsuliyyət daşıyır. Bu zaman Müştəri, bu mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu Müqavilə əsasında verilmiş kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz.
11.8.7. Müştəri təsdiq edir ki, Müştərinin Nömrəsinin və ya ona verilmiş Plastik Kartın (habelə Plastik Kartın PİN-kodunun) üçüncü şəxslərə verilməsi və üçüncü şəxslər tərəfindən istifadə edilməsi zamanı yarana biləcək risklər və onun nəticələri Müştəria aydındır, gələcəkdə bununla bağlı yarana biləcək bütün risklərinə, qarşılaşa biləcəyi maliyyə itkilərinə və ona dəyə biləcək digər bütün zərərə görə məsuliyyəti özünün daşıdığını başa düşür və bunu qəbul edir.
12. Əmanət şərtləri
12.1. Müqaviləyə əsasən Bank Müştəridən və ya Müştəri üçün daxil olmuş pul məbləğini (bundan sonra “Əmanət”) qəbul etməyi və əmanət məbləğini Müqavilə ilə müəyyən olunmuş qaydada Müştəriyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Müştəri əmənət qoymaq üçün hazırkı Müqaviləyə uyğun olaraq müraciət etdikdə müvafiq Bankda həmin tarixdə mövcud olan əmanət məhsullarından birini və ya bir neçəsini əldə edə bilər.
12.2. Əmanətin məbləği, növü, müddəti, faiz dərəcəsi, faizlərin ödənilməsi qaydası, vaxtından əvvəl götürülərkən tətbiq edilən faiz dərəcəsi bu Ümumi Şərtlərin 3-cü bəndində nəzərdə tutulmuş qaydada Aksept edilən müvafiq Razılaşmada öz əksini tapır.
12.3. Bank tərəfindən bu xidmət təklif edildiyi halda, əmanət Banka Qanunvericilikdə və Qaydalarda nəzərdə tutulmuş şərtlərlə müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əmanət üçüncü şəxsin adına qoyulduğu halda, həmin şəxs əmanətçi hüquqlarından istifadə etmək üçün banka ərizə ilə müraciət etdikdən sonra əmanətçi hüququnu qazanır və həmin tarixdən əmanət müqaviləsini bağlamış şəxs əmanətçi hüquqlarını itirir.
12.4. Əmanətin məbləğinə faizlər bu məbləğin Banka daxil olduğu günün ertəsi günündən məbləğin
Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla Müştərinin hesabından silinməsindən əvvəlki günədək hesablanır.
12.5. Əmanət üzrə hesablanmış faizlər Müştəri üçün ayrıca açılmış cari hesaba köçürülür.
12.6. Müvafiq əmanətin müddəti daxilində hesablanıb götürülməyən faizlər, üzərinə faiz hesablanan əmanət məbləğinə əlavə edilmir və həmin məbləğə faiz hesablanmır.
12.7. Əmanətin müddətinin uzadılması şərtləri müvafiq Razılaşma ilə tənzimlənir.
12.8. Əmanətin müddəti bitdiyi günün ertəsi iş günü, Müştəri əmanətini geri götürmək üçün Banka şəxsən (və ya nümayəndəsi vasitəsilə) müraciət etmədikdə, həmin gün Bankda qüvvədə olan əmanət şərtləri tətbiq olunmaqla eyni müddətli, valyutalı və faizlərin eyni ödənilmə tezliyi ilə əmanət növü mövcuddursa, əmanətin müddəti eyni şərtlərlə, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi (istənilən halda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşmamaq şərtilə) tətbiq edilməklə uzadılır. Həmin gün Bankda qüvvədə olan əmanət şərtləri tətbiq olunmaqla eyni müddətli valyutalı və faizlərin eyni ödənilmə tezliyi şərtlərindən hər hansı biri mövcud deyildirsə, bu Razılaşma həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi (istənilən halda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini aşmamaq şərtilə) tətbiq edilməklə aşağıdakı qaydada avtomatik olaraq uzadılır:
12.8.1. Manat və ABŞ dolları ilə 1 (bir) ilə qədər (1 il daxil olmaqla) qoyulmuş əmanətlər üzrə – 1 (bir) il müddətinə və faizlərin aylıq ödənilməsi şərtilə;
12.8.2. Manat və ABŞ dolları ilə 1 (bir) ildən artıq müddətə qoyulmuş əmanətlər üzrə – əmanətin qoyulduğu müddətə və faizlərin aylıq ödənilməsi şərtilə;
12.8.3. AVRO ilə qoyulmuş əmanətlər üzrə – Bankda qüvvədə olan “tələb olunanadək əmanət” növünün şərtlərinə uyğun olaraq.
12.9. Əgər əmanətlə bağlı hüquq münasibətlərinə Bank tərəfindən Müqavilədə göstərilən qaydada xitam verilərsə, müvafiq əmanət hesabındakı vəsait Müştərinin cari hesabına daxil edilir və bununla bağlı münasibətlər hazırkı Ümumi Şərtlərin 5-ci bəndinə uyğun olaraq tənzimlənir.
12.10. Əgər Müştəri müvafiq əmanətin müddətinin uzadılmasından sonra əmanətini geri tələb edərsə, bu halda müvafiq tarixə Bankda vaxtından əvvəl geri götürülən əmanətlər üzrə faizlərin hesablanmasının fərqli qaydası nəzərdə tutulmayıbsa, bu Ümumi Şərtlərin 12.6-cı bəndindəki qayda tətbiq olunur.
12.11. Əmanətin müddətinin uzadılma tarixi Qanunvericiliklə qeyri-iş günü hesab edilən günə təsadüf edərsə, əmanətin müddəti növbəti iş günündən etibarən uzadılır.
12.12. Əmanətlər üzrə faiz gəlirləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb edilir. Əmanət faizləri üzrə verginin tutulması faizlərin ödənilməsi müddətindən asılı olaraq müvafiq dövrdə ödənilir.
12.13. *2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində, yəni 01 fevral 2023-cü il tarixinədək, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azaddır.
12.14. Qanunvericiliyə əsasən Bank tərəfindən ödənilən faizlərdən ödəniş mənbəyindən vergi tutulmuşdursa, aylıq ödənilmiş faizlərdən tutulmuş vergiyə görə Bank əmanətin vaxtından əvvəl götürülməsi halında Müştəri qarşısında məsuliyyət daşımır.
12.15. Qanunvericiliyə əsasən əmanət üzərinə həbs qoyulduğu gündən həbs götürülənədək faizlərin hesablanması və ödənilməsi dayandırılır, həmin hesab üzrə məxaric əməliyyatı aparılmır.
12.16. Bankın vəzifələri:
12.16.1. Qanunvericiliyin tələblərinə uyğun olaraq Müştərinin adına müddətli əmanət hesabı açmaq və Müştəridən pul vəsaitini qəbul etmək;
12.16.2. Müqavilənin müddəti bitdikdə Müştəriyə əmanət məbləğinin qaytarılmasını, əmanət üzrə faizlərin vaxtında və tam şəkildə hesablanıb ödənilməsini, əmanət hesabından pul vəsaitinin digər şəxslərə köçürülməsini təmin etmək;
12.16.3. Müştərinin istəyi ilə əmanət kitabçası vermək və müştəri tərəfindən təqdim edildikdə əmanət üzrə bütün əməliyyatları əmanət kitabçasına qeyd etmək;
12.16.4. Müştərinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 (beş) bank günü müddətində ödəmək;
12.16.5. Müştərinin yazılı və şifahi sorğusu əsasında Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsinin şərtləri və qaydaları barədə yazılı məlumat vermək;
12.16.6. Cari tariflər, xidmət və məhsulların şərtləri, habelə yeni təklif olunan xidmət və məhsullar barədə ən son məlumatları Bankın İnternet Səhifəsində və/və ya Bankın təklif edəcəyi digər online resurslarda yerləşdirmək.
12.17. Bankın hüquqları:
12.17.1. Əmanət məbləğinin əldə olunma mənbəyi barədə şübhə yarandıqda, həmin vəsaitin mənbəyini müəyyən etmək üçün əlavə təsdiqləyici sənədlər tələb etmək;
12.17.2. Müştərini 30 (otuz) gün əvvəlcədən xəbərdar etməklə müvafiq əmanətə birtərəfli qaydada xitam vermək;
12.17.3. Qanunvericiliklə nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə üzərinə həbs qoyulmuş əmanət hesabı üzrə məxaric əməliyyatlarını dayandırmaq;
12.17.4. Müştəriyə əmanətin vaxtından əvvəl qaytarılmasına görə əvvələr ödənilmiş faizləri akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) geri tutmaq;
12.17.5. Müştərinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri, habelə istənilən əsasla yaranmış digər öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin Bankın Tarifləri müəyyən edilmiş komisyon haqlarını, təminat qismində rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, akseptsiz qaydada müvafiq əmanət hesabından silmək (Hesablaşma bu Ümumi Şərtlərin 12-ci bəndində göstərilən qaydada həyata keçiriləcəkdir);
12.17.6. Müddətli əmanət hesabında olan pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə bu vəsaitdən istifadə etmək.
12.18. Müştərinin vəzifələri:
12.18.1. Əmanət məbləğini hər dəfə müvafiq Razılaşma imzalandığı gün əmanət hesabına mədaxil etmək;
12.18.2. Əmanət məbləği vaxtından əvvəl tələb olunduqda, ən azı 5 (beş) iş günü əvvəlcədən Banka məlumat vermək;
12.18.3. Banka təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq;
12.18.4. Müştərinin Müqavilədə göstərilən (adı, soyadı, atasının adı, ünvanı, şəxsiyyət vəsiqəsi, telefon nömrəsi, elektron poçt ünvanı, nömrə eyni qalmaqla mobil operator və s.) məlumatlarında baş vermiş dəyişikliklər barədə dərhal Bankı məlumatlandırmaq (Bu vəzifə Müştəri tərəfindən yerinə yetirilmədikdə, sığorta hadisəsi zamanı Müştərinin kompensasiya ödənilməsi üçün müraciət ərizəsinə daha uzun müddət baxılması və Müştərinin eyniləşdirilməsinin mümkün olmaması hallarında isə kompensasiyanın ödənilməsindən imtina edilməsi üçün əsas ola bilər. Həmçinin təqdim edilən məlumatların və mobil operatorların dəyişiklikləri barədə Banka bildirmədiyi təqdirdə, Müştəri əvvəlki elektron ünvanına göndəriləcək və ya telefon nömrəsi ilə əlaqə saxlanılaraq verilən məlumatlara etiraz etməyəcəyini qəbul edir və gələcəkdə bununla bağlı anlaşılmazlıq yaranarsa, Bank məsuliyyət daşımır);
12.18.5. Əmanət hesabı üzrə sərəncam vermək səlahiyyətini üçüncü şəxslərə həvalə etdikdə, Banka notariat qaydasında təsdiq edilmiş etibarnamə təqdim etmək və həmin etibarnaməni ləğv etdikdə və ya etibarnamə hər hansı bir digər səbəblə qüvvədən düşdükdə, bu barədə dərhal Bankı yazılı qaydada məlumatlandırmaq.
12.19. Müştərinin hüquqları:
12.19.1. Əmanətlərin qəbul edilməsi hüququnu verən bank lisenziyası və sonuncu hesabat ili üçün auditor rəyi ilə tanış olmaq, habelə Bankın maliyyə vəziyyəti barədə məlumat almaq;
12.19.2. Bankda əmanətlərin qəbul edilməsi, habelə digər bank xidmətləri ilə tanış olmaq;
12.19.3. Əmanət üzrə hesablanmış faizləri almaq;
12.19.4. Yazılı ərizə ilə Banka əmanətin və ya onun bir hissəsinin vaxtından əvvəl götürülməsi barədə müraciət etmək;
12.19.5. Hər hansı bir idarəyə təqdim etmək üçün öz hesabının vəziyyəti barədə Bankdan arayış almaq;
12.19.6. Bankın Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsinin şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Banka müraciət etmək və ondan yazılı məlumat almaq;
12.19.7. Əmanət hesabı üzrə sərəncam vermək səlahiyyətini notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında üçüncü şəxslərə həvalə etmək;
12.19.8. Əmanət kitabçası itirildikdə və ya istifadə üçün yararsız vəziyyətə düşdükdə, Bankın Tariflərində nəzərdə tutulmuş ödənişləri etməklə yeni əmanət kitabçasının alınması üçün Banka müraciət etmək.
13. Əmanətlərin Sığortalanması
13.16. Bank Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – Fond) iştirakçısı olaraq (17 saylı Şəhadətnamə) Fonda sığorta haqqı ödəyir (bu haqq Müştəridən tutulmur).
13.17. Bank tərəfindən Müştəridən bütün müvafiq valyutalarda qəbul edilmiş və “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən qorunan əmanət hesab edilən əmanətlər Fond tərəfindən sığortalanır.
13.18. Sığorta hadisəsi – Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Müştəri qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Müştəri qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət üzrə səlahiyyətli orqan tərəfindən təsdiq edilməsidir.
13.19. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində Müştəriyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: a) AzTV;
b) İctimai TV;
c) Azərbaycan qəzeti;
d) Respublika qəzeti;
e) Xalq qəzeti;
f) AzərTAc informasiya agentliyi;
g) APA informasiya agentliyi.
13.20. Fonddan kompensasiya almaq üçün Müştəri kütləvi informasiya vasitəsilərində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;
b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd;
c) Bank əmanəti müqaviləsi;
Ərizəni verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Fond tərəfindən Müştəriyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 (bir) il ərzində qəbul edir. Müştərinin kompensasiya almaq hüququ istisna hallarda Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.
13.21. Fond sığorta hadisəsi baş verdikdə Müştəriyə Azərbaycan Respublikasının “Əmanətlərin sığortlanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunlarında nəzərdə tutulmuş qaydada kompensasiya ödəyir.
13.22. Müştərinin Bankda, o cümlədən Bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya edir.
13.23. Bank Müştərinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə Müştəriyə məlumat verir.
13.24. Müştəri aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40 ; əlaqə tel: (99412) 596 65 91, 596 65 92, 596 65 93; Faks: (99412) 596 65 94; e-mail: adif@adif.az; sayt: www.adif.az.
14. Qızıl zinət əşyalarının girovu ilə verilən kredit
14.1. Bank bu Müqavilənin şərtləri daxilində Müştəriyə qızıl zinət əşyalarının girovu qarşılığında müvafiq Əlavə razılaşmada göstərilən məbləğdə kredit verməyi, Müştəri isə aldığı krediti bu Müqavilədə, Müqavilənin əsas şərtlərində və onun tərkib hissələri olan əlavələrdə nəzərdə tutulan şərtlərlə Banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür.
14.2. Kredit digər valyutaya çevrilib verildikdə Bankın öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Bank özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Bank tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Bankın müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Banka ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, gecikdirilmə faizinin və digər xərclərin məbləğləri Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir.
14.3. Krеditdən istifadə müddəti dеdikdə, kredit vəsaitlərinin Müştəriyə vеrildiyi və onun müvafiq bank hеsabına köçürüldüyü andan, faktiki olaraq Müştərinin Bankda olan müvafiq bank hеsabına qaytarılan anadək olan müddət hеsab еdilir.
14.4. Krеdit faizləri krеditin vеrildiyi gündən (həmin gün daxil olmaqla) hеsablanır.
14.5. Müştəri Banka ixtiyar verir ki, o, Müştərinin bank hеsablarında olan vəsaitləri istənilən an Banka olan borcun, o cümlədən “Kreditin ödəniş cədvəli” üzrə gеcikmə borcunun, habеlə vaxtı kеçmiş krеdit borcunun, hеsablanmış faizlərin, gecikdirilmə faizinin və digər tələblərinin ödənilməsinə yönəltsin. Bu halda Müştərinin əlavə razılığı tələb olunmur.
14.6. Makro-iqtisadi, pridensial və nəzarət dəyişikliyi və sair səbəblərdən krеditin vaxtında vеrilməməsinə və yaxud, ümumiyyətlə vеrilməməsinə görə Bank məsuliyyət daşımır.
14.7. Krediti Müştərinin ödəniş tapşırığına əsasən köçürüldükdən sonra onun hər hansı səbəbdən lazımi hеsaba çatmamasına və ya vaxtında çatmamasına görə Bank məsuliyyət daşımır.
14.8. Borc üzrə əldə еdilmiş vəsaitlərin silinməsi aşağıdakı ardıcıllıqla aparılır:
14.8.1. Hesablanmış cərimələr (gecikdirilmə faizi), xərclər silinir;
14.8.2. Hesablanmış faizlər silinir;
14.8.3. Əsas məbləğ silinir.
14.9. Məsuliyyət.
14.9.1. Müştəri tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə Bank tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır:
14.9.2. “Kreditin ödəniş cədvəli”ndən qabaqcadan artıq ödənilmiş əsas məbləğ - mütənasib olaraq növbəti ay (aylar) üzrə Müştərini əsas məbləğin ödənişindən azad edir;
14.10. Qabaqcadan ödəniş edilən zaman ödənişin müddəti dəyişilmir və “Kreditin ödəniş cədvəli” yenidən hesablanmır. Lakin, Müştərinin müraciəti əsasında Bankın öz mülahizəsinə əsasən “Kreditin ödəniş cədvəli” yenidən hesablanaraq, Müştəriyə təqdim oluna bilər.
14.11. Bu Müqavilə üzrə Müştərinin aşağıdakı vəzifələri vardır:
14.11.1. Əgər Müştəri müvafiq Əlavə Razılaşmada təsbit edilmiş kredit şərtlərini göstərilən müddətdə ödəməyərək pozarsa və buna görə də, Bank borcun tutulması ilə bağlı məhkəməyə və ya icra qеydi almaq üçün notariusa müraciət еdərsə, iş üzrə icra sənədi çıxarıldıqdan sonrakı müddət ərzində hеsablanmış faizləri, o cümlədən vaxtı kеçmiş ikiqat faizləri və borcun tutulması üçün bank tərəfindən çəkilmiş müəyyən xərcləri Müştəri özünün borcu kimi еtiraf və qəbul еdir və həmin faiz və ikiqat faiz borcunu ödəməyi öhdəsinə götürür;
14.11.2. Müvafiq sığorta şirkətində Bankın xeyrinə girov qoyduğu (və/və ya üçüncü şəxsin qoyduğu) əmlakı və digər əmlakını, öz mülki öhdəliklərini və onunla Müqavilə (ipoteka, girov, zaminlik və s.) bağlayan üçüncü şəxslərin mülki öhdəliklərini Bankın tələbinə əsasən 2 (iki) iş günü müddətində özünün, yaxud üçüncü şəxslərin vəsaiti hеsabına sığorta еtdirmək;
14.11.3. Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada yеrinə yеtirmək.
14.12. Bu Müqavilə üzrə Bankın aşağıdakı hüquqları vardır:
14.12.1. Müştərinin bütün hеsablarına daxil olan pul vəsaitlərini krеditin ödənilməsinə yönəltmək;
14.12.2. Müştəri bu Müqavilənin qüvvədə olduğu müddət ərzində və/və ya səbəbindən asılı olmayaraq müddəti bitdikdən sonra Müqavilənin şərtlərini yеrinə yеtirmədikdə və Banka borcu (borc dedikdə, müqavilənin şərtlərinə uyğun olaraq, əsas borc, faiz, gecikdirilmə faizi, cərimə və Bankın çəkdiyi digər xərclər, habelə texnikisəhv nəticəsində köçürülmüş vəsaitlər nəzərdə tutulur) olduqda, Bankın hüququ vardır ki, müvafiq borc məbləğini Müştərinin Bankda olan istənilən hеsablarındakı pul vəsaitlərindən birtərəfli olaraq akseptsiz qaydada silsin;
14.12.3. Bank öz mülahizəsinə əsasən istədiyi vaxt krеditin vеrilməsini təxirə sala bilər, dayandıra və ya kəsə bilər. Bu zaman Müştəriyə bildiriş və ya xəbərdarlıq vеrməkdə Bank borclu dеyildir;
14.12.4. Bankın hüququ var ki, icra sənədinin alınması üçün müraciət еdildikdən sonra icra sənədi tam icra olunanadək faizləri və gecikdirilmə faizini bu Müqavilədə və müvafiq Razılaşmada göstərilən qaydada hеsablasın və ödənilməsini Müştəridən tələb еtsin, habеlə icra sənədinin alınması üçün müraciət еdildikdən sonra icra sənədi tam icra olunanadək olan müddət ərzində hеsablanmış faizlərin və gecikdirilmə faizinin Müştəridən tutulması məqsədilə məhkəməyə və ya icra qеydi almaq üçün notariusa müraciət еtsin.
14.12.5. Müştəri bu Müqavilə üzrə ona verilmiş krediti və onun faizini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyini ən azı bir dəfə pozduqda), habelə bu Müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Bank bu Müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb edə bilər.
14.12.6. Müştəri bu Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri (və ya onun hər hansı hissəsini) yerinə yetirmədikdə, Bank borcun qaytarılması ilə bağlı müvafiq tədbirləri, o cümlədən onunla görüşmək, borcunun olmasını bildirmək və onun qaytarılmasını tələb etmək, evinə və ya iş yerinə və ya ofisinə gəlmək, evinə və ya iş yerinə və ya ofisinə telefon (o cümlədən elektron kommunikasiyalar) vasitəsilə zənglər etmək, habelə şifahi və ya yazılı formada həyata keçirmək hüququna malikdir. Bank bu tədbirləri həyata keçirə bilər və Müştəri bununla razı olduğunu bildirir.
14.13. Bu Müqavilə üzrə Bankın aşağıdakı vəzifələri vardır:
14.13.1. Müştərini kreditin şərtləri ilə tanış etmək, lazımı məlumatları təqdim etmək.
14.14. Bank hazırkı Müqavilə üzrə Müştəriyə və ya kredit təminatla verilən hallarda girov (ipoteka) qoyan, zamin, qarant, sığorta şirkəti və digər təminat verən şəxslərə qarşı münasibətdə hüquqlarını müdafiə etmək məqsədilə müvafiq məhkəmələrə müraciət edərkən bu Müqavilə, kreditin ödənişi ilə bağlı sənədləri və digər bank sirri ehtiva edə biləcək sənədləri müvafiq məhkəmələrə təqdim edə bilər.
14.15. Bu Müqavilə üzrə Müştərinin öhdəliklərinin icrası gecikdirilmə faizi girov, ipotеka, zaminlik və digər təminatla təmin еdilir.
14.16. Qеydə alınmalı təminatı dövlət qеydiyyatından kеçirmək İpoteka/Girov qoyanın və Müştərinin vəzifəsidir. Təminatın yalnız müvafiq qеydiyyat orqanlarında qеydiyyatdan kеçirməsi barədə sənəd təqdim еdildikdən sonra krеdit vеrilir.
14.17. Bütün hallarda təminatın еtibarsızlığına görə məsuliyyət Müştərinin və ipoteka/girov qoyanın üzərinə düşür.
14.18. Bankın ixtiyarı vardır ki, Müştəri əsas öhdəliyin şərtlərini pozduğu andan tələbini təminat vеrənin hеsablarındakı pula təminat məbləği miqdarında yönəltsin. Bankın tələbini ödəmək üçün Müştərinin əmlakı kifayət еtmədikdə, Bank təminat vеrənin hеsabından pulu aksеptsiz olaraq, öz tələbinin qalan hissəsinin ödənilməsinə yönəldə bilər.
14.19. Müştərinin öhdəlikləri tam icra еdilənədək və Bankın tələbləri tam ödənilənədək təminat tam hissədə qüvvədə qalır.
14.20. Müştəri, İpoteka/Girovqoyan, Zamin və digər təminat vеrən öz rеkvizitlərini və/və ya hüquqi ünvanlarını dəyişmələri barədə Banka 3 (üç) iş günü müddətində məlumat vеrməyə borcludurlar. Müştəri girov qoyanın, zaminin və təminat vеrənin rеkvizitlərinin və ünvanlarının dəyişməsi barədə Banka məlumat vеrmədiklərinə görə məsuliyyət daşıyır.
14.21. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin Müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olmur. Bu Müqaviləyə, yalnız Müştəri Bank qarşısında olan öhdəliklərini, yəni əsas və faiz borcunu, habelə gecikdirilmə faizi və s. borclarını tam ödədikdən sonra xitam verilə bilər. Borcun məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutulması ilə bağlı iddia ərizəsinin (ərizənin) verilməsi, qətnamənin (icra qeydinin) qəbul edilməsi faizlərin və cərimələrin hesablanmasını dayandırmır. Faizlər və cərimələr qətnamə (icra qeydi) tam icra olunanadək hesablanır.
14.22. Bu Müqavilə üzrə sonradan cəlb еdilmiş girov qoyanların, zaminlərin və digər təminat verənlərin öhdəliyi imza еtdikləri andan yaranır.
14.23. Bu Müqavilədə göstərilən son müddətlər qeyri-iş gününə düşərsə, Müştəri öz öhdəliklərini növbəti birinci iş günü ödəməyə borcludur.
14.24. Bu Müqavilədə xərclər dеdikdə aşağıdakılar başa düşülür:
14.24.1. Bank tərəfindən Müştəriyə bu və ya digər xidmətlərin göstərilməsi ilə bağlı haqlar (hеsablaşma- kassa, valyuta alqı-satqısı, konvеrtasiya, məsləhətlərin vеrilməsi və s.);
14.24.2. Bankın bu Müqavilədə göstərilən hüquqlarının həyata kеçirilməsi üçün çəkilən xərclər, o cümlədən Müştəri ilə aparılan yazışmaların, poçt-rabitə xidmətinin və tеlеfon danışıqlarının haqqı;
14.24.3. Bankın nümayəndələrinin yoxlama və təftiş yеrlərinə gеdiş-gəliş və еzamiyyə xərcləri;
14.24.4. Bankın təyin еtdiyi müstəqil auditorların, еkspеrtlərin, hüquqşünasların və vəkillərin və digər mütəxəssislərin xidmət haqqı;
14.24.5. İpotekanın/Girovun yoxlanılmasına, saxlanmasına, idarə еdilməsinə, cari təmirinə, sığortasına, satılmasına çəkilən xərclər;
14.24.6. Müqavilənin icrası ilə bağlı çəkilən digər xərclər.
14.25. Bu Müqavilə üzrə bütün normativ hüquqi aktlarla dövlət rüsumu, vergilər, digər məcburi ödənişlər dəyişdirildikdə və ya yeni qaydalar müəyyən edildikdə Bank müstəqil olaraq xərclərinin məbləğini dəyişə bilər.
15. Tərəflərin məsuliyyəti
15.1. Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən Tərəf digər Tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.
15.2. Bank Müştəri tərəfindən qoyulan pul vəsaitinin qanunsuz yollarla əldə edilməsi və ya Müştəri tərəfindən məlumatın düzgün göstərilməməsinə görə məsuliyyət daşımır.
15.3. Bank E-Bankçılıq platforması vasitəsilə və ya internet şəbəkəsində Kart ilə apardığı əməliyyatlara dair Müştərinin Kart hesabından silinmələrə, Kartdan PİN-kodu daxil edilməsi ilə istifadə olunması nəticəsində vəsait silinməsinə, habelə kartla silinmiş vəsaitin ödənilməsinə və mobil telefonla SMS vasitəsilə Müştəri tərəfindən verilmiş tapşırıqlar nəticəsində yaranan itkilərə görə heç bir məsuliyyət daşımır.
15.4. Müştəri onun və/və ya onun müraciəti əsasında təyin edilmiş sistem istifadəçilərinin aparacağı bütün əməliyyatlar nəticəsində ona, üçüncü şəxslərə və/və ya Banka dəyə biləcək zərərə görə məsuliyyət daşıyacağını, bütün bu məsələlərlə əlaqədar Bankın heç bir öhdəlik daşımadığını əvvəlcədən qəbul və bəyan edir.
15.5. Müştərinin öz hesabı ilə əlaqədar verdiyi səhv məlumatlara, hər hansı bir zərər və ya qarışıqlığa yol açacaq internet/mobil vasitələri ilə qüsurlu sorğular təqdim olunmasıyla əlaqədar yarana biləcək anlaşılmazlıqlara görə Bank məsuliyyəti daşımır.
15.6. Müştəri Bank sistemində, internet şəbəkələrdə, mobil operatorun sistemi və/və ya digər rabitə sistemlərində yarana biləcək gecikmə, nasazlıq səbəbindən həyata keçirə bilmədiyi əməliyyatlar, mobil operatoru və ya digər rabitə sistemlərindən irəli gələn təhlükəsizliyin pozulması, hər cür gecikmə və nasazlıq səbəbindən yaranacaq zərərlər üçün Bankın məsuliyyət daşımadığını başa düşür və bunun üçün hər hansı bir təzminat tələb etməyəcəyini təsdiq edir.
15.7. Tərəflər təsdiq edir ki, Müqavilənin məqsədləri üçün Müştəri tərəfindən istifadə edilən Gücləndirilmiş elektron imza və ya Analoq İmza vasitəsilə təsdiqlənmiş Elektron Ödəniş Tapşırığı, Elektron Sifariş və ya hər hansı bir digər elektron sənəd Müştəri tərəfindən kağız üzərində yazılı formada şəxsən əl ilə imzaladığı, fiziki imzası və möhürü olan, firma blankında çap edilmiş hər hansı digər sənəd ilə eyni hüquqi qüvvəyə malikdir.
15.8. Tərəflər təsdiq edir ki, E-Bankçılıq çərçivəsində təqdim olunan xidmətlər üzrə təhlükəsizlik vasitələri və həyata keçiriləcək əməliyyatlar, həmin əməliyyatlar üzrə Tərəflərin bir-birinə təqdim etdiyi eletkron sənədlər məhkəmə və inzibati və mübahisə araşdırmalarında, dövlət, ictimai və özəl qurumlarda sübut kimi istifadə edilə bilər.
15.9. Bankın Müştəriyə göstərdiyi xidmət üçüncü tərəfin (təçhizatçı, mobil operator, ödəniş portalları və s.) vasitəsilə həyata keçirilirsə, həmin üçüncü tərəfin göstərdiyi xidmətin səviyyəsinə və kefiyyətinə, (ümumiyyətlə göstərilməməsinə) tətbiq etdiyi haqlara görə Bank heç bir məsuliyyət daşımır.
15.10. Müştəri Müqaviləni bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada bağlamaqla Biometrik identifikasiya (barmaq izinin və üzün tanınması) funskiyalarından istifadə ilə bağlı riskləri və nəticələri, Müqavilə üzrə öhdəliklərini və riayət etməli olduğu qaydaları başa düşdüyünü və qəbul etdiyini təsdiq edir.
15.11. Müştəri Müqaviləni bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada bağlamaqla “Rabitabank” ASC-də hesabının olması, “Rabitəbank” ASC-nin təklif etdiyi E-Bankçılıq istifadəçisi olmağı barədə məlumatların istifadə etdiyi mobil telefonunun elektron kitabçasındakı mobil nömrə sahiblərinə açıqlanmasına razılıq verir.
15.12. Müştərinin müstəqil apardığı əməliyyatlar, əlaqə xətlərində yaranan nasazlıqlar və qüsurlar, elektron bankçılıq və/və ya onun müxtəlif funksiyalarından istifadə edilməsi Müştəriyə bank əməliyyatlarının aparılmasına maneə törədərsə, bu zaman Müştəriyə dəyən zərərlər üçün Bank məsuliyyət daşımır.
15.13. Müqavilə əsasında Müştəriyə verilən kartlar Bankın mülkiyyətidir və lazım olduqda Bank və ya ödəniş sisteminin üzvü olan təşkilatlar Kartın qaytarılmasını Müştəridən tələb edə bilərlər.
15.14. Müştəri Banka məxsus olmayan ATM, POS-terminal və ya digər vasitələrlə kart əməliyyatları apardıqda, Bankın Tariflərinə uyğun olaraq tutulan komissiyalardan əlavə olaraq, müvafiq terminalın məxsus olduğu digər bankın daxili tarifinə uyğun olaraq xidmət haqqı tutula bilər və buna görə Bank məsuliyyət daşımır.
15.15. Bank Müştərinin rezidentlik statusunun dəyişdirilməsi və ya düzgün və vaxtında təqdim edilməməsinə görə, habelə bunun nəticəsində Müştəriyə dəyə biləcək hər hansı bir zərərə görə məsuliyyət daşımır.
15.16. Müştəri Müqavilə üzrə öhdəliklərini icra etməməsi və lazımınca icra etməməsinə görə, habelə hər hansı bir digər səbəbə görə Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyət daşıdığını və belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini, habelə Müştərinin özünün, yaxud Əlavə Kart istifadəçisinin və ya vərəsələrin Bank qarşısında heç bir tələb irəli sürməyəcəklərini başa düşür və qəbul edir. Krеdit kartının itirilməsi və ya оğurlanması haqqında ərizə Banka daхil оlduğu təqvim gününə qədər оğurlanmış və ya itirilmiş kredit kartı ilə kart hеsabı üzrə aparılmış əməliyyatlara görə Bank məsuliyyət daşımır.
15.17. Bank Skiminq və Fraud əməliyyatlarına görə məsuliyyət daşımır və belə kartlarla aparılmış əməliyyatlar nəticəsində Müştəriyə dəymiş ziyana görə Müştəri özü məsuliyyət daşıyır.
15.18. Müştəri hər hansı bir məntəqə və ya ATM-də bu Müqavilə üzrə on verilmiş kartların qəbul edilməməsində hər hansı bir səbəb üzündən avtorizasiyaya etiraz edilməsində Bankın cavabdehlik daşımadığını qəbul edir.
15.19. Müqavilə üzrə verilmiş Əlavə kartlarla aparılan bütün əməliyyatlar üzrə tam məsuliyyəti Müştəri daşıyır.
15.20. Müştəri Müqavilənin icrasına təsir edəcək hər hansı halla bağlı Müqavilədə göstərilmiş əlaqə nömrələri və ya digər əlaqə vasitəsilə Banka məlumat vermək istədiyi halda, hər hansı texniki səbəbdən İstifadəçi tərəfindən bu cür məlumatların verilməməsi Bank üçün hər hansı öhdəlik yaratmır və Müştərini bu Müqavilə ilə müəyyən edilmiş öhdəliklərindən azad etmir.
15.21. Çip kart üzrə öhdəliyinin (məsuliyyətin) ötürülməsi o deməkdir ki, EMV (Europay, MasterCard və VISA) çip kart platfotmasına keçən ölkədə və/və ya regionda saxta və/və ya regionda saxta və/və ya fırıldaqçılıq əməliyyatı baş verdiyi halda əməliyyat üzrə öhdəlik (məsuliyyət) qeyri-çip istiqamətli tərəfə (şikayətçi tərəfə) ötürüləcəkdir (keçəcəkdir).
15.22. Əgər PİN-kod beynəlxalq kart təşkilatları tətbiq edilən regionda və ya ölkədə üstünlük verilən və ya tələb edilən CVM-dirsə (Card Verification Method – Kartın müştəriyə aid olub-olmamasını yoxlama vasitələri) hər hansı bir Müştəri (Müştəri/Kart/Əlavə kart sahibi) Çip/PIN əməliyyatlarını dəstəkləmək
qabiliyyətinə malik olmadıqda beynəlxalq kart təşkilatları əməliyyatlarında saxtakarlıqla nəticələnən itirilmiş, oğurlanmış və ya heç vaxt qəbul edilməmiş kartlar üçün həmin Müştəri (müştəri/kart/əlavə kart sahibi)
məsuliyyət daşıyacaqdır.
15.23. Müştəri Banka təqdim etdiyi Elektron imzanın və ya Şəxsi imzanın başqa analoqunun, həmçinin sənədlərin skan edilmiş formatlarının həqiqi olmasına görə bilavasitə məsuliyyət daşıyır. Bank Müştərinin təqdim etdiyi elektron imzanın, və ya şəxsi imzanın başqa analoqunun, həmçinin sənədlərin skan edilmiş formatlarının dürüst olmadığının nəticələrinə görə heç bir məsuliyyət daşımır.
15.24. Tərəflərin məsuliyyəti Müqavilənin digər bəndlərində də müəyyən edilə bilər.
16. Mübahisələrin həlli
16.1. Müqavilənin məqsədlərinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında yaranan bütün münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tənzimlənir.
16.2. Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll olunur, mübahisələrin nizamlanması mümkün olmadıqda isə Azərbaycan Respublikası məhkəmələrində həll olunur.
17. Digər şərtlər
17.1. Müştəri Müqavilə əsasında Banka verdiyi məlumatların dəqiqliyinə və tamamlığına cavabdehdir. Müştərinin Müqavilədə və ya digər sənədlərdə göstərilən, yaxud şifahi olaraq Banka bildirdiyi istənilən məlumatı (ad, soyad, ata adı, ünvan, elektron poçt ünvanı, mobil telefon nömrəsi, nömrə eyni qalmaqla mobil
operatoru və s.) dəyişdikdə, Müştəri bu barədə dərhal Bankı məlumatlandırmalıdır. Bankın Müştəriyə olan bildirişləri, xəbərdarlıqları və digər sənədləri Müştərinin Banka təqdim etdiyi və müvafiq Razılaşmalarda göstərilən ünvan, elektron poçt ünvanı və ya mobil telefon nömrəsinə çatdırılır. Bu ünvan, elektron poçt ünvanı və ya mobil telefon nömrəsinə göndərilmiş bildirişlər, xəbərdarlıqlar və digər sənədlər Müştəriyə çatdırılmış hesab olunur. Müştərinin bu məlumatlarında dəyişiklik olduqda və Müştəri Bankı bu barədə dərhal xəbərdar etmədikdə, sonuncu məlum olan ünvan, elektron poçt ünvanı və ya mobil telefon nömrəsi üzrə göndərilmiş müraciətlər Müştəriyə çatdırılmış hesab olunur.
17.2. Mühüm şərtlər istisna olmaqla, Müqavilənin hər hansı bir bəndinin etibarsızlığı Müqavilənin və ya hər hansı bir digər bəndin etibarsızlığına səbəb olmur.
17.3. Müqavilədə Bank tərəfindən birtərəfli qaydada şərtlərin dəyişdirilməsi nəzərdə tutulan hallar istisna olmaqla, Müqavilənin şərtlərinin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən bütün dəyişikliklər bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş qaydada bağlandığı andan hüquqi qüvvəyə minir. 17.4. Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
17.5. Bununla Müştəri Müqaviləni oxuduğunu, Müqavilənin şərtlərinin (o cümlədən, bank sirri ilə bağlı müddəaların) ona şifahi izah olunduğunu və başa düşdüyünü və bu şərtlərlə tam razı olduğunu bildirir. Müştəri, müştəri xidmətləri keyfiyyətinin yoxlanılması məqsədilə onunla aparılan telefon danışıqlarının Bank tərəfindən yazılmasına etiraz etmir və bununla bağlı razılığını bildirir.
17.6. Müştəri Bankla yaranmış hər hansısa şikayətlə bağlı, Bankın Maliyyə Xidməti İstehlakçılarının müraciətləri ilə iş şöbəsinə (+994 12) 133 nömrəli əlaqə telefonu ilə, Bankın rəsmi səhifəsi www.rabitabank.com, filiallarda yerləşdirilmiş QR scanner, Mobil tətbiq, Bankın rəsmi sosial şəbəkə vasitəsi ilə müraciət edə bilər. Müştəri şikayət, ərizə və təklifləri ilə həmçinin aşağıdakı vasitələrdən istifdə etməklə müraciət edə bilər:
Ünvan: AZ1010, Bakı şəhəri, 28 may küçəsi 33; Elektron poçt ünvanı: 133@rabitabank.com
Müştəri müvafiq xidmətlərdən istifadə edərkən qarşılaşdığı suallar və çətinliklər barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Azərbaycan Mərkəzi Bankın telefonu:
+994124935058 və qaynar xətti: +99412966
Naxçıvan Muxtar Respublikası ərazisində olan müştərilər müvafiq xidmətlərdən istifadə edərkən
qarşılaşdıqları suallar və çətinliklər barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan İdarəsinin whatsapp telefonu: +994604002244 və qaynar xətti: 2244
Bankın Adı: Rabitəbank ASC
VÖEN : 9900001061
Müxbir hesab : AZ61NABZ01350100000000006944
Kod : 506399
Swift Bic : RBTAAZ22
Ünvan : AZ1010, Bakı şəhəri, 28 May küçəsi 33
Tel : (+99412) 598-44-88
Fax : (+99412) 497-11-01