Kollektiv sazişin məzmunu. 1. Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. 2. Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilər: a) müvafiq sahələrin və müəssisələrin iqtisadi və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi; b) xxxx əmək haqqının xxxxx səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi; c) əmək normalarının və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; ç) kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi; d) əməyin mühafizəsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi; e) daha əlverişli əmək şəraitinin müəyyən edilməsi; ə) məşğulluğa kömək göstərilməsi; f) təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi; g) müəssisələrdə qabaqcıl texnika və texnologiyanın, xxxx-texniki tərəqqinin digər nailiyyətlərinin tətbiqi; ğ) tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı; h) ekoloji təhlükəsizliyin təmin edilməsi;
Appears in 4 contracts
Samples: Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi