Komisyon muzd və əməliyyat xərcləri. 11.1. Bu Şərtlərin 11.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, vasitəçi aqrar sığortaçılar sığorta vasitəçiliyi fəaliyyətinə görə bağlanmış müqavilələr üzrə hesablanmış sığorta haqqının 15 xxxxx məbləğində komisyon muzd alırlar. 11.2.Qanunvericiliklə kənd təsərrüfatı məhsullarının istehsalçılarına heyvandarlıq sahəsində dövlət dəstəyinin verilməsi üçün sığorta müqaviləsinin bağlanması tələb olunduqda, həmin sığorta müqavilələrinə münasibətdə komisyon muzd sığorta haqqının 5 faizini təşkil edir.
Appears in 4 contracts
Samples: api.asf.gov.az, api.asf.gov.az, api.asf.gov.az