Kross əqdlərin bağlanması üzrə ümumi müddəalar. 9.1.1. Bir şəxsin eyni bir əqd üzrə həm alıcı, həm də satıcı qismində çıxış etməsi (eyni bir şəxsin hesabından kross əqdlərin bağlanması) qadağan edilir. Belə əqdlərə səbəb ola biləcək sifarişlər və kotirovkalar Birjanın ticarət sistemi tərəfindən rədd edilir. 9.1.2. Kross əqdlər müxtəlif şəxslərin hesablarından bağlandıqda, əqd barədə məlumat kross əqd bağlanmazdan əvvəl, bu əqdi bağlayacaq xxxxx üzvü tərəfindən ticarət sistemi vasitəsi ilə digər ticarət iştirakçılarına bu Qaydaların müddəalarına uyğun olaraq açıqlanmalıdır. 9.1.3. Bu Qaydaların kross əqdlərə dair müddəaları market meyker tərəfindən təqdim edilən iki tərəfli kotirovkalara (alış və satış istiqamətinin eyni vaxtda daxil edilməsi) şamil edilmir. 9.1.4. Bu Qaydaların 9.1.1-ci bəndi istisna olmaqla, kross əqdlərə dair digər müddəaları ünvanlı əqdlərə şamil edilmir. 9.1.5. Bu Qaydaların kross əqdlərə dair müddəaları yalnız səhmlərin təkrar bazar ticarətinə şamil olunur.
Appears in 4 contracts