Maliyyələşdirmə mexanizmi. 1. İnkişaf edən ölkələr xxxx Tərəflərə bu Konvensiyanın məqsədləri üçün qaytarılmamaq şərti ilə və ya güzəştlə maliyyə resursları verməkdən ötrü əsas ünsürləri bu maddədə göstərilən müvafiq mexanizm yaradılır. Bu Konvensiyanın məqsədləri üçün həmin mexanizm Tərəflərin Konfransının rəhbərliyi altında və onun tövsiyələri nəzərə alınmaqla işləyir və Konfransa tabedir. Mexanizmin fəaliyyəti Tərəflərin Konfransının, ola bilər, ilk müşavirəsində qərar verib yaradacağı təşkilati strukturun köməyi ilə həyata keçirilir. Bu Konvensiyanın məqsədləri üçün Tərəflərin Konfransı bu cür resursların əldə edilməsini və istifadəsini tənzimləyən tədbirləri, strategiyanı, proqram üstünlükləri və meyarları müəyyənləşdirir. Pul payı 20-ci maddədə haqqında danışılan, məbləği vaxtaşırı olaraq Tərəflərin Konfranslarında müəyyənləşdirilən resursların tələbatına uyğun gələn, qabaqcadan xxxxx edilən, adekvat şəkildə və vaxtlı-vaxtında maliyyə vəsaitləri axınının təmin edilməsi zəruriliyi, həmçinin maliyyələşdirmədə iştirak edən Tərəflərin 20-ci maddənin 2-ci bəndində göstərilən siyahıya salınmış xərclərin ağırlığını birgə çəkmələrinin vacibliyi nəzərə alınmaqla verilir. Könüllü pul payları inkişaf etmiş ölkələr xxxx Tərəflərdən, habelə digər ölkələrdən və digər mənbələrdən də daxil ola bilər. Mexanizm demokratik və açıq idarəetmə sistemi əsasında işləyir.