Marja ilə ticarət üzrə ümumi müddəalar. 12.1.1. Marja ilə ticarət fasiləsiz ticarət metodu ilə Birjanın ticarət reqlamenti ilə müəyyən edilmiş bazarlar və vaxt ərzində Xxxxx üzvləri vasitəsi ilə təşkil olunur. 12.1.2. Marja ilə ticarət bu Qaydalara müvafiq olaraq qiymətli kağızların yerləşdirlməsinə və Repo əməliyyatlarına şamil edilmir. 12.1.3. Xxxxx üzvü hər hansı müştəridən əldə etdiyi vəsaitləri digər müştərilər üçün marja əməliyyatları aparmaq və ya öz məqsədləri üçün istifadə etməməlidir. 12.1.4. Xxxxx üzvü müştərilər üzrə marja əməliyyatlarını bu məqsədlə hər bir müştəri üzrə klirinq təşkilatında açılmış fərdi marja hesabından həyata keçirməlidir.
Appears in 4 contracts