Common use of Müqavilənin predmeti Clause in Contracts

Müqavilənin predmeti. 2.1. Bank Müştərinin yazılı və ya bu Ümumi Şərtlərdə nəzərdə tutulmuş digər qaydada edilmiş müraciətinə əsasən aşağıdakı bank xidmətlərini (bundan sonra hər biri ayrı-ayrılıqda “Bank Xidməti”, birlikdə isə “Bank Xidmətləri” adlandırılacaqdır) göstərə bilər: 2.1.1. Bank hesablarının açılması və aparılması; 2.1.2. E-Bankçılıq xidmətlərinin göstərilməsi; 2.1.3. Müştəriyə Kartların (kredit və debet kart) təqdim edilməsi; 2.1.4. Nağd kreditlərin (təminatsız) verilməsi; 2.1.5. Müştəridən əmanətlərin qəbul edilməsi; 2.1.6. Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi. 2.2. Yuxarıda sadalanan Bank Xidmətlərinə uyğun olaraq Müştəri müvafiq vəsaitləri hesablara mədaxil etməyi və ödənişləri həyata keçirməyi öz üzərinə götürür. 2.3. Müştərinin hər dəfə istifadə edəcəyi Bank Xidmətlərinin Əsas Şərtləri Müştəri ilə Bank arasında bağlanmış müvafiq Razılaşmalarda müəyyən edilir. 2.4. Müqavilənin yuxarıdakı 2.1.1-2.1.6-cı bəndlərində göstərilən Xidmətlərlə bağlı hüquq münasibətləri həmin xidmətlərlə bağlı müvafiq Razılaşmaların bu Ümumi Şərtlərin 3-cü bəndinə uyğun olaraq Aksept edildiyi tarixdə (əgər müvafiq Razılaşmada başqa tarix nəzərdə tutulmamışdırsa) qüvvəyə minir.

Appears in 8 contracts

Samples: Bank Services Agreement, Bank Services Agreement, Bank Services Agreement