Müştəri aşağıdakı hüquqlara malikdir. 8.9.1. Qanunvericilik və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Kartmane hesabına pul qoymaq və maneəsiz olaraq həmin məbləğdən istifadə etmək; 8.9.2. Kartmane kartından istifadə zamanı birbaşa Bankın təqsiri nəticəsində baş vermiş anlaşılmazlıqların aradan qaldırılmasını tələb etmək; 8.9.3. Müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandırmaq və ya bərpa etmək və faizlərin hesablanması barədə Bankdan məlumat almaq; 8.9.4. Kartla əməliyyatlar zamanı Müqavilədə nəzərə tutulmuş qaydada məlumatlandırılanadək, Banka məxsus ATM və POS-terminallardan təyin olunmuş xidmət haqqı ödəməklə istifadə etmək.
Appears in 5 contracts
Samples: Bank Services Agreement, Bank Services Agreement, Bank Services Agreement