Overdraft Nümunə Maddələri

Overdraft. 11.1. Bank Müştərinin müraciətinə əsasən elektron sənəd mübadiləsi yolu ilə bağlanmış müvafiq razılaşmaya əsasən (Bundan sonra Razılaşma adlandırılacaq) bank hesabında vəsaitin olub olmamasından asılı olmayaraq həmin razılaşmada qeyd edilmiş vəsaitin müştəri tərəfindən istifadəsinə şərait yaradır və müştəri bu vəsaitdən istifadə etdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır.
Overdraft. 1. Overdraft müqaviləsinə əsasən Bank Müştəriyə likvidlik probleminin aradan qaldırılmasına yönəldilən və xxxx hesabın mənfi balansa sahib olmasına imkan verən Razılaşmada göstərilən məbləğdə, valyuta və müddətdə güzəşt müddətli kredit xətti (bundan sonra “Overdraft limiti”) verir. Overdraftdan istifadəyə görə komissiya, faizlərin hesablanması, ödəniş qaydası, təminatları və digər şərtlər Razılaşma ilə müəyyən edilir. Overdraft Müştəri tərəfindən bir neçə dəfə, tam və ya qismən, razılaşdırılımış müddət və məbləğ çərçivəsində Razılaşmaya uyğun olaraq istifadə oluna bilər. Bir hesaba və bir valyutaya bir overdraft verilir. Müştəri overdraft limitindən digər öhdəlikləri üzrə borcların silinməsi istisna olmaqla digər nağdsız və vəsaitin nağdlaşdırılması əməliyyatı aparıla bilər. Müştərinin xxxx hesabına yönəldilmiş hər-hansı tələb (vergi orqanları, DSMF, məhkəmə və digər səlahiyyətli qurumlar tərəfindən sərəncamlar) daxil olduqda overdraftdan istifadə bloklaşdırılır yalnız belə bir tələb aradan qalxdıqdan sonra blokdan çıxarılır. Qeyd edilən tələb yalnız Müştərinin yazılı müraciəti əsasında Bankın müvafiq filialında overdraft hesabına ödənilə bilər.

Related to Overdraft

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.