Podratçının obyektləri Nümunə Maddələri

Podratçının obyektləri. Podratçı Neft-qaz əməliyyatları ilə əlaqədar nəzarət və ya istismar etdiyi bütün obyektlərə (“Podratçının obyektləri”) texniki xidmət və onların təmiri üçün cavabdehdir. Podratçının obyektlərindən üçüncü tərəflərin istifadə etməsi müqabilində verilən haqq Neft-qaz əməliyyatları Hesabına daxil olur. ARDNŞ Podratçının obyektlərində xxxx izafi hasilat gücündən istifadə etmək hüququna malikdir, bu şərtlə ki, həmin istifadə Neft-qaz əməliyyatlarının aparılmasına mane olmasın və mənfi təsir göstərməsin. Üçüncü tərəflər izafi istehsal gücündən Podratçı ilə razılaşdırılmış şərtlərlə istifadə edə bilərlər. Sıfır balansı əldə edilənədək Podratçının obyektlərindən bu cür istifadə edilməsində üstünlük əvvəlcə Podratçıya, sonra üçüncü tərəflərə və nəhayət, ARDNŞ-ə verilir. ARDNŞ Podratçının obyektlərindən qarşılıqlı surətdə razılaşdırılan və Neft-qaz əməliyyatları Hesabına daxil edilən haqqı ödəməklə istifadə edir. Sıfır balansı əldə edildikdən sonra Podratçının obyektlərindən əvvəlcə Podratçı, sonra ARDNŞ, axırda üçüncü tərəflər istifadə edir. Sıfır balansı əldə edildikdən sonra ARDNŞ Podratçının obyektlərindən pulsuz istifadə edir, amma müvəqqəti olaraq Podratçı hər hansı Obyektdən istifadə etmirsə və bu Obyekti yalnız ARDNŞ istismar edirsə, belə Obyektin planlı-xxxx təmiri qarşılıqlı razılaşma üzrə həyata keçirilir. Bu sənəddə zidd müddəaların olmasını nəzərə almadan, Podratçının ixtiyarı var ki avadanlığı və obyektləri satsın. Podratçı belə avadanlığı və obyektləri (16.3(a) bəndi müddəalarının şamil edildiyi əsas fondlar istisna olmaqla) satmaq niyyəti barəsində ARDNŞ- nə məlumat verir. Əgər otuz (30) gün ərzində ARDNŞ bu avadanlıq və obyektləri öz balansına götürmürsə, Xxxxxxxxxxx onları təklif edilən ən sərfəli qiymətə satmaq ixtiyarı vardır və satış xərcləri Əməliyyat məsrəflərinə aid edilir. Sıfır balansı əldə edilənədək bu cür satışlardan əldə edilən vəsait Neft-qaz əməliyyatları Hesabına daxil edilir və Sıfır balansı əldə ediləndən sonra ARDNŞ-nin hesabına kreditləşdirilməlidir. Bu sənəddə hər hansı zidd müddəaların olmasına baxmayaraq, ARDNŞ Kontrakt Sahəsindən hasil edilən Karbohidrogenlərin daşınmasında Podratçının obyektlərindən istifadə etməkdə (onların bu Saziş üzrə Karbohidrogen hasilatı götürmək hüquqlarındakı tənasüb saxlanılmaqla) Podratçı ilə eyni hüquqa malikdir.

Related to Podratçının obyektləri

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;