Common use of Qiymət qeyri-sabitliyinin qarşısının alınması Clause in Contracts

Qiymət qeyri-sabitliyinin qarşısının alınması. 4.5.1. Qiymətli kağızlarla bağlanılacaq əqdin qiyməti bu qiymətli kağızlar üzrə xxxx ticarət günü ərzində bağlanmış son əqdin qiymətinə nəzərən 10% aşağı və ya 10% yuxarı həddə çatdıqda, Xxxxx, bazarda qiymət qeyri-sabitliyinin qarşısını almaq məqsədi ilə qiymətli kağızlar üzrə ticarəti dayandıraraq bu Qaydalarla müəyyən edilmiş tarazlaşdırıcı hərrac üsulu ilə davam etdirir. 4.5.2. Qiymət qeyri-sabitliyinin qarşısının alınması məqsədi ilə tətbiq edilən tarazlaşdırıcı hərracın müddəti 90 (doxsan) saniyədən 120 (bir yüz iyirmi) saniyəyədək davam edir və təsadüfi qaydada müəyyən edilmiş vaxtda bitir. Bu müddətin sonunda ticarət dayandırılmadan öncəki ticarət üsulu ilə Birjanın ticarət reqlamentinə uyğun olaraq davam etdirilir. 4.5.3. Bu Qaydaların 4.5.1-ci bəndinə müvafiq olaraq ticarətin müvəqqəti dayandırılması “Hamısını İcra Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində baş verəcəksə, bu zaman belə sifariş avtomatik olaraq ləğv edilir və ticarət dayandırılmadan davam etdirilir. 4.5.4. Bu Qaydaların 4.5.1-ci bəndinə müvafiq olaraq ticarətin müvəqqəti dayandırılması “Qalığı Ləğv Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində baş verəcəksə, bu zaman belə sifarişin ticarətin dayandırılmasına səbəb olmayan hissəsi icra edilir, digər hissəsi isə ticarət dayandırıldıqdan sonra avtomatik olaraq ləğv edilir. 4.5.5. Bu Qaydaların 4.5.1-ci bəndi ünvanlı əqdlərə şamil edilmir. 4.5.6. Birjanın ticarət reqlamenti üzrə fasiləsiz ticarət fazasından öncə açılış hərracı fazası tətbiq edildikdə, bu Qaydaların 4.5.1-ci bəndi fasiləsiz ticarət fazası ərzində tətbiq edilir. 4.5.7. Ticarətin dayandırılması müddəti ərzində, bu müddətədək daxil edilmiş sifarişlər ticarət iştirakçıları tərəfindən ləğv edilə bilər. 4.5.8. Ticarətin dayandırılması müddəti ərzində ticarət iştirakçıları tərəfindən yeni sifarişlərin daxil edilməsi və artıq daxil edilmiş sifarişlərə düzəlişlərin edilməsi qadağan edilir. 4.5.9. Birjanın ticarət reqlamenti ilə açılış hərracı fazası nəzərdə tutulduqda, ticarət dayandırıldıqdan sonra açılış hərracı fazası ilə tarazlaşdırıcı qiymətli hərrac qaydasında başlayır. Bu halda, açılış hərracı fazasının müddəti 15 (on beş) dəqiqədən artıq olmamalıdır. 4.5.10. Ticarət dayandırıldıqda, Xxxxx Mərkəzi Bankı və ticarət iştirakçılarını 1 (bir) iş günü ərzində məlumatlandırır. 4.5.11. Bu Qaydaların 4.5.1 bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, ticarətin dayandırılması Birjanın İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

Appears in 2 contracts

Samples: Qaydalar, Qaydalar

Qiymət qeyri-sabitliyinin qarşısının alınması. 4.5.1. Qiymətli kağızlarla bağlanılacaq əqdin qiyməti bu qiymətli kağızlar üzrə xxxx ticarət günü ərzində bağlanmış son əqdin qiymətinə nəzərən 10% aşağı və ya 10% yuxarı həddə çatdıqda, Xxxxx, bazarda qiymət qeyri-sabitliyinin qarşısını almaq məqsədi ilə qiymətli kağızlar üzrə ticarəti dayandıraraq bu Qaydalarla müəyyən edilmiş tarazlaşdırıcı hərrac üsulu ilə davam etdirir. 4.5.2. Qiymət qeyri-sabitliyinin qarşısının alınması məqsədi ilə tətbiq edilən tarazlaşdırıcı hərracın müddəti 90 (doxsan) saniyədən 120 (bir yüz iyirmi) saniyəyədək davam edir və təsadüfi qaydada müəyyən edilmiş vaxtda bitir. Bu müddətin sonunda ticarət dayandırılmadan öncəki ticarət üsulu ilə Birjanın ticarət reqlamentinə uyğun olaraq davam etdirilir. 4.5.3. Bu Qaydaların 4.5.1-ci bəndinə müvafiq olaraq ticarətin müvəqqəti dayandırılması “Hamısını İcra Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində baş verəcəksə, bu zaman belə sifariş avtomatik olaraq ləğv edilir və ticarət dayandırılmadan davam etdirilir. 4.5.4. Bu Qaydaların 4.5.1-ci bəndinə müvafiq olaraq ticarətin müvəqqəti dayandırılması “Qalığı Ləğv Et” şərti ilə təqdim edilmiş sifarişin təmin edilməsi nəticəsində baş verəcəksə, bu zaman belə sifarişin ticarətin dayandırılmasına səbəb olmayan hissəsi icra edilir, digər hissəsi isə ticarət dayandırıldıqdan sonra avtomatik olaraq ləğv edilir. 4.5.5. Bu Qaydaların 4.5.1-ci bəndi ünvanlı əqdlərə şamil edilmir. 4.5.6. Birjanın ticarət reqlamenti üzrə fasiləsiz ticarət fazasından öncə açılış hərracı fazası tətbiq edildikdə, bu Qaydaların 4.5.1-ci bəndi fasiləsiz ticarət fazası ərzində tətbiq edilir. 4.5.7. Ticarətin dayandırılması müddəti ərzində, bu müddətədək daxil edilmiş sifarişlər ticarət iştirakçıları tərəfindən ləğv edilə bilər. 4.5.8. Ticarətin dayandırılması müddəti ərzində ticarət iştirakçıları tərəfindən yeni sifarişlərin daxil edilməsi və artıq daxil edilmiş sifarişlərə düzəlişlərin edilməsi qadağan edilir. 4.5.9. Birjanın ticarət reqlamenti ilə açılış hərracı fazası nəzərdə tutulduqda, ticarət dayandırıldıqdan sonra açılış hərracı fazası ilə tarazlaşdırıcı qiymətli hərrac qaydasında başlayır. Bu halda, açılış hərracı fazasının müddəti 15 (on beş) dəqiqədən artıq olmamalıdır. 4.5.10. Ticarət dayandırıldıqda, Xxxxx Mərkəzi Bankı Nəzarət orqanını və ticarət iştirakçılarını 1 (bir) iş günü ərzində məlumatlandırır. 4.5.11. Bu Qaydaların 4.5.1 bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, ticarətin dayandırılması Birjanın İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

Appears in 2 contracts

Samples: Qaydalar, Qaydalar