Sifariş növləri. 5.2.1. Xxxxx tərəfindən aşağıdakı sifariş növlərinə icazə verilir: a) Limit qiymətli (rəqabətli) sifarişlər; b) Bazar qiymətli (qeyri-rəqabətli) sifarişlər. 5.2.2. Limit qiymətli sifarişlər, bu sifarişdə qeyd edilmiş qiymət və ya ondan daha yaxşı qiymətlə icra edilə bilər. 5.2.3. Bazar qiymətli sifarişlər daxil edilərkən ticarət sistemində mövcud xxxx əks istiqamətli sifariş və ya sifarişlərlə icra olunur, sifarişin icra olunmamış hissəsi avtomatik olaraq ləğv edilir. Bazar qiymətli sifarişlər təqdim edilərkən sifarişin qiyməti qeyd edilmir. Bazar qiymətli sifariş ticarət sistemində mövcud xxxx əks istiqamətli sifarişlərdən asılı olaraq bir neçə qiymətlə icra oluna bilər. Bu Qaydaların 4.3-cü bəndinə əsasən qiymət dəhlizi təyin edilmədikdə, bazar qiymətli sifarişlərin təqdim edilməsi Xxxxx tərəfindən qadağan edilir.
Appears in 4 contracts