Common use of Sifarişlər və kotirovkalar üzrə ümumi qaydalar Clause in Contracts

Sifarişlər və kotirovkalar üzrə ümumi qaydalar. 5.1.1. Sifariş və kotirovka bu Qaydaların müddəalarına əsasən xxxxx üzvü tərəfindən müvafiq olaraq sifarişdə və ya kotirovkada qeyd edilmiş şərtlərlə əqdin bağlanması iradəsini birmənalı şəkildə ifadə edir. 5.1.2. Ticarət sisteminə daxil edilmiş və qüvvədə xxxx bütün sifarişlər və kotirovkalar sifarişlər kitabında saxlanılır. 5.1.3. Sifarişlər kitabında ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə təqdim edilmiş sifarişlər, o cümlədən kotirovkalar alış və satış istiqamətləri üzrə qruplaşdırılır və onların təqdim edildiyi vaxta görə sıralanır. Təqdim edilmiş sifarişlərin və kotirovkaların hər bir qiymət səviyyəsi üzrə ayrı-ayrılıqda və məcmu həcmi qeyd edilir. Sifarişlər kitabında sifariş və kotirovka təqdim etmiş ticarət iştirakçısının anonimliyi təmin edilir. 5.1.4. Ticarət sistemində sifariş təqdim edilərkən aşağıdakı məlumatlar ticarət iştirakçısı tərəfindən daxil edilməlidir: a) Qiymətli kağızın və ya törəmə maliyyə alətinin qeydiyyat nömrəsi; b) Sifarişin istiqaməti (alış və ya satış); c) Qiymətli kağızın və ya törəmə maliyyə alətinin sayı (lotlarla); d) Bir xxxxx qiyməti (bazar qiymətli sifarişlər istisna olunmaqla); e) Sifarişin növü;

Appears in 4 contracts

Samples: Qaydalar, Qaydalar, Qaydalar