Sifarişlərə və kotirovkalara düzəlişlərin edilməsi və qüvvədən düşməsi. 5.5.1. Düzəliş edilmiş sifariş və kotirovka müvafiq olaraq yeni sifariş və kotirovka hesab edilir və ticarət iştirakçısı tərəfindən bu dəyişikliklərin təsdiq edildiyi vaxt əsasında yenidən qeydiyyata alınır. 5.5.2. Sifarişlər və kotirovkalar aşağıdakı hallardan birində qüvvədən düşmüş hesab edilir: a) Bu Qaydaların 5.3.4-cü bəndinin müddəalarına uyğun olaraq ticarət gününün sonunda; b) Sifariş və ya kotirovka tam olaraq icra edildikdə; c) Bu Qaydaların 5.3.1-ci bəndinin “a” və “b” yarımbəndlərinin müddəalarına uyğun olaraq Qalığı Ləğv Et və Hamısını İcra Et şərtli sifarişlər üzrə icra şərti təmin edildikdə; d) Bu Qaydaların 5.5.1-ci bəndinin müddəalarına müvafiq olaraq sifarişə və ya kotirovkaya düzəliş edildikdə; e) Ticarət iştirakçısı sifarişi və ya kotirovkanı ləğv etdikdə;
Appears in 4 contracts