Sığorta riskləri. 4.1. Sığortaçı ilə Sığortalı razılığa gəlirlər ki, əgər sığortanın qüvvədə olduğu müddət ərzində bu Qaydaların istisnaların qüvvəsi altına düşməyən fərdi qəza hadisəsinin təsiri nəticəsində Sığorta olunanın həyat və sağlamlığına ziyan dəyərsə və ya o, həlak olarsa, Sığortaçı Sığorta olunana və ya onun qanuni vərəsələrinə Sığorta müqaviləsində nəzərdə tutulan sığorta məbləği çərçivəsində sığorta ödənişi verəcək. 4.2. Bu sığorta Sığorta olunanın həyat və sağlamlığına aşağıdakı ziyanın dəyməsinə səbəb xxxx fərdi qəzalara qarşı təminat verir: 4.2.1. Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi; 4.2.2. Ümumi əmək qabiliyyətinin daimi itirilməsi; 4.2.3. Ölüm.
Appears in 4 contracts
Samples: Fərdi Qəza Sığortası Qaydaları, Fərdi Qəza Sığortası Qaydaları, Fərdi Qəza Sığortası Qaydaları