Sığortalı. 2.1. Hər hansı hüquqi şəxs və fəaliyyət qabiliyyətli fiziki şəxs Sığortalı qismində çıxış edə bilər. 2.2. Sığortalının fəaliyyətinə onun işçilərinin, vəzifəli şəxslərinin, digər nümayəndələrinin qanunvericiliyə, müqaviləyə, vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq Sığortalı adından çıxış etmək üçün səlahiyyətləndirilmiş şəxslərin hərəkətləri aid edilir.
Appears in 5 contracts
Samples: Məsuliyyət Sığortası Qaydalari, Məsuliyyət Sığortası Qaydaları, Məsuliyyət Sığortası Qaydaları