Sığorta Müqaviləsi Nümunə Maddələri

Sığorta Müqaviləsi. 8.1. Bu Qaydalar əsasında bağlanan həyat sığortası Müqaviləsinə görə Sığortaçı Müqavilə ilə razılaşdırılmış və Sığortalının ödədiyi sığorta haqqı müqabilində Sığortalının özünun və ya Müqavilədə Sığorta olunan qismində göstərilən başqa şəxsin müəyyən yaşa çatdığı, öldüyü və ya Müqavilədə nəzərdə tutulmuş digər – sığorta hadisəsinin baş verdiyi təqdirdə Müqavilə ilə şərtləşdirilmiş sığorta məbləğini bir dəfəyə və ya vaxtaşırı Xxxxxxxxxx şəxsə ödəməyi öhdəsinə götürür. 8.2. Müqavilə sığortanın aşağıdakı növləri üzrə bağlanır: A. Həyatın müddətli sığortası - Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın ölməsi halının sığortası. B. Kredit sığortası – Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın ölməsi halının həmin müddət ərzində kredit üzrə borcun bərabər ödənişlər və ya bərabər paylar əsasında azalması qaydasına müvafiq surətdə azalan sığorta məbləği ilə sığortası. C. Yığımlı həyat (yaşam) sığortası – Sığorta olunanın Müqavilə müddətinin sonuna qədər yaşaması halında sığorta təminatının ödənilməsini nəzərdə tutan sığorta. Ç. Həyatın qarışıq sığortası - sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən dərhal sonra həyata keçirilməsini nəzərdə tutan Sığorta olunanın Sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sonuna qədər yaşaması və ya onun Müqavilənin qüvvədə olduğu müddətdə ölməsi halının sığortası. D. Sığorta təminatının ödənilməsinin müddəti müəyyən edilmiş həyat sığortası - sığorta ödənişinin Sığorta olunanın ölümü halında sığorta müddətinin başa çatmasından sonra həyata keçirilməsini nəzərdə tutan Sığorta olunanın Sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sonuna qədər yaşaması və ya onun Müqavilənin qüvvədə olduğu müddətdə ölməsi halının sığortası. Sığorta olunan Müqavilə sona çatmadan ölərsə, sığorta sığorta haqqı ödənilmədən davam edir. Bu variantların hər xxxxx xxxx üzrə bağlanmış Müqaviləyə görə verilən sığorta ödənişi Müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində ödənilir. Həyat sığortası üzrə əsas Müqaviləyə ikiqat sığorta məbləği nəzərdə tutulmaqla bədbəxt hadisə nəticəsində ölümə görə əlavə sığorta təminatı təklif olunur. 8.3. Həyat sığortası üzrə əsas təminata əlavə olaraq aşağıdakılar təklif olunur: 8.3.1 bədbəxt hadisə nəticəsində ölüm üzrə əlavə təminat (sığorta məbləğinin iki mislinin ödənilməsi); 8.3.2 avtonəqliyyat hadisəsi nəticəsində ölüm üzrə əlavə təminat (sığorta məbləğinin üç mislinin ödənilməsi). 8.4. Müqavilənin qüvvədə olma müddəti aşağıdakı kimi müəyyən edilə bilər: 8.4.1. həyatın müddətli sığor...
Sığorta Müqaviləsi. 10.1 Sığorta müqaviləsinin bağlanması 10.2. Sığorta müqaviləsi Sığortaının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir. 10.3. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir. Sığorta müqaviləsi bağlandıqdan sonra Sıgortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər. 10.4. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnəməsi ilə təsdiq edilir.
Sığorta Müqaviləsi. 7.1.Sığorta müqaviləsinin bağlanması 7.1.1. Sığorta müqaviləsinin bağlanması üçün Sığortalı Sığortaçının ərizə formasını doldurur. 7.1.2. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir. 7.1.3.Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində saat 2400-da qüvvəyə minir və qüvədən düşür. 7.1.4.Sığorta yalnız sığorta müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələri əhatə edir. 7.2.1.1. Sığortaçı – bu Qaydalara əsasən Sığortaçı dedikdə “Meqa Sığorta” ASC başa düşülür.
Sığorta Müqaviləsi. 15.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
Sığorta Müqaviləsi. Siğorta Müqaviləsində Sığortalı tərəfindən sığorta haqqının ödənilməsinin müqabilində və Siğorta Müqaviləsində Sığortalının Ərizəsində onun bir hissəsi olaraq bildirilmiş ifadələrə əsaslanaraq, Sığortaçı siğorta müqaviləsinin bütün şərtləri, istisnaları və müddəalarına müvafiq olaraq Sığortalı ilə aşağıdakılar barədə razılığa gəlir:
Sığorta Müqaviləsi 

Related to Sığorta Müqaviləsi

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

  • Sığorta predmeti 2.1. Bu qaydalara əsasən sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs sığortanın predmeti hesab olunur.

  • Sığorta riskləri 5.1. Aşağıda qeyd olunan bir və ya bir neçə risklər nəticəsində yonca bitkisinin meyvə hissəsinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: 5.1.1. dolu; 5.1.2. yanğın; 5.1.3. zəlzələ; 5.1.4. torpaq sürüşməsi; 5.1.5. qasırğa; 5.1.6. fırtına 5.1.7. sel və ya subasma; 5.1.8. vəhşi heyvanların hücumu; 5.1.9. bitki xəstəlikləri və zərərvericiləri; 5.1.10. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.11. üçüncü şəxslərin hərəkətləri. 5.2. Yuxarıda nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: • dolu riski təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində yaranan zərərlər; • xxxxxx xxxxx təminatı - yanğının, ildırımın, partlayışın, həmçinin yanğın və partlayış nəticəsində meydana gələn xxxxx, buxar və istiliyin təsiri ilə yaranan zərərlər; • zəlzələ riski təminatı - zəlzələnin birbaşa səbəb olacağı zərərlər; • torpaq sürüşməsi riski təminatı - ağırlıq qüvvəsi, meyillilik, şiddətli yağış, sel və bənzəri digər hadisələrin baş verməsi nəticəsində torpağın və ya torpaqdan ibarət xxxx kütlələrin hərəkəti nəticəsində yaranan zərərlər; • qasırğa riski təminatı - məhdud bir ərazidə qəflətən baş verən atmosfer təzyiqi dəyişikliyi nəticəsində burulğan şəklindəki xxx şiddətli küləyin təsiri ilə meydana gələn zərərlər; • fırtına riski təminatı - yağış, qar və dolu yağıntılarından ən xxx xxxx ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəklikdə və sürəti 25 m/saniyədən xxx xxxx küləklərin əsməsi nəticəsində, həmçinin külək zamanı onun aşırdığı, sürüdüyü və ya atdığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər; • sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın su keçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula dəyən zərərlər; • vəhşi heyvanların hücumu – yonca bitkisində vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərlər; • bitki xəstəlik və zərərvericiləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda göstərilənlər istisna olmaqla, digər bitki xəstəlik və zərərvericilərin yayılması nəticəsində yaranan zərərlər; • xüsusi təhlükəli ziyanvericilərin yayılması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”ın 2.2-ci bəndində göstərilənlər istisna olmaqla, digər xüsusi təhlükəli ziyanvericilərin yayılması nəticəsində yaranan zərərlər; • üçüncü şəxslərin hərəkətləri – sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər. 5.3. Yuxarıda göstərilmiş risklərdən hansının baş verməsi nəticəsində zərərin yaranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisəsinin baş verməsini təsdiqləyən səlahiyyətli dövlət orqanlarının rəyləri əsas götürülür.

  • Tərəflərin məsuliyyəti 22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.