Tarazlaşdırıcı qiymətli hərrac üsulu. 6.2.1. Tarazlaşdırıcı qiymətli hərrac üsullu ticarət zamanı əqdlər hərracın sonunda toplanmış alış- satış sifarişlərinin bir qiymətlə (tarazlaşdırıcı qiymətlə) uzlaşdırılması yolu ilə bağlanır. 6.2.2. Tarazlaşdırıcı qiymətli hərrac iki mərhələdə təşkil olunur: sifarişlərin qəbul edilməsi və əqdlərin bağlanması. 6.2.3. Sifarişlərin qəbul edilməsi mərhələsində ticarət iştirakçıları limit qiymətli alış və satış sifarişləri təqdim edirlər. Bu mərhələdə ticarət iştirakçıları təqdim etdikləri sifarişlərin şərtlərini dəyişdirə və ya bu sifarişləri ləğv edə bilərlər. Sifarişlərin təqdim edilmə müddəti bitdikdən sonra sifarişlərin təqdim edilməsinə, dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir. 6.2.4. Əqdlərin bağlanması mərhələsində əqdlər bu Qaydalara müvafiq olaraq tarazlaşdırıcı qiymətlə bağlanır. 6.2.5. Tarazlaşdırıcı qiymət aşağıdakı qaydada müəyyən olunur: a) Sifarişlər kitabında ən xxx xxxxx qiymətli kağızların alınıb-satılmasını təmin edən qiymət, tarazlaşdırıcı qiymət olaraq təyin edilir; b) Sifarişlər kitabında ən xxx xxxxx qiymətli kağızların alınıb-satılmasını təmin edən bir neçə qiymət mövcud olduqda, tarazlaşdırıcı qiymət bu qiymətlərdən ən yüksək və ən aşağı olanın riyazi ortası əsasında hesablanır. Hesablanmış riyazi xxxx qiymət addımına uyğun olaraq yuvarlaqlaşdırılır və son nəticə tarazlaşdırıcı qiymət olaraq təyin edilir. 6.2.6. Sifarişlər tarazlaşdırıcı qiymət ilə aşağıdakı qaydada icra olunur: a) Tarazlaşdırıcı qiymətə nəzərən daha yaxşı qiyməti xxxx (ən yüksək qiymətli alış sifarişi və an aşağı qiymətli satış sifarişi) alış və satış sifarişləri ən yaxşı qiymət növbəliliyi ilə tam həcmdə icra edilir; b) Tarazlaşdırıcı qiymətə bərabər qiyməti xxxx xxxx və satış sifarişləri üzrə alış və ya satış istiqamətlərindən xxxx xxx həcmdə icra edilir.
Appears in 4 contracts