Ticarət günləri, ticarət saatları və ticarət reqlamenti. 4.6.1. Birjada ticarət yalnız ticarət günlərində və ticarət saatları ərzində baş verir. 4.6.2. Azərbaycan Respublikası ərazisində tətbiq edilən bütün iş günləri ticarət günləri hesab edilir. Birjanın İdarə Heyəti məlumatı 1 (bir) iş günü öncədən açıqlamaqla, ticarət günlərinin təqviminə dəyişiklik edə bilər. Ticarət təqvimi ticarət və qeyri-ticarət günlərinin siyahısından ibarətdir. 4.6.3. Ticarət saatları və tətbiq edilən müxtəlif ticarət sessiyalarının başlanma və bitmə vaxtları ticarət reqlamentində əks olunur (Əlavə №1). 4.6.4. Ticarət təqvimi, ticarət reqlamenti və onlara edilmiş dəyişikliklər qüvvəyə minməmişdən ən azı 1 (bir) iş günü əvvəl açıqlanır. Xxxxx, ticarət təqvimi və ticarət reqlamentinin özünün internet səhifəsi vasitəsi ilə mütəmadi açıqlanmasını təmin edir.
Appears in 4 contracts