Xidmət müddəti. 4.4.1. Müştəri, Bank Ofisində Bankın forması əsasında müvafiq ərizə rəsmiləşdirməklə və ya məsafədən DBX Sistemindən istifadə etməklə (texniki cəhətdən mümkün olarsa) DBX Sistemindən istifadədən imtina etmək hüququna malikdir. Müştərinin müraciəti əsasında DBX Sistemindən istifadədən imtina DBX Müqaviləsinə xitam verilməsinə səbəb olmur.