XİDMƏT HAQQI, KOMİSSİYA VƏ GÜZƏŞTLƏR Nümunə Maddələri

XİDMƏT HAQQI, KOMİSSİYA VƏ GÜZƏŞTLƏR. 6.1. Kartdan istifadəyə görə xidmət haqqı 3 illik olmaqla pulsuzdur. Kartın kateqoriyasının dəyişdirilməsi, kartın yenisi ilə əvəz edilməsi hallarında Müştəridən Bankın Tarif dərəcələri əsasında xidmət haqqı tutulur. 6.2. Müştəriyə münasibətdə kredit xətti aktivləşdirildiyi halda bu Müqavilənin 6.1-ci bəndində qeyd olunandan əlavə olaraq Kartdan istifadəyə görə aylıq xidmət haqqı: 2 AZN 6.3. Kartdan istifadəyə görə aylıq xidmət haqqı Bank tərəfindən hər növbəti təqvim ayının 11-ci günü (qeyri-iş gününə təsadüf edərsə növbəti iş günü) BirBank hesabından akseptsiz qaydada tutulur. Tutulmuş xidmət haqqı məbləği bu Müqavilənin 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla, Müştərinin əsas borcuna əlavə olunur. Bu Müqavilənin imzalandığı tarixdən sonrakı təqvim ayının sonuncu gününə qədər xxxx dövr Kartdan istifadə üzrə birinci ay hesab olunur. 6.4. Kart vasitəsilə əməliyyat aparılmayan təqvim ay(lar)ı üçün Kartdan istifadəyə görə xidmət haqqı tutulmur. Növbəti ay(lar) ərzində Kart vasitəsilə əməliyyat aparıldıqda (FİN kodun təyin edilməsi, Kartın blokdan azad edilməsi, həmçinin yeni kart sifariş edilən zaman aktiv kart üzrə borcun yeni karta keçirilməsi əməliyyatları nəzərə alınmır), müvafiq ay üzrə xidmət haqqı hesablanarkən, xidmət haqqı tutulmayan öncəki ay(lar) üzrə xidmət haqq(lar)ı da hesablanaraq tutulur. 6.5. Təqvim ayı üzrə Kart vasitəsilə həyata keçirilən kartdan karta, o cümlədən hesab(lar)a köçürmələr, habelə nağdsız kredit ödənişləri istisna olmaqla, kredit xətti və ya şəxsi vəsait hesabına aparılmış taksit və ya digər nağdsız əməliyyatların ümumi dəyəri 500 AZN və (və ya) ondan xxx olduqda, həmin təqvim ayı üzrə Kartdan istifadəyə görə aylıq xidmət haqqı tutulmur. 6.6. Hesab vasitəsilə aparılan əməliyyatın növündən asılı olaraq Bankın daxili qayda, şərt, prosedur və digər sənədlərində qeyd edilənlərə əsasən Müştərinin həyata keçirdiyi əməliyyatın məbləğinin Bank tərəfindən müəyyən edilən xxxxx Bank tərəfindən Müştərinin Cashback hesabına Cashback kimi mədaxil edilə bilər. Cashback üzrə aylıq qazanıla biləcək maksimal məbləğ 500 (beş yüz) AZN müəyyən edilir. Bu Müqavilənin 3.2-ci bəndi ilə nəzərdə tutulmuş faizlər də müvafiq hesaba mədaxil edilsə də, faiz məbləğləri qeyd olunan limitə daxil edilmir. Bu, Bankın hüququdur vəzifəsi deyildir və bu hissədə nəzərdə tutulan şərtləri (cashback, qazanıla biləcək maksimal məbləğ) Bank birtərəfli qaydada dəyişdirilə və ya ləğv edilə bilər. 6.7. Bu Müqaviləyə hər hansı əsasla xitam verilərkən, Müqaviləyə xitam v...

Related to XİDMƏT HAQQI, KOMİSSİYA VƏ GÜZƏŞTLƏR

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 9.1. Bank: - Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Əmanətçinin adına müddətli əmanət hesabı açmaq və əmanət məbləğini qəbul etməklə saxlamaq; - Əmanətçiyə müvafiq əmanət müqaviləsində göstərilən dərəcədə faizlər hesablamaq və onun xxxx hesabına köçürmək; - Əmanət müqaviləsinin müddəti bitdikdə Əmanətçiyə əmanət məbləğini qaytarmaq və hesablanmış faizləri ödəmək; - Əmanətin qaytarılması və ya onun faizlərinin ödənilməsi şərtləri pozulduqda Əmanətçinin xxxx hesabına hər gecikdirilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının bank faizlərinin uçot dərəcəsi ilə nəzərdə tutulan məbləğdə cərimə ödəmək; - Hesabdan çıxarışlar və digər sənədləri Əmanətçinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndələrinə vermək; - Əmanətçinin hesabı üzrə aparılan əməliyyatlar və məbləğin qalığı barədə məlumatları üçüncü şəxslərə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda vermək; - Müddətli əmanət hesabında xxxx pul vəsaitinə Əmanətçinin qanunvericiliyə uyğun olaraq maneəsiz sərəncam vermək hüququna təminat verməklə, bu vəsaitdən istifadə etmək; - Əmanətçinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin bu Müqavilə ilə müəyyən edilmiş komisyon haqqlarını akseptsiz qaydada müddətli əmanət hesabından silmək; - Hazırki Müqavilənin 11.2-ci bəndində göstərilən qaydada Bank əmanət üzrə faiz dərəcəsini dəyişdirmək hüququna malikdir; - Müvafiq əmanət üzrə illik faiz dərəcəsini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən artıq olmamaq şərtilə birtərəfli qaydada artırmaq hüququna malikdir.