Sığorta haqqı Nümunə Maddələri

Sığorta haqqı. 8.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır. 8.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər. 8.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur. 8.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir. 8.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə, sığorta müqaviləsində sığorta haqqının və ya onun növbəti hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş tarixdən sonrakı gün saat 24:00-xxx Sığortaçı sığorta ödənişi vermək öhdəliyindən azad edilir. 8.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 8.5.2-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
Sığorta haqqı. 14.1. Sığorta haqqı bu Qaydaların Xüsusi hissəsinə müvafiq olaraq tərtib edilən sığorta müqaviləsinin hər bir bölməsi üzrə ayrı-ayrılıqda müəyyən edilir. 14.2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər. 14.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 14.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 14.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 14.5. Avtomobilin oğurlanması, qaçırılması və ya tam məhvi ilə nəticələnən sığorta hadisəsi baş verdiyi hallarda həmin hadisənin baş verdiyi anadək sığorta xxxxx xxx məbləğdə ödənilməmişdirsə, sığortaçı sığorta haqqının ödənilməmiş hissəsini sığorta ödənişi məbləğindən çıxır. Digər hallarda sığortaçı sığorta ödənişi məbləğindən sığorta ödənişinin verildiyi tarixə sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. 14.6. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qaydalar və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. 14.7. Sığortaçı sığorta haqqının hesablanması üçün tətbiq etdiyi sığorta tariflərini və onların iqtisadi əsaslandırılmasını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “27” mart 2014-cü il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktuar hesablamaların aparılmasına dair Təlimat”a uyğun olaraq müəyyən edir.
Sığorta haqqı. 7.2.1 Sığorta haqqı sığorta məbləğinin,sığorta tarifləri və təqdim edilən sığorta şərtlərindən asılı olaraq hesablanır. 7.2.2 Sığorta tarifinin dərəcəsi sığortalanan obyektlərin və sığorta risklərinin xüsusiyyətləri nəzərə alınaraq müəyyən edilir. 7.2.3 Sığorta haqqı Sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortçı tərəfindən hesablanır və Sığorta Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir. 7.2.4 Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesab və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra ödənilir. Sığorta haqqı birdəfəlik və ya, tərəflərin razılaşmasına əsasən, hissə-hissə, sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər. 7.2.5 Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir. 7.2.6 Sığorta müqaviləsində başqa hall nəzərdə tutulmayıbsa, nağd haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq Sığortaçının kassasına verilməsi yoli ilə ödənilir. 7.2.7 Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur: • nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü; • nağd haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının kassasına verilməsi 3 günü. 7.2.8 Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı sığorta müqaviləsindən imtina etmək və ya Sığortalı üçün əlavə ödəmə müddətinin təyin edilməsi hüququna malikdir. Əgər sığorta hadisəsinin baş verməsi günündə sığorta haqqı və ya onun birinci hissəsi müqavilənin şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir. 7.2.9 Sığorta haqqı hissə-hissə ödənildiyi halda növbəti ödənişin ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qa...
Sığorta haqqı. 16.1 Sığorta haqqı sığorta müqaviləsinin qüvvədə olma müddəti, tibbi sorğunun nəticəsi, Sığorta olunanın cinsi və yaşı, Sığortalı tərəfindən seçilmiş tibbi xidmətlər, tibb müəssisələri və müqavilədə nəzərdə tutulmuş digər hallar nəzərə alınmaqla hesablanır. 16.2 Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanların sığorta haqqının hesablanma qaydası: 16.2.1 əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığorta müddəti ərzində Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanlara görə ödəniləcək sığorta haqqı aşağıdakı cədvəl üzrə hesablanaraq Sığorta müqaviləsinin əlavəsində göstərilir. Bir ildən az xxxx müddətdə bağlanmış müqavilələr üzrə sığorta haqları illik haqqın aşağıdakı miqdarında hesablanır:
Sığorta haqqı. Sığorta haqqı illik sığorta tariflərinə əsasən hesablanır.
Sığorta haqqı. 12.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır. 12.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılığına əsasən hissə-hissə ödənilə bilər.
Sığorta haqqı. 8.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır. a. Sığorta tarifləri; (1) Qazma işləri tarifləri, (a) hər hansı bir quyunun qazma və/və ya dərinləşdirmə və/və ya tamamlanma presesi müddətində və (b)mövcud müqavilənin geriyə qalmış müddətinə (əgər varsa) tətbiq edilir. Bu
Sığorta haqqı. 9.1. Sığorta haqqı sığorta şəhadətnaməsində göstərilən müddətdə və qaydada sığortalı tərəfindən sığorta üçün ödənilən haqdır. 9.2. Sığorta haqqı Azərbaycan Respublikasının valyuta tənzimlənməsi və valyuta nəzarəti haqqında qanunvericiliyi ilə müəyyən olunmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının manatı ilə ödənilir. 9.3. Sığorta haqqının miqdarı sığorta predmetinin və sığorta riskinin xüsusiyyətlərinə əsasən baza sığorta tariflərinə uyğun olaraq sığorta məbləğindən hesablanır. 9.4. Sığorta tarifinin konkret həcmi tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən edilir. 9.5. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta hadisəsinin baş verməsi riskininin dərəcəsini nəzərə alaraq baza sığorta tarif dərəcələrinə artırma və azaltma əmsalları tətbiq edə bilər. 9.6. Bir ildən az müddətə bağlanan sığorta müqavilələri üzrə sığorta haqları illik sığorta haqqından aşağıdakı faizlərlə hesablanır:
Sığorta haqqı. 18.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta haqqı. 4 1. Əgər sığorta müqaviləsində digəri nəzərdə tutulmamışdırsa, sığorta haqqı illik sığorta tariflərinə əsasən hesablanır. 4.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası sığorta müqaviləsində müəyyən edilir.