ÜMUMİ Nümunə Maddələri

ÜMUMİ. Podratçı xəstəxananın tikintisi beynəlxalq standart və normalara uyğun olaraq həyata keçirəcəyinə zəmanət verir. İşdə istifadə olunan materialların, avadanlıqların, o cümlədən mebelin mümkün ola biləcək nümunələri- kataloqları Sifarişçiyə təsdiq olunmamışdan əvvəl müəyyən müddət ərzində təqdim edilməlidir. Podratçı görülən işlərin və yuxarıda qeyd edilən material və cihazların keyfiyyətinə, onların nümunələrə uyğunluğuna təminat verir və müvafiq sertifikatlar təqdim edir. Podratçı bu sahədə təcrübəli mütəxəssislərdən ibarət bir istismar şirkəti vasitəsi ilə xəstəxananın beynəlxalq standartlar səviyyəsində istismarına kömək göstərəcəyinə təminat verir. İstismar şirkətinin yaradılması və istismar şərtləri ilə əlaqədar məsələlər ayrıca müqavilə ilə təyin ediləcəkdir. Podratçı xəstəxananın istismarı üçün Xxxxxxxxxxxx təsdiq etdiyi müddət və mütəxəssislərin siyahısına uyğun olaraq yerli mütəxəssislərin təlimi və hazırlanmasını maliyyələşdirməyə zəmanət verir. Podratçı bu Müqavilə ilə bağlı olaraq tikinti işlərində yerli tikinti müəssisələrinin imkanlarından maksimum olaraq istifadə edəcəyini öhdəsinə götürür. Bu Müqavilə bütün maliyyə məsələlərinin həlli başa çatdıqdan, Podratçıya tikinti sahəsi verildikdən və xxxxx ödənildikdən sonra hüquqi qüvvəyə malik olur. Müqavilə türk və Azərbaycan dillərində hazırlanıb və imzalanıb. Hər iki sənəd eyni qüvvəyə malikdir.

Related to ÜMUMİ

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Yekun müddəalar Maddə 15