Müqavilə
Müqavilə
⮚ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 iyul 2022-ci il)
⮚ 1992-ci il avqustun 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (26 oktyabr 2011-ci il)
⮚ “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti layihəsi üzrə Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası işlərinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinın Sərəncamı (16 avqust 2011-ci il)
⮚ “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (21 dekabr 2010-cu il)
⮚ 2004-cü il mayın 6-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair prosedur Müqavilə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (3 avqust 2004-cü il)
⮚ “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Qanunu (22 oktyabr 2002-ci il)
⮚ 2002-ci il mayın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (24 avqust 2002-ci il)
⮚ 2001-ci il fevralın 28-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (8 may 2001-ci il)
⮚ 2000-ci il mayın 16-da Bakı şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21 oktyabr 2000- ci il)
⮚ 1999-cu il iyulun 29-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (9 dekabr 1999- cu il)
⮚ Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkiyənin Ahsel İnşaat, Təəhhüd və Ticarət A. Ş. firması arasında 1 nömrəli Respublika Klinik Xəstəxanasının yenidən qurulmasına dair Müqavilə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (9 dekabr 1999-cu il)
⮚ Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (14 iyun 1994-cü il)
1992-ci il avqustun 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 1992-ci il avqustun 11-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Müqavilənin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Müqavilənin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2011-ci il
№ 514
Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim- təhsil haqqında
M Ü Q A V İ L Ə
Aşağıda qeyd edilən Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti,
qarşılıqlı olaraq öz ölkələrinin təhlükəsizliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq arzusunu ifadə edərək,
aralarında mövcud 3 may 1992-ci il tarixli “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında təlim-təhsil, mütəxəssis mübadiləsi və xxxx-texniki əməkdaşlıq” Müqaviləsinin şərtlərini nəzərə alaraq,
iki ölkə arasındakı dostluq və əməkdaşlığı daha geniş inkişaf etdirmək əzmində olduqlarını təsdiq edərək, aşağıdakı şərtlərlə qarşılıqlı razılığa gəlmişlər:
Maddə I
Müqavilənin məqsədi
Bu Müqavilənin məqsədi Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti (bundan sonra “Tərəflər” kimi təqdim olunacaq) arasında hərbi təlim-təhsil üzrə qarşılıqlı əməkdaşlığı təsis etməkdir.
Maddə II
Təriflər
Bu Müqavilədə istifadə olunan terminlər:
1. “Hərbi (şəxsi) heyət” (“Askeri Personel”) Tərəflərdən hər hansı birinin Silahlı Qüvvələrinə mənsub olmaqla, bu Müqavilənin məqsədləri üçün digər Tərəfin dövlətində yerləşən heyətlə eyni hüquqludur. Hərbi heyətə kursant və qeyri-kursantlar (təlimatçılar) daxildir.
2. “Hərbi kursant heyəti” (“Kursiyer Askeri Personel”) bu Müqaviləyə görə hərbi təlim və təhsil almaq məqsədi ilə bir Tərəfin Silahlı Qüvvələri tərəfindən digər Tərəfin dövlətinə göndərilən hərbi heyətlə (zabitlər, sıravilər və kursantlar) eyni hüquqludur.
3. “Kursant olmayan hərbi heyət” (“Kursiyer olmayan Askeri Personel”) termini, Müqavilənin şərtləri baxımından bir Tərəfin Silahlı Qüvvələri tərəfindən digər Tərəfin dövlətində səlahiyyətli hərbi kursantlar kimi kənar hərbi heyət səviyyəsindədir. Eyni ifadə təlim və təhsili də əhatə edir.
4. “Yaxın qohumlar” (“Yakınlar”) hərbçinin həyat yoldaşı və uşaqları anlayışıdır.
5. “Göndərən dövlət” (“Gönderen Devlet”) - hərbçinin aid olduğu dövlət nəzərdə tutulur.
6. “Qəbul edən dövlət” (“Kabul Eden Devlet”) ərazisində bu Müqavilənin tətbiqinə təminat verib, öz ölkəsində hərbçiləri yerləşdirən dövlət anlayışıdır.
7. “Stajlı hərbi heyət” (“Kidemli Askeri Personel”) bir hərbi heyət daxilində hər hansı dövr ərzində mövcud ən yüksək rütbəli hərbçi anlayışıdır. Stajlı hərbçi aşağıdakılara cavabdehdir:
a) xxxxx xxxx hərbi heyət dəstəsi ilə müvəqqəti yerləşdirilmiş hərbi hissə qərargahı, bölmə və ya qurumun rəhbərliyi arasında əlaqə saxlamalı;
b) xxxxx xxxx hərbi heyət dəstəsi müvəqqəti olaraq yerləşdiyi qərargah, bölmə və ya qurumların tabe olduqları qayda-qanun ilə Göndərən Dövlət və Qəbul Edən Dövlətin qanun və nizamnamələrinə riayət edilməsini nəzarət altında saxlamalıdır;
c) xxxxx xxxx hərbi heyət dəstəsini maraqlandıran bütün hallarda Göndərən Dövlətin səlahiyyətli təşkilatları ilə birbaşa əlaqə saxlanılmalıdır.
8. “Komandir” (“Amir”) hərbi heyətin yerləşdiyi qərargah və ya hərbi hissə və ya qurumun başçısıdır.
9. “Səlahiyyətli təşkilat” (“Yetkili Xxxxx”) - Türkiyədə Türk Müdafiə Nazirliyi və Azərbaycan səfirliyi (açıldıqdan sonra), Azərbaycanda isə Azərbaycan Müdafiə Nazirliyi ilə bu ölkədəki Türk səfirliyidir.
10. “Rəsmi vəzifə” (“Resmi Görev”), bu Müqavilə ilə birlikdə, onun şərtlərinin yerinə yetirilməsində, protokollarda göstərilən vəzifə borcunun yerinə yetirilməsini təmin edir.
11. “Təlimin əsas vəzifəsi” (“Görev Başı Eğitimi”), heyətin daha sonra yerinə yetirəcəyi vəzifənin eyni və uyğun yerlərdə özündən daha təcrübəli və yaşından asılı olmayaraq bacarıqlı şəxslərin əsaslı hazırlanması əvvəlcədən müəyyən proqram, üsullar və müəyyən vaxt ərzində vəzifəsini yerinə yetirərək öyrənmək prinsipinə əsaslanan bir təlimdir.
12. “Rəsmi vəzifə ilə bağlı cinayətlər” (“Resmi görevle bağlantılı suçlar”), rəsmi vəzifənin icrası zamanı, icra edilən və rəsmi vəzifədən ayrılmayaraq xarakterik hərəkət və ya səhlənkarlıqdan irəli gələn cinayətlər anlaşılır. Komandir (başçı) iddia edilən cinayətin rəsmi xidmət ilə əlaqədar xxxx hərəkəti və ya səhlənkarlığı təsdiqləyən sənəd hazırlamalıdır. Bu sənəd, özündə tutarlı faktları əks etdirməklə, Qəbul Edən Dövlətin səlahiyyətli təşkilatlarına göndəriləcəkdir.
Maddə III
Seçmə qaydaları
1. Hərbi kursant heyəti Göndərən Dövlətin Silahlı Qüvvələri tərəfindən müəyyən edilən ehtiyac və tələbata görə və Qəbul Edən Dövlət tərəfindən müəyyən edilən şərtlərə uyğun olaraq seçiləcəkdir.
2. Kursant olmayan hərbi heyət, Göndərən Dövlətin Silahlı Qüvvələri tərəfindən, ancaq Qəbul edən Dövlətin müəyyən etdiyi şərtlərə uyğun olaraq seçiləcəkdir.
Maddə IV
Mühakimə səlahiyyəti (hökm)
1. Hərbçi şəxs ilə onun yaxın qohumları Qəbul Edən Dövlətin qanunlarına və qüvvədə xxxx qanunvericiliyə tabe olacaqlar və cəza mühakimə səlahiyyəti Qəbul Edən Dövlətə aid olacaqdır.
2. Hərbçi şəxs Qəbul Edən Dövlətin cəza və inzibati qanunvericiliyi baxımından hərbçi şəxslər kimi cəzalandırılacaqdır. Yalnız aşağıdakı hallarda Göndərən mühakimə səlahiyyəti lazım olacaqdır:
a) əgər Göndərən Dövlətin malına qarşı hərbçi şəxs və ya yaxın qohumları tərəfindən cinayət edilərsə;
b) təlim-tərbiyəçi, məsləhətçi və ya nəzarətçi kimi göndərilən hərbi şəxsin vəzifələri ilə əlaqədar hərəkətlər və ya səhlənkarlıqdan törənən cinayətlər;
v) Göndərən və ya Qəbul Edən Dövlətin mühakiməni tətbiq etdiyi hallarda: əgər hökm Göndərən Dövlətin cəza qanunlarına uyğun deyilsə, hər iki ölkənin cəza qanunvericiliyinə uyğun olaraq xxxxx xxx cəza sistemi qəbul ediləcəkdir.
Maddə V
İntizam işləri
1. Hərbi şəxslər: yerləşdikləri hərbi hissə, qərargah və qurumlarda tətbiq olunan əmr və qanunlara tabe olmalıdırlar.
2. Kursantlar: intizam cəzaları baxımından Qəbul Edən Dövlətin qanunvericiliyi çərçivəsində hərəkət etməlidirlər.
3. Kursant olmayan hərbçi şəxslər: Göndərən Dövlətin intizam əmrlərinə əsasən öz hüquqi qanunvericiliyi çərçivəsində cəza verməyə səlahiyyətlidir, bu səlahiyyət tətbiq olunarkən:
a) intizam işləri kursant olmayan hərbçi şəxslərin yerləşdiyi hissənin rəhbərliyi tərəfindən tələb edilibsə, aparılan işin nəticəsi yazılı surətdə bildiriləcəkdir;
b) kursant olmayan hərbçi şəxsin vəzifə borcunu pozması ilə intizam cəzaları rəhbərlik tərəfindən yazılı surətdə bildiriləcək.
Maddə VI
Vurulan zərər və onun ödənilməsi
1. Hərbçi şəxslərdən təlim və təhsil almaq məqsədi ilə göndərilənlərin vəzifəsini yerinə yetirərkən Qəbul Edən Dövlətin mülkiyyəti altındakı mal və əşyalara təsadüfi olaraq vurduqları zərər, ziyan və ya dağıntılara görə Qəbul Edən Dövlət tərəfindən təzminat (kompensasiya) tələb edilməyəcəkdir.
2. Xüsusi və hüquqi şəxslərin mülkiyyətindəki mal və əşyalara vurulan zərər və ziyanlar (təsadüfi və ya qeyri-təsadüfi) üçün yuxarıdakı birinci bəndin hökmləri qalır. Bu cür zərər və ziyanlar göndərilən hərbçi şəxsin qəsdən hərəkətləri nəticəsində olmayıbsa, Göndərən Dövlət tərəfindən kompensasiya verilir.
3. Meydana gələn zərər və ziyanın qəsdən edilib-edilmədiyindən və pulunun ödənilməsindən asılı olmayaraq, Qəbul Edən Dövlət tərəfindən üç nəfərdən ibarət ekspert qrupu təşkil edilir. Göndərən Dövlət bu qrupda müşahidəçi kimi təmsil oluna bilər.
4. Göndərən Dövlətin səlahiyyətli nümayəndəsi Qəbul Edən Dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən müəyyən edilən kompensasiyanı üç ay ərzində Qəbul Edən Dövlətin təyin etdiyi banka ödəyir və ödəmə qəbzini Qəbul Edən Dövlətin səlahiyyətli nümayəndələrinə göndərir. Tərəflər arasında hər hansı bir anlaşılmazlıq olduqda, hər iki Tərəf üzərində məhkəmə qurulacaqdır. Əgər yenə anlaşılmazlıq qalarsa, Qəbul Edən Dövlətin səlahiyyətli və ali məhkəmələrinin verəcəyi qərar əsas olacaq və bu qərar hər iki Tərəf üçün qəbul ediləcəkdir. Qəbul Edən Dövlət bu vaxt ərzində zərər çəkən şəxslərin kompensasiya tələblərini öz büdcəsindən ödəyə bilər.
5. Xxxxxxx, müəllim, məsləhətçi və ya nəzarətçi kimi göndərilən şəxsdən vəzifə borcunu yerinə yetirərkən Qəbul Edən Dövlətin mülkiyyəti altındakı mal və əşyalara təsadüfi olaraq vuracağı zərər, ziyan və ya dağıntı üçün kompensasiya tələb edilməyəcəkdir.
6. Hərbçilərin xidmətdə və ya xidmətdənkənar bilərəkdən başqa adamlara vurduqları zərər ilə hərbçinin yaxın qohumlarının vuracaqları zərər, ziyan və ya dağıntılar üçün aşağıdakı əsaslara görə hərəkət ediləcəkdir:
a) zərər çəkən şəxsin malının qaytarılması məqsədi ilə, Qəbul Edən Dövlətin təşkil etdiyi üç nəfərdən ibarət ekspert qrupu vurulmuş ziyanın məbləğini təyin edir. Göndərən Dövlət tərəfindən nəzarətçi kimi ekspert qrupu təmsil edilir;
b) ekspert qrupu tərəfindən hesablanan kompensasiya Qəbul Edən Dövlət tərəfindən Göndərən Dövlətin səlahiyyətli nümayəndələrinə təqdim edilir. Göndərən Dövlətin səlahiyyətli nümayəndələri təqdim olunmuş kompensasiyanı üç ay ərzində Qəbul Edən Dövlətin uyğun bankına ödəyir, qəbz Qəbul Edən Dövlətin səlahiyyətli nümayəndələrinə göndərilir;
v) zərər çəkən şəxslərin və Qəbul Edən Dövlətin səlahiyyətli nümayəndələrinin kompensasiyaya etiraz etməsi halında, Tərəflər razılaşdırıcı məhkəməyə təqdim oluna bilər. Məhkəmə bu məsələni həll edə bilməzsə, Qəbul Edən Dövlətin ali orqanlarına təqdimat verilir. Ali orqanların hökmü ilə kompensasiya və işin xərcləri Göndərən Dövlətdə yuxarıda göstərilən üsullarla həyata keçirilir.
7. Qəbul Edən və Göndərən Dövlətlər öz hərbçilərinin bu Müqavilənin fəaliyyəti əsnasında yaralanma, şikəstlik və ya ölüm hallarında qarşı tərəfdən təzminat (kontribusiya) tələb etməyi vacib sayırlar.
Maddə VII
Ödənmələr və xərclər
1. Kursant olmayan hərbçilərin və onların yaxın qohumlarının maddi haqları Göndərən Dövlət tərəfindən təmin ediləcəkdir.
2. Hərbçi heyətin Qəbul Edən Dövlətə gediş və gəliş xərclərini Göndərən Dövlət ödəyir (mümkün xxxx hallarda hərbçilər hərbi hava və quru nəqliyyatdan istifadə edə bilərlər).
3. Qəbul Edən Dövlət kursantın aşağıda göstərilən xərclərini ödəməyi vacib bilir:
a) hərbi kursantlar üçün:
1. İaşə (yemək);
2. Yataq;
3. Xərclik (Qəbul Edən Dövlət tərəfindən müəyyən edilən miqdar əsasında);
4. Təlim-təhsil xərcləri;
5. Geyim (Qəbul Edən Dövlətə uyğun öz kursantları üçün qəbul edilmiş tələblər əsasında).
b) Zabitlər üçün:
1. Aylıq məvacib (kursant zabitlərə rütbələrinə görə Qəbul Edən Dövlət tərəfindən müəyyən edilmiş miqdarda);
2. Təlim-təhsil xərcləri;
3. Geyim (zabitlər üçün təlim-təhsil qurumunda geyilən, Qəbul Edən Dövlətin tələblərinə uyğun olaraq).
Maddə VIII
Xxxx çağırılma və təhsilin başa vurulması
1. Göndərən Dövlət məsləhət bildiyi vaxt şəxsi xxxx çağıra bilər. Qəbul Edən ölkə, belə bir niyyəti bildikdən sonra, geriyə çağırmanın qısa müddətdə icrası tədbirlərini həyata keçirəcəkdir.
2. Yuxarıda 1-ci bölməyə görə, kursant olmayan hərbçi şəxsi xxxx çağıran Göndərən Dövlət, onun yerinə eyni şərtlərlə başqa bir nəfəri iki həftə ərzində təyin etməlidir. Belə bir mübadilə yuxarıda maddə III (q)-də göstərilən şərtləri həyata keçirmək imkanına malikdir.
3. Qəbul Edən Dövlət Göndərən Dövlətin səlahiyyətli nümayəndələrinə vəziyyəti çatdırdıqdan sonra kursantı təlimdən xxxx çağıra bilər.
4. Kursantlar təhsildə nizam-intizamın pozulması əsasında hərbi məktəbdən (akademiya komandanlığının, fakültə dekanlığının qərarı və Baş Hərbi Qərargahın bildirişi əsasında) xaric edilirlər.
5. Qəbul Edən Dövlət kursant olmayan hər hansı bir hərbçinin vəzifəsini vaxtından əvvəl xxxx qaytara bilər. Bununla bərabər, Qəbul Edən Dövlət səlahiyyətli nümayəndəsini bu qərarla xəbərdar edir və kursant olmayan hərbçini geriyə yollayacaqdır. Göndərən Dövlət Qəbul Edən Dövlətin milliyyətinə əks gedərsə, belə bir qərarı verənlər barəsində bildiriləcəkdir.
Maddə IX
Hərbi qiyafət/libas
Hərbi məktəbə təhsilə göndərilən kursantlar Qəbul Edən Dövlətin saxlayacağı hərbi libası geyinməlidirlər.
Bu kursantlar Xxxxxxxx Xxxx tərəfindən veriləcək hərbi nişanı tanınma məqsədi ilə libasa taxacaqlar.
Maddə X
Təhsilin praktiki aparılma üsulları
1. Bu Müqavilə, hərbi təhsil əməkdaşlığı sahəsində aşağıdakı mövzuları əhatə edir:
a) birləşmələr, qərargahlar və hərbi hissələrə ziyarətlər;
b) hərbi xxxx məktəb təhsili;
v) hərbi məktəb təhsili;
) hərbi kurs təhsili;
) hərbi akademiya təhsili;
) Hərbi Tibb Akademiyası və hərbi feldşerlər təhsili;
) müxtəlif qısamüddətli kurslar;
) birləşmələr, qərargah və hərbi hissələrdə vəzifələr üzrə təhsil.
2. Təlim və tədris Türkcə keçilir. Ləhcə fərqliyini aradan qaldırmaq məqsədi ilə, Qəbul Edən Dövlət tərəfindən Türkcə təkamül dərsləri verilir.
3. Bu Müqaviləyə görə, hər hansı bir təhsil tələbi, ən əvvəl, Göndərən Xxxx tərəfindən Qəbul Edən Ölkəyə bildiriləcəkdir. Qəbul Xxxx Xxxx belə bir istəyin alınmasının münasibliyini öz hərbi təhsil sistemi ilə tutuşduracaq və tələb edilən təhsilin onu təmin edib-etməyəcəyini 45 (qırx beş) gün ərzində Göndərən Dövlətə bildirəcəkdir.
4. Lazım görülən təqdirdə, məsələn, təhsilin dəyişdirilməsi üçün tərəflərarası (bu Müqaviləyə istinad protokol əsasında) ayrı bir müqavilə bağlana bilər. Bu Protokol aşağıdakı şərtləri cəmləşdirir:
a) tədrisin mövzusu;
b) tədrisin prinsipləri;
v) tədrisin müddəti, onun başlanma və qurtarma tarixi;
s) təhsilə göndərilən hərbi heyətin xxxxx səviyyəsi;
d) tədris üçün nəzərdə tutulmuş dil;
e) Göndərən Dövlət tərəfindən tədris üçün ödəniləcək məbləğ və ödənilmə xüsusiyyəti;
ə) tədrislə bağlı digər məsələlər.
5. Göndərən Dövlətin təhsil almaq məqsədi ilə Qəbul Edən Dövlətə kursantlar göndərib-göndərməyəcəyi, kursantların sayı və bununla bağlı digər məsələlər tədrisin başlanmasına ən azı 45 gün qalmış bildirilməlidir.
Maddə XI
Tibbi xidmətlər və sosial təsislər
1. Hərbçilər və yaxın qohumları: Qəbul Edən Dövlət tərəfindən onlara tibbi müayinə göstəriləcək.
2. Hərbçilər və onların yaxın qohumları Qəbul Edən Dövlətin Silahlı Qüvvələrindəki sosial xidmətlərdən faydalana bilərlər, Ordu məişət xidməti evləri, Ordu mağazaları, yeməkxanaları, kompleks yeməklər, yığıncaq və düşərgələr kimi sosial xidmətlər bunlara daxildir.
Maddə XII
İcazələr (izinlər)
1. Kursantlar:
a) Qəbul Edən Dövlətin Silahlı Qüvvələrindəki uyğun normal icazə haqları ilə təmin olunurlar;
b) Qəbul Edən Dövlətə uyğun həftəlik və günlük çalışma saatlarına (rejimə) tabedirlər;
v) Göndərən və Qəbul Edən Dövlətin rəsmi tətil günləri ilə Qəbul Edən Dövlətin istirahət günü qanuni danışıqlar əsasında üzrlü sayılır.
2. Kursant olmayan hərbçilər:
Göndərən Dövlətin əlaqədar qanunvericiliyinə tabe olacaqlar.
3. İcazəli hərbçilərin böyük xərcləri Göndərən Dövlət tərəfindən ödəniləcək.
Maddə XIII
1. Hərbçinin və ya yaxın qohumunun Qəbul Edən Ölkədə ölməsi halında, Qəbul Edən Dövlət dərhal vəziyyəti Göndərən Dövlətə bildirəcək, Göndərən Dövlət də mərhumun Qəbul Edən Dövlətdə dəfninə və ya Göndərən Dövlətə təyyarə ilə aparılmasına qərar verəcəkdir.
2. Mərhumun Qəbul Edən Dövlətdə dəfninə qərar verildiyi təqdirdə, Qəbul Edən Dövlət dəfn mərasimi üçün xxxxx xxxx köməkliyi göstərəcəkdir.
3. Mərhumun Göndərən Dövlətə xxxx göndərilməsinə qərar verildiyi təqdirdə, Qəbul Edən Dövlət bütün xərcləri öz üzərinə götürərək, mərhumun Göndərən Ölkəyə gətirilməsi üçün lazımi bütün işləri görəcəkdir.
4. Həm (2), həm də (3) bölmələrində, Qəbul Edən Dövlət mərhumun iki nəfərə qədər ailə üzvlərinin və Göndərən Dövlətin səlahiyyətli nümayəndəsinin gedib-qayıtması üçün xərclərini ödəyəcəkdir.
Maddə XIV
Gömrük və pasport işləri
1. Bütün hərbi heyət və onların yaxın qohumları Qəbul Edən Dövlətin mühacirət ilə əlaqəli qaydaları və gömrük qanunvericiliyinə riayət edəcəkdir. Bu şəxs xüsusi pasport gəzdirmə səlahiyyətinin icazəsi olaraq, xarici vətəndaşların Qəbul Edənin ərazisində yaşaması və səyahəti ilə bağlı hökumətin qanunlarına tabe olacaqdır.
2. Təhsil vaxtı bir il və daha xxx olarsa, kursantın yaxın qohumları hər il bir ay müddətində Qəbul Edən Dövlətə gələ bilərlər. Bu halda lazımi viza işləri həyata keçirilir. Xxx qalmaq lazım gələrsə, Qəbul Edən Dövlət tərəfindən vizanın vaxtı uzadılır.
Maddə XV
1. Rəsmi vəzifədə olarkən hərbçilər üçüncü bir ölkənin silahlı münaqişəsinə qarışmayacaq və arxalanmaq niyyəti ilə Qəbul Edən Dövlətlə danışmağa girməyəcəkdir.
2. Hərbçi, Müqavilə və onun tamamlayıcı protokolları sahəsindən kənarda qalan vəzifələrə təyin edilməyəcəkdir.
3. Qəbul Edən Dövlət üçüncü bir ölkə ilə müharibəyə başlarsa, hərbi heyət və onların yaxın qohumlarının xxxx göndərilməsi üçün hər iki ölkənin xüsusi səlahiyyətli nümayəndələri arasında ortaq qərar çıxarılır.
Maddə XVI
Sirlərə riayət
1. Heç bir hərbi şəxs, Qəbul Edən Dövlətin yazılı razılığı əsasında, bu Müqavilə qurtarınca rəsmi vəzifələrini yerinə yetirərkən Qəbul Edən Dövlətin Silahlı Qüvvələri ilə xxxxx xxxx əldə etdiyi hər hansı bir sirri yaya bilməz.
2. Bütün hərbçi heyət Qəbul Edən Dövlətin məxfilik dərəcəli sirlərinin qorunması ilə əlaqədar qaydalara riayət edəcəkdir.
3. Bütün hərbçi heyət təhsilin sonunda, ya da bu Müqaviləyə görə rəsmi vəzifələrinin tamamlanmasından sonra öyrəndiyi məxfi dərəcəli sirləri qorumağa davam edəcəkdir.
Maddə XVII
Şəxsi borclar
1. Hərbçi hansı səbəblə olursa olsun, Qəbul Edən Dövləti təcili olaraq tərk edərsə, şəxsi və yaxın qohumlarının borclarını verməlidir.
2. Əks təqdirdə, Qəbul Edən Dövlətin səlahiyyətli nümayəndəsi Göndərən Dövlətin hesabına hərbçi heyətin borclarını ödəyir. Bu ödəmə zamanı borclu hərbçi heyətin borcunun ödənilməsini sübut edən sənədi Göndərən Dövlət nümayəndəsinə təqdim edir. Göndərən Dövlət üç ay ərzində Qəbul Edən Dövlətə borcunu ödəyir.
Maddə XVIII
Müqavilənin təhlili
Tərəflər bu Müqavilənin təhlilindən ortaya çıxacaq sualları görüşlər vasitəsilə həll edə bilərlər. Bu görüşlərdən sonra 90 gün ərzində bir nəticəyə gəlmək mümkün deyilsə, Tərəflərdən hər biri digər Tərəfə 30 günlük bir yazılı müraciətlə Müqaviləni son nəticəyə gətirməlidir.
Maddə XIX
Həyata keçirilməsi
1. Bu Müqavilə beş (5) il müddətinə bağlanılır. Tərəflərdən hər biri bu ilk 5 illiyin sonuna 3 ay qalmış Müqavilənin uzadılmasını ildən-ilə davam etdirə bilər.
2. Bu Müqavilə Tərəflərin qarşılıqlı razılığı ilə hər ilin sonuna 3 ay qalmış Tərəflərdən birinin yazılı surətdə bildirişi nəticəsində sona yetir.
Maddə XX
Təsdiqi və qüvvəyə minməsi
Müqavilə hər iki Tərəfin öz hüquqi üsullarına uyğun olaraq başlanacaq və təsdiqini bildirən notaların mübadiləsindən sonra qüvvəyə minəcəkdir.
Maddə XXI
Dəyişiklik və nəzərdən keçirmə
Tərəflərdən hər biri, lazım gəldikdə, bu Müqavilənin və ya bununla bağlı protokolların dəyişməsini və ya nəzərdən keçirilməsini həyata keçirə bilər. Bu haqda xəbərdarlıq edildiyi tarixdən ən geci 30 gün ərzində danışıqlara başlanacaqdır. Üç ay ərzində nəticə bilinməzsə, Tərəflərdən hər xxxxx xxxx 30 günlük yazılı bir xəbərdarlıqla Müqavilənin son nəticəsini çatdıra bilər.
Maddə XXII
Son nəticə
Tərəflərdən biri digər Tərəfin Müqavilə və ya protokolları ilə razılaşmazsa, yazılı olaraq məsləhətləşib, bu məsləhətləşmənin tarixindən ən geci 30 gün ərzində işə başlayırlar. Razılıq 45 gün ərzində son nəticə verməzsə, Tərəflərdən hər xxxxx xxxx 30 günlük bir yazılı ilk xəbərdarlığa bu Müqaviləni və ya bu Müqavilənin vacibliyini həll etmək üçün protokollardan hər hansı birini son nəticəyə gətirə bilər.
Maddə XXIII
Mətn və imza
Bu Müqavilə, hər biri eyni dərəcədə gərəkli olaraq, Türkiyə və Azərbaycan türkcəsində iki nüsxədə tərtib edilmişdir.
Türkiyə Respublikası | Azərbaycan Respublikası |
Hökuməti adından | Hökuməti adından |
Adı: Xxxxx Xxxxxxx | Adı: Xxxxx Xxx Xxxxx Xxxxxx xxxx |
Rütbəsi: briqada generalı | Rütbəsi: albay |
Ünvan: | Ünvan: Baş Qərargahın 1-ci müavini |
Tarix: | Tarix: |
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ S Ə R Ə N C A M
№ 244s
Bakı şəhəri, 16 avqust 2011-ci il
“Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.11-ci bəndinə uyğun olaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 iyun tarixli 167s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətlərə əsasən, 2011-ci il iyulun 1-də imzalanmış “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti layihəsi üzrə Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin layihələndirilməsi, inşası, reabilitasiya- rekonstruksiyası işlərinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Kredit Müqaviləsinin müddəalarının həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.15-ci bəndinə əsasən, ayrılmış kreditin səmərəli və məqsədyönlü istifadəsinə dair hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli 263s nömrəli sərəncamı ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Kredit Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş xxxxxx
Xxxxx Xxxx-zadə
Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədi dəmir yolu sahəsinin tikintisi və reabilitasiyası – rekonstruksiyası işlərinin maliyyələşdirilməsi şərtləri üzrə KREDİT MÜQAVİLƏSİ
Bakı, 01 iyul 2011-ci il
Nəzərə alaraq ki,
1. Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti “Bakı- Tbilisi-Qars yeni dəmir yolu” üçün 7 fevral 2007-ci il tarixdə Saziş bağlamışlar.
2. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti 7 fevral 2007-ci il tarixdə Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi layihəsi çərçivəsində “Marabda-Türkiyə Respublikası sərhədi (Qars) dəmir yolu xəttinin layihələndirilməsi, tikintisi, reabilitasiyası - yenidən qurulması və istismarının prinsipləri və maliyyələşdirilməsi şərtləri barəsində” Müqavilə imzalamışlar. (Bakı şəhərində imzalanmış 18 may 2011-ci il tarixli protokolla daxil edilmiş Hökumətlərarası Saziş”ə dəyişikliklər və əlavələr nəzərə alınmaqla).
3. Bir tərəfdən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan” Səhmdar Cəmiyyəti, digər tərəfdən isə “Marabda-Qars Dəmir Yolu” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin “Marabda- Türkiyə Respublikası sərhədi layihəsinin maliyyələşdirilməsi şərtləri barəsdə” 7 fevral 2007-ci il tarixdə Kredit Müqaviləsi imzalamışlar. (“Kredit Müqaviləsi”)
4. “Hökumətlərarası Saziş”in tərəfləri kredit xətti məbləğinin artırılması barədə “Hökumətlərarası Saziş” və “Kredit Sazişi” çərçivəsində razılığa gəlmişlər və bu məqsədlə 18 mart 2011-ci il tarixdə imzalanmış “Bakı- Tbilisi-Qars” yeni dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində (bundan sonra “Hökumətlərarası sazişə dəyişikliklər və əlavələr barədə protokol” adlanacaq) “Marabda-Türkiyə Respublikası sərhədi (Qars) dəmiryolu sahəsinin tikintisinin, reabilitasiyası - yenidən qurulması və istismarı prinsiplərinin və maliyyələşdirilməsi
şərtləri” üzrə dəyişikliklər və əlavələr barədə protokol tərtib edilmişdir. (“Hökumətlərarası Sazişə dəyişiklik və əlavələr barədə Protokol”)
5. Bir tərəfdən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (bundan sonra “Kreditor” adlanacaq), “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank-Agent adlanacaq), “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan” Səhmdar Cəmiyyəti (bundan sonra ABB-Gürcüstan adlanacaq), digər tərəfdən isə “Marabda-Qars Dəmir Yolu” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Borcalan” adlanacaq) “Kredit Müqaviləsi”nin aşağıdakı redaksiyada yenidən bağlanılması barədə razılığa gəldilər.
Tərəflər aşağıdakılar barədə razılığa gəlirlər:
1. Terminlər və izahlar
1.1. İndiki Sazişin məqsədi üçün terminlər aşağıdakı mənaları daşıyır :
“Layihə İdarəetmə Qrupu” Koordinasiya Şurası tərəfindən yaradılmış icraçı orqan olaraq xüsusi səlahiyyətlə vəsaitin məqsədyönlü istifadəsinə nəzarət edir və “Kreditor”, “Bank Agent”, “ABB-Gürcüstan” və “Borcalan” arasında layihənin həyata keçirilməsinin bütün mərhələlərində, tikintisi və reabilitasiya - rekonstruksiyası, həmçinin iş qrafikin yerinə yetirilməsinə, işin keyfiyyətinə nəzarət edir və yerinə yetirilmiş işlərin qəbulunu əvvəldən axıra kimi həyata keçirir.
“Ərizə” yazılı müraciət olaraq “Borcalan”nın və “ABB-Gürcüstan”nın tərtib edilən indiki Sazişinin şərtlərinə uyğun 1№-li əlavəsində göstərilən formada “Borcalan” tərəfindən “Kredit” almaq üçün “Kreditor”a ünvanlanmış sənədlərdir.
“Koordinasiya Şurası” - “Marabda-Türkiyə Respublikası sərhədi (Qars) dəmir yolu xəttinin layihələndirilməsi, tikintisi, reabilitasiyası - yenidən qurulması və istismarının prinsipləri və maliyyələşdirilməsi şərtləri barəsində” Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında bağlanmış Sazişə uyğun olaraq xüsusi müşahidə orqanıdır ki, onun da əsas səlahiyyəti büdcənin təsdiq edilməsi yolu ilə Kreditin ödənilməsinin sonuna xxxx xxxxxx vəsaitinin istifadəsinə nəzarət etməkdir.
“Birgə Müəssisə” (bundan sonra “BM” adlanacaq) “Hökumətlərarası Saziş”də nəzərdə tutulmuş hüquqi şəxs deməkdir, Gürcüstan Qanunvericiliyinə uyğun olaraq, “Azərbaycan Dəmir Yolu” Qapalı Səhmdar Cəmiyyəti və “Gürcüstan Dəmir Yolu” MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) arasında bərabər pay bölgüsü ilə yaradılmışdır (yəni, təsisatçılar arasında əsas kapitalın paylan bərabər bölünəcəkdir) və ona “Sahə”nin dəmir yolu infrastrukturunun idarə edilməsi və bütün indiki müqavilə üzrə kredit öhdəliklərinin qaytarılması səlahiyyətləri verilir.
“Kredit/Kreditlər” - Tranş A və Tranş B üzrə “Kredit Xətti” daxilində indiki müqavilənin qüvvədə olduğu hər hansı tarixdə Borcalana təqdim edilən məbləğ deməkdir.
“Kredit xətti” - indiki müqavilənin 2.1 bəndində göstərilən miqdarda pul vəsaitidir ki, bu vəsaiti Kreditor “Bank Agent” və “ABB-Gürcüstan” vasitəsilə “Borcalan”a “Hökumətlərarası Saziş”ə uyğun olaraq və indiki müqavilənin şərtləri daxilində verir.
“Layihə” “Marabda-Türkiyə Respublikası sərhədi dəmir yolu xəttinin layihələndirilməsi, tikintisi, reabilitasiyası - rekonstruksiyası deməkdir və aşağıdakıları nəzərdə tutur:
- layihələndirmə (layihə smetası sənədlərinə uyğun olaraq istifadədə xxxx xxxxx və qaydalar əsasında tərtib edilmə) və Marabda-Axalkalaki dəmir yolu sahəsinin yalnız tikintisi, reabilitasiyası - rekonstruksiyası və layihə- smeta sənədlərinə uyğun olaraq infranstruktur obyektlərinin tikintisi
- layihələndirmə (layihə smetası sənədlərinə uyğun olaraq istifadədə xxxx xxxxx və qaydalar əsasında tərtib edilmə) və Bakı-Tbilisi-Qars yeni birləşdirmə dəmir yolu xəttinin həyata keçirilməsi çərçivəsində Axalkalaki- Türkiyə Respublikası sərhədi sahəsində (müvafiq infrastruktur obyektlərini daxil etməklə) yeni dəmir yolu xəttinin tikilməsi.
“İş günü” - qanunvericiliyə uyğun olaraq Azərbaycan və Gürcüstan Respublikası kredit təşkilatlarının bank əməliyyatını keçirmələri üçün açıq xxxx gündür.
“Borcalanın hesablaşma hesabı” “Borcalan”ın “ABB-Gürcüstan”da açılmış Gürcüstan valyutası ilə hesabı, həmçinin Borcalanın bu xxxxxx açılmış digər hesabları.
“BM-nin hesablaşma hesabı”, “BM”nin “ABB-Gürcüstan”da açılmış Gürcüstan valyutası ilə hesabı və digər hesablar.
“Borcalanın xxxx valyuta hesabı” “Borcalan”ın”ABB-Gürcüstan”da ABŞ dolları ilə açılmış hesabı, həmçinin də Xxxxxxxx tərəfindən bu xxxxxx açılmış və ya açılacaq azad konvertasiya edilə bilən başqa valyutada açılmış hesabı.
“XX-xxx xxxx valyuta hesabı” “BM”nin “ABB-Gürcüstan”da açılmış ABŞ dolları ilə və digər azad konvertasiya edilə bilən başqa valyutada hesabları.
“Tranş A” bu müqavilənin 2.2 bəndində göstərilmiş mənaya malikdir.
“Tranş B” bu müqavilənin 2.2 bəndində göstərilmiş mənaya malikdir.
2. Müqavilənin məqsədi
2.1. “Kreditor” Bank-Agent və “ABB-Gürcüstan” vasitəsilə kredit xətti açmağı və “Hökumətlərarası Saziş”də və bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə 775 (yeddi yüz yetmiş beş) milyon ABŞ dolları məbləğində kredit təqdim etməyi öhdəsinə götürür.
2.2. Bu müqaviləyə uyğun təqdim edilən “Kredit xətti” iki tranşdan ibarətdir, Tranş A və Tranş B. Tranş A üzrə kreditin məbləği 200 (iki yüz) milyon ABŞ dolları və Tranş B üzrə - 575 (beş yüz yetmiş beş) milyon ABŞ dolları təşkil edir.
23. ”Borcalan” “Kredif”i yalnız indiki Müqavilənin 3.1 bəndində göstərilmiş məqsədlər üçün istifadə etməyi üzərinə götürür.
2.4. “Hökumətlərarası Saziş”in şərtlərini yerinə yetirmək məqsədilə, tərəflər razılaşırlar və təsdiq edirlər ki, tikinti işləri qurtardıqdan sonra və “Sahə” istismara verildikdən sonra kreditin qaytarılması ilə bağlı bütün öhdəliklər “BM”-yə veriləcəkdir.
3. “Kredit xətti”nin məqsədi
3.1. “Kredit xətti” yalnız aşağıdakıların maliyyələşdirilməsi məqsədi ilə açılır:
3.1.1. Maraba-Axalkalaki dəmir yolu sahəsinin layihələndirilməsi, tikintisi, reabilitasiyası - rekonstruksiyası və dəmiryol “Sahə”sinin fəaliyyəti üçün istismara hazır müvafiq infrastruktur obyektlərinin tikintisi üçün;
3.1.2. Axalkalaki-Türkiyə Respublikası sərhədi sahəsində yeni dəmir yolunun layihələndirilməsi, tikintisi və dəmiryol “Sahə”sinin fəaliyyəti üçün istismara hazır müvafiq infrastruktur obyektlərinin tikintisi üçün;
3.13. “Layihə”nin həyata keçirilməsi üçün “Hökumətlərarası Saziş”də nəzərdə tutulmuş lazımi məqsədləri həyata keçirmək üçün layihə-smeta, tikinti, audit, məsləhət və başqa təşkilatları cəlb etmək məqsədilə Gürcüstan Qanunvericiliyinə uyğun olaraq satınalmaları həyata keçirmək.
3.1.4. Gürcüstan qanunvericiliyinə uyğun olaraq “Sahə” üzrə işlər yerinə yetirilən müddətdə “Layihə”nin icrası ilə bağlı “Borcalan”ın vergi ödənişləri;
3.1.5. “Sahə”nin istismara verilməsinə qədər “Borcalan”ın inzibati xərcləri;
3.2. “Kredit xətti” indiki müqavilədə nəzərdə tutulmayan başqa məqsədlər üçün istifadə edilə bilməz.
4. İlkin şərtlər
4.1. “Borcalan” tərəfindən “Kreditor”a, “Bank-Agent”ə və “ABB-Gürcüstan”a notarial qaydada təsdiq edilmiş aşağıdakı sənədlərin təqdim edilməsindən sonra kredit xətti açılır:
4.1.1. “Borcalan”nın qeydiyyat ərazisi üzrə səlahiyyətli vergi orqanı tərəfindən “Borcalan”ın hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi.
4.1.2. “Borcalan”nın yerli vergi orqanlarında qeydə alınması barədə şəhadətnamə.
4.13. “Borcalan”nın “Hesablaşma hesabı”nda və xxxx valyuta hesabında xxxx vəsaitin xərclənməsinə səlahiyyətli xxxx məsul şəxslərinin möhür və imzalarının nümunəsi
4.1.4. “Ərizə”ni imzalama səlahiyyətləri xxxx şəxslər (”Borcalan”ın Əsasnaməsinə uyğun olaraq səlahiyyət verilmiş şəxslərə bu şərt şamil edilmir),
5. “Kreditin/Kreditlərin verilməsi”
5.1. Tranş A və Tranş B hər hansı kreditin verilmə müddəti “Koordinasiya Şurası”nın razılaşdırdığı “Layihə”nin icrası planında göstərilən müddətə əsasən müəyyən edilir və 6 (altı) ay əlavə edilir.
5.2. 5.1 bəndində göstərilən vaxt müddətində Kreditor “ABB-Gürcüstan” ilə bilavasitə hərəkət edərək “Borcalan”a aşağıdakı şərtlərin qüvvəyə minməsindən sonra “Kredit xətti” çərçivəsində “Kredit” təqdim edir:
5.2.1. “Borcalan” “Layihə İdarəetmə Qrupu” ilə razılaşdırılmış “Ərizə”ni “ABB- Gürcüstan”a təqdim edəcək;
5.2.2. Bu müqavilənin 4-cü maddəsində nəzərdə tutulmuş ilkin şərtlərin yerinə yetirilməsi;
5.2.3. Bu müqavilənin 9.2.-ci bəndində qeyd olunan şəraitin olmaması.
5.2.4. “Kredit”in alınması üçün “Borcalan” bu müqavilədə təsbit edilmiş məqsədlər üçün istifadə edilməsini təsdiq edən sənədlərin surətlərini “Ərizə”yə əlavə etməlidir.
5.3. Bu müqavilənin şərtlərinə uyğun “Ərizə”nin verilmə tarixindən 10(on) iş günü ərzində, “Kreditor”, “Bank-Agent” və “ABB-Gürcüstan” tərəfindən “Kreditin” verilməsini həyata keçirir. “Kreditlər”in bu bənddə göstərilən vaxtda verilmədiyi təqdirdə, “Borcalan”ın “Podratçı” qarşısında öz öhdəliklərini yetirə bilməməsi üçün “Kreditor”, “Bank-Agent” və “ABB-Gürcüstan” maliyyə məsuliyyəti daşıyırlar (cərimələr, dayanma üçün cərimələr).
5.4. “Kreditin” verilmə tarixi (günü), “Borcalan”ın “ABB-Gürcüstan”dakı “Xxxx valyuta hesabına” “Kredit”in məbləğinin keçirilməsi tarixi (günü) hesab edilir.
5.5. “Kredit xətti” çərçivəsində, vəsaitin istifadəsi aşağıdakı istiqamətlərlə aparılır:
5.5.1. “Podradçıların” xeyrinə xxxx çağırılmayan sənədli akkreditivlərin açılması və ya işlərinin və göstərdiyi xidmətlərinin ödənilməsinin zəmanəti;
5.5.2. İşlərin və xidmətlərin ödənilməsi üçün ilkin ödənişin həyata keçirilməsi (Podratçı tərəfindən öncədən “ABB-Gürcüstan” razılaşdırılmış və onun qəbul edəcəyi bankdan əldə edilmiş öhdəlikli bank zəmanəti);
5.53. “Sahə” istismara verilənə qədər “Borcalan”ın inzibati xərclərinin və “Podratçılar” tərəfdən faktla görülmüş işlər və xidmətlər və təchiz etdiyi mallar barədə “Borcalan”ın ödəniş barədə göstərişi.
6. Müqavilənin qüvvədə qalma müddəti
6.1. Bu müqavilə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalandığı gündən qüvvəyə minir və Tranş “B” üzrə ilk Kreditin verilmə tarixindən 25 (iyirmi beş) il müddətində qüvvədədir.
6.2. Hökumətlərarası Razılığa əsasən müqavilənin qüvvədə qalma müddəti dəyişilə bilər.
7. Faizlər
7.1. Tranş A üzrə “Kredit”in xxxxx illik 1 (bir) faiz, Tranş B üzrə 5 (beş) faiz təşkil edir.
7.2. Hər bir “Kredit”in verilməsi tarixindən sonrakı “Kredit”in tarixinə qədər hər “Kredit”ə faizlər hesablanır.
8. “Kreditin/Kreditlər”in ödənilməsi
8.1. “Hökumətlərarası Saziş”in şərtlərini icra etmək məqsədilə və bu müqavilənin 2-ci maddənin 2.4-cu bəndini nəzərə alaraq, tərəflər “Kreditin/Kreditlər”in ödənilməsini və vəsaitin tam qaytarılması (“Kredit xətti” ilə ayrılmış vəsaitlər, faizlər, komissiyalar və s. daxil olmaqla) “BM” tərəfindən həyata keçirilməsi üzrə razılığa gəlir və bunu təsdiqləyirlər.
8.2. Tərəflər razılaşırlar ki, “Borcalan”la “BM” arasında “Sahə”nin dəmiryolu infrastrukturunun istismar hüququnun və pul vəsaitlərin qaytarılması ilə əlaqədar bütün “Kredit” öhdəliklərinin ötürülməsi haqda Müqavilə imzalandığı andan, “Borclan”ın istisnasız bütün öhdəlikləri, həmçinin də “Kreditin/Kreditlər”in ödənilməsi üzrə öhdəlikləri qüvvədən düşmüş hesab olunur.
8.3. Tranş A üzrə “Kreditlər” və faizlər Tranş A üzrə ilk “Kredit”in verildiyi tarixdən 25 (iyirmi beş) il müddətində ödənilməlidirlər, Tranş B üzrə “Kreditlər” və faizlər isə Tranş B üzrə ilk “Kredit”in verildiyi tarixdən sonra 25 (iyirmi beş) il müddətində ödənilməlidirlər.
8.3.1. “Koordinasiya Şurası”nın təsdiq etdiyi büdcənin icrası çərçivəsində “Sahə” istifadəyə verilən təqvim yarımilliyinin birinci iş günündən başlayaraq faizlərin ödənilməsinə başlanılır.
8.3.2. Faizlər təqvim ilinin hər 6 (altı) ayında valyuta ilə “Kredit/Kreditor”a ödənilir. (Sonuncu ödəniş “Kredit/Kreditor”a tam ödənişlə eyni zamanda qaytarılır.)
8.3.3. Ödəmələr bu müqaviləyə əsasən ödəmə hesabına yerinə yetirilir və aşağıda göstərilən qaydada qəbul
edilir:
- faktiki ödənilmiş faizlər;
- kredit üzrə əsas borc
8.4. Ödəmənin iki dəfə vaxtı keçməsi maliyyə pozğunluğu kimi qəbul edilir və “Koordinasiya Şurası”nda
bu məsələnin müzakirəsinə hüquq verilir .
8.5. “Kredit/Kreditlər”in tam alınmasına qədər, faizlərin ödənilməsindən asılı olmayaraq, 0,50% məbləğində (əlli xxxxx maddəsi) komisyon məbləği amma 20.000 (iyirmi min) Gürcü larisindən xxx olmayaraq hər il bank xidməti üçün “ABB-Gürcüstan”a ödənilir.
8.6. “Kredit/Kreditlər”in ödənilməsi bu Müqaviləyə uyğun olaraq yarımillik ödəmələrlə edilir (bir şərtlə ki, sonuncu ödəmə A və B Tranşları üzrə 8.3 bəndində göstərilən müddətin axırıncı günündə edilsin).
8.7. “Kredit/Kreditlər” üzrə əsas borcun ödənilməsi təqvim yarım illiyinin birinci iş günündə və “Sahə” dəmir yolu infrastrukturunun istifadəyə verilməsi və ”Koordinasiya Şurası” tərəfindən təsdiq edilən büdcə çərçivəsində bütün kredit öhdəliklərinin “BM”-yə ötürülməsindən bir gün sonra başlayır.
8.8. Faiz və komisyon haqları ilə birlikdə bütün “Kreditin/Kreditlər”in ödənilməsi yalnız “Sahə” dəmir yolu infrastrukturunun istifadəsindən gələn sərbəst pul vəsaitləri hesabına edilir.
8.8.1. Sərbəst pul vəsaitləri “Sahə” dəmir yolu infrastrukturu istifadəyə veriləndən sonra başqa xərcləri çıxdıqdan sonrakı gəlirlərdir (əsaslı, xxxx, istismar və vergi xərcləri də daxil olmaqla).
8.8.2. “Kredit/Kreditlər”ə xidmət üçün ayrılmış sərbəst pul vəsaitinin həcmi “Koordinasiya Şurası” tərəfindən hər yarımillyin sonunda müstəqil auditorun təsdiq etdiyi yarımillik maliyyə auditor hesabatına, eləcə də sahənin dəmiryol istismarı və idarəsi infrastrukturunun hesabatına əsasən müəyyən edilir.
8.9. “Sahə” dəmiryol infrastrukturunun istismarından əldə edilən bütün pul vəsaitləri BM-in (Birgə müəssisə) hesabına, yaxud “BM-in xxxx valyuta hesabı”na köçürülməlidir və “Sahə” dəmiryolu infrastrukturunun istismarından əldə edilmiş bütün sərbəst pul vəsaitləri “Kredit”/Kreditlər”in ödənilməsinə, faizlərə və bu Müqavilədə nəzərdə tutulan başqa ödənişlərə yönəldilməlidir.
8.9.1. “Kredit” ödəmələri, faizlər və bu müqavilədə nəzərdə tutulan başqa ödənişlər, müvafiq pul vəsaitləri “Kreditor” tərəfindən təsdiq edildikdən sonra ABŞ dolları ilə köçürmə yolu ilə həyata keçirilir.
8.9.2. Bu müqavilənin tərəfləri təsdiq edirlər ki, “ABB-Gürcüstan”a yönəldilmiş kreditin ödənilməsi üçün ödəmə tapşırığına əsasən “ABB-Gürcüstan”ın hesabından tapşırıqda göstərilən məbləğin müvafiq hesabdan silindiyi tarixdən etibarən bu müqavilədə nəzərdə tutulan faizlərin, başqa ödəmələrin və “Kredit/Kreditlər”in ödənilməsi hesab olunur .
8.10. “Kredit/Kreditlər” vaxtından əvvəl, tam, yaxud hissə-hissə, “Kreditor”a, “Bank Agent”ə və “ABB- Gürcüstan”a 30 iş günündən az olmayaraq “Kredit/Kreditlər”in nəzərdə tutulan qabaqcadan ödəmənin tarixinə qalmış məktubla xəbərdar etməklə ödənilə bilər. Həmin xəbərdarlıqda “Kredit/Kreditlər”in vaxtından əvvəl ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği və tarixi göstərilməlidir. “Kredit/Kreditlər”in vaxtından əvvəl ödənilməsi zaman bu müqavilədə vaxtından qabaq ödəməyə aid nəzərdə tutulan bütün faizlər və başqa ödəmələr ödənilməlidir.
8.11. Bu Müqavilə üzrə borcların ödənilməsi ilə əlaqədar risklərin idarəedilməsi məqsədi ilə “Kreditor” “Bank-Agent” və/ya “ABB-Gürcüstan” əldə əsas olduğu təqdirdə, “Hökumətlərarası Razılaşma” və bu Müqavilənin icrası çərçivəsində növbəti yarımillik auditin keçirilməsini tələb etmək, hüquqi və maliyyə sənədləri də daxil olmaqla vacib xxxx informasiyam almaq hüququna malikdir.
8.11.1. “Kredit”/”Kreditlər” və faizlər üzrə vaxtında ödənişin aparılması, eləcə də “Sahə”nin dəmiryolu infrastrukturunun istismarından yığılan gəlirlər və bütün maliyyə əməliyyatları Müqavilənin 8.9-cu bəndinə uyğun olaraq “ABB-Gürcüstan” tərəfindən həyata keçirilir.
9. “Kreditor”un, “Bank-Agent”in və “ABB-Gürcüstan”ın Hüquqları və Səlahiyyətləri
9.1. Aşağıdakı hallarda “Kreditor”, “Bank-Agent” və “ABB-Gürcüstan” “Kreditin” təqdim edilməsini dayandırmaq və/yaxud bu Müqaviləyə əsasən “Borcalan” tərəfdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir:
9.1.1. “Kreditor”, “Bank-Agent” və “ABB-Gürcüstan” qarşısında “Borcalan”ın bu Müqaviləyə əsasən öhdəliyin yerinə yetirməməsi yaxud lazımi qaydada icra etməməsi;
9.1.2. Əgər “Borcalan” tərəfdən bu Müqaviləyə əsasən “Kreditora”, “Bank-Agentin”ə və/yaxud “ABB- Gürcüstan”a səhv informasiya verilərsə;
9.13. Gürcüstanın qanunvericiliyinə əsasən “Borcalan”ın imkansızlığı (müflisliyi) elan edilməsi üzrə prosedur başlanıbsa;
9.1.4. Qanunvericilikdə nəzərdə tutulan başqa hallarda.
9.2. Bu müqavilənin 9.1 maddəsinə əsasən hər hansı bir hal baş verərsə “Kreditor”, “Bank-Agent” və ya “ABB-Gürcüstan” Borcalan tərəfə müvafiq xəbərdarlıq məktubunu sifariş poçtu vasitəsilə çatdırılma haqqında xəbərdarlıq edilmə şərtilə göndərməyə borcludur. Xəbərdarlıq haqqında məktub “Borcalan”ın ünvanına göndərilir.
9.3. “Borcalan” tərəf xəbərdarlıq məktubunda göstərilən tələbləri aşağıdakı müddətdə yerinə yetirməyə borcludur:
9.3.1. Bu müqavilənin 9.1 maddəsinin 9.1.3 bəndinə əsasən hər hansı bir hal baş verərsə, “Kreditor”, “Bank-Agent” və ya “ABB-Gürcüstan” tərəfindən “Borcalan” tərəfə göndərilən xəbərdarlıq məktubunun müddəti göndərilən gündən etibarən 14 gündən az olmayaraq.
9.3.2. Bu müqavilənin 9.1 maddəsinə əsasən hər hansı digər hal baş verərsə “Kreditor”, “Bank-Agent” və ya “ABB-Gürcüstan” tərəfindən “Borcalan” tərəfə göndərilən Xəbərdarlıq məktubunun müddəti göndərilən gündən etibarən 30 gündən az olmayaraq.
9.4. Bu müqavilə şərtlərinin Xxxx xxxx tərəfdən qeyri - uyğun icra edilməsi barədə “Kreditor”, “Bank- Agent” və ya “ABB-Gürcüstan” hər hansı bir sənədlə təsdiq olunmuş bir informasiya əldə etmiş olarsa, o zaman bu informasiya qərar qəbul edilməsi üçün “Koordinasiya Şurası”na təqdim edilir.
9.5. “Kreditor”un, "Bank – Agent”in və ya “ABB-Gürcüstan”ın bu müqaviləyə əsasən öz hüquqlarmı gerçəkləşdirməməsi, “Kreditor”un, “Bank –Agent”in və ya “ABB-Gürcüstan”in növbəti bu cür hüquqların gələcəkdə də gerçəkləşdirməsinə imtina etməsi demək deyildir. “Kreditor”un, “Bank –Agent”in və ya “ABB- Gürcüstan”ın bu Müqavilənin onlar üçün nəzərdə tutduğu haqlarının fərdi həyata keçirməsi bu Müqaviləyə əsasən “Kreditor”un, “Bank-Agent”in və ya “ABB-Gürcüstan”ın digər haqlarına son qoymasına heç bir əsas vermir.
10. “Borcalan” tərəfin öhdəlikləri
10.1. “Borcalan” tərəf öhdəliyə götürür:
10.1.1. Əldə olunmuş “Kreditlər” ciddi məqsədyönlü təyinatla istifadə edəcəkdir.
10.1.2. “Layihə İşçi Qrupu”, “Kreditor”, “Bank –Agent” və ya “ABB Gürcüstan”nın “Layihə”nin bütün etaplarında vəsaitin məqsədyönlü istifadəsinə, layihələndirmənin əvvəlindən sonuna qədər icrasına, tikinti və reabilitasiya—yenidənqurma işlərinə, eləcə də iş qrafikinin, yerinə yetirilmiş işlərin keyfiyyəti və qəbulu işlərinə
nəzarət, “Kredit/Kreditlər”in alınması və istifadəsində iştirak edən Xxxxxxxx tərəfin mühasibat hesabatları, müqavilə və digər sənədləri ilə tanışlıq üçün şərait yaratmaq;
10.13. “Borcalan” tərəfin təsis sənədlərində dəyişikliyin edilməsi halı baş verərsə o zaman bu sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini dəyişikliyin təsdiq edilməsindən 10 iş günü ərzində təqdim etmək;
10.1.4. 9.1 maddəsində sadalanan hallardan hər xxxxx xxxx baş verərsə və ya baş vermək imkanı olarsa bu hallar və eləcə də bu halların kənarlaşdırılması ilə bağlı tədbirlər barədə yazılı şəkildə “Kreditor”, “Bank-Agent” və ya “ABB-Gürcüstan”a təcili olaraq məlumat vermək.
10.1.5. “Kreditor” və ya “Koordinasiya Şurası”nin ikitərəfli razılığı olmadan digər banklardan kredit götürməmək və heç bir borc yaratmamaq;
10.1.6. “Kreditor” və ya “Koordinasiya Şurası”nın ikitərəfli razılığı olmadan digər banklarda hesablar açmamaq (“ABB-Gürcüstan” istisna olmaqla);
10.1.7. “Xxxx xxxx” tərəfin qanunvericiliklə nəzərdə tutulmuş tətbiq edilə bilən fəaliyyətinin həyata keçirilməsi;
10.1.8. “Kreditor” və ya “ABB-Gürcüstan”ın yazılı sorğusu ilə təcili olaraq “Kreditor”a “Xxxx xxxx” tərəfə qarşı tətbiq olunan istənilən məhkəmə və ya inzibati proses barədə məlumatı çatdırmaq;
10.1.9. “Kreditor” və ya “ABB-Gürcüstan”ın yazılı sorğusu ilə təcili olaraq “Kreditor”a “Xxxx xxxx” tərəfin maliyyə vəziyyəti ilə bağlı məlumatı çatdırmaq;
10.1.10. Bu Müqavilənin imzalanma tarixində xxxx fəaliyyət növünün dəyişməmək
10.1.11. “Kreditora” onun üçün əlverişli xxxx hər hansı bir vaxtda “Sahəyə” baş çəkmək və nəzarət yetirmək imkanı verilməlidir;
10.1.12. Hər rüb mühasibat uçotunun formaları təqdim edilməlidir: Mühasibat balansı, gəlir və xərclər haqqında hesabat, o cümlədən aşağıdakıları özündə cəmləşdirən mühasibat balansına aid məlumat və açıqlamalar daxil olmaq şərtilə:
- Üçüncü şəxslərə verilmiş zəmanət ilə bağlı balansdan kənar öhdəliklər haqqında məlumatlar;
- İşçilər qarşısında əmək haqları hesablaşmaları üzrə vaxtı keçmiş borcların mövcudluğu / mövcud olmaması haqqında məlumatlar;
- Məcburi büdcə ödəmələri üzrə vaxtı keçmiş borcların mövcudluğu / mövcud olmaması haqqında məlumatlar;
- “Borc alanın” xalis aktivlərinin həcmi haqqında məlumatlar;
- əsas bəndlər üzrə bölgü açıqlamaları ilə aparılmış xərclər və alınmış gəlirlər haqqında məlumatlar;
- Əsas əmlakın mövcudluğu və qiyməti, dövriyyə vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatlar;
- Debitor və Kreditor borclarının açıqlanması (məbləği və nağd etmə müddətləri);
- Xxxxx dövriyyəsi haqqında arayış.
11. Müqavilənin dəyişdirilməsi və vaxtından əvvəl ləğv edilməsi
11.1. Bu Müqavilə Tərəflərin razılığı ilə vaxtından əvvəl ləğv edilə bilər.
11.2. Bu Müqaviləyə bütün dəyişikliklər və əlavələr Tərəflərin razılığı əsasında həyata keçirilir və Tərəflərin müvəkkil nümayəndələri tərəfindən imzalandığı vaxtdan qüvvəyə minir.
12. Tətbiq edilə bilən qanun və mübahisələrin Həlli
12.1. Bu Müqavilənin icrası, dəyişikliklərin edilməsi və ya ləğvi ilə əlaqədar mübahisələr yarandığı hallarda:
12.2. Maraqlı Tərəf mübahisə mövzusu haqqında yazılı sürətdə o biri Tərəfə xəbər verir;
12.3. Tərəflər mübahisə yaranması ilə bağlı xəbər aldıqdan 10 (on) gün sonra, mübahisənin nizama salınmasına istiqamətində birgə danışıqlar aparılır;
12.4. Mübahisənin nizama salınma qaydası haqqında razılığın əldə edilmədiyi hallarda, maraqlı Tərəf 10 (on) gün müddətində yazılı sürətdə “Koordinasiya Şurasına” və digər Tərəflərə baş vermiş mübahisə və özünün tələblərinin əsası haqqında xəbər verir;
12.5. “Koordinasiya Şurası” yaranmış mübahisə ilə əlaqədar, mübahisələrin qaydaya salınması istiqamətində danışıqlar aparır;
12.6. Mübahisələrin qaydaya salınması istiqamətində razılığın əldə edildiyi halda “Koordinasiya Şurası” yaranmış mübahisə haqqında Tərəflərin Hökumətlərinə yazılı xəbər verir;
12.7. Tərəflərin Hökumətləri arasında razılıq əldə edilmədiyi halda axırıncı araşdırmalar üçün mübahisə məsələləri BMT-nin Beynəlxalq Ticarət Qaydaları üzrə Beynəlxalq Arbitraj məhkəməsinə verilir;
13. Xəbərdarlıq etmə
13.1. Bu Müqavilənin icrası ilə bağlı bütün bildirişlər, xəbərdarlıq edilmələr və sorğular Tərəflər bir-birinə yazılı formada, Müqavilədə göstərilmiş poçt rekvizitləri üzrə göndərilir.
13.2. Poçt rekvizitləri dəyişildiyi halda, Tərəflər xxx qısa müddət ərzində dəyişiklik haqqında o biri Tərəfi xəbərdarlıq etməlidir. Əks halda, əvvəlki poçt rekvizitləri vasitəsilə yazılı korrespondensiya göndərən Tərəfin fəaliyyəti lazımi hesab edilir.
14. Son qaydalar
14.1. Bu müqavilə hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı tarixdən qüvvəyə
minir.
14.2. Bu Müqavilənin 14.1 bəndində göstərilən şərtlər qüvvəyə mindiyi tarixdən dəmir Yolunun Marabda
- Türkiyə Respublikasının sərhədinədək xxxx “Sahə”də Bakı-Tbilisi-Kars dəmiryolu xəttinin layihələndirilməsi , tikintisi və reabilitasiya-bərpa işlərinin maliyyələşdirmə şərtləri haqqında kredit Müqaviləsi 07 fevral 2007-ci il tarixli redaksiyasında qüvvədən düşmüş hesab edilsin.
14.3. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olmaqla və hər üç nüsxədə olmaqla azərbaycan, gürcü və rus dillərində tərtib olunub, xxxxx onun şərh olunması zamanı fikir ayrılığı yaranarsa Tərəflər rus dilində xxxx mətndən istifadə edəcəklər.
Kreditor:
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
Bank-Agent:
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
ABB-Gürcüstan:
“Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan” Səhmdar Cəmiyyəti
Xxxx xxxx:
“Marabda-Kartsaxi” MMC
............/ №-li
“ 01” iyul 2011-ci il tarixli Kredit Müqaviləsi
Əlavə №1
Çıxış №………………………..
“……” …………………20….il.
Kredit almaq üçün ərizə
N.........xxxxx ........./......... 2011-ci il tarixli Kredit Müqaviləsinə (bundan sonra “Müqavilə”) uyğun olaraq xahiş edirik ki, “Marabda-Kartsaxi Dəmir yolu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (məbləğ rəqəmlə və yazılı şəkildə mötərizədə göstərilməklə) məbləğdə pul vəsaiti (kredit) təqdim edəsiniz və göstərilən vəsaiti bizim “ABB- Gürcüstan” SC (Səhmdar Cəmiyyət)-indəki .........№-li (hesabın nömrəsini göstərməklə) xxxx valyuta hesabımıza köçürəsiniz.
Alınmış pul vəsaitinin (kreditin) məbləği tərəfimizdən Müqavilənin 3.1 maddəsində göstərilən və əlavə olunan sənədlərlə təsdiqlənən məqsədlərə istifadə olunacaqdır.
Əlavə vərəqdə (Əlavə olunan sənədlərin adı göstərməklə)
“Marabda-Kartsaxi”MMC adından:
Baş mühasib:
:
(rəhbərin vəzifəsi)
S.A.A.................................................. S.A.A..............................................................
İmza................................................... İmza...............................................................
M.Y.
Layihənin İdarəetmə Qrupu ilə razılaşdırılıb:
S.A.A.................................................. S.A.A..............................................................
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” 2010-cu il avqustun 16-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2010-cu il
№ 24-IVQ
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında
Müqavilə
Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası və Türkiyə Respublikası,
9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u rəhbər tutaraq, habelə 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə sadiq olduqlarını ifadə edərək,
ənənəvi dostluq və qardaşlıq münasibətlərinin müştərək dəyərlər, hərtərəfli əməkdaşlıq, etimad və hər iki ölkənin maraqlarına qarşılıqlı hörmət əsasında daha da gücləndirilməsi əzmində olaraq,
bir-birinin daxili işlərinə qarışmamaq, suveren bərabərlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin vacibliyini təsdiq edərək, müstəqilliklərinə, suverenliklərinə, ərazi bütövlüklərinə yönələn silahlı basqın halında lazımı qarşılıqlı yardım tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq,
milli təhlükəsizliklərinin təmin edilməsi və iqtisadi qüdrətlərinin gücləndirilməsinin və müştərək dəyərlərinin qorunmasının Tərəflərin on ümdə maraqlan olduğu üçün siyasi, iqtisadi, energetika, mədəni, humanitar, hərbi və hərbi-texniki sahələrdəki əməkdaşlıqlarmı inkişaf etdirmək və dərinləşdirmək qətiyyətində olduqlarını ifadə edərək,
aktual beynəlxalq məsələlərdə birgə mövqe nümayiş etdirmək məqsədilə, beynəlxalq və regional təşkilatlarda iki ölkə arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bölgədə sülh, əmin-amanlıq, rifah və inkişaf məqsədi ilə əlverişli şəraitin bərqərar olması üçün dövlətlərin
təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin ən vacib şərt olduğunu təsdiqləyərək, insan hüquqları, qanunun aliliyi və yaxşı idarəetmə prinsiplərinə sadiq olduqlarım ifadə edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Hərbi-siyasi və təhlükəsizlik məsələləri Maddə 1
Tərəflər qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında bir-biri ilə sıx əməkdaşlıq edəcəklər. Tərəflərin hər xxxxx xxxx ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar.
Maddə 2
Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud
imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaqdır.
Maddə 3
Tərəflər bu Müqavilənin 2-ci maddəsini rəhbər tutaraq, bir-birinə qarşılıqlı yardımın təmin edilməsi üçün səylərin birləşdirilməsi və razılaşdırılmış tədbirlərin icrası məqsədi ilə müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq edəcəklər.
Maddə 4
Tərəflər onların maraqlarına toxunan bütün beynəlxalq təhlükəsizlik məsəlləri üzrə bir-biri ilə məsləhətləşmələr aparacaq və bu Müqavilənin məqsədlərinin uğurla həyata keçirilməsinə nail olmaq üçün həyati maraqlarının, ələlxüsus milli təhlükəsizliyinin təmin edilməsi və milli təhlükəsizliyə qarşı yönələn hər hansı təhdid və təhlükənin aradan qaldırılması üçün qarşılıqlı məsləhətləşmələr əsasında fərdi və birgə tədbirlər görmək imkanlarının inkişaf etdirilməsində və artırılmasında bir-birinə davamlı, səmərəli yardım göstərəcək və əməkdaşlıq edəcəklər.
Maddə 5
Tərəflərdən hər xxxxx xxxx, digər Tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələ bilən ittifaq və hərəkətlərdə iştirak etməyəcək, öz ərazisində digər Tərəfin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan təşkilatların və qrupların yaradılmasını və fəaliyyətini qadağan edəcəklər.
Tərəflərdən hər xxxxx xxxx öz ərazisindən digər Tərəfə qarşı təcavüz aktlarının və digər zorakı hərəkətlərin həyata keçirilməsi üçün istifadə edilməsinə yol verməməyi öhdələrinə götürürlər.
Maddə 6
Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, insan alverinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını gücləndirəcəklər.
Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri Maddə 7
Tərəflər bu Müqavilədə nəzərdə tutulan müdafiə sahəsində əməkdaşlığın və qarşılıqlı yardının həyata keçirilməsi üçün, öz milli qanunvericilikləri və beynəlxalq öhdəlikləri əsasında və qanuni müdafiə ehtiyaclarının təmin olunması zərurətini nəzərə alaraq, silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirirlər.
Maddə 8
Tərəflər bu Müqavilənin 2-ci maddəsində qeyd olunan müdafiə və qarşılıqlı yardımın həyata keçirilməsi çərçivəsində birgə hərbi əməliyyatlar aparılması məqsədi ilə hərbi infrastrukturlarının təkmilləşdirilməsi, silahlı qüvvələrin hərtərəfli hazırlığı, onların zəruri silahlarla və hərbi texnika ilə təmin edilməsi üçün bütün lazımi milli tədbirləri görürlər.
Maddə 9
Tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər aşağıdakı şəkildə həyata keçiriləcəkdir:
- Tərəflərin müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə təyinatlı məhsulların və maddi- texniki vasitələrin təchizatı;
- müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı;
- müdafiə təyinatlı xidmətlərin təqdim edilməsi;
- birgə hərbi təlimlərin və müdafiə hazırlığı üzrə tədbirlərin keçirilməsi;
- silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması;
- silahlı qüvvələrin fəaliyyətinin arxa cəbhə təminatı;
- hərbi tibb və səhiyyə;
- qarşılıqlı razılığa əsasən digər sahə və məsələləri.
İqtisadi əməkdaşlıq məsələləri Maddə 10
Tərəflər ticarət-iqtisadi əlaqələrin hər iki ölkənin potensialına uyğun olaraq genişləndirilməsi, habelə iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləndirilməsi məqsədi ilə fəaliyyətlərini daha da intensivləşdirəcəklər.
Maddə 11
Tərəflər qarşılıqlı investisiya və ticarət əlaqələrini, sənaye, maliyyə və bank sektorunda, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, rabitə və informasiya texnologiyaları, kommunikasiya, nəqliyyat və turizm, alternativ enerji mənbələrindən istifadə və digər iqtisadi sahələrdə əməkdaşlığı inkişaf etdirəcək, habelə üçüncü ölkələrdə fəaliyyət göstərən müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığı təşviq edəcəklər. Tərəflər ixracın gücləndirilməsi, məhsuldarlığın artırılması, yeni texnologiyaların istifadəsi və investisiyaların cəlb olunması məqsədi ilə əməkdaşlığı genişləndirəcəklər.
Maddə 12
Tərəflər enerji sahəsində qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsi və iqtisadiyyatlarının gücləndirilməsi məqsədi ilə ərazilərdən keçən qlobal əhəmiyyətli enerji layihələrinin davamlı fəaliyyəti üçün bütün zəruri tədbirləri həyata keçirəcək və bu istiqamətdəki əməkdaşlıqlarını genişləndirəcəklər.
Tərəflər, həmçinin öz ölkələrində və üçüncü ölkələrdə karbohidrogen ehtiyatlarının inkişaf etdirilməsi, daşınması və satışının təmin edilməsi üçün müştərək investisiya layihələri həyata keçirmək niyyətindədirlər. Bu məqsədlərin həyata keçirilməsi üçün Tərəflər aidiyyəti qurum və təşkilatlarının nümayəndələrindən ibarət olacaq Enerji Sahəsində Birgə Komissiya yaradılması barədə razılığa gəldilər.
Maddə 13
Tərəflər sərnişinlərinin və yüklərinin öz ölkələrinin hüdudları daxilindəki dəniz və hava limanlarından, dəmir və magistral yolları şəbəkələrindən maneəsiz keçməsinin təmin olunması istiqamətində əməkdaşlığı inkişaf etdirəcəklər. Tərəflər iştirakçıları olduqları beynəlxalq müqavilələrinə və milli qanunvericiliklərinə uyğun olaraq, tranzit nəqliyyat xətləri və nəqliyyatın digər sahələri ilə xxxxx xxxx infrastrukturların inkişafında əməkdaşlıqlarım dərinləşdirəcəklər.
Humanitar məsələlər Maddə 14
Tərəflər Parlamentlərarası əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsini təşviq edəcəklər.
Maddə 15
Tərəflər, lazımi dövlət dəstəyini də təmin edərək, müştərək dəyərlərə söykənən xalqları arasında güclü əlaqələrinin ictimai inteqrasiyası məqsədilə humanitar, sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığı inkişaf etdirəcək, hər iki xalqın müştərək dəyərlərinin əsas ünsürləri xxxx dillərinin, müqəddəs dəyərlərinin və mədəni irslərinin hər iki ölkədə də tanıdılmasını və inkişaf etdirilməsini
təşviq edəcək və lazımi ictimai dəstəyinin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.
Tərəflər, bir-birlərinin incəsənət qurumlarının fəaliyyətlərinin hər iki ölkədə də genişləndirilməsi və müştərək mədəniyyət və incəsənət qurumlarının yaradılması barədə razılığa gəldilər.
Maddə 16
Tərəflər intellektual, xxxx və texniki potensiallarının daha da artırılması və ümumi xxxx-texniki məkanın yaradılması məqsədi ilə, xxxx müəssisələri arasında əlaqələrin gücləndirilməsini təşviq edəcək, müştərək xxxx tədqiqat layihələrinin icrası və əldə olunan xxxx, texniki və texnoloji nailiyyətlərin ən yaxşı şəkildə tətbiqi və qarşılıqlı istifadə olunması istiqamətində əməkdaşlıq edəcəklər.
Maddə 17
Tərəflər rabitə və informasiya texnologiyaları sahəsində, eləcə də kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsini təşviq edəcəklər.
Maddə 18
Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, vətəndaşlarının bir-birinin ölkələrinə gediş-gəlişinin asanlaşdırılması, bir Tərəfin vətəndaşının digər tərəfinin ölkəsində yaşamasının, daşınmaz əmlak əldə etməsinin, əmək fəaliyyəti ilə məşğul olması və sosial müdafiəsinin təmin olunması üçün tədbirlər görəcəklər.
Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, hər iki ölkənin milli maraqlarının müdafiəsi, xalqlarının tarixi və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması, Tərəflərin üçüncü ölkədə yaşayan vətəndaşlarının, habelə üçüncü ölkənin vətəndaşı xxxx və ya vətəndaşlığı olmayan, xxxxx etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından Tərəflərdən birinə bağlılığı xxxx soydaşların hüquqlarının qorunması istiqamətində digər ölkələrdəki diasporlarının fəaliyyətinə beynəlxalq hüquqi aktlar çərçivəsində və müvafiq ölkələrin qanunvericiliyinin imkan verdiyi həddə dəstək verəcəklər.
Maddə 19
Tərəflər ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin mənfi təsirlərinin qarşısının alınması sahəsində birgə səylərin göstərilməsi məqsədilə ətraf mühit sahəsində hökumət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığı təşviq edəcəklər.
Maddə 20
Tərəflər ərzaq təhlükəsizliklərinin təmin edilməsi istiqamətində kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlıqlarını daha da inkişaf etdirəcəklər.
Ümumi və yekun müddəalar Maddə 21
Bu Müqavilənin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirməyəcəkdir.
Maddə 22
Bu Müqavilə müddəalarının təfsirindən və ya tətbiqindən irəli gələn hər cür fikir ayrılığı arbitraja və ya hər hansı bir milli və ya beynəlxalq məhkəməyə ya da digər üçüncü tərəf vasitəsilə həll yollarına müraciət etmədən Tərəflər arasında danışıqlar yolu ilə dostcasına həll olunacaqdır.
Maddə 23
Bu Müqavilə, Tərəflərin milli qanunvericiliklərinin nəzərdə tutduğu lazımi prosedurların başa çatması ilə əlaqədar ratifikasiya sənədlərinin mübadilə edildiyi gündən qüvvəyə minir və 10 il müddətində qüvvədə qalacaqdır.
Tərəflərdən hər biri bu Müqavilənin müddətinin bitməsinə ən azı 6 ay qalmış diplomatik kanallar vasitəsilə yazılı olaraq Müqavilənin ləğvi barədə bildiriş təqdim etmədiyi halda Müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq növbəti 10 illik müddətlərə uzadılacaqdır.
Bu Müqavilə qarşılıqlı razılaşma ilə dəyişdirilə bilər. Hər bir dəyişiklik bu maddənin birinci bəndində müəyyən edilmiş qaydaya uyğun olaraq qüvvəyə minəcəkdir.
Bu Müqavilə Bakı şəhərində 16 avqust 2010-cu il tarixində Azərbaycan və Türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir. Təfsir zamanı fərqlər olduğu halda bütün mətnlər bərabər dərəcədə əsas götürüləcəkdir.
Azərbaycan Respublikası adından | Türkiyə Respublikası adından |
Xxxxx Xxxxxx Azərbaycan Respublikasının Prezidenti | Xxxxxxxx Xxx Türkiyə Respublikasının Prezidenti |
2004-cü il mayın 6-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə
dair prosedur Müqavilə"nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2004-cü il mayın 6-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair prosedur Müqavilə" təsdiq edilsin.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, öz səlahiyyətləri daxilində bu Sərəncamın 1-ci bəndində göstərilən Müqavilənin həyata keçirilməsini təmin etsinlər.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 avqust 2004-cü il
№ 342
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial Müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin
tətbiq edilməsinə dair PROSEDUR MÜQAVİLƏ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sosial Müdafiə sahəsində əməkdaşlıq haqqında 1998-ci il 17 iyul tarixində Ankarada imzalanan Sazişin 26-cı maddəsinə əsasən Tərəflərin Səlahiyyətli Orqanları Sazişin tətbiq edilməsi ilə əlaqədar aşağıdakılar barədə razılığa gəldilər:
I b ö x x ə
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1
Sosial Müdafiə Sazişinin 1-ci maddəsində müəyyən edilmiş anlayışlar bu Müqavilədə də həmin mənaları daşıyır.
M a d d ə 2
Sazişin 2-ci maddəsində göstərilən qanunvericilik aktlarının tətbiq olunmasında məsul Səlahiyyətli İdarələr aşağıdakılardır: 1. Azərbaycan Respublikası tərəfindən
1.1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu tətbiq edilən hallarda - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu -Bakı şəhəri.
1.2. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu tətbiq edilən hallarda - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - Bakı şəhəri.
1.3. "Əmək Məcəlləsinin (Sazişin 2-ci maddəsinin 1-ci bəndinin b.3 və b.4 yarımbəndlərində göstərilən "Əməyin mühafizəsi haqqında" və "Məzuniyyətlər haqqında" qüvvədən düşmüş Azərbaycan Respublikası qanunlarının daxil olduğu Məcəllə) tətbiqi üzrə:
1.3.1. bütünlükdə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.3.2. əmək xəsarəti və peşə xəstəliyinə görə yardımlar üçün bu hadisələrin baş verdiyi Azərbaycan Respublikasının müəssisə və təşkilatları, səlahiyyətli idarələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.3.3. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə birdəfəlik müavinətlərə, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar, həmçinin dəfn üçün və işsizlik müavinətlərinə görə - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
1.4. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu tətbiq edilən hallarda - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu.
1.5. Tibbi yardım və tibbi sığorta məsələləri üzrə: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Bakı şəhəri), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycanda tibbi sığortanı həyata keçirən təşkilatlar.
2. Türkiyə Respublikası Tərəfindən
2. 1. Fəhlələrə (kənd təsərrüfatı işçiləri də daxil olmaqla) aid qanunvericiliyi və 506 nömrəli Sosial Sığortalar Qanununun 20-ci keçid maddəsində göstərilən Fondlarla əlaqədar qanunvericiliyi tətbiq edən Sosial Sığortalar İdarə Başkanlığı - Ankara şəhəri.
2.2. Dövlət məmurları və qulluqçuları haqqındakı qanunvericiliyi tətbiq edən Türkiyə Respublikası Pensiya Fondu Baş İdarəsi - Ankara şəhəri.
2.3. Ustalar və Sənətkarlar - digər müstəqil şəkildə fəaliyyət göstərənlər və kənd təsərrüfatında öz hesabına fərdi olaraq işləyənlər haqqında qanunvericiliyin tətbiqi baxımından Bağ-Kur Baş İdarəsi - Ankara şəhəri.
3. Səlahiyyətli İdarələr bu Müqavilədə göstərilən vəzifələrdən başqa müqavilənin tətbiq edilməsinin asanlaşdırılması istiqamətində lazımlı tədbirləri görməyə və xüsusilə inzibati yardım göstərməyə və bu sahədə vasitəçilik etmək səlahiyyətinə malikdirlər.
4. Səlahiyyətli İdarələr Sosial Müdafiə Sazişi və bu Müqavilənin tətbiq edilməsi üçün zəruri xxxx formaları müəyyənləşdirirlər.
M a d d ə 3
Sazişin 5-ci maddəsində nəzərdə tutulan yardımlar Sazişin 3-cü maddəsində göstərilən şəxslərə bilavasitə ödənilir.
I I b ö x x ə
TƏTBİQ EDİLƏCƏK QANUNVERİCİLİKLƏ ƏLAQƏDAR MÜDDƏALAR
M a d d ə 4
1) Sazişin 7-ci maddəsinin 1, 2, 3, 4-cü bəndləri tətbiq edildikdə, sığortalı şəxs gəldiyi Tərəf ölkənin Səlahiyyətli İdarəsinə, onu göndərən Tərəf ölkəsinin qanunvericiliyinin tətbiq ediləcəyini təsdiq edən sənəd təqdim edir.
2) Bu sənəd Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında sığortalı şəxsin axırıncı tabe olduğu qanunvericiliyin tətbiq edilməsində məsul xxxx Səlahiyyətli İdarə Tərəfindən hazırlanır.
M a d d ə 5
Sazişin 7-ci maddəsinin 6-cı bəndi ilə 8-ci maddəsinin 3-cü bəndində göstərilən şəxslər, onlara verilən seçmək hüququndan işləməyə başladıqları tarixdən etibarən 3 aylıq müddət ərzində istifadə edə bilərlər.
İşçi ona hansı Tərəf ölkənin qanunvericiliyinin tətbiq edilməsi ilə bağlı tələbini göstərən sənədi üç nüsxədə hazırlayaraq bir nüsxəsini işəgötürənə, iki nüsxəsini isə işlədiyi ölkədəki Səlahiyyətli İdarəyə təqdim edir.
Səlahiyyətli İdarə bu sənədləri təsdiq edir və bir nüsxəsini digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərir. İşçinin öz fikrini Səlahiyyətli İdarəyə bildirdiyi aydan sonrakı növbəti ayın ilk günündən etibarən, ona seçdiyi
Tərəf ölkənin qanunvericiliyi tətbiq edilir.
Sazişin 7-ci maddəsinin 6-cı bəndində və 8-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan işçi seçmək hüququndan istifadə etmədikdə, işçinin işlədiyi Tərəf ölkənin qanunvericiliyi tətbiq edilir.
I I I b ö x x ə
XÜSUSİ MÜDDƏALAR
M a d d ə 6
1) Sazişin 10-cu maddəsinin tətbiq edilməsində bir ölkədən digərinə gedən işçilərin və onlarla gedən ailə üzvlərinin gəldikləri ölkədə xəstəliyə və analığa görə yardımlardan istifadə edə bilmələri üçün digər ölkədə keçən sığortalılıq müddətləri nəzərə alınmalıdırsa, bu işçilər yeni iş yerlərinin yerləşdiyi ölkədə bu yardımları göstərəcək Səlahiyyətli İdarəyə gəldikləri ölkədə keçən sığortalılıq müddətlərini təsdiq edən müvafiq sənəd təqdim etməlidirlər.
2) Həmin sənəd işçinin müraciəti əsasında bu ölkəyə gəlməzdən əvvəl qeydiyyatda olduğu Səlahiyyətli İdarə Tərəfindən verilir.
3) İşçi qeyd edilən sənədi təqdim edə bilmədikdə, yeni iş yerinin olduğu ölkədəki Səlahiyyətli İdarə bu sənədin göndərilməsi üçün digər ölkənin Səlahiyyətli İdarəsinə müraciət edir.
M a d d ə 7
Sazişin 11 -ci maddəsində göstərilən sığortalılar, digər Tərəf ölkədə müvəqqəti olduqları zaman tibbi yardımlardan istifadə edə bilmələri üçün, qeydiyyatda olduqları ölkənin Səlahiyyətli İdarəsindən aldıqları tibbi yardımlardan istifadə hüququnu təsdiq edən sənədi digər (gəldiyi) ölkənin Səlahiyyətli İdarəsinə təqdim etməlidir.
Sığortalı şəxs belə sənədi təqdim etmədiyi halda, gəldiyi ölkədəki Səlahiyyətli İdarə digər Tərəf ölkənin Səlahiyyətli İdarəsindən həmin sənədin göndərilməsini tələb edir.
Sazişin 11-ci maddəsində göstərilən şəxslərin tibbi yardım alıb-almaması hüququnun müəyyənləşməsi şərtləri, ailə üzvlərinin kimlər olduğu və yardımların müddəti, göndərən Tərəf ölkənin qanunvericiliyinə görə müəyyən edilir.
Sazişin 11-ci maddəsinə istinadən göstərilən yardımlarla əlaqədar Tərəf ölkənin qanunvericiliyinə uyğun olaraq hazırlanan qaimələr, bununla bağlı birgə hazırlanmış formalara işlənərək hər 6 aydan bir digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərilir. Bu idarə ödənilmiş yardımın tam məbləği qeyd olunan sənədləri aldığı gündən etibarən 3 ay müddətində ödəməlidir.
M a d d ə 8
Sığortalı şəxsin digər Tərəf ölkədə yaşayan ailə üzvlərinin Sazişin 12-ci maddəsi ilə müəyyən edilən tibbi yardımlardan istifadə etmələri üçün, onun işlədiyi ölkənin Səlahiyyətli İdarəsi bu məqsədlə hazırladığı müvafiq sənədi digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərir.
Yardımların qanuniliyi, işçinin ailə üzvlərinin müəyyənləşdirilməsi və yardımların ödənmə müddəti sığortalının işlədiyi ölkənin qanunvericiliyinə, yardımların əhatə dairəsi və yerinə yetirilməsi isə ailə üzvlərinin yaşadıqları ölkənin qanunvericiliyinə görə təyin edilir.
Yardımdan istifadə hüququnun başa çatmasına 30 gün qalmış Səlahiyyətli İdarə bunu sənədləşdirərək şəxsin yaşadığı ölkənin Səlahiyyətli İdarəsinə bildirir. Bu halda yardımlardan istifadə hüququ Səlahiyyətli Xxxxx tərəfindən hazırlanan sənədin rabitə müəssisəsinə təqdim edildiyi tarixdən etibarən 30 gün sonra xxxx xxxxx.
Sığortalı şəxs və onun ailə üzvləri, ailə üzvlərinin tibbi yardımlardan istifadə hüquqlarına təsir edən hər cür dəyişikliyi, xüsusilə sığortalı şəxsin işdən çıxdığını və yaxud iş yerini dəyişdirdiyi və ya ailə üzvünün daimi və ya müvəqqəti yaşayış yerini dəyişdirdiyini Səlahiyyətli İdarəyə və ailə üzvlərinin yaşadıqları yerin Səlahiyyətli İdarəsinə bildirməlidirlər.
Yardımlardan qeyri-qanuni istifadə etmiş şəxs haqqında tədbir görmək istəyən Səlahiyyətli İdarəyə daimi yaşadıqları yerin Səlahiyyətli İdarəsi zəruri kömək göstərir.
Göstəriləcək yardımlara aid Tərəf ölkənin qanunvericiliyi ilə müəyyən olunmuş qaimələr, birgə hazırlanmış formalara işlənərək hər 6 aydan bir digər Tərəfin Səlahiyyətli İdarəsinə göndərilir. Bu idarə faktiki ödənilmiş yardımın tam məbləğini qeyd olunan sənədləri aldığı gündən etibarən 3 ay müddətində ödəməlidir.
M a d d ə 9
Sazişin 13-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan aylıq yardım alanlara və ya gəlir təyin edilmiş şəxslərə və onların ailə üzvlərinə Səlahiyyətli İdarə hesabına tibbi yardımlar ödənilə bilməsi üçün aylıq yardımı və ya gəliri ödəyən idarə şəxsin yaşadığı yerin Səlahiyyətli İdarəsinə müvafiq sənəd göndərir.
Yardımları almaq hüququna malik olub-olmadığının müəyyənləşdirilməsi, yardımların müddəti və ailə üzvlərinin tərkibi sığortalının işlədiyi ölkənin qanunlarına əsasən, yardımların həcmi və verilmə qaydası isə aylıq və ya gəliri xxxx şəxslərin yaşadıqları ölkənin qanunlarına əsasən müəyyən edilir.
Yardım hüququ sona çatdıqda yardımı ödəyən Səlahiyyətli İdarə bunu müvafiq sənədlə şəxsin yaşadığı yerin Səlahiyyətli İdarəsinə bildirir. Bu halda yardımdan istifadə hüququ Səlahiyyətli İdarə Tərəfindən hazırlanan sənədlərin rabitə müəssisəsinə təqdim edildiyi tarixdən etibarən 30 gündən sonra və ya ölüm tarixində xxxx xxxxx.
Sazişin 13-cü maddəsinin 3-cü bəndinin tətbiqində müvəqqəti yaşayış müddəti 45 gün olaraq qəbul edilir. Aylıq yardım və gəlir xxxx şəxs tibbi yardımlardan istifadə etmək hüququna təsir edən hər cür dəyişiklik,
xüsusilə aylıq yardım və gəlirin kəsilməsi və dayandırılması, özünün və ya ailə üzvlərinin yaşayış yerlərini dəyişdirmələri haqqında müvafiq məlumatı olduğu ölkənin Səlahiyyətli İdarəsinə verməlidir.
Sazişin 13-cü maddəsinə əsasən göstərilən tibbi yardımlara aid Tərəf ölkəsinin qanunvericiliyi ilə ödəniş aparmaq üçün müəyyən olunmuş qaimələr bununla əlaqəli hazırlanmış formalara işlənərək hər 6 aydan bir digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərilir. Bu idarə faktiki ödənilmiş yardımın tam məbləğini qeyd olunan sənədləri aldığı tarixdən etibarən 3 ay müddətində ödəməlidir.
M a d d ə 1 0
Sazişin 14-cü maddəsinin 1-ci bəndində göstərilən yardımlar aşağıdakılardır:
1. Protezlər, ortopedik cihazlar və ortopedik korset dəstləri;
2. Ortopedik ayaqqabılar və qeyri-ortopedik yardımçı ayaqqabılar;
3. Çənə və üz plastikləri, pariklər;
4. 1 və 3-cü bəndlərdə göstərilən məmulatların yerlərinə montaj edilmələri üçün xxxxx xxxx qəliblər;
5. Süni gözlər, kontakt linzalar, böyüdücü və optik eynəklər;
6. Eşitmə cihazları, xüsusi akustik və fonetik vasitələr;
7. Diş protezi və damaq protezi;
8. Xəstə arabaları, təkərli oturacaqlar və bunlarla əlaqədar digər vasitələr;
9. Tibbi ləvazimatların yenisi ilə əvəz olunması;
10. Xəstəlik üçün zəruri xxxx müalicə kursları;
11. Müalicə ocağında, sanatoriya və ya təmiz hava müalicəsi yerlərində və müalicə-profilaktika müəssisəsində həyata keçirilən müalicələr;
12. İş qabiliyyətinin bərpası və peşə vərdişlərinə yenidən yiyələnmək üçün tədbirlər;
13. Stomatoloji və çənə cərrahiyyəsi də daxil olmaqla xidmətin icrası və ya müalicə üçün görüləcək əməliyyatlar;
14. 300 ABŞ dollarına ekvivalent xxxx Azərbaycan manatından və Türk lirəsindən xxx vəsaitə başa gələn ümumi müalicə vasitələri və bənzərləri.
Bu kimi yardımlar, Sazişin 14-cü maddəsində də göstərildiyi kimi, təcili hallar istisna olmaqla, müvafiq Səlahiyyətli İdarənin razılığı alınmadan təmin edildikdə xərclənən vəsait həmin İdarə Tərəfindən ödənilmir.
Göstəriləcək yardım xərclərinə aid qəbzlərin nümunəsi birgə hazırlanacaq formalara işlənərək hər 6 aydan bir digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərilir. Bu İdarə faktiki ödənilmiş yardımın tam məbləğini qeyd olunan sənədləri aldığı gündən etibarən 3 ay müddətində ödəməlidir.
M a d d ə 1 1
1) Sazişin 16-cı maddəsində nəzərdə tutulan yardımlardan istifadə etmək üçün işçi, yaxud işçi vəfat etdikdə buna hüququ xxxx şəxslər yaşadıqları yerin Səlahiyyətli İdarəsinə bu ölkənin qanunvericiliyinin nəzərdə tutduğu qaydada müraciət edirlər.
2) Üçüncü ölkədə yaşayan işçi və ya vəfat etmiş işçinin hüquqi varisi xxxx şəxs ərizəsini işçinin son dəfə sığortalı olduğu Tərəf ölkəsinin Səlahiyyətli İdarəsinə göndərir.
3) Ərizəçi imkan daxilində öz ərizəsində işçinin sığortalı olduğu iki ölkənin İdarəsini, yaxud idarələrini və işçinin işlədiyi işəgötürən və ya işəgötürənləri göstərməlidir.
M a d d ə 1 2
Yuxarıdakı maddənin müddəalarına istinadən edilən müraciət, müraciətin edildiyi Səlahiyyətli İdarə Tərəfindən icra olunur. Bu İdarə aşağıda "Əməliyyatı həyata keçirən İdarə" adlandırılacaqdır.
M a d d ə 1 3
1) Əməliyyatı həyata keçirən Xxxxx Xxxxxxx 16-cı maddəsində nəzərdə tutulan yardım tələbləri ilə əlaqədar olaraq verilən ərizələrin icrası üçün aidiyyəti şəxsin şəxsiyyəti və ailə vəziyyəti haqqında məlumatlarla birlikdə sığortalının tabe olduğu qanunvericiliyə əsasən keçmiş sığortalılıq müddətlərini əhatə edən formalardan istifadə edir.
2) İstifadə edilən formalardakı məlumatları əməliyyatı həyata keçirən İdarə təsdiq etmişsə, həkim arayışından başqa sənəd tələb edilmir.
Həmin formaların digər ölkədəki Səlahiyyətli İdarəyə göndərilməsi təsdiqedici sənədlərin göndərilməsinə bərabər tutulur.
M a d d ə 1 4
1) Əməliyyatı həyata keçirən Xxxxx nəzərdə tutulan formalara sığortalının tabe olduğu qanunvericiliyə görə keçmiş sığortalılıq müddətlərini yazır və formaların iki nüsxəsini digər ölkədəki Səlahiyyətli İdarəyə göndərir.
2) Bu Səlahiyyətli İdarə, formaları sığortalı şəxsin öz qanunvericiliyinə əsasən keçmiş sığorta müddətlərinə aid məlumatlarla tamamlayır və bir nüsxəsini əməliyyatı həyata keçirən İdarəyə qaytarır.
Bundan başqa, qeyd edilən İdarə Tərəfindən formalara aşağıdakı məlumatlar da daxil edilir:
Xxxxxxx XXX bölməsinin 2-ci hissəsinin müddəaları nəzərə alınmaqla öz qanunvericiliyinə görə hesablanan yardımın miqdarı;
Sazişin 16-cı maddəsinin müddəaları tətbiq edilmədən yardım almaq hüququ meydana gəlmişsə, ərizəçinin yalnız İdarənin tətbiq etdiyi qanunvericiliyə görə tamamladığı sığortalılıq müddətləri üçün ödəniləcək yardımın miqdarı.
M a d d ə 1 5
Sazişin 18-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə istinadən hesablanan yardımlar:
Bir Tərəf ölkənin Səlahiyyətli İdarəsi Tərəfindən, digər Tərəf ölkəsində və ya üçüncü bir ölkədə yaşayan əlaqədar şəxslərə və ya bu yardıma bilavasitə hüququ olanlara Səlahiyyətli İdarə tərəfindən və bu idarənin tətbiq etdiyi qanunvericilikdə nəzərdə tutulan müddətdə beynəlxalq poçt və ya bank vasitəsilə ödənilir.
Poçt və bank xərcləri əlaqədar şəxslərin aylıq yardımlarından tutulur.
M a d d ə 1 6
1) Sazişin 19-cu maddəsinin 2-ci bəndi tətbiq edildikdə sığortalı şəxs əmək xəsarəti və ya peşə xəstəlikləri ilə əlaqədar olaraq tibbi yardımlardan istifadə hüquqlarının yeni yaşayış yerlərinin olduğu ölkədə də qüvvədə qalması üçün işçinin qeydiyyatda olduğu Səlahiyyətli İdarə Tərəfindən hazırlanan və yaşayış yerini dəyişdikdən
sonra yardımlardan istifadə hüququnun saxlanılmasına icazə verildiyini göstərən sənədi yeni yaşayış yerindəki Səlahiyyətli İdarəyə təqdim etməlidir.
2) Bu sənədin hazır olmadığı halda, işçinin qeydiyyatda olduğu İdarə bu sənədi işçinin və ya yeni yaşayış yerindəki idarənin müraciəti əsasında hazırlayır.
3) Sığortalı şəxsə göstəriləcək tibbi yardım məbləği faktiki məbləğlərə əsasən, birgə hazırlanacaq formalara işlənilərək hər 6 aydan bir digər Tərəf ölkəsinin Səlahiyyətli İdarəsinə göndərilir. Bu İdarə faktiki hesablanmış yardımın tam məbləğini qeyd olunan sənədləri aldığı gündən etibarən 3 ay müddətində təsdiq edərək ödəməlidir.
M a d d ə 1 7
1) Sazişin 20, 21, 22-ci maddələrində nəzərdə tutulan hallarda, əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olaraq yardım tələb edən işçi və ya ölümlə nəticələnən əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olaraq işçinin hüquqi varisi kimi yardım təyin edilməsini tələb edən şəxs, əmək xəsarəti və ya peşə xəstəliyi hansı ölkədə baş vermişsə və hansı ölkənin qanunvericiliyinə uyğun müəyyən edilmişsə, ərizəni həmin ölkənin Səlahiyyətli İdarəsinə birbaşa, yaxud yaşadığı Tərəf ölkəsindəki Səlahiyyətli İdarənin vasitəçiliyi ilə göndərir.
2) Səlahiyyətli İdarə yardım tələbinə aid əməliyyatları həyata keçirərkən, əmək xəsarəti və ya peşə xəstəliyi xxxx şəxsin və ya şəxs vəfat etdikdə varisinin hüquqlarını özünün tətbiq etdiyi qanunvericiliyin müddəalarına görə müəyyən edərək yardımın miqdarını təyin edir.
3) Sazişin 22-ci maddəsinin 2-ci bəndinə görə, işçi digər Tərəf ölkədə peşə xəstəliyinin pisləşməsinə səbəb xxxx eyni və ya oxşar bir işdə işlədiyi halda, həmin ölkənin Səlahiyyətli İdarəsi sığortalıya əlavə olaraq ödəyəcəyi yardımı birbaşa əlaqədar şəxsə ödəyərək digər ölkənin Səlahiyyətli İdarəsinə bu barədə məlumat verir.
M a d d ə 1 8
Tərəf ölkələrin qanunvericiliyinə görə ailə yardımlarından istifadə hüququnun yaranması sığortalılıq müddətinə bağlıdırsa, hər iki ölkədə keçən sığortalılıq müddətləri eyni vaxta təsadüf etməmək şərtilə birləşdirilir.
M a d d ə 1 9
İşsizliyə görə yardımın müəyyən edilməsində digər Tərəf ölkədə keçən sığortalılıq müddətlərinə ehtiyac olduğu halda, hər iki ölkədə keçən sığortalılıq müddətləri eyni vaxta təsadüf etməmək şərtilə birləşdirilir.
I V b ö x x ə
TİBBİ EKSPERTİZA
M a d d ə 2 0
1) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yardım xxxx və Türkiyədə yaşayan şəxslərin tibbi-sosial ekspertizası, yardımı təyin edən Səlahiyyətli İdarənin tələbinə əsasən Türkiyə Respublikasının Sosial Sığortalar Təşkilatının vasitəsilə həyata keçirilir.
2) Türkiyə Respublikasının qanunvericiliyinə görə yardım alıb Azərbaycanda yaşayan şəxslərlə bağlı tibbi- sosial ekspertizalar, Səlahiyyətli İdarənin tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyaları vasitəsilə həyata keçirilir.
3) Xxxxx Səlahiyyətli İdarə yardım göstərəcəyi hər bir şəxsin İdarənin seçəcəyi həkim Tərəfindən müayinə edilməsi və onun sağlamlığı ilə əlaqədar olaraq iş qabiliyyətinin qorunması, bərpası və artırılması üçün tədbir görmək hüququnu özündə saxlayır.
M a d d ə 2 1
Tərəflərin Səlahiyyətli İdarələri, əlillik dərəcəsinin təyin edilməsində digər Tərəfin Səlahiyyətli İdarələri Tərəfindən əldə edilən tibbi müşahidələri və digər məlumatları nəzərə alırlar. Səlahiyyətli Xxxxx əlaqədar şəxsin İdarənin seçəcəyi həkimə müayinə etdirilməsi hüququnu özündə saxlayır.
M a d d ə 2 2
Digər Tərəf ölkənin sığorta idarələrinin tələbinə uyğun olaraq, daimi və müvəqqəti yaşayış yerindəki Səlahiyyətli İdarə Tərəfindən həyata keçirilən tibbi-sosial ekspertizanın aparılması ilə bağlı xərclər, ekspertizanı həyata keçirən Səlahiyyətli İdarə Tərəfindən ödənilir.
V b ö x x ə
DİGƏR MÜDDƏALAR
M a d d ə 2 3
Sazişin müddəalarına əsasən sığortalı şəxs və ya hüququ olanlar aylıq yardım və gəlir təyin edilməsi ilə bağlı yaşadığı Tərəf ölkəsindəki Səlahiyyətli İdarəyə müraciət edir. Bu müraciət digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə də edilmiş hesab olunur.
Həmin Xxxxx müraciətlə əlaqədar sənədləri və digər məlumatları vaxt ötürmədən digər Tərəfin Səlahiyyətli İdarəsinə göndərir.
Müraciəti xxxx İdarə ən qısa müddətdə ölkəsində həyata keçirilən xidmətlərlə bağlı məlumatları tələb olunduğu halda müvafiq şəkildə ilk İdarəyə bildirir. Hər iki Tərəf ölkənin Səlahiyyətli İdarələri tələblə əlaqədar qəbul etdikləri qərarları qarşılıqlı olaraq bir-birinə bildirirlər.
M a d d ə 2 4
Sosial Müdafiə Sazişinin 30-cu maddəsinə əsasən edilən etirazlar aidiyyəti İdarə ilə yanaşı, şəxsin yaşadığı Tərəf ölkənin Səlahiyyətli İdarəsinə də bildirilə bilər.
Həmin Xxxxx etiraz ərizəsini mövcud xxxx digər əlavələrlə birlikdə dərhal digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərir.
M a d d ə 2 5
Sazişin 32-ci maddəsi tətbiq edildikdə, bir Tərəfin Səlahiyyətli İdarəsi digər Tərəfin Səlahiyyətli İdarəsindən tibbi yardım xərclərinin ödənilməsini tələb etdikdə, ödənəcək məbləği, şəxsə tibbi yardımın göstərildiyi tarixdəki kursa uyğun ABŞ dolları ilə hesablayıb bildirir.
Bildirişi xxxx Xxxxx ölkənin Səlahiyyətli İdarəsi bütün xərcləri 3 ay ərzində ABŞ dolları ilə ödəyir.
M a d d ə 2 6
Bu Müqavilədə göstərilən analığa görə və protez yardımları istisna olmaqla, digər tibbi yardımlarla bağlı müddəalar, Məcburi tibbi sığorta haqqında Azərbaycan Respublikası qanunvericiliyi qüvvəyə mindikdən sonra tətbiq edilir.
M a d d ə 2 7
Bu Prosedur Müqavilə Sazişlə eyni tarixdə qüvvəyə minir və Saziş qüvvədə olduğu müddətdə qüvvədə qalacaqdır.
Bu Prosedur Müqavilə Bakı şəhərində 2004-cü il 6 may tarixində iki əsl nüsxədə, Azərbaycan və türk dillərində imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Türkiyə Respublikasının səlahiyyətli orqanları səlahiyyətli orqanları adından adından
Xxx XXXXXXX Xxxxx XXXXXXXXXXX
Əmək və əhalinin sosial Əmək və sosial
müdafiəsi xxxxxx müdafiə xxxxxx
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU
Azərbaycan Respublikasın ın Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" 2002-ci il mayın 3-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2002-ci il
№ 369-IIQ
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi
əməkdaşlıq haqqında MÜQAVİLƏ
Azərbaycan Respublikası və Türkiyə Respublikası (bundan sonra «Razılığa gələn Tərəflər» adlandırılacaq), dostluq əlaqələrinin daha da təşviq etdirilməsini və milli suverenlik, hüquq bərabərliyi və Razılığa gələn
Tərəflərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardımı asanlaşdırmağı arzu edərək,
mülki və ticarət işlərində qarşılıqlı yardım haqqında Müqavilə bağlanmasını qərara alaraq, aşağıdakılar barədə razılığa gəldilər:
BİRİNCİ BÖLMƏ ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1
Bu Müqavilənin məqsədi Razılığa gələn bir Tərəfin vətəndaşlarının Razılığa gələn digər Tərəfin ədliyyə idarələri qarşısında mülki və ticarət işlərində hüquqi müdafiəsini təmin etmək, Razılığa gələn hər iki Tərəfin ədliyyə idarələri tərəfindən mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardım göstərmək üçün əməkdaşlığı və mülki və ticarət işlərinə dair məhkəmə qərarlarının tanınması və icra edilməsini tənzimləməkdir.
M a d d ə 2
1. Razılığa gələn bir Tərəfin vətəndaşları Razılığa gələn digər Tərəfin ədliyyə idarələrində baxılan mülki və ticarət işlərində Razılığa gələn həmin Tərəfin vətəndaşları ilə eyni şərtlərlə hüquqi müdafiəyə malikdirlər.
2. Razılığa gələn bir Tərəfin vətəndaşları mülki və ticarət işlərində Razılığa gələn digər Tərəfin ədliyyə idarələrinə Razılığa gələn həmin Tərəfin vətəndaşları ilə eyni şərtlərlə sərbəst iddia qaldırmaq hüququna malikdirlər.
3. Razılığa gələn Tərəflərdən birinin ərazisində iqamətgahı yerləşən və həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq təsis edilmiş hüquqi şəxslərə də bu Müqavilənin müddəaları şamil edilir.
M a d d ə 3
1. Bu Müqavilədə başqa hallar nəzərdə tutulmadıqda, Razılığa gələn Tərəflərin ədliyyə idarələri Razılığa gələn Tərəflərin təyin etdikləri mərkəzi orqanlar vasitəsi ilə əlaqə yaradacaqlar. Azərbaycan Respublikası tərəfindən Mərkəzi Orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyidir. Türkiyə Respublikası tərəfindən Mərkəzi Orqan Türkiyə Respublikasının Ədliyyə Nazirliyidir.
2. Bu Müqavilənin müddəaları diplomatik və ya konsulluq kanalları ilə əlaqə yaradılmasına maneçilik törətmir.
M a d d ə 4
1. Mərkəzi orqanlar bir-biri ilə sorğu edilən Razılığa gələn Tərəfin dilində və ya ingilis dilində əlaqə yaradırlar.
2. Hüquqi yardım haqqında sorğular və əlavə sənədlər sorğu edən Razılığa gələn Tərəfin dilində hazırlanır və onlara sorğu edilən Razılığa gələn Tərəfin dilində təsdiq edilmiş tərcümələr əlavə edilir.
3. Hüquqi yardımın yerinə yetirilməsi nəticəsində əldə edilmiş sənədlər sorğu edilən Razılığa gələn Tərəfin dilində hazırlanır.
M a d d ə 5
Razılığa gələn Tərəflərin ədliyyə nazirlikləri sorğu əsasında bu Müqavilənin predmetini təşkil edən hüquqi məsələlərlə əlaqədar olaraq ölkələrinin qanunvericiliyi və tətbiq edilən qanunlar barədə bir-birinə məlumat verirlər.
İKİNCİ BÖLMƏ
I h i s s ə
MÜLKİ VƏ TİCARƏT İŞLƏRİ ÜZRƏ HÜQUQİ YARDIM
M a d d ə 6
Razılığa gələn Tərəflərin ədliyyə idarələri mülki və ticarət işlərində, xüsusilə sənədlərin göndərilməsində, Tərəflərin və şahidlərin dindirilməsində, ekspert rəylərinin alınmasında və digər məhkəmə sənədlərinin yerinə yetirilməsində Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun olaraq bir-birinə yardım göstərirlər.
M a d d ə 7
1. Hüquqi yardım haqqında sorğu aşağıdakıları əhatə edir:
a. sorğu edən və sorğu edilən ədliyyə idarələrinin adı;
b. hüquqi yardıma ehtiyac yaradan məhkəmə işinin mahiyyəti;
x. xxxxxxx işi ilə əlaqədar xxxx tərəflərin adları və ünvanları; hüquqi şəxslərə gəldikdə isə onların adları və olduqları yer və mövcud olduqda, onların nümayəndələrinin adları və ünvanları;
d. əgər sorğu sənədlərin təqdim edilməsi ilə əlaqədardırsa, həmin şəxsin tam ünvanı və təqdim ediləcək sənədlər;
e. ifadələri alınacaq şəxslərin adları və ünvanları və əgər məlumdursa, onların doğum tarixləri, vətəndaşlıqları və peşələri;
f. ifadələri alınacaq şəxslərə veriləcək suallar;
g. əldə ediləcək dəlilin mahiyyəti və ya yerinə yetiriləcək digər məhkəmə sənədləri;
h. sorğunun yerinə yetirilməsi üçün zəruri xxxx digər məlumatlar.
2. Hüquqi yardım haqqında sorğu bu sorğunu edən Razılığa gələn Tərəfin səlahiyyətli idarəsi tərəfindən imzalanır və rəsmi möhürlə möhürlənir. Sorğuya əlavə olunan sənədlər sorğu edən Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq təsdiq edilir.
M a d d ə 8
1. Sorğu edilən ədliyyə idarələri sorğunu icra etmək üçün öz dövlətinin qanunvericiliyinin müddəalarını tətbiq edir. Bununla yanaşı, sorğu edən ədliyyə idarəsi xüsusi bir üsul və ya prosedura əsasən fəaliyyət göstərməsini arzu etdikdə, sorğu edilən Razılığa gələn Tərəfin qanunvericiliyinə zidd olmamaq şərti ilə bu üsul və ya prosedur tətbiq edilə bilər.
2. Maraqlı tərəflərin və əgər mövcuddursa, onların nümayəndələrinin iştirak edə bilmələri üçün sorğu edən ədliyyə idarəsinə onun xahişi ilə prosessual hərəkətlərin həyata keçiriləcəyi tarix və yer haqqında məlumat verilir.
3. Sorğu edilən ədliyyə idarəsi sorğunun yerinə yetirildiyini təsdiq edən sənədləri sorğu edən ədliyyə idarəsinə göndərir və ya sorğunun yerinə yetirilmədiyi hallarda bu barədə, səbəbləri göstərilməklə, həmin ədliyyə idarəsinə məlumat verir.
4. Sorğu edilən Razılığa gələn Tərəf hüquqi yardım haqqında sorğuların yerinə yetirilməsi üçün öz ölkəsində çəkilən bütün xərcləri öz üzərinə götürür və bu xərclərin ödənilməsini tələb etmir.
M a d d ə 9
Hüquqi yardım haqqında sorğunun yerinə yetirilməsinin sorğu edilən Razılığa gələn Tərəfin suverenliyinə, təhlükəsizliyinə və ictimai quruluşuna zərər verə biləcəyi xxxxx edilərsə, belə bir sorğunun yerinə yetirilməsindən imtina edilə bilər.
M a d d ə 1 0
1. Sorğu edən Razılığa gələn Tərəfin ədliyyə idarəsinə çağırılan xxxxx və ya ekspert, vətəndaşlığından asılı olmayaraq, Razılığa gələn Tərəfin ölkəsində bura gəlməsindən əvvəl törətdiyi cinayətə və ya başqa bir əmələ görə məsuliyyətə cəlb oluna, həbs edilə və ya şəxsi azadlığı hər hansı bir şəkildə məhdudlaşdırıla bilməz. Xxxxx və ya ekspert xxxxx ifadəsinə və ya ekspert rəyinə görə məsuliyyətə cəlb oluna, həbsə alına və ya onun barəsində hökm icra oluna bilməz.
2. Bu maddənin 1-ci bəndində göstərilən immunitet şahidə və ya ekspertə onların iştirakının zəruri olmaması barədə ədliyyə idarələri tərəfindən bildirildiyi tarixdən yeddi (ardıcıl) gün sonra xxxxx və ya ekspertin getmək imkanı olduğu halda onlar bu ərazidə qaldıqda yaxud onu tərk edib getdikdən sonra könüllü xxxx qayıtdıqda öz qüvvəsini itirir.
3. Xxxxx və ya ekspertin çağırış vərəqəsində sorğu edən Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq yol, yaşayış, gündəlik xərcləri və ekspert haqqının ödənilməsi şərtləri barədə məlumat əks olunur. Belə şəxsin müraciəti əsasında sorğu edən ədliyyə idarəsi tərəfindən yol, yaşayış, gündəlik xərcləri üçün xxxxx ödənilir.
I I h i s s ə
SƏNƏDLƏR
M a d d ə 1 1
Razılığa gələn Tərəflərdən birinin ədliyyə idarəsinin sorğusuna əsasən Razılığa gələn digər Tərəf sorğu edən Razılığa gələn Tərəfin vətəndaşlarının şəxsi, ailə və iqtisadi vəziyyətini əks etdirən sənədlərin surətlərini tərcüməsiz və pulsuz göndərir.
M a d d ə 1 2
1. Razılığa gələn Tərəflərdən birinin ölkəsində tərtib olunmuş və rəsmi təsdiq edilmiş sənədlər Razılığa gələn digər Tərəfin ədliyyə idarələrində leqallaşmadan azad edilir.
2. Razılığa gələn Tərəflərdən birinin rəsmi idarələri tərəfindən tərtib olunmuş sənədlər Razılığa gələn digər Tərəfin ərazisində rəsmi sənədlərlə eyni qüvvəyə malikdir.
III hissə
Məhkəmə xərcləri və təminatdan xxxx xxxx (Judicatum solvi)
M a d d ə 1 3
Razılığa gələn Tərəflərdən birinin vətəndaşlarından Razılığa gələn digər Tərəfin ədliyyə idarələrində baxılan işlər üçün yalnız xarici vətəndaş olduqlarına və ya Razılığa gələn Tərəfin ölkəsində yaşamadıqlarına görə təminat pulunun (Judicatum solvi) ödənilməsi tələb edilməyəcək.
M a d d ə 1 4
Razılığa gələn Tərəflərdən birinin vətəndaşları Razılığa gələn digər Tərəfin ərazisində məhkəmə xərcləri, ekspert haqqı və şahidlərə və vəkillərə ödəmələr, sənədləri təqdim etmə xərcləri və digər məhkəmə xərcləri məsələlərində həmin Tərəfin vətəndaşları ilə eyni şərtlər əsasında hüquqi yardımdan istifadə etmək hüququna malikdirlər.
M a d d ə 1 5
Bu Müqavilənin 14-cü maddəsi əsasında hüquqi yardım müraciət edənin iqtisadi, ailə və şəxsi vəziyyətini əks etdirən sənədlər əsasında təmin edilir. Sənədlər müraciət edənin yaşadığı Razılığa gələn Tərəfin qanunvericiliyinə
və ya müraciət edən şəxs Razılığa gələn hər iki Tərəfin ölkəsində yaşamırsa, vətəndaşı olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq tərtib edilir.
M a d d ə 1 6
Razılığa gələn bir Tərəfin ədliyyə idarəsi Razılığa gələn digər Tərəfin ərazisində yaşayan şəxsə hər hansı hərəkətlərin yerinə yetirilməsi üçün son müddət müəyyən etdiyi təqdirdə, bu müddət həmin şəxsə sənədlərin təqdim edildiyi tarixdən etibarən hesablanır.
ÜÇÜNCÜ BÖLMƏ
MÜLKİ VƏ TİCARƏT İŞLƏRİ ÜZRƏ QƏRARLARIN TANINMASI VƏ İCRASI
M a d d ə 1 7
1. Razılığa gələn Tərəflərdən hər biri Razılığa gələn digər Tərəfin ərazisində çıxarılmış aşağıdakı qərarları bu Müqavilənin müddəalarına uyğun olaraq öz ərazisində tanıyır və icra edir:
x. xxxxx və ticarət işləri üzrə məhkəmə qərarlarını;
b. mülki işlər üzrə hər hansı bir məhkəmə tərəfindən təsdiq olunan barışıq müqavilələrini;
c. cinayət işləri üzrə ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarlarını.
2. Bu Müqavilə qüvvəyə mindikdən sonra çıxarılan qərarlar bu Müqaviləyə əsasən tanınır və icra edilir.
3. Bu Müqavilə qüvvəyə minənədək çıxarılmış qərarlar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında 1992-ci il 2 noyabr tarixli Müqaviləyə əsasən tanınır və icra edilir.
M a d d ə 1 8
Bu Müqavilənin 17-ci maddəsində nəzərdə tutulan məhkəmə qərarları aşağıdakı şərtlərlə tanınır və icra edilir:
a) məhkəmə qərarı onu çıxaran Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq qəti və icra ediləcək qərarlar olmalıdır;
b) məhkəmə qərarı çıxarılan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq cavabdehə lazımi qaydada məhkəmə qarşısında çıxış etmək barədə bildirilmişdir və onun iddia vermək və özünü müdafiə etmək imkanı olmadığı halda, təmsil olunmaq imkanı təmin edilmişdir;
c) bu, eyni tərəflər arasında eyni əsaslar və eyni predmeti xxxx:
i) tanınma və icranın həyata keçirildiyi Razılığa gələn Tərəfin məhkəməsində birinci qaldırılan və həllini gözləyən;
ii) tanınma və icranın həyata keçirildiyi Razılığa gələn Tərəfin məhkəməsi tərəfindən son qərar çıxarılması ilə nəticələnən işlər olmamalıdır;
d) məhkəmə qərarının tanınması və icrasının həyata keçirildiyi Razılığa gələn Tərəfin məhkəmələrinin müstəsna səlahiyyətlərinə daxil olmayan predmet barədə çıxarılmalıdır;
e) məhkəmə qərarının tanınması və icra olunması tanınma və icranın həyata keçirildiyi Razılığa gələn Tərəfin ictimai quruluşuna zidd olmamalıdır.
M a d d ə 1 9 Sorğuya aşağıdakı sənədlər əlavə edilməlidir:
a) qəti və icra qüvvəsinə malik olduğu barədə təsdiqi əks etdirən məhkəmə qərarının tam və müvafiq qaydada
təsdiq edilmiş surəti;
b) əgər məhkəmə qərarı qiyabi çıxarılmışsa, iştirak etməyən tərəfə məhkəmə çağırışının lazımi qaydada verilməsini təsdiq edən sənədin əsli və ya təsdiq edilmiş surəti;
c) ərizənin və bu maddənin (a)-(b) bəndlərində göstərilən sənədlərin məhkəmə qərarının tanınmasının və icrasının həyata keçiriləcəyi Razılığa gələn Tərəfin dilinə və ya ingilis dilinə təsdiq edilmiş tərcüməsi.
M a d d ə 2 0
1. Məhkəmə qərarının tanınması və icrası tanınma və icranın həyata keçirildiyi Razılığa gələn Tərəfin qanunvericiliyi ilə tənzimlənir.
2. Tanınma və icra olunma barədə qərar çıxaran məhkəmə qərarın mahiyyətini yoxlamır. O, yalnız bu Müqavilənin 19 və 20-cı maddələrinin müddəalarını nəzərə alır.
M a d d ə 2 1
Bu Müqavilənin tanınmaya və icraya aid xxxx müddəaları xarici məhkəmənin qərarının icrası nəticəsində əldə edilən pul və əşyalarının xaricə köçürülməsi haqqında Razılığa gələn Tərəflərin qanunvericiliklərinin müddəalarına xələl gətirməyəcək.
DÖRDÜNCÜ BÖLMƏ YEKUN MÜDDƏALAR
M a d d ə 2 2
Bu Müqavilə Razılığa gələn Tərəflərin iştirakçısı olduqları və ya olacaqları və bu Müqavilənin tənzimlədiyi müddəaları əhatə edən beynəlxalq sənədlərə xələl gətirmir.
M a d d ə 2 3
Bu Müqavilənin tətbiq edilməsi ilə bağlı Razılığa gələn Tərəflər arasında ortaya çıxa biləcək bütün çətinliklər diplomatik kanallar vasitəsi ilə həll ediləcəkdir.
M a d d ə 2 4
1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Müqavilə təsdiqnamələrin mübadiləsindən 30 gün sonra qüvvəyə minir.
3. Bu Müqavilə qeyri-müəyyən müddətdə qüvvədədir. Razılığa gələn hər bir Tərəf onu yazılı şəkildə denonsasiya edə bilər. Bu halda Müqavilə Razılığa gələn digər Tərəf denonsasiya haqqında bildirişi aldığı tarixdən 12 ay ərzində qüvvədə qalacaqdır.
4. Müqavilə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında 1992-ci il 2 noyabr tarixli Müqavilə qüvvəsini itirir.
Bakı şəhərində, 2002-ci il mayın 3-də hər bir Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirdə arasında fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikası adından Xxxxxx Xxxxxxxx Ədliyyə Xxxxxx | Türkiyə Respublikası adından Hikmət Xxxx Xxxx Ədliyyə Xxxxxx |
2002-ci il mayın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə"nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2002-ci il mayın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
Xxxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2002-ci il
№ 1027
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında
MÜQAVİLƏ
Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti, uzun illər mövcud xxxx dostluq əlaqələri çərçivəsində 10 iyun 1996-cı il tarixli Hərbi sahədə təlim, texniki və xxxx əməkdaşlıq haqqında Sazişə və 11 avqust 1992-ci il tarixli Hərbi təlim sahəsində əməkdaşlıq haqqında Müqaviləyə əsaslanaraq, hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yenidən qurulması işinə yardım etmək məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə 3.786.140.000.000 (üç trilyon yeddi yüz səksən altı xxxxxxx yüz qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində təmənnasız yardım edəcəkdir.
Təmənnasız yardım 2002-ci ildən etibarən istifadə olunmağa başlanacaqdır.
M a d d ə 2
Təmənnasız yardımın 3.466.100.000.000 (üç trilyon dörd yüz altmış altı xxxxxxx yüz milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində xxxx hissəsi avadanlıq və xidmət yardımı şəklində, 320.040.000.000 (üç yüz iyirmi xxxxxxx qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində xxxx hissəsi isə maliyyə yardımı şəklində Türkiyə Respublikasının bu xüsusdakı mövcud qaydalarına müvafiq olaraq ediləcəkdir.
M a d d ə 3
3.786.140.000.000 (üç trilyon yeddi yüz səksən altı xxxxxxx yüz qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğindəki təmənnasız yardım, hər iki ölkənin səlahiyyətli şəxsləri tərəfindən bu Müqaviləyə əlavə olaraq ayrıca hazırlanıb imzalanacaq Tətbiq Protokolu əsasında həyata keçiriləcəkdir.
M a d d ə 4
Azərbaycan Respublikası Türkiyə Respublikasının əvvəlcədən razılığı olmadan mal və xidmətləri və yaxud onlardan istifadə hüququnu başqa bir ölkəyə və ya üçüncü tərəfə verməyəcəyi barədə razılaşmışdır.
M a d d ə 5
Bu Müqavilə Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Nazirlər Şurası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək və Tətbiq Protokolu ilə müəyyən ediləcək mal və xidmətlərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təhvil alınmasına qədər qüvvədə qalacaqdır.
Təmənnasız hərbi yardım haqqında Müqavilə Azərbaycan Respublikası adından Müdafiə Nazirliyi tərəfindən, Türkiyə Respublikası adından isə Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən həyata keçiriləcəkdir.
Bu Müqavilənin həyata keçirilməsində meydana gələ bilən bütün anlaşılmazlıqlar bilavasitə danışıqlar yolu ilə həll ediləcəkdir.
Bu Müqavilə Azərbaycan, türk və ingilis dillərində iki nüsxədə hazırlanmışdır, hər hansı bir anlaşılmazlıq yarandığı təqdirdə ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Bu Müqavilə 2002-ci il mayın 14-də Bakı şəhərində (Azərbaycan Respublikası) imzalanmışdır.
Azərbaycan Respublikası Hökuməti adından polkovnik Tale MİRZƏYEV Silahlı Qüvvələrin maddi-texniki təminat rəisi - müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edən | Türkiyə Respublikası Hökuməti adından briqada generalı X. Xxxxxxxx XXXXXXX Silahlı Qüvvələrin Baş Qərargahının Müdafiə Planlaşdırması və Mənbələrin İstiqamətləndirilməsi İdarəsinin rəisi |
2001-ci il fevralın 28-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2001-ci il fevralın 28-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında;
2) Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında maliyyə yardımı haqqında Protokol.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Türkiyə Respublikası tərəfini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
XXXXXX XXXXXX
Bakı şəhəri, 8 may 2001-ci il
№ 716
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında
MÜQAVİLƏ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti, uzun illər mövcud xxxx dostluq əlaqələri çərçivəsində hərbi təlim sahəsində əməkdaşlıq haqqında 11 avqust 1992-ci il tarixli Müqaviləyə və hərbi sahədə təlim, texniki və xxxx əməkdaşlıq haqqında 10 iyun 1996-cı il tarixli Sazişə əsaslanaraq, hərbi əməkdaşlığı daha da gücləndirmək və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq işinə yardım etmək məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində təmənnasız yardım edəcəkdir. Təmənnasız yardım 2001-ci ildən etibarən istifadə olunmağa başlanacaqdır.
M a d d ə 2
Təmənnasız yardımın 2.785.000 (iki milyon yeddi yüz səksən beş min) ABŞ dolları məbləğində xxxx hissəsi avadanlıq və xidmət yardımı kimi, 215.000 (iki yüz on beş min) ABŞ dolları məbləğində xxxx hissəsi isə maliyyə yardımı şəklində Türkiyə Respublikasının müəyyən etdiyi qaydada göstəriləcəkdir.
M a d d ə 3
3.000.000 (üç milyon) ABŞ dolları məbləğindəki təmənnasız yardım, hər iki ölkənin səlahiyyətli şəxsləri tərəfindən bu Müqaviləyə əlavə olaraq ayrıca hazırlanıb imzalanacaq İcra Protokolunun müddəalarına görə həyata keçiriləcəkdir.
M a d d ə 4
Azərbaycan Respublikası, Türkiyə Respublikasının əvvəlcədən razılığı olmadan mal və xidmətlərin və yaxud onların istifadə haqqını başqa bir ölkəyə və ya üçüncü tərəfə verməyəcəyi barədə öhdəliyə sadiq qalacaqdır.
M a d d ə 5
Bu Müqavilə Türkiyə Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək və İcra Protokolunda müəyyən ediləcək mal və xidmətlərin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qəbul edilməsinə qədər qüvvədə qalacaqdır.
Təmənnasız hərbi yardım haqqında Müqaviləni Azərbaycan Respublikası tərəfindən Müdafiə Nazirliyi, Türkiyə Respublikası tərəfindən isə Silahlı Qüvvələrin Baş Qərargahı həyata keçirəcəkdir.
Bu Müqavilənin həyata keçirilməsində meydana gələ bilən bütün mübahisələr qarşılıqlı danışıqlar yolu ilə həll ediləcəkdir.
Bu Müqavilə Azərbaycan, türk və ingilis dillərində iki əsl nüsxədə hazırlanmışdır, hər hansı bir ziddiyyət yarandığı təqdirdə ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Bu Müqavilə 28 fevral 2001-ci il tarixdə Bakı şəhərində imzalanmışdır.
Azərbaycan Respublikası Türkiyə Respublikası
Hökuməti tərəfindən Hökuməti tərəfindən
Silahlı Qüvvələrin Maddi-Texniki Türkiyə Respublikası Silahlı Qüvvələrinin Təminat rəisi-Azərbaycan Respublikası Baş Qərargahının Müdafiə Planlaşdırılması
Müdafiə nazirinin maddi-texniki və Mənbələrin İstiqamətləndirilməsi təminat üzrə müavini vəzifəsinin icraçısı İdarəsinin rəisi
polkovnik general-mayor
Xxxxxxx Xxxxxxx Şerafettin Telyazan
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında maliyyə yardımı haqqında
PROTOKOL
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı (bundan sonra "Tərəflər" adlandırılacaq) imzalanmış təmənnasız hərbi yardım haqqında Müqavilə çərçivəsində ayrılacaq maliyyə yardımının istifadə edilməsi məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Məqsəd
Bu Protokolun məqsədi Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə
215.000 (iki yüz on beş min) ABŞ dolları məbləğində göstəriləcək maliyyə yardımının tətbiq edilməsi əsaslarını müəyyən etməkdir.
M a d d ə 2
Əhatə
Maliyyə yardımı aşağıdakı fəaliyyətlərin maliyyə təminatı məqsədi ilə istifadə olunacaqdır:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Tərəfdaşlıq Mərkəzinin təşkil etdiyi kurslarda iştirakı ilə əlaqədar xərclər.
2. Xarici hərbi yardımın planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin yol xərcləri.
3. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri nümayəndələrinin Türkiyə Respublikasına edəcəyi ziyarətlər və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsindəki tədbirlərdə iştirak etmək üçün xərclər.
4. KFOR əməliyyatında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımının gündəlik xərcləri.
5. Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Tərəfdaşlığın Koordinasiyası Qrupunda fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin xərcləri.
6. Digər ehtiyaclarla bağlı xərclər.
M a d d ə 3
Tətbiq etmə əsasları
Maliyyə yardımının tətbiq edilməsi əsasları aşağıdakı kimi müəyyən edilmişdir:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin Türkiyə Respublikasında keçəcəyi kurslarla əlaqədar xərclərin ödənilməsi məqsədi ilə 20.000 (iyirmi min) ABŞ dolları ayrılaraq, istifadə əsasları aşağıdakı kimi olacaqdır:
a. təxsis ediləcək vəsait Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzində kurs keçəcək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təyyarə biletləri, yaşayış, yemək, kurs və digər xərclərlə bağlı məsrəflərinin ödənilməsi üçün istifadə olunacaqdır;
b. kurslara şəxsi heyətin seçilməsi ilə əlaqədar planlaşdırma illik olaraq mövcud üsullara görə icra ediləcək, təxsis edilən vəsait Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələblərini ödəmədiyi təqdirdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən lazımi tədbirlər görüləcəkdir.
2. Xarici hərbi yardımın planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin xərclərinin ödənilməsi məqsədi ilə 5.000 (beş min) ABŞ dolları təxsis edilir və bu vəsait:
a. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin təyyarə biletlərinin alınması;
b. təmənnasız hərbi yardım haqqında Müqavilə ilə əlaqədar görüşlərdə iştirak edəcək və bu Müqaviləni imzalayacaq türk hərbi nümayəndələrinin təyyarə biletlərinin alınması məqsədi ilə istifadə olunacaqdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin Türkiyə Respublikasını ziyarəti, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən tədbirlərdə iştirak etməsi üçün 15.000 (on beş min) ABŞ dolları təxsis olunaraq, vəsaitin istifadə olunması əsasları Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən ediləcəkdir.
4. 135.000 (yüz otuz beş min) ABŞ dolları həcmində məbləğ KFOR əməliyyatında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımının gündəlik xərclərinin ödənilməsi məqsədi ilə təxsis edilmişdir. Gündəlik xərclər aşağıda göstərilən şəkildə müəyyən edilərək hər ayın sonunda ödəniləcəkdir:
a. zabitlər üçün: 24 ABŞ dolları
b. gizirlər üçün: 22 ABŞ dolları
x. xxxxx və əsgərlər üçün 10 ABŞ dolları.
5. 30.000 (otuz min) ABŞ dolları həcmində məbləğ NATO-nun Tərəfdaşlığın Koordinasiya Qrupunda fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin xərcləri üçün təxsis edilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin aşağıda göstərilən xərcləri təxsis edilən mənbədən ödəniləcəkdir:
a. iş otağı və ev kirayəsi;
b. xidmət və təmir xərcləri;
c. telefon və faks xərcləri;
ç. dəftərxana ləvazimatı üçün xərclər.
6. 10.000 (on min) ABŞ dolları həcmində məbləğ bu Protokolun qüvvədə olduğu müddətdə yarana bilən digər ehtiyacların ödənilməsi üçün istifadə olunacaqdır.
7. Türkiyə Respublikası tərəfindən, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşeliyinin müəyyən edəcəyi bank hesab nömrəsinə köçürüləcək nağd maliyyə yardımı vəsaiti, verilən direktivlər çərçivəsində Bakı şəhərindəki Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesinin nəzarəti altında istifadə olunacaqdır.
8. Ehtiyac yarandığı təqdirdə vəsaitlər arasında köçürmələr Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən həyata keçiriləcəkdir.
M a d d ə 4
Düzəlişlər və nəzərdən keçirmə
Tərəflərdən hər biri, zərurət olduğu təqdirdə, yazılı olaraq bu Protokola dəyişikliklər edilməsini və ya onun nəzərdən keçirilməsini təklif edə bilər. Bu halda bildiriş verildiyi tarixdən etibarən ən azı 30 gün ərzində görüşlər keçiriləcəkdir. Sonrakı 45 gün ərzində keçirilən görüşlərdən heç bir nəticə əldə edilməzsə, Tərəflərdən hər biri 30 gün ərzində Protokolun tətbiqini dayandıra biləcəkdir.
M a d d ə 5
Qüvvədə olma müddəti
Bu Protokol vəsaitlə bağlı köçürmə prosedurlarının bitməsi haqqında Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bildiriş göndərilməsi tarixindən etibarən maliyyə yardımı vəsaitinin istifadə olunmasına qədər qüvvədə olacaqdır.
M a d d ə 6
Tətbiqetmə və qüvvəyə mintnə
Bu Protokol Tərəflərin müvafiq qanuni prosedurlarının bitməsini bir-birlərinə qarşılıqlı surətdə bildirmələri ilə qüvvəyə minəcəkdir.
M a d d ə 7
Mətn və imza
Bu Protokol Azərbaycan, türk və ingilis dillərində iki əsl nüsxədə hazırlanmışdır. Ziddiyyət yarandığı təqdirdə ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Bu Protokol 28 fevral 2001-ci il tarixdə Bakı şəhərində imzalanmışdır.
Azərbaycan Respublikası Türkiyə Respublikası
Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrinin
Baş Qərargahı tərəfindən
Silahlı Qüvvələrin Maddi-Texniki Türkiyə Respublikası Silahlı Qüvvələrinin Təminat rəisi-Azərbaycan Respublikası Baş Qərargahının Müdafiə Planlaşdırılması
Müdafiə nazirinin maddi-texniki və Mənbələrin İstiqamətləndirilməsi təminat üzrə müavini vəzifəsinin icraçısı İdarəsinin rəisi
polkovnik general-mayor
Xxxxxxx Xxxxxxx Şerafettin Telyazan
2000-ci il mayın 16-da Bakı şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2000-ci il mayın 16-da Bakı şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə;
2) Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında maliyyə yardımı haqqında Protokol.
2. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci yarımbəndində göstərilən sənədin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Türkiyə Respublikasının Hökumətini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
XXXXXX XXXXXX
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
№ 554
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında
M Ü Q A V İ L Ə
Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökuməti nə 3 100 000 (üç milyon yüz min) ABŞ dolları məbləğində təmənnasız yardım edəcəkdir. Təmənnasız yardım 2000-ci ildən etibarən istifadə olunacaqdır.
M a d d ə 2
Təmənnasız yardımın 2 860 000 (iki milyon səkkiz yüz altmış min) ABŞ dolları məbləğində xxxx hissəsi vəsait və xidmət yardımı kimi, 240 000 (iki yüz qırx min) ABŞ dolları məbləğində xxxx hissəsi isə nağd yardım şəklində Türkiyə Respublikasının bu mövzudakı açıqlamalarına görə göstəriləcəkdir.
M a d d ə 3
3 100 000 (üç milyon yüz min) ABŞ dolları məbləğində təmənnasız yardım, hər iki ölkənin səlahiyyətli şəxsləri arasında bu Müqaviləyə əlavə olaraq ayrıca hazırlanıb imzalanacaq İcra Protokolunun müddəalarına görə həyata keçiriləcəkdir.
M a d d ə 4
Azərbaycan Respublikası Türkiyə Respublikasının əvvəlcədən razılığı olmadan mal və xidmətləri və yaxud onlardan istifadə haqqını başqa bir ölkəyə və ya üçüncü tərəfə verməyəcəyi barədə öhdəliyə sadiq qalacaqdır.
M a d d ə 5
Bu Müqavilə Türkiyə Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək və İcra Protokolunda müəyyən ediləcək mal və xidmətlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təslim alınana qədər qüvvədə qalacaqdır.
Təmənnasız hərbi yardım haqqında Müqaviləni Azərbaycan Respublikası tərəfindən Müdafiə Nazirliyi, Türkiyə Respublikası tərəfindən isə Baş Qərargah həyata keçirəcəkdir.
Bu müqavilənin həyata keçirilməsində meydana gələ bilən bütün anlaşılmazlıqlar qarşılıqlı danışıqlar yolu ilə həll ediləcəkdir.
Bu Müqavilə Azərbaycan, türk və ingilis dillərində iki əsl nüsxədə hazırlanmışdır, hər hansı anlaşılmazlıq olarsa ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Bu müqavilə 16 may 2000-ci il tarixində Bakı şəhərində imzalanmışdır.
Azərbaycan Respublikası Türkiyə Respublikası Hökuməti adından Hökuməti adından
Azərbaycan Respublikası müdafiə Türkiyə Respublikası Silahlı
nazirinin maddi-texniki təminat üzrə Qüvvələri Baş Qərargahının müavini-Silahlı Qüvvələrin Müdafiə Planlaşdırılması və Maddi-texniki Təminat Rəisi Mənbələrin İstiqamətləndirilməsi
vəzifəsinin icraçısı İdarəsinin rəisi
polkovnik general- mayor
QORXMAZ QARAYEV ŞERAFETTİN TELYAZAN
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında
maliyyə yardımı haqqında P R O T O K O L
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı (bundan sonra «Tərəflər» adlandırılacaq) imzalanmış Təmənnasız Hərbi Yardım haqqında müqavilə çərçivəsində təsis ediləcək maliyyə yardımının istifadəsi məqsədi ilə,
aşağıdakı xüsuslarda razılığa gəldilər:
M a d d ə 1
Məqsəd
Bu protokolun məqsədi Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 240 000 (iki yüz qırx min) ABŞ dollarına qədər göstəriləcək maliyyə yardımının tətbiq edilməsi əsaslarını müəyyən etməkdir.
M a d d ə 2
Əhatə
Maliyyə yardımı aşağıdakı fəaliyyətlərlə əlaqədar istifadə ediləcəkdir:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh naminə Tərəfdaşlıq Mərkəzinin təşkil etdiyi kurslarda iştirakı ilə əlaqədar xərclər;
2. Xarici hərbi yardımının planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin yol xərcləri;
3. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələrinin Türkiyə Respublikasına edəcəyi ziyarətlər və NATO-nun «Sülh naminə Tərəfdaşlıq» Proqramı çərçivəsindəki tədbirlərdə iştirak etmək üçün xərclər;
4. KFOR əməliyyatında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı tağımının gündəlik xərcləri;
5. Belçika Krallığının Mons şəhərində yerləşən NATO-nun Tərəfdaşlığın Koordinasiyası Qrupunda fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin xərcləri.
M a d d ə 3
Tətbiq etmə əsasları
Maliyyə yardımının tətbiq edilməsi əsasları aşağıdakı kimi müəyyən edilmişdir:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin Türkiyə Respublikasında keçəcəyi kurslarla əlaqədar xərclərin ödənilməsi məqsədi ilə 45 000 (qırx beş min) ABŞ dolları təsis edilir və istifadəsinin əsasları aşağıda göstərilmişdir:
a) təsis ediləcək mənbə Türkiyə Respublikasındakı Sülh naminə Tərəfdaşlıq Təlim Mərkəzində kurs keçəcək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təyyarə biletləri, yaşayış, yemək, kurs və digər məsrəflərlə əlaqədar xərclərinin ödənilməsi üçün istifadə ediləcəkdir;
b) kurslara şəxsi heyətin ayrılması ilə əlaqədar planlama illik olaraq mövcud üsullara görə icra ediləcək, təsis edilən mənbə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələblərinə cavab vermədiyi halda Türkiyə Respublikası Baş Qərargahı tərəfindən lazımi tədbirlər görüləcəkdir.
2. Xarici hərbi yardımın planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin xərclərinin ödənilməsi məqsədi ilə 15 min (on beş min) ABŞ dolları təsis edilir və bu mənbə:
a) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyaclarını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək türk hərbi nümayəndələrinin təyyarə biletlərinin alınması;
b) Təmənnasız Hərbi Yardım haqqında Müqavilə ilə əlaqədar görüşlərdə iştirak edəcək və bu Müqaviləni imzalayaraq türk hərbi nümayəndələrinin təyyarə biletlərinin alınması məqsədi ilə istifadə ediləcəkdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin Türkiyə Respublikasını ziyarəti, NATO-nun «Sülh naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərdə iştirak etməsi üçün 15000 (on beş min) ABŞ dolları təsis olunur və mənbədən istifadə edilməsi əsasları Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən ediləcəkdir.
4.135 000 (yüz otuz beş min) ABŞ dolları həcmində məbləğ KFOR əməliyyatında iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı tağımının gündəlik xərclərinin ödənilməsi məqsədi ilə təsis edilmişdir. Gündəlik xərclər aşağıda göstərilən şəkildə müəyyən edilərək hər ayın sonunda ödəniləcəkdir:
a. Zabitlər üçün: | 24 ABŞ dolları |
b. Gizirlər üçün: | 22 ABŞ dolları |
c. Çavuş/əsgərlər üçün: | 10 ABŞ dolları |
5. 30000 (otuz min) ABŞ dolları məbləği NATO-nun Tərəfdaşlığın Koordinasiya Qrupunda fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin xərcləri üçün təsis edilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əlaqələndirici zabitinin aşağıda göstərilən xərcləri təsis edilən mənbədən ödəniləcəkdir:
a. İş otağı və ev kirayəsi; |
b. Xidmət və təmir xərcləri; |
c. Telefon və təmir xərcləri; |
ç. Dəftərxana ləvazimatı. |
6. Türkiyə Respublikası tərəfindən, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşeliyinin müəyyən edəcəyi bank hesab nömrəsinə keçiriləcək maliyyə yardımı mənbəyindən verilən direktivlər çərçivəsində Bakı Hərbi Attaşenin nəzarəti altında istifadə ediləcəkdir.
7. Ehtiyac duyularsa, mənbələr arasında köçürmələr Türkiyə Respublikası Baş Qərargahı tərəfindən həyata keçiriləcəkdir.
M a d d ə 4
Dəyişdirmə və nəzərdən keçirmə
Tərəflərdən hər biri lazım olarsa, Protokolun dəyişdirilməsini və ya nəzərdən keçirilməsini yazılı olaraq təklif edə bilər. Bu halda məlumat verildiyi tarixdən etibarən ən azı 30 gün ərzində görüşlər keçiriləcəkdir. Sonrakı 45 gün ərzində keçirilən görüşlərdən heç bir nəticə əldə edilməzsə, Tərəflərdən hər biri 30 gün ərzində Protokolun tətbiqini dayandıracaqdır.
M a d d ə 5
Qüvvədə qalma müddəti
Bu Protokol mənbə ilə əlaqədar köçürmə işləri qurtardıqdan və Türkiyə Respublikası Baş Qərargahı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirliyinə bildirildikdən sonra bir il ərzində qüvvədə qalacaqdır.
M a d d ə 6
Təsdiq etmə və qüvvəyə minmə
Bu protokol Türkiyə Respublikası baş Qərargahının mənbə ilə əlaqədar köçürmələrin tamamlanması barədə məlumatı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə çatdırılmasından sonra qüvvəyə minəcəkdir.
M a d d ə 7
Mətn və imza
Bu Protokol Azərbaycan, türk və ingilis dillərində iki əsl nüsxədə hazırlanmışdır. Hər hansı anlaşılmazlıq olarsa ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Bu Protokol 2000-ci il mayın 16-da Bakı şəhərində imzalanmışdır.
Azərbaycan Respublikası Türkiyə Respublikası Hökuməti adından Hökuməti adından
Azərbaycan Respublikası müdafiə Türkiyə Respublikası Silahlı
nazirinin maddi-texniki təminat üzrə Qüvvələri Baş Qərargahının müavini-Silahlı Qüvvələrin Müdafiə Planlaşdırılması və Maddi-texniki Təminat Rəisi Mənbələrin İstiqamətləndirilməsi
vəzifəsinin icraçısı İdarəsinin rəisi
polkovnik general- mayor
QORXMAZ QARAYEV ŞERAFETTİN TELYAZAN
1999-cu il iyulun 29-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 1999-cu il iyulun 29-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Silahlı Qüvvələrinə əvəzi ödənilmədən hərbi yardım göstərilməsi haqqında Müqavilə;
2) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən pul yardımı göstərilməsi haqqında Protokol.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci yarımbəndində göstərilən Müqavilənin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Türkiyə Respublikasının Hökumətini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
XXXXXX XXXXXX
Bakı şəhəri, 9 dekabr 1999-cu il
№ 288
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında Azərbaycan Silahlı Qüvvələrinə əvəzi ödənilmədən hərbi yardım göstərilməsi haqqında
MÜQAVİLƏ
Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti uzun illər mövcud xxxx dostluq əlaqələri sahəsində 1992-ci il avqustun 8-də imzalanmış Çərçivə Müqaviləsini, 1996-cı il iyunun 10-da imzalanmış Hərbi Sahədə Təlim, Texniki və Xxxx Əməkdaşlıq haqqında Müqaviləni nəzərə alaraq, hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Silahlı Qüvvələrinin quruculuq işinə yardım etmək məqsədi ilə aşağıdakı xüsuslarda razılığa gəlmişlər.
M a d d ə 1
Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə 3.450.000 (üç milyon dörd yüz əlli min) ABŞ dolları məbləğində əvəzi ödənilmədən yardım göstərəcəkdir.
Yardım 1999-cu ildən etibarən göstərilməyə başlanacaqdır.
M a d d ə 2
Yardıının 3.285.000 (üç milyon iki yüz səksən beş min) ABŞ dolları məbləğində xxxx hissəsi müxtəlif materiallar və xidmətgöstərmə şəklində, 165.000 (yüz altmış beş min) ABŞ dolları məbləğində xxxx hissəsi isə hesaba köçürmə yolu ilə Türkiyə Respublikasının bu mövzu ilə əlaqədar mövcud qanunlarına uyğun şəkildə həyata keçiriləcəkdir.
M a d d ə 3
3.450.000 (üç milyon dörd yüz əlli min) ABŞ dolları məbləğində xxxx əvəzi ödənilməyən yardım iki ölkənin səlahiyyətliləri arasında bu Müqaviləyə istinad edilərək ayrıca hazırlanıb imzalanacaq İcra Protokolları əsasında həyata keçiriləcəkdir.
M a d d ə 4
Türkiyə Respublikasının razılığını əvvəlcədən almadan Azərbaycan Respublikasının material və xidmətləri başqa bir ölkəyə və ya üçüncü tərəfə verməyə ixtiyarı yoxdur.
M a d d ə 5
Bu Müqavilə Türkiyə Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir. Əvəzi ödənilmədən hərbi yardım göstərilməsi haqqında Müqavilədə göstərilən yardımın Azərbaycan
Respublikası Müdafiə Nazirliyi tərəfindən alınmasının sonuna qədər bu Müqavilə qüvvədə qalacaqdır.
Bu Müqaviləni Türkiyə Respublikası tərəfindən Silahlı Qüvvələrin Baş Qərargahı və Azərbaycan Respublikası tərəfindən Müdafiə Nazirliyi həyata keçirəcəkdir.
Bu Müqavilənin həyata keçirilməsi zamanı ortaya çıxa bilən bütün anlaşılmazlıqlar qarşılıqlı razılaşmalar yolu ilə həll ediləcəkdir.
Bu Müqavilə türkcə, azərbaycanca və ingiliscə hər biri iki nüsxədə hazırlanmışdır, ortaya hər hansı bir anlaşılmazlıq çıxdığı halda ingiliscə yazılan mətn əsas götürüləcəkdir.
Bu müqavilə 1999-cu il iyulun 24-də Bakıda imzalanmışdır.
Azərbaycan Respublikası Türkiyə Respublikası
Hökuməti tərəfindən Hökuməti tərəfindən
Silahlı Qüvvələrin Maddi-Texniki Təminat rəisi- Müdafiə Plan və Mənbələrinin Müdafiə Nazirinin Maddi-Texniki Təminat üzrə İstiqamətləndirilməsi İdarəsinin rəisi müavini vəzifəsinin müvəqqəti general-mayor
icraçısı polkovnik XXXXXXXXXX XXXXXXXX XXXXXXX XXXXXXX
Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən pul yardımı
göstərilməsi haqqında PROTOKOL
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı və Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında 1999-cu il iyulun 24-də imzalanmış əvəzi ödənilmədən göstərilən hərbi yardım Müqaviləsi çərçivəsində təxsis ediləcək pul yardımından istifadə edilməsi məqsədi ilə aşağıdakı xüsuslarda razılığa gəlmişlər.
M a d d ə 1
Məqsəd
Bu Protokolun məqsədi Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə
165.000 (yüz altmış beş min) ABŞ dolları məbləğində pul yardımının tətbiqetmə əsaslarım müəyyən etməkdir.
M a d d ə 2
Əhatə
Pul yardımı aşağıda göstərilən fəaliyyətlərin ehtiyaclarını ödəmək məqsədi ilə istifadə ediləcəkdir:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyətinin 2000-ci il-də Türkiyədə keçəcəyi kurslarla əlaqədar xərclər;
2. 2000-ci ildə xarici hərbi yardımın planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək Türkiyə hərbi nümayəndə heyətinin yol xərcləri;
3. ikitərəfli əməkdaşlığın artırılması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi heyətinin Türkiyəyə edəcəyi ziyarətlər və Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi heyətinin NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində iştirak edəcəkləri fəaliyyətlərin xərcləri;
4. KFOR əməliyyatında iştirak edəcək Azərbaycan Silahlı Qüvvələri Birliyinin gündəlik xərcləri;
5. NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələri Əlaqələndirici Zabitinin fəaliyyəti üçün çəkilən xərclərin ödəmələri.
M a d d ə 3
Tətbiq etmə
Pul yardımının tətbiq edilmə əsasları aşağıda göstərilmişdir:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyətinin 2000-ci ildə Türkiyədə keçəcəyi kurslarla əlaqədar xərclərin ödənilməsi məqsədi ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində təxsis edilmiş hesabın istifadə edilməsi əsasları aşağıda göstərilmişdir:
a. təxsis edilən mənbə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bildiriləcək hesaba Türkiyə Respublikası tərəfindən keçiriləcəkdir;
b. təxsis ediləcək mənbə Türkiyədəki Sülh Naminə Əməkdaşlıq Təlim Mərkəzində kurs keçəcək Azərbaycan hərbçilərinin təyyarə biletləri, yeməkləri, gecə qalma, kurs xərcləri və digər xərclərin ödənilməsi ilə əlaqədar istifadə ediləcəkdir;
x. xxxxx şəxsi heyətin ayrılması ilə əlaqədar planlaşdırma il ərzində mövcud üsullara görə icra ediləcək, təxsis edilən mənbə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələbləri qarşılanmadığı halda Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən xxxxx xxxx tədbirlər görüləcəkdir;
d. mənbənin kursa göndəriləcək şəxsi heyət üçün istifadə edilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təmin ediləcəkdir.
2. 2000-ci il üçün xarici hərbi yardımın planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasını ziyarət edəcək Türkiyə Hərbi Nümayəndə Heyətinin xərclərinin qarşılanması məqsədi ilə 15.000 (on beş min) ABŞ dolları təxsis edilmiş və ondan istifadə edilmə əsasları aşağıda göstərilmişdir:
a. təxsis edilən mənbə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göstəriləcək hesaba Türkiyə Respublikası tərəfindən keçiriləcəkdir;
b. təxsis ediləcək mənbə aşağıda göstərilən ehtiyacların ödənilməsi üçün istifadə ediləcəkdir:
(1) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə Azərbaycanı ziyarət edəcək Türkiyə Hərbi Nümayəndə Heyətinin təyyarə biletlərinin alınması.
(2) Bu Müqavilənin razılaşdırılmasında və müqavilələri imzalayacaq Türkiyə Hərbi Nümayəndə heyətinin təyyarə biletlərinin alınmasında.
c. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı arasında ediləcək koordinasiya nəticəsində aşağıdakı məlumatlar Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndəriləcəkdir:
(1) ziyarətə gələcək heyətin sayı;
(2) ziyarətə gələcək heyət haqqında məlumat;
(3) ziyarət tarixləri;
(4) hava yolları şirkətinin adı;
d. yuxarıda göstərilən məlumatlara istinadən təmin ediləcək təyyarə biletləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahına göndəriləcəkdir.
3. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın artırılması məqsədi ilə Türkiyəyə ziyarəti planlaşdırılan Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi heyətinin ziyarət xərclərinin ödənilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi heyətinin NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsindəki fəaliyyətdə iştirak etməsi məqsədi ilə 15.000 (on beş min) ABŞ dolları təxsis ediləcək, mənbənin istifadə edilməsi əsasları Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən ediləcəkdir.
4. 75.000 ABŞ dollarlıq mənbə Azərbaycan Silahlı Qüvvələri Taqımı KFOR əməliyyatında iştirak edərsə, bu taqımın şəxsi heyətinə gündəlik xərclərini ödəmək üçün təxsis ediləcəkdir. Ehtiyacları ödəmək məqsədi ilə aşağıdakı prinsiplər tətbiq ediləcəkdir:
a. təxsis edilən mənbə Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Hökuməti Müdafiə Nazirliyinin bildirəcəyi hesaba köçürüləcəkdir. Azərbaycan Silahlı Qüvvələri Taqımındakı şəxsi heyətə ödəmələr Azərbaycan Respublikası Hökuməti Müdafiə Nazirliyi tərəfindən veriləcəkdir;
b. taqımın şəxsi heyətinə aşağıdakı gündəlik xərclər veriləcəkdir:
(1) zabitlər üçün 24 ABŞ dolları,
(2) gizirlər üçün 22 ABŞ dolları,
(3) əsgər/çavuş üçün 5 ABŞ dolları;
c. Azərbaycan Silahlı Qüvvələri Taqımı KFOR əməliyyatına qoşularsa, yuxanda göstərilən məbləğ (75.000 ABŞ dolları) göstərilən hesaba köçürüləcəkdir.
5. 40.000 ABŞ dollarlıq mənbə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivəsində işləyən Azərbaycan Silahlı Qüvvələrinin Əlaqələndirici Zabitinin fəal ödəmələri üçün təxsis edilmişdir. Ehtiyacların ödənilməsi məqsədi ilə aşağıdakı prinsiplər tətbiq ediləcəkdir:
a. 40.000 ABŞ dollarlıq mənbə Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göstəriləcək bank hesabının nömrəsinə köçürüləcək və bu büdcədən 1 il ərzində istifadə ediləcəkdir.
Göstərilən pul MONS-da işləyəcək Azərbaycan Silahlı Qüvvələrinin Əlaqələndirici Zabitinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndəriləcəkdir;
b. PCC-də işləyəcək Azərbaycan Silahlı Qüvvələrinin Əlaqələndirici Zabitinin aşağıdakı xərcləri bu mənbədən ödəniləcəkdir. Əlaqələndirici Zabitin maaşı isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən veriləcəkdir:
(l)Vəzifələrin icrasına başlaması ilə əlaqədar başlanğıc xərclər;
(2) İş otağı və ev kirayəsi;
(3) Xidmət və təmir xərcləri;
(4) Telefon və faks xərcləri;
(5) Dəftərxana ləvazimatı;
c. Vəzifənin icrasına başlamaq üçün gərəkli xxxx başlanğıc xərclərinin siyahısı Türkiyə Milli Herbi Təmsil Heyəti Rəisliyinə—MONS-a bildiriləcəkdir. Vəzifənin icrası başa çatdığı halda alınmış bütün avadanlıq Türk Milli Hərbi Təhsil Heyəti Rəisliyinə—MONS-a təhvil veriləcəkdir.
b. Azərbaycan Silahlı Qüvvələri Əlaqələridirici Zabiti hər 6 aydan bir edilmiş xərclərin sənədləri ilə birlikdə Türkiyə Milli Hərbi Təmsil Heyəti Rəisliyinə—MONS-a hesabat verəcəkdir.
e. Bu vəzifə üçün başqa bir şəxs göndərilərsə, yeni göndərilən şəxsə ödəmələr eyni şərtlərlə qalan məbləğdən veriləcəkdir.
6. Türkiyə Respublikası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xxxxxx bu məqsədlə açılacaq hesabına göndəriləcək 165.000 (yüz altmış beş min) ABŞ dolları məbləğində xxxx mənbə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən ayrılan şəxsi heyətin müştərək imzası ilə bankdan götürüləcəkdir. Bu məqsədlə pul götürməyə səlahiyyəti xxxx şəxsin kimliyi mənbənin göndərilməsi ilə yanaşı Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən əlaqədar banka bildiriləcəkdir.
7. Ehtiyac olduğu halda mənbələr arasında göndərmələr Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən həyata keçiriləcəkdir.
M a d d ə 4
Dəyişikliklər və nəzərdən keçirmə
Tərəflərin hər biri lazım olarsa yazılı olaraq bu Protokolun dəyişdirilməsini və ya nəzərdən keçirilməsini təklif edə bilər. Bu halda təklif edildiyi tarixdən etibarən ən azı 30 gün ərzində danışıqlara başlanacaqdır. Sonrakı 45 gün ərzində danışıqlardan heç bir nəticə əldə edilməzsə, Tərəflərdən biri 30 gün ərzində yazılmış bir məlumatla Protokolun hüquqi qüvvəsini dayandıracaqdır.
M a d d ə 5
Qüvvədə qalma müddəti
Bu Protokol mənbə ilə əlaqədar bütün işlərin bitdiyini Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bildirilməsindən sonra 365 gün müddətində qüvvədə qalacaqdır.
Tərəflərdən biri digər Tərəfin bu Protokolun maddələrinə əməl etmədiyi nəticəsinə gəldiyi halda yazılı olaraq məsləhətləşmələrə ehtiyac olduğunu bildirə bilər. Bu məsləhətləşmələr yazılı məlumat verildiyi tarixdən etibarən 30 gün ərzində başlayacaqdır. Bundan sonra 45 gün ərzində heç bir nəticə əldə edilməzsə, 30 gün ərzində yazılmış bir məlumatla bu Protokolun hüquqi qüvvəsini dayandıracaqdır.
M a d d ə 6
Təsdiqetmə və qüvvəyə minmə
Bu Protokol Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı mənbə ilə əlaqədar göndərmələrin bitdiyini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bildirdikdən sonra qüvvəyə minəcəkdir.
Bu Protokol Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tətbiq ediləcəkdir.
M a d d ə 7
Mətn və imza
Bu Protokol türk, Azərbaycan və ingilis dillərində hər biri iki nüsxədə və eyni səviyyədə hüquqi qüvvəyə malik olmaqla yazılmışdır. Anlaşılmazlıq olarsa, ingilis dilində xxxx mətn əsas götürüləcəkdir.
Bu Protokol 1999-cu il iyulun 24-də yuxarıda göstərilən əsaslarla Bakıda imzalanmışdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrin Maddi-Texniki Təminat rəisi-Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsinin müvəqqəti icraçısı polkovnik XXXXXXX XXXXXXX | Türkiyə Respublikası Baş Qərargahı tərəfindən Müdafiə Plan və Mənbələrinin İstiqamətləndirilməsi İdarəsinin rəisi general-mayor ŞƏRAFƏTTİN TELYAZAN |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkiyənin Ahsel İnşaat, Təəhhüd və Ticarət A. Ş. firması arasında 1 nömrəli Respublika Klinik Xəstəxanasının yenidən qurulmasına dair Müqavilə haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 1999-cu il mayın 21-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkiyənin Ahsel İnşaat Taahhüt və Ticarət A.S. firması arasında 1 nömrəli Respublika Klinik Xəstəxanasının yenidənqurulmasına dair Müqavilə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Müqavilənin həyata keçirilməsi üçün lazımi tədbirlər görsünlər.
Azərbaycan Respublikasının Prezidenti
XXXXXX XXXXXX
Bakı şəhəri, 9 dekabr 1999-cu il
№ 289
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkiyənin Ahsel İnşaat, Təəhhüd və Ticarət A.Ş. firması arasında 1 nömrəli Respublika Klinik Xəstəxanasının yenidən qurulmasına dair
MÜQAVİLƏ
Bu Müqavilə Bakı şəhərində 1999-cu il mayın 21-də bir tərəfdən — Bakı, Kiçik Dəniz, 4 ünvanında yerləşən, Azərbaycan Respublikası qanunları əsasında təsdiq olunmuş və fəaliyyət göstərən Səhiyyə Nazirliyi (bundan sonra «Sifarişçi» adlandırılacaq) və digər tərəfdən - Bilkənt Plaza, A3 blok, 6-cı mərtəbə, Bilkən - Ankara (Türkiyə) ünvanında yerləşən, Türkiyə Respublikası qanunları əsasında təsdiq olunmuş və fəaliyyət göstərən Ahsel İnşaat, Təəhhüd və Ticarət A. Ş. firması (bundan sonra «Podratçı» adlandırılacaq) arasında hazırlanıb imzalanmışdır.
1. MÜQAVİLƏNİN MÖVZUSU
Sifarişçinin təşəbbüs və istəyinə görə Podratçı yeni texnologiyadan, materiallardan, kadrlardan və avadanlıqlardan istifadə etməklə Bakı şəhərində yerləşən 103 çarpayılıq xəstəxana binasının təmir-tikinti işlərini aparmalı, bununla bərabər lazımi tibbi avadanlıqlarla, materiallarla və s. təchiz etməklə hazır olaraq təhvil verməlidir.
Bu tikinti aşağıda ətraflı izah olunduğu kimi 2 mərhələdə keçiriləcəkdir:
1.1. Birinci mərhələ
Birinci mərhələyə (1) bu Müqavilənin 3-cü Əlavəsində göstərilən əsas layihəyə uyğun olaraq III blokun həm daxildən, həm də xaricdən zirzəmidən beşinci mərtəbəyədək tam yenidən qurulması, I blokun ancaq dördüncü mərtəbəsi və II blokun ancaq dördüncü və beşinci mərtəbələri, Mərkəzi istilik binası və transformator yarımstansiyasının binası generatorla birlikdə, o cümlədən camaşırxananın tikinti işləri daxildir.
Birinci mərhələdə işlərin siyahısına daxil xxxx tibbi avadanlıqlar, cihazlar, materiallar və s. Müqavilənin təqdim olunmuş 2-ci Əlavəsində Sifarişçinin seçməsi üçün minimum 2 alternativ variantda göstərilmişdir.
1.2. İkinci mərhələ
İkinci mərhələyə I blok və II blokun qalan mərtəbələrində aparılacaq tikinti işləri daxildir. Bu blokların fasadı və tabeçilikdə xxxx ərazinin yaşıllaşdırılması da bu mərhələdə aparılacaqdır.
Bu mərhələ ilə əlaqədar xxxx tibbi avadanlıqlar, cihazlar, materiallar və s. bu Müqavilənin təqdim olunmuş 2-ci Əlavəsində Sifarişçinin seçməsi üçün minimum 2 alternativ variantda göstərilmişdir.
Mərhələlər arasında fasilə olmayacaqdır. 2-ci mərhələnin işləri fasiləsiz olaraq 1-ci mərhələnin işlərindən sonra bu Müqavilənin 1-ci Əlavəsində göstərilən iş cədvəlinə əsasən davam edəcəkdir.
2. MÜQAVİLƏNİN QİYMƏTİ
Müqavilənin tam qiyməti ƏDV daxil olmamaq şərti ilə 29.550.000 $ (iyirmi doqquz milyon beş yüz əlli min ABŞ dolları) məbləğində 2 hissədən ibarət olacaqdır:
hissə A - tikinti işləri;
hissə B - tibbi avadanlıqlar, cihazlar, materiallar və s. (tibbi əsasda). Hissə A:
Bu Müqavilənin 8-ci maddəsində göstərilən layihələr çərçivəsindəki tikinti işlərinin, o cümlədən mebel, avadanlıqlar, cihazlar və s. qiyməti 17.550.000 (on yeddi milyon beş yüz əlli min) ABŞ dollarıdır. ƏDV bu qiymətə daxil deyildir.
Hissə B:
B hissəsinin, o cümlədən bu Müqavilənin 2-ci Əlavəsində şərtləndirilmiş bəndlərdə göstərilənlər də daxil olmaqla qiyməti 12.000.000 (on iki milyon) ABŞ dollarıdır.
3. PODRATÇININ ÖHDƏLİYİ
Bu Müqavilə imzalandıqdan sonra Podratçı Xxxxxxxxxxxx xxxxx olması və təsdiq etməsi üçün ön hazırlıq Memarlıq layihəsinin (Nümunə layihəsi) hazırlamalı və təqdim etməlidir. Podratçı Xxxxxxxxxxxx bütün tələblərini qənaətbəxş etmək üçün, Nümunə layihəsinə aid Sifarişçinin mümkün iradlarını nəzərə almalı və zəruri düzəlişləri etməlidir. Podratçı Xxxxxx layihəsi ilə birlikdə qabaqcadan iş cədvəlini hazırlamalı və Sifarişçiyə təqdim etməlidir.
Memarlıq layihəsi təsdiq olunduqdan sonra Podratçı iş cizgilərini (quraşdırma, mexanika, elektrik və s. bölmələrə aid) hazırlayır və Xxxxxxxxxxx təsdiq etməsi üçün təqdim edir. İş cizgiləri və detalları bütün tikinti müddəti ərzində hazırlanacaq və müvafiq qaydada razılaşdırılacaqdır.
Sifarişçi eskiz layihəsini təsdiq etdiyi vaxtdan sonra Xxxxxxxxxxx iş cizgisini hazırlaması və təqdim etməsi müddəti 1 aydan artıq olmamalıdır. Sifarişçi öz iradlarını və ya təsdiqini Podratçının iş cizgilərini təqdim etdiyi andan 15 gün sonra bildirməlidir.
Podratçının işə başlaması Müqavilənin 5-ci maddəsinə uyğun olaraq Sifarişçinin Podratçıya 100% avansı ödəməsindən sonra 1 ay müddətində başlayır. Sifarişçi tikinti işləri başlamamışdan öncə tikinti sahəsini Podratçıya təhvil verməyə təminat verir. Əgər hər iki şərt (avansın ödənilməsi və tikinti sahəsinin verilməsi) Sifarişçi tərəfindən tam yerinə yetirilməzsə, Müqavilə kontraktı heç bir qüvvəyə malik deyildir.
İş cizgiləri təsdiq olunduğu tarixdən başlayaraq 1-ci mərhələnin tikinti dövrü 7 ay çəkəcək, bu müddət ərzində Müqavilə qüvvəyə minməlidir, ancaq Podratçıya tikinti sahəsinin vaxtında verilməsi və Podratçıya avansın tam zamanında ödənilməsi vacibdir. 2-ci mərhələ 1-ci mərhələdən sonrakı 5 ay müddətində davam edəcəkdir. Beləliklə, tikintinin müddəti 12 ay olacaqdır.
Podratçı Sifarişçiyə 25.500.000 (iyirmi beş milyon beş yüz min) ABŞ dolları məbləğində kredit, o cümlədən
15.000.000 (on beş milyon) ABŞ dolları Türkiyənin «Eximbank»ından və 10.500.000 (on milyon beş yüz min) ABŞ dolları digər maliyyə mənbələrindən Sifarişçiyə uyğun şərtlərlə dövlət hakimiyyətinin yazılı təminatına dəyişməklə təmin etməyə razıdır.
4. SİFARİŞÇİNİN ÖHDƏLİYİ
Aşağıda göstərilən işlər və xidmətlər tikintidə Xxxxxxxxx tərəfindən təchiz edilmənin vaxtı və xüsusiyyətinə uyğun olaraq yerinə yetiriləcək və ödəniləcəkdir ki, bu da Podratçı tərəfindən iş cədvəlinə əsasən bildiriləcəkdir.
4.1. İşlər və xidmətlər:
4.1.1. tikinti sahəsinin xxxxx xxxx qaydada təmiz və boş olaraq verilməsi;
4.1.2. ictimai, məişət-təsərrüfat xətlərinin çəkilməsi—soyuq və isti su təminatı, elektrikləşdirmə, telefonlaşdırma, kanalizasiya, işıqlandırma və tikintinin sərhədlərinə yol çəkilməsi;
4.1.3. tikinti sahəsindən zibilin və tikinti qalıqları və tullantılarının atılması üçün yer ayrılması.
4.2. Kadr məsələləri üzrə xidmət:
4.2.1. viza təminatı, personalın işləməsi üçün icazə;
4.2.2. tikintinin yerinə yetirilməsi üçün xxxxx xxxx bütün növ icazələr, lisenziyalar və sənədlər;
4.2.3. işçilərin yaşayış yeri ilə təmin olunmalarına kömək göstərmək.
4.3. Yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi zamanı Sifarişçinin günahı nəticəsində baş verən ləngimələr zamanı Podratçı heç bir cərimə ödəmir.
Podratçının günahından tikinti dövründə baş verən ləngimələrə görə Sifarişçinin Podratçıdan hər ləngidilmiş günə 1000 ABŞ dolları məbləğində cərimə tələb etmək hüququ vardır.
4.4. Bütün ödəmələr ABŞ dolları ilə aparılacaq və Azərbaycan Respublikasında müvafiq vergilər ödənildikdən sonra Podratçının Türkiyədə yerləşən hesabına və ya hər hansı bir üçüncü ölkədəki banka köçürüləcək ki, onun adını və ünvanını Podratçı verəcəkdir.
4.5. Podratçı Azərbaycan Respublikası qanunlarına uyğun olaraq vergilər ödəyəcəkdir.
5. AVANSIN ÖDƏNİLMƏSİ
Tibbi avadanlıqların qiymətinin ödənilməsi:
Tikinti işlərinin avansı tikinti işlərinin ümumi qiymətinin 25%-i (dörd milyon üç yüz səksən yeddi min beş yüz ABŞ dolları) olub, Sifarişçi tərəfindən Podratçıya Podratçının birinci dərəcəli bankın həmin məbləğdə təminat məktubunun təqdimi əsasında veriləcəkdir. Xxxxx Xxxxxxxxxxx tikinti dövrü müddətində yazdığı hər aylıq cədvəldən 25% məbləğində çıxılacaqdır. Tibb avadanlıqlarının, cihazların və materialların qiymətlərinin ödənilməsi akkreditiv əsasında həyata keçiriləcəkdir.
6. FORS-MAJOR
1. Tərəflərdən birinin fəaliyyəti müvəqqəti olaraq o zaman dayandırılır və fəaliyyətə başlaması müddəti müvafiq vaxta çəkilir ki, bu maddənin 2-ci bəndində göstərilən fors-major vəziyyəti yaransın.
2. Fors-major vəziyyəti deyəndə bu müqaviləyə əsasən gözlənilməz hadisələr başa düşülür. Belə ki, fors- major elan edən tərəf bu Müqavilənin sonuna qədər müharibə, üsyan, milli çaxnaşmalar, yanğın, təbii fəlakət və
s. kimi halları qabaqcadan görə bilməzdi. Belə xxxxx xxxx-major elan edən tərəf digər tərəfi yazılı və təcili olaraq məlumatlandıracaqdır.
7. ARBİTRAJ
Tərəflər arasında hüquqi münaqişələrin yaranması hallarında bu birinci növbədə, imkan daxilində Tərəflər arasında danışıqlar aparılması yolu ilə həll ediləcəkdir. Digər halda Azərbaycan qanunu və məhkəməsi münaqişənin həlli üçün son pillə olacaqdır.
8. MÜQAVİLƏYƏ ƏLAVƏ
Aşağıda qeyd edilən sənədlər bu Müqaviləyə əlavə kimi qəbul edilir və onlar Müqaviləyə əlavə kimi baxılacaq və şərh ediləcəkdir:
Müqavilənin əsas şərtləri;
ön layihəsi (Əlavə-3), iş layihəsi; iş proqramı (Əlavə-1);
binanın eksplikasiyası;
tibbi avadanlıq və yenidən qurmaya dair hesabat; binanın mühəndis-inşaat uyğulama proqramı;
mexaniki mühəndislik, təsisat şəbəkələr üzrə proqram; elektrik sistemi üzrə hesabat;
mətbəx və camaşırxana üzrə proqram;
istehsalçı firmaların kataloqları və tanışlıq üçün sənədlər (Əlavə-2); nümunə materiallarının cədvəli;
tikintinin, avadanlıqların, inventarın, və s.-in qiymətlərinin cədvəli (1 ay müddətində təqdim ediləcək);
«Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının 15 yanvar 1992-ci il tarixli, 57 nömrəli Qanunu.
9. ÜMUMİ
Podratçı xəstəxananın tikintisi beynəlxalq standart və normalara uyğun olaraq həyata keçirəcəyinə zəmanət verir.
İşdə istifadə olunan materialların, avadanlıqların, o cümlədən mebelin mümkün ola biləcək nümunələri- kataloqları Sifarişçiyə təsdiq olunmamışdan əvvəl müəyyən müddət ərzində təqdim edilməlidir.
Podratçı görülən işlərin və yuxarıda qeyd edilən material və cihazların keyfiyyətinə, onların nümunələrə uyğunluğuna təminat verir və müvafiq sertifikatlar təqdim edir.
Podratçı bu sahədə təcrübəli mütəxəssislərdən ibarət bir istismar şirkəti vasitəsi ilə xəstəxananın beynəlxalq standartlar səviyyəsində istismarına kömək göstərəcəyinə təminat verir. İstismar şirkətinin yaradılması və istismar şərtləri ilə əlaqədar məsələlər ayrıca müqavilə ilə təyin ediləcəkdir.
Podratçı xəstəxananın istismarı üçün Xxxxxxxxxxxx təsdiq etdiyi müddət və mütəxəssislərin siyahısına uyğun olaraq yerli mütəxəssislərin təlimi və hazırlanmasını maliyyələşdirməyə zəmanət verir.
Podratçı bu Müqavilə ilə bağlı olaraq tikinti işlərində yerli tikinti müəssisələrinin imkanlarından maksimum olaraq istifadə edəcəyini öhdəsinə götürür.
Bu Müqavilə bütün maliyyə məsələlərinin həlli başa çatdıqdan, Podratçıya tikinti sahəsi verildikdən və xxxxx ödənildikdən sonra hüquqi qüvvəyə malik olur.
Müqavilə türk və Azərbaycan dillərində hazırlanıb və imzalanıb. Hər iki sənəd eyni qüvvəyə malikdir.
Sifarişçinin adından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (imza) | Podratçının adından Türkiyə Respublikasının Ahsel İnşaat, Təəhhüd və Ticarət A. Ş. firması (imza) |
MÜQAVİLƏNİN ÜMUMİ ŞƏRTLƏRİ
M a d d ə 1 . TƏRİFLƏR VƏ ŞƏRHLƏR
1. Təriflər
Müqavilədə aşağıdakı terminlər və ifadələr göstərilən məna daşıyacaq, mətnə görə digər məna tələb edən hallar istisnalıq təşkil edir.
1.1. «Sahibkar» termini Bakı, Kiçik Xxxxx, 0 ünvanında yerləşən Azərbaycan Səhiyyə Nazirliyidir.
1.2. «Sifarişçi» termini «Sahibkar» deməkdir və buraya onun səlahiyyətli nümayəndələri, yaxud təyin olunan varisləri daxildir.
1.3. «Memar» termini.
1.4. «Səlahiyyətli nümayəndə» ifadəsi iş aparmaq (fəaliyyət göstərmək) üçün səlahiyyət verilmiş və təyin olunmuş şəxsə (şəxslərə) aiddir. Hər bir Tərəf müvafiq səlahiyyətlərini müəyyən etməklə özünün səlahiyyətli nümayəndəsinin (nümayəndələrinin) təyin olunması haqqında digər Tərəfə yazılı xəbərdarlıq edir. Hər bir dəyişiklik müvafiq şəkildə nəzərə çatdırılacaqdır.
1.5. «Podratçı» termini səlahiyyətli nümayəndələri və təyin olunmuş varisləri daxil olmaqla əsas idarəsi: Bilkənt Plaza, A-3 blok, mərtəbə 6, Bilkən Ankara (Türkiyə) ünvanında yerləşən, Türkiyə qanunvericiliyinə əsasən qurulmuş Ahsel İnşaat, Təəhhüd və Ticarət A. Ş. firmasıdır.
1.6. «Baş müdir» qurğunun inşası zamanı sahədə Podratçını təmsil etmək üçün Podratçı tərəfindən işə götürülmüş şəxs deməkdir.
1.7. «Vasitəli podratçı» termini, burada işlədildiyi kimi, material tədarükçülərinə, yaxud obyektin inşası dövründə Baş Podratçının birbaşa münasibətlərdə olduğu və müqavilələr bağladığı digər firmalara və podratçılara aiddir.
1.8. «Layihə» 1 №-li Əlavədə müəyyən olunmuş, bu Müqaviləyə uyğun olaraq yerinə yetirilən inşaat işlərinin
«tam» həcmi, yaxud Sifarişçi və Podratçının sonradan həcmə daxil edilmək üçün razılığa gəldikləri istənilən əlavə işlər deməkdir.
1.9. «İşlər» bütün layihə işləri, iş cizgiləri, tikinti, tədarük, qurğular, işin başa çatması, əlaqələndirmə və vacib mühəndis informasiya şəbəkələri və avadanlıqları, eləcə də xaricdən gətirilən materialların əlaqələndirilməsi və nəqli, yerli heyətin təlimi deməkdir.
1.10. «Müvəqqəti qurğular» tikinti meydançasında və ya kənarda işlərin yerinə yetirilməsi üçün vacib xxxx bütün imkanlar, avadanlıqlar, kommunal qurğular və bütün növ xidmətlər deməkdir.
1.11. «Texniki park» bütün tikinti avadanlığı, tikinti mexanizmləri və görüləsi işlərin yerinə yetirilməsi və istismar üçün zəruri xxxx bütün digər inşaat vasitələri növləri deməkdir. «Texniki park» termininə işçilər və materiallar, yaxud iş ilə əlaqədar digər bəndlər daxil deyildir.
1.12. «İnşaat meydançası» işlərin aparıldığı və yerinə yetirildiyi torpağın üstü və altı və Sifarişçinin, yaxud Sifarişçinin razılığı ilə Podratçının iş üçün sahə və ya digər torpaq, qurğu, anbar, yaxud məkan deməkdir ki, bütün bunlar da meydançanın tərkib hissəsi kimi Müqavilədə xüsusi olaraq qeyd edilə bilər.
1.13. «Cizgilər» ilkin və inşaat cizgiləri, eləcə də Podratçının Vasitəli Podratçı sayılan Memar vasitəsi ilə təklif etdiyi və işlərin yerinə yetirilməsi üçün Sifarişçinin təsdiq etdiyi işçi cizgilər və modifikasiyalar, yaxud əlavələr deməkdir.
1.14. «Spesifikasiyalar» Memarın, yaxud digər təşkilatların hazırladığı əlavə texniki dəqiqləşdirilmiş təsnifi, eləcə də Sifarişçinin hazırladığı modifikasiya, yaxud ona əlavə deməkdir.
1.15. «Təsdiq» əvvəlki şifahi razılaşmaların sonradan yazılı təsdiqi də daxil olmaqla Sifarişçinin yazılı şəkildə təsdiq etdiyi sənədlərdir.
1.16. «Zaman» rəsmi (qreqorian) təqvimə müvafiq şəkildə müəyyənləşdiriləcək və «Ay» təqvim ayı, «Gün» təqvim günü deməkdir.
1.17. «Müqavilə» termini, burada işlədildiyi kimi, Sifarişçi ilə Podratçı arasındakı bütün Müqavilə sənədlərində bu cür istifadə olunacaqdır.
2. Tək və cəm hal
Yalnız tək xxxxx xxxx sözlər cəm kimi də oxuna bilər və əksinə, yalnız kontekstdə tələb edildikdə cəm xxxx xxxx düşülə bilər.
3. Başlıqlar
Bu Layihədə Müqavilənin Ümumi şərtlərinin başlıqları onun hissəsi hesab edilməyəcək, interpretasiyada, yaxud bunun tikintisində və ya Müqavilədə nəzərə alınmayacaqdır.
M a d d ə 2 . MÜQAVİLƏ SƏNƏDLƏRİ
4. Müqavilə sənədləri
4.1. Müqavilə sənədlərinə Müqavilə və Əlavələr, Müqavilənin Ümumi şərtləri, cizgilər və onların bütün dəyişiklikləri daxil ediləcəkdir. Həmin sənədlər Müqavilədə göstərilib.
4.2. Sənədlər Müqaviləni təşkil edən qarşılıqlı aydınlaşdırıcı sənədlər komplekti xxxx xxxx düşülməlidir, xxxxx ikimənalılıq və uyğunsuzluq olduqda Sifarişçi bunu aydınlaşdırmalı və xxxxxx xxxxxxx, Podratçıya bu barədə göstəriş verməli və bu halda əgər Müqavilədə başqa bir şey şərtləşdirilməyibsə, Müqaviləni təşkil edən sənədlərin ardıcıllığı aşağıdakı kimi olacaqdır:
1. Müqavilə və Əlavələr;
2. Müqavilənin Ümumi şərtləri;
3. cizgilər.
5. Müqavilə
5.1. Müqavilə sənədləri Müqaviləni təşkil edən və Müqavilə cizgiləri, iş cizgiləri, təchizat, tədarük, tikinti, əlaqələndirmə, işin başa çatması, işin yerinə yetirilməsi üçün zəruri xxxx bütün iş həcmi, nəzarət və rəhbərlik də daxil olmaqla işin texniki xidməti, eləcə də yerli heyətin təlimi, bütün materiallar, müvəqqəti işlər, texniki park və müvəqqəti, yaxud daimi xarakterdə olmasından, işlərə daxil edilməsindən və ya daxil ediləcəyindən asılı olmayaraq bütün başqaları aiddir.
Müqaviləyə düzəlişlər, yaxud dəyişikliklər yalnız modifikasiya vasitəsi ilə edilə bilər. Modifikasiya hər iki tərəfin imzaladığı yazılı düzəlişdir, yaxud Sifarişçidən gələn düzəliş barədə göstəriş və ya işdə əhəmiyyətsiz düzəliş haqqında yazılı sərəncamdır.
6. İcra, ölçü, korrelyasiya
6.1. Müqavilə sənədləri iki nüsxə olmaq şərti ilə Sifarişçi və Xxxxxxxx tərəfindən imzalanacaqdır.
6.2. Müqavilənin yerinə yetirilməsi o deməkdir ki, Podratçı inşaat meydançasında olub və diqqətlə nəzərdən keçirdikdən sonra işlərin xarakteri və yerləşməsi, işlərin başlanmasına qədər və işlərin aparıldığı müddətdə zəruri xxxx avadanlığın xarakteri və münasibliyi, ümumi və yerli şərait, Müqavilədə nəzərdə tutulan işlərə bu və ya digər dərəcədə təsir göstərə biləcək digər məsələlərlə xxxxx olub.
6.3. Müqavilə sənədlərinin məqsədi işlərin yerinə yetirilməsi üçün vacib xxxx bütün bəndlərin daxil edilməsidir. Müqavilə sənədlərində nəzərdə tutulmayan işlər, əgər münasib deyilsə və nəzərdə tutulan strukturların və tamamlama işlərinin yerinə yetirilməsi üçün tamamilə zəruri hesab edilmirsə, həyata keçirilmir.
6.4. Müqavilə sənədləri hamı üçün əsas və mütləqdir, xxxxx ikimənalılıq və fikir ayrılığı ortaya çıxdıqda, bunlar 4.2 bəndində göstərilən sənədlərin ardıcıllığı nəzərə alınmaqla Sifarişçi və Xxxxxxxx tərəfindən müzakirə ediləcək və öyrəniləcəkdir. Əgər bu cür öyrənmə və xidmət uzanarsa, normal vaxt həddini aşarsa və işin başa çatmasında özünü göstərərsə, işlər Sifarişçinin qərarına müvafiq şəkildə aparılacaqdır. Əgər hər tərəfdən və ya arbitraj tərəfindən digər qərar qəbul edilməsə, bununla əlaqədar xərcləri Podratçı çəkməli olacaqdır.
7. Dil
Müqavilə sənədləri və Sifarişçi ilə Podratçı arasında bütün yazışmalar Azərbaycan və türk dillərində aparılacaqdır.
8. Layihə işləri və cizgilər
8.1. Podratçı yubanmadan hazırlıq, baxılmaq üçün təqdimat və layihə işlərinin bəyənilməsi dövrünü göstərməklə proqram hazırlayır. Bu proqrama ilkin layihə (ön layihə), konstruksiya, memarlıq işləri üçün inşaat cizgiləri, bütün mühəndis və informasiya sistemi kimi bütün tiplərdən layihə işləri daxildir.
8.2. Müqavilə imzalandıqdan sonrakı 7 gün ərzində Sifarişçi bütün ilkin tələbləri, ilkin layihə işləri üçün əsas sayılan layihə üzrə proqramları təqdim edir. Podratçı bu məlumatları nəzərə alaraq hər bir obyekt üçün ilkin layihə hazırlayır. Sifarişçi bu ilkin layihələri nəzərdən keçirir və onları 15 gün ərzində zəruri modifikasiyalar və qeydlər aparmaqla təsdiq edir.
8.3. Təsdiq olunmuş ilkin layihə əsasında Podratçı cizgilərin hazırlanması qrafikinə uyğun olaraq işçi cizgilər hazırlayır. Podratçı konstruktor, mühəndis sistemləri üçün bütün hesablamaları və müvafiq cizgilərə zəruri texniki sənədləri təqdim edir. Bütün cizgilər müvafiq dövlət qurumlarında razılaşdırılmalı və təsdiq olunmalı və ölkənin qanunvericiliyinə uyğun olaraq Sifarişçidə saxlanmalıdır. Sifarişçi cizgiləri yoxlayır və təsdiq edir və yaxud təqdimatdan sonrakı 15 gün ərzində öz modifikasiyalarını və düzəlişlərini verir. Podratçı işlərin yerinə yetirilməsində ləngimələrə yol verməmək üçün Xxxxxxxxxxxx təsdiq etdiyi müddəti nəzərə alaraq Sifarişçi
qarşısında iş planına uyğun şəkildə məsuliyyət daşıyır. Podratçı cizgiləri vaxtında təqdim etməməsi və ya başa çatdırmaması nəticəsində baş verən vaxt itkisinə, yaxud hər hansı digər itkiyə görə məsuliyyət daşıyır.
8.4. Əgər Podratçı 8.3 bəndinə müvafiq olaraq lazımi cavab, yaxud təsdiq edilmiş cizgiləri ala bilmirsə, sanki cizgilər təsdiq olunubmuş kimi işi davam etdirmək hüququna malikdir. Xxxxx bu cür hərəkət Podratçını işin kifayət qədər keyfiyyətli olmamasına görə məsuliyyətdən azad etmir. Əgər hər hansı səbəbə görə Sifarişçi bütün hallarda qəbul edilmiş zaman müddətində təsdiq olunmuş cizgiləri və göstərişləri təqdim edə bilmirsə və buna görə itkiyə məruz qalırsa, onda Sifarişçi Podratçı ilə məsləhətləşdikdən sonra müəyyən edir:
a) Podratçının ixtiyarı çatdığı qədər müddəti uzadır;
b) Müqavilənin qiymətinə əlavə edildiyi qədər qiymət miqdarını təyin edir və Xxxxxxxxxxx bir nüsxə verməklə Podratçını bu barədə xəbərdar edir.
8.5. Əgər Sifarişçi cizgilərin qeyri-qənaətbəxş və kafi olmaması qənaətinə gəlirsə, Podratçı münasib vaxt ərzində cizgiləri Sifarişçinin tələbinə müvafiq şəkildə başa çatdırır ki, işin başlaması ləngiməsin. Podratçı qeyri- qənaətbəxş cizgilərə görə bütün xərcləri ödəyəcək və hər hansı digər məsuliyyəti daşıyacaqdır.
8.6. Təsdiq edilən cizgilər Müqavilənin əsas hissəsini təşkil edir.
8.7. Sifarişçinin qeydə aldığı və ya Podratçının hazırladığı bütün cizgilər və spesifikasiyalar Sifarişçinin mülkiyyəti olaraq qalır və onlar digər layihələrdə istifadə edilə bilməz, bu sənədlər Müqavilənin bir hissəsi kimi işlər qurtardıqdan sonra Sifarişçinin xahişi ilə ona qaytarılır.
9. Cizgilərin surəti və sənədlərdən istifadə
9.1. Podratçı işlərin görülməsi üçün xxxxx xxxx miqdarda öz hesabına cizgilərin surətini çıxarır.
9.2. Podratçı meydançaya bütün cizgilərin, əlavələrin digər modifikasiyalarının təsdiq olunmuş bir nüsxəsini saxlayır, bütün bunlar yaxşı vəziyyətdə, qaydada olmalıdır və işin gedişində edilən bütün dəyişikliklər vaxtında qeydə alınmalıdır və bütün bunlar istənilən vaxt yoxlanıla bilər və ya Sifarişçi tərəfindən istifadə edilə bilər.
10. Əlavə cizgilər və göstərişlər
Sifarişçinin vaxtaşırı işin gedişi ərzində Podratçıya dəyişikliklər illüstrasiyası üçün vacib xxxx sonrakı layihə cizgilərini təqdim etməyə tam hüququ və səlahiyyəti vardır. Podratçı işi onlarla birlikdə aparır.
M a d d ə 3 . PODRATÇININ ƏSAS ÖHDƏLİKLƏRİ
11. Meydançanın nəzərdən keçirilməsi
Sifarişçi meydançadakı torpağın aşağı qatında vəziyyətlə əlaqədar hidrogeoloji, geotexniki və topoqrafik tədqiqatlara əsasən Podratçı üçün məlumat hazırlayır. Podratçı bu məlumatlarda öz dəyişikliklərinə görə tam məsuliyyət daşıyır.
Sifarişçi Müqavilə imzalandıqdan sonrakı 7 gün ərzində fiziki xasiyyətnamə, elektriklə, su ilə təminat barədə, eləcə də inşaat meydançasının hüquqi sərhədləri haqqında lazımi informasiya təqdim edir.
Podratçı işlər başlananadək tikinti meydançasını, ətraf mühiti, eləcə də bununla əlaqədar əldə xxxx informasiyanı nəzərdən keçirir, diqqətlə öyrənir və əmin olur ki, aşağıdakı parametrlərə görə tələblərə cavab verir:
a) torpaq şəraiti də daxil olmaqla onun forma və xarakteri;
b) hidrogeoloji və iqlim şəraiti;
v) işlərin həyata keçirilməsi, başa çatdırılması və işdə istənilən nöqsanların aradan qaldırılması üçün zəruri xxxx işlərin və materialların dərəcəsi və xarakteri;
q) inşaat meydançasının keçid yolları və ümumiyyətlə, xxxxx xxx biləcək bina. Podratçı yuxarıdakılarla bağlı, eləcə də xxxxxx ərizəsində göstərilə biləcək fövqəladə və istənilən digər hallarla əlaqədar bütün zəruri informasiyanı alır.
Əgər mövcud hüquqi vəziyyət, yaxud fiziki xasiyyətnamələr və ya meydançanın yerləşməsinin əlverişliliyi Sifarişçinin təqdim etdiyi informasiyaya uyğun gəlmirsə və işlərin vaxtında həyata keçirilməsinə əngəl törədirsə, bunun nəticələrinə görə bütün məsuliyyəti Sifarişçi öz üzərinə götürür.
12. Müqavilənin kifayətliliyi
Podratçı Müqaviləni imzalayana qədər Müqavilənin ümumi dəyəri çərçivəsində yerinə yetirməyi öhdəsinə götürdüyü işlərin həcminə və xarakterinə, eləcə də əgər müqavilədə nəzərdə tutulubsa, Müqavilədəki qiymət və tariflərə, eləcə də işlərin yerinə yetirilməsi və təchizatı üçün zəruri xxxx bütün digər aspektlərin kifayətliliyinə əmin olmalıdır.
13. Dəyişilmiş şərait
Podratçı Müqavilədə şərtləşdirilən işlərin xarakterinə məxsus, Sifarişçi ilə şərtləşdiriləndən fərqli xxxx, əvvəlcədən naməlum fiziki şərait və ya meydançadakı qeyri-adi süni maneələr barədə Sifarişçini yazılı şəkildə xəbərdar etməlidir. Sifarişçi şəraiti öyrənir və bu şəraitin təcrübəli Podratçı tərəfindən nəzərə alına
bilməyəcəyinə, nəticədə işlərin həyata keçirilməsi üçün vacib xxxx qiymətlərin, yaxud vaxtın artıb- azalacağı gözlənilirsə, lazımi düzəlişlər verir və Müqavilə müvafiq şəkildə dəyişdirilir.
Əgər şərtlər pozulanadək Podratçı xəbərdarlıq etməyibsə, onun düzəliş barədə heç bir tələbi yerinə yetirilmir.
14. Təminat
Müqaviləni imzalayan Podratçı Sifarişçinin tələblərini yerinə yetirmək üçün tikinti cizgilərini, iş cizgilərini hazırlayacağına, təmin edəcəyinə, tikəcəyinə, əlaqələndirəcəyinə, başa çatdıracağına və buraxılış-tənzimləmə işləri aparacağına təminat verir. Bütün bunlar Müqaviləyə ciddi əməl etməklə və müvafiq adekvat şəkildə həyata keçirilir.
15. Texniki məsuliyyət
Podratçı rəhbərliyin ən yaxşı dəyişikliklərindən və vərdişlərindən istifadə edərək müvafiq həvəslə işləri yerinə yetirir və uyğunluğa, sabitliyə və meydançadakı bütün əməliyyatların təhlükəsizliyinə, tikinti metoduna, vasitələrə, texnikaya, əməliyyatların ardıcıllığına və Sifarişçi ölkənin spesifikasiyalarına müvafiq xxxx prosedura görə tək məsuliyyət daşıyır.
16. Əmək ehtiyatları və material
16.1. Podratçı işin daimi və ya müvəqqəti xarakterindən asılı olmayaraq, müvafiq istehsalat üçün zəruri əməyi, materialları, avadanlığı, alətləri, tikinti avadanlığını, mexanizmi, kommunal xidməti, nəqliyyat və digər xidmət vasitələrini təmin edir və pulunu ödəyir.
16.2. Podratçı Müqavilə üzrə Podratçı ilə istənilən işləri yerinə yetirən öz heyətinin, Xxxxxxxx podratçının, onların agentlərinin, qulluqçuların və digər şəxslərin hərəkətlərinə və səhvlərinə görə Xxxxxxxxxxxx qarşısında məsuliyyət daşıyır. Podratçı işlərin həyata keçirildiyi bütün vaxt ərzində öz heyəti arasında ciddi intizama və qaydaya nəzarət edir, öz işini yerinə yetirmək üçün kifayət qədər səriştəsi olmayan nə bir işçini, nə də Xxxxxxxx podratçını işə qəbul etmir, vəzifəyə təyin etmir.
16.3. Podratçı işlərin yerinə yetirilməsi üçün səmərəli əmək münasibətləri proqramının inkişafı və tətbiqi naminə lazımi tədbirlər görür.
16.4. Podratçı vergiləri Azərbaycan Respublikası qanunlarına əsasən ödəyəcəkdir.
16.5. Podratçı işdə mümkün olduqda yaxşı keyfiyyətli və rəqabət qabiliyyətli qiymətlə yerli materiallardan daha xxx istifadə etməyə cəhd göstərir.
17. Podratçının ştatı və işçi heyəti
17.1. Podratçı inşaat meydançasına müvafiq peşələr üzrə böyük təcrübəsi, səriştəsi və qabiliyyəti xxxx rəhbər və texniki heyət toplayır və onları təmin edir.
Podratçı Müqavilə imzalandıqdan sonra dərhal texniki və işçi heyətdən işlərin vaxtında yerinə yetirilməsi və texniki xidmət üçün istifadə etməyə başlayır.
17.2. Podratçı Müqavilə üzrə işlərin yerinə yetirilməsi tələblərinə xxxxx xxxx səriştəli, yarımsəriştəli və səriştəsiz işçiləri muzdla işə götürür.
17.3. Ölüm, xəstəlik, yaxud işdən getmə və ya Xxxxxxxxxxxx tələbi ilə işdən azad edilmə, yaxud bu cür səbəblər ucbatından heyətdən kimsə öz vəzifəsini yerinə yetirə bilmirsə, Podratçı ləngimədən onların əvəzinə təqdim etdiyi şəxsin adı və peşəsi barədə Xxxxxxxxxxx yazılı izahat verir.
17.4. Əgər Müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, Podratçı yerli əhali sırasından, yaxud Sifarişçinin ölkəsinin əmək qanunvericiliyinə zidd olmayan digər yerlərdən texniki və işçi heyəti toplamaq üçün öz şərtlərini, öz əmək haqqı, yaşayış yeri, yemək və nəqliyyatla təminat şərtlərini hazırlayır.
18. Qanunlar, sərəncamlar, xəbərdarlıqlar
18.1. Podratçı xəbərdarlıq təqdim edir və işlərin icrasına mühakimə hüququnda olduğu istənilən yerli, yaxud digər müvafiq təyinatlı hökumət orqanı və ya mütəxəssisin fərman və sərəncam, qanun və qaydalara tabe olmağı öhdəsinə götürür.
Əgər Podratçı müşahidə edirsə ki, işə baxışda fikir ayrılığı var, dərhal Sifarişçiyə yazılı xəbərdarlıq edir və Sifarişçi işləri zəruri dəyişikliyə uyğun şəkildə aparır.
19. İşlərin yerinə yetirilməsi öhdəliklərinə görə bank təminatı
Podratçı bu Müqavilənin 5-ci maddəsində qeyd edilən xxxxx ödəmələri qarşılığında Sifarişçiyə birinci dərəcəli Bankın Türkiyə təminatını təqdim edəcəkdir. Avansın məbləğindən müvafiq faizlə hər bir sonrakı ödəniş çıxılır. Həmin miqdar təminat məktubu ilə çıxılan məbləğə bərabər olaraq sonrakı ödənişlərdə balansa keçiriləcəkdir.
20. Ziyanın ödənilməsi
Podratçı istehsal və işlərin xidməti zamanı Xxxxxxxxxxxx, Sifarişçinin agentlərinin və onun qulluqçularının ziyandan etirazdan, itki və xərclərdən qorunması haqqında qanunla tam şəkildə həmahəngdir. Əgər bu cür istənilən etiraz, ziyan, itki və ya xərclər zədə, nasazlıq, xəstəlik və ölüm ilə bağlıdırsa, yaxud əmlakın fiziki ziyanı
ilə əlaqədardırsa, işin özü istisna olmaqla, əgər bu, səhlənkarlıq və ya Vasitəli podratçının səhvi nəticəsində baş veribsə, məsuliyyət daşıdığı vəzifəni düzgün yerinə yetirməyibsə, həmin qanun qüvvəyə minir.
21. İcazələr, lisenziyalar, ödəniş
Sifarişçi digər icazələr kimi «tikinti üçün icazə» alır və pul ödəyir, ərazidə layihə üzrə əməliyyatların yerləşdirilməsi və yerinə yetirilməsi üçün tələb olunan icazələr alır. Bütün bu hallarda Podratçı Sifarişçiyə xxxxx xxxx sənədləri təqdim edəcəkdir.
22. Səliqə, təmizləmə
22.1. Podratçı tikintinin bütün ərazisini iş vaxtı yaranmış zibildən və tullantıdan təmizləyir. İşlər başa çatdıqdan sonra Podratçı tikinti meydançasını tullantılardan, zibildən, müvəqqəti tikilidən və hər hansı gərəksiz materialdan təmizləyir və tikinti ərazisini, işin nəticəsini Sifarişçinin istədiyi kimi təmiz təqdim edir.
22.2. Əgər Podratçı işlər başa çatdıqdan sonra ərazini təmizləyə bilməyibsə, Sifarişçi bunu edə bilər və işin dəyərini Podratçıdan çıxa bilər.
M a d d ə 4 . BAŞQASINA HÜQUQLARIN VERİLMƏSİ VƏ VASİTƏLİ İCARƏ
23. Hüquqların verilməsi və vasitəli icarə
Sifarişçinin yazılı razılığı olmadan Podratçı Müqaviləni başqasına və ya vasitəli icarəyə verə bilməz.
24. Vasitəli icarə
Podratçı Sifarişçinin ilkin yazılı razılığı olmadan işlərin müəyyən hissəsini Vasitəli icarəyə verə bilməz və əgər belə bir icazə verilirsə, bu, Podratçını Müqavilə üzrə məsuliyyətdən və öhdəlikdən azad etmir və o, istənilən Vasitəli podratçının, işçinin, yaxud xidmət heyətinin səhvinə, səhlənkarlığına və hərəkətinə görə tam məsuliyyət daşıyır. Bu zaman Podratçı özü təqsirli bilinir.
M a d d ə 5 . LAYİHƏLƏR, İŞÇİ CİZGİLƏR, TARİX VƏ NÜMUNƏLƏR
25. Qərarlar
Layihələr və cizgilər Müqavilədə göstərilən qərarlara uyğundur.
25.1. İşçi cizgilər müvafiq iş həcminin ətraflı müəyyənləşməsi məqsədi ilə Podratçının işi üçün hazırlanmış diaqramlar, cizgilər, qrafiklər və digər məlumatlardır.
25.2. İstehsalat məlumatları Podratçının müvafiq iş üçün materialları, məhsulu siyahıya xxxxxx, illüstrasiya, standart qrafik, istehsalat qrafikləri, göstərişlər, broşüralar, diaqramlar və digər informasiyalardır.
25.3. Nümunələr material haqqında təsəvvür yaradan fiziki əşyalar, avadanlıq, yaxud məhsulun keyfiyyəti haqqında məlumat verir, həmin nümunələrdən işin gedişində istifadə olunur.
M a d d ə 6 . ƏMƏK RESURSLARI
26. İşə qəbul
26.1. Podratçı işi özü təşkil edir, ixtisas dərəcəsini və iş təcrübəsini nəzərə almaqla yerli və yaxud başqa bölgədən işçiləri işə qəbul edir. İşçiləri işə getmək üçün nəqliyyatla, yaşayış yeri ilə, yeməklə təmin edir və onlara əmək haqqı ödəyir.
26.2. Podratçı tabeliyində xxxx fəhlə və qulluqçuların bütün bayramları, dini mərasimləri və başqa ənənələri qeyd etmələri üçün şərait yaratmalıdır.
26.3. Əgər hər hansı xəstəliyin epidemiyası baş verərsə, Podratçı dövlət və yerli icra hakimiyyəti orqanlarının epidemiyanın aradan qaldırılması ilə əlaqədar xxxx bütün əmr və tələblərini yerinə yetirməlidir.
26.4. Podratçı işi elə təşkil etməlidir ki, tikinti işi aparılan yerə yaxın yaşayış məhəllələrində yaşayan əhaliyə narahatlıq gətirməsin, onlara maddi və mənəvi ziyan vurmasın. Podratçının işçiləri tərəfindən qanun pozuntusu olarsa, o, Sifarişçi təşkilatın mövcud dövlət qanunları qarşısında cavabdehlik daşıyır.
26.5. Podratçı Xxxxxxxx Xxxxxxxx təşkilat üçün göstərilən müddəalara görə cavabdehlik daşıyır.
26.6. Podratçı Vasitəli Podratçı təşkilatın işçilərinin və onun işçi heyətinin Sifarişçi təşkilatın mövcud dövlət qanunları və göstərişlərinə əməl etməsi üçün cavabdehlik daşıyır (işlədiyi, gəldiyi və getdiyi zaman).
26.7. Podratçı 24 saat ərzində Sifarişçiyə xarici ölkədən gələn işçi heyətin siyahısını təqdim etməlidir. Bu siyahı əsasında onlar yaşayış yeri ilə təmin edilir. Podratçı, işçilərin iş müddətinin qurtarmasına 15 gün qalmış Sifarişçiyə məlumat verməlidir ki, onların yaşayışı üçün icazə müddəti artırılsın.
26.8. Əgər Podratçı təşkilatın işçilərindən və onların ailəsindən kimsə Sifarişçi ölkənin ərazisində ölərsə, Podratçı meyiti öz ölkəsinə aparmaq üçün çəkilən xərcləri öz üzərinə götürür.
27. Sosial güzəştlər
27.1. Podratçı öz işçi heyətini və Vasitəli Podratçı təşkilatın işçilərini tikinti sahəsinə aparmaq və oradan qaytarmaq üçün nəqliyyatla təmin edir və cavabdehlik daşıyır. Bundan başqa, öz ölkəsinə gedən və qayıdan işçilərin Sifarişçi ölkəni tərk edənə qədər sosial və məişət qayğılarını öz hesabına təmin edir.
27.2. Podratçı öz texniki heyətini, fəhlələri və Vasitəli podratçının işçilərini yaşayış yeri ilə, yeməklə təmin edir. Yaşayış binasının mənzilləri su, elektrik enerjisi, yemək hazırlamaq üçün yerlə, hamamla, başqa sanitar- texniki məişət xidməti ilə və yanğın təhlükəsizliyi ilə təmin edilməlidir.
28. Texniki heyətə və fəhlələrə əmək haqqı ödənişi
Podratçı və Vasitəli Podratçı texniki heyətə və fəhlələrə əmək haqqı, müavinət, sosial sığorta, təqaüd və xarici ölkə vətəndaşlarından xxxx işçilər üçün nəzərdə tutulmuş başqa müavinətlər verir.
29. Qanunlara və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi
Podratçı, Sifarişçi ölkənin ərazisində əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə qüvvədə xxxx qanuna əməl etməli və xxx xxxx olmalıdır.
30. Əmək resurslarının mənbəyi
Podratçı Sifarişçinin tələbi ilə işçi heyətin, inzibati ştat işçiləri daxil olmaqla, siyahısını onların ixtisas dərəcəsini göstərməklə tərtib edir. İşçi heyətin tikinti sahəsində işləməsi barədə məlumat verir.
31. Kadrlarla komplektləşdirmə
Podratçı Xxxxxxxxx ölkənin mövcud qanunlarına zidd olmayan bütün imkanlardan istifadə edərək Müqavilə müddəti xxxxx xxxx işçi qüvvəsini və texniki heyəti işə cəlb edə bilər. Xxxxx o, Müqavilə müddəti qurtardıqdan sonra bir il ərzində Sifarişçinin və Vasitəli podratçının heç bir işçisinə işə götürmə barədə təminat verə bilməz.
M a d d ə 7 . MATERİAL VƏ ƏMƏK SƏRFİ
32. Görülən işlərə nəzarət
32.1. Sifarişçi və yaxud onun səlahiyyətli nümayəndəsi, ölkənin tikintiyə nəzarət edən orqanları tikinti aparılan sahəyə və yaxud tikinti konstruksiyaları, avadanlığı hazırlanan bütün sex və sahələrə istənilən vaxt nəzarət etmək hüququna malikdir. Podratçı onların bu nəzarətinə şərait yaratmalıdır.
32.2. Sifarişçinin işə nəzarəti və Podratçı təşkilata daxil olmayan şəxsin görülən işlərin həcmini təsdiq etməsi Xxxxxxxxxxx Müqavilənin tələblərinə xxxxx xxxx öhdəliklərinin yerinə yetirilməsindən azad etmir.
M a d d ə 8 . GÖRÜLƏN TİKİNTİ İŞLƏRİNİN ÜSTÜNÜN ÖRTÜLMƏSİ (BAĞLANMASI)
33. İşlərin örtülməsi
33.1. Heç bir örtüləcək iş Sifarişçinin icazəsi olmadan örtülə bilməz. Bütün örtüləcək işlər barədə Xxxxxxxxxxx məlumat verilməlidir. Podratçı Sifarişçiyə görülən işlərin həcmini müəyyən etməyə imkan verməlidir. Podratçı qurtarmaqda xxxx hər bir iş barədə Sifarişçiyə məlumat verməlidir. Sifarişçi görülən işlərin həcmini təyin etmək üçün aparıcı ölçmələrin vaxtını müəyyənləşdirir və Podratçıya bildirir. Örtülən işlər barədə ikitərəfli akt tərtib edilir, Podratçı və Sifarişçinin nümayəndəsi tərəfindən təsdiq edilir.
M a d d ə 9 . MÜVƏQQƏTİ TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİ. TİKİNTİNİN TEXNİKİ PARKININ TƏŞKİLİ
34. Müvəqqəti tikinti-quraşdırma işləri və tikintinin texniki parkı
Podratçı Müqavilə üzrə götürülən öhdəliyi yerinə yetirmək üçün aşağıda göstərilən xidmət növlərini və vasitələri təşkil etmə haqqında məlumat hazırlayır:
a) bina-qurğular.
Tikinti sahəsində və ondan kənarda yerləşəcək binalar, müvəqqəti anbarlar, mətbəx-yeməkxana, iş otaqları, ilk tibbi yardım məntəqəsi, gözətçi otağı, hamam, tualet və sair bunlara oxşar köməkçi tikililər xxxxx xxxx qurğu avadanlıqlarla təchiz edilmiş vəziyyətdə olmalıdır. Bundan başqa Podratçı və Vasitəli podratçının ərzaq məhsulları yığmaq üçün otaqları olmalıdır.
b) Əsas taxtabəndlərin qurulması.
Görüləcək işləri yerinə yetirmək üçün bütün xxxxx xxxx taxtabəndlər qurulur.
v) Elan üçün taxta.
Taxtada tikinti layihəsinin adı, Sahibi və Sifarişçinin, Podratçının və Vasitəli podratçının adları yazılır.
q) Ərazinin açılması.
Tikinti ilə bağlı tikinti ərazisində və yaxud kənarda texniki park üçün yer, anbar otaqları olmalıdır.
d) Su təchizatı.
Tikinti işlərinin aparılması üçün iş otaqlarının, yeməkxana, tualet, yaşayış və başqa müvəqqəti köməkçi otaqların, işçilərin içməli su ilə təchizatı təmin edilməlidir.
e) İşıqlandırma və elektrik enerjisi.
İşıqlandırma üçün xxxxx xxxx bütün avadanlıqlar, tikinti sahəsi daxilində və ondan kənarda elektrik enerjisini paylamaq üçün enerji blokları olmalıdır. Podratçı qəza vəziyyəti üçün əlavə elektrik-enerji mənbəyini əvvəlcədən nəzərə almalıdır.
j) Rabitə əlaqəsi.
Sifarişçi, Podratçı və Vasitəli podratçı təşkilatlar arasında telefon əlaqəsi yaratmaq üçün Sifarişçi beynəlxalq telefon, teleks və telefaks xətləri ilə təmin etməlidir. Podratçı tikinti ərazisində radioəlaqə sistemindən istifadə etmək hüququna malikdir.
z) Texnoloji park avadanlığı.
Tikinti üzrə metodikaya uyğun olaraq tikinti üçün xxxxx xxxx bütün avadanlıqlar, alətlər, maşın və mexanizmlər.
i) Nəqliyyat vasitələri.
İşçiləri işə və işdən aparmaq üçün avtonəqliyyat. Yuxarıda göstərilən tikinti işlərinə, texniki parka xidmət etmək üçün nəqliyyat.
k) Hazırlıq işləri və təmizləmə.
Tikinti işlərinin başlanması ilə əlaqədar tikinti sahəsində və ondan kənarda bütün hazırlıq işləri və tikinti qurtardıqdan sonra ərazinin təmizlənməsi.
35. Müvəqqəti işlərlə və texnoloji parkla əlaqədar xüsusi şərtlər
Əlavə 1-də göstərilən işlər istisna olmaqla bu şərtlər aşağıda göstərilən bütün işlərə aiddir:
35.1. Podratçı yuxarıda göstərilən müvəqqəti işlərdə hazırlıq işlərinin görülməsi, təchizatı, qurulması və təhlükəsizliyin təmin edilməsi, tikinti ilə bağlı zavodda aparılan işlər üçün tam məsuliyyət daşıyır. Görülən işlərlə əlaqədar (Müqavilənin başqa bəndləri istisna olmaqla) bütün xərcləri ödəyir.
35.2. Müvəqqəti tikililər, texnoloji park və bunlarla əlaqədar bütün obyektlər təsdiq edilmiş plana əsasən Müqavilə sənədlərində müəyyən edilmiş vaxt ərzində quraşdırılır və istifadə edilir.
35.3. Podratçı görüləcək müvəqqəti işlərin və texniki xxxxxx təşkili üçün məsuliyyət daşıyır. Görülən tikinti işinin keyfiyyətini yüksəltmək məqsədi ilə xaricdən avadanlığın gətirilməsi işini təşkil etməlidir.
35.4. Podratçı tərəfindən təmin edilən bütün müvəqqəti qurğular və texnoloji park tikinti meydançasına gətirildikdən sonra yalnız tikinti işləri görür. Podratçı Sifarişçinin icazəsi olmadan tikinti sahəsindən başqa sahəyə avadanlıq və yaxud onların hissələrini aparmamalıdır. Görüləcək iş başa çatdıqdan sonra Podratçı bütün müvəqqəti qurğular və texnoloji park avadanlığını tikinti sahəsindən çıxarır.
35.5. Sifarişçi Podratçı tərəfindən müvəqqəti qurğuların itirilməsi və yaxud sıradan çıxarılmasına görə tikinti zavoduna dəyən maddi ziyana cavabdeh deyildir.
35.6. Podratçının bütün texnoloji park avadanlığı və başqa avadanlıqları Müqaviləyə əsasən xaricə göndərilir.
M a d d ə 1 0 . İŞİN GÖRÜLMƏ MÜDDƏTİ VƏ GECİKDİRİLMƏSİ
36. İşin görülməsi
Podratçı iş yerində işi Sifarişçinin müəyyən etdiyi müddət ərzində işçi sənədlər təsdiq edildikdən və xxxxx aldıqdan sonra yerinə yetirir.
37. İş sahəsindən istifadə
37.1. Sifarişçi Podratçıya iş başlayana qədər xxxxx xxxx iş sahəsi ayırmalıdır.
38. İşin icra müddəti
Podratçı işin başlanması üçün nəzərdə tutulmuş vaxtda işə başlayır və başqa şərtlər qəbul edilməyincə 12 ay ərzində eyni templə işi yerinə yetirir.
38.1. İşin yerinə yetirilmə müddətinin uzadılması:
a) iş həcminin artırılması ilə əlaqədar;
b) material və başqa təchizatın pozulması ilə əlaqədar gecikmələr olduqda;
v) hava şəraitinin pisləşməsi ilə əlaqədar olduqda;
q) sifarişçinin və tikinti kompaniyasının yeni tələbləri ilə əlaqədar və yaxud tikinti kompaniyasının dəyişilməsi ilə əlaqədar olduqda;
d) podratçının günahı olmadan ortalığa çıxan bütün hallarda Podratçı işin icra müddətini artıra bilər. Sifarişçi Podratçı tərəfindən müəyyən edilmiş iş həcmi haqqında hesabata əsaslanaraq işin icra müddətini artıra bilər. Podratçı işə başladığı 28 gün ərzində iş şəraitinin dəyişilməsi və yaxud yuxarıda göstərilən hallar müəyyən edilərsə Sifarişçiyə işin müddətinin artırılması barədə hesabat təqdim etməlidir.
39. Boşdayanmalara görə ödəniş
39.1. Əgər Podratçı müqavilədə müəyyən edilmiş müddət ərzində işi yerinə yetirməzsə, Sifarişçiyə gecikdirilən hər iş günü üçün 1000 (bir min) ABŞ dolları ödəyir. Bütün hallarda gecikdirmə üçün ödəniş Müqavilə qiymətinin 3%dən xxx xxx bilməz.
39.2. Əgər işin tam qurtarılmasına qədər Sifarişçi tərəfindən işin bir hissəsinə və yaxud bir bölməsinə sertifikat verilməzsə və Sifarişçi işi qəbul etmişsə, bu zaman gecikməyə tətbiq edilən maliyyə sanksiyası uyğun olaraq azaldılır.
M a d d ə 1 1 . İŞİN BAŞA ÇATDIRILMASI, İSTİSMARA VERİLMƏSİ VƏ TƏMİNATI
40. İşin başa çatdırılması
Sifarişçinin fikrincə qəbul edilməsi mümkün xxxx sınaqdan çıxmış və yoxlanmış iş və yaxud işin bir hissəsi istismara yararlıdırsa, o bu haqda Podratçı təşkilata işin müvəqqəti qəbul edilməsi barədə rəsmi məlumat verir və görülməyən xırda işləri və defektləri göstərməklə işin tam yerinə yetirilməsi üçün vaxt müəyyən edir.
41. İşin yerinə yetirilməsi barədə sertifikat
41.1. Podratçı tərəfindən yerinə yetirilən çatışmazlıqlar, defektlər barədə Sifarişçiyə rəsmi məlumat verilir. Sifarişçi məlumat aldıqdan sonra görülən işlərin keyfiyyətini və həcmini yoxladıqdan sonra işin Müqaviləyə uyğun yerinə yetirilməsini məqbul sayaraq işin başa çatdırılması barədə sertifikat hazırlayır və verir. Görülən işin dəyərinin 95%-ni ödəyir, qalan 5%-ni isə görülən iş qəbul komissiyası tərəfindən qəbul edildikdən sonra ödəyir.
Podratçı tərəfindən qalan işin görülməsi barədə təminat məktubu verilərsə qalan 5% vaxtından əvvəl ödənilə bilər. İşin qəbul edilməsi haqqında sertifikatda (qəbul aktı) görülən işlərin Müqavilənin şərtlərinə uyğun olması və keyfiyyəti barədə qeydlər edilir və işin qiymətinin tam ödənilməsi tövsiyə edilir.
42. İşin təhvil verilməsi
İş başa çatdıqda Müqaviləyə uyğun olaraq Podratçı işi tam və ya onun bir hissəsini Sifarişçiyə Müqavilə sənədləri əsasında təhvil verir.
Sifarişçiyə açarları, idarəetmə pultunu və istismar avadanlıqlarını təhvil verir.
43. İşə başlamazdan əvvəl sazlama
Podratçı işi təhvil verdikdən sonra avadanlığın istismarı qaydaları haqqında Sifarişçiyə informasiya verir, təlimatlandırır, işçi heyəti və işəsalma-sazlama qaydalarını öyrədir.
44. İstismar dövrü və müşahidə edilən nasazlıqlar
44.1. İstismar vaxtı işin yerinə yetirilməsi haqda sertifikatın Sifarişçi tərəfindən bu Müqavilənin şərtlərinin 14-cü maddəsinin 59-cu bəndinə əsasən imzalandığı və qüvvəyə mindiyi gündən və yaxud obyektin istismara buraxıldığı müddətdən 12 ay ərzində hesablanır. Xxxx Xxxxxxxxx tərəfindən 2 sertifikat verilmişsə istismar dövrü sənədin təsdiq edilmiş vaxtına uyğun olaraq götürülür.
44.2. İstismar müddəti ərzində və yaxud istismara buraxılandan 15 gün ərzində Podratçı aşkar edilmiş nasazlıqları aradan qaldırmalı, təmir işini aparmalı və Sifarişçinin başqa iradlarını yerinə yetirməlidir.
44.3. Müqavilənin şərtlərinin 44.2 bəndinə əsasən bütün işlər Podratçının hesabına aparılmalıdır. Əgər görülən işlərdə Müqavilənin şərtlərinə uyğun olmayan material və işçi qüvvəsindən istifadə edilərsə, onun qiyməti əlavə hesablanır.
45. Sonuncu sertifikat
45.1. Tikinti obyektinin istismara verilməsi barədə qəbul komissiyası təşkil edilir. Komissiya obyektin bütün kompleks işlərinin və avadanlıqlarının sazlandırılmasının yerinə yetirilməsini yoxlamalıdır. Görülən işlər Müqavilənin işçi cizgilərinə uyğun olduqda və Sifarişçini təmin etdikdə sonuncu sertifikat hazırlanır və Podratçıya verilir. Bundan sonra Podratçının xüsusi təminatından başqa Sifarişçinin bütün iradları Xxxxxxxx tərəfindən qəbul edilmir.
45.2. Sonuncu sertifikat verilərkən orada Sifarişçinin Podratçı qarşısında Müqavilə ilə əlaqədar heç bir məsuliyyət daşımadığı qeyd edilir.
46. Təminat
Sonuncu sertifikat verilməsinə baxmayaraq Podratçı işin keyfiyyətli olması barədə Sifarişçiyə bir il təminat verir və bu müddət ərzində Podratçının günahı üzündən baş vermiş bütün nasazlıqları aradan qaldırmağı öz üzərinə götürür.
M a d d ə 1 2 . İŞDƏ EDİLƏN DƏYİŞİKLİKLƏR
47. Dəyişikliklər barədə sifariş
47.1. Dəyişikliklər üçün sifariş Podratçıya Sifarişçi tərəfindən rəsmi verilən sifarişdir. Müqavilənin qiyməti müəyyənləşdirildikdən sonra görüləcək işin keyfiyyəti və yaxud işin həcminin dəyişməsi ilə Müqavilə qiymətinin və icra müddətinin dəyişdirilməsi Sifarişçi tərəfindən Müqavilə ləğv edilmədən aparıla bilər. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir:
a) müxtəlif adda əlavə işlər;
b) görülən işlərin istiqamətinin və həcminin dəyişdirilməsi.
Bütün dəyişikliklər sifarişlə təsdiq edilməlidir və Müqavilənin şərtləri çərçivəsində yerinə yetirilməlidir.
47.2. Nəzərdə tutulan bütün dəyişikliklər sifariş əsasında Müqavilə şərtlərinə uyğun aparılmalıdır.
47.3. Əgər hər hansı səbəbdən Xxxxxxxxx tərəfindən Podratçıya ediləcək dəyişikliklər barədə şifahi göstəriş verilirsə, Podratçı bunu o halda qəbul etməlidir ki, Sifarişçi bu dəyişiklikləri rəsmiləşdirsin və işçi cizgilərinə səlahiyyətli nümayəndəsi tərəfindən imza atılsın.
48. Dəyişikliklərin qiymətinin müəyyənləşdirilməsi
Plandan əlavə görüləcək bütün işlərin qiyməti Müqavilə qiymətinə əsasən ABŞ dolları kursuna uyğun olaraq müəyyənləşdirilir.
M a d d ə 1 3 . İNSANLARIN VƏ ŞƏXSİ ƏMLAKIN MÜHAFİZƏSİ
49. İstehsalatda təhlükəsizlik texnikası üzrə proqramlar
Podratçı istehsalat proseslərinin texniki təhlükəsizliyini təmin etmək üçün cavabdehdir. O, işlədiyi ölkədə əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə mövcud xxxx qanunlara əməl etməli və işdə onu rəhbər tutmalıdır.
50. İnsanların təhlükəsizliyi və şəxsi əmlakın qorunması
50.1. Podratçı
Podratçı bütün mümkün xxxx üsullardan istifadə edərək aşağıdakı məqsədlərə nail olmalıdır:
a) işdə xxxx bütün işçiləri və başqa adamları travmadan mühafizə etməlidir;
b) bütün işlərə elə nəzarət etməlidir ki, avadanlıqların, materialların anbarda və tikinti sahəsində yerləşən və nəqliyyat vasitəsi ilə nəql edilən avadanlıqların itməməsi və xarab olmaması üçün Podratçı və yaxud Vasitəli podratçının nümayəndəsi nəzarət etməlidir;
v) tikinti sahəsində və yaxud ona yaxın yerdə yerləşən qurğuların, xxxx kəmərinin, piyadaların hərəkət etdiyi səkilərin və başqa tikililərin, ağacların, kabel xətlərinin və başqa mülkiyyətin dağılıb sıradan çıxmasının qarşısını almalıdır.
50.2. İnsanların mühafizəsi və təhlükəsizliyi məqsədi ilə Podratçı işin aparılması prosesində mühafizə çəpərləmələrindən, xəbərdarlıqedici işarələrdən, işıq siqnallarından və başqa qoruyucu vasitələrdən istifadə etməlidir.
50.3. İşin aparılmasında istifadə edilən partlayıcı maddələrin istifadəsi zamanı bu işin təhlükəsizliyini təmin etmək məqsədi ilə bu işi ixtisaslı mütəxəssislərə həvalə etməlidir.
50.4. Podratçı bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə bütün ehtiyat imkanlarından istifadə etməlidir. Podratçı və ya Vasitəli podratçı ağac materiallarının və adamların bir tikinti sahəsindən digərinə daşınması zamanı təhlükəsizliyi təmin etmək və xüsusi əmlakı qorumaq üçün lazım gəldikdə başqa təşkilatları bu işə cəlb etmək və onun haqqını ödəmək hüququna malikdir. Podratçı bir nəfər işçisinə tikinti sahəsində baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə nəzarət etməyi tapşırır.
51. Podratçı bütün növ xüsusi mülkiyyətin dağıdılması, xarab edilməsi və yaxud oğurlanması hallarında dəyən maddi ziyanın tam və ya bir hissəsinin özü və ya Vasitəli podratçı tərəfindən ödənilməsinə cavabdehdir.
52. Qəzalar
Əgər yaranan qəza vəziyyəti insanların həyatı üçün və xüsusi mülkiyyətin tələf olması üçün təhlükə yaradırsa, onda Podratçı təhlükəni sovuşdurmaq üçün özü qərar qəbul etməlidir. Podratçının tələbinə əsasən iş müddətinin uzadılması və istənilən növ əlavə kompensasiyalar, işdə edilən dəyişikliklər bu Müqavilənin şərtlərinin 12-ci maddəsinə əsasən edilir.
53. Podratçı tərəfindən ödənilən və təmin edilən sığortalar:
a) Podratçı nəzərdə tutulan ümumi şərtlərə və qəbul etdiyi öhdəliyə əsasən sığortaların xərclərini ödəyir;
b) qulluqçulara sosial sığorta ayırır;
v) Sifarişçinin qulluqçularını işdə xxxx riskinə görə sığortalayır;
q) maşın və mexanizmləri sınıb dağılmadan sığortalayır;
d) nəql edilməyə görə sığortalayır.
Göstərilən sığortalar iş başlayandan qurtarma və istismar müddətinin sonuna qədər davam etməlidir.
54. İşlərin icrasına dair Podratçının cavabdehliyi
54.1. Podratçı iş başlanan vaxtdan layihə qurtaran vaxta qədər görülən işlərə görə cavabdehlik daşıyır.
54.2. «Xüsusi (müstəsna) risk» müharibə vəziyyətidir, xarici düşmənin ölkəyə hücum etməsi, inqilab, üsyan, dövlət çevrilişi, hərbi diktatura, vətəndaş müharibəsi, hər hansı səbəbdən radioaktiv maddələrin, zəhərli qazların, partlayıcı maddələrin, yüksək sürətli hava gəmisi tərəfindən yaradılan səs dalğaları və yaxud təbiət qüvvələri nəticəsində yaranan fəlakətləri nəzərə ala bilməyən Podratçının işi «Xüsusi (müstəsna) risk» şəraiti hesab edilir.
M a d d ə 1 4 . MÜQAVİLƏNİN QİYMƏTİ VƏ ONUN ÖDƏNİŞİ
55. Müqavilənin qiyməti
55.1. Sonrakı paraqrafda göstəriləcək Müqavilənin qiyməti əlavədə qeyd edilmiş və bu qiymətdən verilən əlavələr və ayrılan vəsait Sifarişçi tərəfindən Müqavilə sənədlərinə əsasən görülən işə görə Podratçıya ayrılan ümumi məbləğdir.
55.2. Müqavilənin qiyməti Müqavilədə və əlavədə göstərilən şərtlərə əsasən bütün cizgilər və spesifikasiya sənədlərinə əsasən layihə gücünün təyin edilməsi mərhələsi nəzərə alınmaqla hesablanır. Bu cür təyin edilmiş qiymət Müqavilənin sonuncu qiyməti hesab edilir.
56. Müqavilə qiymətinin mərhələlərə bölünməsi
Müqavilənin qiyməti təyin edildikdən sonra bir ay müddətində Podratçı xxxxx xxxx iş dövrü üçün, Sifarişçiyə görüləcək iş üçün qiymət bölgüsünü təqdim edir. Bu cür qiymət bölgüsü Podratçı üçün Xxxxxxxxx tərəfindən əvvəlcədən ödəmə üçün əsas yaradır.
Sifarişçinin və ya ekspert orqanlarının tələbinə əsasən Podratçı sonradan görülən işin bütün mərhələləri üçün Müqavilə qiymətinə xxxxx xxxx dəqiqləşdirilmiş qiymət bölgüsü təqdim edir.
57. Müqavilənin qiymətinə xxxxx xxxx müvəqqəti məbləğ*
58. Ödəniş üçün sifariş
58.1. Müqaviləyə əsasən ödənişləri yerinə yetirmək üçün Podratçı hər ayın 25-dən sonra 6 gün ərzində Sifarişçiyə görülən işlər haqqında hesabat təqdim etməlidir. Görülən işlərin hesabatı Sifarişçi tərəfindən qəbul edilirsə, Podratçı hesabat ayının sonunda aşağıdakıları tələb etmək hüququna malikdir:
a) görülən işlərin qiymətinin müəyyən olunmuş forma əsasında ödənilməsini;
b) sonradan iş həcminə daxil ediləcək material və avadanlıqların dəyərinin ödənilməsini (əgər material və avadanlıqlar hesabat dövründə anbarda olarsa);
v) Müqavilənin şərtlərinə xxxxx xxxx istənilən başqa məbləğlərin ödənilməsini.
58.2. Alınıb gətirilərək anbar və yaxud iş sahəsində saxlanılan avadanlıq və materialların alış qiyməti nəzərə alınmaqla onların 90%-lik qiyməti ödənişə daxil edilə bilər və Podratçıya ödənə bilər. Bu, Podratçı ilə Sifarişçi arasında xxxx rəsmi razılıq əsasında yerinə yetirilə bilər.
58.3. Podratçı Xxxxxxxxxxxx tələbi ilə ona başqa sənədlərlə birlikdə alınacaq material və avadanlıqların sənədlərini təqdim etməlidir. Podratçı sifariş çərçivəsi daxilində alınacaq material və avadanlıqları Sifarişçiyə çatdırmağa təminat verir.
59. Xxxxx ödənişi və ödəniş
59.1. Əgər Podratçı yuxarıda göstərilən qaydada ödəniş üçün sifariş verirsə, Sifarişçi 15 gün ərzində bu ödənişi yerinə yetirməlidir. Əgər Sifarişçi bu müddət ərzində Podratçıya heç bir rəsmi cavab verməzsə, onda o, ödəniş barədə təkrar sifariş verir. Əgər Xxxxxxxxx son 14 gün ərzində cavab vermirsə, onda hər gecikdirilən gün üçün Podratçı ondan faiz tələb edir. Faizin məbləği Libor+2% təşkil edir.
59.2. Ödəniş sifarişinin Sifarişçi tərəfindən hər hansı səbəbdən təsdiq edilməməsi əsas sayıla bilməz.
59.3 Müqavilə imzalandığı müddətdən sonra Sifarişçi Müqavilənin 5-ci maddəsinə əsasən xxxxx ödəyir.
59.4. Yuxarıda göstərilən maddəyə əsasən Sifarişçi tərəfindən edilən ödəniş Podratçının xxxxxx xxxx hesablaşma hesabına köçürmə deməkdir. Podratçı xxxxxx xxxx hesablaşma hesabına Sifarişçiyə əvvəlcədən məlumat verməlidir.
60. Ödəniş tapşırığı üzrə tutulmalar
60.1. Görülən işlər qənaətbəxş olmadıqda Podratçı əvvəl imzalanan sertifikatda dəyişiklik etmək hüququna malikdir. O həmin işlərin qiymətinin nəzərə alınması və azaldılması hüququna da malikdir.
60.2. Yuxarıda göstərilən qayda tətbiq edilərsə, ödəniş azaldılmış məbləğlə yerinə yetirilir.
61. Valyuta və dəyişmə kursu
61.1. Müqavilənin qiyməti ABŞ dolları ilə hesablanır. Bütün ödənişlər bu valyuta ilə ödənilir.
M a d d ə 1 5 . HÜQUQLARI MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ SƏLAHİYYƏTLƏR
62. Podratçının vəzifələrini yerinə yetirməsindən imtina
62.1. Əgər Podratçı bankrot olursa, bankrot olmasını təsdiq edən sənəd təqdim edirsə, öz kreditlərinin xeyrinə müqavilə bağlayırsa, Müqavilə üzrə işini öz təftiş komissiyası altında davam etdirməyə razılaşırsa, korporasiya kimi ləğvə məcburdursa (birləşmə və yenidən qurulma məqsədi ilə könüllü ləğv edilmədən başqa), Podratçı Müqaviləni Sifarişçinin yazılı halda razılığı olmadan təhvil verirsə, Xxxxxxxxx hesab edir ki, Podratçı:
a) Müqavilə üzrə işini yerinə yetirmir, daim Müqavilə üzrə xxxx öhdəliklərinə məhəl qoymur;
b) işə ziyan vurur, Xxxxxxxxxxxx istənilən bəndinə aid xxxx təlimatlarına laqeyd yanaşır.
Belə halda Sifarişçi 14 gün əvvəldən öz iradlarını yazılı formada bildirdikdən sonra Podratçını tikinti sahəsindəki vəzifələrindən azad edə bilər ki, bununla da Podratçı Müqavilə üzrə xxxx öhdəliklərindən azad edilir. Bu halda Sifarişçi işinin sona çatması üçün Müqavilədə göstərilən maşın parkından və inşaatdan istifadə edə bilər.
63. Sifarişçinin vəzifələrini yerinə yetirməsindən imtina
63.1. Əgər Sifarişçi:
a) qəsdən Podratçının hər hansı bir sertifikatına görə ödənişi 30 gün müddətində həyata keçirmirsə, Müqaviləyə əsasən bu ləngiməyə səbəb olur;
b) hər hansı bir sertifikatın tələb olunan tətbiq edilməsinə müdaxilə, maneçilik, imtina edərsə;
v) bankrot olarsa və ya şirkət olacaqsa, yenidən qurulma və ya birləşmə məqsədi ilə deyil, başqa məqsədlərlə ləğv olunarsa;
q) Podratçıya rəsmi yazılı bildiriş verir ki, gözlənilməz səbəblər və ya iqtisadi böhrana görə Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməyəcəkdir.
Bu halda Podratçı 14 gün əvvəldən Sifarişçiyə yazılı bildiriş göndərərək öz Müqaviləsini pozmaq hüququna malikdir.
63.2. Yazılı bildirişdən 14 gün sonra Podratçı tikinti sahəsindən öz avadanlıqlarını, materialları, texnikanı nəqliyyat vasitələri ilə apara bilmək hüququna malikdir.
M a d d ə 1 6
64. Fövqəladə vəziyyət
64.1. Fövqəladə vəziyyətə aiddir: müharibə (elan olunmuş və olunmamış), hərb yürüşləri, basqın, xarici düşmənlərin hərbi fəaliyyəti, atom zərbələri, vətəndaş müharibələri, qiyam, inqilab, təbii fəlakətlər, Podratçı və onun Vasitəli podratçılarının işçi qüvvələrinə əlçatmanın bir tərəfli məhdudlaşması.
64.2. Podratçı zərərin ödənilməsinə, belə ki, texniki və müvəqqəti inşaatın, Sifarişçinin və üçüncü tərəfin mülkiyyətinin dağıdılması və zərər görməsi hallarında (Müqavilənin şərtlərinin 11-ci maddəsinin 45-ci bəndində göstərilən hallar istisna olmaqla) hüquqi məsuliyyət daşımır. Fövqəladə vəziyyətlərin bilavasitə və dolayı səbəblərindən baş verən ölüm və travmalara cavabdeh deyildir. Sifarişçi Podratçını bu və ya digər hallarda yaranan iddia, itki, xərc prosedurlarından qorumalıdır.
64.3. İnşaatın, müvəqqəti tikintinin və ya hər hansı materialların tikinti sahəsində və ya ətrafında, yaxud göstərilən fövqəladə vəziyyətlərdə daşınması zamanı dağılması və zərər görməsi halında Podratçı hər hansı bir işin və ya materialın dağılması və zərər görməsini ödəmək üçün müvəkkildir. Sifarişçi Podratçıya tələb etdiyi texniki inşaata dəymiş zərərin bərpası və əvəzi, yaxud müvəqqəti tikintinin bərpası və materiallarla əvəzini Müqavilədə göstərilən qiymətləri əgər münasib sayarsa, ödəməlidir.
M a d d ə 1 7
65. Müqavilənin pozulması Sifarişçinin Müqaviləni pozması
65.1. Əgər Müqavilənin yerinə yetirildiyi dövrdə müharibə və ya vətəndaş müharibəsi baş verərsə və bu, layihənin həyata keçirilməsi prosesinə fiziki və maliyyə cəhətdən təsir edərsə, əgər tikinti hüquq orqanlarının, hökumətin qərarı ilə (məsələn: fövqəladə vəziyyətin elan edilməsi) 90 gün müddətinə dayandırılıbsa, Sifarişçi Podratçını 28 gün əvvəldən yazılı xəbərdar etməklə Müqaviləni pozur.
65.2. Digər Podratçı bankrotdursa və ya öz kreditlərinin xeyrinə ümumi güzəştlər edirsə, onun müflisləşməsi halında ləğv edən təyin edilibsə, belə halda Sifarişçi Podratçını 28 gün əvvəldən yazılı xəbərdar etməklə, Podratçı ilə işgüzar əlaqələri kəsmək və Podratçıya aid xxxx bütün materiallar, avadanlıqlar, müvəqqəti inşaat, texnopark və s. mexanizmlərlə birlikdə tikinti sahəsinin sahibi olmaq və öz sərəncamına görə layihəni bitirmək hüququna malikdir.
66. Müqavilənin pozulması halında ödəniş üsulu
Əgər Müqavilə 17-ci maddənin şərtlərinə əsasən pozulacaqsa, onda Sifarişçi Podratçıya pozulma tarixinə qədər aparılan işlərin dəyərini Müqavilədə göstərilən qiymətlər əsasında ödəməlidir və əlavə olaraq:
a) inşaat üçün Podratçı tərəfindən xüsusi olaraq sifariş olunan material və avadanlıqların, təchiz edilməsinə hüquqi səlahiyyəti xxxx material və əşyaların qiyməti Sifarişçi tərəfindən ödənildikdən sonra Sifarişçinin səlahiyyəti altına keçir;
b) Sifarişçi Podratçının layihənin sona yetməsinə qədər xərclədiyi münasib məbləği;
v) digər bəndlərin şərtlərinə uyğun olaraq ödəniləsi hər hansı əlavə məbləği;
q) texnoparkın Podratçının istəyinə əsasən Türkiyədə yerləşən əsas zavodun ərazisinə qaytarılması halında sökülmənin münasib qiyməti;
d) Müqavilənin pozulma anına qədər layihənin həyata keçirilməsi üçün işə cəlb edilmiş Podratçı və onun Vasitəli podratçısının heyətini və işçilərini qaytarmaqla xxxxx xxxx münasib qiymətləri.
Bütün bunlar o halda mümkündür ki, bu bəndin şərtləri ilə Sifarişçidən alınmış hər hansı bir ödənişin qarşılığı olaraq Sifarişçi ödənilməmiş balanslara görə kredit almaq hüququna malikdir.
67. Podratçı tərəfindən Müqavilənin pozulması
Əgər tikinti məhkəmənin və ya digər səlahiyyətli orqanların qərarı ilə 90 gündən xxx müddətə dayandırılarsa, Layihə Sifarişçi tərəfindən 90 gündən xxx müddətə dayanarsa, 90 gün ərzində tikintinin başlanması qeyri- mümkün olarsa, Müqavilə Xxxxxxxx tərəfindən pozulur. Podratçı Müqaviləni Sifarişçini 28 gün əvvəldən yazılı xəbərdar etdikdən sonra poza bilər və Sifarişçidən Layihə üzrə görülən işi və işçi qüvvəsinin tutulması, materialların, avadanlıqların, alətlərin alınmasından irəli gələn zərəri ödəməsini tələb edə bilər. Sifarişçi Podratçıya uyğun qiyməti qazancın itirilməsi hesabına ödəyir.
M a d d ə 1 8
68. Qanunlardan istifadə
Bu Müqavilə Azərbaycan və Türkiyə Respublikaları ərazisində qüvvəyə malik qanunlar əsasında tərtib edilib və həmin qanunlar çərçivəsində fəaliyyətdədir.
69. Yazılı bildiriş
Yazılı bildiriş o halda ünvana çatmış sayılır ki, hər hansı bir Tərəfin səlahiyyətli şəxsinə göndərilib və o həmin məktubu öz iş kabinetində alıb və ya digər Tərəfin məlum sonuncu ünvanına tapşırılmış və təminat verilmiş poçtla göndərilir.
70. Əgər Tərəflərdən biri bu razılığın hər hansı bir şərtini yerinə yetirə bilmirsə, bu həmin Tərəfin xxxx razılığın qalan bütün şərtlərini yerinə yetirməkdən imtina etməsi deyildir.
71. Arbitraj məhkəməsinə müraciət edənə qədər
1. Tərəflər mübahisəli məsələləri sülh yolu, danışıqlar vasitəsi ilə, problemi inşaat prosesində və ya onun qurtarmasından sonra və ya Müqavilə vaxtının bitməsi dövründə hərtərəfli təhlil edəcək və həll edəcəklər.
2. Müqavilə üzrə Layihənin tikintisi problemlərin həm dostcasına həlli dövründə, həm də arbitraj məhkəməsi gedən zaman əgər Sifarişçi başqa qərar qəbul etməzsə, davam edəcəkdir.
3. Mübahisəli hallar meydana gəldikdə bir Tərəf digər Tərəfi mübahisənin səbəblərini ətraflı izah edərək yazılı xəbərdar etməlidir.
4. Digər Tərəf yazılı bildiriş aldıqdan sonra 15 gün müddətində yazılı olaraq öz fikrini bildirir. Yazılı bildirişlər alınandan sonra Tərəflər görüşmək haqqında qərara gəlirlər ki, bu da 7 gündən (bəyanat verənin bildirişi alınan andan) gec olmamalıdır.
5. Mübahisəni dostcasına həll etmək mümkün olmadıqda Tərəflər danışıqdan sonra məsələlərin sülh yolu ilə həlli üçün arbitraja müraciət edirlər.
72. Arbitraj
Layihənin həyata keçirilməsi dövründə, qurtardıqdan sonra, təchiz işləri aparıldıqda, texniki sınaq dövründə tikintinin pozulması və dayanmasından sonra yaranan mübahisələr, iddialar və başqa məsələlər Podratçı və Sifarişçi arasında danışıqlar yolu ilə həll edilə bilməyəndə, Azərbaycan Respublikasında mövcud xxxx qanun və qaydalara əsasən həmin məsələlərə baxılacaqdır. Müqaviləyə aid xxxx üçüncü Tərəf məhkəmədə hər iki Tərəfin yazılı razılığı olmadan iştirak edə bilməz. Müqaviləyə aid olmayan hər hansı bir Tərəfin və ya iddiaçı Tərəfin arbitrajda iştirakı Tərəflər arasında razılığa gəlmədən mümkündür. Bu Müqavilə Azərbaycan Respublikasının xüsusi arbitraj haqqında qanununun maddələrinə əsasən arbitrajın mövzusu olacaqdır.
Sifarişçi öz qaydaları, təklifləri, fikirləri, şərhləri ilə qərar qəbul etməyə səlahiyyətli olduğu hallarda bu zaman Podratçının arbitraja müraciət etməsi hüququ saxlanılır.
Müqavilə üzrə xxxx işlər, ödənişlər fikir ayrılığından və arbitraj prosedurundan dayandırılmayıbsa, mübahisənin arbitrajda baxılması dövründə də davam edir.
Arbitraj məhkəməsi üç arbitrdən ibarətdir. Arbitraja müraciət etmək istəyən Tərəflərdən biri digər Tərəfi xəbərdar edir və öz arbitrinin soyadını xəbər verir və digər Tərəfin öz arbitrinin adını 10 gün müddətində deməsini tələb edir.
Beləliklə, Tərəflərin iki arbitri görüşür və onlar 3-cü arbitri təyin edirlər. Əgər onlar göstərilən müddət ərzində arbitr təyin edə bilmirlərsə, Azərbaycan İqtisad Məhkəməsi cavabdehin yerinə arbitr və ya 2 arbitr təyin etmək hüququna malikdir.
Arbitraja ərizə arbitraj məhkəməsi yaradıldığı andan 15 gün ərzində verilməlidir. Arbitraj Azərbaycanın iqtisad qanun və qaydalarına tabe olduğundan arbitraj məhkəməsinin çıxardığı qayda və qanunlar da onlara müvafiq olur.
Arbitraj məhkəməsi qurtardıqdan sonra çıxarılan qərar hər iki Tərəf üçün məcburi olub, hökmən əməl edilməlidir.
73. Müqavilənin qüvvəyə xxxxx xxxx tarixi
Bu Müqavilə bütün maliyyə məsələlərinin həlli başa çatdıqdan, Podratçıya tikinti sahəsi verildikdən və xxxxx ödənildikdən sonra hüquqi qüvvəyə malik olur.
Bu Müqavilə Bakı şəhərində 2 nüsxədə Azərbaycan və türk dillərində hazırlanıb 1999-cu il mayın 21-də imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.
Sifarişçinin adından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (imza) | Podratçının adından Türkiyə Respublikasının Ahsel İnşaat, Təəhhüd və Ticarət A. Ş. firması (imza) |
* Məbləğ Müqavilənin icrası prosesində müəyyənləşəcəkdir
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilənin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə 1994-cü il fevralın 9-da Ankara şəhərində imzalanmış Müqavilə təsdiq edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
X. XXXXXXX.
Bakı şəhəri, 14 iyun 1994-cü il.
№ 823.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə”nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il mayın 19-da İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Əlavə Prosedur Müqavilə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əlavə Prosedur Müqavilənin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul 2022-ci il
№ 1740