Common use of Ünvanlı ticarət üsulu Clause in Contracts

Ünvanlı ticarət üsulu. 6.4.1. Ünvanlı ticarət üsullu ticarət zamanı, əqdlər, tərəflərdən birinin digər tərəfə əqdin bağlanma şərtlərini ifadə edən alış və ya satış təklifi göndərməsi, digər tərəfin isə ona ünvanlanmış təklifin təsdiq edilməsi yolu ilə bağlanır. 6.4.2. Ticarət iştirakçıları onlara ünvanlanmış alış və satış sifarişini təsdiq edə və ya rədd edə bilərlər. Ünvanlı ticarət üsullu ticarət zamanı əqdlər yalnız onun ünvanlandığı kontragent tərəfindən təsdiq edildiyi zaman baş tutmuş hesab edilir. Ticarət iştirakçısı kontragent tərəfindən təsdiq və ya rədd edilməmiş ünvanlı əqd təkliflərini ləğv edə bilər. 6.4.3. Bu Qaydaların 6.4-cü bəndinin müddəaları, alış və ya satış təklifinin göndərilməsi əqdin bağlanacağı əks tərəfin öncədən qeyd edilməsi yolu ilə alış və ya satış sifarişinin təqdim edilməsini ehtiva edir. Alış və ya satış təklifinin təsdiq edilməsi isə ticarət iştirakçısına ünvanlanmış alış və ya satış təklifi ilə eyni şərtlərə malik əks sifarişin təqdim edilməsidir.

Appears in 4 contracts

Samples: Qaydalar, Qaydalar, Qaydalar