QAYDALARI
Azərbaycan Respublikasının MaliyyəNazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli
Q-21 №-li qərarı ilə təsdiq edilmişdir.
Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası
QAYDALARI
1. Ümumi müddəalar
1.1. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları” (bundan sonra “bu Qaydalar”) “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-ci il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi xxxx qayda və şərtləri müəyyən edir.
1.2. Sığorta müqaviləsindən irəli gələn və bu Qaydalarda nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
1.3. Bu Qaydalar və sığorta müqaviləsi bağlanarkən sığortaçının müəyyən etdiyi sorğular əsasında sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunur.
1.4. Bu Qaydaların 1.3-cü bəndində nəzərdə tutulan ərizənin forması sığortaçı tərəfindən müəyyən edilir.
2. Əsas anlayışlar
2.0. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
2.0.1. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx sığorta şirkəti;
2.0.2. sığortalı – sığorta haqqı ödəyərək həyatını ölüm halından, yaxud əmək qabiliyyətini itirilməsi hallarından sığorta etdirən, sığorta müqaviləsinin tərəfi xxxx xxxxxx müqaviləsi üzrə xxxx xxxx fiziki şəxs;
2.0.3. sığorta olunan – həyatı ölüm halından, əmək qabiliyyəti itirilməsi hallarından sığortalanmış kredit müqaviləsi üzrə xxxx xxxx fiziki şəxs;
2.0.4. xxxxxxxxxx şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
2.0.5. sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində həyatı və əmək qabiliyyətinin itirilməsi ilə bağlı razılaşdırılmış pul məbləğinin sığorta hadisəsinin baş verməsi əsasında bu Qaydalara uyğun ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi yazılı razılaşma;
2.0.6. sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya sığorta olunana) verilən sənəd;
2.0.7. sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
2.0.8. sığorta tarifi – sığorta haqqının hesablanması üçün sığorta məbləğinə tətbiq edilən, faizlə ifadə olunan dərəcə;
2.0.9. sığorta haqqı – kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm, əmək qabiliyyətinin itirilməsi risklərinin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
2.0.10. sığorta riski – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı;
2.0.11. sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
2.0.12. bədbəxt hadisə – kənar fiziki təsirlə əlaqədar xxxx və sığorta olunanın
sağlamlığına zərər vuran – bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı ilə müşayiət olunan qəfil, gözlənilməz və təsadüfi hadisə;
2.0.13. xəstəlik – həkim tərəfindən müəyyən edilmiş, səbəbi bədbəxt hadisə olmayan, insan orqanizminin fəaliyyətinin pozulması;
2.0.14. əmək qabiliyyətinin itirilməsi – sığortalının və ya sığorta olunanın hərəkət, ünsiyyət, öz davranışına nəzarət imkanlarına, habelə əmək funksiyalarını normal icra etməsinə mane xxxx fizioloji və ya psixoloji vəziyyət.
2.0.15. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
2.0.16. kredit müqaviləsi – borc verənin pula mülkiyyət hüququnu xxxx xxxxx keçirməyi, borc alanın isə həmin pulu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə qaytarmağı öhdəsinə götürdüyü və Qaydalar əsasında sığorta müqaviləsinin bağlanmasını şərtləndirən yazılı razılaşma;
2.0.17. borc verən –kredit müqaviləsi üzrə borc verən, eyni zamanda sığorta müqaviləsi üzrə ona qaytarılmalı xxxx borcun miqdarına münasibətdə faydalanan şəxs qismində çıxış edən hüquqi şəxs;
2.0.18. xxxx xxxx – sığorta müqaviləsi üzrə həm sığortalı, həm də sığorta olunan qismində çıxış edən, eyni zamanda kredit müqaviləsi üzrə xxxx xxxx fiziki şəxs;
2.0.19. qalıq borc məbləği – kredit müqaviləsi üzrə borc alanın sığorta hadisəsinin baş verdiyi tarixdən sonra ödəniş qrafikinə uyğun olaraq ödəməli olduğu məbləğ. Bu məbləğə sığorta hadisəsinin baş verdiyi tarixədək ödənilməli xxxx xxxx məbləği daxil edilmir.
3. Sığortanın sinifləri
3.0. Bu Qaydalara əsasən təqdim olunan sığorta təminatı şəxsi sığortaya aid xxxx aşağıdakı sığorta siniflərinə aid edilirlər:
3.0.1. həyatın ölüm halından sığortası;
3.0.2. əmək qabiliyyətinin itirilməsi hallarından sığorta.
4. Sığorta obyekti, sığortanın predmeti və sığorta riskləri
4.1. Bu Qaydalara görə sığorta obyekti sığorta olunanın həyatı və əmək qabiliyyəti ilə bağlı əmlak mənafeləridir.
4.2. Bu Qaydalara görə sığorta predmeti kredit müqavilələri üzrə xxxx xxxx fiziki şəxslərdir.
4.3. Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır:
4.3.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar;
4.3.2. I və II qrup əlillər;
4.3.3. xxxxxxxxx, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda xxxx şəxslər;
4.3.4. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS xxxx xəstələr, İÇV daşıyıcıları xxxx xəstələr.
4.4. Sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir:
4.4.1. sığorta olunanın ölməsi;
4.4.2. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması.
5. Sığorta hadisəsi və sığorta təminatında məhdudiyyətlər
5.1. Bu Qaydaların 4.4-cü bəndində nəzərdə tutulmuş risklərin baş verməsi sığorta hadisəsi hesab olunur.
5.2. Aşağıdakılar nəticəsində baş verən hadisələrə sığorta müqaviləsi üzrə təminat verilmədiyi hallarda, onlar sığorta hadisəsi hesab edilmir:
5.2.1 sığorta müqaviləsinin bağlanmasından sonrakı ilk 2 il ərzində sığorta olunanın intiharı, bir şərtlə ki, o üçüncü şəxslərin hüquqazidd hərəkətləri nəticəsində xxxxxxx etməyə məcbur edilmiş olmasın;
5.2.2. sığorta olunanın hərbi əməliyyatlarda, vətəndaş qarşıdurmalarında, hərbi çevrilişlərdə və xalq ixtişaşlarında fəal iştirakı;
5.2.3. nüvə, bioloji və kimyəvi vasitələrdən istifadə etməklə həyata keçirilən terror aktları;
5.2.4. sığorta olunanın sığorta hadisəsi hesab edilə bilən hadisə ilə birbaşa əlaqəsi xxxx qanunazidd hərəkətləri;
5.2.5. sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;
5.2.6. nüvə partlayışlarının, şüalanma və radioaktiv çirklənmənin təsiri;
5.2.7. sığorta olunanın özünun idarə etdiyi uçuş aparatının (o cümlədən deltaplanın və paraşütün) qəzaya uğraması;
5.2.8. sığorta olunanın qış, sualtı, atçılıq, avia və döyüş idman növləri, avto-moto idman, paraşütlə tullanma, qayalara dırmanma, alpinizm, deltaplanerizm, dağ və su turizmi ilə məşğul olması.
6. Sığorta müqaviləsinin bağlanması
6.1.Sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizə formasını doldurmaqla tərtib olunan ərizəsi əsasında bağlanır.
6.2. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır:
6.2.1. tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
6.2.2. sığortalının bu Qaydalarla xxxxx olmasını və onun şərtləri ilə razılaşmasını yazılı qaydada təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin və bu Qaydaların bir nüsxəsinin verilməsi yolu ilə.
6.3. Bu Qaydaların 6.2.2-ci yarımbəndində nəzərdə tutulmuş halda sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
6.4. Bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər
6.5. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş və aşağıdakıları əks etdirən yaddaş vərəqi verməlidir:
6.5.1. sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu;
6.5.2. sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını.
6.6. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
6.7. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər.
6.8. Sığortaçı sığortalıya sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Qaydaların 6.2.1-ci yarımbəndində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
7. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklərin edilməsi
7.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində ona sığortalının vəziyyətini bu Qaydaların şərtlərinə nisbətən pisləşdirməyən əlavələr və dəyişikliklər edilə bilər. Bu tələbə uyğun olmayan əlavələr və dəyişikliklər etibarsızdır.
7.2. Sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb xxxx dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqqının artırılmasını tələb edə bilər. Sığortalı bu tələblə razılaşmadıqda, sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsini tələb edə bilər.
8. Sığorta müddəti və sığorta ərazisi
8.1. Sığortanın müddəti bu Qaydaların 8.5-ci bəndi nəzərə alınmaqla sığorta müqaviləsi ilə müəyyən olunur.
8.2. Sığorta müqaviləsi həmin müqavilədə müəyyən edilmiş tarixdən qüvvəyə minir.
8.3.Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta müqaviləsində göstərilən sığorta müddətinin başlanması tarixindən yaranır, bu şərtlə ki, sığorta haqqı və ya onun sığorta müqaviləsi ilə müəyyən olunmuş ilk hissəsi həmin tarixdən etibarən 1 aydan gec olmayaraq ödənilmiş olsun.
8.4. Sığorta haqqının sığorta müqaviləsi ilə müəyyən olunmuş növbəti hissəsi sığorta müqaviləsində həmin hissənin ödənilmə tarixi kimi müəyyən edilən tarixdən sonrakı 15 gün müddətində ödənilmədikdə, sığorta müqaviləsi həmin müddətin başa çatması ilə qüvvədən düşmüş hesab olunur.
8.5. Bu Qaydaların 13.6.2-ci yarımbəndində nəzərdə tutulduğu halda sığortalı kredit müqaviləsi üzrə öhdəliklərini tam olaraq icra etdiyi andan sığorta müqaviləsi qüvvədən düşmüş hesab edilir.
8.6. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsinin qüvvədə olduğu əraziyə məhdudiyyət qoyulmur.
9. Sığorta müqaviləsinin tərəflərinin hüquq və vəzifələri
9.1. Sığortalının hüquqları:
9.1.1. sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq;
9.1.2. sığorta şəhadətnaməsi itdiyi halda sığortaçıdan onun dublikatını almaq;
9.1.3. sığorta müqaviləsinin şərtləri və bu Qaydalar barədə sığortaçıdan izahatlar almaq;
9.1.4. sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi təklifi ilə çıxış etmək;
9.1.5. qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;
9.2. Sığortalının vəzifələri:
9.2.1. sığortalanma haqqında ərizədə qoyulan suallara doğru cavablar vermək;
9.2.2. sığorta haqqını sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə və miqdarda ödəmək;
9.2.3.sığorta hadisəsi baş verdikdə sığortaçını bu barədə bildiyi və ya bilməyə borclu olduğu andan 30 (otuz) təqvim günü müddətində yazılı şəkildə məlumatlandırmaq. Bu vəzifə faydalanan şəxs tərəfindən də yerinə yetirildikdə qənaətbəxş hesab edilir;
9.2.4.sığortaçıya faydalanan şəxs barədə düzgün məlumat vermək;
9.2.5. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum xxxx, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;
9.2.6. Sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta riskinin dəyişməsinə təsir göstərə bilən səhhəti ilə bağlı hallar barədə bildiyi tarixdən 5 iş günü müddətində sığortaçıya yazılı məlumat vermək
9.2.7.qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək;
9.3. Sığortaçının hüquqları:
9.3.1.sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
9.3.2. sığortalının sığortalanma haqqında ərizədə qoyulan suallara qəsdən həqiqətə uyğun olmayan cavablar verməsi sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra aşkar edildikdə, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən beş ildən xxx müddət keçməmişdirsə həmin müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etmək;
9.3.3. sığorta olunanın ölməsinə səbəb xxxx hadisənin baş verməsi faktı üzrə cinayət işinin başlanması halında səlahiyyətli orqanın müvafiq qərarının qəbul olunmasına qədər sığorta ödənişini həyata keçirməyi təxirə salmaq;
9.3.4.qanunla və bu Qaydalarda nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək;
9.4. Sığortaçının vəzifələri:
9.4.1. sığortalıya bu Qaydalar əlavə edilmiş sığorta şəhadətnaməsi vermək;
9.4.2. sığorta hadisəsi baş verdikdə bu Qaydaların 15-ci hissəsində nəzərdə tutulmuş sənədlərdən sonuncusunu aldığı tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini vermək, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etmək.
9.4.3. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu göndərmək;
9.4.4. qanunla və bu Qaydalarda nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.
10. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
10.1.1. sığortalı öldükdə;
10.1.2. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
10.1.3. sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
10.1.4. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
10.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
11.1. Bu Qaydaların 10.1-ci bəndində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda bu Qaydaların 11.2.-ci bəndi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
11.2. Sığorta müqaviləsinə bu Qaydaların 10.1.4-cü yarımbəndinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə sığortalının və ya sığortaçının sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi üçün kifayətdir və sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılır.
12. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
12.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
12.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır. Əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
12.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
12.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 12.1-ci və 12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.5. Sığorta müqaviləsi bu Qaydaların 10.2-ci bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 12.3-cü və 12.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
13. Sığorta haqqı və sığorta məbləği
13.1. Sığorta haqqının məbləği sığorta müqaviləsində razılaşdırılır.
13.2. Sığorta müqaviləsində sığorta haqqının birdəfəlik və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
13.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 13.4-cü bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
13.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
13.5. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının bu Qaydalar və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin Qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
13.6. Sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir:
13.6.1. kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində;
13.6.2. kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində.
13.7. Sığortaçı sığorta haqqının hesablanması üçün tətbiq etdiyi sığorta tariflərini və onların iqtisadi əsaslandırılmasını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “27” mart 2014-cü il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktuar hesablamaların aparılmasına dair Təlimat”a uyğun olaraq müəyyən edir.
14. Sığorta hadisəsi barədə məlumatlandırma
14.1. Sığorta hadisəsi baş vedikdə sığortalı və ya digər faydalanan şəxs sığortaçını bu barədə bildiyi və ya bilməli olduğu andan 30 (otuz) təqvim günü müddətində yazılı şəkildə məlumatlandırmalıdır.
14.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan, həmçinin xxxxxxxxxx şəxs həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
14.3. Bu Qaydaların 14.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.
15. Sığorta ödənişinin verilməsinin əsasları
15.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:
15.1.1. sığorta şəhadətnaməsi;
15.1.2. sığorta ödənişinin alınması barədə xxxxxxxxxx şəxsin (şəxslərin) sığorta
tələbi;
15.1.3. öldüyü hal istisna olmaqla, sığorta olunanın şəxsiyyət vəsiqəsinin surəti;
15.1.4. kredit müqaviləsinin borc verən tərəfindən təsdiqlənmiş surəti;
15.1.5. kredit müqaviləsi üzrə borc verənin təsdiqlədiyi ödəniş qrafikinin surəti;
15.1.6. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb
olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənəd;
15.1.7. sığorta olunan sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə öldüyü
halda:
15.1.7.1. ölümü haqqında şəhadətnamənin surəti;
15.1.7.2.ölümünün səbəbi haqqında tibbi arayış, xəstəlikdən öldüyü halda
həmçinin epikriz və xəstəlik tarixindən çıxarış;
15.1.7.3. vərəsəlik haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş
surəti;
15.1.8. sığorta olunanın əmək qabiliyyətinin itirilməsi halında ona əlillik
dərəcəsinin təyin edilməsi haqqında Tibbi-sosial ekspert komissiyasının rəyinin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti.
16. Sığorta ödənişinin verilməsi ilə bağlı tələblər
16.1. Sığorta müqaviləsində bu Qaydaların 13.6.1-ci yarımbəndinə uyğun olaraq sabit sığorta məbləğinin müəyyən edildiyi halda sığorta ödənişi 16.3-cü bəndi nəzərə alınmaqla aşağıdakı kimi həyata keçirilir:
16.1.1. Sığorta olunan öldükdə sığorta məbləğinin 100 xxxxx həcmində;
16.1.2. Sığorta olunanın əmək qabiliyyətini itirdiyi halında ona təyin edilən əllillik dərəcəsindən asılı olaraq sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış miqdarda.
16.2. Sığorta müqaviləsində bu Qaydaların 13.6.2-ci yarımbəndinə uyğun olaraq azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta ödənişi aşağıdakı kimi həyata keçirilir:
16.2.1. Sığorta olunan öldüyü halda qalıq borc məbləğində;
16.2.2. Sığorta olunanın əmək qabiliyyətini itirdiyi xxxxx xxx təyin edilən əllillik dərəcəsindən asılı olaraq qalıq borc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində.
16.3. Sığortaçı bu Qaydaların 16.1-ci bəndində nəzərdə tutulmuş sığorta ödənişinin qalıq borc məbləğində hissəsini borc verənə verir. Sığorta ödənişi qalıq borc məbləğindən xxx olduqda qalan məbləğ sığorta olunana və ya onun vərəsələrinə ödənilir.
17. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti
17.1. Bu Qaydaların 15.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini sığorta olunana və ya faydalanan şəxsə ödəməli və ya sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
17.2. Sığortaçı sığorta ödənişini bu Qaydaların 17.1-ci bəndi ilə müəyyən olunmuş müddətdə həyata keçirmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində faydalanan şəxsə dəbbə pulu ödəyir.
18. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
18.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
18.1.1. baş vermiş hadisənin bu Qaydaların 5.2-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilməməsi;
18.1.2. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 13.2-ci bəndində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməmiş olması;
18.1.3. Bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
18.1.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
18.2. Bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
19. Mübahisələrin həlli qaydası
19.1. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll olunur.
19.2. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir.
19.3. Sığorta müqaviləsi üzrə hüquqlarının sığortaçı tərəfindən pozulduğunu hesab edən sığortalı, sığorta olunan və ya faydalanan şəxs sığorta nəzarəti orqanına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə) şikayət ərizəsi ilə müraciət edə bilər.