Sığorta ödənişinin verilməsinin əsasları Nümunə Maddələri

Sığorta ödənişinin verilməsinin əsasları. 20.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 20.1.1. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya digər faydalanan şəxsin sığortaçıya ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi; 20.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı bu Qaydaların 18.1-ci bəndinə uyğun olaraq hər hansı dövlət orqanına məlumat verilməlidirsə, bu Qaydaların 21-ci bəndi nəzərə alınmaqla həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd. Avtomobilin oğurlanması və ya qaçırılması halında bu sənəd müvafiq hadisə ilə bağlı açılan cinayət işinin nəticələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli orqanının (vəzifəli şəxsinin) təqdim etdiyi arayış hesab edilir; 20.1.3. zərər məbləğini təsdiqləyən sənəd; 20.1.4. sığorta hadisəsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi-Sosial Ekspert Komissiyasının arayışının surəti; 20.1.5. sığorta hadisəsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə, ölümün səbəbi haqqında tibbi arayış və ya müvafiq hallarda tibbi ekspertiza rəyi, ölüm haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti, vərəsənin (hüquq varisinin) vərəsəlik hüququnu təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsinin surəti; 20.1.6. sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə, belə ödəməni təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti; 20.1.7. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun sığorta ödənişini almaq üçün təyin edilən nümayəndəsinə verilmiş müvafiq etibarnamə; 20.1.8. sığorta olunanın sürücülük vəsiqəsinin surəti, həmçinin sığorta olunan avtomobilin mülkiyyətçisi olmadıqda müvafiq etibarnamənin surəti; 20.1.9. avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, avtomobilin oğurlandığı və ya qaçırıldığı halda isə qeydiyyat şəhadətnaməsinin əsli. əgər avtomobilin qeydiyyat şəhadətnaməsi oğurlanmış və ya qaçırılmış avtomobilin içəris...
Sığorta ödənişinin verilməsinin əsasları. 16.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir: 16.1.1. sığorta şəhadətnaməsi; 16.1.2. sığorta ödənişinin alınması barədə xxxxxxxxxx şəxsin (şəxslərin) sığorta tələbi; 16.1.3. öldüyü hal istisna olmaqla, sığortalının şəxsiyyətini təsdiq edən sənədinin surəti; 16.1.4. kredit müqaviləsinin borcverən tərəfindən təsdiqlənmiş surəti; 16.1.5. kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi ödəniş qrafikinin surəti və kredit müqaviləsi üzrə borcverənin təsdiqlədiyi qalıq borc məbləğinə dair arayış; 16.1.6. sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanının (qurumunun) belə hadisələrin baş verməsi tarixini, faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədi; 16.1.7. sığortalı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə öldüyü halda: 16.1.7.1. ölüm haqqında şəhadətnamənin surəti; 16.1.7.2. xəstəlikdən öldüyü halda həmçinin xəstəlik tarixindən çıxarış (epikriz); 16.1.7.3. sığortalının vərəsələrinə sığorta ödənişinin verilməsi nəzərdə tutulduqda vərəsəlik haqqında şəhadətnamənin surəti; 16.1.8. sığortalının əmək qabiliyyətinin itirilməsi halında ona orqanizmin funksiyalarının pozulması faizinin təyin edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının rəyinin surəti. 16.2. İstehlak krediti üzrə sığortalanma haqqında ərizə doldurulmadan bağlanan sığorta müqaviləsi üzrə sığorta ödənişi həyata keçirilərkən bu Qaydanın 16.1.7.2-ci yarımbəndində göstərilən sənəd tələb edilmir.
Sığorta ödənişinin verilməsinin əsasları. 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir. 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.

Related to Sığorta ödənişinin verilməsinin əsasları

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq; 20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək; 20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək; 20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək; 20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.

  • Sığorta predmeti 4.1. Şəkər çuğunduru bitkisi hazırki məhsulun şərti ilə sığorta predmeti hesab olunur.

  • Sığortaçının vəzifələri 20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.

  • Sığortalının vəzifələri 14.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 14.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək; 14.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək; 14.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.

  • Sığorta məbləği 15.1. Sığorta müqaviləsində sığorta məbləğinin aşağıdakı növləri müəyyən oluna bilər: 15.1.1. Ümumi sığorta məbləği – müəyyən edildiyi hallarda sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həcmi verilmiş sığorta ödənişi məbləğində azalır. Sığortalı ümumi sığorta məbləğinin sığorta müqaviləsində nəzərdə tutulmuş həddə bərpa edilməsini istədikdə bərpa edilməli xxxx hissəyə müvafiq əlavə sığorta haqqı ödəməlidir. 15.1.2. Sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda həmin məbləğ sığortaçının hər bir sığorta hadisəsi üzrə öhdəliyinin son həddi hesab edilir və sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi nəticəsində azalmır. 15.1.3. Bir sığorta hadisəsi üzrə sığorta məbləği - müəyyən edildiyi hallarda sığortaçının sığorta müddəti ərzində baş vermiş yalnız bir hadisə üzrə həmin məbləğ həddində sığorta ödənişi vermək öhdəliyi nəzərdə tutulur. 15.2. Əgər sığorta müqaviləsində və ya onun müvafiq sığorta sinfinə aid edilən bölməsində sığorta məbləğinin bu Qaydaların 15.1-ci bəndində göstərilən hər hansı növünün tətbiq olunması nəzərdə tutulmamışdırsa, sığorta məbləğinin 15.1.1-ci yarımbənddə göstərilmiş növü tətbiq edilir.

  • Sığortalının hüquqları 14.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 14.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.

  • Sığorta riskləri 5.1. Aşağıda qeyd olunan bir və ya bir neçə risklər nəticəsində yonca bitkisinin meyvə hissəsinə dəymiş zərərin miqdarına sığorta müqaviləsi ilə təminat verilir: 5.1.1. dolu; 5.1.2. yanğın; 5.1.3. zəlzələ; 5.1.4. torpaq sürüşməsi; 5.1.5. qasırğa; 5.1.6. fırtına 5.1.7. sel və ya subasma; 5.1.8. vəhşi heyvanların hücumu; 5.1.9. bitki xəstəlikləri və zərərvericiləri; 5.1.10. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.11. üçüncü şəxslərin hərəkətləri. 5.2. Yuxarıda nəzərdə tutulan risklərdən təminatlar aşağıdakı hallar nəticəsində yaranan zərərləri əhatə edir: • dolu riski təminatı - dolu dənələrinin birbaşa dəyməsi nəticəsində yaranan zərərlər; • xxxxxx xxxxx təminatı - yanğının, ildırımın, partlayışın, həmçinin yanğın və partlayış nəticəsində meydana gələn xxxxx, buxar və istiliyin təsiri ilə yaranan zərərlər; • zəlzələ riski təminatı - zəlzələnin birbaşa səbəb olacağı zərərlər; • torpaq sürüşməsi riski təminatı - ağırlıq qüvvəsi, meyillilik, şiddətli yağış, sel və bənzəri digər hadisələrin baş verməsi nəticəsində torpağın və ya torpaqdan ibarət xxxx kütlələrin hərəkəti nəticəsində yaranan zərərlər; • qasırğa riski təminatı - məhdud bir ərazidə qəflətən baş verən atmosfer təzyiqi dəyişikliyi nəticəsində burulğan şəklindəki xxx şiddətli küləyin təsiri ilə meydana gələn zərərlər; • fırtına riski təminatı - yağış, qar və dolu yağıntılarından ən xxx xxxx ilə birlikdə və ya qeyd olunan yağıntılar olmadan, 10 metr yüksəklikdə və sürəti 25 m/saniyədən xxx xxxx küləklərin əsməsi nəticəsində, həmçinin külək zamanı onun aşırdığı, sürüdüyü və ya atdığı əşyaların dəyməsi nəticəsində yaranan zərərlər; • sel və ya subasma riski təminatı – davamlı yağış yağması və ya qar əriməsi nəticəsində əmələ gələn ani su kütlələrinin təsiri ilə çay, göl, dərə, kanal və digər su hövzələrində suyun miqdarının artaraq daşması, yamaclardan suyun axması, həmçinin bunların nəticəsində torpağın alt qatına suyun yığılması və ya torpağın su keçirmə qabiliyyətindən artıq miqdarda suyun torpağın üst qatında toplanması nəticəsində məhsula dəyən zərərlər; • vəhşi heyvanların hücumu – yonca bitkisində vəhşi heyvanların hücumu nəticəsində yaranan zərərlər; • bitki xəstəlik və zərərvericiləri – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda göstərilənlər istisna olmaqla, digər bitki xəstəlik və zərərvericilərin yayılması nəticəsində yaranan zərərlər; • xüsusi təhlükəli ziyanvericilərin yayılması – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli Qərarı ilə təsdiq edilmiş “Karantin elan olunan ərazilərdə fitosanitar tədbirlərin aparılması xərcləri dövlət büdcəsi hesabına həyata keçirilən Hallar”ın 2.2-ci bəndində göstərilənlər istisna olmaqla, digər xüsusi təhlükəli ziyanvericilərin yayılması nəticəsində yaranan zərərlər; • üçüncü şəxslərin hərəkətləri – sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər. 5.3. Yuxarıda göstərilmiş risklərdən hansının baş verməsi nəticəsində zərərin yaranmasının müəyyən edilməsində müstəqil ekspertin və sığorta hadisəsinin baş verməsini təsdiqləyən səlahiyyətli dövlət orqanlarının rəyləri əsas götürülür.

  • Əsas anlayışlar Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

  • TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 25.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir. 25.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir. 25.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.

  • Tərəflərin məsuliyyəti 22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.