AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” 2016-cı il noyabrın 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2017-ci il
№ 502-VQ
Azərbaycan Respublikası Hökuməti ilə
Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti,
1944-cü il 7 dekabr tarixində Çikaqoda imzalanmaq üçün açıq elan edilmiş “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın tərəfləri olaraq,
öz müvafiq əraziləri arasında hava əlaqələrinin qurulması məqsədi ilə qeyd olunan Konvensiyaya əlavə Saziş bağlamaq niyyəti ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1 Anlayışlar
Mətn başqa şəkildə tələb etməzsə, bu Sazişin məqsədləri üçün:
1) “Çikaqo Konvensiyası” termini 1944-cü il 7 dekabr tarixində Çikaqoda imzalanmaq üçün açıq elan edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyadır və ona:
a) hər iki Razılığa gələn Tərəfin ratifikasiya etdiyi və həmin Konvensiyanın 94-cü maddəsinə əsasən qüvvəyə minmiş istənilən dəyişiklik; və
b) bu cür düzəliş və ya əlavə hər hansı müəyyən zamanda hər iki Razılığa gələn Tərəf üçün qüvvədə olduğu təqdirdə, həmin Konvensiyanın 90-cı maddəsinə əsasən qəbul edilmiş hər hansı Əlavə və ya ona edilən istənilən dəyişiklik daxildir;
2) “aviasiya hakimiyyəti orqanları” termini Azərbaycan Respublikasına münasibətdə Dövlət Mülki Aviasiya Administrasiyasını, Küveyt Dövlətinə münasibətdə Mülki Aviasiya Baş İdarəsini və yuxarıda qeyd olunan orqanlar tərəfindən hər hansı bir funksiyanın yerinə yetirilməsi üçün səlahiyyət verilən hər hansı şəxsi və ya qurumu bildirir;
3) “təyin edilmiş aviasiya şirkəti” termini bu Sazişin 4-cü maddəsinə uyğun olaraq təyin edilmiş və səlahiyyət verilmiş hər hansı bir aviasiya şirkətini bildirir;
4) “ərazi” termini Razılığa gələn Tərəflərə münasibətdə Çikaqo Konvensiyasının 2-ci maddəsi ilə müəyyən olunmuş mənanı bildirir;
5) “hava əlaqəsi”, “beynəlxalq hava əlaqəsi”, “aviasiya şirkəti” və “qeyri-kommersiya məqsədləri ilə dayanma” terminləri Çikaqo Konvensiyasının 96-cı maddəsinə müvafiq olaraq müəyyən edilmiş mənaları bildirir;
6) “Saziş” termini hazırkı Xxxxxx bildirir və ona əlavəni və istənilən dəyişiklikləri ehtiva
edir;
7) “tarif termini poçt daşımaları ilə bağlı haqq və şərtlər istisna edilməklə, agentliklər və
digər köməkçi xidmətlər üçün qiymət və şərtlər də daxil olmaqla, sərnişinlərin, baqajın və yükün daşınması ilə əlaqədar ödənilməli xxxx qiymətləri və bu qiymətlərin tətbiqi üçün əsas xxxx şərtləri bildirir;
8) “istifadəçi haqları” termini xxxx xxxxxx əmlakından və ya qurğularından, yaxud aeronaviqasiya avadanlığından istifadəyə, o cümlədən hava gəmiləri, onların heyətləri, sərnişin və yüklər üçün müvafiq xidmət və avadanlığın təqdim edilməsinə görə səlahiyyətli orqanlar tərəfindən aviasiya şirkətləri üçün müəyyən edilən və ya onlar tərəfindən müəyyən edilməsinə icazə verilən haqları bildirir;
9) “tutum” termini:
a) hava gəmisinə münasibətdə marşrutda hava gəmisinin mövcud kommersiya yüklənməsini nəzərdə tutur,
b) müəyyən edilmiş xidmətlərə münasibətdə belə xidmətlərdə istifadə edilən hava gəmisinin müəyyən dövrdə və marşrutda yerinə yetirdiyi uçuşların sayına vurulan həmin hava gəmisinin tutumunu bildirir;
10) “daşıma” termini sərnişinləri, baqajı, yükü və poçtu bildirir;
11) “ICAO” termini Beynəlxalq Mülki Aviasiya Təşkilatını bildirir;
12) “razılaşdırılmış xidmətlər” termini razılaşdırılmış tutum haqlarına müvafiq olaraq, sərnişinlərin, yükün və poçtun daşınması üçün bu Sazişin əlavəsi ilə müəyyən edilən marşrutlar üzrə müntəzəm hava xidmətlərini bildirir;
13) “marşrut cədvəli” termini bu Sazişə əlavə edilmiş və ya Sazişin 18-ci maddəsinin müddəalarına müvafiq olaraq dəyişdirilmiş marşrut cədvəlini bildirir.
Maddə 2
Çikaqo Konvensiyasının tətbiqi
Bu Sazişin müddəaları Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqəsinə tətbiq edilən müddəaları ilə şərtlənir.
Maddə 3
Hüquqların verilməsi
1) Razılığa gələn Tərəflərdən hər biri digər Razılığa gələn Tərəfə beynəlxalq hava əlaqələri ilə əlaqədar olaraq aşağıdakı hüquqları verir:
a) yerə enmədən öz ərazisi üzərindən uçmaq hüququ;
b) qeyri-kommersiya məqsədləri ilə öz ərazisində dayanmaq hüququ.
2) Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə bundan sonra bu Sazişin əlavəsi ilə müəyyən olunan marşrutlar üzrə beynəlxalq hava əlaqələrini yerinə yetirmək məqsədi ilə bu Sazişdə nəzərdə tutulan hüquqları verir. Belə xidmətlər və marşrutlar bundan sonra müvafiq olaraq “razılaşdırılmış xidmətlər” və “müəyyən edilmiş marşrutlar” adlandırılır. Müəyyən edilmiş marşrutda razılaşdırılmış xidməti yerinə yetirərkən, hər bir Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətləri bu maddənin 1-ci bəndində qeyd olunan hüquqlardan əlavə, poçt da daxil olmaqla, sərnişinləri və yükləri götürmək və boşaltmaq məqsədi ilə digər Razılığa gələn Tərəfin ərazisində bu Sazişin əlavəsində həmin marşrut üçün göstərilən məntəqələrdə dayanmaq hüququndan istifadə edir.
3) Bu maddənin 2-ci bəndinin heç bir müddəası Razılığa gələn Tərəflərdən birinin təyin edilmiş aviasiya şirkətinə icarə ilə və ya haqqı ödənilməklə daşınan və digər Razılığa gələn Tərəfin ərazisindəki digər məntəqə üçün nəzərdə tutulan sərnişinləri və yükü, o cümlədən poçtu digər Razılığa gələn Tərəfin ərazisində hava gəmisinə götürmək hüququnun verilməsi kimi hesab edilmir.
4) Bu Sazişin 4-cü maddəsinə əsasən, təyin olunanlardan başqa, hər bir Razılığa gələn Tərəfin aviasiya şirkətləri, eyni zamanda bu maddənin 1-ci bəndinin a) və b) yarımbəndləri ilə müəyyən olunmuş hüquqlardan istifadə edirlər.
5) Hərbi münaqişələr, siyasi iğtişaşlar və ya hadisələr, yaxud xüsusi və qeyri-adi vəziyyətlər səbəbindən Razılığa gələn Tərəflərdən birinin təyin edilmiş aviasiya şirkəti öz adi marşrutu üzrə xidməti yerinə yetirə bilmədikdə, digər Razılığa gələn Tərəf marşrutların müvəqqəti dəyişdirilməsi yolu ilə bu xidmətin davam etdirilməsi üçün bütün mümkün səyləri göstərir.
Maddə 4
Aviasiya şirkətlərinin təyinatı və səlahiyyətləndirilməsi
1) Hər bir Razılığa gələn Tərəf, müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədi ilə digər Razılığa gələn Tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir.
2) Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə yazılı bildiriş verməklə, razılaşdırılmış xidmətləri yerinə yetirmək üçün belə təyinatı ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.
3) Digər Razılığa gələn Tərəf belə təyinatı aldıqdan sonra, bu maddənin 4-cü bəndinin müddəalarına uyğun olaraq, təyin edilmiş aviasiya şirkətinə və ya aviasiya şirkətlərinə yubandırmadan müvafiq istismar səlahiyyətlərini verir.
4) Bir Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətindən, Çikaqo Konvensiyasının müddəalarına əsasən, beynəlxalq hava əlaqələrinin yerinə yetirilməsi üçün həmin aviasiya hakimiyyəti orqanlarının normal və əsaslı olaraq tətbiq etdiyi qanun və qaydalarında nəzərdə tutulmuş şərtləri yerinə yetirməyə qadir olduğunu sübut etməyi tələb edə bilərlər.
5) Hər bir Razılığa gələn Tərəf aviasiya şirkəti üzərində üstün sahiblik və effektiv nəzarətin aviasiya şirkətini təyin etmiş Razılığa gələn Tərəfə və ya onun vətəndaşlarına məxsus olduğuna əmin olmadığı halda, sözügedən Razılığa gələn Tərəf bu maddənin 3-cü bəndində göstərilən istismar səlahiyyətlərini verməkdən imtina etmək və ya bu Sazişin 3-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hüquqların təyin edilmiş aviasiya şirkəti tərəfindən istifadə edilməsi üçün zəruri hesab etdiyi şərtləri müəyyən etmək hüququna malikdir.
6) Aviasiya şirkəti təyin edildikdə və səlahiyyət aldıqda, bu Sazişin 7-ci maddəsinə uyğun olaraq, tariflərin müəyyən edilməsi şərtilə razılaşdırılmış xidmətləri həyata keçirməyə başlaya bilər.
Maddə 5
İstismar səlahiyyətinin ləğv olunması və ya dayandırılması
1) Hər bir Razılığa gələn Tərəf aşağıdakı hallarda istismar səlahiyyətini ləğv etmək və ya digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkəti tərəfindən bu Sazişin 3-cü maddəsinin 2-ci bəndində qeyd edilmiş hüquqlardan istifadəni dayandırmaq, yaxud bu hüquqlardan istifadə zamanı zəruri hesab etdiyi şərtləri müəyyən etmək hüququna malikdir:
a) həmin aviasiya şirkəti üzərində faktiki sahibliyin və effektiv nəzarətin aviasiya şirkətini təyin edən Razılığa gələn Tərəfə məxsus olduğuna əmin olmadığı istənilən halda;
b) həmin aviasiya şirkəti bu hüquqları vermiş Razılığa gələn Tərəfin adi qaydada tətbiq etdiyi qanun və ya qaydalara riayət etmədiyi halda;
c) aviasiya şirkəti bu Sazişdə nəzərdə tutulmuş şərtlərə uyğun fəaliyyət göstərmədikdə.
2) Gələcəkdə qanun və ya qaydaların pozulmasının qarşısını almaq məqsədi ilə bu maddənin 1-ci bəndində göstərilmiş dərhal ləğvetmə, dayandırma və ya şərtlərin tətbiqi zəruri olmayacağı təqdirdə, belə hüquq yalnız digər Razılığa gələn Tərəflə məsləhətləşmələrdən sonra həyata keçirilir.
Maddə 6
Razılaşdırılmış xidmətlərin həyata keçirilməsini tənzimləyən prinsiplər
1) Hər iki Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri bu Sazişin əlavəsi ilə müəyyən olunmuş marşrutlarda razılaşdırılmış xidmətləri yerinə yetirmək üçün ədalətli və bərabər imkana malikdirlər.
2) Razılaşdırılmış xidmətləri yerinə yetirən zaman hər bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri müəyyən edilmiş marşrutlar üzrə əhalinin daşımalara xxxx tələbatına yaxın münasibət göstərir və onların əsas məqsədi xxxx tələbata və aviasiya şirkətini təyin edən Razılığa gələn Tərəfin ərazisinə gələn və ya ərazisindən gedən sərnişinlərin və yüklərin, o cümlədən poçtun daşınmasına xxxx gözlənilən əsaslandırılmış tələbata uyğun tutumun əsaslandırılmış yükləmə əmsalını tətbiq etməklə təmin etməkdir. Aviasiya şirkətini təyin edən dövlətlərdən başqa, digər dövlətin ərazisində yerləşən müəyyən edilmiş marşrutlardakı məntəqələrdə hava gəmisinə götürülən və endirilən sərnişinlərin və yükün, o cümlədən poçtun daşınması tutumla bağlı ümumi prinsiplərə əsasən həyata keçirilir:
a) aviasiya şirkətini təyin etmiş Razılığa gələn Tərəfin ərazisinə və ərazisindən daşımalara dair tələblər;
b) ərazini təşkil edən dövlətlərin aviasiya şirkətləri tərəfindən yerinə yetirilən digər nəqliyyat xidmətlərini nəzərə aldıqdan sonra, razılaşdırılmış xidmətlərin üzərindən keçdiyi ərazinin daşımalara xxxx tələbləri;
c) aviasiya şirkətinin uçuş əməliyyatlarına dair tələbləri.
Maddə 7
Tariflər
1) Hər iki Razılığa gələn Tərəfin ərazisinə/ərazisindən/ərazisi üzərindən keçməklə yerinə yetirilən beynəlxalq hava əlaqələrinə münasibətdə tariflər bütün müvafiq amillər, o cümlədən daşımaların qiyməti, əsaslandırılmış gəlir və digər aviasiya şirkətlərinin tarifləri nəzərə alınmaqla, təyin edilmiş aviasiya şirkətləri tərəfindən əsaslandırılmış səviyyədə müəyyən edilir.
2) Bu maddənin 1-ci bəndinə əsasən müəyyən olunmuş tariflərin bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri tərəfindən digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanlarına təqdim olunması tələb edilə bilər. Yuxarıda qeyd olunanlara baxmayaraq, hər bir Razılığa gələn Tərəf aşağıda qeyd edilənlərə müdaxilə etmək hüququna malikdir:
a) hüquq bərabərliyini pozan, əsaslandırılmamış qiymətlərin və ya təcrübələrin qarşısının alınması;
b) üstün vəziyyətdən sui-istifadə edərək, əsassız surətdə artırılmış və ya məhdudlaşdırılmış qiymətlərdən istehlakçıları müdafiə etmək; və
c) süni surətdə azaldılmış qiymətlərdən aviasiya şirkətlərini müdafiə etmək.
3) Yuxarıda qeyd edilənlərə baxmayaraq, bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri tariflərin müəyyən edilməsi ilə bağlı məlumatları, tələbə əsasən, digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanlarına, həmin orqanların müəyyən etdiyi qaydada və formada təqdim edir.
Maddə 8
Vergilərdən, gömrük rüsumlarından və digər haqlardan azadolma
1) Bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) tərəfindən beynəlxalq hava əlaqəsində istismar olunan hava gəmisi, habelə onların adi avadanlığı, ehtiyat hissələri, yanacaq və sürtkü materialları və belə hava gəmisində olan hava gəmisi ehtiyatı (o cümlədən qida, içkilər və tütün) digər Razılığa gələn Tərəfin ərazisinə gələn zaman bütün gömrük rüsumlarından və vergilərdən azad edilir, bir şərtlə ki, belə avadanlıq və ehtiyatlar təkrar ixrac edilənədək hava gəmisində saxlanılsın.
2) Hər bir Razılığa gələn Tərəfin ərazisinə gətirilmiş və ya digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) adından gətirilmiş və ya belə aviasiya şirkəti (şirkətləri)
tərəfindən istismar edilən hava gəmisinə götürülmüş və istifadəsi yalnız beynəlxalq hava əlaqələrinin yerinə yetirilməsi üçün xxxxx xxxx miqdarda nəzərdə tutulmuş yanacaq, sürtkü materialları, ehtiyat hissələri, adi avadanlıq və hava gəmisi ehtiyatları, hətta əgər belə ehtiyatlardan hava gəmisinə götürüldükləri Razılığa gələn Tərəfin ərazisi üzərindən yerinə yetirilən uçuşun bir sahəsində istifadə edilsə belə, birinci Razılığa gələn Tərəfin ərazisində müəyyən edilmiş bütün gömrük rüsumlarından və vergilərdən azad edilir. Yuxarıda göstərilən materialların gömrük nəzarəti altında saxlanılması tələb edilə bilər.
3) Hər hansı bir Razılığa gələn Tərəfin hava gəmisində saxlanılan adi hava gəmisi avadanlığı, ehtiyat hissələri, hava gəmisi ehtiyatı, yanacaq və sürtkü materialları digər Razılığa gələn Tərəfin ərazisində yalnız həmin Razılığa gələn Tərəfin bu materiallar təkrar ixrac olunanadək və ya barələrində gömrük qaydalarına uyğun olaraq başqa cür sərəncam verilənədək, öz nəzarəti altında saxlanılmasını tələb edə bilən gömrük orqanlarının icazəsi ilə boşaldıla bilər.
4) Gömrük və sərhəd yoxlama prosedurlarını sadələşdirmək və sürətləndirmək məqsədi ilə bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti (şirkətləri) öz ölkəsinin ərazisinə (ərazisindən) sərnişinlər, baqaj və xxx daşımalarını həyata keçirən zaman, hava gəmisi uçuşa başlamazdan əvvəl hava gəmisində xxxx sərnişinlər və onların baqajının sayı haqqında ilkin məlumatları digər Razılığa gələn Tərəfin müvafiq dövlət orqanlarına təqdim edə bilər.
Maddə 9
Aviasiya təhlükəsizliyi
1) Beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi üçün ilkin şərt xxxx xxxxx hava gəmisi, onun sərnişinləri və ekipajı üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Razılığa gələn Tərəflər mülki aviasiyanın təhlükəsizliyinin qanunsuz müdaxilə aktlarından müdafiəsini təmin etmək üçün bir-birinə münasibətdə xxxx öhdəliklərinin, xüsusilə Çikaqo Konvensiyası, 1963-cü il 14 sentyabr tarixində Tokioda imzalanmış “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiya”, 1970-ci il 16 dekabr tarixində Haaqada imzalanmış “Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya”, 1971-ci il 23 sentyabr tarixində Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya” və 1988-ci il 24 fevral tarixində Monrealda imzalanmış “Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında” Konvensiyam tamamlayan beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol” və 1991-ci il xxxxxx 1-də Monrealda imzalanmış “Plastik partlayıcı maddələri aşkar etmək məqsədi ilə onlara nişan vurulması haqqında Konvensiya” çərçivəsində öhdəliklərinin bu Sazişin ayrılmaz hissəsini təşkil etdiyini yenidən təsdiq edirlər.
2) Razılığa gələn Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və belə
hava gəmilərinin, onların sərnişinlərinin və heyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərirlər.
3) Razılığa gələn Tərəflər qarşılıqlı münasibətlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi və Çikaqo Konvensiyasına Əlavə kimi müəyyən edilmiş aviasiya təhlükəsizliyi Standartlarına və Razılığa gələn Tərəflərin tətbiq etdiyi həddə Tövsiyə edilən Təcrübələrinə uyğun fəaliyyət göstərirlər və qeydiyyata aldıqları hava gəmilərinin istismarçılarının və ya əsas fəaliyyət yeri, yaxud daimi yeri onların ərazisində olan hava gəmilərinin istismarçılarının, habelə onların ərazisindəki hava limanlarının istismarçılarının həmin aviasiya təhlükəsizliyi müddəalarına uyğun fəaliyyət göstərmələrini tələb edirlər. Bu
bənddə göstərilmiş aviasiya təhlükəsizliyi Standartlarına istinada müvafiq Razılığa gələn Tərəfin bildirdiyi hər hansı fərq daxildir. Razılığa gələn Tərəflərdən hər biri hər hansı fərqə dair bildiriş göndərmək niyyəti haqqında digər Razılığa gələn Tərəfə əvvəlcədən məlumat göndərir.
4) Hər bir Razılığa gələn Tərəf özünün ərazisi daxilində hava gəmisini mühafizə etmək, sərnişinləri və onların əl yükünü yoxlamaq, ekipaj, xxx (baqaj da daxil olmaqla) və hava gəmisinin ehtiyatlarının müvafiq yoxlanışım yerinə yetirmək məqsədi ilə minikdən və ya yükləmədən əvvəl və minik və ya yükləmə zamanı öz ərazisi daxilində səmərəli tədbirlərin görüldüyünü və həmin tədbirlərin xxxxx təhlükənin qarşısını almaq üçün tənzimlənməsini təmin edir. Hər bir Razılığa gələn Tərəf öz aviasiya şirkətləri tərəfindən həmin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə gəlmək, ərazini tərk etmək və ərazidə qalmaqla bağlı bu maddənin 3-cü bəndində göstərilən və digər Razılığa gələn Tərəfin tələb etdiyi aviasiya təhlükəsizliyi müddəalarına riayət olunmasına razılıq verir. Hər bir Razılığa gələn Tərəf, həmçinin xüsusi təhlükənin qarşısının alınması məqsədi ilə məntiqəuyğun xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi ilə əlaqədar digər Razılığa gələn Tərəfin hər hansı xahişini müsbət qarşılayır.
5) Mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə bağlı hadisə və ya təhlükə, yaxud
belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı digər qanunsuz hərəkətlər baş verdikdə, Razılığa gələn Tərəflər belə hadisəni və ya təhlükəni sağlamlığa qarşı minimal risklə mümkün qədər tez aradan qaldırmaq məqsədi ilə kommunikasiyanı asanlaşdırmaqla və digər müvafiq tədbirləri görməklə, bir-birinə kömək göstərirlər.
6) Bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti və ya şirkətləri digər Razılığa gələn Tərəfin ərazisinə razılaşdırılmış xidmətlərin yerinə yetirilməsinə başlaması halında, Razılığa gələn Tərəflərdən hər biri bildiriş göndərildikdən sonra 60 (altmış) gün müddətində (və ya aviasiya hakimiyyəti orqanları arasında razılaşdırılmış daha qısa müddətdə) öz aviasiya hakimiyyəti orqanları tərəfindən digər Razılığa gələn Tərəfin ərazisində hava gəmisi istismarçılarının birinci Razılığa gələn Tərəfin ərazisindən gələn və ya ərazisinə gedən uçuşlara münasibətdə həyata keçirdikləri və ya həyata keçirməyi planlaşdırdıqları aviasiya təhlükəsizliyi ilə bağlı tədbirləri yoxlamaq hüququna malikdir. Belə yoxlamaların yerinə yetirilməsi üçün inzibati qaydalar qarşılıqlı şəkildə aviasiya hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və yoxlamaların dərhal yerinə yetirilməsini təmin etmək məqsədi ilə gecikməyə yol vermədən tətbiq edilir.
7) Razılığa gələn Tərəflərdən hər biri öz ərazisinə enmiş və qanunsuz ələ keçirilmiş və ya digər qanunsuz müdaxilə hərəkətlərinə məruz qalmış hava gəmisinin yer səthində qalmasını təmin etmək üçün vacib hesab etdiyi bütün tədbirləri görür, o zamana qədər ki, hava gəmisinin uçub getməsi insan həyatının qorunması kimi başlıca vəzifə ilə şərtlənsin. Mümkün olduqda, belə tədbirlər qarşılıqlı məsləhətləşmələr əsasında yerinə yetirilir.
8) Bir Razılığa gələn Tərəfin digər Razılığa gələn Tərəfin bu maddənin müddəalarını pozduğunu hesab etmək üçün tutarlı əsaslan olarsa, birinci Razılığa gələn Tərəf dərhal məsləhətləşmələr keçirilməsini tələb edə bilər. Belə məsləhətləşmələr hər hansı bir Razılığa gələn Tərəfin bildirişi almasından sonra 15 (on beş) gün müddətində başlayacaqdır. Məsləhətləşmələrin başlamasından sonra 15 (on beş) gün müddətində və ya Razılığa gələn Tərəflərin razılaşdıqları hər hansı digər müddətdə qənaətbəxş razılığın əldə olunmaması, digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətinin və ya aviasiya şirkətlərinin səlahiyyətlərinin xxxx götürülməsi, ləğv olunması, məhdudlaşdırılması və ya onlara şərtlərin müəyyən edilməsi üçün əsas verir. Vəziyyətdən asılı olaraq və ya gələcəkdə bu maddənin müddəaları ilə uyğunsuzluğun qarşısını almaq üçün birinci Razılığa gələn Tərəf istənilən zaman müvəqqəti tədbir görə bilər. Bu bəndə müvafiq olaraq görülmüş hər hansı tədbir digər Razılığa gələn Tərəf bu maddənin şərtlərinə riayət etdiyi zaman dayandırılır.
Maddə 10
Uçuşların təhlükəsizliyi
1) Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin uçuş heyəti, hava gəmisi və ya onların istismarına dair hər hansı sahədə qəbul etdiyi təhlükəsizlik standartları ilə əlaqədar istənilən vaxt məsləhətləşmələr keçirilməsini tələb edə bilər. Belə məsləhətləşmələr müraciət olunduğu andan etibarən 30 (otuz) gün müddətində keçirilir.
2) Belə məsləhətləşmələrdən sonra bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin həmin an Konvensiyaya uyğun olaraq müəyyən edilmiş minimum standartlara ən azı bərabər tutulan istənilən sahədə təhlükəsizlik standartlarına səmərəli şəkildə riayət etmədiyini aşkar etdikdə, bu zaman birinci Razılığa gələn Tərəf müəyyən edilən nöqsanlar və həmin minimal standartlara riayət etmək üçün zəruri hesab edilən tədbirlər barədə digər Razılığa gələn Tərəfi xəbərdar edir və həmin digər Razılığa gələn Tərəf yaranmış vəziyyətin aradan qaldırılması üçün zəruri düzəliş tədbiri görür. Digər Razılığa gələn Tərəfin 15 (on beş) gün və ya razılaşdırıla biləcək daha uzun müddətdə müvafiq tədbirlər görməməsi bu Sazişin 5-ci maddəsinin tətbiq edilməsinə əsas verir.
3) Konvensiyanın 3 3-cü maddəsində qeyd edilən öhdəliklərə baxmayaraq, razılaşdırılır ki, bir Razılığa gələn Tərəfin aviasiya şirkəti və ya şirkətləri tərəfindən digər Razılığa gələn Tərəfin ərazisinə və ya onun ərazisindən hava əlaqələrini həyata keçirmək üçün istismar edilən hər hansı hava gəmisi digər Razılığa gələn Tərəfin ərazisində olarkən, əsassız ləngiməyə gətirib çıxarmamaq şərtilə hava gəmisinin və onun ekipajının sənədlərinin etibarlılığının, hava gəmisinin və onun avadanlığının həqiqi vəziyyətinin yoxlanılması məqsədi ilə digər Razılığa gələn Tərəfin səlahiyyətli nümayəndələri tərəfindən hava gəmisində və onun ətrafında yoxlama (bu maddədə “xxxxxx yoxlaması” adlanır) həyata keçirilir.
4) Əgər hər xxxxx xxxxxx yoxlaması və ya ardıcıl xxxxxx yoxlamaları:
a) hava gəmisinin və ya hava gəmisinin istismarının həmin vaxt Konvensiyaya əsasən müəyyən olunmuş minimum standartlara cavab verməməsi ilə bağlı ciddi narahatlığa; və ya
b) həmin vaxt Konvensiyaya əsasən uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş standartlara effektiv şəkildə riayət olunması və idarə edilməsində çatışmazlıqların mövcudluğu ilə bağlı ciddi narahatlığa səbəb olduqda, yoxlamanı həyata keçirən Razılığa gələn Tərəf Konvensiyanın 3 3-cü maddəsinin məqsədləri üçün azad şəkildə belə bir nəticəyə gələ bilər ki, həmin hava gəmisinə və ya hava gəmisinin ekipajına verilmiş və ya etibarlı hesab edilən sertifikat və ya lisenziyalarla əlaqədar tələblər, yaxud hava gəmisinin istismar olunduğu tələblər Konvensiyaya əsasən müəyyən olunmuş minimum standartlara bərabər və ya onlardan yüksək deyildir.
5) Bir Razılığa gələn Tərəfin aviasiya şirkətinin (şirkətlərinin) istismar etdiyi hava gəmisində bu maddənin 3-cü bəndinə uyğun olaraq xxxxxx yoxlamasının həyata keçirilməsinə həmin aviasiya şirkətinin nümayəndəsi tərəfindən icazə verilmədiyi halda, digər Razılığa gələn Tərəf bu maddənin yuxarıda göstərilən 4-cü bəndində istinad edilən ciddi narahatlığın olduğunu düşünməkdə və həmin bənddə istinad olunan nəticələrə gəlməkdə azaddır.
6) Bir Razılığa gələn Tərəf aparılan xxxxxx yoxlaması, ardıcıl xxxxxx yoxlamaları, xxxxxx yoxlamasının həyata keçirilməsindən imtina, məsləhətləşmə nəticəsində və ya digər şəkildə aviasiya şirkətinin fəaliyyətinin təhlükəsizliyi üçün təcili tədbirlərin görülməsinin zəruriliyi barədə qərara gəldiyi halda, hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin aviasiya şirkətinin istismar səlahiyyətlərini dərhal dayandırmaq və ya dəyişdirmək hüququnu özündə saxlayır.
7) Bir Razılığa gələn Tərəfin bu maddənin 2-ci və ya 6-cı bəndlərinə uyğun olaraq gördüyü hər hansı tədbir belə tədbirin görülməsi üçün əsas aradan qalxdıqdan sonra dayandırılır.
8) Bu Sazişlə müəyyən edilmiş xidmətləri yerinə yetirmək məqsədi ilə Razılığa gələn Tərəflərdən birinin verdiyi və ya etibarlı hesab etdiyi, qüvvədə xxxx uçuşa yararlılıq sertifikatlarını, səlahiyyətlilik sertifikatlarım və lisenziyalarını digər Razılığa gələn Tərəf onların verilməsi və ya etibarlı hesab edilməsi üçün tələblərin Konvensiyaya uyğun olaraq müəyyən edilən və ya edilə bilən minimal standartlara bərabər və ya bu standartlardan yüksək olması şərtilə etibarlı hesab edir. Buna baxmayaraq, hər bir Razılığa gələn Tərəf öz ərazisi üzərindən uçub keçmək məqsədi ilə digər Razılığa gələn Tərəfin və ya hər hansı başqa dövlətin öz vətəndaşları üçün verdiyi və ya etibarlı hesab etdiyi səlahiyyətlilik sertifikatlarını və lisenziyaları tanımaqdan imtina etmək hüququnu özündə saxlayır.
9) Bir Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş marşrutlarda razılaşdırılmış xidmətləri yerinə yetirən hava gəmisinə münasibətdə hər hansı şəxsə və ya təyin edilmiş aviasiya şirkətinə (şirkətlərinə) verilən və ya etibarlı hesab edilən və bu maddənin 8-ci bəndində göstərilən lisenziyaların və ya sertifikatların üstünlükləri və ya şərtləri Konvensiya çərçivəsində müəyyən edilmiş standartlardan fərqlənməyə icazə verirsə və bu fərqlər barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatına məlumat verilmişdirsə, digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları mübahisəli təcrübənin qəbuledilən olması ilə bağlı özünü razı salmaq məqsədi ilə həmin Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları ilə bu Sazişin 16-cı maddəsinə uyğun olaraq məsləhətləşmələrin keçirilməsinə dair sorğu göndərə bilər. Qənaətbəxş razılığın əldə edilməməsi bu Sazişin 5-ci maddəsinin tətbiqinə əsas verir.
Maddə 11
Qanun və qaydaların tətbiqi
1) Beynəlxalq hava əlaqələrində istifadə edilən hava gəmilərinin Razılığa gələn Tərəflərdən birinin ərazisinə gəlməsini və ya ərazisindən uçmasını, yaxud sözügedən ərazidə olduqları dövrdə bu hava gəmilərinin istismarını və naviqasiyasını tənzimləyən bir Razılığa gələn Tərəfin qanun və qaydaları digər Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkətinə və ya şirkətlərinə tətbiq edilir.
2) Sərnişinlərin, heyətin, yükün və ya poçtun bir Razılığa gələn Tərəfin ərazisinə daxil olmasını, orada qalmasını və ya ərazisini tərk etməsini tənzimləyən, o cümlədən əraziyə daxilolma, ərazidən çıxma, emiqrasiya, immiqrasiya, gömrük, valyuta, sağlamlıq və karantin kimi qanun və qaydaları sözügedən ərazidə olarkən, digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinin və ya şirkətlərinin hava gəmiləri tərəfindən daşınan sərnişinlərə, heyətə, yükə və ya xxxxx tətbiq edilir.
3) Bir Razılığa gələn Tərəfin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və xxx aviasiya təhlükəsizliyi tədbirləri ilə bağlı yoxlama istisna edilməklə, sadələşdirilmiş nəzarətdən keçirlər. Birbaşa tranzitlə keçən baqaj və xxx gömrük rüsumlarından və vergilərdən azad olunur.
Maddə 12
Statistik məlumatların təqdim olunması
Bir Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanlarının xahişi ilə onlara məntiqi şəkildə sorğu edilə bilən dövri və ya digər statistik məlumatlan təqdim edir. Belə məlumatlara sorğu edilən bütün informasiya daxil olur.
Maddə 13
Vergitutma və gəlirlərin köçürülməsi
1) Hər bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti digər Razılığa gələn Tərəfin ərazisində razılaşdırılmış xidmətlərin yerinə yetirilməsindən əldə edilən qazanc və ya gəlirlərə münasibətdə gəlir vergisindən və ya oxşar vergilərdən azad olunur.
2) Razılığa gələn Tərəflərin təyin edilmiş aviasiya şirkətləri satış keçirilən ərazidəki artıq xərclərin qalığı xxxx əlavə gəliri köçürməkdə sərbəstdirlər.
3) Belə pul köçürmələri ərazisində gəlir əldə edilən Razılığa gələn Tərəfin vergi qanunvericiliyinə və xarici valyuta mübadiləsi qaydalarına uyğun rəsmi mübadilə kursu ilə, rəsmi məzənnə olmadıqda isə köçürmə aparılan an xxxx ödənişlər üçün xarici valyuta mübadiləsinin bazar məzənnəsi ilə həyata keçirilir və normal bank komisyonları və prosedurları istisna olmaqla, hər hansı rüsuma, məhdudiyyətə, tələb və ya gecikdirməyə məruz qalmır.
4) Bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətləri tərəfindən artıq xərclərin qalığı xxxx əlavə gəlirin köçürülməsinə məhdudiyyət qoyduqda, sonuncu birinci Tərəfin təyin edilmiş aviasiya şirkətlərinə qarşılıqlı məhdudiyyətlər tətbiq etmək hüququna malik olacaqdır.
5) Razılığa gələn Tərəflərin arasında gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş mövcud olduğu təqdirdə, həmin Sazişin müddəaları üstünlük təşkil edir.
Maddə 14
Aviasiya şirkətinin təmsilçiliyi və satışlar
1) Bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti və ya şirkətləri digər Razılığa gələn Tərəfin əraziyə daxilolma, orada qalma və işəgötürmə ilə əlaqədar qanun və qaydalarına uyğun olaraq, hava əlaqəsinin həyata keçirilməsi üçün tələb olunan idarəetmə, texniki, istismar işçi heyətini və digər mütəxəssisləri həmin digər Razılığa gələn Tərəfin ərazisinə gətirmək və orada saxlamaq hüququna malikdir.
2) Hər bir Razılığa gələn Tərəf öz ərazisində digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinə daşıma sənədlərindən istifadə etməklə, Razılığa gələn Tərəfin satışın həyata keçirildiyi milli valyutasında və həmin Razılığa gələn Tərəfin qanunvericiliyi ilə qadağan edilmədiyi halda, həmçinin hər hansı sərbəst dönərli valyutada hava daşımalarının satışını özünün satış agentləri vasitəsilə həyata keçirmək hüququ verir. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətinin satmaq və hər hansı şəxsin belə daşımaları almaq hüququnu məhdudlaşdırmaqdan çəkinir.
Maddə 15
İstifadəçi haqları
1) Razılığa gələn Tərəflərdən heç biri digər Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkətlərinə oxşar beynəlxalq hava əlaqələrini həyata keçirən öz aviasiya şirkətləri üçün müəyyən etdiyi istifadəçi haqqından artıq haqq müəyyən etmir və ya müəyyən edilməsinə icazə vermir.
2) Hər bir Razılığa gələn Tərəf özünün qiymət təyin edən səlahiyyətli orqanları və həmin orqanlar tərəfindən təmin edilən xidmət və avadanlıqlardan istifadə edən aviasiya şirkətləri, praktiki cəhətdən mümkün olarsa, həmin aviasiya şirkətlərinin nümayəndələri vasitəsilə
istifadəçi haqqı ilə bağlı məsləhətləşmələrin keçirilməsinə şərait yaradır. İstifadəçi haqlarında dəyişikliklər edilməsi ilə bağlı hər hansı təklifə dair əsaslandırılmış bildiriş dəyişiklik edilməz- dən əvvəl öz fikirlərini bildirmək üçün həmin istifadəçilərə göndərilir. Hər bir Razılığa gələn Tərəf gələcəkdə özünün səlahiyyətli qiymət təyin edən orqanları ilə həmin istifadəçilər arasında istifadəçi haqlarına dair müvafiq məlumat mübadiləsinin həyata keçirilməsinə şərait yaradır.
Maddə 16
Cədvəl
1) Bir Razılığa gələn Tərəfin təyin etdiyi aviasiya şirkəti və ya şirkətləri uçuşa başlamazdan ən azı 30 (otuz) gün əvvəl özünün və ya özlərinin cədvəlini (yay və qış daşıma dövrləri) təsdiq olunması üçün digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanlarına təqdim edir. Cədvələ xüsusilə vaxt slotları, xidmətlərin tezliyi və istifadə olunacaq hava gəmilərinin növləri daxildir. Aviasiya hakimiyyəti orqanları əlaqədar aviasiya şirkətinin cədvəlinə dair öz qərarlarım təsdiq olunması üçün təqdim etdiyi tarixdən etibarən 20 (iyirmi) gün müddətində verirlər.
2) Cədvələ ediləcək hər bir dəyişiklik, habelə əlavə uçuşların yerinə yetirilməsinə icazə verilməsi üçün müraciətlər bir Razılığa gələn Tərəfin təyin edilmiş aviasiya şirkəti və ya şirkətləri tərəfindən təsdiq edilməsi üçün digər Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanlarına təqdim olunur. Dəyişiklik edilməsi və ya əlavə uçuşlar üçün belə müraciətlərə aviasiya hakimiyyəti orqanları tərəfindən dərhal baxılır.
Maddə 17
Məsləhətləşmə
Hər bir Razılığa gələn Tərəf istənilən vaxt bu Sazişin tətbiqi, təfsiri, yerinə yetirilməsi, onda dəyişiklik edilməsi, yaxud bu Sazişə və ya əlavəyə riayət olunması ilə əlaqədar məsləhətləşmələrin keçirilməsi barədə müraciət edə bilər. Razılığa gələn Tərəflər arasında digər razılaşma olmadıqda, aviasiya hakimiyyəti orqanları arasında keçirilə biləcək belə məsləhətləşmələr digər Razılığa gələn Tərəfin yazılı müraciəti aldığı tarixdən sonra 60 (altmış) gün müddətində başlayır.
Maddə 18
Dəyişiklik
1) Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx bu Sazişin hər hansı müddəasında, o cümlədən onun əlavəsində dəyişiklik etmək istədikdə, belə dəyişiklik bu Sazişin 17-ci maddəsinə uyğun olaraq aparılan məsləhətləşmədən sonra yerinə yetirilir.
2) Bu Sazişə hər iki Razılığa gələn Tərəfin qarşılıqlı razılığına əsasən əlavə və dəyişikliklər edilə bilər. Belə dəyişikliklər və əlavələr bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 24-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
3) Dəyişiklik yalnız bu Sazişin əlavəsinin müddəalarına aiddirsə, həmin dəyişiklik hər iki Razılığa gələn Tərəfin aviasiya hakimiyyəti orqanları arasında birbaşa razılaşdırıla bilər və aviasiya hakimiyyəti orqanları arasında razılaşdırılmış tarixdən qüvvəyə minir.
Maddə 19
Mübahisələrin həlli
1) Bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar Razılığa gələn Tərəflər arasında hər hansı mübahisə yarandıqda, Razılığa gələn Tərəflər ilk növbədə onu danışıqlar yolu ilə həll etməyə səy göstərirlər.
2) Razılığa gələn Tərəflər mübahisənin danışıqlar yolu ilə həllinə nail ola bilmədikdə, mübahisənin həllinə dair qərar çıxarılması üçün müəyyən şəxsə və ya orqana müraciət edilməsi ilə bağlı razılığa gələ bilərlər, əgər onlar belə razılığa gələ bilməzlərsə, mübahisə hər hansı Razılığa gələn Tərəfin tələbinə əsasən, qərar qəbul olunması üçün hər bir Razılığa gələn Tərəfin təyin etdiyi bir və bu yolla təyin olunmuş iki hakim tərəfindən təyin edilmiş üçüncü hakimin daxil olduğu üç hakimdən ibarət arbitraj məhkəməsinə təqdim edilir. Razılığa gələn Tərəflərdən biri tərəfindən digər Razılığa gələn Tərəfin mübahisənin belə arbitraj məhkəməsinin keçirilməsi yolu ilə həllinə dair bildiriş diplomatik kanallar vasitəsilə alındıqdan sonra hər bir Razılığa gələn Tərəf 60 (altmış) gün müddətində hakim təyin edir, üçüncü hakim isə sonrakı 60 (altmış) gün müddətində təyin edilir. Əgər Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx müəyyən olunmuş müddətdə hakim təyin edə bilməzsə, Razılığa gələn Tərəflərdən hər hansı birinin xahişinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının sədri, vəziyyətdən asılı olaraq, hakim və ya hakimləri təyin edir. Bütün hallarda üçüncü hakim üçüncü dövlətin vətəndaşı olur və arbitraj məhkəməsinin sədri kimi fəaliyyət göstərir. Arbitraj məhkəməsi öz qərarını səs çoxluğu ilə qəbul edir. Bütün digər məsələlər üzrə arbitraj məhkəməsi öz prosedurunu müəyyən edir.
3) Razılığa gələn Tərəflər bu maddənin 2-ci bəndi çərçivəsində verilmiş istənilən qərarlara
riayət etmək Öhdəliyini qəbul edirlər.
4) Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx bu maddənin 2-ci bəndinə uyğun olaraq verilmiş qərara riayət etməzsə və ya onu yerinə yetirənədək digər Razılığa gələn Tərəf öhdəliklərini yerinə yetirməyən Razılığa gələn Tərəfə bu Saziş əsasında verilən hər hansı hüquqları və ya imtiyazları məhdudlaşdıra, dayandıra və ya ləğv edə bilər.
5) Hər bir Razılığa gələn Tərəf təyin etdiyi xxxxxx üçün zəruri xərcləri və əməkhaqqını ödəyir, üçüncü hakimin əməkhaqqı və onun üçün, həmçinin arbitraj fəaliyyəti ilə əlaqədar zəruri xərclər Razılığa gələn Tərəflər arasında bərabər bölünür.
6) Arbitraj məhkəməsi dinləmənin başa çatmasından sonra 60 (altmış) gün müddətində, dinləmə mövcud olmadığı halda, hər iki cavabın təqdim edilməsindən sonra 60 (altmış) gün müddətində yazılı qərar verməyə çalışacaqdır.
Maddə 20
Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyat
Bu Saziş və onda edilən bütün dəyişikliklər qüvvəyə mindikdən sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatında qeydiyyata xxxxx.
Maddə 21
Başlıqlar
Bu Sazişdə hər bir maddənin əvvəlində xxxx başlıqlar yalnız istinad və rahatlıq üçündür və heç bir yolla bu Sazişin məzmununu və ya niyyətini müəyyənləşdirmir, yaxud məhdudlaşdırmır.
Maddə 22
Çoxtərəfli konvensiyalar
Hər iki Razılığa gələn Tərəfə münasibətdə hava haqqında ümumi çoxtərəfli konvensiya qüvvəyə mindikdə, belə konvensiyanın müddəaları üstünlük təşkil edəcək. Sözügedən çoxtərəfli konvensiyanın müddəalarının bu Sazişə təsir göstərəcəyi həddi müəyyənləşdirmək məqsədi ilə bu Sazişin 17-ci maddəsinə uyğun olaraq məsləhətləşmələr keçirilə bilər.
Maddə 23
Ləğvedilmə
Hər bir Razılığa gələn Tərəf istənilən vaxt bu Sazişi ləğv etmək qərarı barədə digər Razılığa gələn Tərəfə yazılı bildiriş göndərə bilər. Belə bildiriş eyni zamanda Beynəlxalq Mülki Aviasiya Təşkilatına göndərilir. Digər Razılığa gələn Tərəf bildirişi aldığı tarixdən 12 (on iki) ay sonra gecəyarısı (bildirişi xxxx Razılığa gələn Tərəfin yerli vaxtı ilə), bu müddətin bitməsinədək bildiriş razılıq əsasında xxxx götürülməzsə, Saziş qüvvəsini itirir. Digər Razılığa gələn Tərəf bildirişi aldığını təsdiq etməzsə, bildiriş Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən alındıqdan 14 (on dörd) gün sonra alınmış hesab edilir.
Maddə 24
Qüvvəyəminmə
Bu Saziş onun qüvvəyə minməsi üçün öz müvafiq daxili prosedurları çərçivəsində tələblərin yerinə yetirilməsi barədə iki Razılığa gələn Tərəfin bir-birilərinə göndərdikləri bildirişlərdən sonuncusunun diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Bunun təsdiqi olaraq, hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyət verilmiş aşağıdakı şəxslər bu Sazişi imzaladılar.
Bu Saziş Bakı şəhərində 2016-cı il 16 noyabr tarixində hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası | Küveyt Dövləti |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
ƏLAVƏ
Marşrut cədvəli
Bölmə 1
Azərbaycan Respublikasının təyin olunmuş aviasiya şirkəti və ya şirkətləri tərəfindən istifadə ediləcək marşrutlar:
Azərbaycan Respublikasındakı məntəqələr - aralıq məntəqələr - Küveyt Dövlətindəki məntəqələr - kənar məntəqələr
Qeydlər:
1. Xidmətlərin Azərbaycan Respublikasından başlaması və ya başa çatması şərtilə, istənilən uçuşda aralıq məntəqələr buraxıla bilər.
2. Razılığa gələn Tərəflərin aviasiya hakimiyyəti orqanları arasında vaxtaşırı razılaşdırıla biləcək hallar istisna olunmaqla, aralıq məntəqələrdən və ya kənar məntəqələrdən Küveyt Dövlətinin ərazisinə və əksinə daşımalar yerinə yetirilə bilməz. Bu məhdudiyyət həmçinin dayanma ilə yerinə yetirilən daşımaların bütün formalarına tətbiq olunur.
Bölmə 2
Küveyt Dövlətinin təyin olunmuş aviasiya şirkəti və ya şirkətləri tərəfindən istifadə ediləcək marşrutlar
Küveyt Dövlətindəki məntəqələr - aralıq məntəqələr - Azərbaycan Respublikasındakı məntəqələr - kənar məntəqələr
Qeydlər:
Xidmətlərin Küveyt Dövlətində başlaması və ya başa çatması şərtilə, istənilən uçuşda aralıq məntəqələr buraxıla bilər.
Razılığa gələn Tərəflərin aviasiya hakimiyyəti orqanları arasında vaxtaşırı razılaşdırıla biləcək hallar istisna olunmaqla, aralıq məntəqələrdən və ya kənar məntəqələrdən Azərbaycan Respublikasının ərazisinə və əksinə daşımalar yerinə yetirilə bilməz. Bu məhdudiyyət həmçinin dayanma ilə yerinə yetirilən daşımaların bütün formalarına tətbiq olunur.