Mübahisələrin həlli. Bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir.
Mübahisələrin həlli. 16.1. Müqavilənin məqsədlərinin həyata keçirilməsi ilə bağlı tərəflər arasında yaranan bütün münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tənzimlənir.
16.2. Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll olunur, mübahisələrin nizamlanması mümkün olmadıqda isə Azərbaycan Respublikası məhkəmələrində həll olunur.
Mübahisələrin həlli. 13.1. Elektron ticarətin iştirakçıları arasında mübahisələr qanunvericiliyə zidd olmayan məhkəmədənkənar vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll edilə bilər.
13.2. Elektron ticarətlə bağlı iddialara məhkəmələr qanunvericilikdə müəyyən olunmuş müddətdə baxırlar.
Mübahisələrin həlli. 1. Əgər Razılığa gələn Tərəflər arasında bu Sazişin və onun Əlavəsinin (Əlavələrinin) təfsiri və ya tətbiqinə dair hər hansı bir mübahisə meydana çıxarsa, Razılığa gələn Tərəflər onu ilk növbədə danışıqlar vasitəsi ilə həll etməyə çalışacaqlar.
2. Əgər Razılığa gələn Tərəflər danışıqlar vasitəsi ilə mübahisənin həllinə nail olmasalar, onda mübahisənin həlli məqsədi ilə onlar məsləhət almaq üçün barəsində razılaşdıqları hər hansı şəxsə və ya quruma müraciət edə bilərlər.
3. Əgər Razılığa gələn Tərəflər yuxarıda göstərilmiş 1-ci və 2-ci bəndlərə əsasən razılığa gələ bilmirlərsə, Razılığa gələn Tərəflərdən biri özünün müvafiq qanun və qaydalarına əsasən mübahisəyə üç arbitrdən ibarət arbitrajda baxılmasını tələb edə bilər, arbitrlərin ikisini Razılığa gələn Tərəflər təyin edir və üçüncü həmin iki hakim tərəfindən seçilir. Razılığa gələn hər bir Tərəf mübahisəyə arbitraj yolu ilə belə məhkəmədə baxılması haqqında Razılığa gələn digər Tərəfi diplomatik kanallarla xəbərdar etdiyi tarixdən 60 gün müddətində hakim təyin edir, üçüncü hakim isə sonrakı 60 gün müddətində təyin edilir. Əgər Razılığa gələn Tərəf göstərilən müddət ərzində öz hakimini təyin edə bilməzsə və ya təyin edilmiş hakimlər üçüncü hakim barədə razılaşmazsa, vəziyyətin tələb etdiyi şəkildə Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx hakimin təyin olunması haqqında Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Prezidentinə müraciət edə bilər. Üçüncü hakim Razılığa gələn hər iki Tərəflə belə təyinatın edildiyi zaman diplomatik əlaqələri xxxx dövlətin vətəndaşı olmalıdır.
4. Əgər üçüncü hakimin Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Prezidenti tərəfindən təyin edilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının Prezidentinin həmin funksiyasını yerinə yetirə bilməməsi və ya onun Razılığa gələn hər hansı Tərəfin vətəndaşı olması səbəbindən mümkün deyilsə, təyin etmə Xxxxx-Xxxxxxxxx xərəfindən həyata keçirilir və əgər Vitse-Prezident də həmin funksiyaları yerinə yetirə bilmirsə və ya Razılığa gələ hər hansı Tərəfin vətəndaşıdırsa, təyin etmə Şuranın Razılığa gələn hər hansı Tərəfin vətəndaşı olmayan yüksək vəzifəli üzvü tərəfindən həyata keçirilir.
5. Razılığa gələn Tərəflərin barəsində razılığa gəldikləri digər müddəaların davamı olaraq, arbitraj məhkəməsi öz proseduralarını və işə baxılma yerini müəyyən edir.
6. Arbitraj məhkəməsinin qərarları Razılığa gələn Tərəflər üçün qəti qərar hesab olunur.
Mübahisələrin həlli. Bu Sazişin şərhindən və tətbiqindən irəli gələn istənilən mübahisə Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Mübahisələrin həlli. 9.1. Bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir.
9.2. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir.
Mübahisələrin həlli. Bu Qanundan irəli gələn mübahisələr, tərəflər arasında danışıqlar yolu ilə tənzimlənməsi mümkün olmadıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqanlar tərəfindən, o cümlədən məhkəmə qaydasında həll edilir.114
Mübahisələrin həlli. Bu Sazişin və ya istənilən sənəd və ya razılaşmanın təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Mübahisələrin həlli. Bu Qanuna əsasən bağlanan sığorta müqaviləsindən irəli gələn mübahisələr üzrə tərəflər arasında qarşılıqlı razılıq əldə edilmədikdə, həmin mübahisələr məhkəmə qaydasında həll edilir.
Mübahisələrin həlli. 31.1. Əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün Fondun Himayəçilik Şurasına və/və ya məhkəməyə müraciət edə bilərlər.
31.2. Fondla iştirakçı banklar arasında baş vermiş mübahisələrə Fondun Himayəçilik Şurasında baxılmalıdır. Mübahisənin həllindən narazı qalan tərəf qanunvericiliyə müvafiq qaydada məhkəməyə müraciət edə bilər.