QAYDALARI
“A-QROUP SIĞORTA ŞİRKƏTİ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN PEŞƏ MƏSULİYYƏTİNİN SIĞORTALANMASI
QAYDALARI
1. Giriş
2. Sığortanın subyektləri
3. Sığorta obyekti
4. Sığorta hadisələri
5. Sığorta təminatından istisnalar
6. Sığorta məbləği və azadolmalar
7. Sığorta haqqı
8. Sığorta müqaviləsi
9. Tərəflərin hüquq və vəzifələri
10. Sığorta ödənişinin verilməsi
11. Sığorta ödənişinin verilməsindən imtina
12. Risk dərəcəsinin dəyişməsi
13. Zərərin ödənilməsi üzrə Sığortalının hüquqlarının sığortaçıya keçməsi (subroqasiya)
14. Tərəflərin məsuliyyəti
15. Mübahisələrin həlli qaydası
I. GİRİŞ
1.1. Peşə məsuliyyətinin sığortalanmasına dair hazırkı Qaydalar (bundan sonra mətn üzrə – Qaydalar) peşə fəaliyyətinin həyata keçirilməsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi ilə bağlı əmlak maraqlarının könüllü sığorta müqavilələrinin bağlanmasının, icrasının və ləğv edilməsinin qayda və şərtlərini müəyyən edir.
1.2. Hazırkı Qaydalar üzrə sığortalanan risklər qeyri-həyat sığortası sahəsinin əmlak sığortası
sinfinə aid xxxx peşə məsuliyyətinin sığortasıdır.
1.3. Peşə fəaliyyəti növündən asılı olaraq sığorta müqaviləsində tərəflərin razılığı ilə qanunvericiliyə və bu Qaydalara zidd olmayan əlavə şərtlər nəzərdə tutula bilər.
II. SIĞORTANIN SUBYEKTLƏRİ
2.1. Hazırkı Qaydalara müvafiq olaraq bağlanan sığorta müqavilələri üzrə Sığortaçı qismində “A-
Qroup Sığorta Şirkəti” ASC çıxış edir.
2.2. Sığortalı qismində istənilən təşkilati – hüquqi formada xxxx hüquqi şəxslər və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq peşə fəaliyyətini həyata keçirən, fəaliyyət qabiliyyəti xxxx fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar ola bilər.
2.3. Hazırkı Qaydalara müvafiq olaraq bağlanan sığorta müqavilələri ilə həm Sığortalının özünün risk məsuliyyəti, həm də üzərinə belə məsuliyyət qoyula bilən digər şəxslərin (Sığorta olunanların) məsuliyyəti sığortalana bilər.
2.4. Peşə (mülki) məsuliyyəti sığortalanmış şəxsin adı sığorta müqaviləsində göstərilməli və həmin şəxs Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq sığorta müqaviləsində göstərilən peşə fəaliyyəti ilə məşğul olmaq və/ və ya belə fəaliyyətlə məşğul olmaq üçün müqavilə bağlamaq hüququ olmalıdır. Əgər sığorta müqaviləsində sığorta olunanın adı göstərilməyibsə, bu halda Sığortalının özünün peşə fəaliyyəti (mülki məsuliyyəti) ilə əlaqədar risklər sığortalanmış hesab olunur.
2.5. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, hazırkı Qaydaların Sığortalıya aid müddəaları, o cümlədən sığorta hadisəsi və sığorta ödənişinə aid müddəaları həmçinin eyni dərəcədə Sığorta olunana da aiddir. Sığortalı hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtləri və məzmunu ilə Sığorta olunanı xxxxx etməyə borcludur. Sığortaçı Sığorta olunandan hazırkı Qaydalarda və sığorta müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməyi tələb edə bilər. Sığorta olunan hazırkı Qaydalarda və sığorta müqaviləsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün Sığortalı ilə bərabər həcmdə məsuliyyət daşıyır.
2.6. Peşə məsuliyyətinin sığortası müqaviləsi zərər vurula bilən şəxsin (bundan sonra mətn üzrə Üçüncü şəxs, Faydalanan şəxs) xeyrinə bağlanmış hesab olunur, hətta sığorta müqaviləsi zərər vurmağa görə məsuliyyət daşıyan Sığortalının və ya Sığorta olunanın xeyrinə bağlanmış olsa da və ya sığorta müqaviləsində onun kimin xeyrinə bağlanması göstərilməsə belə.
2.7. Hazırkı Qaydalara görə Üçüncü şəxslər dedikdə Sığortalı tərəfindən peşə fəaliyyətinin həyata keçirilməsi zamanı zərər vurula bilən istənilən şəxs başa düşülür, Sığortalarının (həmçinin Sığortalının tabe olduğu və/və ya tabeliyində olduğu şəxslər də daxil olmaqla) əmək (xidməti, vəzifə) funksiyalarını həyata keçirən işçiləri istisna olmaqla.
Sığorta müqaviləsində, həmin sığorta müqaviləsi həddində Üçüncü şəxs kimi tanına bilən digər şəxslər də göstərilə bilər.
2.8. Sığortalının işçiləri dedikdə, Sığortalı ilə əmək və ya mülki müqavilələr bağlamış və sığorta olunmuş peşə fəaliyyətini həyata keçirmək üçün zəruri dərəcələrə və biliklərə xxxxx xxxx rəhbərləri və əməkdaşları (həmçinin muzd əsasında işləyən direktorları) başa düşülür.
2.9. Hazırkı Qaydaların məqsədləri üçün peşə fəaliyyəti dedikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilən ixtisaslaşdırılmış peşə növləri, həmçinin aşağıdakılar başa düşülür:
- notarius fəaliyyəti;
- tibb müəssisələrinin və müstəqil fəaliyyət göstərən həkimlərin fəaliyyəti;
- auditor fəaliyyəti;
- daşınmaz əmlak alqı-satqısı fəaliyyəti;
- digər fəaliyyət növləri.
Əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, hazırkı Qaydalar yalnız konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə Şərtlər əlavə edilməklə fəaliyyət göstərir. Əlavə Şərtlərdə konkret peşə fəaliyyətindən asılı olaraq sığortanın spesifik şərtləri müəyyən edilir.
2.10. Hazırkı Qaydalara müvafiq olaraq bağlanmış sığorta müqavilələri ilə Sığortalının peşə fəaliyyətinin bütün növlərinin, eləcə də onların ayrı-ayrı növlərinin həyata keçirilməsi zamanı yaranan məsuliyyəti sığorta edilə bilər.
Sığorta müqaviləsi həmçinin Sığortalının konkret müqavilə çərçivəsində yerinə yetirdiyi müəyyən peşə fəaliyyəti növlərinə (işlərə, xidmətlərə) münasibətdə də bağlana bilər.
2.11. Sığorta ərazisi, sığorta müqaviləsində göstərilən, Sığortalı tərəfindən həyata keçirilən peşə fəaliyyətinin sığortalandığı ərazidir.
Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta ərazisi Azərbaycan Respublikası hesab edilir.
III. SIĞORTANIN OBYEKTİ
3.1. Hazırkı Qaydalara müvafiq olaraq, sığorta obyekti, sığortalanmış peşə fəaliyyətinin həyata keçirilməsi zamanı Üçüncü şəxslərin əmlak maraqlarına zərər vurulması nəticəsində, barələrində sığorta müqaviləsi bağlanmış şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak maraqlarıdır.
3.2. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta obyektinə, həmçinin, barələrində sığorta müqaviləsi bağlanmış şəxslərin, həmin şəxslərə qarşı sığorta hadisəsi ehtimal olunan hadisə üzrə zərərin ödənilməsinə dair tələb irəli sürülərkən Sığortaçı ilə razılaşdırılmış müdafiə xərcləri (çəkdiyi və ya çəkməli olduğu xərclər) üzrə əmlak maraqları da daxildir.
Hazırkı Qaydalar çərçivəsində müdafiə xərcləri, Sığortaçı ilə razılaşdırılmış aşağıdakı xərclərdən
ibarətdir:
- hüquqi xidmət göstərilməsi, məhkəmədə işlərin aparılması, vəkilin və ya digər səlahiyyətli nümayəndənin xidmətlərinin ödənilməsi, ekspertlərin xidmətlərinin ödənilməsi;
- ehtimal olunan və ya baş vermiş sığorta hadisəsinin hallarının müəyyən edilməsi, Sığortalının təqsirlilik dərəcəsinin müəyyən edilməsi, üçüncü şəxslər tərəfindən Sığortalıya qarşı zərərin əvəzinin ödənilməsinə dair irəli sürülmüş tələblərin rədd edilməsi və ya azaldılması məqsədi ilə çəkilmiş digər xərclər.
3.3. Konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə həmin fəaliyyət növündən asılı olaraq sığorta obyekti dəqiqləşdirilə və ya ona əlavələr edilə bilər.
IV. SIĞORTA HADİSƏLƏRİ
4.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
4.2. Hazırkı Qaydalara müvafiq olaraq, sığorta hadisəsi, sığortalanmış peşə fəaliyyətinin həyata keçirilməsi zamanı qəsd olmadan və / və ya xəta nəticəsi xxxx səhvlər nəticəsində Üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına vurulmuş zərərin əvəzinin Sığortalı tərəfindən ödənilməsi öhdəliyi yaradan elə haldır ki, bu zaman aşağıdakı şərtlərə riayət olunmuş olsun:
4.2.1. Üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən olunarsa; Sığortaçının yazlı razılığı ilə bağlanmış barışıq sazişi təsdiq olunarsa; yaxud Üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsinə dair pretenziyada qoyulan tələb Sığortaçının razılığı ilə qəbul edilərsə;
Sığortalı tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi, sığorta müqaviləsinə müvafiq olaraq,
sığorta müddəti ərzində və ya həmin müddətin bitməsindən sonra da müəyyən oluna bilər.
4.2.2. Baş vermiş hadisə ilə əlaqədar, Hazırkı Qaydalarda, sığorta müqaviləsində və Konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə sadalanan sığorta təminatından istisnaların heç biri mövcud olmazsa;
4.2.3. Zərər vurulması sığorta müqaviləsi ilə müəyyən olunmuş Ərazidə və sığorta müddəti ərzində, yaxud əgər sığorta müqaviləsi ilə nəzərdə tutulmuşsa, retroaktiv müddətdə baş vermişsə;
Retroaktiv müddət – tərəflərin razılaşdırdığı və sığorta müqaviləsinin bağlanma tarixindən əvvəlki tarixdən sığorta müddətinin qurtardığı müddəti əhatə edən dövrdür.
4.2.4. Peşə fəaliyyətinin həyata keçirilməsi zamanı zərər vurulmasına gətirib çıxaran səhv, nöqsan sığorta müddəti ərzində və ya əgər bu sığorta müqaviləsində nəzərdə tutulmuşdursa, retroaktiv müddətdə baş vermişsə.
Retroaktiv müddət ərzində zərər vurulması və / və ya səhv və /və ya nöqsan o zaman sığorta hadisəsi hesab olunacaqdır ki, sığorta müqaviləsinin bağlanması zamanı Sığortalının keçmiş dövr ərzində zərər vurulması və / və ya səhv və /və ya nöqsan faktı barədə məlumatı olmasın və bununla bağlı Üçüncü şəxslər tərəfindən tələb irəli sürülməmiş olsun.
4.2.5. Peşə fəaliyyətinin həyata keçirilməsi zamanı buraxılmış səhv və /və ya nöqsanla dəymiş zərər arasında səbəb-nəticə əlaqəsi sübut edilmiş olsun;
4.2.6. Üçüncü şəxslərin zərər vurulması ilə əlaqədar əmlak tələbləri Sığortalıya ilk dəfə sığorta müddəti ərzində və ya sığorta müqaviləsi bağlanan zaman tərəflərin razılaşdırdığı başqa müddət ərzində irəli sürülmüş olsun.
4.2.7. Əmlak tələbləri sığorta müqaviləsinin “Yurisdiksiya” bölməsində göstərilən dövlətin ərazisində irəli sürülmüş olsun və həmin dövlətin qanunvericiliyinə əsasən baxılmalı olsun. Əgər sığorta müqaviləsində “Yurisdiksiya” bölməsi yoxdursa, peşə (mülki) məsuliyyətin yaranmasına dair məsələlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılması şərti ilə bağlanmış hesab edilir.
4.3. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi ehtimal olunan hadisə, aşağıdakı şərtlərə riayət olunduqda sığorta hadisəsi hesab olunur:
- mülki məsuliyyətin yaranması ehtimal olunan hadisə ilə əlaqədar məhkəmə işlərinin aparılması üçün Sığortalının Sığortaçı ilə razılaşdırılmış hüquqi xidmət xərcləri ödəmək zərurətinin yaranması; yaxud,
- Hazırkı Qaydalara müvafiq olaraq ehtimal olunan sığorta hadisəsi ilə əlaqədar Sığortalıya qarşı əmlak iddiaları irəli sürülməsi nəticəsində Sığortaçı ilə razılaşdırıldığı təqdirdə, ekspertlərin və vəkillərin xidmətlərinin ödənilməsi üzrə xərclər, xxxxx bu şərtlə ki:
4.3.1. Sığortalıya qarşı əmlak iddiaları Sığortalının sığortalanmış peşə fəaliyyətini həyata keçirməsi zamanı yol verilən səhv, nöqsan nəticəsində irəli sürülmüşdür.
4.3.2. İşlərin məhkəmələrdə aparılması zamanı müdafiə xərcləri, ekspertlərin və vəkillərin xərcləri də daxil olmaqla, Sığortaçının əvvəlcədən verdiyi yazılı göstərişi və ya yazılı razılığı əsasında həyata keçirilmişdir.
4.4. Əmlak iddiaları dedikdə aşağıdakılar başa düşülür:
- Sığortalı tərəfindən peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona qarşı istənilən yazılı pretenziya, zərərin ödənilməsi tələbi; Üçüncü şəxslər tərəfindən Sığortalıya qarşı verilmiş iddia ərizəsi;
- Sığortalıya məlum xxxx və sonradan yazılı pretenziyaların irəli sürülməsinə, zərərin ödənilməsi tələbinə və iddia ərizəsinin verilməsinə gətirib çıxara bilən istənilən hal. Göstərilən hal yalnız o halda əmlak iddiası xxxx xxxx düşülür ki, Xxxxxxxxx Sığortaçıya yazdığı xəbərdarlıqda dəqiq ifadə etmiş olsun ki, nə üçün bu haldan iddia irəli sürülməsi yarana bilər və belə tələblər kimin tərəfindən irəli sürülə bilər.
4.4.1. Bu zaman əmlak iddiası, aşağıdakı hallarda ilk dəfə bəyan edilmiş hesab edilir:
• bu iddia haqqında yazalı xəbərdarlıq (tələb) ilk dəfə Sığortalı yaxud sığortaçı tərəfindən alınmışdır (kimin tərəfindən daha əvvəl alınmasından asılı olaraq);
• Sığortalı, yazılı pretenziyaların irəli sürülməsinə, zərərin ödənilməsi tələbinə və iddia ərizəsinin verilməsinə gətirib çıxara bilən hal barədə ilk dəfə məlumat almışdır.
4.4.2. Bir sığorta hadisəsi çərçivəsində bütün əmlak iddiaları onlardan birincisinin verildiyi tarixdə verilmiş hesab edilir.
4.5. Konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə (yaxud) sığorta müqaviləsində sığorta hadisəsinə gətirib çıxara bilən qərəzli hesab edilməyən səhvlərin, nöqsanların siyahısı müəyyən edilə bilər.
4.6. Bir səhvin, nöqsanın nəticəsi xxxx, yaxud bir-biri ilə xxxxx xxxx bir neçə səhvlərin, nöqsanların nəticəsi xxxx əmlak iddialarına bir sığorta hadisəsi kimi baxılır.
Əgər bir neçə (birdən xxx) buraxılmış səhv, nöqsan bir zərər vurulması hadisəsi ilə nəticələnərsə, bir sığorta hadisəsi kimi baxılır.
4.7. Sığorta müqaviləsi ilə nəzərdə tutula bilər ki, hazırkı Qaydalara müvafiq olaraq verilən sığorta təminatı, Sığortalının işçisi olmayan, cəlb olunmuş mütəxəssis tərəfindən, yaxud fəaliyyətlərinin nəticəsinə görə Sığortalının məsuliyyət daşıdığı, xxxxx Sığortalının adından fəaliyyət göstərən şəxslərin (subpodratçıların) buraxdığı səhv, nöqsanlara da aid edilir.
4.8. Konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə Konkret peşə fəaliyyətindən asılı olaraq sığorta hadisəsinin digər siyahısı müəyyən edilə bilər.
V. SIĞORTA TƏMİNATINDAN İSTİSNALAR
5.1. Aşağıdakılar nəticəsində baş verən sığorta hadisələrinə görə Sığortaçı sığorta ödənişi verməkdən azad edilir:
5.1.1. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, hərbi əməliyyatlar, həmçinin manevrlər və ya digər hərbi xarakterli tədbirlər, vətəndaş müharibəsi, istənilən növ xalq iğtişaşları və ya tətillər, təxribatlar, terror aktları, hakimiyyət orqanları tərəfindən elan olunmuş fövqəladə və ya xüsusi vəziyyətlər.
5.1.2. Sığortalının sığorta hadisəsinin baş verməsinə yönələn qərəzli hərəkət və ya hərəkətsizliyi.
5.1.3. Nüvə partlayışının, şüalanmanın və ya digər radioaktiv çirklənmənin təsiri.
5.1.4. Dövlət orqanlarının sərəncamına əsasən, götürülmə, müsadirə, rekvizisiya, əmlakın həbsi və
ya məhv edilməsi.
5.2. Aşağıdakılar nəticəsində baş verənlər sığorta hadisəsi hesab edilmir:
5.2.1. Qarşısıalınmaz qüvvə hallarının təsiri.
5.2.2. Sığortalının, onun işçilərinin, üçüncü şəxslərin (faydalanan şəxslərin) qərəzli hərəkətləri (o cümlədən, peşə fəaliyyətinə dair hər-hansı qərarların, standartların, təlimatların, idarəyə (müəssisəyə) və istehsala aid normativ aktların qərəzli pozulması), məsuliyyəti sığortalanmış şəxsin üçüncü şəxslə əlbir olması.
5.2.3. Peşə fəaliyyətinin həyata keçirildiyi ölkədə həmin fəaliyyətin həyata keçirilməsi üçün keçilməsi məcburi xxxx təlimin (attestasiyanın və s.) keçilməməsi.
5.2.4. Peşə fəaliyyətinin alkoqol, narkotik və ya toksik sərxoşluq xxxxxxx xxxx şəxs tərəfindən həyata keçirilməsi.
5.2.5. Sığortalının müvafiq lisenziya (xüsusi razılıq) almadan və ya belə razılığın müddətinin bitməsindən sonra, yaxud bu razılığın fəaliyyətinin dayandırıldığı halda həyata keçirdiyi peşə fəaliyyəti zamanı zərər vurulması, bu şərtlə ki, Sığortalının fəaliyyət göstərdiyi ölkə qanunvericiliyinə əsasən belə lisenziyanın (xüsusi razılığın) alınması məcburi olsun.
5.2.6. Peşə fəaliyyətinin Üçüncü şəxslə yazılı müqavilə olmadan həyata keçirilməsi (bu şərtlə ki, yazılı müqavilənin bağlanması məcburi şərt olsun), həmçinin belə müqavilə Azərbaycan Respublikasının və ya müqaviləyə tətbiq olunan ölkənin qanunvericiliyinə müvafiq olaraq etibarsız hesab olunmuş olsun.
5.2.7. Peşə fəaliyyətinin həyata keçirilməsi zamanı zərər vurulması faktını sığorta müqaviləsi bağlananadək Sığortalı bilsin və ya bilməli olsun.
5.2.8. Üçüncü şəxs tərəfindən Sığortalıya verilmiş sənədlərin itirilməsi, əgər konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə və / və ya sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa.
5.2.9. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, peşə fəaliyyətinin həyata keçirilməsi müddətinin aşılması və ya həmin müddətlərə riayət edilməməsi,
5.2.10. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığortalının icarəyə, kirayəyə, lizinqə, girova yaxud saxlamaya götürdüyü əşyaların zədələnməsi, məhv olması və ya yararsız hala düşməsi.
5.2.11. Asbest tozunun, asbestin, dietilostrolun, dioksinin, sidik formaldeqidin (urea formaldehyde)
təsiri.
5.3. Konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə və / və ya sığorta
müqaviləsində sığorta təminatından (sığorta hadisələrinin siyahısından) həmçinin başqa istisnalar da nəzərdə tutula bilər.
5.4. Hazırkı Qaydalara müvafiq olaraq, əgər sığorta müqaviləsində başqa hal nəzərdə
tutulmayıbsa, aşağıdakıların əvəzi ödənilmir:
5.4.1. Əldən çıxmış faydaya görə zərərlər;
5.4.2. Mənəvi zərər, yaxud işgüzar nüfuza vurulmuş zərər, müəlliflik hüququnun pozulması ilə əlaqədar dəyən zərərlər, əmtəə nişanına xxxx hüquqlar və malların, işlərin, xidmətlərin fərdiləşdirilməsi vasitələrinə aid xxxx digər şəxsi hüquqlar.
5.4.3. Sığortalının müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində yaranmış dəbbə, cərimə və penyaya görə zərərlər.
5.4.4. Sığortalının müflis (iflas) və ödəniş qabiliyyətsiz olması nəticəsində üçüncü şəxslərin zərərləri.
5.4.5. Görülmüş işlərin, göstərilmiş xidmətlərin ödənilməsi üçün alınmış pul vəsaitlərinin xxxx qaytarılması, keyfiyyətsiz iş (xidmət) görülməsi ilə əlaqədar analoji işin (xidmətin) görülməsi və ya görülmüş işlərin (xidmətlərin) qüsurlarının aradan qaldırılması ilə bağlı Sığortalının zərərləri.
VI. SIĞORTA MƏBLƏĞİ VƏ AZADOLMA MƏBLƏĞİ
6.1. Sığorta məbləği tərəflərin razılaşmasına əsasən, sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
6.2. Sığorta məbləği sığortalanmış risklər üzrə sığorta müddəti ərzində bütün sığorta hadisələri ilə əlaqədar sığortaçının öhdəliyinin son həddidir.
Sığorta məbləği həddində bir sığorta hadisəsinə görə, ayrı-ayrı risk kateqoriyalarına görə, vurulmuş zərərin növlərinə və s. görə Sığortaçının məsuliyyət hədləri müəyyən edilə bilər.
6.3. Sığorta müqaviləsində sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta
təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi - azadolma məbləği müəyyən edilə bilər. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, azadolma məbləği hər sığorta hadisəsi üzrə tətbiq olunur. Əgər bir neçə sığorta hadisəsi baş verərsə, azadolma məbləği onların hər birinə tətbiq olunur.
VII. SIĞORTA TARİFLƏRİ VƏ SIĞORTA HAQQI
7.1. Sığorta tarifləri – sığorta obyekti və sığorta riskinin xarakteri nəzərə alınmaqla sığorta məbləği vahidinə tətbiq olunan sığorta haqqının dərəcəsidir.
Sığorta tarifinin konkret məbləği tərəflərin razılaşmasına əsasən və sığorta tariflərinin iqtisadi əsaslandırılması nəzərə alınmaqla sığorta müqaviləsi ilə müəyyən edilir.
7.2. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada və həcmdə sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
7.3. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
7.4. Sığorta haqqının ödənilməsi pul hesablaşmalarına dair qanunvericiliyin tələblərinə riayət
olunmaqla nağd şəkildə, yaxud köçürmə ilə həyata keçirilə bilər.
7.5. Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur:
- nağdsız (köçürmə yolu ilə) ödəniş zamanı - əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, pul vəsaitlərinin Sığortaçının bank hesabına daxil olduğu gün;
- nağd ödəniş zamanı – pul vəsaitlərinin Sığortaçının xəzinəsinə daxil edildiyi gün.
VIII. SIĞORTA MÜQAVİLƏSİ
8.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
8.2. Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:
8.2.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
8.2.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
8.3. Sığorta müqaviləsi bağlanması üçün Sığortalı, Sığortaçı tərəfindən müəyyən olunmuş forma üzrə yazılmış ərizə təqdim etməlidir.
8.4. Sığorta müqaviləsi bağlanarkən sığortalı ərizə formasında göstərilən məlumatlardan başqa, özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
8.5. Sığorta müqaviləsi bir il müddətinə və ya tərəflərin razılaşmasına əsasən, digər müddətə bağlanır. Sığorta müqaviləsinin məzmunu, müqavilənin bağlandığı vaxt qüvvədə xxxx qanunvericiliyə müvafiq olaraq sığorta müqaviləsinə və onun məzmununa dair məcburi göstərişlərə uyğun olmalıdır.
Sığorta müddətinin başlanğıc və bitmə tarixləri sığorta müqaviləsi ilə müəyyən edilir.
8.6. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
8.6.1. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə, sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 8.7.2 bəndi nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
8.6.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
8.7. Sığorta müqaviləsinin müddəti bitdikdə və qanunvericiliklə nəzərdə tutulmuş digər hallar yarandıqda sığorta müqaviləsinə xitam verilir.
8.8. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
8.8.1. Sığortaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam həcmdə yerinə yetirildikdə.
8.8.2. Sığorta müqaviləsində müəyyən olunmuş qaydada sığorta haqqı ödənilmədikdə.
8.8.3. Fiziki şəxs xxxx sığortalı öldükdə, Hüquqi şəxs xxxx Sığortalı və ya Sığortaçı qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edildikdə.
8.8.4. Sığorta müqaviləsi məhkəmə qərarına əsasən ləğv edildikdə.
8.8.5. Sığorta marağı artıq mövcud olmadıqda.
8.8.6. Tərəflərin qarşılıqlı razılığına əsasən.
8.8.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
8.9. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
8.10. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
8.11. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
8.12. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
8.13. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
8.14. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq hazırkı Qaydaların 8.12. və 8.13-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.15. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, hazırkı Qaydaların 8.14. və 8.15. -ci bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
8.16. Sığorta müqaviləsinə əlavə və dəyişikliklər edilməsi, tərəflərin qarşılıqlı razılığı əsasında yazılı sənədin tərtib edilib imzalanması ilə həyata keçirilir. Sığorta müqaviləsinə edilmiş əlavə dəyişikliklər onun ayrılmaz tərkib hissəsi olur.
IХ. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
9.1. Sığortaçının vəzifələri:
9.1.1. Sığortalını hazırkı Qaydaların şərtləri ilə xxxxx etmək;
9.1.2. Sığortalı tərəfindən sığorta hadisəsinin baş vermə riskinin və mümkün zərərin həcminin azaldılmasına yönələn tədbirlər həya keçirildikdə, sığortalının ərizəsinə əsasən, bu dəyişiklər nəzərə alınmaqla sığorta müqaviləsini yenidən bağlamaq.
9.1.3. Sığorta hadisəsi baş verdikdə, sığorta ödənişi verilməsi barədə Sığortalının ərizəsinin alındığı və sığorta hadisəsinin baş verməsini hallarını və dəymiş zərərin məbləğini dəqiq müəyyən etməyə imkan verən bütün sənədlərin təqdim edildiyi andan, əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, 15 (on beş) gün müddətində sığorta ödənişi vermək.
9.1.4. Sığorta hadisəsi baş verən zaman zərərin qarşısının alınması və ya azaldılması üçün Sığortalı tərəfindən görülmüş işlərin xərcini ödəmək.
9.1.5. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, Sığortalı və onun əmlak vəziyyəti haqqında məlumatları açıqlamamaq.
9.2. Sığortaçının hüquqları:
9.2.1. Sığorta hadisəsinin baş verməsinin və sığorta ödənişinin verilməsi məsələsinin həll edilməsi üçün zəruri xxxx sənədləri, rəyləri və digər məlumatları dövlət və özəl müəssisələrdən, təşkilatlardan və digər şəxslərdən sorğu yolu ilə əldə etmək.
9.2.2. Sığorta hadisəsinin səbəbləri, nəticələri və halları barədə müstəqil araşdırma aparmaq.
9.2.3. Üçüncü şəxslərin iddialarının tənzimlənməsi zamanı Sığortalının maraqlarını təmsil etmək, Xxxxxxxxxxxx adından danışıqlar aparmaq, Üçüncü şəxslərin iddiaları üzrə Sığortalının tapşırığı əsasında onun adından məhkəmə və digər səlahiyyətli orqanlarda işləri aparmaq.
Göstərilən hərəkətlər Sığortaçının vəzifəsi deyil, hüquqlarıdır, həmçinin belə hərəkətlər sığorta ödənişi vermək öhdəliyinin qəbul edilməsi kimi qəbul edilə bilməz.
9.2.4. Sığorta hadisəsi ilə bağlı Sığortalı və ya onun işçisi barədə cinayət işi qaldırıldığı halda, cinayət işinə xitam verilməsinə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsinədək sığorta ödənişinin verilməsi məsələsinin həll edilməsini dayandırmaq.
9.2.5. Hazırkı Qaydalarda, konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə nəzərdə tutulmuş hallarda sığorta ödənişi verməkdən imtina etmək.
Sığorta ödənişinin verilməsindən imtina edildiyi halda Sığortaçı, bu qaydaların 9.1.3 bəndində göstərilmiş müddətdə, imtinanın əsaslarını göstərməklə Sığortalıya yazılı məlumat verməlidir.
9.3. Sığortalının vəzifələri:
9.3.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada, müddətdə və məbləğdə sığorta haqqı ödəmək.
9.3.2. Sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli xxxx bütün hallar barədə, həmçinin həmin sığorta obyektinin sığortalanmasına dair bağlanmış və ya bağlanmaqda xxxx sığorta müqavilələri barədə məlumat vermək.
9.3.3. Sığorta hadisəsi əlamətləri xxxx xxxxxx baş verərsə (məlum olarsa):
9.3.3.1. Yaranan vəziyyətdə zərərin qarşısının alınması və/ və ya azaldılması üçün ağlabatan və mümkün xxxx tədbirləri görmək.
Belə tədbirləri görərkən, Sığortalı, əgər Sığortaçı tərəfindən hər-hansı göstəriş verilibsə, belə göstərişlərə əməl etməlidir.
9.3.3.2. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, 3 (üç) iş günündən gec olmayan müddətdə, məlum xxxx bütün məlumatları göstərməklə və mövcud xxxx bütün sənədləri təqdim etməklə, istənilən əlçatan vasitə ilə Sığortaçıya, sığorta hadisəsi əlaməti xxxx xxxxxx barədə məlumat vermək.
Sığortalıya məlum xxxx və xxxxx yazılı pretenziyaların verilməsinə, zərərin əvəzinin ödənilməsi tələbinin irəli sürülməsinə və iddia ərizələrinin verilməsinə səbəb ola biləcək bütün məlumatlar istənilən halda, Sığortaçıya bildirilməlidir.
9.3.3.3. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, dərhal, xxxxx istənilən halda üç gündən gec olmayan müddətdə, istənilən əlçatan vasitə ilə, üçüncü şəxslər tərəfindən təqdim olunmuş pretenziyalar, zərərin əvəzinin ödənilməsi tələbləri, iddia ərizələri, həmçinin sığorta hadisəsinə aid xxxx faktlar barədə səlahiyyətli orqanların başladığı hərəkətlər barədə Sığortaçıya məlumat vermək.
9.3.3.4. Sığortaçının yazılı razılığı olmadan könüllü qaydada, pretenziyaları, zərərin əvəzinin ödənilməsi tələblərini qəbul etməmək, belə tələblərin və pretenziyaların həll edilməsi üçün hər-hansı öhdəlik götürməmək, həmçinin zərərin əvəzini ödəməmək (və belə vəd verməmək).
9.3.3.5. Sığortalınmış maraqların qorunması üçün Sığortaçıya məhkəmədə və məhkəmədən kənar kömək göstərmək.
9.3.4. sığorta ödənişi verilməsi barədə ərizə ilə birlikdə, baş vermiş hadisənin xarakterindən və hallarından asılı olaraq, Sığortaçıya aşağıdakı sənədlərin əsillərini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etmək:
- yazılı pretenziyalar, zərərin əvəzinin ödənilməsi tələbi, vurulmuş zərərin əvəzinin ödənilməsinə dair Üçüncü şəxslər tərəfindən verilmiş iddia ərizələri, vurulmuş zərərin məbləğini təsdiq edən sənədlərlə birlikdə;
- əgər zərərin əvəzinin ödənilməsi məsələsinə məhkəmə qaydasında baxılmışdırsa, Üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi müəyyən məhkəmə qərarları;
- zərər vurulması ilə nəticələnmiş halların təhqiqatında hüquq-mühafizə orqanlarının iştirak etdiyi bütün hallarda –cinayət işinin, yaxud inzibati hüquqpozmalara dair işlərin başlanması və ya başlanmasından imtina edilməsi barədə qərarların surətləri;
- Hazırkı Qaydaların 10.4.3.-10.4.5-ci bəndlərində göstərilən, Sığortalının əlavə xərclərini təsdiq edən sənədlər;
- Konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlərdə, sığorta müqaviləsində, yaxud sığorta hadisəsi kimi baxılan hadisənin hallarında nəzərdə tutulan digər sənədlər.
9.3.5. sığorta hadisəsi və ya sığorta hadisəsi ehtimal olunan hadisə zamanı məsləhətçilərin, ekspertlərin, qiymətləndiricilərin, vəkillərin və ya məsləhət və rəy verməli xxxx digər şəxslərin təyin edilməsi zamanı Sığortaçının yazılı razılığını almaq.
9.4. Sığortalının hüquqları:
9.4.1. Sığortaçıdan onun lisenziyasının və Konkret peşə fəaliyyətinin sığortalanmasına dair Əlavə şərtlər əlavə olunmaqla hazırkı Qaydaların surətini tələb etmək.
9.4.2. Sığortaçıdan, kommersiya sirri olmayan və onun maliyyə dayanaqlığına aid məlumatı almaq.
9.4.3. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsinin (polisinin) itdiyi halında, yazılı ərizə əsasında Sığortaçıdan onun dublikatını almaq. Sığorta müqaviləsinin (polisinin) dublikatının verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (polisi) etibarsız hesab olunur və onun əsasında ödəniş həyata keçirilmir.
9.4.4. Sığorta şərtləri ilə əlaqədar Sığortaçıdan izahat almaq.
9.4.5. Sığorta müddəti ərzində Sığortaçı ilə razılaşdırılmaqla, əlavə sığorta haqqı ödəyib sığorta məbləğini artırmaq.
X. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
10.1. Sığorta ödənişi, azadolma məbləği və sığorta hadisəsinin baş verməsində təqsirli xxxx şəxslərdən alınmış kompensasiya məbləğləri nəzərə alınmaqla, sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə və Sığortalının yazılı ərizəsinə əsasən, sığortaçı tərəfindən həyata keçirilir.
10.2. Sığorta ödənişi, sığorta məbləği, yaxud sığorta müqaviləsində nəzərdə tutulmuş məsuliyyət hədləri çərçivəsində ödənilir.
10.3. Əgər sığorta hadisəsinin baş verməsi xxxxxx sığortalının əmlak maraqları iki və ya daha xxx sığortaçıda sığortalanmışsa (ikiqat sığorta), bu halda, Sığortaçı sığorta ödənişini sığorta müqaviləsi üzrə sığorta məbləğinin bütün digər sığorta müqavilələri üzrə sığorta məbləğlərinin ümumi məbləğinə mütənasib məbləğdə ödəyir.
10.4. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta ödənişi məbləğinə aşağıdakılar daxildir:
10.4.1. Hüququ pozulmuş Üçüncü şəxsin hüquqlarının bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, Üçüncü şəxslərin əmlaklarının itirilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərər (real zərər).
10.4.2. Üçüncü şəxslərin həyatına və sağlamlığına vurulmuş zərər.
10.4.3. Sığorta hadisəsi nəticəsində vurulmuş zərərin azaldılması üçün çəkilmiş zəruri və məqsədyönlü xərclər, əgər belə xərclər zəruri olmuşsa və sığortaçının göstərişlərinin həyata keçirilməsi üçün çəkilmişsə.
10.4.4. sığorta hadisəsinin hallarının və səbəblərinin ilkin aydınlaşdırılması məqsədilə Sığortaçının yazılı razılığı ilə Sığortalı tərəfindən çəkilmiş zəruri və məqsədyönlü xərclər.
10.4.5. Məhkəmə orqanlarında işlərin aparılması zamanı Sığortalının müdafiəsi üçün çəkilmiş xərclər, o cümlədən, Sığortalıya qarşı qaldırılmış əmlak iddiaları nəticəsində Sığortalının çəkdiyi ekspert və vəkil xidməti xərcləri.
Göstərilən xərclər yalnız risklərin Hazırkı Qaydaların 4.4. bəndinə müvafiq olaraq sığortalandığı hallarda kompensasiya edilir, hətta o halda ki, irəli sürülmüş əmlak pretenziyasına uyğun olaraq Sığortalının vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi yaranmasın.
10.5. Sığorta ödənişi qüvvədə xxxx qanunvericiliyə müvafiq olaraq Sığortaçının xəzinəsi vasitəsi ilə nağd ödəməklə, yaxud pul vəsaitlərinin Üçüncü şəxsin, Sığortalı vurulmuş zərərin əvəzini Sığortaçının yazılı razılığı ilə özü ödəmişdirsə, sığortalının hesablaşma hesabına nağdsız qaydada köçürülməklə həyata keçirilir.
Hazırkı Qaydaların 10.4.3. – 10.4.5. bəndlərində göstərilən xərclərin əvəzi Sığortalıya ödənilir.
10.6. Sığorta ödənişinin nağd qaydada həyata keçirilməsi zamanı ödəniş tarixi pul vəsaitlərinin Üçüncü şəxs yaxud Sığortalı tərəfindən Sığortaçının xəzinəsindən aldığı tarix hesab olunur, nağdsız hesablaşma halında – pul vəsaitlərinin Sığortaçının hesablaşma hesabından silindiyi gün hesab olunur, əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa.
10.7. Əgər Üçüncü şəxslərə vurulmuş zərərin əvəzi yalnız Sığortalı tərəfindən deyil, həm də onun vurulmasına məsuliyyət daşıyan digər şəxslər tərəfindən ödənilməlidirsə, Sığortaçı yalnız ödənilməli xxxx ümumi məbləğlə zərər vurulmasına məsuliyyət daşıyan digər şəxslərdən tutulmalı xxxx məbləğ arasındakı fərqi ödəyir.
Sığortalı belə şəxslər və onlardan tutulmalı xxxx məbləğlər barədə Sığortaçıya məlumat verməlidir.
10.8. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsi məsələsinin müddətini uzada bilər:
10.8.1. sığorta hadisəsinin baş verməsi ilə əlaqədar vurulmuş zərərin həcminin müəyyən edilməsi məqsədilə əlavə ekspertiza təyin olunmuş olsun. Bu halda, sığorta ödənişi, sığortaçı tərəfindən əlavə ekspertizanın nəticələrinin alındığı gündən hesablanmaqla, hazırkı Qaydaların 9.1.3. bəndində göstərilən müddətdə ödənilir.
Əlavə ekspertizanın xərclərini, onun təyin olunmasına təşəbbüs göstərən tərəf ödəyir.
10.8.2. Sığorta hadisəsi faktı üzrə cinayət işi qaldırılmış olsun, əgər təhqiqatın nəticələri sığorta hadisəsinin baş verməsi faktının və vurulmuş zərərin həcminin müəyyən olunmasına təsir göstərə bilər. Bu halda, sığorta ödənişi, sığortaçı tərəfindən səlahiyyətli orqanın qərarının alındığı gündən hesablanmaqla, hazırkı Qaydaların 9.1.3. bəndində göstərilən müddətdə ödənilir.
XI. SIĞORTA ÖDƏNİŞİ VERİLMƏSİNDƏN İMTİNA
11.1. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edə bilər:
11.1.1. Hazırkı Qaydaların 9.3.3.1 və 9.3.4-cü bəndləri ilə nəzərdə tutulmuş vəzifələrin Sığortalı tərəfindən qəsdən yerinə yetirilməməyi.
11.1.2. Əgər sığortalı zərər vurulması üçün məsuliyyət daşıyan şəxsə qarşı tələb hüququndan imtina edərsə, və ya belə hüququn həyata keçirilməsi sığortalının təqsiri üzündən mümkün olmazsa.
11.1.3. Hazırkı Qaydalarda, sığorta müqaviləsində və sığorta haqqında qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
11.2. Sığorta ödənişinin verilməsindən imtina barədə qərar imtinanın səbəbləri göstərilməklə Sığortalıya yazılı formada bildirilməlidir.
XII. RİSK DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ
12.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
12.2. Sığorta riskinin artmasına səbəb xxxx xxxxxx barədə məlumat xxxx Sığortaçı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxxx dəyişmə dərəcəsinə mütənasib olaraq əlavə sığorta haqqı ödənilməsini tələb edə bilər.
Əgər sığortalı müqaviləsinin şərtlərinin dəyişdirilməsindən və ya əlavə sığorta haqqı ödənilməsindən imtina edərsə, Sığortaçı sığorta müqaviləsinin ləğv edilməsini tələb edə bilər.
12.3. sığortalı tərəfindən hazırkı Qaydaların 12.1. bəndində göstərilən vəzifələr yerinə yetirilmədiyi təqdirdə, Sığortaçı sığorta müqaviləsinin ləğv edilməsini və beldə ləğv edmə ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
XIII. ZƏRƏRİN ÖDƏNİLMƏSİ ÜZRƏ SIĞORTALININ HÜQUQLARININ SIĞORTAÇIYA KEÇMƏSİ (SUBROQASİYA)
13.1. Xxxxxxxxxxx hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
13.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
13.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
13.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud
lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
13.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
XIV. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
14.1. Tərəflər sığorta müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi üçün həmin müqavilələrinin müvafiq müddəalarında nəzərdə tutulmuş qaydada məsuliyyəti, belə məsuliyyətin konkret müəyyən olunmadığı hallarda isə mülki qanunvericilikdən irəli gələn məsuliyyəti daşıyırlar.
XV. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
15.1. Hazırkı Qaydalar əsasında bağlanmış sığorta müqavilələri üzrə yaran bütün mübahisələr
danışıqlar yolu ilə həll edilir.
15.2. Mübahisəli məsələlər barədə razılıq əldə edilməyi təqdirdə, əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, həmin mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə, Azərbaycan Respublikası məhkəmələrində baxılır.
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin “Peşə Məsuliyyətinin Sığortalanması Qaydaları”na
ƏLAVƏ № 1
TİBB MÜƏSSİSƏLƏRİNİN VƏ MÜSTƏQİL FƏALİYYƏT GÖSTƏRƏN HƏKİMLƏRİN PEŞƏ FƏALİYYƏTİNİN SIĞORTALANMASINA DAİR
ƏLAVƏ ŞƏRTLƏR
(“Peşə Məsuliyyətinin Sığortalanması Qaydaları”na (bundan sonra “Qaydalar”))
1. Qaydaların 2.9-cu bəndinə
1.1. Tibb müəssisələrinin və müstəqil fəaliyyət göstərən həkimlərin fəaliyyəti aşağıdakıları özündə birləşdirir: təcili və təxirəsalınmaz tibbi xidmətlərin göstərilməsi və işlərin görülməsi; abmulator- poliklinik, sanatoriya-kurort, müvafiq tibb ixtisasları üzrə stasionar tibbi yardım; həmçinin profialaktik tibbi, diaqnostik və müalicə tədbirlərinin və tibbi ekspertizanın keçirilməsi, ənənvi tibb metodlarının tətbiq edilməsi, həmçinin tibb məqsədləri üçün orqanların və toxumaların tədarükü.
2. Qaydaların 4.5-ci bəndinə
2.1. Hazırkı Əlavə şərtlərə müvafiq olaraq, əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığortalı tərəfindən peşə fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən səhvlərə, nöqsanlara aşağıdakılar aiddir:
- xəstəliyin diaqnozunun qoyulması zamanı yol verilən səhvlər;
- müalicənin həyata keçirilməsi zamanı tövsiyə və məsləhətlərdə yol verilən səhvlər;
- dərman preparatlarının təyin olunması zamanı yol verilən səhvlər;
- cərrahiyyə əməliyyatlarının keçirilməsi zamanı yol verilən səhvlər;
- Sığortalı tərəfindən peşə fəaliyyətinin həyata keçirilməsi çərçivəsində həyata keçirilən digər tibbi hərəkətlər.
3. Qaydaların 5.3-cü bəndinə
3.1. Aşağıdakılar nəticəsində baş verən hadisələr sığorta hadisəsi hesab edilmir:
3.1.1. Sığortalı tərəfindən istənilən növ nəqliyyatın istismar edilməsi.
3.1.2. Müalicə prosesinin, dərman preparatlarının saxlanmasının, tibbi avadanlığın istismarı qaydalarının, binaların, qurğuların və mühəndisə kommunikasiyalarının istismarı qaydalarının pozulmasının aradan qaldırılmasına dair səlahiyyətli dövlət orqanı tərəfindən verilən göstərişlərin, tapşırıqların, təlimatların Sığortalı tərəfindən yerinə yetirilməməsi.
3.1.3. Tibbi fəaliyyətin lisenziyalaşdırma tələblərinin və şərtlərinin Sığortalı tərəfindən pozulması.
3.1.4. Sığortalı tərəfindən müəyyən olunmuş nümunə sertifikatına malik olmayan donor qanından müalicə prosesində istifadə edilməsi, həmçinin saxlama müddəti ötmüş dərman preparatlarından istifadə edilməsi.
3.1.5. Sığortalı tərəfindən birdəfəlik tibbi alətlərin və vasitələrin istifadə qaydalarının pozulması.
3.1.6. Hepatitin qeyri A növləri, QİÇS və ya İİV yaratdığı digər patoloji hallar
3.1.7. Qaydalarda və sığorta müqavilələrində nəzərdə tutulmuş digər hallarda.
4. Qaydaların 9.3.4.-cü bəndinə
4.1. Sığortalı sığorta ödənişi verilməsi barədə ərizə ilə birlikdə Sığortaçıya həmçinin aşağıdakı sənədlərin əsillərini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidir:
- tibb xidmətlərinin göstərilməsinə dair müqavilə və ya Üçüncü şəxsin sığortalıya tibb xidmətləri göstərilməsi üçün müraciət etməsini təsdiq edən digər sənəd ;
- zərər vurulması faktını təsdiq edən sənədlər (baş həkim tərəfindən imzalanmış tibb müəssisəsinin sənədləri, ekspert komissiyasının rəyi yaxud ölüm haqqında şəhadətnamə);
- sığortalı tərəfindən həyata keçirilmiş müalicə sənədləri (tibb kitabçasından və xəstəlik tarixçəsindən çıxarış, təyin olunmuş prosedurlar, yazılmış reseptlər və s.);
- Sığortalının təqsirini müəyyən edən sənədlər (müvafiq komissiyanın rəyi, cəlb edilmiş ekspertin və ya məhkəmə-ekspertizasını rəyləri, əgər zərər vurulması məsələsinə məhkəmədə baxılmışsa);
- Üçüncü şəxsin xxxx aylıq gəliri barədə onun iş yerindən arayış;
- müalicə xərclərini təsdiq edən sənədlər (çeklər, reseptlər və s.).
Sığortaçı təqdim olunması tələb olunan sənədlərin siyahısını azalda bilər, yaxud, əgər konkret hallar nəzərə alınmaqla, sığorta hadisəsinin baş vermə faktını və vurulmuş zərərin həcmini bu bənddə göstərilən sənədlərlə müəyyən etmək mümkün olmazsa, əlavə sənədlər tələb edə bilər.
5. Qaydaların 10.4.2.-ci bəndinə
5.1. Hazırkı Əlavə şərtlərə müvafiq olaraq, Üçüncü şəxslərə vurulmuş zərər dedikdə, o cümlədən aşağıdakılar başa düşülür:
5.1.1. Üçüncü şəxsin itirdiyi qazancı (gəliri), yaxud əldə edə biləcəyi qazanc (gəlir).
5.1.2. Üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar çəkdiyi əlavə xərclər, o cümlədən, müalicə, əlavə qidalanma, dərmanların alınması, protezləşdirmə, daimi qulluq, sanatoriya-kurort, xüsusi təyinatlı nəqliyyat vasitəsinin alınması, başqa peşə hazırlığına çəkdiyi xərclər, o şərtlə ki, Üçüncü şəxsin belə kömək və qulluğa ehtiyacı olması və bunları pulsuz almaq hüququnun olmaması müəyyən edilmiş olsun.
5.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə görə ailə başçısının ölümü ilə əlaqədar zərər çəkmiş şəxslərə ödənilməli xxxx zərərin əvəzinin ödənilməsi, ölmüş şəxsin sağlığında onun qazancının (gəlirinin) onların saxlanması üçün aldıqları və ya almağa hüquqları olduğu məbləğ hissəsində.
5.2. Sığorta ödənişinə həmçinin, tibbi yardım göstərilərkən sığortalının istifadə etdiyi tibbi avadanlığın qüsurları və / və ya defektləri nəticəsində Üçüncü şəxslərin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzi də daxil edilir.