SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ Nümunə Maddələri

SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. 16.1 Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir: • Sığorta ödənişinin verilməsi barədə ərizə; • Sığorta şəhadətnaməsi; • Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.); • Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd; • Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı; • Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. 16.1. Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir: • Sığorta ödənişinin verilməsi barədə ərizə; • Sığorta şəhadətnaməsi; • Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və s.); • Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd; • Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı; • Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər. 16.2. Sığortaçı, zərər çəkmiş cihazları və ya onların zərər çəkmiş hissələrini təmir etdirə və ya yenisi ilə əvəz edə bilər, habelə onların dəyərini nağd yolla da ödəyə bilər. Sığortaçı ödənişləri, təmir və yenisi ilə əvəz etməklə əlaqədar faktura və sənədlər ona təqdim edildikdən sonra həyata keçirir. 16.3. Oğurluq nəticəsində baş verən ziyan və zərərlərdə: 16.3.1. Ödəniş, oğurluq iddiasının doğruluğunu sübut edən məlumat və sənədlər sığortaçıya verildikdən sonra bir ay ərzində verilir. 16.3.2. Əgər, hüquq sahibi və ya sığortalı haqqında polis və ya məhkəmə orqanlarında cinayət işi açılmış olarsa, sığortaçı ödənişi, həmin istintaq işinə xitam verilənə qədər təxirə sala bilər. 16.3.3. Sığortalı, ödəniş verildikdən sonra oğurlanmış sığortalanmış cihazların hamısını və ya bir hissəsini taparsa və ya onlar haqqında müəyyən bir məlumat əldə edərsə, vəziyyəti yazılı şəkildə dərhal sığortaçıya bildirməlidir. 16.3.4. Sığortalı tapılan cihazlar üzərindəki mülkiyyət hüququnu sığortaçının tələbinə əsasən ona vermək məcburiyyətindədir. Tapılan cihazların dəyəri sığortaçı tərəfindən tamamilə ödənilmiş olarsa, sığortalı ödənişi xxxx qaytarmalı və ya həmin cihazları sığortaçının mülkiyyətinə verməlidir. Sığortalı bu xüsusi son qərarını, sığortaçının tələb etdiyi tarixdən etibarən iki həftə ərzində bildirməlidir. Sığortalı üz qərarını bu müddət ərzində bildirməzsə, sezim hüququ sığortaçıya keçir. 16.3.5. Tapılmış cihazların dəyərinin müəyyən bir hissəsi ödənilmiş olarsa, sığortalı ödənişi xxxx qaytarmaqla həmin cihazları özündə saxlaya bilər. Sığortalı tapılmış cihazları özündə saxlamaq istəyini, sığortaçının tələbindən sonra iki həftə bildirməzsə, həmin cihazlar sığortaçının razılığına əsasən auksion vasitəsilə satılır və satışdan gələn gəlirdən satış xərcləri çıxıldıqdan sonra yerdə qalan məbləğdən ödənişin məbləğinə bərabər xxxx vəsait sığortaçıya verilir. 16.3.6. Tapılm...
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. 15.1. Sığortaçı, hadisə nəticəsində zərər çəkmiş əmlakı təmir etdirə, yenisi ilə əvəz edə və ya dəymiş zərərin məbləğini nağd pulla ödəyə bilər. 15.2. Müştərək sığorta zamanı, ödəniş bu sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq müəyyən edildikdən sonra, sığortaçı, ümumi sığorta haqqlarında özünün iştirak nisbətə uyğun olaraq ödənişi verir. Ancaq sığorta şəhadətnamələri arasında xüsusi mahiyyət və şərtlərə malik olanları vardırsa, Sığortaçıların ödəniş payları müəyyən edilərkən bu hallar və öhdəliklərin şərtləri nəzərə alınır. 15.3. Sığortalanmış əmlaklardan müəyyən hissəsinin zədələnməsi zamanı zərər həmin hissəyə aid xxxx sığorta məbləği həcmində ödənir və sığorta müddəti ərzində zədələnməyə görə veriləcək ödənişlərin ümumi məbləği, həmin hissəyə aid ümumi sığorta məbləğindən xxx xxx bilməz. 15.4. Sığorta ödənişi 15 gün ərzində həyata keçirilir. Qeyd edilən müddət bu qaydaların 13.1-ci bəndində göstərilən sənədlərin təqdim edilməsindən sonra, ekspertiza keçirildikdə isə ekspertin yekun qərarından sonra hesablanır.
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. Sığortaçı, zərər çəkmiş dəzgah və avadanlığı və ya onların zərər çəkmiş hissələrini təmir etdirə biləcəyi kimi, onların dəyərini nağd yolla da ödəyə bilər.
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. 13.1 Sığortalı tərəfindən müvafiq sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir.
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. Sığortaçı, hadisə nəticəsində zərər çəkmiş əmlakı təmir etdirə, yenisi ilə əvəz edə və ya dəymiş zərərin məbləğini nağd pulla ödəyə bilər.
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. 16.1. Qanunvericiliklə və bu Qaydalarla nəzərdə tutulmuş sığorta ödənişinin verməkdən imtina halları istisna olmaqla, Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra ödəniş aparılmasının forması, qaydası və sair əlaqədar məlumatları əks etdirən ödənişə əsas verən sənədi (akt, razılaşma, protokol və s.) tərtib edir və razılaşdırmaq üçün bu sənədi, bundan sonra mətndə «Vəsatət edən» adlandırılacaq Sığortalıya və/və yaxud Xxxxxxxxxx səxsə təqdim edir. 16.2. Vəsatət edən ödənişə əsas verən sənədi imzaladıqdan sonra, onu Sığortaçıya qaytarır və Sığortaçı ödənişə əsas verən sənəddə başqa müddət nəzərdə tutulmadıqda bu sənədi aldığı gündən etibarən 30 (otuz) gün ərzində sığorta ödənişini həyata keçirir.
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. Sığorta müqaviləsindən irəli gələn ödəniş borcunun sığortaçı tərəfindən ödənilməsi üçün sığortalının aşağıdakı sənədləri təqdim etməsi zəruridir: 1. Müvafiq idarələrin və ya nəqliyyat firmasının hadisə ilə əlaqədar aktı; 2. Sığortalanmiş əşyaların göndərilmə və ya təhvil verilmə sənədləri; 3. Mənfəət münasibətlərini göstərən sənədlər; 4. Zərərin həcmi və məbləği göstərilməklə sığortalının ödəniş tələbnaməsi; 5. Sığorta hadisəsinin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər; 6. Sığorta ödənişi Sığortaçı tərəfindən 13 iş günü ərzində həyata keçirilir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, həmin müddət Sığorta hadisəsi barədə Ərizənin və bu maddədə göstərilmiş və Sığortaçının tələb etdiyi digər sənədlərin təqdim olunması günündən hesablanır.
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. 20.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 20.1.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət); 20.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 20.1.3. sığorta olunan şəxs vəfat etdikdə ölüm haqqında şəhadətnamənin surəti, tibbi ekspertizanın rəyinin surəti (mövcud olduğu halda); 20.1.4. sığorta olunan şəxs ümumi əmək qabiliyyətini itirdikdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar tibbi-sosial ekspert komissiyasının rəyi (arayışı) və ya əmək qabiliyyətinin itirilməsi vərəqəsi; 20.1.5. fərdi qəza nəticəsində tibb müəssisələrinin göstərdiyi təcili tibbi xidmətlərlə əlaqədar yaranan xərclərin miqdarını təsdiqləyən sənədlər; 20.2. Bu qaydaların 20.1-ci bəndində nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 20.3. Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ. 22.1. Sığortalanmış əmlak eyni risklər və müddətlər üzrə bir neçə sığorta şirkətində sığorta etdirilibsə, sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının qanunvericiliyinə və bu sığorta Qaydalarına uyğun olaraq hesablandıqdan sonra sığortaçı yalnız öz payına düşən zərər məbləğini ödəməyə borcludur.