KÜTLƏVİ OFERTA
“Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
İNVESTİSİYA XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR
(fiziki şəxslər üçün)
18 aprel 2022-ci il tarixli
KÜTLƏVİ OFERTA
(02 fevral 2024-cü il tarixli əlavə və dəyişikliklərlə)
Bakı şəhəri
Oferent – bundan sonra “İnvestisiya Şirkəti” adlandırılacaq, 08 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş İSN/L – 30/2016 nömrəli Lisenziya və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci və 409-cu maddələrinə əsasən bu Ofertanın predmetində öz əksini tapmış investisiya xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı fiziki şəxslərə təqdim edir:
ANLAYIŞLAR
Bu Oferta üzrə istifadə olunmuş sözlər (ifadələr) aşağıdakı mənanı (mənaları) daşıyır:
Açıq mövqelər – bu Oferta çərçivəsində ticarət platformasında qeydə alınmış, xxxxx icrası başa çatmamış Müştəri sifarişlərinin xxxx alış və ya satış qiymətləri ilə ifadə olunan məcmusudur;
Aksept – Xxxxxx şəxs tərəfindən Ofertanı qeyd-şərtsiz qəbul etməsi barədə yazılı və imzalı müştəri ərizə- anketidir;
Analoq imza – imza edənlə şəxsi açar vasitəsi ilə əlaqələndirilmiş elektron şəkildə imza atma imkanı yaradan bu Oferta üzrə müvafiq akseptdə qeyd edilən unikal məlumatlar başa düşülür. Analoq imza İnvestisiya Şirkəti və Müştəri arasında qarşılıqlı razılaşdırılmış bütün əməliyyatlara dair sənədlərin razılaşdırılması (müqavilələrin, müqaviləyə əlavə və dəyişikliklərin, məktubların, hesab üzrə sərəncamların, tapşırıqların, etirazların, bunlarla məhdudlaşmayan və sairlərin imzalanması da daxil olmaqla) və/və ya imzalanması üçün İnvestisiya Şirkəti tərəfindən Müştəriyə təqdim edilmiş və onun şəxsi imzasının alternativi xxxx və eyni hüquqi nəticələrə gətirən analoq imzadır. Analoq imza həmçinin müştəri identifikasiyası üçün bir vasitə və alətdir və Müştərinin kağız üzərində təqdim etdiyi fiziki imza ilə eyni hüquqi qüvvəyə malikdir;
Aparılmış əməliyyatlar barədə hesabat – özündə hesabat dövrünə həyata keçirilmiş əməliyyatlar barədə ümumi məlumatı, o cümlədən Müştərinin açıq valyuta mövqeləri və Müştəri hesabının vəziyyəti barədə məlumatı əks etdirən sənəddir. Elektron platforma vasitəsilə xidmətin göstərildiyi Müştərilərə əməliyyatlar barədə hesabat elektron ticarət platforması vasitəsilə təqdim edilir;
Bağlı mövqelər – başa çatmış ticarət əməliyyatları (hesablaşmaları tamamlanmış) üzrə Müştərinin hesabında (hesablarında) xxxx pul vəsaitlərinin, qiymətli kağızların və digər aktivlərin alış və ya satış qiymətləri ilə ifadə olunan məcmusudur;
Balans (balance) – Müştərinin ticarət əməliyyatlarının və ticarət hesabına etdiyi mədaxil və məxariclərinin nəticəsidir;
Bank – İnvestisiya Şirkətinin bank əməliyyatları üçün əməkdaşlıq etdiyi kredit təşkilatıdır;
Bank hesabı – Qiymətli kağız, törəmə maliyyə alətləri və ya digər aktivlər ilə əməliyyatlar üzrə pul qalıqlarını əks etdirən mədaxil və məxaric üçün olmaqla 2 növdə mövcud xxxx hesabdır. Mədaxil üçün bank hesabı yalnız mədaxil əməliyyatlarının, məxaric üçün bank hesabı isə yalnız məxaric əməliyyatlarının həyata keçirildiyi bank hesablarıdır (qiymətli kağız və ya törəmə maliyyə alətlərinin valyutasına uyğun olaraq hər bir növ valyuta üzrə ayrılıqda açılır). Bu hesablardan Ofertanın predmetini təşkil edən xidmətlərdən kənar xidmətlər üzrə istifadə edilə bilməz;
Baza aktivi – qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.;
Baza valyuta – digər valyutaya alınan və ya satılan valyutadır. Valyuta cütlükləri təqdim edilən zaman ilk göstərilən valyuta (onun simvolu) baza valyutası hesab edilir;
Bazar qiyməti – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin ticarət olunduğu fond birjasında (maliyyə bazarında) mövcud xxxx və ya ticarət təşkilatçısı tərəfindən təqdim edilən xxxx qiymətidir;
Bazar qiyməti ilə sifariş (Qeyri-rəqabətli sifariş) – Sifarişdə qeyd olunan həcmdə qiymətli kağız və ya törəmə maliyyə alətlərini Müştəriyə təqdim edilən ən əlverişli qiymət ilə almaq və ya satmaq üzrə tapşırıqdır; Depo hesabı – Müştərinin qiymətli kağızlarının (maliyyə aktivlərinin) saxlanıldığı və (və ya) xxx xxxx
hüquqların uçotuna dair qeydləri əks etdirən hesabdır;
Depozitar – Müştərinin depo hesabının mövcud olduğu və ona məxsus qiymətli kağızların (maliyyə alətlərinin) depozitar uçotunun aparıldığı təşkilatdır; (Azərbaycan Respublikasın qanunvericiliyi əsasında emissiya edilmiş qiymətli kağız və törəmə maliyyə alətləri üzrə depozitar sistemini Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (bundan sonra MDM) həyata keçirir.)
Elektron ticarət platforması – Fond birjaları, maliyyə bazarları, o cümlədən birjadan kənar bazarlarda Müştəri tapşırıqlarının elektron vasitə ilə qəbulu və icrası, habelə hesabatlılıq funksionallığına malik İnvestisiya Şirkəti tərəfindən Müştəriyə təqdim edilən texniki proqram təminatıdır (veb sayt, mobil əlavə və bunlarla məhdudləşmamamaqla digər elektron formada ola bilən);
Eyniləşdirmə məlumatları – müştərinin kimliyinin təsdiq olunması üçün tələb olunan və özündə ad, soyad, ata adı, doğum tarixi, qeydiyyat ünvanı və sair eyniləşdirilə bilən məlumatları əks etdirən informasiya toplusudur;
Eyniləşdirmə nömrəsi – İnvestisiya Şirkəti tərəfindən öz daxili uçot sistemində Müştərini identifikasiya edən unikal koddur;
Əks repo əməliyyatları – investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə xxxx alınması öhdəliyi ilə satılması;
Əlavə eyniləşdirmə məlumatları – ƏL/TMM Qanunu ilə tələb edilən məlumatlar və sənədlər;
Əlavə xərclər – Müştəriyə münasibətdə tətbiq edilən, bu Ofertanın şərtlərinin təmin edilməsi və xidmətlərin yerinə yetirilməsi üçün İnvestisiya Şirkəti tərəfindən üçüncü şəxslərə, o cümlədən ticarət təşkilatçılarına, depozitar təşkilatlara, banklara, likvidlik təminatçılarına, xidmət təminatçılarına, sifarişlərin icra olunması yeri üzrə ödənişlər; klirinq haqları; sifarişin icrasına cəlb edilmiş üçüncü tərəfə ödənişlər və investisiya xidmətinin təqdim edilməsi ilə əlaqədar üçüncü şəxslərə ödənilən komissiya, xxxxx, xxxx və digər çəkilən xərclərdir;
Ərizə-anket – İnvestisiya Şirkəti tərəfindən ümumi ofertanın aksepti sayılan və özündə müvafiq razılıq şərtlərini ifadə edən və bu Ofertanın ayrılmaz tərkib hissəsi sayılan yazılı və imzalı ərizədir;
Əsas valyuta – Müştəri hesabının ifadə olunduğu, o cümlədən mədaxil-məxaric əməliyyatlarının icra olunduğu valyutadır;
Fərq müqaviləsi (CFD) – baza aktivinin alqı-satqısı üzrə mövqenin açılış və bağlanış qiymətləri arasında yaranmış fərqin müqavilə tərəfinə ödənilməsini təmin edən müqavilədir. Fərq müqavilələri baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkilini nəzərdə tutur və predmetdən irəli gələrək ən azı iki müqabil sövdələşmənin aparılmasını ehtiva edir;
Fərq müqavilələri üzrə xxxxx xxxxxx – İnvestisiya Şirkəti tərəfindən fərq müqavilələri ilə marja ticarətinin aparılması məqsədi ilə müştərilərə açılmış hesabdır;
Fərq müqaviləsi roloveri – fərq müqaviləsi üzrə açılmış mövqenin açıq saxlanılması prosesi. Bu proses zamanı baza aktivindən və açılmış mövqenin növündən asılı olaraq investisiya şirkəti tərəfindən müvafiq rolover məbləği (svop) hesablanaraq müştərinin pul hesabına mədaxil və ya bu hesabdan məxaric edilir; Gözləmədə xxxx sifariş – Müştərinin İnvestisiya Şirkətinə elektron ticarət platforması vasitəsilə ötürdüyü, öncədən Müştəri tərəfindən müəyyən edilmiş və İnvestisiya Şirkəti ilə razılaşdırılmış şərtlərlə sövdələşmənin (sövdələşmələrin) həyata keçirilməsi üçün sərəncamdır. Müştəri tərəfindən gözləmədə xxxx sifarişlərin sayı 20 (iyirmi) sifarişi, sifarişlərin həcmi isə mövcud xxxx Xxxxx səviyyəsini aşmamalıdır. Əks halda İnvestisiya Şirkəti Müştəriyə yazılı xəbərdarlıq edərək bu Gözləmədə xxxx sifarişləri bağlamağı tələb edə bilər. Məhz bundan sonra Müştəri tərəfindən heç bir tədbir görülməzsə, saxlanılan əməliyyatlar İnvestisiya Şirkəti tərəfindən bağlana bilər;
Xarici kontragent – İnvestisiya Şirkəti tərəfindən müəyyən edilmiş hallarda bu Oferta üzrə göstərilən xidmətin (xidmətlərin) İnvestisiya Şirkəti ilə bağlanmış müqavilə əsasında ötürüldüyü hüquqi şəxsdir;
Xxxxx Xxxxx (Initial Margin) – baza aktivi ilə ticarət əməliyyatının aparıla bilməsi məqsədi ilə İnvestisiya Şirkəti tərəfindən müştəridən tələb olunan vəsaitin minimum məbləğidir;
İnstitusional investor – investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri, beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklar.
İnvestisiya Şirkətinin internet səhifəsi (sayt) – xxxxx://xxx.xxxxxxxxxx.xx; xxxxx://xxx.xxxxxxx.xx; xxxxx://xxx.xxxxxx.xx internet səhifələri;
Kapital (Equity) – Müştərinin balansı və xxxx açıq mövqelərinin nəticələrinin cəmi;
Korporativ hərəkətlər (corporate actions) – Səhmləri üzrə ticarət aparmaq imkanı təqdim edilən şirkətin onun fəaliyyət göstərdiyi müddət ərzində səhmdarlarının və digər maraqlı şəxslərin hüquqlarına təsir edə bilən qərarları və tədbirləridir. Korporativ hərəkətlərə dividendlərin ödənilməsi, cəmiyyətin yenidən təşkili, səhmlərin birləşdirilməsi, bölünməsi, satılması və səhmdarlara münasibətdə digər qərarlar nəzərdə tutulur; Kredit həddi – marja ticarətinin aparılması məqsədi ilə müştəri sifarişinin məbləğinin ilkin marjaya nisbəti; Qeyri-bazar kotirovkası – Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri, həmçinin fərq müqavilələri üzrə onların ticarət olunduğu ticarət təşkilatçısı və ya maliyyə bazarında aşağıdakı şərtlərdən ən azı birinə xxxxx xxxx kotirovkadır (alış-satış qiyməti):
- Əsaslandırılmamış əhəmiyyətli qiymət fərqinin yaranması;
- Qiymətin kiçik vaxt fasiləsi müddətində qiymət fərqinin yarandığı ən birinci səviyyəyə qayıtması;
- Bu kotirovka meydana çıxmazdan əvvəl qiymətdə sürətli artımın olmaması;
- Bu kotirovkanın meydana çıxdığı an məzənnəyə əhəmiyyətli dərəcədə təsir göstərən makro-iqtisadi hadisələrin və\və ya korporativ xəbərlərin və/və ya korporativ hərəkətin olmaması;
- Bazarda həmin kotirovka üzrə sövdələşməni yerinə yetirə biləcək qarşılıqlı tələbin olmaması səbəbindən göstərilən vaxtda belə kotirovka üzrə sövdələşmə həyata keçirməyin mümkün olmaması.
Bu sövdələşmənin keçirilməsi və ya keçirilməməsi hüququ İnvestisiya Şirkətində saxlanılır.
Qiymət sürüşməsi – bazar şəraitindən asılı olaraq, sifariş verilən xxx, fərq müqaviləsinin bazar qiyməti ilə sifarişin icra olunduğu qiymətlər arasında fərqin yaranmasıdır;
Qiymət boşluğu – bazar yaranmış şəraitdən asılı olaraq, qiymətli kağız, törəmə maliyyə aləti və ya fərq müqavilələri üzrə növbəti qiymətin bir neçə qiymət addımından sonra formalaşması nəticəsində qiymətlər arasında yaranmış boşluqdur;
Limit qiymətli sifariş (Rəqabətli sifariş) – Müştərinin təyin etdiyi qiymətdən satış sifarişi üzrə aşağı və ya alış sifarişi üzrə yuxarı olmamaq şərtilə qiymətli kağızları, törəmə maliyyə alətlərini və ya maliyyə aktivini sifarişdə göstərilən miqdarda almaq və ya satmaq üzrə tapşırıqdır;
Loqin və şifrə – Müştəriyə elektron ticarət platformaları və (və ya) Müştərinin şəxsi kabineti üzərindən elekton qaydada xidmətlərin göstərilməsi məqsədi ilə istifadə edilən hərf, rəqəm və ya hərf və rəqəmlərdən ibarət Müştərinin eyniləşdirmə nömrəsinə autentik xxxx koddur. Loqin və şifrə birlikdə elektron ticarət platformasına icazəli çıxışı təmin etmək üçün Müştəri tərəfindən istifadə olunur;
Lot – bir sifarişdə göstərilə bilən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin standart minimal sayıdır (həcmidir);
Maliyyə agenti – İnvestisiya Şirkətinə bu Oferta üzrə xidmətlərin göstərilməsi zamanı sənədlərin qəbulu və ötürülməsini təşkil edən və ya bunun üçün texniki imkanlar yaradan hüquqi şəxs, o cümlədən “Unibank KB” ASC-dir;
Xxxxx xxxxxx – Müştəriyə baza aktivini İnvestisiya Şirkətininə məxsus borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya hesabıdır;
Marja ticarəti (Margin Trading) – Müştəriyə baza aktivini (qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.) və ya bu baza aktivlərinin
qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır);
Xxxxx xxxxxxxxx – fərq müqavilələri ilə marja ticarəti üzrə müştərinin kapitalının açılmış mövqe üzrə hesablanmış ilkin marjaya nisbətinin faizlə ifadəsidir. Müştəri tərəfindən bir neçə mövqe açıldıqda hesablanmış ilkin marjalar cəmlənir;
Marja çağırışı (Margin Call) – Müştəri hesabında saxlanılan pul vəsaitlərinin azalaraq Oferta ilə müəyyən edilmiş həddə çatması nəticəsində investisiya şirkəti tərəfindən müştərisinə bu vəsaitlərin artırılması ilə bağlı etdiyi xəbərdarlıqdır;
Mobil əlavə – internet bağlantı vasitəsilə istifadə edilə bilən, akseptdə Müştəri tərəfindən qeyd edilən xidməti (xidmətləri) özündə birləşdirə bilən, xüsusi proqram təminatında yaradılmış tətbiqdir;
Müştəri – İnvestisiya xidmətlərindən istifadə edən fiziki şəxsdir (bu Ofertaya münasibətdə yalnız fiziki şəxslər). Mobil əlavə vasitəsilə müraciət etmiş Müştəri yalnız öz adından çıxış etməli və xidmətlərdən yararlanmaq üçün müraciət etməlidir. Müştərinin etibarnamə əsasında etibar edilən şəxs tərəfindən təmsil edilməsi mobil əlavə üzərindən edilmiş müraciətlərə şamil edilmir;
Müştəri aktivləri – müştəriyə məxsus xxxx və investisiya şirkətinin daxili uçot sistemində qeydiyyata alınan qiymətli kağızlar, törəmə maliyyə alətləri və/və ya puldur;
Müştərinin şəxsi kabineti – İnvestisiya Şirkətinin müəyyən xidmətlərindən elektron qaydada istifadə imkanı verən (xidmətin elektron formatda göstərilməsi təmin edildikdə), Müştərinin adına İnvestisiya Şirkətinə məxsus elektron resurslarda yaradılmış xüsusi rəqəmsal mühitdir;
Nettinq – Tərəflərin öhdəliklərinin\tələblərinin qarşılıqlı hesablanması və tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsidir;
Overnayt (Svop) – müştərinin ticarət etdiyi maliyyə alətinin (o cümlədən qiymətli kağızların) investisiya baza aktivinə, həmin baza aktivi ilə aparılan əməliyyatın həcminə və açılan mövqenin növünə uyğun olaraq hesablanan günlük faiz miqdarıdır;
Peşəkar İnvestor – Aşağıdakı meyarlardan ən azı ikisinə cavab verən fiziki şəxsdir:
- fərq müqavilələri ilə marja ticarəti üzrə son bir il ərzində marja hesabından aktiv ticarət etməsini təsdiq edən müvafiq sənədə (marja hesabından çıxarış) malik olmaq (aktiv ticarət dedikdə ardıcıl olaraq hər rübdə ən azı 10 (on) ticarət əməliyyatının aparılması nəzərdə tutulur);
- müraciət tarixinə müştəri hesabında ən azı 20 (iyirmi) min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaitinin olmasını təsdiq edən bank hesabından çıxarışa malik olmaq;
- maliyyə sektorunda investisiya fəaliyyəti üzrə ən azı bir illik iş təcrübəsinə malik olmaq;
ƏL/TMM Qanunu – “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair” Azərbaycan Respublikasının Qanunu;
Repo əməliyyatları – investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə xxxx satılması öhdəliyi ilə alınması;
Sərbəst təminat (Free Margin) – Müştərinin ticarət hesabındakı kapitalının sifarişlər üzrə tələb olunan təminat məbləği ilə fərqidir;
Skalpinq – Müştərinin maliyyə aləti üzrə təhlil aparmadan qısa müddətli aralıqlarla davamlı və intizamsız şəkildə kiçik qiymət dəyişiklikliyi aralığında sifarişlər verməklə həyata keçirdiyi ticarət əməliyyatlarıdır; Spred – Ticarət olunan maliyyə alətlərinin və ya baza aktivinin minimum vahidləri ilə ifadə olunan (punkt və ya “pips”lərdə) alış (ASK) və satış (BID) qiymətləri arasındakı fərqdir;
Tariflər – İnvestisiya Şirkəti tərəfindən xidmətin göstərilməsi üçün müəyyən edilmiş xidmət haqqıdır. Tariflər saytda yerləşdirilmişdir və bu ofertanın ayrılmaz tərkib hissəsi hesab edilir. Tariflər bu Oferta ilə eyni internet səhifəsində yerləşdirilir .
Təminat Marjası (Margin) – marja ticarəti üzrə əməliyyatların davamlılığını təmin etmək məqsədi ilə müştəri hesabında saxlanılmalı xxxx pul vəsaitinin minimum məbləğidir;
Ticarət hesabı – Müştərinin elektron ticarət platformasında xxxx hesabıdır;
Ticarət təşkilatçısı – fond birjaları, o cümlədən fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinə uyğun olaraq ticarətin təşkili üzrə səlahiyyətlərə malik və öz xxxxx və daxili qaydaları çərçivəsində (müvafiq ölkənin qanunvericiliyi ilə belə tələblər mövcud olduqda) fəaliyyət göstərən təşkilatlardır. Bu Oferta üzrə yerli bazarla müştəri tapşırıqlarının qəbulu və icrası zamanı ticarət təşkilatçısı Azərbaycan Respublikasında fond birjası fəaliyyəti üzrə müvafiq lisenziyaya xxxxx xxxx qurum (Bakı Fond Birjası QSC) hesab edilir;
Törəmə maliyyə aləti – hər xxxxx xxxx aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir;
UForex Platforması – İnvestisiya şirkəti tərəfindən hazırki Oferta çərçivəsində Müştərinin istifadəsi üçün təklif olunan və Müştəriyə müştəri hesabı ilə fərq müqavilələri üzrə marja ticarəti əməliyyatlarını aparmağa imkan verən elektron ticarət platformasıdır (platformanı Müştəri öz kompüterinə, telefon və ya digər elektron qurğuya İnvestisiya Şirkətinə məxsus sayt və ya xxxx://xxx.xxxxxx.xx internet səhifəsi vasitəsilə yükləməlidir). UForex Platformasının internet səhifə, kompüter proqramı və mobil əlavə versiyaları mövcuddur;
Utrader Platforması – İnvestisiya şirkəti tərəfindən bu Oferta çərçivəsində Müştərinin istifadəsi üçün təklif olunan və Müştəriyə müxtəlif fond bazarları və maliyyə bazarlarında ticarət əməliyyatları aparmağa imkan verən elektron ticarət platformasıdır (platformanı Müştəri öz kompüterinə, telefon və ya digər elektron qurğuya İnvestisiya Şirkətinə məxsus sayt və ya xxx.xxxxxxx.xx internet səhifəsi vasitəsilə yükləməlidir); Valyuta svopu – baza valyutada ifadə edilmiş dəyərin digər valyutada xxxx dəyərə mübadiləsi əməliyyatıdır; fərqli valyutalaşma tarixləri və fərqli mübadilə məzənnələri xxxx xxxxxx\satılan valyutanın eyni məbləğinə aparılan iki əks konversiya sövdələşməsindən ibarət əməliyyatdır.
1. OFERTANIN PREDMETİ
1.1. Bu Ofertaya əsasən, İnvestisiya Şirkəti Müştəriyə onun bu Ofertanın akseptində (ərizə-anket forması) bəyan etdiyi və bu Ofertanın 1.3-cü bəndində öz əksini tapmış investisiya xidmətlərinin göstərilməsini, Müştəri isə müvafiq xidmətə görə İnvestisiya Şirkətinə Tariflər üzrə ödəmələr və əlavə xərclərin ödənilməsi öhdəliyini götürür. Müştəri aksept etdiyi xidmətdən (xidmətlərdən) əlavə, bu Ofertanın predmetini təşkil edən investisiya xidmətlərindən yararlanmaq üçün İnvestisiya Şirkətinə müraciət edə bilər. Bu zaman, analoq imza müraciətin və müraciət olununan xidmət üzrə tərəflər arasında bu Oferta üzrə münasibətləri tənzimləyən şərtlərin hüquqi qüvvəyə minməsi üçün əsas sayılır.
1.2. İnvestisiya Şirkəti Müştəriyə investisiya xidmətlərini sonuncunun vəsaitləri və ya müvafiq təminat həcmi (müştəri ilə təminat haqqında əlavə razlaşma olduqda) hesabına göstərir.
1.3. İnvestisiya Şirkəti Müştəriyə lisenziya əsasında Azərbaycan Respublikasının hüquqi aktlarının tələblərinə və bu Ofertanın müəyyənləşdirdiyi şərtlərə əsasən aşağıdakı investisiya xidmətlərini (bundan sonra - “İnvestisiya xidmətləri”) göstərir:
1.3.1. Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı Müştəri sifarişlərinin qəbul və icra edilməsi, eləcə də repo və əks repo əməliyyatlarının həyata keçirilməsi (bundan sonra - “Vasitəçilik xidməti”);
1.3.2. İnvestisiya məsləhətlərinin verilməsi (bundan sonra - “Məsləhət xidməti”);
1.3.3. Xxxxx Xxxxxxxx (bundan sonra – “Marja ticarəti xidməti”);
1.3.4. Qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi (bundan sonra- “Hesabların idarə edilməsi xidməti);
1.3.5. Bu Ofertanın 1.3.1-1.3.3-cü maddələrində qeyd edilən xidmətlərin göstərilməsi ilə əlaqədar xarici valyuta mübadiləsi (bundan sonra – “Xarici valyuta mübadiləsi xidməti”);
1.4. Bu Oferta üzrə xidmətlərin göstərilməsi İnvestisiya Şirkətinin daxili qaydaları çərçivəsində fiziki və elektron qaydada təşkil edilir. Daxili qaydalar saytda yerləşdirilir və ya Müştərinin istəyi əsasında sonuncuya təqdim edilir.
1.5. Müştəri İnvestisiya Şirkətinə xidmətlərin görstərilməsi üzrə tapşırıqları (sifarişləri) fiziki, elektron (o cümlədən, ticarət platforması üzərindən) və telefon vasitəsi ilə (İnvestisiya Şirkətinin mövcud imkanları çərçivəsində) təqdim edə bilər.
1.6. Bu Oferta ilə Müştəri tariflər üzrə ödənişləri, əlavə xərcləri, ticarət qaydalarını və bazarların mövcud işləmə reqlamentini qəbul edir.
1.7. Müştəri Xxxxxxxx aksept etməsi ilə Xxxxxxxxx qüvvədə olduğu müddət ərzində xidmətlərin göstərilməsi ilə əlaqədar üçüncü şəxslər və digər əlaqəli şəxslərdən, o cümlədən ASAN Finans sistemindən bu Ofertanın icrası üçün zəruri xxxx bütün məlumatların (Müştərinin şəxsi identifikasiya məlumatları, iş yeri və gəlirlərinə dair məlumatlar daxil olmaqla) alınması barədə barədə İnvestisiya Şirkətinə razılıq vermiş hesab edilir. İnvestisiya Şirkəti həmin məlumatları özü və ya “Unibank KB” ASC vasitəsilə əldə edə bilər.
1.8. Müştərinin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə sifarişinin icra olunması üçün vəsaitin köçürülməsində yaranan bank komissiyaları Müştəri tərəfindən qarşılanır.
1.9. Bu Ofertanın şərtləri malların, qiymətli kağızların və valyutaların (fiziki) əməli şəkildə təchiz edilməsi məqsədilə bağlanan sövdələşmələrə şamil edilmir və Tərəflərdən heç birinin digərindən bu Oferta çərçivəsində aparılan əməliyyatlar\sövdələşmələr üzrə valyutanın və ya digər ticarət aktivlərinin (fiziki) əməli şəkildə təchizatını tələb etmək hüququ yoxdur.
2. ÜMUMİ MÜDDƏALAR
2.1. İnvestisiya Şirkəti Müştəri aktivlərinin cinayət yolu ilə qazanılmadığını və onların terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə edilməyəcəyini yoxlayır, belə hallar üzrə şübhələr yarandıqda qanunvericiliyin tələbi üzrə tədbirlər görür. Qeyd edilən faktlar üzrə İnvestisiya Şirkəti öz mülahizəsinə əsasən müştəri hesabını açmaq, bağlamaq, dondurmaq və ya ləğv etmək hüququnu özündə saxlayır. İnvestisiya Şirkəti öz mülahizəsinə uyğun olaraq qəbul etdiyi qərar əsasında icra edilmiş hərəkət üzrə Müştəriyə dəymiş ziyana görə məsuliyyət daşımır.
2.2. Müştəri tərəfindən sifarişin təqdim edilməsi, bu sifarişdə qeyd edilmiş və ya elektron ticarət platforması vasitəsi ilə Müştəriyə təqdim edilmiş bütün parametrləri, o cümlədən, qiymət, predmet (qiymətli kağız, törəmə maliyyə aləti və ya hər hansı aktiv), ödənişlər üzrə bütün ticarət şərtlərini qəbul etməsi kimi qiymətləndirilir.
2.3. Müştəri investisiya qərarları ilə bağlı riskləri öz üzərinə götürdüyünü qəbul edir.
2.4. Ticarət təşkilatçısı, maliyyə bazarları, o cümlədən elektron ticarət platformaları vasitəsi ilə təşkil edilən ticarət əməliyyatlarının icrasında baş verən texniki nasazlıq nəticəsində Müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkəti tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq silinə bilər.
2.5. Bu Ofertaya münasibətdə Müştərinin xarici bazarda əldə etdiyi qiymətli kağızlar və ya törəmə maliyyə alətləri xarici kontragentdə açılmış hesabda və ya müvafiq depozitarda saxlanılır.
2.6. Bu Ofertaya münasibətdə Müştərinin yerli bazarda əldə etdiyi qiymətli kağızlar və ya törəmə maliyyə alətləri Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (bundan sonra, MDM) saxlanılır. Bu halda Müştəriyə investisiya xidmətinin göstərilməsi üçün MDM-də depo hesabın mövcudluğu tələb edilir.
2.7. Müştəriyə qiymətli kağızlar, törəmə maliyyə alətləri və digər maliyyə aktivləri üzrə təqdim edilən qiymətlər birbaşa məlumat təminatçılarından alına bilər. Müştəri qəbul edir ki, bu zaman ticarət məlumatlarının alınması və sifarişlərin icrası yeri arasındakı fərqli texniki xüsusiyyətlərə görə sifarişlərin icrası İnvestisiya Şirkəti tərəfindən həyata keçirilməyə bilər.
2.8. Müştəri sifarişlərinin icrası bazarda müvafiq qiymət və tələb-təklifin formalaşmasından asılıdır. Belə ki, Müştəri tərəfindən sifarişin verilməsi heç bir halda əqdin baş tutması üçün müstəsna şərt hesab edilmir.
2.9. Bu Müqavilədəki başlıqlar yalnız istinad rahatlığı üçündür və həmin başlıq altında xxxx bəndlərin mənasını məhdudlaşdırmayacaq və ya başqa şəkildə təsir göstərməyəcəkdir.
3. OFERTANIN AKSEPTİ ZAMANI MÜŞTƏRİNİN YAZILI RAZILIĞI
3.1.İnvestisiya Şirkəti Müştəriyə investisiya xidmətlərinin göstərilməsini təmin etmək məqsədi ilə, qüvvədə xxxx qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla aktivlərdən istifadəyə yazılı razılıq verir. Bu zaman Müştərinin imzaladığı aksept onun yazılı razılığı hesab edilir.
3.2.İnvestisiya Şirkəti öz müştəriləri haqqında məlumatları üçüncü şəxslərə açıqlamır. Yalnız qanunvericilikdən irəli gələn hallarda, habelə Müştəriyə investisiya xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə Müştəri məlumatları İnvestisiya Şirkəti tərəfindən üçüncü şəxslərə açıqlana bilər. Bu zaman Müştəri tərəfindən imzalanmış aksept müştərinin yazılı razılığı hesab edilir.
3.3.Müştəri bu Ofertanı aksept etməklə razılıq verir ki, İnvestisiya Şirkəti onun “Banklar haqqında” Qanunun 41.2-ci maddəsində nəzərdə tutulan mənada səlahiyyətli nümayəndəsidir.
3.4.Müştəri xidmətlərin göstərilməsi məqsədilə ona aid fərdi, bank və digər sirr təşkil edən məlumatların, məlumat daşıyıcılarının və sənədlərinİnvestisiya Şirkətinin maliyyə agenti qismində çıxış edən “Unibank KB” ASC-yə açıqlanmasına və/ və ya verilməsinə, “Unibank KB” ASC-də saxlanmasına yazılı razılıq verir.
3.5.Müştəri bu Ofertanın aksept etməklə bəyan edir ki, İnvestisiya Şirkəti onun səlahiyyətli nümayəndəsi olmaqla onun “Unibank KB” ASC ilə bank xidmətlərinin göstərilməsinə dair müqaviləsi olduğu təqdirdə həmin müqavilə ilə əlaqədar yaranan və bank sirri təşkil edən məlumatların İnvestisiya Şirkəti tərəfindən “Unibank KB” ASC-dən alınmasına razıdır.
3.6. Müştəri bu Ofertanı aksept etməklə ƏL/TMM Qanunun tələblərinə əməl edilməsi üçün xxx xxxx məlumatların bu Oferatanın qüvvədə olduğu bütün müddət ərzində “Unibank KB” ASC-yə ötürülməsinə, habelə “Unibank KB” ASC tərəfindən ƏL/TMM Qanununun məqsədləri üçün araşdırılmasına, toplanmasına, emal edilməsinə və onların nəticlələrinin İnvestisiya Şirkətinə ötürülməsinə razılıq verir.
3.7.Müştəri bu Ofertanı aksept etməklə qəbul edir ki, qanunvericiliklə müəyyən edilmiş normalar üzrə Müştərinin razılığının tələb edildiyi münasibətlər üzrə bu Ofertanın akseptinin yazılı razılıq hesab edilməsi yalnız Müştəriyə investisiya xidmətinin göstərilməsinin təmin edilməsi məqsədi daşıyır.
3.8.Müştəri qəbul edir ki, hər hansı məlumatın İnvestisiya Şirkətinin əsas cəmiyyətinə ötürülməsi bu Ofertanın 3 və 7-ci fəsilləri üzrə öhdəliklərin pozulması kimi qiymtələndirilə bilməz.
4. OFERTA ÜZRƏ TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
İnvestisiya Şirkətinin hüquqları:
4.1.Göstərilmiş xidmətlərə görə tariflərin və əlavə xərclərin Müştəridən bu Oferta üzrə nəzərdə tutulan qaydada tam və vaxtında qarşılanmasını tələb etmək, habelə Müştəri hesabına qarşılamaq;
4.2. Müştəridən aşağıdakıları tələb etmək:
4.2.1. Azərbaycan Respublikasının qüvvədə xxxx hüquqi aktlarına uyğun olaraq tələb edilən və Müştərinin eyniləşdirilməsi ilə bağlı zəruri xxxx məlumat və sənədləri düzgün və təhrif olunmamış şəkildə təqdim etməyi;
4.2.2. Müştəridən İnvestisiya Şirkətinin hesablarına investisiya xidmətlərinin göstərilməsini təmin etmək üçün tələb olunan aktivin köçürülməsini.
4.3. Müştərinin tam səlahiyyətli nümayəndəsi qismində Müştəri adından çıxış etmək və xidmətlərin göstərilməsi ilə bağlı Müştərini üçüncü tərəflər qarşısında təmsil etmək;
4.4. Müştəri sifarişlərinin icrasını Müştərinin razılığı əsasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada lisenziyaya sahib xxxx digər İnvestisiya Şirkətinə həvalə etmək;
4.5. Müştəri ilə telefon və digər vasitələrlə aparılan zənglərin və danışıqların bu barədə məlumat vermədən qeydiyyatını aparmaq;
4.6. Müştəri tərəfindən təqdim olunmuş sənədlərdə müştəri tərəfindən təqdim edilmiş pul vəsaitinin və əqdlərin mənbəyinin qeyri-qanuni xarakter daşıdığına dəlalət edən faktlar aşkar edildikdə, Müştəri bu pul vəsaiti və əqdlərin qanuni olmasını təsdiq edənə qədər, Müştərinin sifarişinin icrasını dayandırmaq və xidmətlərinin göstərilməsindən imtina etmək;
4.7. Bu Oferta üzrə münasibətlərə xitam verilməsi halında Müştərinin İnvestisiya Şirkətinin hesabında qalmış vəsaitlərini bu Oferta üzrə İnvestisiya Şirkətinə ödənilməli tarif üzrə ödəmələri və əlavə xərcləri çıxmaq şərti ilə və belə hal yaranarsa, depozitarın, ticarət təşkilatçısının, likvidlik təminatçısının, habelə Müştərinin öhdəlik daşıdığı və bu Oferta üzrə xidmətin göstərilməsi üzrə yaranmış digər şəxslərə ödəmələri çıxmaq şərti ilə Müştəriyə qaytarmaq;
4.8. İnvestisiya xidmətindən irəli gələn əqdlərin bağlanması və Müştərinin qiymətli kağızlara və ya törəmə maliyyə alətlərinə xxxx hüquqlarının müvafiq depozitarlarda və reyestrsaxlayıcılarda qeydiyyatı üçün tələb edilən hər hansı sənədi Müştəri adından imzalamaq;
4.9. Bu Ofertaya xitam verildiyi halda ticarət əməliyyatlarını dayandırmaq;
4.10. Müştəri İnvestisiya Şirkəti tərəfindən təqdim edilən elektron xidmətlərdən, o cümlədən elektron ticarət platformasından istifadə etdiyi halda müvafiq login, şifrə vermək;
4.11. Yerli və qlobal maliyyə bazarlarında əhəmiyyətli dəyişiklik baş verdikdə Müştərinin sifarişinin icrasını dayandırmaq və ya ləğv etmək;
4.12. Hesabın açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb etmək, hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə hesabı birtərəfli qaydada bağlamaq;
4.13. Bu Oferta və hüquqi aktlardan irəli gələn digər hüquqlar.
İnvestisiya Şirkətinin vəzifələri:
4.14. Müştəriyə fərdi eyniləşdirmə nömrəsi vermək və məxfiliyin təmin edilməsi məqsədilə Müştəriyə aid məlumatların İnvestisiya Şirkətinin daxili uçot sistemində eyniləşdirmə nömrəsinə görə saxlanılmasını təmin etmək;
4.15. Müştərinin hesablarının və uçot sisteminin düzgünlüyünü təmin etmək, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunu yoxlamaq;
4.16. Müştərinin sorğusu əsasında müştəriyə məxsus hesablar haqqında məlumatı Müştəriyə təqdim etmək;
4.17. İnvestisiya xidmətlərini vicdanla aparmaq və Müştərinin mənafelərini qorumaq;
4.18. Müştərilərin aktivlərindən məhkəmə qərarı ilə müəyyən edilmiş hallar istisna olmaqla, onların icazəsi olmadan özünün və ya üçüncü tərəflərin marağı üçün, xüsusilə öhdəliklərinin ödənilməsi üçün istifadə etməmək və onları qorumaq;
4.19. Müştərinin şəxsi məlumatları, sifarişləri, eləcə də aktiv və öhdəlikləri barədə məlumatları qüvvədə xxxx qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla məxfi saxlamaq və Müştərinin razılığı olmadan üçüncü tərəfə ötürməmək;
4.20. İnvestisiya Şirkətinin daxili uçot sistemində Müştəriyə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı hesablar açmaq və hesablarda saxlanılan məlumatlara Müştərinin çıxışını təmin etmək;
4.21. İnvestisiya xidmətlərinin göstərilməsi İnvestisiya Şirkətindən xxxxx xxxx səbəbdən mümkün olmadıqda Müştəriyə bu barədə ən geci 5 (beş) iş günü ərzində telefon (SMS, zəng, Müştərinin təqdim etdiyi və İnvestisiya Şirkətində tətbiq edilən messencer mobil əlavələri), poçt və ya elektron poçt vasitəsilə məlumat vermək;
4.22. Müştəri maraqlarını İnvestisiya Şirkətinin maraqlarından hər zaman üstün tutmaq;
4.23. Müştərinin maliyyə alətləri üzrə korporativ hərəkət baş verdikdə, bu barədə məlumatı aldığı gündən mümkün xxxx ən yaxşı səyləri ilə Müştəriyə məlumat vermək. Korporativ hərəkətə Müştərinin cavabı tələb edildikdə, Müştəridən həmin cavabı aldıqdan sonra müvafiq maliyyə alətini emitentinə və ya emitentin səlahiyyətli nümayəndəsinə çatdırmaq. Müştəridən cavab alınması mümkün olmadıqda və ya cavab üzrə müddətin ötürülməsi riski mövcud olduqda Müştərinin xeyrinə qərar qəbul etməklə onun səlahiyyətli nümayəndəsi qismində Müştəri adından çıxış etmək. Müştəri adından cavablandırma zamanı təqdim edilmiş cavab sonradan Müştərinin mübahisəsinə səbəb olduqda İnvestisiya Şirkəti heç bir halda məsuliyyət daşımır. İnvestisiya Şirkəti korporativ hərəkət ilə əlaqədar Müştəri və ya Müştərinin səlahiyyətli nümayəndəsinə verilmiş məlumatların düzgünlüyünə və ya dolğunluğuna dair zəmanət vermir və bununla bağlı heç bir məsuliyyət və ya öhdəlik götürmür. Korporativ tədbir ilə bağlı məlumat üzrə Müştəri öz araşdırmasını aparmalı və atılacaq addımları ilə bağlı öz qərarını verməlidir;
4.24. Göstərilən xidmətləri (əməliyyatları) yalnız Müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin sifarişi əsasında həyata keçirmək;
4.25. Bu Ofertanın predmetini təşkil edən xidmətləri bu Ofertanın və qüvvədə xxxx hüquqi aktların normalarına uyğun şəkildə vaxtında və lazımi qaydada icra etmək;
4.26. Qanunvericiliklə nəzərdə tutulmuş hesabatları Müştəriyə təqdim etmək;
4.27. Sifarişi qiymətli kağız və ya törəmə maliyyə alətinin qiyməti və sifarişin icra olunması ilə bağlı xərclər də daxil olmaqla ümumi xərclər baxımından Müştəri üçün ən yaxşı qiymət prinsipi əsasında icra etmək.
Müştərinin hüquqları
4.28. Xxxxxxx sifarişlər və apardığı əməliyyatlar, eləcə də aktivləri və öhdəlikləri barədə İnvestisiya Şirkətindən məlumat almaq;
4.29. Bu Oferta üzrə akseptdə qeyd edilən investisiya xidmətlərinin icrasını İnvestisiya Şirkətindən tələb etmək;
4.30. İnvestisiya Şirkətinə keçirdiyi əməliyyatlara dair məlumat sorğusu təqdim etmək, o cümlədən bu cür xidmət elektron platfroma vasitəsilə təqdim edildiyi halda bilavasitə əldə etmək;
4.31. Bu Ofertanın akseptində qeyd edilən hesabların açılması üçün İnvestisiya Şirkətinə müraciət etmək.
4.32. İnvestisiya Şirkətinə bu Ofertanın şərtlərinə uyğun olaraq bu Oferta üzrə müqavilə münasibətinə xitam verilməsi üçün müraciət etmək;
4.33. Bu Ofertaya uyğun olaraq hesabında xxxx sərbəst pul vəsaitlərinin (Müştərinin əməliyyatları (sifarişlər və əqdlər), tarif, əlavə xərclər, mümkün cərimələr, vergilər və hesablaşmaları tamamlanmamış sair öhdəliklər istisna olmaqla yerdə qalan pul vəsaitləri) məxaric edilməsinə dair İnvestisiya Şirkətinə sorğu etmək.
Müştərinin vəzifələri
4.34. İcra edilmiş sifarişə görə ödəmələrin və xidmətin göstərilməsi ilə bağlı əlavə xərclərin bu Oferta ilə nəzərdə tutulan qaydada tariflərə uyğun olaraq tam və vaxtında qarşılanmasını təmin etmək;
4.35. Müştərinin eyniləşdirilməsi və əməliyyatları ilə bağlı İnvestisiya Şirkəti tərəfindən sorğu edilən məlumat və sənədləri, düzgün və təhrif olunmamış formada 5 (beş) iş günü müddətində İnvestisiya Şirkətinə təqdim etmək;
4.36. İnvestisiya xidmətlərinin göstərilməsi ilə bağlı üçüncü tərəflərlə birbaşa əlaqə yaratmamaq və üçüncü tərəflərin Müştəriyə birbaşa müraciətləri olduqda, onları İnvestisiya Şirkətinə yönləndirmək.
4.37. İnvestisiya Şirkətinə təqdim etdiyi eyniləşdirmə məlumatlarında hər hansı dəyişiklik baş verdikdə, bu barədə İnvestisiya Şirkətini 5 (beş) iş günü ərzində məlumatlandırmaq və yenilənməni təsdiq edən müvafiq sənədləri İnvestisiya Şirkətinə təqdim etmək;
4.38. İnvestisiya Şirkətinin hesablarına investisiya xidmətlərinin göstərilməsini təmin etmək üçün tələb olunan maliyyə aktivinin köçürülməsini və ya mədaxilini təmin etmək;
4.39. Yararlanmaq istədiyi xidmət üzrə tələb olunan aktivin İnvestisiya Şirkətinin hesabına köçürülməsi barədə sonuncunu məlumatlandırmaq;
4.40. Bu Oferta imzalanarkən, o cümlədən sonradan tələb edildikdə İnvestisiya Şirkətinə düzgün və təhrif olunmamış məlumatları təqdim etmək;
4.41. Məlum səbəblərdən Müştəriyə bu Oferta üzrə xidmətin göstərilməsinə əsaslı təsiri ola biləcək dəyişikliklər (o cümlədən, sahib olduğu aktivlər üzrə hüquqların məhdudlaşdırılması və itirilməsi, barəsində prosessual tədbirlər görüldükdə, iddia predmeti aktivlərə yönəldikdə və s.) baş verdikdə və ya bu halın baş verməsi barədə Müştəri məlumatlı olduqda İnvestisiya Şirkətini dəyişiklik baş verdiyi və ya bu hal barədə məlumatı bildiyi və ya bilməli olduğu tarixdən etibarən 5 (beş) iş günü ərzində məlumatlandırmaq;
4.42. Maliyyə bazarları haqqında məlumatlanmaq, özünü inkişaf etdirmək və investorun etik qaydalarına riayət etmək;
4.43. Elektron ticarət platformasına nəzarət və platforma vasitəsi ilə təqdim edilən məlumatların (xəbərdarlıq, bildiriş və s.) izlənilməsi vəzifəsini həyata keçirmək. Müştəri qəbul edir ki, bu
məlumatlar əsasında adekvat hərəkətlərin və ya hal tələb edirsə hərəkətsizliklərin icrası bilavasitə onun vəzifəsidir;
4.44. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq
4.45. Bu Ofertaya əsasən göstərilmiş xidmətlərin müqabilində elektron ticarət platformasında sifarişin yerləşdirildiyi xxx elektron ticarət platforması vasitəsilə göstərilən tarif və əlavə xərcləri ödəmək.
Tərəflərin məsuliyyəti
4.46. İnvestisiya Şirkəti, Müştərinin sifarişlərinə və bu Ofertanın şərtlərinə əməl etməməyə və ya lazımi qaydada əməl etməməyə görə, yalnız bu cür əməl İnvestisiya Şirkətinin qəsd və ya kobud ehtiyatsızlığı səbəbindən yarandığı hallarda Müştəri qarşısında məsuliyyət daşıyır.
4.47. İnvestisiya Şirkəti heç bir halda Müştəri tərəfindən İnvestisiya Şirkətinin təqdim etdiyi sənədlər və məlumatlar, habelə məlumat təminatçısı tərəfindən təqdim edilən verilənlər əsasında qəbul edilmiş investisiya qərarlarına görə məsuliyyət daşımır. Tərəflər razılığa gəlirlər ki, İnvestisiya Şirkəti tərəfindən investisiya xidmətlərinin yerinə yetirilməsi hər hansı investisiya məsləhətinin verilməsini nəzərdə tutmur və İnvestisiya Şirkəti, Müştərinin İnvestisiya Şirkəti vasitəsilə əldə etdiyi qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin emitentinin maliyyə vəziyyətinə, habelə qiymətli kağızların, törəmə maliyyə alətlərinin və digər maliyyə aktivləri üzrə bazar şərtlərinin dəyişməsinə görə məsuliyyət daşımır.
4.48. Müştəri, İnvestisiya Şirkətinə natamam və ya düzgün olmayan məlumat verməsi, təqdim etməli olduğu sənədləri İnvestisiya Şirkətinə vaxtında verməməsi və ya tam şəkildə verməməsi nəticəsində İnvestisiya Şirkətinə dəymiş zərərə görə məsuliyyət daşıyır.
4.49. İnvestisiya Şirkəti Müştəri tərəfindən səhv, natamam və ya təhrif olunmuş məlumatın verilməsi nəticəsində Müştəriyə investisiya xidmətlərinin göstərilməsi zamanı dəymiş ziyana görə məsuliyyət daşımır.
4.50. Tərəflərdən heç biri bir-birinin qarşısında hər hansı dolayı zərərlərə görə məsuliyyət daşımır.
4.51. Göstərilən investisiya xidmətləri çərçivəsində verilən sifarişlərin İnvestisiya Şirkətinin təqsiri olmadan icra edilməməsi İnvestisiya Şirkəti üçün məsuliyyət yaratmır.
4.52. Yerli bazarda Azərbaycan Respublikasının hüquqi aktları, ticarət təşkilatçısının və depozitarın qaydaları, xarici bazarlarda bilavasitə tətbiq edilən hüquqi aktlar və ticarət təşkilatçısının, depozitarın və digər əlaqəli qurumların qaydaları tətbiq edilir. Bu Oferta ilə əhatə edilməyən hər hansı şərtlər qüvvədə xxxx hüquqi aktlarla tənzimlənir.
4.53. Tərəflər razılığa gəlirlər ki, İnvestisiya Şirkətinin fəaliyyəti ilə məşğul olunmasına hüquq verən lisenziyasının qüvvəsinin dayandırılması zamanı İnvestisiya Şirkəti tərəfindən Xidmətlərin göstərilməsi, Müştəri tərəfindən ona məxsus xxxx vəsaitlərin xxxx qaytarılması üçün müraciətin edilməsi halları istisna olmaqla, lisenziyanın tətbiqinin dayandırılması müddətində dayandırılmalıdır.
4.54. Tərəflər arasında baş verəcək məlumat mübadiləsi bu Ofertanın akseptində (ərizə-anket forması) Müştəri tərəfindən qeyd edilmiş əlaqə vasitəsilə, bu mümkün olmadıqda tərəflərin qarşılıqlı razılığı ilə eyniləşdirməni mümkün edən digər vasitələrlə aparılır. Belə olduqda, sənədlərin əsli şəxsən və ya poçtla 5 (beş) iş günü ərzində təqdim edilməlidir.
4.55. İnvestisiya Şirkəti elektron ticarət platformasında yaranan nasazlıq, müştəri tərəfindən internet əlaqəsində və ya müvafiq avadanlıqlarda yaranmış hallar ilə bağlı sifarişlərin verilməsində yaranan problemlərlə, Müştəri hesabından icazəsiz istifadə (habelə, onun tərəfindən üçüncü şəxslərin
istifadəsi üçün şərait yaradıldıqda) və digər iradəsindən asılı olmayan səbəblərlə bağlı məsuliyyət daşımır.
4.56. İnvestisiya Şirkəti Müştərinin hər hansı tapşırıqlarının, belə tapşırıqların qəbulu üçün bilavasitə istifadə olunan vasitələrin və konversiya sövdələşmələrinin aparılmasının başqa prosedurlarının təmin olunması, həmçinin üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri səbəbindən yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
4.57. Müştəri anketində qeyd olunmuş yanlış məlumat səbəbindən yaranmış zərər və ya ziyana üzrə məsuliyyət Müştəriyə aiddir.
4.58. Müştəri bu Oferta üzrə tariflər üzrə ödəmələri və əlavə xərclərin ödənilməsini gecikdirdikdə, o, hər bir gecikdirilmiş gün üçün həmin haqqın və ya xərclərin 0,01 (sıfır tam yüzdə bir) xxxxx məbləğində dəbbə pulu ödəməlidir.
5. OFERTANIN AKSEPTİ, OFERTANIN HÜQUQİ QÜVVƏYƏ MİNMƏSİ, MÜDDƏTİ
5.1. Ofertanın aksepti Müştəri tərəfindən yazılı və kağız daşıyıcıda imzalanmış, İnvestisiya Şirkətinin səlahiyyətli nümayəndəsinə təqdim edilmiş xxxxx-xxxxxxxx. Akseptin (ərizə-anketin) imzalanmasından öncə Müştəri Ofertanın 4.2.1-ci maddəsində qeyd olunmuş sənədləri İnvestisiya Şirkətinin nümayəndəsinə təqdim edir. İnvestisiya Şirkətinin nümayəndəsi Müştərinin eyniləşdirilməsini həyata keçirdikdən sonra Müştəri tam və qeyd-şərtsiz xxxx aksepti, yəni ərizə- anketi imzalayır.
5.2. İnvestisiya xidmətlərindən yararlanmaq istəyən Müştəri Xxxxxxxxx aksepti xxxx ərizə-anketi imzalamamışdan öncə aşağıdakı sənədləri təqdim edir:
5.2.1. Müştərinin şəxsiyyətini təsdiq edən sənəd;
5.2.2. Müştərini səlahiyyətli nümayəndə qismində fiziki şəxs təmsil etdikdə, təmsil edən şəxsin şəxsiyyətini və təmsilçiliyini təsdiq edən müvafiq sənəd – etibarnamə;
5.3. Akseptin imzalanması ofertanın hüquqi qüvvəyə minməsi kimi qiymətləndirilir. Xxxxx, Müştəriyə Oferta əsasında investisiya xidmətlərinin göstərilməsinin başlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408.1-ci bəndinə uyğun olaraq oferentin öz təklifinin icrasına hazır olduğunu ifadə etdiyi andan götürülür. İnvestisiya xidmətlərinin göstərilməsinin icrasına hazır olunmasının ifadəsi müştəriyə elektron qaydada, bu Ofertanın akseptində (ərizə-anketdə) öz əksini tapmış əlaqə vasitələrindən hər xxxxx xxxx ilə ötürüləcək razılıq ifadəsidir. Razılıq ifadəsinin ötürüldüyü tarix xidmətlərin göstərilməsinə başlandığı tarix olaraq qiymətləndirilir. Müştəri tərəfindən razılıq ifadəsinin alınmasına qədər xxxx müddətdə verilmiş hər hansı sifariş və ya xidmətdən yararlanma üzrə hərəkət əsassızdır və heç bir hüquqi qüvvəsi mövcud deyildir.
5.4. İnvestisiya Şirkəti tərəfindən qanunvericiliklə müəyyən edilmiş və Müştəri tərəfindən təqdim edilməli xxxx sənədlər yoxlanılır, o cümlədən Müştəri səlahiyyətli nümayəndə tərəfindən təmsil olunduqda, həmin səlahiyyətli şəxsin şəxsiyyəti müəyyən edilir və təmsilçilik hüququnu təsdiq edən müvafiq sənədin - etibarnamənin mövcudluğu, etibarlılığı və onların şəxsiyyətini təsdiq edən sənədlərdə xxxx məlumatların etibarnamədə göstərilmiş məlumatlarla uyğunluğu yoxlanılır. Sənədlərdə uyğunsuzluqlar olduqda, İnvestisiya Şirkəti xidmət göstərilməsindən imtina edə və ya uyğunsuzluqları və ya əksiklikləri aradan qaldırdıqdan sonra yenidən müraciət etməsini Müştəridən tələb edə bilər.
5.5. Müştəridə və/və ya müştərinin səlahiyyətli nümayəndəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyin müəyyən etdiyi əlamətlərdən hər hansı birinə malik olması müəyyən edildikdə Müştəri və ya onun
səlahiyyətli nümayəndəsi İnvestisiya Şirkətinin faktiki ünvanına yaxınlaşaraq hüquqi aktlarla müəyyən edilmiş və İnvestisiya Şirkəti tərəfindən tələb olunan əlavə eyniləşdirmə məlumatlarını hüquqi aktlarla nəzərdə tutulmuş şəkildə və qaydada təqdim etməlidir.
5.6. Təqdim edilmiş məlumatların etibarlılığına dair şübhəli hal olduqda, həmin məlumatların təsdiqedici sənədlərlə rəsmiləşdirilməsi ƏL/TMM qanunvericiliyinə uyğun olaraq İnvestisiya Şirkəti tərəfindən tələb edilə bilər.
5.7. Müştərinin və ya onun etibarnamə üzrə nümayəndəsinin təqdim etdiyi sənəd və məlumatların etibarlılığı müştərinin risk kateqoriyasından asılı olaraq investisiya şirkəti tərəfindən müəyyən edilmiş dövriliklə yoxlanılır. Uyğunsuzluqlar müəyyən edildikdə 2 (iki) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən bunun səbəblərini açıqlayan məlumatların (sənədlərin) və ya əlavə eyniləşdirmə məlumatlarının yazılı (kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq olunmuş) şəkildə 5 (beş) iş günü ərzində verilməsi tələb olunur.
5.8. Bu Oferta Müştəri tərəfindən bu Ofertanın aksepti (ərizə-anket) imzalandığı andan sonra 25 (iyirmi beş) il müddətində qüvvədədir.
5.9. Bu Oferta üzrə sənədləşmənin aparılması İnvestisiyia Şirkəti tərəfindən müəyyən edilmiş hallarda maliyyə agenti vasitəsilə həyata keçirilə bilər.
6. FORS-MAJOR HALLAR
6.1. Tərəflər fors-major hallarına görə Oferta üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
6.2. Fors-major hallarına “İnvestisiya Şirkəti” və “Müştəri” tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr, o cümlədən, müharibə, ictimai ixtişaş, yanğın, zəlzələ, vulkan, daşqın, tufan, epidemiya, epizotiya, dövlət və hökumət qərarları, maliyyə bazarlarının daxili normativləri və bu kimi digər hallar aid edilir.
6.3. Tərəflərdən hər xxxxx xxxx öhdəliklərindən hər hansı birini fors-major halı ilə bağlı olaraq icra edə bilmədikdə həmin Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 5 (beş) təqvim günündən gec olmayaraq yazılı surətdə fors-major halı haqqında məlumatlandırmalı və fors-major halının nəticələrinin aradan qaldırılması ilə bağlı bütün ağlabatan tədbirləri görməlidir.
6.4. Fors-major halların baş verməsi barədə xəbərdar etməyən və ya vaxtlı-vaxtında xəbərdar etməyən Tərəf bu Oferta üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallara istinad etmək hüququnu itirir.
6.5. Fors-major halları baş verdiyi gündən etibarən Oferta üzrə icra müddətinin axımı dayandırılır və axım bu hallar aradan qalxdıqdan sonra bərpa edilir.
6.6. Fors-major halı 15 (on beş) iş günündən artıq davam etdikdə, Tərəflərdən hər xxxxx xxxx digər Tərəfə yazılı bildiriş təqdim etməklə bu Ofertanı xitam edə bilər.
7. MƏXFİLİK
7.1. Tərəflər qanunvericliyə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən tələb edilən məlumatlar istisna olmaqla formasından asılı olmayaraq bir Tərəfdən qarşı Tərəfə (və ya onun işçilərinə/nümayəndələrinə) verilən məlumat və ya sənədi məxfi sayır və həmin məlumatların
Xxxxxxxxx qüvvədə olduğu və Oferta xitam olunduqdan sonrakı müddət ərzində gizliliyini qorumağı öhdəsinə götürür.
7.2. Məxfi məlumatların hər hansı üçüncü Tərəfə açıqlanmasına yalnız qarşı Tərəfin yazılı razılığı və ya qanunvericilikdə nəzərdə tutulan hallarda yol verilə bilər.
7.3. Tərəflər razılaşır ki, bir Tərəfdən qarşı Tərəfə açıqlanmış hər hansı məxfi informasiyanı hazırkı Oferta üzrə münasibətlərlə əlaqədar və onların həyata keçirilməsindən başqa özünün hər hansı məqsədi üçün istifadə etməyəcək.
7.4. Tərəflər razılaşır ki, onlar məxfi informasiyanın məxfiliyini qorumaq, onun ictimaiyyətə məlum olmasının qarşısını almaq üçün bütün ağlabatan tədbirləri görəcək.
8. MÜŞTƏRİ SİFARİŞLƏRİNİN QƏBULU VƏ XXXXXX
8.1. Müştəri sifarişlərini bu Oferta üzrə akseptdə (ərizə-anket froması) qeyd etdiyi xidmət üzrə təqdim edə bilər. Bu zaman yerli bazar dedikdə, qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin Azərbaycan Respublikasında, xarici bazar dedikdə qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin Azərbaycan Respublikasından kənarda ticarət olunduğu maliyyə bazarı başa düşülür.
8.2. Müştəri investisiya xidmətləri göstərən İnvestisiya Şirkətinə üçüncü şəxslər, ticarət təşkilatçıları, depozitarda, reyestrsaxlayıcı, fond birjasında özünün vəkil edilmiş nümayəndəsi kimi çıxış etmək, müvafiq hesabları açmaq və bağlamaq, onun depo hesabında mövcud xxxx bütün qiymətli kağızlar üzrə məlumatlar almaq, hesablardan çıxarışları almaq, onları identifikasiya edən məlumatları və rekvizitləri dəyişdirmək, qiymətli kağızların hərəkətini təmin etmək məqsədi ilə müvafiq sərəncamları imzalamaq səlahiyyətlərini verir.
8.3. Müştəri müvafiq əməliyyatların aparılması və əqdlərin bağlanılması üçün İnvestisiya Şirkətinə İnvestisiya Şirkətinin mövcud texniki imkanları daxilində kağız daşıyıcıda yazılı, elektron formada (email, elektron ticarət platforması və s.) və ya telefon vasitəsilə sifariş verir. Elektron formada və ya telefon vasitəsilə təqdim edilən sifariş istisna olmaqla, sifariş iki nüsxədə tərtib edilir, imzalanır və bir nüsxəsi investisiya şirkətinin ixtisas şəhadətnaməsinə xxxxx xxxx əməkdaşının sifarişi qəbul etməsi barədə yazılı qeydi və imzası ilə müştəriyə təqdim edilir. Müştərini səlahiyyətli nümayəndəsi təmsil etdikdə, sifarişdə həmin şəxsə verilmiş etibarnamənin nömrəsi, verilmə, qüvvədə olma tarixləri və etibar edilmiş hərəkətlər göstərilir.
8.4. Bütün müştəri sifarişləri ən azı 5 (beş) il müddətində investisiya şirkətində (sifariş telefon vasitəsi ilə qəbul edildikdə telefon danışıqları yazılmış formada) saxlanılır.
8.5. Formasından asılı olmayaraq Müştəri tərəfindən təqdim edilmiş sifariş aşağıdakı məlumatları özündə əks etdirməlidir:
8.5.1. sifarişin ünvanlandığı investisiya şirkətinin tam adı;
8.5.2. sifarişin verilmə tarixi və vaxtı;
8.5.3. müştərinin eyniləşdirilmə məlumatları (adı, soyadı, atasının adı)
8.5.4. müştərinin depo hesabının (ticarət hesabının) nömrəsi;
8.5.5. sifarişin qüvvədə olma müddəti;
8.5.6. qiymətli kağız və ya törəmə maliyyə alətinin növü, forması və dövlət qeydiyyat nömrəsi;
8.5.7. emitentin adı (alət xüsusiyyətlərindən asılı olaraq);
8.5.8. sifarişin istiqaməti (alış və ya satış);
8.5.9. qiymətli kağız və ya törəmə maliyyə alətinin sayı və ya həcmi;
8.5.10. sifarişin növü (rəqabətli (limit qiymətli), qeyri-rəqabətli (bazar qiymətli))
8.5.11. sifarişin icra şərtləri (ticarət təşkilatçısının daxili qaydalarına uyğun olaraq müəyyən edilir);
8.5.12. qiymətli kağızın nominal dəyəri və bazar qiyməti, törəmə maliyyə alətinin bazar qiyməti;
8.5.13. sifarişlərin icra olunması yeri (fond birjası, maliyyə bazarı və ya birjadankənar);
8.5.14. valyuta mübadiləsinin məzənnəsi və ya məzənnə dəhlizi (əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı valyuta mübadiləsi xidməti üzrə).
8.6. Müştəri tərəfindən yazılı (elektron və ya kağız daşıyıcıda) sifarişin təqdim edilməsi, belə xidmət nəzərdə tutulduqda, İnvestisiya Şirkəti tərəfindən təqdim edilən format (şablon) üzərindən həyata keçirilir.
8.7. Müştəriyə sifarişin icrası və ya ondan imtina edilməsi barədə məlumat sifarişin İnvestisiya Şirkəti tərəfindən qəbul və ya imtina edilməsindən sonrakı 1 (bir) iş günündən gec olmayaraq təqdim edilir. Müştəri sifarişi elektron ticarət platforması vasitəsilə təqdim etdikdə məlumat bilavasitə Müştəri tərəfindən elektron ticarət platforması vasitəsilə əldə edilir.
8.8. Sifarişin icrasına dair məlumatda sifariş üzrə bağlanılmış əqdin (əqdlərin) nəticələrinə görə icra vəziyyəti, imtina barədə məlumatda isə imtinanın səbəblərinin qısa məzmunu göstərilir.
8.9. Müştəri İnvestisiya Şirkətinə yazılı bildiriş təqdim etməklə icra edilməmiş sifarişi tam və ya qismən ləğv edə bilər. Bu halda İnvestisiya Şirkəti sifarişin icra edilməmiş hissədə ləğvini mümkün ən yaxşı səyləri ilə həyata keçirir. Xxxxx, Müştəri qəbul edir ki, bazar şərtləri davamlı olaraq dəyişdiyi üçün, sorğunun tam olaraq yerinə yetirilməsi mümkün olmaya bilər. Sifariş elektron ticarət platformasında təqdim edildikdə dəyişiklik Müştəri tərəfindən bilavasitə platformada icra edilir.
8.10. İnvestisiya Şirkəti aşağıdakı hallarda Müştərinin sifarişinin icrasını dayandırır və investisiya xidmətlərinin göstərilməsindən imtina edir:
8.10.1. Sifariş icrası üçün tələb edilən məbləğ, qiymətli kağız, maliyyə aktivi və ya müvafiq təminat həcmi (müştəri ilə təminat haqqında əlavə razlaşma olduqda) İnvestisiya Şirkətinin hesabına köçürülmədikdə;
8.10.2. Sifariş, tətbiq edilən hüquqi aktların tələblərinə və bu Oferta üzrə müəyyən edilmiş müddəalara cavab vermədikdə;
8.10.3. Müştəri tərəfindən təqdim olunmuş sənədlərdə əqdin və ya pul vəsaitlərinin mənbəyinin qeyri- qanuni xarakter daşıdığına əsas verən xxxxxx xxxxx edildikdə;
8.10.4. Məcburi hüquqi qüvvəyə malik məhkəmə qərarı qəbul edildikdə və digər prosessual məcburiyyət tədbirləri tətbiq olunduqda;
8.10.5. Bu Oferta üzrə müqavilə münasibətlərinə xitam verildikdə.
8.11. İnvestisiya şirkəti, müştərinin sifarişinin icrasından sonra növbəti iş günü və ya sifarişin icrasının təsdiqi haqqında məlumatı üçüncü şəxsdən aldığı gündən sonra növbəti iş günündən gec olmayaraq, sifarişin icrası barədə hesabatı müştəriyə təqdim etməlidir. Elektron ticarət platforması üzrə sifarişlərin icrası barədə hesabat Müştəri tərəfindən həmin platforma vasitəsilə əldə edilir.
8.12. Bu Oferta üzrə Müştərinin sifarişinin müddəti Ofertanın qüvvədə olma müddətindən artıq olmamalıdır.
8.13. Müştəri təqdim etdiyi sifarişi ən azı ildə bir dəfə yeniləməlidir (Müştəriyə təqdim edilən fərq müqavilələri üzrə marja ticarəti xidməti istisna olmaqla).
8.14. Sifarişlərin əməliyyat müddətinin və ya müqavilə müddətinin bitməsinə görə qüvvədən düşməsi nəticəsində İnvestisiya Şirkəti Müştəriyə dəymiş ziyana görə məsuliyyət daşımır.
8.15. Tarif, əlavə xərclər, mümkün cərimələr, vergilər, o cümlədən Müştərinin əməliyyatları (sifarişlər və əqdlər) üzrə öhdəlikləri istisna olmaqla, Müştəri tərəfindən İnvestisiya Şirkətinə köçürülmüş və
Müştərinin xeyrinə müvafiq sifarişin icrası zamanı əldə olunmuş bütün vəsaitlər Müştərinin mülkiyyəti hesab olunur.
8.16. Müştərinin sifarişi Azərbaycan Respublikası hüdudlarından kənarda (xarici bazarlarda) ticarət olunan qiymətli kağızlar, törəmə maliyyə alətləri və ya digər aktivlər ilə bağlı olduqda, İnvestisiya Şirkəti Müştərinin sifarişini xarici kontragent və/və ya likvidlik təminatçısı ilə bağladığı müqavilə əsasında icra edə bilər. Bu zaman Müştərinin sifariş yerləşdirməsi, xarici kontragent və/və ya likvidlik təminatçısının təqdim etdiyi şərtlərlə razılıq ifadəsinə barabər tutulur və Müştəri likvidlik təminatçısının mövcud kontragent risklərini qəbul etmiş sayılır.
8.17. Müştəri repo sifarişlərini təqdim etməklə Repo Baş Razılaşması ilə xxxxx olduğunu və həmin Razılaşmanın müddəalarının gələcəkdə ona tətbiq edilə biləcəyini qəbul etmiş sayılır. Repo Baş Razılaşması Bakı Fond Birjası QSC, İnvestisiya şirkəti və Milli Depozit Mərkəzi arasında bağlanılır və repo əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini özündə əks etdirir.
8.18. Müştəri İnvestisiya Şirkətinə edilən müraciətini (ərizə, təklif, şikayət) şifahi (İnvestisiya Şirkətinə birbaşa yaxınlaşmaqla, bu Ofertada qeyd olunmuş koordinatorun əlaqə nömrəsi vasitəsilə) və (və ya) yazılı (kağız daşıyıcıda birbaşa təqdim etməklə, poçt ünvanına göndərməklə, elektron formada, elektron poçt ünvanına göndərməklə, internet səhifəsində “Əlaqə” bölməsində qeyd etməklə, rəsmi sosial media hesablarında qeyd etməklə) formada təqdim edə bilər.
8.19. Müştəri İnvestisiya Şirkətinə müraciətini təqdim edən zaman fiziki şəxs olduqda adı, soyadı, atasının adı və ünvanı, müraciətini nümayəndə vasitəsilə təqdim etdikdə nümayəndənin adı, soyadı, atasının adı, ünvanı və nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surətini müraciətə əlavə etməlidir. Müraciətin mətni oxunaqlı olmalı və məzmunu aydın ifadə edilməlidir. Müştəri müraciətini təqdim edərəkən, şəxsiyyətini təsdiq edən sənədin FİN kodunu, bu Oferta üzrə aksept sənədinə qeyd etdiyi analoq imzanı və məxfi sözü və təqdim etməlidir. Müraciətin mətnində təhqir və ya böhtana yol verilməməlidir.
9. BAĞLANILMIŞ ƏQDLƏR ÜZRƏ HESABLAŞMALAR
9.1. İnvestisiya Şirkəti Müştərinin ticarət nəticələrinə uyğun olaraq pul vəsaitləri üzrə hesablaşmaları həyata keçirir.
9.2. Hesablaşmaların müddəti maliyyə alətinin ticarət olunduğu bazarın xüsusiyyətlərinə uyğun olaraq müəyyən edilir.
9.3. Xarici bazarlarda qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə sifarişinin icra olunması üçün, Müştəri öz vəsaitlərini İnvestisiya Şirkətinin müvafiq hesabına köçürür.
9.4. Bu Oferta üzrə xidmətin göstərilməsi üçün tələb edilən hesab Müştəriyə İnvestisiya Şirkəti tərəfindən fərqli valyutalarda təklif oluna bilər. Müştəri tərəfindən təqdim edilən pul vəsaitinin valyutası hesabın valyutasından (əsas valyutadan) fərqli olduqda, İnvestisiya Şirkəti bu valyutanı valyuta mübadiləsini özünün müəyyən etidiyi məzənnə əsasında realizə edərək müvafiq valyutada hesaba köçürəcəkdir. Xxxxxx Xxxxxxx Mübadiləsi xidməti Müştəriyə bu Ofertanın müvafiq bəndlərinin tələbləri əsasında aparılacaqdır. Müştəri qəbul edir ki, pul vəsaitlərinin valyuta mübadiləsi yalnız ticarət əməliyyatlarının həyata keçirilməsi üçün nəzərdə tutulur və vəsaitlərin, habelə onun qalığının hesabdan çıxarılması yalnız Müştərinin təqdim etdiyi ilkin valyutada (yəni, konvertasiyadan əvvəlki valyutada) Müştərinin tapşırığı ilə həyata keçirilir.
9.5. Məxaric haqqında müraciət İnvestisiya Şirkəti tərəfindən qəbul edilən gündən etibarən 5 (beş) iş günü ərzində icra olunur və pul vəsaiti Müştərinin Xxxxxx açılan xxxx hesabına köçürülür. Həmçinin əksinə, Müştəri Bankdakı xxxx hesabına vəsait mədaxil etdiyi gündən etibarən 5 (beş) iş günü ərzində vəsait İnvestisiya Şirkəti tərəfindən Müştərinin elekton ticarət platformasında öz əksini tapır.
9.6. Yerli bazarlarda Müştəriyə ticarət əməliyyatları ticarət limiti əsasında həyata keçirilir. Müştəri ona verilmiş gündəlik ticarət limiti həcmində ticarət edir. Müştəriyə yazılı bildiriş təqdim edilmədikdə, ticarət limiti Müştəri tərəfindən Bankın hesabına köçürülmüş pul vəsaitləri əsasında təyin edilir. Müştəriyə bildiriş təqdim edilməklə ona öz razılığı əsasında aşağıdakı növlərdə ticarət limiti təyin edilə bilər:
9.6.1. Müştərinin mülkiyyətində xxxx qiymətli kağızlar va ya pul vəsaitlərinin Bankın xeyrinə maliyyə girovu öhdəlikləri ilə yüklənməsi əsasında. Bu halda Müştəri öz öhdəliklərinin icra etməməsi nəticəsində tutmanın maliyyə girovu predmetinə yönəldiləcəyini qəbul edir;
9.6.2. Müştərinin MDM-dəki xüsusi hesabında mövcud xxxx qiymətli kağızlarının İnvestisiya Şirkətinin xeyrinə maliyyə girovu öhdəlikləri ilə yüklənməsi əsasında. Bu halda öhdəliklərlə yüklənən qiymətli kağızlar barədə məlumat investisiya şirkətinin müraciəti ilə MDM tərəfindən Banka ötürülür. Bu halda Müştəri öz öhdəliklərinin icra etməməsi nəticəsində tutulmanın maliyyə girovu predmetinə yönəldiləcəyini qəbul edir;
9.6.3. Müştəriyə təqdim edilən Bank qarantiyası əsasında.
9.7. Bu Oferta üzrə müqavilə münasibətlərindən irəli gələn vergi öhdəlikləri Azərbaycan Respublikasının, habelə əməliyyatın icra olunduğu, habelə maliyyə aktivlərinin saxlanıldığı ölkənin qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
9.8. Müştəri, Bakı Fond Birjası QSC-də repo əqdləri həyata keçirməsi zamanı repo bağlanış əqdi üzrə öz öhdəliklərini repo bağlanış əqdi tarixində fond birjasının ticarət sessiyasının sonunadək yerinə yetirmədikdə, ona münasibətdə Repo Baş Razılaşmasında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, o cümlədən belə hal nəzərdə tutulduqda, repo təminatı qismində çıxış edən qiymətli kağızların (repo baza aktivinin) satışınının təşkil edilməsini qəbul edir.
10. ELEKTRON TİCARƏT PLATFORMALARINA QOŞULMA VƏ ONDAN İSTİFADƏYƏ
DAİR XÜSUSİ ŞƏRTLƏR
10.1. Elektron ticarət platformasında sifarişlərin yerləşdirilməsi, o cümlədən platformada icrası mümkün əməliyyatların aparılması bilavasitə Müştəri tərəfindən icra edilir.
10.2. İnvestisiya Şirkəti Müştəriyə şəxsi loqin və şifrə verməklə ona elektron ticarət platformasına çıxış hüququ verir. Təhlükəsizlik səviyyəsini yüksək avtorizasiya standartlarına uyğun təmin etmək məqsədi ilə Müştəriyə onun İnvestisiya Şirkətində qeydiyyatda xxxx mobil telefon nömrəsi vasitəsi ilə 2 (iki) faktorlu giriş tətbiq edilə bilər.
10.3. Elektron ticarət platformasına icazəli çıxış məlumatlarının maksimum məxfiliyini təmin etmək məqsədilə Müştəriyə ilk ticarət əməliyyatını aparmazdan əvvəl ona İnvestisiya Şirkəti tərəfindən verilmiş Şifrəni dəyişdirməsi tələb olunur. Əks təqdirdə, İnvestisiya Şirkəti Müştərinin Şifrədən istifadə etməklə elektron ticarət platformasına icazəsiz çıxışı nəticəsində aparılmış əməliyyatları üzrə sonrakı mümkün iddialarını yerinə yetirməkdən imtina etmək hüququna malikdir. Müştəri qəbul edir ki, Müştərinin hesabından aparılmış bütün əməliyyatlar ona məxsusdur və ticarət platformasında icazəli və ya icazəsiz şəkildə üçüncü şəxslər tərəfindən edilmiş əməliyyat, hərəkət və hərəkətsizliklərə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
10.4. Xxxxxxxx itdiyi və ya üçüncü tərəflərə məlum olduğu hallarda Müştəri belə faktlar barədə İnvestisiya Şirkətini dərhal xəbərdar etməlidir. İnvestisiya Şirkəti Müştəridən aldığı xəbərdarlıq əsasında elektron ticarət platformasına çıxışı bağlayır və Müştərinin hesabına daxil olub onu idarə edə bilməsi üçün yeni şifrə yaradır. Müştəri qəbul edir ki, şifrənin itdiyi, unudulduğu və ya üçüncü tərəflərə məlum olduğu hallarda İnvestisiya Şirkəti tərəfindəndən Müştəri hesabına daxil olmaq üçün yeni şifrə verildikdən və Müştəri hesabına daxil olduqdan sonra Müştəri hesabında edilmiş hər hansı dəyişiklik və ya fərqə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
10.5. Müştəri bu Oferta üzrə Müştərinin akseptində qeyd edilən xidmətin, habelə elektron ticarət platformasının xüsusiyyətindən asılı olaraq təqdim edilən, Müştəri hesabı ilə əlaqəli login, şifrə və mobil nömrəsinə bağlı yüksək təhlükəsizlik vasitəsi xxxx 2 faktorlu giriş kodu ilə əlaqədar bütün məlumatları özündə saxlamalı və təhlükəsizliyini təmin etməlidir.
10.6. İnvestisiya Şirkəti Müştəriyə aid eyniləşdirmə nömrəsi üzərindən verilən bütün sifarişləri sonuncunun sifarişləri olaraq qəbul və icra edir. Müştəri onun giriş adı ilə verilmiş bütün sifarişlərə, hərəkətlərə və ya hərəkətsizliklərə görə məsuliyyət daşıyır.
10.7. Müştəriyə təqdim edilən elektron ticarət platformasının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və İnvestisiya Şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Belə hallarda Müştərinin hesab qalıqları, bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müştəri sözügedən uzaqlaşmaların müəyyən olunduğu vaxtadək həyata keçirdiyi əməliyyatlar üzrə bu uzaqlaşmanın yaratdığı nəticələr qədər İnvestisiya Şirkəti qarşısında öhdəlik daşıyır.
10.8. Elektron ticarət platforması İnvestisiya Şirkətinin imkanlarından asılı olaraq Müştəriyə məsafədən internet şəbəkəsi vasitəsi ilə ticarət hesabının açılması və ya bağlanması üçün sorğuların təqdim edilməsi imkanı verə bilər.
10.9. Müştəri tərəfindən təqdim edilən və sifarişin yerləşdirilməsi anına xxxx xxxxx kotirovkalarından fərqli qiymətdə mövqeyin açılması və ya bağlanmasını özündə ehtiva edən sifarişlər aşağıdakı icra xüsusiyyətləri əsas götürülməklə gözləmədə xxxx sifariş olaraq qəbul edilir:
10.9.1. Buy Limit və Buy Stop – Bazar kotirovkaları gözləmədə xxxx sifarişdə göstərilən qiymətə çatan zaman alınan\satılan alətin alqısı yolu ilə mövqeyin açılmasına yönələn gözləmədə xxxx sifarişdir;
10.9.2. Take Profit və Stop Loss – Xxxx kotirovkalardan fərqlənən qiymətdə mövqeyin bağlanmasına yönələn gözləmədə xxxx sifarişdir;
10.9.3. Sell Limit və Sell Stop – Bazar kotirovkaları Gözləmədə xxxx sifarişdə göstərilən qiymətə çatan zaman alınıb\satılan alətin satışı yolu ilə mövqeyin açılmasına yönələn gözləmədə xxxx sifarişdir.
10.10. Bazar qiymətinin Müştərinin gözləmədə xxxx sifarişinin qiymətinə yaxınlaşdığı halda bu sifarişin dəyişdirilməsi və ya ləğvi İnvestisiya Şirkəti tərəfindən məhdudlaşdırıla bilər.
10.11. Ticarət əməliyyatının aparılması üçün Müştəri tərəfindən elektron ticarət platforması vasitəsilə təqdim olunan sifarişlər özündə adətən göstərilən bütün əhəmiyyətli şərtləri (alış/satış qiyməti, sifarişi, komissiyanı, əlavə xərcləri, tarixi, qiyməti, qrafiki və s.) əks etdirir.
10.12. Müştərinin yeni ticarət gününə keçmiş açıq valyuta mövqeyi üzrə overnayt tətbiq edilir. Valyuta mövqeyinin yeni ticarət gününədək açıq qaldığı təqdirdə Müştəri belə mövqenin mövcud overnayt şərtləri ilə növbəti tarixə keçirilməsinə razıdır.
10.13. Müştəri tərəfindən aparılan ticarət əməliyyatları passiv xarakter daşıyarsa və göstərilən xidmət haqları üzrə ödəmələrin aylıq məbləği təqdim edilən dəyişən tələblərdən az olarsa, növbəti ayın
əvvəli tariflərlə müəyyən edilən komissiya məbləği Müştərinin hesabından akseptsiz qaydada silinə bilər.
10.14. Elektron ticarət platforması vasitəsilə investisiya xidmətlərindən yararlanan Müştəri öz öhdəliklərini yerinə yetirməyə və qeydiyyatda olduğu, vətəndaş olduğu və/və ya yerləşdiyi ölkədə nəzərdə tutulan rüsumların, vergilərin, komisyon haqların və hər hansı digər xərclərin ödənilməsinə özü cavabdehdir.
10.15. Müştəri, elektron ticarət platformasına qoşulmaq üçün lazımi texniki və kommunikasiya resurslarını özü və öz hesabına təmin edir, habelə elektron ticarət platformasında işləmək üçün lazımi proqram təminatını özü alır və elektron cihazına yükləyir.
10.16. Elektron ticarət platformasında sifariş üzrə əhəmiyyətli hesab edilən, o cümlədən adətən Müştəri tərəfindən təqdim edilməli xxxx şərtlər öz əksini tapır.
10.17. Məlumatların üçüncü tərəflərdən əldə edilməsi səbəbindən elektron ticarət platformasında əks olunmuş qiymətlər digər mənbələrdə oxşar adlarla təqdim olunan alətlərin qiyməti ilə eyni olmaya bilər. Müştəri elektron ticarət platformasında təqdim etdiyi hər hansı əməliyyatı həyata keçirməsi (o cümlədən, alış-satış sifarişlərinin verilməsi) ilə bu sifarişdə qeyd edilmiş qiymətləri qəbul etmiş hesab edilir.
11. MARJA TİCARƏTİ ÜZRƏ XÜSUSİ ŞƏRTLƏR
11.1. Bu Oferta ilə müəyyən olunmuş marja ticarəti şərtləri Müştəriyə xarici valyutalarda və digər ticarət alətləri (aktivləri) ilə marja ticarəti xidmətlərinin göstərilməsini tənzimləyir.
11.2. İnvestisiya Şirkəti tərəfindən sifarişin qəbulu zamanı müştəridən hesabında ən azı müvafiq sifarişin icrası ilə bağlı ilkin marja həcmində vəsaitin mövcudluğunun təmin etməsi tələb edilir.
11.3. Müştərinin açıq mövqeyini bağlamaq üçün müvafiq maliyyə aləti üzrə qiymət formalaşmadıqda, İnvestisiya Şirkətinin müvafiq mövqeni və onun maliyyə nəticələrini müştəri hesabından ləğv etmək hüququ vardır.
11.4. İnvestisiya Şirkəti qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün Müştəriyə kredit həddi verə bilər. Kredit həddinin faiz dərəcəsi valyutasına, beynəlxalq bazarlardakı konyunkturaya və qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişir.
11.5. Müştəri real ticarətə başlamadan əvvəl aşağıdakı tələblərə cavab verməlidir:
11.5.1. İnvestisiya Şirkətinin təqdim etdiyi və real bazar qiymətləri ilə işləyən təlim (demo) hesabından 5 (beş) iş günündən az olmamaq şərti ilə ümumilikdə ən azı 30 ticarət əməliyyatı həyata keçirdiyini sübut edən sənəd təqdim etməlidir;
11.5.2. Xxxxx və bacarıqların alınması üçün müvafiq təlim və ya təlimlərdə iştirak etməsini təsdiq etməlidir.
11.5.3. xxx.xxxxxx.xx saytına daxil olub Marja Ticarəti haqqında və UForex-ın ticarət şərtləri haqqında ətraflı məlumatla xxxxx olmalıdır.
11.6. Peşəkar investor statusu Müştərinin yazılı müraciəti əsasında İnvestisiya Şirkəti tərəfindən verilir. Bu zaman Müştəri müraciətində marja ticarətindən irəli gələn bütün risklər barədə məlumatlı olduğunu bəyan etməlidir. Müştəri peşəkar investor statusunu əldə etmək üçün aşağıdakı meyarlardan ən azı ikisinə cavab verməlidir:
11.6.1. Fərq müqavilələri ilə marja ticarəti üzrə son bir il ərzində marja hesabından aktiv ticarət etməsini təsdiq edən müvafiq sənədə (marja hesabından çıxarış) malik olmalıdır (aktiv ticarət dedikdə ardıcıl olaraq hər rübdə ən azı 10 (on) ticarət əməliyyatının aparılması nəzərdə tutulur);
11.6.2. Müraciət tarixinə müştəri hesabında ən azı 20 (iyirmi) min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaitinin olmasını təsdiq edən bank hesabından çıxarışa malik olmalıdır;
11.6.3. Maliyyə sektorunda investisiya fəaliyyəti üzrə ən azı bir illik iş təcrübəsinə malik olmalıdır.
11.7. Müştəriyə marja ticarəti xidmətinin göstərilməsi üzrə peşəkar investor statusunun verilməsi İnvestisiya Şirkəti tərəfindən hüquqi aktların tələbləri nəzərə alınmaqla verilir. Müştəri qəbul edir ki, bu Oferta ilə marja ticarəti xidmətin göstərilməsi üzrə peşəkar investor statusu əldə etmək üçün hüquqi aktların tələblərinə uyğun olaraq məlumat və sənədləri İnvestisiya Şirkətinə təqdim etməlidir.
11.8. Müştəri bu Ofertanı aksept etməklə qəbul edir və başa düşür ki, bütün spredlər dinamikdir və tam olaraq bazar şəraitində formalaşır. Spred həcmi müvafiq maliyyə alətinin likvidlik səviyyəsinə və bazarın hərəkətliliyinə görə dəyişə bilər. İstənilən mühüm xəbərin açıqlanması zamanı və ya ondan əvvəl, sonra, həmçinin müvafiq maliyyə aləti üzrə ticarətin başlanması saatlarında və bir sıra digər hallarda spredin genişlənməsi müşahidə oluna bilər. İnvestisiya Şirkəti spredin genişlənməsinə görə heç bir hal və formada məsuliyyət daşımır. Bu Ofertanı aksept etməklə Müştəri qəbul edir ki, spredin genişlənməsinin heç bir həddi yoxdur və sonuncu bazarın vəziyyətindən asılıdır.
11.9. Kredit həddinin həcmi, İnvestisiya şirkəti tərəfindən təyin olunur. Kredit həddinin həcmi birtərəfli qaydada İnvestisiya Şirkəti tərəfindən dəyişdirilə bilər. Bu halda Müştəriyə anket məlumatlarında öz əksini tapmış vasitələrlə dəyişiklik barədə məlumat təqdim olunur. Dəyişiklik qüvvəyə mindikdən sonra Müştəri tərəfindən həyata keçirilmiş ilk əməliyyat onun tərəfindən dəyişikliyin qəbul edilməsi hesab edilir.
11.10. Müştəriyə ümumi əsaslar üzrə aşağıdakı həddə kredit həddi verilir.
11.10.1. baza aktivi əsas valyuta cütlükləri xxxx fərq müqavilələri üzrə 50:1;
11.10.2. baza aktivi digər valyuta cütlükləri, qızıl və indekslər xxxx fərq müqavilələri üzrə 20:1
11.10.3. baza aktivi əmtəə (qızıl istisna) və səhm xxxx fərq müqavilələri üzrə 10:1
11.10.4. baza aktivi kriptovalyuta (rəqəmsal valyuta) xxxx fərq müqavilələri üzrə 2:1.
11.11. Müştəri bu Ofertanın 11.6-cı bəndi üzrə tələblərə cavab verdikdə və İnvestisiya Şirkətinə peşəkar investor kimi tanınması barədə müraciət etdikdə və İnvestisiya Şirkəti tərəfindən təqdim edilən məlumatlar və müraciət öz təsdiqi tapdıqda bu Ofertanın 11.10-cu bəndinin tələbləri öz hüquqi qüvvəsini itirmiş hesab edilir. Belə ki, İnvestisiya Şirkəti Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericilik aktlarına əsasən institusional investorlara və peşəkar investorlara təqdim edilən maksimum kredit həddi 100:1 nisbəti ilə müəyyən edilir.
11.12. İnstitutsional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən verilən kredit həddinin maksimal həcmi müvafiq hüquqi normativ aktların tələblərinə görə və ya İnvestisiya Şirkətində mövcüd xxxx və Müştərisi tərəfindən xxxxx olunmuş qaydalara uyğun daha yuxarı həddə müəyyən oluna və dəyişdirilə bilər.
11.13. Müştəri ticarət əməliyyatlarına başlamazdan əvvəl əməliyyatlarla bağlı tədbiq ediləcək tariflər, əlavə xərclər (komissiya, svop, spred və s.) və fərq müqaviləsi roloveri barədə məlumatla elektron ticarət platforması vasitəsi ilə xxxxx olmalıdır. Müştəri elektron ticarət platformasında əməliyyat açdıqda bütün qeyd edilən ödəniş haqlarını qəbul etmiş hesab edilir. İnvestisiya Şirkətinin Marja Ticarəti üzrə xidmət haqqısı və fərq müqaviləsi roloveri mövcüd deyildir. Ticarət terminalında açılan hər bir əməliyyat üzrə xərc xxxx svop (swap komissiyası) tətbiq edilir. Əməliyyatlar üzrə tətbiq edilən svop (swap komissiyası) dəyişkəndir və Müştəri əməliyyat açmazdan öncə bu xərc barədə ticarət terminalında alətin xüsusiyyətləri ilə xxxxx olur və əməliyyat üzrə hərəkət bu xərcin tanınması kimi qiymətləndirilir. Həmçininin Müştəri bu Ofertanı imzalamaqla bəyan edir ki, açılmış və ya mövcüd əməliyyatlar üzrə svop (swap komissiyası) əməliyyatın açıq olduğu müddətdə dəyişikliyə məruz qala bilər. Müştəri mütəmadi olaraq elektron ticarət platformasında alətin xüsusiyyətləri ilə xxxxx olmalıdır. Əməliyyatın açıq saxlanması baş vermiş dəyişiklik və ya dəyişikliyə məruz qalmanın qəbul edilməsi kimi qiymətləndirilir.
11.14. “UForex elektron ticarət platforması Müştəriyə məsafəli (distansion) rejimdə internet şəbəkəsi vasitəsi ilə Müştəri hesabına daxil olması və\və ya icrası üçün sifariş yerləşdirməyə imkanını verir.
11.15. Elektron sənədlərin yaradılması, onların mübadiləsi qaydası, həmçinin elektron ticarət platformasının istifadəsi üzrə digər məlumatlar elektron ticarət platforması menyusunda verilmiş istifadəçi üçün təlimatda öz əksini tapmışdır.
11.16. Fərq müqavilələri ilə marja ticarəti elektron ticarət platforması üzərindən həyata keçirilir və İnvestisiya Şirkəti Müştəridən sifarişləri elektron ticarət platforması üzərindən alır. Xxxxx, İnvestisiya Şirkətinin yazılı razılığı və texniki imkanları mövcud olduqda və İnvestisiya Şirkəti Müştəriyə digər formada sifarişin qəbulunun mümkünlüyü barədə iradə razılığı bildirdikdə digər formada da sifarişlər qəbul edilə bilər.
11.18. Marja ticarəti xidmətinin göstərilməsi ilə bağlı Müştəri ilə ünsiyyətdə xxxx İnvestisiya Şirkətinin əməkdaşlarının bazar haqqında verdiyi məlumatlar, qiymət gözləntiləri, volatillik ehtimalları və digər məlumatlar heç bir halda investisiya məsləhəti sayılmır, gələcək ilə bağlı mütləq gəlir və ya zərərə qarşı təminat barədə vədlər kimi anlaşılmamalıdır.
11.19. Müştəri heç bir halda İnvestisiya Şirkətinin işçisindən (əməkdaşından) və ya onunla əlaqəli 3-cü şəxslərdən marja ticarəti barədə məsləhət, istinad və ya investisiya qəaralarının qəbulu üzrə digər məlumatları almamalı, buna səy göstərməməli, bununla əlaqəli təklifləri qəbul etməməlidir.
11.20. Müştəri hesab üzrə öz hərəkətləri ilə İnvestisiya Şirkətinə zərər vurduqda, İnvestisiya Şirkəti sonuncunun hesab üzrə bütün sifarişlərini, ticarət əməliyyatlarını və digər hərəkətlərinin nəticələrini ləğv edə bilər. Bu zaman Müştəriyə dəymiş zərərə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
11.21. İnvestisiya Şirkəti, Müştəri ilə arasında xxxx bütün məlumatlandırma və hesablaşmalarda bu Oferta üzrə akseptdə (ərizə-anketdə) Müştəri tərəfindən qeyd olunan məlumatlara istinad edir.
11.22. Azərbaycan Respublikası ərazisində marja ticarəti üzrə qəbul edilən sifarişlər üzrə əməliyyatlar xarici ölkələrin fond birjalarında (maliyyə bazarlarında) həyata keçirildikdə marja ticarətinə dair tələblər həmin ölkənin hüquqi aktları və ya ticarət təşkilatçısının daxili qaydaları ilə müəyyən edilir.
11.23. Ticarətə başlamazdan əvvəl İnvestisiya Şirkəti Müştərilərinin “Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” ilə xxxxx olmasını təmin edir və Müştəridən bu məlumatı aldığını təsdiqləməyini tələb edir.
11.24. Qiymətli kağız və ya törəmə maliyyə alətləri ilə marja ticarəti zamanı investisiya şirkətinin müştərisinə verdiyi kredit həddi (borc vəsaiti) hesabına alınan aktivlər həmin borcun təminatı kimi girov predmeti, İnvestisiya Şirkəti girovsaxlayan, Müştəri isə girovqoyan hesab edilir.
11.25. İnvestisiya Şirkəti tərəfindən baza aktivlərinin girovu aşağıdakı hallarda ləğv edilir:
11.25.1. Müştəri İnvestisiya Şirkətinin marja çağırışına əməl etmədikdə;
11.25.2. Baza aktivinin dəyəri İnvestisiya Şirkəti tərəfindən müəyyən edilən təminat marjasının minimum həddinə çatdıqda
11.26. Müştəri Xxxxxx xarici valyutada iki xxxx hesab açmalıdır. Həmin xxxx hesablardan xxxx xxxxx ticarəti əməliyyatlarında iştirak etmək məqsədilə vəsaitlərin daxil edilməsi, digər xxxx hesab isə sövdələşmənin nəticələrinə görə İnvestisiya Şirkəti tərəfindən vəsaitlərin Müştəriyə qaytarılması üçün açılır. Müştəri öhdəsinə götürür ki, açılan hər bir hesabı bu bənddə göstərilən məqsədlər üçün istifadə edəcəkdir. Müştəriyə Xxxxxx hesabın açılması hüquqi aktlara və bankın proseduruna uyğun həyata keçirilir.
11.27. Bank Müştəri tərəfindən, onun xxxx hesabına, marja ticarəti əməliyyatlarında iştirak etmək üçün mədaxil edilən vəsaiti akseptsiz qaydada İnvestisiya Şirkətinin bank hesabına köçürmək hüququnu özündə saxlayır. İnvestisiya Şirkəti isə öz növbəsində müvafiq məbləği Müştərinin Marja hesabına silmək hüququnu özündə saxlayır.
11.28. İnvestisiya Şirkəti Müştəri hesabına mədaxil edilən vəsait marja kəsiri yaratmayacaqsa və ya mövcud marja kəsirini artırmayacaqsa, hesabdan vəsaitinin qalığının (bütün ödənişlər və icra edilməmiş öhdəliklər nəzərə alınmaqla) məxaricinə icazə verir.
11.29. Müştəri açılmış əməliyyatın müddətini və ya bağlanış qiymət səviyyəsini öncədən təyin etmədikdə, əməliyyatın ləğvi tarixinədək və ya Ofertaya xitam verilənədək qüvvədə qalır. Bu növ sifarişlərin əməliyyat müddətinin və ya müqavilə müddətinin bitməsinə görə qüvvədən düşməsi zamanı İnvestisiya Şirkəti Müştərisinə dəymiş ziyana görə məsuliyyət daşımır.
11.30. Müştəri İnvestisiya şirkətinə aşağıdakı növ sifarişləri verir:
11.30.1. bazar qiymətli sifariş (market sifariş) – müştərinin İnvestisiya Şirkətinin təqdim etdiyi xxxx qiymət ilə verdiyi sifariş;
11.30.2. limit alış sifarişi (buy limit) – Müştərinin xxxx qiymətdən aşağı təyin etdiyi qiymətə çatdıqdan sonra xxxx qiymət ilə icra olunan alış sifarişi;
11.30.3. limit satış sifarişi (sell limit) – Müştərinin xxxx qiymətdən yuxarı təyin etdiyi qiymətə çatdıqdan sonra xxxx qiymət ilə icra olunan satış sifarişi;
11.30.4. stop alış sifarişi (buy stop) – Müştərinin xxxx qiymətdən yuxarı təyin etdiyi qiymətə çatdıqdan sonra xxxx qiymət ilə icra olunan alış sifarişi;
11.30.5. stop satış sifarişi (sell stop) – Müştərinin xxxx qiymətdən aşağı təyin etdiyi qiymətə çatdıqdan sonra xxxx qiymət ilə icra olunan satış sifarişi;
11.30.6. stop təqib sifarişi (trailing stop) – uzun mövqedə Müştərinin alış qiymətindən yuxarıda, xxxx xxxxx qiymətindən aşağıda xxxx, qısa mövqedə isə Müştərinin satış qiymətindən aşağıda, xxxx xxxxxx qiymətindən yuxarıda xxxx qiymətlə icra olunan sifariş;
11.30.7. gəliri götür sifarişi (take profit) – uzun mövqedə xxxx qiymətdən yuxarıda, qısa mövqedə isə xxxx qiymətdən aşağıda xxxx, müştəri tərəfindən müəyyən olunmuş limit qiymətinə çatdıqdan sonra xxxx qiymət ilə icra olunan sifariş;
11.30.8. zərəri dayandır sifarişi (stop loss) – uzun mövqedə xxxx qiymətdən aşağıda, qısa mövqedə isə xxxx qiymətdən yuxarıda xxxx, müştəri tərəfindən müəyyən olunmuş limit qiymətinə çatdıqdan sonra xxxx qiymət ilə icra olunan sifariş;
11.31. Gəliri götür sifarişi (take profit) və zərəri dayandır sifarişi (stop loss) sifarişlərinin verilməsi zamanı bazarda baş vermiş hər hansı bir hadisə nəticəsində böyük və ani qiymət dəyişikliklərinin baş verdiyi hallarda verilmiş sifarişlər icra edilməyə bilər. Bu səbəbdən Müştəriyə dəymiş zərər və ya potensial gəlir tələbi üzrə iddialar İnvestisiya Şirkətindən tələb edilə bilməz.
11.32. Müştəri tərəfindən yazılı məlumatlandırma olmadığı təqdirdə qismən icra edilmiş və ya icra edilməmiş sifarişin icrası üzrə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
11.33. Müvafiq əməliyyatın aparılması üçün sifarişdə aşağıdakı əhəmiyyətli şərtlər və rekvizitlər göstərilməlidir:
11.33.1. Müştəri tərəfindən İnvestisiya Şirkətinə əməliyyatın aparılması üçün təqdim olunan sifarişin verilmə tarixi və vaxtı;
11.33.2. Alınan\Satılan valyuta (digər ticarət aktivi) və kontr-valyuta;
11.33.3. Alınan\Satılan valyutanın məbləği;
11.33.4. Məzənnə və ya ticarət aktivi üzrə müvafiq xxxxx qiyməti;
11.33.5. Sifarişin növü;
11.33.6. Gözləmədə xxxx sifarişin son qüvvədə olduğu tarix.
11.34. Bazar sifarişləri İnvestisiya Şirkəti tərəfindən ticarət platformasında təqdim olunan xxxx kotirovka ilə üst-üstə düşən məzənnədə real vaxt rejimində icra olunur.
11.35. Fərqli ticarət platformalarının xüsusiyyətlərinə uyğun olaraq, Müştərinin eyni fərq müqaviləsi üzrə əks mövqe ticarət əməliyyatını, həmin müqavilə üzrə mövqeyi, müvafiq həcmdə və ya tamamilə bağlamaq hüququnuİnvestisiya Şirkəti özündə saxlayır. Müştəri qəbul edir ki, bu növ əməliyyatlar zamanı dəymiş zərərə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
11.36. Müştəriyə mövqe açmaq üçün xxxxx olduğu və İnvestisiya Şirkətində mövcud xxxx qaydalarda müəyyən olunmuş kredit həddi nisbətinə uyğun təminat marjası onun hesabında dondurulur.
11.37. İnvestisiya şirkətinin müştəriyə təqdim etdiyi ticarət platformasında göstərilən qiymətlər mümkün ən kiçik həcm üzrə sifariş qiymətidir. Daha iri həcmlər üzrə qiymət platformada əks etdirilmir.
11.38. Müştərinin növbəti mövqe açmaq üçün hesablanan təminat marjası, sərbəst təminat marjası üzərindən hesablanır.
11.39. Müştərinin eyni fərq müqaviləsi üzrə əks mövqe ticarət əməliyyatı üçün sərbəst təminat marjası və marja səviyyəsi üzrə tələb, spred, minimum və maksimum sifariş həcmi, sifarişlərin qəbulu vaxtı, minimum qiymət dəyişikliyi həddi, standard sifariş həcminin dəyəri fərqli ticarət platformalarının xüsusiyyətləri, baza aktivi üzrə qlobal bazar dəyişiklikləri və s. amillərlə bağlı fərqli səviyyələrdə tətbiq oluna bilər.
11.40. İnvestisiya Şirkətinin Müştəriyə təqdim etdiyi kredit həddinin maksimum həcmi müvafiq hüquqi aktların tələblərinə və ya İnvestisiya Şirkəti tərəfindən müəyyən edilmiş qaydalara, o cümlədən investorların (müştərilərin) kvalifikasiyasına (statusuna) uyğun olaraq müəyyən edilir. Müştəri bu Ofertanı aksept etməklə bu qaydaları qəbul etmiş hesab edilir. İnvestisiya Şirkəti bu qaydalara birtərəfli qaydada əlavə və dəyişiklik etmək hüququnu özündə saxlayır.
11.41. Kredit həddinin dəyişdirilməsi zamanı Müştəri tərəfindən əməliyyatların bağlanması tələb edilərsə, İnvestisiya Şirkəti bu əməliyyatları tək tərəfli qaydada bağlamaq hüququnu özündə saxlayır və Müştəri qəbul edir ki, əməliyyatların bağlanması səbəbindən Müştəriyə dəymiş ziyana görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
11.42. Buy Stop, Sell Stop və Stop Loss kimi Gözləmədə xxxx sifarişin icra məzənnəsi bazarın dinamikasından asılı olaraq, belə növ Gözləmədə xxxx sifarişin icrası həm Bazar kotirovkaları Müştəri tərəfindən belə sifarişdə göstərilən məzənnəyə çatan zaman, həm də sövdələşmənin icrası üçün daha pis şərt ola bilən, bazarda birinci sövdələşmədən sonra gələn kotirovka üzrə baş verə bilər.
11.43. İnvestisiya Şirkəti Müştərinin sifarişinin icrasından öz mülahizəsinə və ya qərarına uyğun olaraq, icranın qeyri-bazar kotirovkası üzrə baş verdiyi təqdirdə imtina edə bilər. Bu zaman Müştəriyə dəymiş zərərə və ya mümkün gəlirə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
11.44. Müştərinin açıq əməliyyatı yeni ticarət gününün yetişməsinə qədər açıq qaldığı təqdirdə hesab edilir ki, Müştəri belə mövqenin valyuta svopu kimi əməliyyat şərtləri ilə (bu şərtlər elektron ticarət platforması üzərindən Müştəriyə təqdim edilir) növbəti tarixə keçirilməsinə razıdır.
11.45. Müştərinin yeni ticarət gününə keçmiş açıq valyuta mövqeyi valyuta svopu şərtləri ilə növbəti tarixə keçirilir.
11.46. Maliyyə bazarlarında aparılan əməliyyat nəticəsində vəsait qalığının səviyyəsinin ticarət alətinin imkan verdiyi təminat marjasından aşağı düşməsinə səbəb xxxx qiymət formalaşırsa, İnvestisiya Şirkəti Müştəriyə mümkün xxxx ən qısa müddət ərzində öz hesabına vəsait əlavə etməyi və ya öz açıq mövqelərinin bir hissəsini bağlamağı tövsiyə edir.
11.47. Müştərinin ticarət hesabı üzrə marja səviyyəsi 100% olduqda, İnvestisiya Şirkəti Müştəriyə marja çağırışı edir. Marja çağırışı müştərinin bu Ofertanın akseptində (ərizə-anketində) göstərilən mobil nömrəsinə sms vasitəsi ilə və (və ya) e-poçt ünvanına göndərilir və (və ya) ticarət platforması xəbərdar edici işarə ilə məlumat verilir. Müştəri tərəfindən ona təqdim edilən marja çağırışı üzrə məlumatın görülməməsi, diqqət edilməməsi və ya hər hansı formada məlumatının olmaması səbəblərinə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır. Müştəri bu Müqaviləni imzalamaqla qəbul edir ki, bu şəkildə marja çağırışının edilməsi mübahisələndirilə bilməz, belə ki, məlumatın
ötürülməsi İnvestisiya Şirkətinin vəzifəsi deyil hüququdur. Elektron ticarət platformasına nəzarət Müştərinin vəzifəsi olduğundan və marja çağırışı platforma tərəfindən hər bir halda edildiyindən digər vasitələrlə məlumatın ötürülməsi şərt deyildir.
11.48. Maliyyə bazarlarında planlaşdırılan vəsait qalığının səviyyəsinin təminat marjasından aşağı düşməsinə səbəb xxxx qiymət formalaşırsa, daha böyük zərərin qarşısını almaq məqsədi ilə Elektron ticarət platformasında Müştərinin xxxx xxxxx qiyməti ilə açıq mövqeləri avtomatik olaraq bağlanılır. Tərəflər qəbul edir ki, hazırki Ofertayla Müştəri belə ticarət əməliyyatlarının aparılması üçün öz şərtsiz razılığını bildirir.
11.49. Marja çağırışı zamanı müştəri öz hesabına əlavə pul vəsaiti mədaxil edə və ya açıq əməliyyatlarını bağlamaqla risklərini idarə edə bilər.
11.51. İnvestisiya şirkəti Ofertanın 11.50-ci maddəsində göstərilmiş həddi müştəriyə bildirməklə birtərəfli qaydada dəyişdirə bilər. Bu zaman İnvestisiya Şirkəti edilmiş dəyişiklik üzrə əməliyyatların məcburi bağlanmasını Müştəridən tələb etmək hüququna malikdir. İnvestisiya Şirkəti məcburi bağlanma zamanı Müştərinin ona dəymiş ziyan və ya mümkün gəlirə görə iddiası üzrə məsuliyyət daşımır.
11.52. İnvestisiya Şirkəti Müştərinin kredit həddinibir tərəfli qaydada azalda və bu Ofertada göstərilmiş və ya hüquqi aktlar ilə müəyyən olunmuş həddən xxx olmamaq şərti ilə artıra bilər.
11.53. Ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində müştərinin əldə etdiyi gəlir və ya zərər İnvestisiya Şirkəti tərəfindən Müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq silinə bilər.
11.54. Müştəri sifarişləri heç bir halda (birbaşa və ya dolayı yollarla) İnvestisiya Şirkətinin müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. bu kimi qeyri-adi hallardan sui-istifadə etməklə, maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmamalıdır. İnvestisiya şirkəti bu halları aşkarladıqda Müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya bilavasitə bunu Müştəridən tələb edə bilər.
11.55. Aktiv ticarəti təşviq etmək üçün, İnvestisiya Şirkəti Müştəriyə güzəştli ticarət şərtlərini (svop xərcinin hesablanmaması və s.) təqdim edə bilər. Belə ticarət şərtlərinə sahib Müştəri bu şərtləri passiv faiz gəliri əldə etmək üçün istifadə etməməlidir. İnvestisiya şirkəti təqdim etdiyi səmərəli ticarət şərtlərinin aktiv ticarət üçün istifadə edilmədiyini müəyyən etdikdə belə şərtlərin verildiyi tarixdən etibarən müştərinin ticarət hesabı üzrə bütün nəticələri, açıq əməliyyatları və sifarişləri ləğv edə bilər.
11.56. Müştəri skalpinq ticarəti etmək istədikdə bu barədə İnvestisiya Şirkətini məlumatlandırmalıdır. İnvestisiya Şirkəti belə ticarətin onun razılığı olmadan edildiyini müşahidə etsə, bu növ ticarətə başladığı andan etibarən müştərinin əldə etdiyi bütün ticarət nəticələrini birtərəfli qaydada ləğv edə bilər.
11.57. Fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları yaranan zaman və İnvestisiya Şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları, bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müştəri sözügedən uzaqlaşmaların müəyyən olunduğu vaxtadək, sərbəst təminat marjası üzrə məxaric etmişdirsə (belə uzaqlaşmanın yaratdığı nəticə daxil olmaqla), bu uzaqlaşmanın yaratdığı nəticələr qədər İnvestisiya Şirkəti qarşısında öhdəlik daşıyır.
11.58. Müştərinin eyni maliyyə aləti üzrə əks mövqe ticarət əməliyyatı onu spred genişlənməsi riskindən qorumur və hesabındakı qalıq vəsaitin dəyişməməsinə təminat vermir. Sərbəst təminat marjası azaldıqda İnvestisiya Şirkəti Müştərinin mövqelərini məcburi bağlayacaqdır.
11.59. Valyuta bazarında planlaşdırılan vəsait qalığının təminat marjasından (Stop-out level) təyin olunan faizə qədər aşağı düşməsinə səbəb xxxx məzənnə formalaşdıqda, daha böyük zərərin qarşısını almaq məqsədi ilə, İnvestisiya Şirkəti elektron ticarət platformasında xxxx xxxxx məzənnəsi üzrə Müştərinin açıq əməliyyatlarını avtomatik olaraq bağlayır. Valyuta bazarında baş verən hadisələrlə bağlı Stop- out, təyin olunmuş faizdən fərqli icra oluna bilər. Tərəflər qəbul edir ki, hazırki Xxxxxx ilə Müştəri belə əməliyyatların aparılması üçün öz şərtsiz razılığını bildirir.
11.60. Marja Ticarəti üzrə bütün sövdələşmələrin bağlanmasının əsasını UForex platformasında yaradılan “aparılmış marja ticarəti əməliyyatlarının reyestri” təşkil edir. “Aparılmış marja ticarəti əməliyyatlarının reyestri”ndə orada göstərilən hər bir aparılmış marja əməliyyatı üzrə məlumatlar ardıcıllıqla göstərilir.
11.61. Svop komissiyası üzrə şərtlərin birtərəfli qaydada dəyişdirilməsi hüququnu İnvestisiya Şirkəti özündə saxlayır.
11.62. Müştəri istənilən vaxt ticarət hesabında xxxx pul vəsaitlərinin sərbəst qalığını və ya qalığın bir hissəsini özünün Bankdakı məxaric üçün xxxx hesabına köçürə bilər. Bu zaman Müştəri aşağıdakı üsullardan istifadə edə bilər:
11.62.1. Müştəri tərəfindən onun şəxsiyyətini təsdiq edən sənədin əsli ilə marja hesabının açılması üçün müraciət etdiyi İnvestisiya Şirkətinin əməkdaşlıq etdiyi bankın müvafiq şöbə və ya filialına yaxınlaşmaqla məxaric əməliyyatı üzrə müraciət edərək;
11.62.2. İnvestisiya şirkətinə və ya Banka təqdim etdiyi elektron ünvanından, xxxxxx@xxxxxxxxxx.xx elektron ünvanına ticarət loginini və məxaric etmək istədiyi məbləği göndərməklə;
11.62.3. İnvestisiya şirkətinə və ya Banka təqdim etdiyi mobil telefon nömrəsi (mobil nömrəsinə xxxxx xxxx digər proqram təminatları vasitəsilə) ilə əlaqə saxlayıb məxaric əməliyyatının icra edilməsi haqqında istəyini, ticarət loginini və məxaric ediləcək məbləği bildirməklə;
11.62.4. xxx.xxxxxx.xx elektron səhifəsi vasitəsi ilə öncədən təqdim olunan loqin və şifrə ilə şəxsi kabinetə daxil olub (belə bir funksionallıq mövcud olduqda), məxaric əməliyyatın icra edilməsi haqqında sorğu yaratmaqla.
11.62.5. İnvestisiya Şirkəti tərəfdaşı olduğu bankın mobil əlavə vasitəsilə məxaric əməliyyatının icra edilməsi haqqında sorğu göndərməklə (belə bir funksionallıq mövcud olduqda).
11.63. Məxaric haqqında müraciət İnvestisiya Şirkəti tərəfindən qəbul edilən gündən etibarən 5 (beş) iş günü ərzində icra olunur və pul vəsaiti Müştərinin Xxxxxx açılan xxxx hesabına köçürülür. Həmçinin Müştərinin Bankdakı xxxx hesabına vəsait mədaxil etdiyi gündən etibarən 5 (beş) iş günü ərzində vəsait İnvestisiya Şirkəti tərəfindən Müştərinin elekton ticarət platformasında öz əksini tapır.
11.64. İnvestisiya Şirkəti Müştərinin tələbi ilə onun elektron poçt ünvanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində elektron sənəd göndərməklə Müştəri tərəfindən aparılmış bütün əməliyyatlar barədə hesabatı təqdim edir.
11.65. Aparılmış əməliyyatlar barədə hesabatda verilən məlumatların məzmunu ilə bağlı iddiaları olduğu təqdirdə, Müştəri dərhal İnvestisiya Şirkətinə iddialarının olması faktı barədə məlumat verməli və öz iddiaların mahiyyətini açıqlamalıdır. Belə məlumat Müştəri tərəfindən ya İnvestisiya Şirkətinin rəsmi poçt ünvanına göndərilməli, ya da yazılı şəkildə İnvestisiya Şirkətinin ofisinə təqdim olunmalıdır. İnvestisiya Şirkəti aparılmış əməliyyatlar barədə hesabatı təqdim etdiyi andan etibarən 3 (üç) iş günü müddətində Müştərinin belə hesabatın məzmunu ilə iddiasının olmasını göstərən məlumat almadığı təqdirdə hesab edilir ki, Müştəri aparılmış əməliyyatlar barədə aldığı hesabatda
verilən məlumatların düzgün olduğunu təsdiq etmişdir və gələcəkdə İnvestisiya Şirkətinə sənədin məzmunu ilə bağlı hər hansı iddia irəli sürə bilməz.
11.66. Müştəri aşağıda öz əksini tapmış müvafiq formada mədaxil əməliyyatlarını həyata keçirə bilər:
11.66.1. İnvestisiya Şirkətinin tərəfdaşı olduğu bankın filialına (larına) yaxınlaşaraq;
11.66.2. İnvestisiya Şirkətinin tərəfdaşı olduğu bankın mobil əlavə vasitəsilə xxxx hesabdan və ya kart hesabından köçürmə etməklə;
11.66.3. xxx.xxxxxx.xx elektron səhifəsi vasitəsi ilə Müştəriyə məxsus şəxsi kabinetə daxil olub, mədaxil əməliyyatını icra etməklə (belə bir funksionallıq mövcud olduqda);
11.66.4. Ödəmə terminalları vasitəsilə.
11.67. İnvestisiya Şirkəti, üçüncü tərəflərin Müştərinin marja hesabına icazəsiz çıxışı nəticəsində Müştəriyə dəyən mümkün zərərə görə məsuliyyət daşımır.
11.68. İnvestisiya Şirkəti Müştərinin ona bu Ofertada nəzərdə tutulan müddətlərin, digər şərtlərin və ya prosedurların pozulması ilə ünvanlanan hər hansı tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
11.69. Müştəri bu Müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə xxxxx xxxx və qeydiyyatda olduğu, vətəndaş olduğu və/və ya yerləşdiyi ölkədə nəzərdə tutulan rüsumların, vergilərin, komisyon haqların və hər hansı digər xərclərin ödənilməsinə özü cavabdehdir.
11.70. Müştəri İnvestisiya Şirkətini öz əməliyyatları ilə xxxxx xxxx bütün xərclərdən və məsuliyyətdən qorumağı öz öhdəsinə götürür.
11.71. İnvestisiya Şirkəti əməkdaşlıq etdiyi üçüncü tərəflərin, o cümlədən xarici kontragentlərin, likvidlik təminatçısının öz öhdəliklərini tam və düzgün icra etməməsinə və digər əsaslar üzrə məsuliyyət daşımır. Müştəri bu Ofertanı imzalamaqla qəbul edir ki, üçüncü tərəflər barədə internet səhifəsində yerləşdirilən məlumatla xxxxx olmuşdur və üçüncü tərəflərin öhdəliklərinə görə heç bir tələb İnvestisiya Şirkətinə qarşı irəli sürülə bilməz.
11.72. İnvestisiya Şirkəti, marja ticarətinin obyekti xxxx maliyyə alətləri üzrə müştəriyə təqdim edilən qiymətlərin bu Ofertanın şərtləri daxilində ümumi qiymətlərə uyğun olması üçün mümkün tədbirləri görür.
11.73. Müştəri qəbul edir ki, ticarət olunan alətlər üzrə İnvestisiya Şirkəti tərəfindən ona təqdim edilən qiymətlər ilə, digər mötəbər mənbələrdə oxşar adlarla təqdim olunan alətlərin qiyməti eyni olmaya bilər. Müştəri ona təqdim edilmiş qiymətlərlə hər hansı əməliyyatı həyata keçirməsi (o cümlədən, alış-satış sifarişlərinin verilməsi) ilə bu qiymətləri qəbul etmiş hesab edilir. Müştəri bu Ofertanı imzalamaqla qəbul edir ki, mümkün mübahisələr zamanı digər mənbələrdə öz əskini tapmış qiymət (qiymətlər) sübut və ya istinad kimi əsas ola bilməz.
11.74. Marja ticarəti üzrə Müştərinin sifarişinin (tapşırığının) icra olunması üçün İnvestisiya Şirkəti 3-cü şəxsin (likvidlik təminatçısının) xidmətindən istifadə edə bilər.
11.75. Bu Oferta üzrə 3-cü şəxs tərəfindən likvidliyin təmin edilməsinə dair şərtlər aşağıdakı kimi müəyyən edilir:
11.75.1. Müştəriyə 3-cü şəxs (likvidliktəminatçısı) barədə məlumat internet səhifəsində yerləşdirilir və ya bu Ofertanın akseptində öz əksini tapmış əlaqə vasitələrindən hər xxxxx xxxx ilə təqdim edilir.
11.75.2. Müştəri ilk əməliyyatı açmaqla 3-cü şəxsi (likvidlik təminatçısını) qəbul edir və bundan irəli gələn bütün risklər Müştəri tərəfindən qəbul edilmiş hesab edilir.
11.75.3. İnvestisiya Şirkəti öz mülahizəsinə və verdiyi qərarlara əsasən üçüncü şəxsin ( likvidlik təminatçısı) dəyişdirilməsi hüququnu özündə saxlayır. Belə dəyişiklik zamanı İnvestisiya Şirkəti Müştəriyə internet səhifəsində məlumat yerləşdirməklə və ya bu Ofertanın akseptində öz əksini tapmış əlaqə vasitələrindən hər xxxxx xxxx ilə məlumat ötürür.
11.75.4. Müştəri 3-cü şəxsin (likvidlik təminatçısının) dəyişdirilməsi barədə məlumatın internet səhifəsində yerləşdirildiyi və ya bu Ofertanın akseptində öz əksini tapmış əlaqə vasitələrindən hər xxxxx xxxx ilə məlumat ötürüldüyü andan ilk əməliyyatı açarsa, dəyişikliklə bağlı öz razılığını bildirmiş, o cümlədən bundan irəli gələn hərəkətlərin edilməsi üçün İnvestisiya Şirkətinə razılıq vermiş kimi hesab edilir.
11.75.5. Müştəri üçüncü tərəf barəsində edilmiş dəyişikliklə razılaşmadıqda bu Ofertaya İnvestisiya Şirkəti tərəfindən xitam verilir. Bu zaman açıq mövqələr İnvestisiya şirkəti tərəfindən bağlanılır. Müştəri bu Ofertanın aksepti ilə qəbul edir ki, bu Ofertaya üçüncü tərəfin dəyişdirilməsinə görə razılıq əldə edilməməsi səbəbindən xitam verildikdə, ona dəymiş ziyan və mümkün gəlir barədə məsuliyyəti İnvestisiya Şirkəti daşımır.
11.75.6. Bu Ofertanı imzalamaqla, Müştəri İnvestisiya Şirkətinin tərəfdaşlıq etdiyi likvidlik təminatçısı tərəfindən yarana biləcək bütün riskləri qəbul edir. Müştəri qəbul edir ki, likvidlik təminatçısının öz öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi, habelə onun birbaşa və ya dolayı təqsirinə görə yaranmış hallara görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
11.76. İnvestisiya Şirkəti ilə 3-cü şəxs arasında münasibətlərə xitam verilməsi zamanı xitamdan yaranan öhdəliklər üzrə (sifarişlərin icrasından imtina, qüvvədə xxxx sifarişlərin bağlanılması və s.) Müştəri ehtimal olunan və ya dəymiş ziyanı İnvestisiya Şirkətindən tələb edə bilməz.
11.77. Müştəri bu Ofertanın aksept olunduğu andan 14 (ön dörd) gün müddətində öz hesabına İnvestisiya Şirkəti tərəfindən tələb edilən ilkin minimal pul vəsaitini mədaxil etməzsə, onun elektron platformadakı ticarət hesabı İnvestisiya Şirkəti tərəfindən ləğv edilə bilər.
11.78. Müştəri bu Ofertanı aksept etməklə onun tərkib hissəsi xxxx xxxxx ticarəti üzrə risk məlumatlandırma sənədi lilə xxxxx olmuş hesab edilir.
MARJA TİCARƏTİ ÜZRƏ RİSK MƏLUMATLANDIRMA SƏNƏDİ
Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Buna görə, ticarətə başlamazdan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz zəruridir. Bu məqsədlə “Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” marja ticarəti ilə məşğul olmaq istəyən bütün şəxslər tərəfindən oxunaraq imzalanmalıdır.
Azərbaycan Respublikasında marja ticarəti yalnız “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq lisenziyalaşdırılmış investisiya şirkətləri tərəfindən həyata keçirilə bilər. Lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (xxx.xxxx.xx) xxxxx xxx bilərsiniz.
MƏLUMATLANDIRMA
Marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsinə dair investisiya şirkəti ilə bağlanacaq müqavilədən əlavə olaraq aşağıdakı məlumatlarla xxxxx olmağınız tövsiyə olunur:
1. İnvestisiya şirkəti tərəfindən açılacaq marja hesabları və bu hesablarla aparılan bütün əməliyyatlar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarına və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.
2. Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılan əməliyyatların bazarda Sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də
yüksək kredit həddinin Sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda xxxx əks qiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.
3. Marja hesabları ilə əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmış təhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.
4. Alqı-satqı əməliyyatlarında Sizə təqdim edilən qiymətlər və spredlər (baza aktivinin alış qiyməti ilə satış qiyməti arasındakı fərq) ən yaxşı qiymət fərqini əks etdirməyə bilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyiniz məqsədəuyğundur.
5. Ticarət əməliyyatlarına başlamazdan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidmət haqları (komissiya) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həmin xərclər aydın bildirilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən məlumatı yazılı formada tələb etmək hüququna maliksiniz.
6. Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də bazar şərtlərindən asılı olaraq, fərq müqavilələri üzrə qiymət boşluqları (bazar şərtlərindən asılı olaraq, qiymətli kağız və ya fərq müqavilələri üzrə növbəti qiymətin bir neçə qiymət addımından sonra formalaşması nəticəsində qiymətlər arasında yaranmış boşluq) və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən xxx qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.
7. Marja çağırışının hansı formada (ticarət platforması, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizə verilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.
Bu sənəd marja ticarəti üzrə əməliyyatlara başlayarkən qarşılaşa biləcəyiniz ümumi risklər barədə Sizi məlumatlandırmaq məqsədi daşıyır. Bu sənəd marja ticarətindən yaranan bütün riskləri əhatə etmir. Bu səbəbdən investisiyanızı bu növ əməliyyatlara yönəltmədən əvvəl bu sahəni ətraflı təhlil etməyiniz və investisiya şirkəti ilə bağlanılacaq müqaviləni diqqətlə oxumağınız tövsiyə edilir.
Ofertanın akseptini imzalamaqla müştəri Marja ticarəti üzrə risk məlumatlandırma sənədi ilə xxxxx olduğunu təsdiq edir.
12. İNVESTİSİYA MƏSLƏHƏTİ XİDMƏTİ ÜZRƏ XÜSUSİ ŞƏRTLƏR
12.1. Məsləhət xidməti Müştərinin İnvestisiya Şirkətinə yazılı şəkildə sifarişi əsasında təqdim edilir.
12.2. İnvestisiya məsləhətində aşağıdakı məlumatlar əks olunur:
12.2.1. İnvestisiya Şirkətinin adı və ünvanı;
12.2.2. İnvestisiya məsləhətini verən şəxsin adı və soyadı, vəzifəsi, ixtisas şəhadətnaməsinin seriya nömrəsi, verilmə tarixi;
12.2.3. İnvestisiya məsləhətinin hazırlanmasında istifadə edilmiş məlumat mənbələri, investisiya strategiyaları və təhlil metodları barədə məlumat;
12.2.4. İnvestisiya məsləhətinin verilməsi tarixi və vaxtı barədə məlumat;
12.2.5. İnvestisiya məsləhətinin məzmunu;
12.2.6. Mümkün maraqlar münaqişəsi barədə məlumat.
12.3. İnvestisiya məsləhətləri aşağıdakı əsaslar nəzərə alınaraq təqdim edilir:
12.3.1. İnvestisiya məsləhətləri etibarlı faktlara, məlumatlara, hesabatlara və təhlillərə əsaslanır;
12.3.2. Qiymətli kağızların emissiya prospekti, informasiya memorandumu və ya digər mötəbər mənbədə qeyd edilən məlumatlardan istifadə edilir;
12.3.3. İnvestisiya məsləhətlərində əks olunan rəy, təhlil, proqnoz, qiymət hədəfləri və tövsiyələr obyektiv şəkildə hazırlanır.
12.4. İnvestisiya Şirkəti, xidmətin göstərilməsinə başlamazdan əvvəl müştərinin maliyyə vəziyyəti və investisiya məqsədləri barədə yazılı qaydada (kağız daşıyıcıda və ya elektron formada) ətraflı məlumat alır. Müştəri qəbul edir ki, hüquqi aktlarla müəyyən edilmiş və İnvestisiya Şirkəti tərəfindən tələb edilən məlumatlar tam, düzgün, vaxtında və ətraflı şəkildə təqdim ediləcəkdir. Məlumatların vaxtında, tam və düzgün ötürülməməsi səbəbindən İnvestisiya Şirkətinə dəyən zərərə görə Müştəri məsuliyyət daşıyır.
12.5. İnvestisiya Şirkəti təqdim etdiyi investisiya məsləhətlərində mütləq gəlirə dair vəd və ya təminat vermir.
12.6. Məsləhət xidmətinin nəticəsi olaraq Müştəriyə verilmiş investisiya məsləhətinin nəticələrinə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır. Verilmiş investisiya məsləhətləri əsas götürülməklə həyata keçirilmiş hərəkət və hərəkətsizliklərin nəticəsinə görə Müştəri şəxsən birbaşa özü məsuliyyət daşıyır.
12.7. İnvestisiya məsləhətinə əsasən qiymətli kağızlar və ya törəmə maliyyə alətləri üzrə alqı-satqı əqdi bağladıqdan sonra Müştəri 5 (beş) iş günü ərzində bu əqdi təsdiqləyən sənədi Şirkətə təqdim etməlidir.
13. XARİCİ VALYUTA MÜBADİLƏSİ XİDMƏTİ ÜZRƏ XÜSUSİ ŞƏRTLƏR
13.1. İnvestisiya şirkəti əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi məqsədilə müştəriyə xarici valyuta mübadiləsi xidmətini göstərə bilər. Valyuta mübadilə əməliyyatının aparılması zamanı tətbiq olunan məzənnə investisiya şirkəti tərəfindən müstəqil olaraq təyin edilir.
13.2. Xarici valyuta mübadiləsi xidməti göstərildiyi zaman müştəri İnvestisiya Şirkəti tərəfindən təqdim edilən mübadilə məzənnəsi barədə elektron platforma üzərindən birbaşa və ya müvafiq hesabat vasitəsi ilə məlumatlandırılır.
13.3. Əməliyyat günü ərzində məzənnələr İnvestisiya Şirkətinin qərarı ilə dəyişə bilər. Müştərinin sifarişinə uyğun valyuta məzənnəsinə edilən hər bir dəyişiklik tarix və vaxt daxil olmaqla platforma üzərindən birbaşa və ya müvafiq hesabat vasitəsi ilə Müştəriyə bildirilir.
13.4. Xarici valyuta əməliyyatı üzrə Müştəriyə təqdim olunan hesabatda aşağıdakılar əks olunur:
12.4.1. Xarici valyuta mübadiləsi ilə əlaqəli əsas investisiya xidmətinin (əməliyyatının) növü;
12.4.2. Mübadilə olunan xarici valyutanın adı, məbləği və İnvestisiya Şirkətinin həmin günə müəyyən etdiyi məzənnə.
13.5. Valyuta mübadiləsi elektron ticarət platforması üzərindən həyata keçirildikdə məlumatlar bilavasitə müştəri tərəfindən əldə edilir.
13.6. İnvestisiya Şirkəti tərəfindən bu Oferta üzrə akseptdə nəzərdə tutulan xidmətin göstərilməsi məqsədi ilə xarici valyutaya mübadilə edilmiş müştəriyə məxsus pul vəsaitləri qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa Müştəri tərəfindən digər məqsədlər üçün istifadə və (və ya) məxaric edilə bilməz. Bu zaman Müştəri ona məxsus pul vəsaitinin geri qaytarılması üçün müraciət etdikdə, İnvestisiya Şirkəti Müştəriyə məxsus pul vəsaitlərinin sonuncunun onu mədaxil etdiyi valyutada təqdim edəcəkdir.
13.7. İnvestisiya Şirkəti tərəfindən çəkilmiş hər bir xarici valyuta mübadiləsinə görə tariflər üzrə xidmət haqqı və əlavə xərclər Müştəriyə məxsus pul vəsaitindən akseptsiz qaydada tutulur.
14. QİYMƏTLİ KAĞIZLAR HESABLARININ İDARƏ EDİLMƏSİ XİDMƏTİ ÜZRƏ XÜSUSİ
ŞƏRTLƏR
14.1. İnvestisiya şirkəti tərəfindən müştərinin qiymətli kağızlar hesablarının idarə edilməsi xidməti bu Oferta əsasında müştərinin qiymətli kağızlarının qorunması və saxlanılması, müştərinin razılığı əsasında hesab üzrə əməliyyatların aparılması, o cümlədən qiymətli kağızların öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların icrasını nəzərdə tutan yardımçı investisiya xidməti olaraq həyata keçirilir.
14.2. İnvestisiya şirkəti tərəfindən müştərinin qiymətli kağızlar hesablarının idarə edilməsi mərkəzi depozitarda müştərinin adına açılan hesab vasitəsilə həyata keçirilir.
14.3. Müştərinin qiymətli kağızlar hesablarının idarə edilməsi üzrə əməliyyatlar müştərinin kağız daşıyıcıda və ya elektron qaydada təqdim edilmiş razılığı əsasında həyata keçirilir.
15. OFERTAYA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR, OFERTAYA XİTAM VERİLMƏSİ
15.1. Bu Ofertaya edilmiş əlavə və dəyişikliklər İnvestisiya Şirkətinin rəsmi internet saytında yerləşdirilir və bu Ofertanın 15.2-ci bəndində müəyyən edilən hallar istisna olmaqla Müştəri tərəfindən imza və ya analoq imza vasitəsilə imzalandığı andan qüvvəyə minmiş hesab edilir. Müştəri qəbul edir ki, elektron imza, birdəfəlik açarın (OTP), PİN-kodun (personal identification number), elektron ticarət platformasına/platformalarına (mobil əlavə, internet sayt və kompüter proqram tətbiqi üzərindın təqdim edilə bilən), internet sayt üzərindən təqdim edilən müştərinin şəxsi kabinetinə, mobil əlavəyə, daxil olmaq üçün istifadə olunan açar sözünün (login və şifrə), barmaq izlərinin (Touch İD texnologiyasından istifadə etməklə) daxil edilməsi, o cümlədən Ofertanın akseptində (ərizə-anketdə) qeyd edilmiş elektron poçt ünvanından/telefon nömrəsindən “Unicapital İnvestisiya Şirkəti” ASC təqdim edilən elektron poçt ünvanına/telefon nömrəsinə göndərilən məktublarda/edilən zənglərdə qeyd edilən/səsləndirilən “Təsdiq edirəm” ifadəsi, Müştəri tərəfindən dəyişlik və əlavələrdən sonrakı ilk əməliyyatın edilməsi, habelə Müştəri tərəfindən investisiya xidmətlərinin əldə edilməsinə yönəlmiş digər aşkar iradə ifadəsi onun əlyazma imzasının analoqu sayılır və Müştəri tərəfindən Bu Ofertaya əlavə və (və ya) dəyişikliklərə razılığın olmasını ifadə edir.
15.2. Bu Oferta ilə göstərilən xidmətlər üzrə tariflər İnvestisiya Şirkəti tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Bu Oferta üzrə tətbiq edilən tariflərə edilən dəyişikliklər həmin dəyişiklərin internet səhifələrində yerləşdirildiyi andan 15 təqvim günü sonra qüvvəyə minir.
15.3. Müştəri Ofertaya əlavə və dəyişikliyi, o cümlədən xidmətin göstərilməsi üzrə şərtləri qəbul etməzsə, bu barədə İnvestisiya Şirkətini yazılı şəkildə məlumatlandırmalıdır.
15.4. Yenilənmiş Oferta internet səhifəsində yerləşdirilir. İnternet səhifəsində Ofertanın ən son versiyası ilə tanış olmaq və Müştərinin vəzifəsidir.
15.5. Bu Ofertaya aşağıdakı hallarda birtərəfli qaydada vaxtından əvvəl xitam edilə bilər:
15.5.1. 10 (on) iş günü əvvəlcədən elektron və ya yazılı qaydada İnvestisiya Şirkətinə bildiriş təqdim etməklə müqaviləyə xitam verilməsi tələb edildikdə (Müştəri tərəfindən);
15.5.2. Digər tərəf Ofertanı əhəmiyyətli dərəcədə pozduqda (İnvestisiya Şirkəti və Müştəri tərəfindən);
15.5.3. İnvestisiya Şirkətinin lisenziyası ləğv edildikdə (Tərəflərin iradəsindən asılı olmayan hal olaraq);
15.5.4. Müştərinin sonuncu əməliyyatından (əqdindən) 1 təqvim ili keçdikdə (İnvestisiya Şirkəti tərəfindən);
15.5.5. Müştəri bu Ofertanı aksept etdiyi andan 30 gün ərzində heç bir əməliyyat etmədikdə (İnvestisiya Şirkəti tərəfindən);
15.5.6. Qanunvericiliyə və Mərkəzi Bankın tələblərinə, İnvestisiya Şirkətinin daxili qaydalarına əsasən Müştəridən tələb etdiyi məlumat və sənədlər 5 (beş) iş günü ərzində Müştəri tərəfindən təqdim edilmədikdə (İnvestisiya Şirkəti tərəfindən)
15.5.7. Marja ticarəti xidməti üzrə marja hesabı açılan Müştəri bu Ofertanın aksept olunduğu andan 14 (ön dörd) gün müddətində öz hesabına İnvestisiya Şirkəti tərəfindən tələb edilən ilkin minimal pul vəsaitini mədaxil etməzsə (İnvestisiya Şirkəti tərəfindən).
15.5.8. Müştəri qanunvericilikdə baş verən dəyişikliklə əlaqədar yeni tələblərə cavab vermədikdə və Müştərinin yeni tələblərə uyğunlaşdırılması İnvestisiya Şirkəti üçün əhəmiyyətli dərəcədə çətin olduqda (İnvestisiya Şirkəti tərəfindən) Bu yarımbənddə əhəmiyyətli dərəcədə çətinlik dedikdə, qanunvericiliyin tələblərinin o həddə dəyişdirilməsi nəzərdə tutulur ki, bu dəyişikliklərin hər bir müştəriyə tətbiq edilməsi biznesin gündəlik rejiminin pozulmasına səbəb olur, İnvestisiya Şirkətinin fəaliyyətinə maneə törədir, formal olaraq İnvestisiya Şirkətinin müştərisi kimi tanınan şəxsin hərəkətlərindən onun investisiya xidmətinin əldə edilməsi niyyətinin olmaması aşkar şəkildə bəlli olur;
15.5.9. Müştəridə və ya onun nümayəndəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli hallar aşkar edildikdə dərhal (İnvestisiya Şirkəti tərəfindən).
15.6. Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə bu Oferta ləğv edildiyi təqdirdə İnvestisiya Şirkətinin bir tərəfli qaydada Müştərinin bütün açıq mövqelərini bağlamaq hüququ vardır.
15.7. Bu Ofertaya tərəflərin qarşılıqlı razılığı ilə istənilən vaxt xitam verilə bilər.
15.8. Bu Ofertanın xitamı halında, Müştərinin vəsaitlərinin qalığı İnvestisiya Şirkətinə və üçüncü tərəflərə Müştəri tərəfindən bu Oferta üzrə ödənilməli olan hər hansı tarif haqları və əlavə xərclər çıxılmaqla, Müştərinin İnvestisiya Şirkəti tərəfindən Müştərinin qalıq vəsaitlərinin köçürülməsi üçün rekvizitləri özündə əks etdirən yazılı müraciəti alındıqdan sonra 5 (beş) iş günü ərzində qaytarılmalıdır.
16. ÖDƏNİŞLƏR
16.1. Tərəflər arasındakı hesablaşmalar Müştəriyə təqdim olunan hesab-fakturaların əsasında aparılır və ya Müştərinin hesabından akseptsiz silinir. Müştəri düzgün şəkildə tərtib edilmiş hesab-fakturanı onu aldığı tarixdən 3 (üç) iş günü ərzində ödəməlidir.
16.2. Müştəri investisiya məsləhəti xidmətinin göstərilməsi nəticəsində hər hansı əqd bağlayıb- bağlamamasından asılı olmayaraq İnvestisiya Şirkətinə investisiya məsləhəti üzrə xidmət haqqı ödənilməsi həyata keçirməlidir. İnvestisiya məsləhətinə görə xidmət haqqı göstərilən xidmətin həcmindən asılı olaraq İnvestisiya Şirkəti tərəfindən müəyyən edilir.
16.3. Azərbaycan Respublikasının qanunvericiliyi tələb etmədiyi müddətcə İnvestisiya şirkəti heç bir zaman vergi münasibətləri üzrə məsul tərəf deyildir.
17. ŞİKAYƏTLƏRƏ BAXILMASI VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
17.1. Müştəri şikayətlərini şifahi formada təqdim etmək istədiyi təqdirdə aşağıdakı qaydaları nəzərə almalıdır:
17.1.1. Müştəri İş günləri ərzində saat 09:00-dan 17:00-dək İnvestisiya Şirkətinin Bakı şəhəri, 8 Noyabr prospekti, 15 (“Azure” Biznes Mərkəzi 12-ci mərtəbə, ofis 72) faktiki ünvanına yaxınlaşmaqla;
17.1.2.İş günləri ərzində saat 09:00-dan 17:00-dək İnvestisiya Şirkətinin (012) 541 33 33 (2789) əlaqə nömrəsi və ya 117 çağrı mərkəzi vasitəsilə əlaqə saxlamaqla;
17.1.3.İş günləri ərzində saat 09:00-dan 17:00-dək onunla bağlanmış müqavilədə Koordinatorun qeyd olunmuş əlaqə nömrəsi vasitəsilə əlaqə saxlamaqla müraciətini təqdim edə bilər.
17.2.Müştəri müraciəti yazılı formada təqdim etmək istədiyi təqdirdə aşağıdakı qaydaları nəzərə almalıdır:
17.2.1. Müştəri yazılmış ərizəni iş günləri ərzində saat 09:00-dan 17:00-dək İnvestisiya Şirkətinin Bakı şəhəri, 8 Noyabr prospekti, 15 (“Azure” Biznes Mərkəzi 12-ci mərtəbə, ofis 72) faktiki ünvanına şəxsən və ya poçt vasitəsilə göndərməklə;
17.2.2. Yazılmış ərizəni İnvestisiya Şirkətinin Koordinatorunun customercomplaints@unicapital.az elektron poçt ünvanına göndərməklə;
17.2.3. İnvestisiya Şirkətinin https://unicapital.az/elaqe/ keçidində yerləşən müraciət formasını doldurmaqla;
17.2.4. İnvestisiya Şirkətinin sosial şəbəkələrdə mövcud olan rəsmi səhifələri üzərindən birbaşa əlaqə hissəsində.
17.3.Yazılmış ərizə kağız daşıyıca təqdim edildikdə fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalı, tarixi qeyd edilməli, elektron sənəd formasında olduğu təqdirdə isə elektron imza ilə təsdiq edilməlidir.
17.4.İnvestisiya Şirkəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunun 10.1-ci maddəsinə əsasən Müştərinin müraciəti aldığı vaxtdan etibarən müraciətə ən geci 15 iş günü, əgər müraciət əlavə öyrənilmə və yoxlanılma tələb edilərsə, 30 iş günü müddətində baxır. Bu halda Müştəriyə müraciətə baxılma müddətinin hansı səbəblə uzadılması, sonrakı addımlar və cavabın hazır olacağı son tarix barədə aydın məlumat verilir. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi tələb olunan müraciətlərə qeyd olunan müddətdən daha tez baxıla bilər.
17.5.Daxil olan müraciət Koordinator tərəfindən müraciətin əhatə etdiyi sahə üzrə İnvestisiya Şirkətinin müvafiq struktur bölmə ilə müzakirə əsasında cavablandırılır və Müştəriyə çatdırılır.
17.6. İnvestisiya Şirkətinin telefon, elektron vasitə (elektron poçt, İnternet, Ticarət Platforması və s.), və ya rəsmi bildirişlə müştəridən sifariş qəbul etdiyi hallarda investisiya şirkətinin bu əmrlərlə bağlı daxili uçot sistemindəki qeydləri və ya müştəriyə telefon, elektron məktub və digər formalarda göndərilən hesabat və bildirişləri İnvestisiya Şirkəti ilə Müştəri arasında yarana biləcək mübahisələrin həlli zamanı rəsmi sübut kimi istifadə edilə bilər.
17.7. Müştəri ilə İnvestisiya Şirkəti arasında telefon, e-poçt və digər vasitələr üzərindən aparılan danışıq və yazışmalar gələcəkdə mübahisələrin həlli məqsədi ilə sübut qismində istifadə edilə bilər.
17.8. Bu Oferta ilə əhatə olunmayan məsələlər Azərbaycan Respublikasında qüvvədə olan hüquqi aktlara əsasən tənzimlənəcək.
17.9.Müştəri şikayətin nəticələri ilə razılaşmadığı təqdirdə 966 “Qaynar xətt” vasitəsilə və ya yazılı qaydada (poçt, elektron müraciət, telegram və digər vasitələrdən istifadə edərək) Azərbaycan Respublikasının Mərkəzi Bankına – AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90) müraciət edə bilər.
17.10. Bu Oferta üzrə yaranan bütün mübahisələr, münaqişələr, fikir ayrılıqları və/və ya tələblər Tərəflər arasında danışıqlar yolu ilə həll edilir.
17.11. Danışıqlar yolu ilə həll edilməyən mübahisələr tərəflərin buna qarşılıqlı razılığı olduqda mediator vasitəsilə həll edilə bilər.
17.12. Bu Oferta üzrə yaranan mübahisələrin Ofertanın 17.10-cu bəndində nəzərdə tutulduğu qaydada həlli mümkün olmadıqda həmin mübahisələrə qanunvericlikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmə tərəfindən baxılır.
18. YEKUN MÜDDƏALAR
Tərəflər razılığa gəlirlər ki, iş günləri - Azərbaycan Respublikasını Əmək Məcəlləsində müəyyən edilən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər qeyri-iş günləri istisna olmaqla, həftənin bazar ertəsindən cümə gününədək Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər olan dövr hesab ediləcək.