Sığortaçı -«A-Qroup» Sığorta Şirkəti Qapalı Tipli Səhmdar Cəmiyyəti. Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta
“TİKİNTİ-MONTAJ RİSKLƏRİN SIĞORTASI” QAYDALARI | ||
Səhifə 1 |
“TİKİNTİ-MONTAJ RİSKLƏRİN SIĞORTASI” QAYDALARI ANLAYIŞLAR
Əgər məzmunda başqa cür nəzərdə tutulmamışdırsa, Qaydalarda istifadə olunan termin və anlayışlar aşağıdakı
mənaları daşıyır:
Sığortaçı -«A-Qroup» Sığorta Şirkəti Qapalı Tipli Səhmdar Cəmiyyəti.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta
müqaviləsinin tərəfi.
Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs.
Franşiza- hər hansı bir ziyanın (zərərin) Sığortaçı tərəfindən ödənilməyən hissəsi.
Sığorta haqqı- risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta məbləği- sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə
ifadə olunan son həddi.
Sığorta hadisəsi- qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
Sığortanın müddəti- sığorta obyektinin sığortalanmış hesab olunduğu müddət.
Sığorta tarifi- sığorta haqqının sığorta məbləğindən faizlərlə ifadə olunmuş tarifi və ya sığorta haqqının hesablanması üçün əsas kimi götürülən göstərici üzrə tətbiq olunmuş faiz.
Sığorta ödənişi- sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası.
Sığorta obyekti- Sığortalının , yaxud sığorta olunanın tikinti və yaxud montaj işləri ilə xxxxx xxxx qanunazidd
olmayan hər hansı əmlak mənafeləri.
Sığortanın ərazisi - sığorta təminatının qüvvədə olduğu ərazi.
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Mövcud qanunvericiliyə uyğun olaraq və Tikinti-montaj risklərinin sığortası haqqında bu Qaydalara (bundan sonra «Qaydalar») əsasən, «A-Qroup» Sığorta Şirkəti (bundan sonra «Sığortaçı») hüquqi şəxslər və fəaliyyət qabiliyyəti xxxx fiziki şəxslər (bundan sonra «Sığortalı») ilə tikinti-montaj risklərinin könüllü sığortası üzrə müqavilələr (bundan sonra «sığorta müqaviləsi») bağlayır.
Konkret sığorta müqavilələrində sığortalının tikinti və yaxud montaj işlərinin yerinə yetirilməsindən asılı olaraq hazırkı qaydaların tikinti və yə montaj işlərinə aid xxxx müvafiq müddəaları tətbiq olunacaq.
1.2. Əsasında sığorta müqaviləsinin bağlandığı bu Qaydalar sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi
sayılır və həm Sığortaçı, həm də Sığortalı üçün məjburidir.
1.3. Bu Qaydalarda nəzərdə tutulan müddəalar, sığorta müqaviləsi bağlanılarkən və yaxud sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yazılı razılaşmaya əsasən dəyişdirilə (çıxarıla və yaxud əlavə edilə) bilər, bir şərtlə ki, belə dəyişikliklər qüvvədə xxxx qanunvericiliyə zidd olmasın. Konkret sığorta müqavilələrində bu Qaydalarla müəyyən edilməmiş olsa da, əlavə təminatlar nəzərdə tutula bilər.
2. SIĞORTA OBYEKTİ
2.1. Bu Qaydalara uyğun olaraq sığorta müqaviləsi üzrə sığorta obyekti Sığortalının bina və tikililərin tikilməsi, yol çəkilməsi, eləcə də qurğuların və avadanlığın montajı ilə xxxxx xxxx əmlak mənafeləridir.
2.2. Bölmə 1 - Sığorta müqaviləsi üzrə aşağıdakılar sığorta edilir (sığortanın predmetləri):
2.2.1. Sığortalı ilə bağlanmış xxxxxx müqavilələrinə və yaxud kontraktlara uyğun olaraq tikinti, montaj və digər işlərin obyektləri (bundan sonra «kontrakt işlərinin obyektləri»), o cümlədən tikinti materialları və konstruksiyaları, montaj edilən avadanlıq, əmək haqqları, ziyanın aradan qaldırılması ilə bağlı əmək haqqı xərcləri, daşınma xərcləri, gömrük rüsumları və yığımları.
2.2.2. İşlərin sifarişçisi tərəfindən təqdim olunan materiallar, avadanlıq və xidmətlər, bir şərtlə ki, onların dəyəri sığorta müqaviləsi üzrə ümumi sığorta məbləğinə ayrıca və əlavə olaraq daxil edilmişdir.
2.2.3. Tərəflərin sığorta müqaviləsində xüsusi olaraq şərtləşdirdiyi razılaşma üzrə, və xüsusi sığorta
məbləğləri müəyyən edildiyi halda, aşağıdakılar da sığorta edilə bilər:
2.2.3.1. Tikinti meydançası avadanlığı: müvəqqəti binalar və tikililər, anbar tikililəri, hasarlar,
tikinti meşələri, taxta qəlib, mühəndis şəbəkələri və digər oxşar avadanlıq;
2.2.3.2. Tikinti texnikası və mexanizmləri: məsələn, buldozerlər, ekskavatorlar, qreyderlər, skreperlər, yolbasan maşınlar, markalama maşınları, asfaltdüzənlər, yol frezerləri, kran və qaldırıcı mexanizmlər, malyükləyən maşınlar, betonqarışdıranlar, beton nasosları, kompressorlar və digər oxşar texnika və mexanizmlər;
2.2.3.3. Tikinti meydançasında və yaxud onun bilavasitə yaxınlığında yerləşən və sifarişçiyə və ya podratçıya məxsus xxxx və yaxud onlar tərəfindən saxlanılan və yaxud onların nəzarətində xxxx obyektlər və əşyalar (bu Qaydaların 2.2.1 və 2.2.3.1 - 2.2.3.2. bəndlərində sadalananlardan başqa) (bundan sonra «mövcud əmlak»);
2.2.3.4. Baş verməsi nəticəsində dəyən zərər sığorta müqaviləsinə uyğun olaraq ödənilməli xxxx hadisə ilə əlaqədar zəruri xxxx ərazi təmizlənməsi üzrə xərclər. Təmizlənmə üzrə xərclər elə məsrəflər sayılır ki, həmin məsrəflər sığorta hadisəsi baş verdikdən sonra, kontrakt işlərinin aparılması üçün tikinti ərazisinin müvafiq vəziyyətə gətirilməsi məqsədilə aparılmalı olsun.
2.3. Bölmə 2 - İnşaat və/və ya montaj işləri nəticəsində üçüncü şəxslərə dəyən zərərlərə görə Sığortalının Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası.
3. SIĞORTA HADİSƏLƏRİ
3.1. Sığorta hadisəsi bu Qaydalarla və / və ya sığorta müqaviləsi ilə istisna olunmayan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən, sığorta müqaviləsində göstərilən kontrakt işləri obyektlərinin və/və ya sığorta olunmuş əmlakın məhv olmasına və yaxud ziyana məruz qalmasına səbəb xxxx, həmçinin konkret sığorta müqavilələrində nəzərdə tutulduğu halda tikinti və montaj içləri ilə əlaqədar Sığortalının Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə səbəb xxxx və Sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini yaradan hadisədir.
3.2. Sığortaçı Sığortalıya (Faydalanan şəxs) belə məhv olma və yaxud ziyana məruz qalmanın səbəb olduğu birbaşa zərəri, eləcə də sığorta hadisəsi ilə əlaqədar meydana çıxan ərazinin təmizlənməsi üzrə xərcləri sığorta müqaviləsinin müvafiq bəndlərində müəyyən edilmiş sığorta məbləğləri həddində ödəyir.
3.3. Ümumi İstisnalar (Bölmə 1 və 2 üzrə):
Bilavasitə və yaxud dolayısı ilə aşağıdakı hadisələr nətiсəsində meydana çıxan, yaranan və ya xxxxx zərər ödənilmir:
3.3.1. İstənilən formada müharibə hərəkətləri, tədbirləri və ya onlarla xxxxx, xxxx, bomba, digər müharibə alətinin tətbiq olunması (müharibənin elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, qiyam, inqilab, üsyan, tətil, lokaut, vətəndaş çaxnaşmaları, qəsd, hakimiyyəti hərbi və yaxud qanunazidd yolla zəbt edilməsi, de-yure və yaxud de-fakto mövcud xxxx hakimiyyət orqanları və ya siyasi təşkilatların, eləcə də onların tapşırığı ilə hərəkət edən və yaxud onlarla qarşılıqlı əlaqədə xxxx şəxslərin sərəncamı ilə müsadirə olunma, rekvizisiya, həbs qoyulması, məhv edilməsi və yaxud zərər vurulması, cinayətkarların və terrorçuların hərəkətləri;
3.3.2. Şüalanma və yaxud radioaktiv çirklənmələr, ionlaşdıran nüvə partlayışı;
3.3.3. Sığortalının, Xxxxxxxxxx şəxsin, onların rəhbər işçilərinin və yaxud onların nümayəndələrinin, eləcə də öz adından olsa da, Sığortalının və yaxud Xxxxxxxxxx şəxsin göstərişi ilə və onların mənafeyini güdərək hərəkət edən şəxslərin qərəzliliyi, həmçinin qeyd olunan şəxslərin hər hansı birinin sığorta olunmuş əmlakla bağlı müəyyən edilmiş davranış qaydalarının pozulması;
Qeyd: Sığortalı, Xxxxxxxxxx şəxs, onların rəhbər işçisi və yaxud nümayəndəsi qəsdən hərəkət etmiş o zaman sayılır ki, əgər o, öz hərəkətlərinin (hərəkətsizliyinin) təhlükəli olduğunu dərk edirmiş, sığorta hadisəsinin baş verməsi mümkünlüyünü görürmüş, və şüurlu surətdə sığorta hadisəsinin baş verməsinə yol verirmiş yaxud buna etinasız münasibət bəsləyirmiş;
3.3.4. Sığorta hadisəsi baş verməmişdən əvvəl mövcüd xxxx, xxxxx barəsində Sığortaçiya məlumat verilməyən səhvlər, çatışmamazlıqlar və ya qüsurlar;
3.3.5. İşlərin tam və yaxud qismən dayandırılması.
3.3.6. Sığortalının görəcəyi işlərin mürəkkəbliyindən, mahiyyətindən, yerinə yetirilmə yerindən, səraitindən və üsulundan asılı olaraq konkret sığorta müqavilələrinə qanunvericiliyə zidd olmayan əlavə istisnalar və məhdudiyyətlər tətbiq edilə bilər.
3.4. Sığortaçının 3.3 bəndinin şərtlərinə uyğun olaraq, zərərin ödənilə bilməyəcəyini bəyan etdiyi bütün hallarda, bunun əksini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür.
3.5. Bu Qaydalara uyğun olaraq Sığortaçı Bölmə 1 və 2 üzrə aşağıdakılarla əlaqədar xxxx zərərlər üzrə ödəniş həyata keçirmir:
3.5.1. Sığorta müqaviləsində hər bir ayrıca sığorta hadisəsi və yaxud bir səbəbdən törənən hadisələr zənciri üzrə göstərilən franşizalar;
3.5.2. Kontraktın təxirə salınması, pozulması və ya ləğv edilməsi, həmcinin sığortalının 3-cü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəbbə pulu, cərimələr, ziyan, və əldən çıxmış fayda da daxil olmaqla hər hansı növdən xxxx vasitəli zərərlər;
3.5.3. Tikinti və yol çəkilməsi işlərinin sığortalanmasına dair müqavilələr üzrə: layihə səhvləri
nəticəsində yaranan zərər;
Montaj işlərinin sığortalanmasına dair müqavilələr üzrə: layihə səhvləri, qüsurlu materiallardan istifadə olunması, işlərin layihəyə uyğun aparılmaması nəticəsində yaranan zərər.
3.5.4. Köhnəlmə, korroziya, oksidləşmə, çürümə, öz-özünə alışma və materialların digər xüsusi əlamətlərinin və yaxud təbii keyfiyyətlərinin təsiri, eləcə də istifadə olunmaması və ya adi hava şəraitinin təsiri nəticəsində ayrı-ayrı əşyaların dəyərinin aşağı düşməsi.;
3.5.5. Xarici faktorların səbəb olmadığı tikinti texnikasının, avadanlıqlarının və maşınlarının daxili sınmaları və tikinti meydançasının avadanlığının nasazlığı. Sığorta müqaviləsində xüsusi nəzərdə tutulduğu halda bu istisnaya təminat verilə bilər;
3.5.6. Ümumi istifadədə xxxx yollarda istismarına qanunla icazə verilən nəqliyyat vasitəsi, su və ya hava nəqliyyat vasitəsinin itməsi, məxv olması və ya onlara ziyan dəyməsi. Sığorta müqaviləsində xüsusi nəzərdə tutulduğu halda bu istisnaya təminat verilə bilər ;
3.5.7. Qüsurlu materialların, predmetlərin və ya onların hissələrinin dəyişdirilməsi, təmiri və yaxud aradan qaldırılması üzrə xərclər, yaxud yerinə yetirilmiş kontrakt işlərində çatışmamazlıqlar. Sığorta müqaviləsində xüsusi nəzərdə tutulduğu halda bu istisna yalnız bilavasitə qüsurlu material və əşyalara aiddir, və qüsurlu materialların və əşyaların tətbiqinin və ya yerinə yetirilmiş kontrakt işlərindəki çatışmamazlıqların səbəb olduğu sığorta hadisəsi nəticəsində saz hissələrin və düzgün qurulmuş konstruksiyaların məhvinə və yaxud onlara ziyan dəyməsinə şamil olunmur;
3.5.8. Sənədlərin, çertyojların, mühasibat kitablarının, hesablarının, pul vəsaitlərinin, ştamp və möhürlərin, borc öhdəliklərinin, qiymətli kağızların, çeklərin, məlumatların, kompüter proqramlarının və yaxud məlumat bazasının itməsi, məhv olması və ya onlara zərər dəyməsi;
3.5.9. Yanacaq-sürtgü materiallarının, kimyəvi preparatların, soyuducu mayelərin və digər xərclənən materialların, xüsusi geyimlərin və ərzaq məhsullarının, eləcə də sığorta olunmuş obyektin istehsal etdiyi məhsulun itməsi, məhv olması və ya onlara zərər dəyməsi;
3.5.10. Yalnız adi qaydada aparılmış inventarizasiya nəticəsində aşkar edilmiş çatışmamazlıqlar və
yaxud zərərlər;
3.5.11. Sığorta olunmuş əmlakın müəmmalı qeyb olması;
3.5.12. Sığorta olunmuş kontrakt işlərinin tərkib hissəsi olmayan və tikinti meydançasında və yaxud onun bilavasitə yaxınlığında yerləşən əmlakın məhv olması və ya onlara ziyan dəyməsi (bu Qaydaların 2.2.3. bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla);
3.5.13. Tədqiqat və yaxud sınaq işləri aparılması nəticəsində yaranan ziyan. Sığorta müqaviləsində
xüsusi nəzərdə tutulduğu halda bu istisnaya təminat verilə bilər.
3.6. Tikinti meydançasında mövcud xxxx əmlakın (bu şərtlə ki, o, bu Qaydaların 2.2.3.3 bəndinə uyğun olaraq sığorta edilmişdir) məhvi və yaxud ona ziyan dəyməsi nəticəsində yaranan zərər yalnız o halda ödənilir ki, belə məhv olma və yaxud ziyan işlərin yerinə yetirilməsi ilə bilavasitə əlaqəli olsun.
3.7. Bölmə 2 üzrə Şərtlər:
3.7.1. Sığortaçı, 1-ci Bölmədə sığortalanan obyektlərin inşaat işlərinin və ya montaj işlərinin birbaşa nəticəsində, Sığorta müddəti ərzində, sığorta obyektində və ya onun bilavasitə yaxınlığında baş verən aşağıda göstərilən hallar nəticəsində dəymiş zərər kimi Sığortalının qanuni olaraq ödəməli olduğu bütün məbləğlərinin əvəzini, Sığorta müqaviləsində göstərilən məbləğə qədər amma bu məbləği aşmamaq şərti ilə ödəməyi öz öhdəsinə götürür:
a) üçüncü şəxslərə bədbəxt hadisə nəticəsində dəyən bədən xəsarəti və ya xəstəliyi (ölümcül və ya xxx),
b) üçüncü şəxslərə məxsus xxxx əmlakın məhv olması, itməsi və ya bu əmlaklara zərər dəyməsi, Kompensasiya ilə xxxxx xxxx iddia ilə əlaqəli Sığortaçı Sığortalını əlavə olaraq aşağıdakılara qarşı
kompensasiya ilə təmin edəcəkdir:
a) bu təminat üzrə sığorta predmetlərinə dair kompensasiya tələb etməyə hüququ xxxx istənilən
iddiaçının iddiası əsasında Sığortalı tərəfindən ödənilən bütün məhkəmə xərcləri,
b) Sığortaçının yazılı razılığı əsasında ödənilən bütün xərcləri,
bu şərtlə ki, bu Bölmə üzrə Sığortaçının məsuliyyəti Sığorta müqaviləsində göstərilən bu Bölmə üzrə məsuliyyət məbləğini aşmasın.
3.7.2. Xüsusi istisnalar
Sığortaçı Sığortalını aşağıda göstərilən hallarda kompensasiya ilə təmin etmir:
1. Sığorta müqaviləsində Sığortalının məsuliyyətində xxxx hər bir ayrıca sığorta hadisəsi üzrə göstərilən franşizalar;
2. hazırkı Qaydaların 1-ci Bölməsində sığortalanan və ya bu bəndlər ilə sığortalana bilən obyektlərin hazırlanması və ya yenidən hazırlanması, yaxşılaşdırılması, dəyişdirilməsi və ya təmiri nəticəsində meydana çıxan xərclər;
3. hər hansı əmlak, torpaq və ya xxxxxx vibrasiya və ya dayağın götürülməsi və ya zəiflədilməsi, nəticəsində dəyən hər hansı ziyana görə və ya belə ziyan nəticəsində hər hansı şəxsə və ya əmlaka dəyən ziyana görə (Xüsusi olaraq əlavə təminat kimi sığorta təminatına daxil edilə bilər);
4. aşağıdakılar nəticəsində yaranan məsuliyyət:
a) hazırkı Qaydaların 1-ci Bölməsində sığortalanan layihə və onun hər hansı hissəsi ilə xxxxx xxxx Kontraktor (İcraçı) və ya Prinsipalların (Sifarişçinin) və ya bu layihə ilə əlaqəli xxxx hər hansı şirkətin işçilərinə və ya onların ailə üzvlərinə dəyən hər hansı bədən xəsarəti və ya onların xəstəliyi;
b) hazırkı Qaydaların 1-ci Bölməsində sığortalanan layihə və onun hər hansı hissəsi ilə xxxxx xxxx Kontraktor (İcraçı) və ya Prinsipalların (Sifarişçinin) və ya bu layihə ilə əlaqəli xxxx hər hansı şirkətin və ya onların işçilərinə məxsus xxxx, yaxud onların himayəsində, mühafizəsində və ya nəzarətində xxxx əmlaka zərər dəyməsi, itməsi və ya məhv olması.
c) ümumi istifadədə xxxx yollarda istismarına qanunla icazə verilən nəqliyyat vasitəsi, su və ya hava nəqliyyat vasitəsi tərəfindən vurulan hər hansı zərər;
3.7.3. Xüsusi şərtlər.
1. Sığortaçının yazılı razılığı olmadan Sığortalı və ya onun adından çıxış edən heç bir şəxs sığorta iddialarının tənzimlənməsi ilə əlaqədar güzəştə getmək, təklif irəli sürmək, vəd vermək, ödəniş etmək və öhdəliyi etiraf etmək hüququna malik deyil; Sığortaçı öz mülahizəsinə əsasən, Sığortalının adından onu müdafiə etmək, zərərləri tənzimləmək və ya Sığortalının adından öz xeyrinə zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaq, yaxud başqa cür hərəkət etmək hüququna malikdir. Sığortaçı işlərin aparılması və zərərlərin tənzimlənməsi xxxxxx xxx fəaliyyət azadlığına malikdir. Sığortalı Sığortaçıya tələb olunan bütün məlumatları verməli və ona kömək etməlidir.
2. Sığortaçı hər hansı bir sığorta hadisəsi nəticəsində sığorta məsuliyyəti məbləğini (bu halda kompensasiya kimi əvvəllər ödənilmiş məbləğlər çıxılır), yaxud sığorta ödənişinin miqdarının müəyyən edilməsinə dair sığortalı ilə razılaşdırılmış məbləği Sığortalıya ödəməklə hazırkı təminat çərçivəsində belə sığorta hadisəsi üzrə sonrakı məsuliyyətdən azad olur.
4. SIĞORTA MƏBLƏĞİ
4.1. Sığorta məbləği sığorta müqaviləsi ilə müəyyən edilən elə pul məbləğidir ki, Sığortaçı sığorta hadisəsinin (sığorta hadisələrinin) baş verdiyi təqdirdə, sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada, bu məbləğ həddində sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür. Sığorta Sığortalının və yaxud Xxxxxxxxxx şəxsin əsassız olaraq varlanması üçün mənbə ola bilməz.
4.2. Bölmə 1 üzrə - Sığorta müqaviləsində sığorta məbləğləri hər bir sığorta edilmiş obyekt üzrə ayrıca olaraq
aşağıdakı qaydada müəyyən edilir:
4.2.1. Kontrakt işləri obyektləri üçün – onların tam kontrakt (smeta) dəyəri əsasında, tikinti materialları və konstruksiyaları, montaj edilən avadanlıq, əmək haqqları, ziyanın aradan qaldırılması ilə bağlı əmək haqqı xərcləri, daşınma xərcləri, gömrük rüsum və yığımları daxil olmaqla.
4.2.2. İşlərin sifarişçisi tərəfindən təqdim olunan materiallar, avadanlıq və xidmətlər üçün – bu materialların, avadanlığın və xidmətlərin həqiqi dəyəri əsasında, xxxxx mövcüd bazar dəyərindən artıq olmayan məbləğdə.
4.2.3. Tikinti meydançası avadanlığı, tikinti texnikası və mexanizmləri üçün – sığorta olunmuş
obyektlərlə eyni növ və eyni gücdə xxxx təzə obyektlərin alış dəyəri əsasında.
4.3. Sığorta müqaviləsində bu və ya digər hadisə nəticəsində baş verən bir sığorta hadisəsi üzrə həyata keçirilən sığorta ödənişinə münasibətdə Sığortaçının məsuliyyət həddi nəzərdə tutula bilər. Bu halda, Sığortaçının belə sığorta hadisəsi nəticəsində dəyən bütün növ zərərlər üzrə ödəməli olduğu pul vəsaitlərinin ümumi məbləği müəyyən edilmiş məsuliyyət həddindən artıq ola bilməz.
4.4. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində kontrakt işləri obyektlərinin və/və yaxud digər sığorta olunmuş əmlakın dəyərinin dəyişdiyi təqdirdə, Sığortalı bu barədə Sığortaçıya məlumat verməlidir və sığorta müqaviləsinə sığorta məbləğlərinin müvafiq dəyişməsi barədə məlumat daxil edilir.
4.5. Əgər sığorta hadisəsi baş verən zaman müəyyən edilərsə ki, bəyan olunmuş sığorta məbləğləri bu Qaydaların 4.2. bəndinə uyğun olaraq tələb ediləndən az miqdardadır, onda Sığortaçı Sığortalıya (Faydalanan şəxs) sığorta məbləğinin sığorta olunmuş kontrakt işləri obyektlərinin və/və yaxud əmlakın dəyərinə xxxx nisbətinə proporsional olaraq, dəymiş zərərin yalnız bir hissəsini ödəyir. Bu müddəa hər bir obyektə və hər bir növ xərcə ayrıca olaraq şamil edilir. Bu bənddə göstərilən müddəalar yalnız 1-ci Bölmə üzrə sığorta obyektlərinə aiddir.
4.6. Sığorta ödənişi həyata keçiriləndən sonra, sığorta məbləği həyata keçirilmiş ödəniş həcmində azalır. Ziyan dəymiş əmlakın bərpa olunduğu və yaxud əvəz edildiyi təqdirdə, Sığortalı əlavə sığorta haqqının ödənilməsi şərtilə ilkin sığorta məbləğlərini bərpa etmək hüququna malikdir. Bu bənddə göstərilən müddəalar yalnız 1-ci Bölmə üzrə sığorta obyektlərinə aiddir.
5. FRANŞİZA (xxxx xxxx)
5.1. Tərəflərin razılığı ilə sığorta müqaviləsində zərərin ödənilməsində Sığortalının öz iştirak payı – franşiza nəzərdə tutula bilər. Franşiza pul məbləği və yaxud sığorta məbləğinin və ya dəymiş zərərlərin müəyyən xxxxx şəklində müəyyən oluna bilər.
5.2. Sığorta müqavilsində Şərtsiz və ya Şərtli Franşıza nəzərdə tutula bilər.
5.3. Bir neçə sığorta hadisəsinin baş verməsi halında, franşiza məbləği hər bir hadisə üzrə həyata keçirilən sığorta ödənişi məbləğindən ayrıca olaraq çıxılır. Bu zaman, əgər təbii fəlakətin davamlılığı 72 saatdan artıq deyilsə, onda belə təbii fəlakətə bir sığorta hadisəsi kimi baxılır (bu maddənin 2-ci cümləsində göstərilən şərt 2-ci Bölməyə tətbiq edilmir).
5.4. Əgər bir sığorta hadisəsi nəticəsində, sığorta müqaviləsində barəsində ayrıсa franşiza nəzərdə tutulmuş bir neçə sığorta olunmuş obyektə və ya obyektlər qrupuna ziyan dəyirsə, onda franşizalar hər bir obyekt və ya obyektlər qrupu üzrə həyata keçirilən sığorta ödənişi məbləğindən ayrıca olaraq çıxılır.
6. SIĞORTA HAQQI
6.1. Sığorta haqqı dedikdə Sığortalının Sığortaçı tərəfindən verilən sığorta təminatının müqabilində sığorta müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə Sığortaçıya ödəməli olduğu pul vəsaitləri başa düşülür. Sığorta haqqı sığorta tarifi əsasında hesablanır.
6.2. Sığorta haqqı müvafiq pul vəsaitləri Sığortaçının bank hesabına və yaxud kassasına daxil olduğu anda
ödənilmiş hesab edilir.
6.3. Sığorta haqqı (onun hər iki tərəfin razılaşdırdığı ilk ödəniş hissəsi) Sığortaçıya sığorta müqaviləsinin imzalandığı tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir. Əgər müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, ilk və yaxud birdəfəlik sığorta haqqı vaxtında ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azaddır. Əgər sığorta haqqı vaxtında ödənilmirsə, Sığortaçı onun ödənilməsi üçün yazılı şəkildə iki həftəlik müddət təyin etmək hüququna malikdir. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
Əgər sığorta hadisəsi sığorta haqqının ödənilmə müddəti başa çatdıqdan sonra baş verirsə və bu tarixə qədər Sığortalı haqqın və ya faizlərin ödənilməsini gecikdirirsə, onda Sığortaçı öz öhdəliklərindən azad edilir.
7. SIĞORTA TƏMİNATININ QÜVVƏDƏ OLDUĞU ƏRAZİ
7.1. Bu Qaydalara uyğun olaraq təqdim edilən sığorta təminatı sığorta müqaviləsində göstərilən tikinti meydançasının ərazisi daxilində qüvvədədir. Sığorta olunmuş əmlakın bir hissəsinin əsas tikinti meydançasından ayrıca olaraq yerləşdiyi təqdirdə, sığorta təminatı bu əmlaka yalnız sığorta müqaviləsində xüsusi olaraq şərtləndirildiyi xxxxx xxxxx olunur.
7.2. Tərəflər arasında əldə olunmuş və sığorta müqaviləsində təsbit edilmiş müvafiq razılaşmanın olması halında, sığorta təminatı materialların və avadanlığın tikinti meydançasından ayrıca olaraq yerləşən anbardan əsas tikinti meydançasına daşınmasına, eləcə də yüklərin gətirilmə nöqtəsindən tikinti meydançasına daşınmasına şamil oluna bilər.
7.3. 2-ci Bölmə üzrə sığorta təminatının qüvvədə olduğu ərazı hazırkı Qaydaların 3.7. maddəsinə müfaviq olaraq müəyyən olunur.
8. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, QÜVVƏDƏ OLMA MÜDDƏTİ VƏ BAŞA
ÇATMASI
8.1. Sığorta müqaviləsi dedikdə Sığortalı ilə Sığortaçı arasında elə razılaşma nəzərdə tutulur ki, həmin razılaşmaya əsasən, Sığortaçı müqavilədə şərtləndirilmiş sığorta haqqının müqabilində müqavilə ilə nəzərdə tutulmuş sığorta hadisəsi baş verən zaman Sığortalıya müqavilədə müəyyən olunmuş sığorta məbləği çərçivəsində sığorta ödənişi həyata keçirməyi öz öhdəsinə götürür.
8.2. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanılır. Sığortalı və yaxud sığorta müqaviləsi imzalamaq səlahiyyəti xxxx digər şəxs tərəfindən imzalanmalı xxxx ərizədə sığorta obyektləri barədə bütün zəruri məlumatlar öz əksini tapmalıdır. Sığorta müqaviləsi bağlandıqdan sonra ərizə Sığortaçıda saxlanılır.
8.3. Sığorta müqaviləsi bağlanarkən, Sığortalı ona məlum xxxx, sığorta olunan müqavilə işləri obyektləri və/və yaxud əmlak üzrə xxxxxx səviyyəsini müəyyən etmək üçün əhəmiyyətli rol oynayan bütün hallar barədə Sığortaçıya məlumat verməlidir. Sığortalı həm də risk səviyyəsini müəyyən etmək məqsədilə Sığortaçının ona verdiyi bütün sualları cavablandırmalıdır. Əgər müəyyən edilərsə ki, Xxxxxxxxxxxx verdiyi məlumatlar tam şəkildə yaxud qismən həqiqətə uyğun deyildir, və Sığortalı qəsdən yanlış məlumat vermişdir, onda Sığortaçı sığorta müqaviləsinin etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Belə müqavilənin etibarsız hesab edilməsi təqdirində, Sığortaçı müqavilə üzrə hər hansı ödənişi artıq həyata keçirmiş olarsa, Sığortalı aparılmış bütün ödənişləri tam həcmdə Sığortaçıya qaytarır.
8.4. Əgər sığorta müqaviləsində başqa qayda müəyyən edilməyibsə, sığorta müqaviləsi özündə əks etdirdiyi sığorta müddətinin başlanma tarixi kimi göstərilən tarixdən qüvvəyə minir. Xxxxx, Sığortaçının məsuliyyəti, bunlardan hansının daha tez baş verməsindən asılı olaraq, ya kontrakt işlərinin başlanması ya da sığorta olunmuş əmlakın sığorta müqaviləsində göstərilən tikinti meydançasına boşaldılması anından tez olmayaraq başlayır.
8.5. Sığorta müqaviləsi kontrakt işlərinin həyata keçirilməsinin, avadanlığın boş və işlək sınaqlarının aparılmasının bütün dövrü, və yaxud tərəflərin razılaşdıqları və sığorta müqaviləsində göstərilən digər müddət (sığorta müddəti) üçün bağlanılır.
8.6. Sığorta müddətinin başa çatması:
8.6.1. İnşaat işləri üzrə: Sığorta müqaviləsinin qüvvəsi bilavasitə kontrakt işlərinin qəbul edilməsindən və ya istismara verilməsindən sonra başa çatır.
8.6.2. – Montaj işləri üzrə: Sığorta müqaviləsinin qüvvəsi bilavasitə kontrakt işlərinin qəbul edilməsindən sonra, yaxud bunlardan hansının daha tez baş verməsindən asılı olaraq ya ilk sınaq ya da yüklənmə altında ilk sınaq qurtardıqdan sonra, xxxxx hər bir halda sınaqların başlandığı tarixdən keçmiş dörd həftədən gec olmayaraq başa çatır (əgər sığorta müqaviləsində başqa cür razılaşdırılmayıbsa).
İstifadədə olmuş əşyalara münasibətdə sığorta müqaviləsinin qüvvəsi bilavasitə yoxlama sınaqları başlandıqdan sonra başa çatır.
Hazırkı qaydaların 8.6.1 və 8.6.2-ci bəndlərində müəyyən edilən müddət istənilən halda konkret sığorta müqaviləsində müəyyən olunmuş sığorta müddətindən artıq ola bilməz.
8.7. Əgər tikilən obyektin bir hissəsi və yaxud avadanlığın bir və ya bir neçə xxxxxx işlərin sifarişçisi tərəfindən istismara verilirsə yaxud qəbul edilirsə, onda sığorta müqaviləsinin tikilən obyektin bu hissəsinə və ya avadanlığın müvafiq vahidlərinə münasibətdə qüvvəsi başa çatır, sığorta müqaviləsinin obyektin digər hissələrinə (avadanlıq vahidlərinə) münasibətdə qüvvəsi isə davam edir.
8.8. Sığorta müqaviləsi aşağıdakı hallarda başa çatır:
8.8.1. Bu Qaydaların 8.6 – 8.8 yarımbəndlərinin müddəaları nəzərə alınmaq şərtilə, müqavilədə sığorta
təminatının başa çatması tarixi kimi göstərilən gündə sığorta müddətinin başa çatması;
8.8.2. Sığortaçı tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərin tam həcmdə (sığorta məbləği miqdarında
zərərin ödənilməsi) icra olunması;
8.8.3. Sığortaçının Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv
olunması;
8.8.4. Sığorta müqaviləsinin məhkəmənin qərarı ilə etibarsız sayılması;
8.8.5 Tərəflərin razılığı ilə;
8.8.6. Qüvvədə xxxx qanunvericilik, bu Qaydalar və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
8.9. Əgər işlərin sürətləndirilməsi nəticəsində sığorta müqaviləsi sığorta müqaviləsində göstərilmiş sığorta
müddətinin bitdiyi tarixdən tez başa çatırsa, sığorta haqqının heç bir hissəsi xxxx qaytarılmır.
8.10. Əgər sığorta müqaviləsi qüvvəyə mindikdən sonra sığorta hadisəsindən başqa digər səbəblər üzündən (o cümlədən, sığorta olunmuş əmlakın sığorta hadisəsindən deyil, digər səbəblər üzündən məhvi) sığorta hadisəsinin baş verməsi mümkünlüyü aradan qalxarsa və sığorta riskinin mövcudluğu başa çatarsa, sığorta müqaviləsi onun bağlandığı müddətdən əvvəl başa çatır.
Sığorta müqaviləsi bu bənddə göstərilən səbəblər üzündən vaxtından əvəl başa çatırsa, ötməmiş dövr üçün Sığortalıya sığorta haqqının bir hissəsi qaytarılır (bu Qaydaların 8.10. bəndində nəzərdə tutulan hallardan başqa).
8.11.1. Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
8.12. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
8.12.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
8.12.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
8.12.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
8.12.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 8.12. maddəsinin 8.12.1-ci və 8.12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.12.5. Sığorta müqaviləsi Xxxxx Xxxxxxxxxx 919.2-ci maddəsində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Qaydaların 8.12. maddəsinin 8.12.2-cü və 8.12.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
8.13. Sığorta müqaviləsinə fiziki şəxs-Sığortalının ölümü, hüquqi şəxs Sığortalının ləğv olunması ilə əlaqədar xitam verilən halda, Sığortaçı müqavilənin müddətinin qurtarmamış hissəsi üçün əvvəlcədən ödənilmiş sığorta haqlarını ölən fiziki şəxs -Sığortalının qanuni varisinə, ləğv xxxx hüquqi şəxs Sığortalının hüquqi varisinə xxxx qaytarır.
9. RİSK DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ
9.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortalı (Faydalanan şəxs) Sığortaçıya xxxxxx dərəcəsinin dəyişməsinə səbəb xxxx xxxxxx (məsələn, podratçıların əvəz edilməsi, işlərin yerinə yetirilmə müddətlərinin dəyişməsi, layihənin əhəmiyyətli dərəcədə dəyişilməsi və yaxud layihədən əhəmiyyətli dərəcədə kənarlaşmalar, sığorta ərazisində kontrakt işləri ilə əlaqədar olmayan digər işlərin aparılması, yerinə yetirilən işlərin təhlükəlilik dərəcəsinin artması və digər oxşar hallar) bərədə dərhal, bu haqda ona məlum olan kimi, yazılı şəkildə məlumat verməli, eləcə də öz hesabına baş verən halda zəruri xxxx bütün əlavə ehtiyatlılıq tədbirlərini həyata keçirməlidir.
9.2. Risk dərəcəsinin artmasına səbəb xxxx xxxxxx barədə məlumatlandırılan Sığortaçı sığorta müqaviləsini vaxtından əvvəl ləğv etmək və ya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və yaxud risk dərəcəsinin artmasına uyğun olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
Əgər Sığortalı (Faydalanan şəxs) sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsinə və yaxud əlavə sığorta haqqının ödənilməsinə etiraz edirsə, Sığortaçı sığorta müqaviləsinin xitam edilməsini tələb etmək hüququnu əldə edir.
9.3. Əgər Sığortalı bu Qaydaların 9.1. bəndi üzrə öz öhdəliklərini pozarsa, Sığortaçı sığorta müqaviləsinə xitam verilməsini və müqaviləyə xitam verilməsi ilə əlaqədar dəyən zərərlərin ödənilməsini tələb etmək hüququnu , sığorta hadisəsi baş verən təqdirdə isə bu hadisə üzrə sığorta ödənişi həyata keçirməkdən imtina etmək hüququ əldə edir.
9.4. Risk dərəcəsinin artmasının baş verməsindən asılı olmayaraq, Sığortaçının hüququ vardır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində tikinti meydançasının vəziyyətini, avadanlıqların və materialların mühafizə şəraitini, işlərin müfaviq peşə biliklərinə xxxxx xxxx şəxslər tərəfindən yerinə yetirilməsini, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi vəziyətini, eləcə də Sığortalının ona təqdim elədiyi məlumatların həqiqətə uyğunluğunu yoxlasın, bu maddədə qeyd edlən halların yoxlanılması üçün zəruri hesab etdiyi sənədlərin əslləri ilə xxxxx olsun, onlardan surətlər çıxartsın, sığortalının işçilərinin izahatını alsın. Sığortalı Sığrotaçının bu hüqunun maneəsiz və mümkün xxxx qədər tez və təxirəsalmadan həyata keçirilməsi üçün özünün bütün səlahiyyətli vəzifəli şəxslərini təlimatlandırmalıdır.
10. TƏHLÜKƏSİZLİK NORMALARININ POZULMASI
10.1. Sığortalı öz hesabına bütün zəruri ehtiyat tədbirləri görməli, ziyanın qarşısının alınması ilə bağlı Sığortaçının tövsiyələrini yerinə yetirməli, eləcə də qanunun tələblərinə, təhlükəsizlik normalarına, avadanlıq və materialların istehsalçılarının tövsiyələrinə riayət etməlidir.
10.2. Əgər Sığortalı yanğın əleyhinə təhlükəsizlik, bina və əmlakın mühafizəsi, işlərin aparılması təhlükəsizliyi üzrə qanunlarda və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qayda və normaları və yaxud digər analoji normaları pozursa, və yaxud belə pozuntu halları Sığortalının razılığı ilə həyata keçirilirsə, onda
belə pozuntu halları risk dərəcəsinin artmasına səbəb xxxx xxxxxx sayılır (bu Qaydaların 9.1. bəndinə baxın).
10.3. Sığortaçı birbaşa səbəbi təhlükəsizlik normalarının pozulması xxxx sığorta hadisələri üzrə ödəniş aparmaqdan imtina etmək hüququna malikdir. Xxxxx, əgər bu normaların pozulması sığorta hadisəsinin baş verməsi səbəbləri ilə əlaqədar deyilsə, sığorta ödənişi həyata keçirilir.
11. İKİQAT SIĞORTA
11.1. Sığortalı Sığortaçının sığortaladığı kontrakt işləri obyektləri və ya əmlakla əlaqədar digər sığorta
təşkilatları ilə bağladığı bütün sığorta müqavilələri barədə Sığortaçıya məlumat verməlidir.
11.2. Əgər sığorta hadisəsi baş verən zaman Sığortaçının sığorta etdiyi kontrakt işləri obyektlərinə və yaxud əmlaka münasibətdə digər sığorta müqavilələri qüvvədə olmuşdursa, sığorta hadisəsi üzrə ödəniş belə obyektlərin və ya əmlakın hər bir Sığortaçı vasitəsilə sığorta edildiyi sığorta məbləğlərinin bütün sığorta müqavilələri üzrə ümumi sığorta məbləğlərinə xxxx nisbətinə proporsional olaraq bölüşdürülür, Sığortaçı isə bu Qaydaların 4.5. bəndinin müddəaları nəzərə alınmaqla yalnız onun payına düşən hissəni ödəyir.
12. ÜÇÜNCÜ ŞƏXSİN XEYRİNƏ SIĞORTA. FAYDALANAN ŞƏXS
12.1. Sığortalı sığorta edilmiş kontrakt işləri obyektləri və yaxud əmlakla bağlı qanun, hər hansı digər normativ hüquqi akt və ya müqavilədən irəli gələn mənafeyi xxxx üçüncü şəxsin (Faydalanan şəxs) xeyrinə sığorta müqaviləsi bağlamaq hüququna malikdir.
12.2. Sığortalı sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində müqavilədə adı göstərilən Xxxxxxxxxx şəxsi digər şəxslə əvəz edə bilər. Sığortalı Xxxxxxxxxx şəxsin dəyişdirilməsi barədə Sığortaçıya yazılı şəkildə məlumat verməlidir.
Xxxxxxxxxx şəxs digər şəxslə sığorta hadisəsi baş verdikdən, Xxxxxxxxxx şəxsin sığorta müqaviləsi üzrə öhdəliklərdən hər hansı birini yerinə yetirdikdən və yaxud Sığortaçıya sığorta ödənişini həyata keçirmək barədə tələb təqdim elədikdən sonra əvəz oluna bilməz.
12.3. Xxxxxxxxxx şəxs tərəfindən sığorta müqaviləsi üzrə sığorta ödənişi ilə bağlı tələb təqdim edilərkən, Sığortaçı ondan sığorta müqaviləsi üzrə öhdəliklərin, o cümlədən Sığortalının üzərinə qoyulmuş, xxxxx onun yerinə yetirmədiyi öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Əvvəllər yerinə yetirilməli xxxx öhdəliklərin yerinə yetirilməməsi və yaxud vaxtında yerinə yetirilməməsinin nəticələrinin riskini Xxxxxxxxxx şəxs daşıyır.
13. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
13.1. Sığortalı sığorta ödənişini həyata keçirmək üçün əsas xxxx hadisə ilə bağlı olaraq Sığortaçıya ərizə ilə müraciət etdiyi zaman, Sığortalı aşağıdakıları etməlidir:
13.1.1. Təxirə salınmadan, xxxxx istənilən halda, onun sığorta hadisəsi barədə xəbər tutduğu və yaxud xəbər tutmalı olduğu andan dərhal sonra, xxxxx istənilən halda beş gündən gec olmayaraq Sığortaçıya yaxud onun səlahiyyətli nümayəndəsinə bu haqda yazılı şəkildə (poçtla, kuryerlə, telekslə, teleqrafla və yaxud telefaksla) məlumat vermək;
13.1.2. Yaranmış şəraitdə ziyanın azaldılması və sığorta edilmiş əmlakın xilas edilməsi üçün bütün ağlabatan və mümkün tədbirləri görmək; əgər mümkündürsə, Sığortalı onun yerinə yetirməli olduğu təlimatları Sığortaçıdan istəyə bilər;
13.1.3. Sığortaçıya və ya onun nümayəndələrinə zərər dəymiş kontrakt işləri obyektləri yaxud əmlak
üzərində baxış həyata keçirmək və ya onları təftiş etmək, sığorta hadisəsinin səbəbləri və ziyanın miqdarı ilə bağlı təhqiqat aparmaq, ziyanın azaldılması və sığorta olunmuş əmlakın xilas edilməsi üzrə tədbirlərdə iştirak etmək üçün imkan yaratmaq;
13.1.4. Sığortaçının tələbi ilə, ona ziyanın miqdarı və sığorta olunmuş işlərin obyektlərinə və ya əmlaka zərər dəyməsi və ya onların məhv olmasının səbəbləri barədə mühakimə yürütmək üçün zəruri xxxx, o cümlədən sığorta hadisəsinin baş verməsini təsdiq edən, onun baş vermə şəraitini təsvir edən, dəymiş ziyanın miqdarını təsdiq edən bütün məlumatları, eləcə də baş verən hadisənin xüsusiyyətlərindən və qanunvericiliyin tələblərindən asılı olaraq təqdim olunması zəruri xxxx digər sənədləri yazılı şəkildə təqdim edir;
13.1.5. Z ərər dəymiş kontrakt işləri obyektlərini və yaxud sığortalanmış əmlakı onların sığorta
hadisəsindən sonra olduqları şəkildə saxlamaq.
Sığortalı sığorta hadisəsinin görünüşünü Sığortaçının icazəsi ilə və yaxud sığorta hadisəsinin baş verməsi barədə Sığortaçiya məlumat verilməsindən iki həftə keçdikdən sonra yalnız o halda dəyişmək hüququna malikdir ki, bu, təhlükəsizlik tədbirləri, ziyanın miqdarının azaldılması zəruriyyəti baxımından vacibdir. Əgər Sığortalı yuxarıdakı səbəblər üzündən sığorta hadisəsinin görünüşünü dəyişmək istəyirsə, o, belə dəyişiklikləri həyata keçirməzdən əvvəl sığorta hadisəsinin görünüşünün foto və ya video çəkilişin köməyilə və yaxud digər analoci xxxxx xxx qeydini aparmalıdır.
13.1.6. Sığortalı tərəfindən yuxarıda göstərilən öhdəliklərdən hər hansı birinin yerinə yetirilməməsi sığorta müqaviləsinin əhəmiyyətli pozulması hesab edilir və Sığortaçının sığorta müqaviləsini icra etməkdən birtərəfli qaydada imtina etməsinə əsas verir.
13.2. Sığortaçı və onun nümayəndələri sığorta olunmuş əmlakın xilas edilməsi və saxlanmasında iştirak etmək, bu məqsədlə bütün zəruri tədbirlər görmək və belə tədbirlərlə bağlı göstərişlər vermək hüququna malikdir. Xxxxx, Xxxxxxxxxxxx və onun nümayəndələrinin bu hərəkətlərinə Sığortaçının sığorta ödənişi həyata keçirmək öhdəliyini qəbul etməsi kimi baxıla bilməz. Əgər Sığortalı buna maneçilik törədirsə, sığorta ödənişi bu maneçiliyin səbəb olduğu ziyanın artması məbləğində azaldılır.
13.3. Sığortaçının nümayəndəsi Xxxxxxxxxxxx sığorta hadisəsi barədə məlumatını gözləmədən zərər dəymiş iş obyektlərinə və yaxud əmlaka baxış keçirməyə başlamaq hüququna malikdir. Sığortalının buna mane olmaq hüququ yoxdur.
14. SIĞORTALININ QƏRƏZLİLİYİ
14.1. Əgər Sığortalı, Xxxxxxxxxx şəxs, onların rəhbər işçisi, yaxud nümayəndəsi, eləcə də öz adından, ancaq Sığortalının və ya Xxxxxxxxxx şəxsin razılığı ilə və onun mənafeyindən hərəkət edən şəxs, sığorta hadisəsinin baş verməsinə səbəb xxxx hərəkətləri bilərəkdən edirsə və ya onlara yol verirsə, və yaxud sığorta hadisəsinin səbəbləri yaxud ziyanın miqdarı müəyyənləşdirilərkən qərəzlə Sığortaçını və ya onun nümayəndələrini aldadırsa, və həmin şəxslərin qərəzliliyi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müəyyən edilərsə, Sığortaçı Sığortalıya sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirmək öhdəliyindən azad olunur.
15. SIĞORTA ÖDƏNİŞİNİN MÜƏYYƏN EDİLMƏSİ
15.1. Sığorta ödənişi sığorta hadisəsinin səbəb və şəraitininn və ziyanın miqdarının müəyyən edilməsindən sonra həyata keçirilir.
15.2. Ziyanın miqdarı Xxxxxxxxx və ya onun təyin etdiyi sığorta eksperti tərəfindən baxış nəticəsində əldə edilən məlumatlar, zərər dəymiş əmlak və ya iş obyektlərinin həqiqi dəyəri, eləcə də ziyanın miqdarını təsdiq edən sənədlər əsasında müəyyən edilir. Ödəniş məbləği müəyyən edilərkən, yalnız elə elementlər hesaba alınır ki, onlar sığorta məbləğində nəzərə alınmış olsun.
15.3. Sığorta ödənişi aşağıdakı hallarda həyata keçirilir:
15.3.1. Əmlakın tam məhv olması və yaxud itirilməsi təqdirində – sığorta məbləğindən xxx olmamaq
xxxxx ilə onun sığorta hadisəsi tarixinə həqiqi dəyəri məbləğində (qalıq dəyəri çıxılmaqla);
15.3.2. Əmlaka və yaxud kontrakt işləri obyektlərinə zərər dəyməsi təqdirində - sığorta məbləğindən xxx olmamaq şərti ilə bərpa xərcləri miqdarında (bərpa (təmir) prosesi zamanı əvəz olunan hissə və materialların köhnəlməsi və qalıq dəyəri çıxılmaqla);
15.3.3. Sığorta hadisəsindən sonra ərazinin təmizlənməsi zəruriyyəti olduqda – təmizlənməyə faktiki çəkilmiş xərclər miqdarında.
15.3.4. 3-cü şəxslərin həyatına və sağlamlığına vurilan zərər üzrə sığorta ödənişinin məbləği səlahiyyətli
dövlət orqanları müəyyən etdiyi, xxxxx sığorta məbləğindən artıq olmayan məbləğdə ödənilir.
15.4. Bərpa xərcləri aşağıdakıları daxil edir:
15.4.1. Təmir üçün materiallara və ehtiyat hissələrinə xərclər,
15.4.2. Təmir üzrə işlərin ödənilməsi xərcləri,
15.4.3. Materialların təmir yerinə çatdırılması üzrə xərclər və sığorta olunmuş əşyaların bərpa olunaraq bilavasitə sığorta hadisəsindən əvvəl olduğu vəziyyətə gətirilməsi üçün zəruri xxxx digər xərclər.
15.5. Bərpa xərcləri aşağıdakıları daxil etmir:
15.5.1. Sığorta olunmuş işlərin və ya əşyaların dəyişilməsi yaxud yaxşılaşdırılması ilə bağlı meydana çıxan əlavə xərclər;
15.5.2. Müvəqqəti və yaxud köməkçi təmir və ya bərpa ilə bağlı meydana çıxan xərclər;
15.5.3. Zəruri olandan əlavə aparılan digər xərclər.
15.6. Əgər zərər dəymiş hissə və ya əşyaların sığorta olunmuş əmlakın istismar edilməsinin təhlükəsizliyinə xətər dəymədən təmirinin mümkünlüyünə baxmayaraq, onlar dəyişdirilirsə, Sığortaçı Sığortalıya bu hissə yaxud əşyaların təmir xərclərini, belə təmir xərclərinin dəyişdirilmiş hissə və avadanlığın dəyərindən xxx olmamaq şərti ilə ödəyir.
15.7. Sığortalı sığorta hadisəsindən sonra qalan əmlakdan, hətta ona zərər dəysə belə, imtina etmək hüququna malik deyildir. Belə əmlakın qalıq dəyəri ödəniş məbləğindən çıxılır.
Qalıq dəyəri məhv olmuş və yaxud zərər dəymiş əmlakdan qalmış, o cümlədən zərər dəyməmiş material, hissə və detalların satışı yaxud metal qırıntıları və ya utilə təhvil verilən zaman tətbiq olunan adi qiymətlər üzrə müəyyən edilən dəyəridir.
15.8. Tərəflər arasında sığorta hadisəsinin səbəbləri yaxud ziyanın miqdarı ilə əlaqədar mübahisələr yaranan halda tərəflərdən hər biri ekspertiza keçirilməsini tələb etmək hüququna malikdir. Ekspertiza onun keçirilməsini tələb edən tərəfin hesabına aparılır. Sığortaçının ödəniş aparmaqdan imtina etməsinin ekspertizanın nəticələri əsasında əsassız olduğu müəyyən edilən halda, Sığortaçı öz üzərinə ekspertiza xərclərinin əvvəlcədən imtina olunan ödəniş məbləği ilə ekspertizanın nəticələri əsasında həyata keçirilən ödəniş məbləği arasında xxxx nisbətə xxxxx xxxx hissəsini götürür.
Bu bənddə göstərilən müddəalar 2-ci Bölmə üzrə 3-cü şəxslərin sağlamlığına dəyən zədələrin müəyyən edilməsinə aid deyil.
15.9. Sığortaçı aşağıdakı hallarda sığorta ödənişini təxirə salmaq hüququna malikdir:
15.9.1. Əgər Sığortaçıda Sığortalının (Faydalanan şəxs) sığorta ödənişi almaq hüququnun təsdiqi yoxdursa – zəruri sübutlar təqdim olunana qədər;
15.9.2. Əgər müvafiq daxili işlər orqanları tərəfindən Sığortalıya yaxud onun rəhbər işçilərinə qarşı cinayət işi qaldırılmışdırsa və yaxud səlahiyyətli dövlət orqanları tərəfindən sığorta hadisəsinə səbəb xxxx xxxxxxxx təhqiqatı aparılırsa – təhqiqatın və yaxud məhkəmə tərəfindən işə baxılmasının başa çatmasına qədər.
15.10. Sığorta ödənişi həyata keçiriləndən sonra, Sığortalının yaxud Xxxxxxxxxx şəxsin ziyanın vurulmasına
görə məsuliyyət daşıyan şəxslərə münasibətdə hüquqları sığorta ödənişinin həyata keçirilmiş məbləği
çərçivəsində Sığortaçıya keçir. Sığortalı günahkar şəxslərə tələb hüququnun həyata keçirilməsi üçün bütün zəruri sənədləri Sığortaçıya təqdim etməli və bütün zəruri addımları atmalıdır.
Əgər Sığortalı və ya Xxxxxxxxxx şəxs belə hüquqlardan imtina edərlərsə, yaxud bu hüquqların həyata keçirilməsi onların günahı üzündən mümkün olmazsa, onda Sığortaçı yuxardıakı hərəkətlər nəticəsində ona dəyən ziyanın məbləğinə xxxxx xxxx miqdarda sığorta ödənişi həyata keçirmək öhdəliyindən azaddır. Ödənişin artıq həyata keçirilmiş olması təqdirində, Sığortalı bu ziyana uyğun məbləği Sığortaçıya qaytarmalıdır.
15.11. Əgər Sığortalı yaxud Xxxxxxxxxx şəxs üçüncü şəxslərdən ziyanın ödənişini almışdırsa, Sığortaçı yalnız sığortanın şərtlərinə görə ödənilməli xxxx məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı belə məbləği xxxxxx barədə dərhal Sığortaçıya məlumat verməlidir.
15.12. Əgər qanuna və yaxud bu Qaydalara əsasən Sığortalını yaxud Xxxxxxxxxx şəxsi sığorta ödənişinə xxxx hüquqdan tam və ya qismən məhrum edən xxx xxxxx edilərsə, Sığortalı və ya Faydalanan şəxs alınmış sığorta ödənişini (yaxud onun müvafiq hissəsini) Sığortaçıya qaytarmalıdır.
15.13. Sığorta ödənişi etməklə bağlı Sığortalı tərəfindən Sığortaçıya iddia irəli sürmək hüququ Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddətlərinin qurtarması ilə başa çatır.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
16.1. Qanunvericiliklə və bu Qaydalarla nəzərdə tutulmuş sığorta ödənişinin verməkdən imtina halları istisna olmaqla, Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra ödəniş aparılmasının forması, qaydası və sair əlaqədar məlumatları əks etdirən ödənişə əsas verən sənədi (akt, razılaşma, protokol və s.) tərtib edir və razılaşdırmaq üçün bu sənədi, bundan sonra mətndə «Vəsatət edən» adlandırılacaq Sığortalıya və/və yaxud Xxxxxxxxxx səxsə təqdim edir.
16.2. Vəsatət edən ödənişə əsas verən sənədi imzaladıqdan sonra, onu Sığortaçıya qaytarır və Sığortaçı ödənişə əsas verən sənəddə başqa müddət nəzərdə tutulmadıqda bu sənədi aldığı gündən etibarən 30 (otuz) gün ərzində sığorta ödənişini həyata keçirir.
17. XXXXXXX HAQQINDA QEYD-ŞƏRT
17.1 Sığorta məbləğlərinin, franşizaların və tələblərin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər ya Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirildiyi tarixə xxxx rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə, ya da Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
17.2 Əgər sığorta ödənişinin verilməsi üçün əsas xxxx sənədlər Azərbaycan manatı və ya Sığorta müqaviləsinin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin buraxıldığı tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
18. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığortaçı ilə Sığortalı arasında sığorta müqavilələri ilə xxxxx xxxx mübahisələr danışıqlar yolu ilə, bu yolla razılaşma əldə olunmadıqda isə, Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmaqla Azərbaycan Respublikasının məhkəmələrində baxılır.