BEYNƏLXALQ MÜQAVİLƏLƏR HÜQUQU
BEYNƏLXALQ MÜQAVİLƏLƏR HÜQUQU
P L A N:
1. Beynəlxalq müqavilələr hüququnun və beynəlxalq müqavilələrin anlayışı və hüquqi təbiəti.
2. Beynəlxalq müqavilələrin bağlanması qaydaları.
3. Beynəlxalq müqavilələrin hüquqi qüvvəsi, təfsiri, etibarlığı və xitam olunması.
G i r i ş
1969-cu il Konvensiyasına görə, «hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir» (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə qoşula bilər. Düzgür, ikinci halda bu, müqavilə qapalı olmadığı halda mümkündür; belə ki, bəzi beynəlxalq sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlər (məsələn, bu, Avropa Şurasının Statutunda nəzərdə tutulmuşdur) və ya sazişin bütün iştirakçılarının razılığı ilə hər hansı dövlət tərəf ola bilər (məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il Roma müqaviləsi). Beynəlxalq təşkilatlara gəldikdə isə, onlar həm dövlətlərlə, həm də digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər. 1986- cı il Konvensiyasında deyilir: «beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə tənzimlənir» (6-cı maddə). Göründüyü kimi, beynəlxalq təşkilatın hansı müqaviləyə ərə fola bilməsi, əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır.
Beynəlxalq hüququn digər subyektləri də bu və ya digər dərəcədə beynəlxalq müqavilə bağlaya bilərlər. Məsələn, xarici işğaldan və ya müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə aparan xalqı rəsmi təmsil edən qurumlar beynəlxalq sazişlərdə iştirak edə bilərlər. Fələstin Azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur.
1. BEYNƏLXALQ MÜQAVİLƏLƏR HÜQUQUNUN VƏ BEYNƏLXALQ MÜQAVİLƏLƏRİN ANLAYIŞI VƏ HÜQUQİ TƏBİƏTİ.
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını xxxxxx xxxxx beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq müqavilələr hüququ beynəlxalq hüququn aparıcı sahəsi hesab olunur. Bunu belə izah etmək olar. Əgər beynəlxalq hüququn bütün həyatı, əsas etibarilə, müqavilə ilə nizama salınırsa, müqavilənin özünün bütün həyatı isə məhz indi nəzərdən keçirdiyimiz beynəlxalq müqavilələr hüququ ilə nizama salınır. Beynəlxalq hüququn istənilən sahəsində biz müvafiq müqavilənin necə və nə vaxt qüvvəyə mindiyi hansı ərazidə qüvvədə olması, etibarlılığı, təfsiri, hansı əsaslarla xitam oluna bilməsi və s. kimi suallarla qarşılaşırıq. Bütün bu suallara beynəlxalq müqavilələr hüququ cavab verir.
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə məcəllələşdirilmiş akt Müqavilələr haqqında Havana Konvensiyası olmuşdur; 1928-ci ildə bağlanmış bu Konvensiya yalnız Latın Amerikası ölkələri arasında qüvvədə olmuşdur.
Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur:
1. Müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası;
2. Dövlətlər və beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.
Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr hüququnun mənbəyi sayıla bilər, çünki ikinci Konvensiya hələ qüvvəyə minməmişdir. Beynəlxalq müqavilələr hüququnun mühüm mənbəyi kimi müvafiq beynəlxalq adət normalarını da qeyd etmək lazımdır, əvvəla, ona görə ki, bəzi dövlətlər indiyə qədər 1969-cu il Konvensiyasının iştirakçısı deyillər; ikincisi isə
bir sıra məsələər (müharibələrin beynəlxalq müqavilələrə təsiri və s.) bu Konvensiyada öz əksini tapmamışdır. Yeri gəlmişkən, sözü gedən Konvensiyaların hər ikisində birbaşa qeyd olunur ki, bu konvensiyaların müddəalarında öz həllini tapmayan məsələlər əvvəlki kimi beynəlxalq adət hüququ normaları ilə nizama salınır.
Beynəlxalq müqavilənin anlayışı
Beynəlxalq müqavilənin tərifini beynəlxalq hüququn mənbələrini şərh edərkən vermişdik. Xxxxx yuxarıda göstərilmiş Konvensiyalar müqaviləyə bir qədər başqa cür tərif verir; yəni, beynəlxalq müqavilələr hüququ ilə bağlı aşağıda nəzərdən keçirəcəyimiz bütün normalar yalnız bu tərifə uyğun gələn beynəlxalq müqavilələrə şamil olunur. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə:
Beynəlxalq müqavilə – dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla xxxxxx xxxxxxx beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki və yaxud daha xxx bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir.
Beləliklə, şifahi sazişlərə («centlmen sazişləri») və habelə dövlətdaxili hüquqla xxxxxx xxxxxxx müqavilələrə (məsələn, kommersiya razılaşmalarına) göstərdiyimiz Konvensiyaların müddəaları bilavasitə tətbiq olunmur. Bundan əlavə, daha bir mühüm şərt vardır ki, o da tərəflərin həmin razılaşma vasitəsilə hüquqi münasibətlər, daha doğrusu, özləri üçün məcburi öhdəliklər yaratmaq niyyətinin olmasıdır. Belə bir niyyət olmamışsa, razılaşmanın özü və onun bağlanması prosesi bütün müvafiq tələblərə cavab versə belə, beynəlxalq müqavilədən danışmaq olmaz. Məsələn, 1975-ci il Helsinki Yekun aktı müqavilə sayılmır.
Hər bir beynəlxalq müqavilənin müəyyən obyekti və məqsədi olur. Müqavilənin obyekti dedikdə, həmin müqavilənin yönəldiyi maddi və qeyri-maddi nemət, hərəkət və ya müəyyən hərəkətdən çəkinmə başa düşülür. Bir qayda olaraq, müqavilənin obyekti onun adında öz əksini tapır. Müqavilənin məqsədi isə müqaviləni qəbul edən dövlətlərin (və ya beynəlxalq təşkilatların) nəyi həyata
keçirmək və ya nəyə nail olmaq istədiklərini göstərir. Müqavilənin məqsədi və ya məqsədləri, bir qayda olaraq, müqavilənin preambulasında və yaxud ilk maddələrdə ifadə olunur. Məsələn, BMT Nizamnaməsinin 1-ci maddəsində Nizamnamənin qəbul olunmasının məqsədləri bəyan olunmuşdur.
Beynəlxalq müqavilədə tərəflər
1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər.
1969-cu il Konvensiyasına görə, «hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir» (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə qoşula bilər. Düzgür, ikinci halda bu, müqavilə qapalı olmadığı halda mümkündür; belə ki, bəzi beynəlxalq sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlər (məsələn, bu, Avropa Şurasının Statutunda nəzərdə tutulmuşdur) və ya sazişin bütün iştirakçılarının razılığı ilə hər hansı dövlət tərəf ola bilər (məsələn, Avropa İqtisadi Birliyinin yaradılması haqqında 1957-ci il Roma müqaviləsi). Beynəlxalq təşkilatlara gəldikdə isə, onlar həm dövlətlərlə, həm də digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər. 1986- cı il Konvensiyasında deyilir: «beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə tənzimlənir» (6-cı maddə). Göründüyü kimi, beynəlxalq təşkilatın hansı müqaviləyə ərə fola bilməsi, əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır.
Beynəlxalq hüququn digər subyektləri də bu və ya digər dərəcədə beynəlxalq müqavilə bağlaya bilərlər. Məsələn, xarici işğaldan və ya müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizə aparan xalqı rəsmi təmsil edən qurumlar beynəlxalq sazişlərdə iştirak edə bilərlər. Fələstin Azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur.
1986-cı ildə bağlanmış Nüvə qəzası barəsində operativ xəbərvermə haqqında Konvensiyada nəzərdə tutulur ki, bu Konvensiya bütün dövlətlər, regional təşkilatlar da daxil olmaqla, beynəlxalq təşkilatlar və Namibiya (1990-cı ildə
müstəqilliyi elan olunmuş Namibiyanı həmin Konvensiya ilə bağlı danışıqlarda Namibiya üzrə BMT Şurası təmsil edirdi) tərəfindən imzalanmaq üçün açıqdır.
«Müqavilənin tərəfi» anlayışından danışarkən, sözü gedən Vyana Konvensiyalarında işlədilmiş digər uyğun terminləri də bilmək lazımdır. Bu terminlər aşağıdakılardır:
- «danışıqlarda iştirak edən dövlət» (və ya beynəlxalq təşkilat) – yəni, müqavilənin mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etmiş dövlət (və ya beynəlxalq təşkilat);
- «razılaşan dövlət» - yəni, müqavilənin qüvvəyə minib-minməməsindən asılı olmayaraq, müqavilənin məcburiliyinə öz razılığını vermiş dövlət;
- «iştirakçı dövlət» - yəni, müqavilənin məcburiliyinə öz razılığını vermiş və müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət;
- «üçüncü dövlət» - yəni, müqavilənin tərəfi olmayan dövlət.
Beynəlxalq müqavilələrin təsnifatı
Beynəlxalq müqavilələri aşağıda göstərilmiş əsaslara görə ayrı-ayrı növlərə bölmək olar:
I – iştirakçıların dairəsinə görə:
1. ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr);
2. çoxtərəfli müqavilələr (ikidən artıq dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr). Çoxtərəfli müqavilələr arasında dünya dövlətlərinin ümumi mənafeyini əks etdirən, ümumi məsələlərin həllinə yönəlmiş universal müqavilələr xüsusi yer tutur.
II – dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə;
1. açıq müqavilələr (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi maneə olmadan tərəf ola bilər);
2. qapalı müqavilələr (bu müqavilələrin anlayışını yuxarıda vermişdik).
III – məzmununa görə:
1. siyasi müqavilələr. Bu müqavilələrə, əsasən, aşağıdakılar aiddir:
a) müttəfiqlik haqqında müqavilələr – bu cür müqavilələrin iştirakçısı xxxx dövlətlər özlərinin müəyyən mənafelərini qorumaq məqsədilə birgə fəaliyyət göstərməyi öhdələrinə götürürlər;
b) qarşılıqlı yardım haqqında müqavilələr – iştirakçı dövlətlər bir-birinə bu və ya digər sahədə yardım göstərməyi öz üzərlərinə öhdəlik kimi götürürlər;
c) neytrallıq haqqında müqavilələr – bu müqavilələr vasitəsilə iştirakçı dövlətlər öz üzərlərinə öhdəlik götürürlər ki, hər hansı hərbi əməliyyatlarda iştirak etməsinlər və müəyyən əraziləri hərbi bazaya çevirməsinlər;
ç) sülh müqavilələri – bu müqavilələr müharibə vəziyyətini hüquqi baxımdan başa çatdırır və müharibədən sonrakı siyasi və digər münasibətləri müəyyən edir.
2. iqtisadi müqavilələr. Buraya daxildir:
a) ticarət müqavilələri;
b) əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər;
c) texniki yardım haqqında və ya xxxx-texniki əməkdaşlıq haqqında sazişlər; ç) beynəlxalq hesablaşmalar haqqında sazişlər;
d) görmük məsələləri üzrə sazişlər. Bu qrupa aşağıdakı sahələrdə bağlanmış müqavilələri daxil etmək olar:
- nəqliyyat sahəsində;
- rabitə sahəsində;
- kənd təsərrüfatı sahəsində;
- xxxx əməkdaşlıq məsələləri üzrə;
- hüquqi məsələlər üzrə;
- ətraf mühitin mühafizəsi sahəsində;
- mədəniyyət sahəsində və s.
Beynəlxalq müqavilənin strukturu
Hər bir beynəlxalq müqavilənin mətni, bir qayda olaraq, aşağıdakı quruluşda tərtib olunur:
1. Müqavilənin adı.
Beynəlxalq müqavilə təcrübəsində «müqavilə» ümumi anlayışı altında müxtəlif konkret adlardan istifadə olunur; məsələn, müqavilə, konvensiya, saziş, nizamnamə, pakt, xartiya, bəyannamə, traktat, statut, konkordat və s.
2. Preambula.
Preambula müqavilənin giriş hissəsinə deyilir. Burada, adətən, müqavilənin məqsədləri əks olunur. Müqavilənin ayrı-ayrı müddəalarının təfsiri zamanı preambula müəyyən rol oynaya bilər.
3. Əsas hissə.
Müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyekti ilə xxxxx xxxx hüquq və vəzifələri ifadə olunur. Əsas hissə ardıcıl olaraq bölmə və ya fəsillərdən, maddələrdən, hissələrdən, bəndlərdən və yarımbəndlərdən ibarət olur.
4. Yekun hissə.
Bu hissədə müqavilənin qüvvəyə minməsi və xitam olunması şərtləri, müqaviləyə yenidən baxılması qaydası, müqavilənin tərtib olunduğu dil və s. kimi məsələlər öz əksini tapır.
5. Səlahiyyətli şəxslərin imzaları.
6. bəzi hallarda beynəlxalq müqavilələrin protokollar, əlavə protokollar, texniki şərtlər, standartlar, xəritələr və s. şəklində Əlavələri də olur. Əgər müqavilənin özündə göstərilirsə, Əlavələr həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.
2. BEYNƏLXALQ MÜQAVİLƏLƏRİN BAĞLANMASI QAYDALARI
Beynəlxalq müqavilələrin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət xxxx xxx prosesdir. Bu mərhələlər aşağıdakılardır:
1. Müqavilənin mətninin tərtib olunması və qəbulu;
2. Müqavilənin mətninin autentikliyinin müəyyən olunması;
3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması.
Dövlətlər arasında müqavilələr onların nümayəndələri tərəfindən bağlanılır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxarıda göstərilmiş il kiki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayənjəyə xüsusi sənəd – vəkalət verilir. Vəkalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfindən verilir. Dövlətin müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyildir. 1969-cu il Vyana Konvensiyasına görə, bu şəxslər aşağıdakılardır:
1. dövlətlərin başçıları;
2. hökumətlərin başçıları;
3. xarici işlər nazirləri;
4. diplomatik nümayəndəliklərin başçıları;
5. dövlətlərin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndələri.
Diplomatik nümayəndəliyin başçısı yalnız öz dövləti ilə akkreditə olunduqları dövlət arasındakı müqavilənin, dövlətin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndəsi isə yalnız bu konfrans və ya təşkilat çərçivəsində bağlanılan müqavilənin mətninin qəbul olunması ilə bağlı hərəkətləri həyata keçirə bilər.
Beynəlxalq təşkilatların iştirakı ilə müqavilələr bağlanılması üçün həmin təşkilatın qaydalarına əsasən onu təmsil edən şəxsə vəkalət tələb olunmur (1986-cı il Vyana Konvensiyasının 7-ci maddəsi).
Vəkaləti olmayan şəxs tərəfindən və ya vəkalətin pozulması ilə, beynəlxalq müqavilənin bağlanılması ilə əlaqədar hər hansı hərəkətin həyata keçirilməsi, əgər müvafiq dövlət bundan sonra bu hərəkəti təsdiq etmirsə, heç bir hüquqi əhəmiyyətə malik olmur.
Belə bir məsələ 1951-ci ildə bir beynəlxalq müqavilə – Pendirlərin adlandırılmasına dair Konvensiya ilə əlaqədar ortaya çıxmışdı. Xxxxxxxxxx həm İsveç, həm də Norveçin adından bir nümayəndə tərəfindən imzalanmışdı, xxxxx
məlum oldu ki, onun təkcə Norveçdən vəkaləti var idi. Sonradan, buna baxmayaraq, Konvensiya hər iki dövlət tərəfindən ratifikasiya olundu və qüvvəyə xxxxx.
Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı üç formadan biri vasitəsilə həyata keçirilir:
1. danışıqlar;
2. beynəlxalq konfranslar.
Məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Statutu 1998-ci ilin iyul ayının 17-də Roma Beynəlxalq diplomatik konfransında qəbul olunmuşdur.
3. beynəlxalq təşkilatlar.
Əksər universal müqavilələr, məsələn, İnsan hüquqları haqqında 1966-cı il Beynəlxalq Paktları, İşgəncə əleyhinə 1984-cü il Konvensiyası BMT Baş Assambleyasının qətnamələri vasitəsilə, Üzv dövlətlərin nümayəndələri tərəfindən səs verildikdən sonra qəbul olunmuşdur.
Beynəlxalq konfranslarda və beynəlxalq təşkilatlarda son zamanlar müqavilə mətnləri konsensus vasitəsilə, yəni iştirakçılardan heç birinin etirazı olmadıqda, səsvermə keçirilməməklə qəbul olunur.
Müqavilə mətninin autentikliyinin müəyyən olunması və ya autentifikasiyası (yunanca bus öz «həqiqilik», «əslinə uyğunluq» deməkdir) o deməkdir ki, beynəlxalq müqavilənin mətni son və qəti variantda razılaşdırılmışdır və ona heç bir dəyişiklik edilə bilməz. Bu, üç yolla həyata keçirilir:
1. paraflama (inisial qoyma) – müqavilə mətninin hər səhifəsində vəkalətli şəxsin öz inisiallarını qoyması.
2. ad referendum imza atma (şərti imza atma) – bu qaydada qoyulmuş imza hələ bundan sonra müvafiq dövlət orqanı (və ya müvafiq beynəlxalq təşkilat) tərəfindən təsdiq olunmalıdır. İnisial qoyma ilə arasında fərq ondan ibarətdir ki, təsdiq olunduqdan sonra ad referendum imza atma tam və ya qəti imzalama hesab olunur; inisial qoymadan sonra isə müqavilə hələ qəti imzalanmağa verilməlidir.
3. imzalama. İmzalanma o zaman müqavilə mətninin autentifikasiyası rolunu oynayır ki, həmin müqavilə sonradan ratifikasiya olunmalıdır. İmzalama müəyyən hüquqi nəticələr doğurur; belə ki, bundan sonra imzalamış dövlət:
1. həmin müqaviləni təsdiq etmək hüququ əldə edir;
2. müqavilənin qüvvəyə minməsinə qədər, onun obyektini və məqsədini heçə endirə biləcək hərəkətləri etməmək vəzifəsi daşıyır (1969-cu il Konvensiyasının 18-ci maddəsi).
Vyana Konvensiyalarına görə, hansı autentifikasiya üsulunun seçilməsini razılaşan tərəflər özləri müəyyən edirlər.
Müqavilənin məcburiliyinə razılığın ifadə olunması
Bildiyimiz kimi, dövlətin razılığı əgər yoxdursa, o, heç bir müqavilə ilə xxxxx xxx bilməz. Buna görə də müqaviləyə razılığın ifadə olunması həmin müqavilənin qüvvəyə minməsi üçün zəruri mərhələdir. 1969-cu il Vyana Konvensiyasının 11-ci maddəsinə görə, belə bir razılıq aşağıdakı üsullardan biri ilə ifadə oluna bilər:
1. müqavilənin imzalanması;
2. müqavilə sənədlərinin dəyişdirilməsi;
3. ratifikasiya;
4. təsdiq etmə;
5. qəbul etmə;
6. müqaviləyə qoşulma.
Bundan əlavə, 11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ bilərlər.
Belə bir xüsusi razılığa gəlmə məşhur Xxxxxx xxxxxx bağlanarkən olmuşdu. Bu saziş Bosniya və Hersoqovinada sülhə dair Ümumi Çərçivə Sazişi (on iki Əlavə ilə birlikdə) 1995-ci ilin noyabrın 21-də Deytonda (Ohayo ştatı) paraflanmış və 1996- cı il dekabrın 14-də Parisdə imzalanmışdı. «Çərçivə Xxxxxxxxx paraflanması haqqında» adlanan xüsusi razılaşmada nəzərdə tutulurdu ki, Sazişin paraflanması nəinki tərəflərin üzərinə sonralar Sazişin müvafiq mətnlərini imzalamaq vəzifəsi qoyur, habelə onların bu mətnlərin məcbüriliyinə razılığını ifadə edir. Çərçivə
Sazişinin IX maddəsi və əlavə olunmuş Sazişlərin hamısı nəzərdə tuturdu ki, onlar imzalandığı andan avtomatik qüvvəyə minir.
Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitəsilə ifadə olunur ki, həmin müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Əgər müqavilənin sonradan ratifikasiya və ya təsdiq olunması nəzərdə tutulubsa, onda bu halda imzalama, yuxarıda qeyd edildiyi kimi, yalnız müqavilə mətninin autentikliyinin müəyyən edilməsi rolunu oynayır. Beynəlxalq müqavilənin məcburiliyinə razılığın məhz imzalama vasitəsilə ifadə olunması, adətən, həmin müqavilənin özündə göstərilir.
Müqavilələr beynəlxalq praktikada qəbul olunmuş müəyyən qaydalara müvafiq olaraq imzalanır. Məsələn, ikitərəfli müqavilələrin imzalanması alternat, yəni növbələmə prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə, müqavilənin həmin nüsxəsi hansı dövlətdə qalırsa, onun nümayəndəsinin imzası hər iki dildəki mətnlərdə birinci yerdə (xxxxxx, əgər imzalar yan-yanadırsa və ya yuxarıdan, əgər imzalar alt-üstdürsə) gəlir. Çoxtərəfli müqavilələrdə isə dövlətlərin nümayəndələrinin imzaları dövlətlərin adlarının əlifba qaydasında qoyulur.
Müqavilə sənədlərinin mübadiləsi, yəni müvafiq dövlətlərin nümayəndələrinin bir-birinə nota və ya məktub göndərməsi müqavilənin məcbüriliyinə razılığı bildirməyin sadələşdirilmiş üsuludur. Məhz bu üsula əl atılması bu barədə xüsusi razılaşma olduqda olur.
Müqavilənin məcburiliyinə razılığın ifadə olunmasının ən geniş yayılmış üsulu ratifikasiyadır. Ratifikasiya ali hakimiyyət orqanı (adətən, parlament və ya dövlətin başçısı) tərəfindən müqavilənin təsdiq olunmasıdır. Ratifikasiya həm dövlətdaxili aktda (qanunda, fərmanda və s.), həm də beynəlxalq aktda (ratifikasiya sənədində) öz əksini tapır. Beynəlxalq təşkilatın özünün hər hansı müqaviləsi ilə bağlı rəsmi təsdiq aktı ratifikasiyaya bərabər tutulur.
1969-cu il Vyana Konvensiyasının 14-cü maddəsinə görə, müqavilənin məcburiliyinə razılıq aşağıdakı hallarda ratifikasiya vasitəsilə ifadə olunur:
a) müqavilənin özündə bu birbaşa nəzərdə tutulubsa;
b) başqa cür müəyyən olunubsa ki, danışıqlarda iştirak edən dövlətlər ratifikasiyanın zəruriliyi haqqında razılığa gəlmişlər;
c) dövlətin nümayəndəsi müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamışdırsa;
ç) dövlətin müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamaq niyyəti onun nümayəndəsinin vəkalətindən irəli gəlirsə və yaxud danışıqlar zamanı ifadə olunmuşdursa.
Hər bir dövlət öz qanunvericiliyində, imzalamış olduğu hansı beynəlxalq müqavilələrin və hansı qaydada ratifikasiya olunmasını müəyyən edir.
Burada qeyd edək ki, dövlətin müqaviləni imzalayıb sonra onu ratifikasiya etməməsi beynəlxalq hüquq pozuntusu hesab olunmur.
Dövlət hər hansı müqavilənin ratifikasiya olunması haqqında qərar çıxardıqdan sonra ratifikasiya sənədi tərtib edir. Ratifikasiya sənədində aşağıdakılar göstərilir:
a) müqaviləni ratifikasiya etmiş dövlət orqanının adı;
b) müqavilənin bütöv mətni (əgər qeyd-şərtlər və ya bəyanatlar edilmişsə, onlar da bu hissəyə əlavə olunur);
c) həmin müqavilənin vicdanla yerinə yetirilməsi haqqında dövlətin bəyanatı.
İkitərəfli müqavilə bağlanarkən onun iştirakçısı xxxx dövlətlər öz ratifikasiya sənədlərini bir-birinə verir. Çoxtərəfli müqavilələrdə isə ratifikasiya sənədləri depozitariyə saxlanmağa verilir. Depozitari müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin razılığı ilə müəyyən olunan dövlət (adətən, müqavilənin imzalandığı dövlət), beynəlxalq təşkilat və ya bu təşkilatın baş vəzifəli şəxsi deməkdir. Məsələn, BMT çərçivəsində qəbul olunmuş müqavilələrin (o cümlədən, sözü gedən 1969-cu il və 1986-cı il Vyana Konvensiyalarının) depozitarisi, bir qayda olaraq, BMT-nin Baş Katibidir.
Vyana Konvensiyalarına görə, depozitari bu funksiyaları yerinə yetirir:
a) vəkalətlər, ratifikasiya sənədləri, qoşulma sənədləri kimi sənədlərin saxlanılması;
b) müqavilənin əslindən təsdiq olunmuş nüsxələrin hazırlanması və müqavilənin iştirakçısı xxxx və iştirakçısı olmaq hüququ xxxx dövlətlərə və beynəlxalq təşkilatlara göndərliməsi;
c) hər bir saxlanılmağa verilmiş ratifikasiya sənədi, habelə qeyd-şərtlər və onlara etirazlar və müqavilənin qüvvəyə minməsi haqqında müqavilənin iştirakçılarına məlumat verilməsi və s.
Təsdiq etmə və qəbul etmə ratifikasiyaya xxx yaxındır, xxxxx nisbətən sadələşdirilmiş prosedur hesab olunur. Müqavilənin məcburiliyinə bu yollarla razılıq, adətən, dövlət başçısı və parlament tərəfindən deyil, dövlətin digər orqanları tərəfindən verilir.
Nəhayət, beynəlxalq müqavilənin məcburiliyinə razılıq həmin müqaviləyə qoşulmaq vasitəsilə ifadə oluna bilər. Dövlət, adətən, artıq qüvvəyə minmiş müqaviləyə qoşulur. Müqaviləyə həm onun mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etməmiş dövlətlər, həm də müqaviləni artıq imzalamış, xxxxx həmin müqavilənin qüvvəyə minməsinə qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Hər bir müqaviləyə necə qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur. Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında digər sənədin (nota, məktub və s.) saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir.
Beynəlxalq müqaviləyə qeyd-şərtlər
Beynəlxalq müqavilənin məcburiliyinə hər hansı yolla razılıq verərkən dövlət (və ya beynəlxalq təşkilat) bəyan edə bilər ki, müqavilənin hər hansı müddəasını qəbul etmək istəmir. Belə bir bəyanat vasitəsilə dövlət həmin müddəanı ya, ümumiyyətlə, qəbul etmir, ya da onun məzmununu özü üçün dəyişdirir. Buna beynəlxalq müqavilələr hüququnda qeyd-şərt deyilir.
Müqaviləyə qeyd-şərt irəli sürmək imkanı dövlətin suveren iradəsinin ifadəsidir, belə ki, dövlət müqavilənin bütün mətnini qəbul etdiyi halda, onun hər hansı norması ilə razılaşmaya bilər. Xxxxx bu sərbəstlik qeyri-məhdud deyil:
1. qeyd-şərt müqavilənin obyekti və məqsədi ilə bir xxxxx sığmırsa;
2. müqavilə qeyd-şərtlərin edilməsini, ümumiyyətlə, qadağan edirsə (məsələn, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası; Köləliyin, kölə alverinin və köləliyə oxşar xxxx institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası və s.);
3. məhz belə bir qeyd-şərtin edilməsi konkret müqavilədə yol verilmirsə.
Qeyd-şərt yazılı formada olmalı və müqavilənin iştirakçısı xxxx bütün digər dövlətlərin diqqətinə çatdırılmalıdır.
Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən gec olmayaraq buna yazılı formada etiraz edə bilər. Xxxxx belə bir etirazın edilməsi bu dövlətlə qeyd-şərti etmiş dövlət arasında müqavilənin qüvvəyə minməsinə maneə yaratmır. Bu iki dövlət arasında yalnız qeyd-şərtin aid olduğu müddəa qüvvəyə minmir. Bununla belə, qeyd-şərtə etiraz edən dövlət bəyan edə bilər ki, müqavilə bütövlükdə iki müvafiq dövlətin arasında qüvvəyə minməyəcəkdir.
Qeyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə, xxxx götürülə bilər.
Müqaviləni imzalayarkən, ratifikasiya edərkən və s. dövlətlər bəzən bu və ya digər müddəanın necə başa düşülməsi və ya onun əhəmiyyəti ilə bağlı bəyanatlar verirlər; bunlar qeyd-şərtlərdən fərqləndirilməlidir. Belə ki, bu cür bəyanatlar müqavilənin hər hansı müddəasını dəyişdirmir və ya onu aradan götürmür.
Beynəlxalq müqavilənin qeydə alınması və dərc edilməsi
BMT Nizamnaməsinin 102-ci maddəsinə görə, BMT üzvləri tərəfindən bağlanmış hər bir beynəlxalq müqavilə BMT-nin Katibliyində qeydə alınmalıdır. Qeydə xxxx müqavilənin hüquqi qüvvəsinə təsir etmir; sadəcə olaraq bu cür qeydə alınmamış müqavilələrə dövlətlər BMT-nin orqanlarında istinad edə bilməzlər.
Qeydə alınmış beynəlxalq müqavilələri Katiblik «Treaty Series» adlı topluda dərc edir.
Bəzi dövlətlərdə iştirakçıları olduqları beynəlxalq müqavilələrin dərc olunması qaydası qanunvericilikdə müəyyən olunur.
3. BEYNƏLXALQ MÜQAVİLƏLƏRİN HÜQUQİ QÜVVƏSİ, TƏFSİRİ, ETİBARLIĞI VƏ XİTAM OLUNMASI.
Yalnız qüvvəyə minmiş beynəlxalq müqavilə tərəflər üçün məcburi sayılır. Müqavilənin qüvvəyə mindiyi an, adətən, müqavilənin özündə göstərilir. Burada bir sıra qaydalar mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli olmayan müqavilə aşağıdakı müddətdə qüvvəyə minir:
a) imzalandığı andan etibarən;
b) imzalandığı andan müəyyən müddət keçdikdən sonra;
c) müqavilədə dəqiq göstərilmiş andan etibarən.
Ratifikasiya və ya təsdiq edilməli xxxx müqavilələrin isə qüvvəyə minməsi qaydası aşağıdakı kimidir:
1 – ikitərəfli müqavilələr:
a) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən;
b) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra.
2 - çoxtərəfli müqavilələr:
a) depozitariyə müəyyən xxxxx ratifikasiya sənədləri verildiyi gündən;
b) depozitariyə müəyyən xxxxx ratifikasiya sənədləri verildiyi gündən müəyyən müddət keçdikdən sonra.
Müqavilənin qüvvədə olması müəyyən müddət üçün (məsələn, 5 il, 10 il və s.) və ya müddətsiz nəzərdə tutula bilər. Müəyyən müddətə bağlanılan müqavilə həmin müddət bitdikdən sonra müqavilənin özündə göstərilən şərtlərlə (məsələn, tərəflərdən biri bu müddət bitən ərəfədə müqavilədən çıxmaq haqqında öz istəyini bildirməyibsə) və ya tərəflərin xüsusi razılığı ilə uzadıla bilər; buna prolonqasiya deyilir.
Müqavilə müəyyən məkanda qüvvədə olur. Əgər müqavilənin özündə başqa hal nəzərdə tutulmayıbsa, o, müvafiq dövlətin bütün ərazisində qüvvədə olur.
Beynəlxalq müqavilənin təfsiri
Müqavilənin təfsiri onun müddəalarının mənasının aydınlaşdırılması və ya izah edilməsi deməkdir.
Beynəlxalq müqavilənin təfsiri bir sıra prinsiplərə söykənir. Müqavilə hər şeydən əvvəl, vicdanla təfsir edilməlidir. Müqavilədə istifadə olunan terminlər onların adi mənasında və habelə, müqavilənin obyekti və məqsədləri kontekstində başa düşülməlidir. Hər hansı terminə yalnız o zaman xüsusi məna verilə bilər ki, müqavilənin tərəflərinin məhz belə niyyəti olsun. Müqavilə, onun preambulası, Əlavələri və ona aid xxxx istənilən sazişlə birgə, həmin müqavilənin tətbiqi praktikası nəzərə alınmaqla, təfsir edilməlidir. Əgər müqavilə hər biri autentik xxxx iki və ya daha artıq dildə tərtib olunmuşsa, bu halda hər bir dildəki mətn bərabər
qüvvəyə malik olur. Xxxxx onların müqayisəsi zamanı müxtəliflik ortaya çıxırsa, onda bu mətnləri daha xxx uzlaşdıran mənaya üstünlük verilir.
Təfsirin subyektlərinə görə üç növü vardır:
1. Müqavilnin ayrı-ayrı iştirakçıları tərəfindən edilən təfsir. Bu, birtərəfli aktdır və təbii ki, müqavilənin digər iştirakçıları üçün məcburi xarakter daşımır.
2. Autentik təfsir – müqavilənin iştirakçıları tərəfindən razılaşdırılmış təfsir. Nota mübadiləsi, protokol və s. formada həyata keçirilən bu təfsir məcburi xarakter daşıyır.
3. Beynəlxalq təfsir – beynəlxalq orqanlar tərəfindən həyata keçirilən təfsir. Bəzi müqavilələrdə (məsələn, Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası), onların təfsiri ilə bağlı mübahisələr olarkən, tərəflərin BMT-nin Beynəlxalq Məhkəməsinə və ya digər müvafiq orqana müraciət etməli olması nəzərdə tutulmuşdur. Bu orqanların verdikləri təfsir mübahisənin tərəfləri üçün məcburi xarakter daşıyır.
Təfsirin bir neçə üsulu vardır:
1. qrammatik təfsir;
2. məntiqi təfsir;
3. sistematik təfsir;
4. tarixi təfsir;
5. teleoloji təfsir;
6. dinamik və ya evolyutiv təfsir.
Beynəlxalq müqavilələrin etibarlılığı
Beynəlxalq müqavilələrin etibarlılığı onun məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması deməkdir.
Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün qanuni hüquq və öhdəliklər yaradır. Beləliklə, beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı olması demək deyil. Doğrudur, qüvvəyə minmiş hər bir beynəlxalq müqavilənin etibarlı olması xxxxx edilir, yəni müqavilənin hüquqi
cəhətdən etibarsız olması hər bir halda müəyyən olunmalıdır. Başqa sözlə, beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiya mövcuddur.
Beynəlxalq müqavilələrin etibarsızlığı mütləq və nisbi ola bilər.
Mütləq etibarsızlıq müqavilənin, tərəflərin iradəsindən asılı olmayaraq, yəni onların bu müqaviləni hüquqauyğun hesab edib-etməməsindən asılı olmayaraq, bağlandığı andan (ab initio) tamamilə etibarsız olması deməkdir. Müqavilə aşağıdakı əsaslarla mütləq etibarsızdır:
1. əgər müqavilə jus cogens normasına ziddirsə;
2. müqavilə güclə hədələmə və ya güc tətbiqi vasitəsilə bağlanmışsa;
3. müqavilə dövlət nümayəndəsinə qarşı məcburiyyət tətbiq edilməklə bağlanmışsa.
Nisbi etibarsızlıq müqavilənin, yalnız tərəflərdən birinin onun hüquqauyğunluğunu şübhə xxxxxx xxxxxx ilə ortaya çıxır. Nisbi etibarsızlığın əsasları bunlardır:
1. dövlətdaxili qanunvericiliyin, beynəlxalq müqavilə bağlamaq səlahiyyətini müəyyən edən xüsuçi əhəmiyyətli normasının açıq şəkildə pozulması;
2. müqavilənin bağlanması zamanı mövcud olmuş və müqavilənin məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmiş fakt və ya situasiya ilə bağlı səhvin olması;
3. dövlət nümayəndəsinin qeyri-xxxxxx xxxxx ələ alınması;
4. dövlətin danışıqlarda iştirak edən digər dövlət tərəfindən aldadılması.
Etibarsız müqavilənin əsas nəticələri ondan ibarətdir ki, o, öz hüquqi qüvvəsini itirmiş olur. Bu cür müqaviləyə pacta sunt servanda prinsipi şamil olunmur və o, birtərəfli qaydada ləğv edilə bilər. Belə müqavilənin əsasında artıq hansısa hərəkətlər törədilmişsə, bu zaman hər bir tərəf, bu hərəkətlərin törədilməsindən qabaq mövcud olmuş vəziyyətin (status quo ante-nin) mümkün xxxx dərəcədə bərpa edilməsini tələb edə bilər.
Beynəlxalq müqavilənin xitam olunması
Beynəlxalq müqavilənin xitam olunması onun tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqavilə aşağıdakı əsaslarla xitam oluna bilər:
1. Müqavilənin bağlandığı müddətin başa çatması.
Müddətli müqavilə, əgər hər hansı bir yolla prolonqasiya edilməmişsə, o, göstərilən müddət bitdikdən sonra xitam olunmuş sayılır.
2. Müqavilə öhdəliklərinin icra olunması.
Tərəflərin müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam icra etməsi ilə, əgər müqavilədə bu, xüsusi olaraq göstərilibsə, həmin müqavilə xitam olunmuş sayılır.
3. Müqavilənin bütün iştirakçılarının razılığı ilə.
Beynəlxalq müqavilə onun iştirakçılarının ümumi razılığı ilə istənilən vaxt ləğv edilə bilər. Məsələn, Xxxxxxx, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1955- ci il Varşava Müqaviləsinin iştirakçısı xxxx dövlətlər 1991-ci ilin iyulun 1-də bu Müqavilənin xitam olunması barədə protokol imzalamışdılar.
4.Eyni məsələ üzrə və eyni dövlətlər arasında yeni müqavilənin bağlanması.
Lex posteriori derogat legi priori prinsipinə görə, bu halda əvvəlki müqavilə öz hüquqi əhəmiyyətini itirmiş olacaqdır.
5. Denonsasiya.
Denonsasiya dövlətin, müqavilədə göstərilən şərtlərlə, digər iştirakçı dövlətləri qabaqcadan xəbərdar etməklə, müqavilədən imtina etməsi deməkdir. Deməli, müqavilənin özündə əgər belə imkan nəzərdə tutulmayıbsa, o, denonsasiya oluna bilməz.
Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarında belə bir müddəa nəzərdə tutulmuşdur ki, bu Konvensiyaların müharibə zamanı, sülh bağlanana qədər denonsasiyasına yol verilmir.
6. Müqavilənmn birtərəfli qaydada ləğv edilməsi.
Bu halda dövlət iştirakçısı olduğu beynəlxalq müqavilədən, ciddi əsas gətirməklə, birtərəfli qaydada imtina edir. Müqavilədən birtərəfli imtinaya, ümumiyyətlə, yol verilmir. Beynəlxalq hüquq bunu yalnız üç halda mümkün hesab edir:
1. müqavilənin digər iştirakçı dövlət tərəfindən əsaslı pozulması. Xxxxx bu əsas insan hüquqları haqqında beynəlxalq müqavilələrin birtərəfli qaydada xitam olunması və bu müqavilələrin qüvvəsinin müvəqqəti dayandırılması üçün istifadə oluna bilməz.
2. müqavilənin bağlandığı vaxt mövcud olmuş halların əsaslı surətdə dəyişməsi (rebus sic stantibus prinsipi). Xxxxx xxxx x xxxxx istinad etmək olar ki, belə halların mövcud olması vaxtilə müqavilənin məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmişdi və vəziyyətin belə dəyişməsi hələ yerinə yetirilməli xxxx müqavilə öhdəliklərinin həcmini köklü surətdə dəyişir. Qeyd edək ki, rebus sic stantibus prinsipi dövlət sərhədini müəyyən edən müqavilələrə şamil edilmir. Bu prinsip habelə o zaman tətbiq olunmur ki, vəziyyətin əsaslı surətdə dəyişməsi göstərilən prinsipə istinad edən dövlətin öz beynəlxalq öhdəliklərini pozması nəticəsində baş vermişdir.
3. müqavilənin yerinə yetirilməsinin qeyri-mümkünlüyü. Bu, əsasən, müqavilənin obyektinin məhv olduğu və ya yoxa çıxdığı zaman (məsələn, xxxxxx xxxx batması, çayın quruması və s.) baş verir.
N Ə T İ C Ə
Müqaviləyə həm onun mətninin hazırlanmasında və qəbul edilməsində iştirak etməmiş dövlətlər, həm də müqaviləni artıq imzalamış, xxxxx həmin müqavilənin qüvvəyə minməsinə qədər, onun məcburiliyinə razılıq verməmiş dövlətlər qoşula bilər. Hər bir müqaviləyə necə qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur. Qoşulma, bir qayda olaraq, ratifikasiya sənədinin və ya qoşulma haqqında digər sənədin (nota, məktub və s.) saxlanılmağa verilməsi yolu ilə həyata keçirilir.