Müqavilənin məcburiliyinə razılığın ifadə olunması Nümunə Maddələri

Müqavilənin məcburiliyinə razılığın ifadə olunması. Dövlətlər arasında müqavilələr onların nümayəndələri tərəfindən bağlanılır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxarıda göstərilmiş il kiki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayənjəyə xüsusi sənəd – vəkalət verilir. Vəkalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfindən verilir. Dövlətin müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyildir. 1969-cu il Vyana Konvensiyasına görə, bu şəxslər aşağıdakılardır:
Müqavilənin məcburiliyinə razılığın ifadə olunması. Bildiyimiz kimi, dövlətin razılığı əgər yoxdursa, o, heç bir müqavilə ilə xxxxx xxx bilməz. Buna görə də müqaviləyə razılığın ifadə olunması həmin müqavilənin qüvvəyə minməsi üçün zəruri mərhələdir. 1969-cu il Vyana Konvensiyasının 11-ci maddəsinə görə, belə bir razılıq aşağıdakı üsullardan biri ilə ifadə oluna bilər: Bundan əlavə, 11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri müqavilənin məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ bilərlər. Belə bir xüsusi razılığa gəlmə məşhur Xxxxxx xxxxxx bağlanarkən olmuşdu. Bu saziş Bosniya və Hersoqovinada sülhə dair Ümumi Çərçivə Sazişi (on iki Əlavə ilə birlikdə) 1995-ci ilin noyabrın 21-də Deytonda (Ohayo ştatı) paraflanmış və 1996- cı il dekabrın 14-də Parisdə imzalanmışdı. «Çərçivə Xxxxxxxxx paraflanması haqqında» adlanan xüsusi razılaşmada nəzərdə tutulurdu ki, Sazişin paraflanması nəinki tərəflərin üzərinə sonralar Sazişin müvafiq mətnlərini imzalamaq vəzifəsi qoyur, habelə onların bu mətnlərin məcbüriliyinə razılığını ifadə edir. Çərçivə Sazişinin IX maddəsi və əlavə olunmuş Sazişlərin hamısı nəzərdə tuturdu ki, onlar imzalandığı andan avtomatik qüvvəyə minir. Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitəsilə ifadə olunur ki, həmin müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Əgər müqavilənin sonradan ratifikasiya və ya təsdiq olunması nəzərdə tutulubsa, onda bu halda imzalama, yuxarıda qeyd edildiyi kimi, yalnız müqavilə mətninin autentikliyinin müəyyən edilməsi rolunu oynayır. Beynəlxalq müqavilənin məcburiliyinə razılığın məhz imzalama vasitəsilə ifadə olunması, adətən, həmin müqavilənin özündə göstərilir. Müqavilələr beynəlxalq praktikada qəbul olunmuş müəyyən qaydalara müvafiq olaraq imzalanır. Məsələn, ikitərəfli müqavilələrin imzalanması alternat, yəni növbələmə prinsipi əsasında həyata keçirilir. Bu prinsipə görə, müqavilənin həmin nüsxəsi hansı dövlətdə qalırsa, onun nümayəndəsinin imzası hər iki dildəki mətnlərdə birinci yerdə (xxxxxx, əgər imzalar yan-yanadırsa və ya yuxarıdan, əgər imzalar alt-üstdürsə) gəlir. Çoxtərəfli müqavilələrdə isə dövlətlərin nümayəndələrinin imzaları dövlətlərin adlarının əlifba qaydasında qoyulur. Müqavilə sənədlərinin mübadiləsi, yəni müvafiq dövlətlərin nümayəndələrinin bir-birinə nota və ya məktub göndərməsi müqavilənin məcbüriliyinə razılığı bildirməyin sadələşdirilmiş üsuludur. Məhz bu üsula əl atılması bu barədə xüsusi razılaşma olduqda olur. Müqavilənin məcburiliyinə razılığın ifadə olunmasının ən geniş yayıl...

Related to Müqavilənin məcburiliyinə razılığın ifadə olunması

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Yekun müddəalar Maddə 15

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;