Bolt Qida çatdırılması xidmətinin Müştəri ilə Ümumi Şərtləri
Yeniləndi: iyul 2022
Bolt Qida çatdırılması xidmətinin Müştəri ilə Ümumi Şərtləri
Bu Ümumi Şərtlər Bolt Qida Platformasının (aşağıda müəyyən edilmiş) istifadə edilməsi ilə əlaqədar Bolt və İstifadəçi arasındakı bütün münasibətlərə, həmçinin Bolt Qida Platforması (aşağıda müəyyən edilmiş) vasitəsilə bağlanmış Alğı-satqı Müqavilələri və Çatdırılma Müqavilələrinin müəyyən aspektlərinə şamil edilir. Bolt Qida Platformasına üzv olmaqla İstifadəçi bu Ümumi Şərtlərin tətbiq edilməsinə və məzmununa dair razılığını verir və Bolt Qida Platformasında qeydiyyat və ondan istifadə zamanı açıqlanmış fərdi məlumatlarının bu Ümumi Şərtlərdə müəyyən edilmiş şərtlər əsasında işlənməsi barədə məlumatlandırılır. Siz həmçinin razılaşırsınız ki, sizin məlumatlarınız (Balans daxil olmaqla) müxtəlif Bolt platformaları (məs., sərnişinlərin çatdırılması platforması) arasında paylaşıla bilər.
1. ANLAYIŞLAR
Balans | İstifadəçinin Bolt Qida Platforması və/və ya Bolt tərəfindən idarə edilən sərnişinlərin çatdırılması platformasındakı hesabındakı balansı ifadə edir. |
Bolt | vergi ödəyicisinin eyniləşdirmə nömrəsi 1503463041, ünvanı AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Mərkəzi Kommunikasiya, ev 1965, e-mail ünvanı: xxxxxxxxxx-xxxx@xxxx.xx xxxx "Bolt Services AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti deməkdir. |
Bolt Qida Platforması | (i) Tərəfdaşın Mallarını İstifadəçilərə çatdırılma seçimi ilə Xxxxxxx satışa çıxarmasına və Malların Müştərilərə satışı üçün Alğı-satqı Müqavilələri bağlamasına imkan verən, (ii) İstifadəçilərə Tərəfdaşdan Xxxxxxx Sifariş verməyə, Müştəri olaraq Alğı-Satqı Müqavilələri bağlamağa və Sifarişin Kuryer ilə çatdırılmasını təşkil etməyə imkan verən və (iii) Kuryerin Müştərilərə Malların çatdırılması üçün çatdırma xidmətləri təklif etməsi və Müştərilərlə Çatdırılma Müqavilələri imzalamasına imkan verən Ticarət məkanı funksiyasını yerinə yetirməklə Bolt tərəfindən informasiya cəmiyyəti xidməti kimi idarə edilən çatdırılma platformasını ifadə edir. |
Müştəri | Sifariş vermiş və Tərəfdaşla Alğı-satqı Müqaviləsi və Kuryerlə Çatdırılma Müqaviləsi (tətbiq edilərsə) imzalayan Bolt Qida Platformasının hər hansı İstifadəçisini deməkdir. |
Kuryer | Bolt Qida Platforması vasitəsilə sifariş verilmiş Xxxxx xxxxx Müştərilərə çatdırılma xidmətinin təchizatçısı kimi Bolt Qida Platformasında qeydiyyatdan keçmiş hər hansı fərdi sahibkar və ya hüquqi şəxs və müvafiq hallarda onların işçiləri və/və ya podratçılarını ehtiva edir. |
Kuryer Haqqı | Sifarişlə əlaqədar çatdırılma xidmətləri üçün Müştərinin Çatdırılma Müqaviləsinə əsasən Kuryerə ödədiyi məbləği ifadə edir. Kuryer Haqqı 6-cı Bölmədə müəyyən edilmiş prinsiplərə əsasən hesablanır. |
Çatdırılma Müqaviləsi | Müştəri tərəfindən sifariş edilmiş Malın çatdırılması üçün Müştəri və Kuryer arasında Bolt Qida Platforması vasitəsilə imzalanan müqavilə deməkdir. |
Təhvilalma Yeri | Müştərinin sifariş etdiyi Malı almaq istəyində olduğu, Sifarişdə göstərilən ünvanı ifadə edir. |
Ümumi Şərtlər | Müştəri tərəfindən Bolt Qida Platformasından istifadə olunması ilə əlaqədar Bolt və Müştəri arasındakı münasibətə tətbiq edilən bu şərt və müddəaları ehtiva edir. |
Ticarət məkanı | Bolt Qida Platforması vasitəsilə yaradılmış və Bolt tərəfindən idarə edilən, İstifadəçilərin Malı sifariş edə bilməsi və Malın alınması üçün Müştəri qismində Tərəfdaşla Alğı-satqı Müqaviləsi imzalaya və Ticarət məkanında Kuryerlər tərəfindən təklif edilən tələbə uyğun çatdırılma xidmətlərindən istifadə edə bilməsi üçün iştirakçı Tərəfdaşlara onların Malını İstifadəçilərə satış üçün təklif etməsinə imkan yaradan virtual ticarət məkanını ehtiva edir. |
Mal | Tərəfdaşın Bolt Qida Platforması vasitəsilə satış üçün təklif etdiyi istənilən malı ehtiva edir. |
Malın Qiyməti | sifariş edilmiş Mala görə Müştərinin Tərəfdaşa ödəməli olduğu xalis qiyməti (tətbiq edilərsə, tətbiq edilən əlavə dəyər, satış və ya digər vergilərlə birgə) ehtiva edir. |
Minimum Sifariş Qiyməti | Bolt Qida Platforması vasitəsilə yerləşdirilə bilən Sifariş üzrə Malın minimum Qiymətini göstərən Bolt Qida Platformasında müəyyən edilmiş məbləği ifadə edir. |
Kiçik Sifariş Haqqı | Minimum Sifariş Qiyməti və spesifik (xüsusi) Sifariş üçün Malın Qiyməti arasındakı fərqi kompensasiya etmək məqsədilə 3.3-cü Bölməyə əsasən Müştəri tərəfindən Kuryerə ödənilməli xxxx xxxxx bildirir. |
Sifariş | Müştərinin Tərəfdaşdan almaq üçün yerləşdirdiyi Malın sifarişini ifadə edir. |
Sifariş Qiyməti | İstifadəçinin alınmış Mala və Sifarişin çatdırılmasına (tətbiq edilərsə) görə ödəməli olduğu qiyməti bildirir. |
Tərəfdaş | Bolt-un müqavilə bağladığı hər hansı restoran və ya mağazanın operatoru (idarə edicisi) və müvafiq olduqda operatorun biznes fəaliyyətini onun vasitəsilə həyata keçirdiyi hər bir müəssisəni bildirir. |
Alğı-satqı Müqaviləsi | Sifarişə uyğun olaraq Malın satışı üçün Müştəri və Tərəfdaş arasındakı müqavilə deməkdir. |
İstifadəçi | Bolt Qida Platformasında istifadəçi hesabı ilə qeydiyyatdan keçmiş və həmin istifadəçi hesabı vasitəsilə Bolt Qida Platformasının xidmətlərindən istifadə edən hər hansı bir şəxs deməkdir. |
2. HÜQUQİ ÇƏRÇİVƏ
2.1. Bolt Qida Platforması Müştəriyə Tərəfdaşlardan Malı sifariş etmək və Sifarişlərin Təhvilalma yerinə çatdırılmasını təşkil etməyə imkan verir.
2.2. Malın Bolt Qida Platforması vasitəsilə satışı üçün Alğı-satqı Müqaviləsi birbaşa olaraq Müştəri və Tərəfdaş arasında bağlanır. Sifarişin çatdırılması üçün Müştəri Çatdırılma Müqaviləsini birbaşa Kuryerlə imzalayır. Tərəfdaş Malların çatdırılması üçün Müştəriyə öz çatdırılma xidmətlərini təklif etmək niyyətində olarsa, Müştəri Tərəfdaşla birbaşa Çatdırılma Müqaviləsi bağlayır və bu Ümumi şərtlərə əsasən Kuryerlərə tətbiq edilən şərtlər Çatdırılma Müqaviləsi üzrə Tərəfdaşa şamil edilir. Alğı-satqı Müqaviləsi və Çatdırılma Müqaviləsi Sifarişin Bolt Qida Platformasında təsdiq edildiyi andan bağlanmış hesab edilir. Sifarişi hazırlayan Tərəfdaşa ən xxxxx xxxx və Sifarişi Müştəriyə ən tez çatdıracaq Kuryerə Sorğu göndərilir.
2.3. Bolt Qida Platformasını və Ticarət məkanını idarə etməklə Bolt yalnız informasiya cəmiyyəti xidmətinin təchizatçısı kimi çıxış edir və nə Alğı-satqı Müqaviləsinin, nə də ki Çatdırılma Müqaviləsinin tərəfi deyil. Xxxx Xxxxx istehsalçısı və ya satıcısı və yaxud çatdırılma xidmətlərinin təchizatçısı deyil və Alğı-satqı Müqaviləsinin və ya Çatdırılma Müqaviləsinin icrası üçün hər hansı şəkildə məsuliyyət daşımır.
2.4. Bolt Qida Platformasını idarə etməklə Bolt Tərəfdaşlar və Müştərilər arasında Alğı-satqı Müqavilələrinin vasitəçiliyinə münasibətdə Tərəfdaşlar üçün agent kimi çıxış edir. Bolt həmçinin Kuryerlər və Müştərilər arasında Çatdırılma Müqavilələrinin vasitəçiliyinə münasibətdə Kuryerlər üçün agent qismində çıxış edir. Agent xxxx Xxxx hər bir Tərəfdaş və hər bir Kuryer tərəfindən müvafiq prinsipialın adından ödənişləri almaq və alınmış vəsaiti Tərəfdaşlar və Kuryerlər arasında bölüşdürməklə bağlı səlahiyyətləndirilmişdir.
3. BOLT QİDA PLATFORMASI VASİTƏSİLƏ MALIN SİFARİŞİ
3.1. Müştəri Bolt Qida Platforması vasitəsilə Malı seçə və sifariş edə bilər. Tərəfdaşın Malı Sifarişdə tələb edilən kimi təmin edə bilmədiyi halda Tərəfdaş Sifarişi Bolt Qida Platformasında təsdiq etmir. Tərəfdaş xxxxx Xxxxx qiymətinin eyni qalması şərtilə Sifarişi razılaşdırmaq və ya ona dəyişiklik etmək üçün Müştəri ilə əlaqə saxlaya bilər. Əgər heç bir razılıq əldə edilməzsə və ya Müştəri Malın əvəzlənməsi üçün sifariş edilmiş Mala nisbətən daha xxx və ya az ödəniş etməlidirsə, Sifariş ləğv edilir və Müştəri Sifarişə görə ödəniş etmir və ya (tətbiq edildikdə) Sifariş Qiyməti Müştəriyə tam şəkildə xxxx qaytarılır.
3.2. Müştəri Bolt Qida Platformasında müəyyən edilmiş xüsusiyyətlərə və hər hansı xüsusi tələblərə (əgər razılaşdırılıbsa) uyğun gələn Malı almaq hüququna malikdir. Mala qida daxil olduqda və Müştərinin hər hansı həmin Mala qarşı hər hansı allergiyasının ola biləcəyinə dair şübhə olduğu halda, Müştəri ətraflı məlumat almaq üçün Tərəfdaşla əlaqə saxlamalıdır.
3.3. Əgər Minimum Sifariş Qiyməti tətbiq edilirsə və Sifarişə aid xxxx Xxxxx Qiyməti həmin Minimum Sifariş Qiymətindən azdırsa Müştəri Sifarişi yerləşdirə bilər və o Bolt tərəfindən təsdiqlənir, bu şərtlə ki, Müştəri həmin Sifariş üçün Minimum Sifariş Qiyməti və və Malın Qiyməti arasındakı fərqi Kuryerə ödənilməli xxxx Kiçik Sifariş Haqqı formasında kompensasiya etsin.
3.4. Bolt Qida Platformasına daxil olmağa imkan verən İstifadəçi hesabı yaradılarkən İstifadəçinin mobil nömrəsi müvafiq Bolt İstifadəçi hesabına qoşulur və Bolt-un məlumat mərkəzinə əlavə edilir. Əgər İstifadəçi daha mobil nömrədən istifadə etmirsə, o 7 gün ərzində Bolt-u xəbərdar etməlidir ki, İstifadəçinin hesab məlumatı anonimləşdirilə bilsin. Əgər İstifadəçi onun nömrəsində hər hansı dəyişiklik barədə Bolt-u xəbərdar etmirsə, mobil operator həmin mobil nömrəni növbəti şəxsə verə bilər və Bolt Qida Platformasından istifadə zamanı həmin yeni şəxs İstifadəçinin məlumatını görə bilər.
3.5. Müştəri yaşın yoxlanmasını tələb edən alkoqol, tütün, enerji içkiləri və ya hər hansı digər malların alınması zamanı tətbiq edilən tələblər daxil olmaqla müvafiq qanunlara riayət etməlidir. Müştəri yaşın yoxlanmasını tələb edən xxxxxxx sifariş etmək istədiyi halda o sifariş prosesinin tərkib hissəsi kimi yaşını təsdiq və/və ya sübut etməlidir. Bundan başqa Sifarişi çatdıran Kuryer və/və ya Müştərinin özünün götürdüyü halda Tərəfdaş yaş yoxlanmasını tələb edən xxxxxxx təqdim etməkdən, əgər Müştəri həmin xxxxxxx xxxxxx şəkildə almaq üçün kifayət qədər yaşının olmasını sübut edən etibarlı şəkil identifikasiyasını təqdim etməzsə, imtina edə bilər.
4. BOLT QİDA PLATFORMASI VASİTƏSİLƏ ÇATDIRILMANIN SİFARİŞİ
4.1. Sifarişi yerləşdirən zaman Müştəri Malın tələb edilən Təhvilalma yerinə çatdırılmasını təmin etmək üçün Bolt Qida Platforması vasitəsilə Xxxxxx tərəfindən çatıdırılma xidmətini təşkil etməli və ya əgər mümkündürsə özünün götürməsi seçimini seçməlidir. Müştəri Kuryerlə Çatdırılma Müqaviləsini Bolt Qida Platforması vasitəsilə bağlayır.
4.2. Kuryer Sifarişi Müştəri tərəfindən Bolt Qida Platforması vasitəsilə göstərilmiş Təhvilalma yerinə çatdırır. Müştəri və Kuryer fərqli Təhvilalma yeri barədə razılaşa bilər, bu şərtlə ki, yeni ünvan ilkin Təhvilalma Yerinə yaxın (bir neçə bolk kənarda) olsun.
4.3. Müştəri ən azı Bolt Qida Platformasında göstərilmiş Sifarişin təxmini çatdırılma vaxtında Təhvilalma Yerində olmalıdır. Müştəri Bolt Qida Platformasında Sifarişin təqdim edildiyi
məqamdan Sifarişi Kuryerdən alana qədər Bolt Qida Platformasına təqdim edilmiş telefon nömrəsində zənglərə cavab vermək üçün əlçatan olmalıdır.
4.4. Aşağıdakı hallarda Bolt Kuryerin adından çatdırılmanı ləğv edə və Müştəridən əvəzini ala və yaxud Sifarişin tam qiyməti həddində Müştərinin Balansını azalda bilər:
4.4.1. Müştəri Təhvilalma Yerində Müştərinin ora çatmasından sonra 10 dəqiqə ərzində gəlmir;
4.4.2. Müştəri tərəfindən verilmiş telefon nömrəsinə Kuryer tərəfindən təhvil-təslim məntəqəsinə Kuryer çatdıqdan sonra 10 dəqiqə ərzində zəng çatmır; və ya
4.4.3. Müştəri və Xxxxxx yuxarıdakı yeni Təhvilalma Yeri barədə 4.2-ci Bölməyə əsasən razılığa gələ bilmir.
4.5. Kuryer və ya Bolt tərəfindən Bolt Qida Platforması vasitəsilə bildirilmiş hər hansı çatdırılma vaxtı və ya digər vaxt qiymətləndirilmələri yalnız təxmini vaxtlardır. Malın təxmini vaxtda çatdırılmasına heç bir zəmanət verilmir. Sifarişlərin çatıdırılması vaxtlarına həmçinin nəqliyyatda tıxac, pik saatlar və hava şərtləri kimi amillər təsir edə bilər.
4.6. Müştəri Xxxxxxxx özünün götürməsi variantını seçirsə Müştəri Sifarişi götürmək üçün Tərəfdaşın müəssisəsinə Bolt Qida Platformasında göstərilmiş Sifarişin götürülmə vaxtında çatmalıdır.
4.7. Tərəfdaşların Bolt Qida Platformasındakı reytinqi Sifariş Müştəriyə təhvil verildikdən və ya müvafiq hallarda Sifariş Müştəri tərəfindən götürüldükdən sonra Müştəri tərəfindən verilən rəylərə əsaslanır. Müştəri 1-dən (zəif) 5-ə qədər (əla) xxxxx ilə Sifarişin qiymətləndirilməsi yolu ilə Tərəfdaşa rəy bildirə bilər. Müştəri Bolt Qida Platformasında Tərəfdaşa Sifariş verməzsə, onun Tərəfdaşa bal və ya rəy verməsi mümkün deyil.
5. ŞİKAYƏTLƏR
5.1. Əgər Müştərinin sifariş edilmiş Mal və ya Sifarişin çatdırılmasına dair hər hansı şikayəti olarsa, Müştəridən onun barəsində Bolt Qida Platforması vasitəsilə mümkün qədər tez, xxxxx spesifik Sifarişin çatdırılmasından sonra bir ay müddətindən gec olmayaraq məlumat vermək xahiş edilir. Bolt Malın şəklini və ya şikayətlə əlaqədar digər sübut və ya izahat verilməsini tələb edə bilər.
5.2. Baxmayaraq ki, Bolt nə Malın nə istehsalçısı və ya satıcısı deyil, çatdırılma xidmətlərinin təminatçısı deyil və müvafiq xxxxxxx və ya xidmətlərə görə cavabdeh deyil, əgər Bolt-un şikayətin əsaslı olmasına inanmasına ağlabatan səbəbləri varsa, Bolt barışıq həllini tezləşdirməyə çalışır və təsirə məruz qalmış Malın və ya çatdırılmaya münasibətdə ödənişi xxxx qaytara və ya Balans təqdim edə bilər.
5.3. Müştəri şikayətlərini həmçinin birbaşa olaraq Tərəfdaşa və ya Kuryerə təqdim edə bilər.
5.4. Müştəri Bolt Qida Platformasındakı çat funksiyası vasitəsilə Bolt-un müştəri xidməti ilə əlaqə saxlaya, açıq söhbətlərə və yazışma tarixçəsinə, o cümlədən yazışmaların tarix və vaxtına çatın yaranmasından 6 ay ərzində baxış keçirə bilər.
6. ÖDƏNİŞLƏR VƏ HESAB-FAKTURA
6.1. Müştəri Malın Qiymətini Tərəfdaşa Bolt Qida Platformasında göstərilmiş məbləğdə ödəməlidir. Bolt Qida Platformasındakı Malın Qiyməti Malın Tərəfdaşın müəssisəsindəki Qiymətindən fərqli ola bilər. Bolt Qida Platformasındakı Malın Qiyməti vaxtaşırı olaraq Sifarişi etməzdən əvvəl dəyişdirilə bilər.
6.2. Müştəri Kuryer Haqqını Kuryerə Bolt Qida Platformasında hesablanmış məbləğdə ödəməlidir. Kuryer Haqqı çatdırılma vaxtını, çatdırılma marşrutunun uzunluğundan, çatıdırılma vasitəsindən və digər kriteriyalardan asılı olaraq hesablanır. Tətbiq edilən Kuryer Haqqı Müştəriyə Sifarişin təsdiq edilməsindən əvvəl bildirilir. Kuryer Haqqının hesablanmasının təfərrüatları Bolt Qida Platforması tərəfindən vaxtaşırı olaraq bazarın vəziyyəti, təchizat, Kuryerlərin Ticarət məkanındakı mövcudluğu və xidmətlə əlaqədar xxxx digər amilləri nəzərə almaqla dəyişdirilə bilər.
6.3. Bolt 3.3-cü Bölməyə əsasən Minimum Sifariş Qiymətini müəyyən etmək hüququna malikdir. Bu halda Müştəri Kuryerə Kiçik Sifariş Haqqı formasında Sifariş Qiyməti və Minimum Sifariş Qiyməti arasındakı fərqin əvəzini ödəyəcək.
6.4. Tərəfdaşın və Xxxxxxxx agenti qismində çıxış edən Bolt Tərəfdaşın adından Müştəriyə Malın Qiyməti ilə bağlı məlumat qəbzləri və Xxxxxxxx adından Kuryer Haqqı və Kiçik Sifariş Haqqı (tətbiq edildiyi halda) hazırlayır və verir və Tərəfdaş və Xxxxxxxx adından xxxxx çekləri üçün ödənişləri qəbul edir. Bolt müvafiq olaraq Tərəfdaşın və Xxxxxxxx adından Müştəridən Malın Qiymətini, Kuryer Haqqını və Kiçik Sifariş Haqqını (tətbiq edildiyi halda) toplamaq və məbləğləri müvafiq qaydada müvafiq kreditor arasında bölüşdürmək səlahiyyətinə malikdir.
6.5. Nağd ödənişlər istisna olmaqla bütün ödənişlər Müştərinin ödəniş kartından və ya Müştəri tərəfindən Bolt Qida Platformasında aktivləşdirilmiş digər ödəmə metodları vasitəsilə edilir. Ödənişlər üçüncü şəxsin ödəniş sistemi vasitəsilə edilir. Sifarişi təsdiq etdikdən sonra Müştəri Sifariş Qiyməti məbləğində ödənişi ödəniş kartı ilə və ya digər etibarlı ödəniş metodu ilə təsdiq edir və müvafiq məbləğ ödəniş kartında və ya digər ödəniş üsulu vasitəsilə saxlanılır. Sifarişlə əlaqədar ödəniş Sifarişin təsdiq edilməsindən sonra 72 saat ərzində Müştərinin ödəniş kartından və ya digər ödəniş metodlarından istifadə etməklə icra edilir və çıxılır.
6.6. Müştərinin Alğı-satqı Müqaviləsi və Çatdırılma Müqaviləsindən (tətbiq edilərsə) irəli gələn ödəniş öhdəlikləri ödənişin Bolt-a edildiyi və Müştərinin kredit kartından və ya digər müvafiq ödəniş metodları vasitəsilə (məsələn, Bolt Biznes) çıxıldığı və ya şəraitdən asılı olaraq Sifarişin çatdırıldığı vaxt Müştərinin Sifariş Qiymətini tam məbləğdə nağd şəkildə Kuryerə ödədiyi və ya Müştərinin özünün götürdüyü halda Müştərinin Sifariş Qiymətini tam məbləğdə birbaşa olaraq Tərəfdaşa ödədiyi zaman müvafiq olaraq Tərəfdaş və Kuryer (tətbiq edilərsə) qarşısında icra edilmiş hesab edilir. Sifarişin çatdırılması zamanı Xxxxxxx nağd ödənişlər və ya Müştərinin özünün götürdüyü halda Tərəfdaşa birbaşa ödəniş istisna olmaqla, əgər Sifariş Qiyməti Müştərinin kredit kartında rezerv saxlanıla bilməzsə, Sifariş Tərəfdaşa yönləndirilmir. Sifariş Qiymətini ödəmək üçün ödənişin həyata keçirilməsi Müştərinin burada göstərilən müvafiq müqavilələrin dərhal icra edilməsinə razılığını ehtiva edir.
6.7. Bolt Müştəriyə Müştərinin Sifarişin ödənişini Sifarişin çatdırıldığı zaman Xxxxxxx nağd şəkildə etməyə imkan verən asanlaşdırılmış seçim verə bilər. Bu halda Müştəri Sifariş Qiymətini Sifarişin tələb edilən Təhvilalma Yerinə çatdırılmasından sonra Xxxxxxx nağd
şəkildə ödəyə bilər. Bolt öz mülahizəsi ilə nağd ödənişləri konkret Müştəri üçün məhdudlaşdıra bilər.
6.8. Nağd ödəniş edildiyi halda Kuryer Müştəridən alınmış nağd məbləği Bolt Qida Platformasında daxil edir. Məbləğin Müştərinin Alğı-satqı Müqaviləsi və Çatdırılma Müqaviləsindən irəli gələn ödəniş öhdəliklərinə uyğun olmadığı halda, Balans avtomatik olaraq:
6.8.1. Sifariş üçün az ödənilmiş məbləğdə və ya tam Sifariş Qiymətində azalır (məs., Müştərinin Təhvilalma Yerində olmadığı halda 4.4-cü Bölməyə əsasən, Müştərinin ödəniş etməkdən imtina etdiyi halda, və s.);
6.8.2. Sifariş üçün daha xxx ödənilmiş məbləğdə artır.
6.9. Balans Sifariş verilən zaman avtomatik şəkildə tətbiq edilir. Balans nağd məbləğə dəyişdirilə bilməz.
6.10. Bolt, öz mülahizəsinə əsasən Malın Qiyməti və ya Kuryer Haqqı ilə bağlı stimullaşdırıcı təklif və güzəştlər edə bilər.
6.11. Bu Ümumi şərtləri təsdiqləməklə Müştəri elektrok fakturaların qəbuluna açıq razılıq vermis olur. Elektron fakturalar PDF formasında əlavə edilmiş sənədlə birlikdə e-mail və ya digər elektron format vasitəsilə göndərilə və qəbul edilə bilər.
7. İSTİFADƏNİN LƏĞVİ VƏ SAXLANMASI
7.1. Müştəri Sifarişi xxxx götürə və ya ləğv edə bilməz.
7.2. Əgər Müştəri Bolt Qida Platformasına münasibətdə hər hansı sui-istifadə edər və ya ona zərər vurarsa, əgər Bolt Müştərinin Bolt Qida Platformasından istifadə edərkən dələduzluq əməllərinə yol verməsinə ağlabatan əminliyə malikdirsə, və ya əgər Müştəri onun bu Ümumi Şərtlərdə müəyyən edilmiş öhdəliklərini digər şəkildə yerinə yetirməzsə (məs., 4.4-cü Bölməyə əsasən Təhvilalma Yerində dəfələrlə olmamaq), Bolt Müştərini dərhal Bolt Qida Platformasından çıxarmaq və/və ya hər hansı Sifarişlərdən imtina və ya ləğv etmək hüququna malikdir. Bolt Qida Platformasından kənarlaşdırma digər Bolt platformalarından da (məsələn, sərnişinlərin çatdırılması platforması) kənarlaşdırma hesab olunur.
7.3. Müştəri Bolt Qida Platformasını çirkli pulların yuyulması məqsədləri, həmçinin hər hansı digər cinayət fəaliyyəti üçün istifadə etməyəcək. Əgər Müştəri bu 7.3-cü Bölməni pozarsa, Bolt Müştərinin Bolt Qida Platformasından istifadəsini daimi olaraq dayandırır, eləcə də müvafiq hüquq-mühafizə orqanlarına məlumat verir.
8. LİSENZİYALAŞDIRMA, ƏQLİ MÜLKİYYƏT HÜQUQLARI VƏ MƏLUMATIN İŞLƏNMƏSİ
8.1. Bolt Qida Platformasında qeydiyyatdan keçməklə Bolt İstifadəçiyə Mal sifariş etmək və Sifarişlərin çatdırılmasını təşkil etmək məqsədilə Bolt Qida Platformasından istifadə üçün xxxx götürülə bilən, qeyri-müstəsna, ötürülməyən, sublisenziya şəklində verilə bilməyən lisenziya verir.
8.2. Bolt tərəfindən və ya onun adından bu Ümumi Şərtlərə əsasən məlumat cəmiyyəti xidmətlərinin göstərilməsi zamanı istifadə və ya inkişaf etdirilən proqram təminatı, sənədləşdirmə və ya məlumatlarla bağlı bütün əqli mülkiyyət hüquqları (Bolt Qida
Platforması və oraya yüklənən hər hansı material daxil olmaqla) Bolt-a (və ya bəzi hallarda məhdud dərəcədə Tərəfdaşa) məxsusdur. İstifadəçi Bolt Qida Platforması və ya Bolt tərəfindən istifadə edilən hər hansı proqram təminatının mənşə kodunun surətini çıxarmayacaq, dəyişmətəcək, uyğunlaşdırmayacaq, rekonstrusiya etməyəcək, yenidən tərtib etməyəcək və ya Bolt Qida Platformasında hər hansı məlumatı kommersiya məqsədləri və ya Malın sifarişindən başqa hər hansı digər məqsədlə istifadə etməyəcək və ya ordan çıxarmayacaq. İstifadəçi Bolt Qida Platformasını yalnız şəxsi, qeyri-kommersiya məqsədilə istifadə edəcək.
8.3. İstifadəçilərin və Müştərilərin fərdi məlumatlarının işlənməsi prinsipləri Bolt Qida Platformasında xxxx Məxfilik Siyasətində müəyyən edilir.
8.4. Bolt aşkar və ya gizli qüsurlar, adi və ya xüsusi (məxsusi) məqsədə uyğunluqla bağlı olanlar daxil olmaqla Bolt Qida Platformasının keyfiyyətinə dair hər hansı zəmanət, qarantiya və ya bəyanatlar vermir və Bolt-xxx İstifadəçinin Bolt Qida Platformasının keyfiyyəti ilə bağlı tələblərini təmin etmək tələb edilmir.
9. MƏSULİYYƏT
9.1. Sifariş edilmiş Malın keyfiyyəti və kəmiyyətində hər hansı qüsurlar və ya Alğı-satqı Müqaviləsinin icrasında digər çatışmazlıqlara görə yalnız Tərəfdaş məsuliyyət daşıyır və Bolt ona görə (qidaya qarşı hər hansı allergik reaksiyalar və ya hər hansı digər sağlamlıq məsələlərinə görə məsuliyyət daxil olmaqla) hər hansı məsuliyyət qəbul etmir.
9.2. Çatdırılma Müqaviləsinin icrasına görə yalnız Kuryerlər cavabdehdir və Bolt onun üçün hər hansı məsuliyyəti qəbul etmir.
9.3. Əgər İstifadəçi Bolt Qida Platforması ilə əlaqəli xxxx xxxxxx kartının oğurlanması və/və ya dələduzluqla üçüncü şəxs tərəfindən istifadə edilməsindən şübhələnirsə, İstifadəçi bu barədə xxxxxx Xxxx-a məlumat verməlidir. Bolt həmin xəbərdarlığı xxxxx qədər İstifadəçinin hesabında İstifadəçinin kredit kartının üçüncü şəxslər tərəfindən hər hansı dələduzluqla istifadəsinə görə məsuliyyət daşımayacaq.
9.4. Bolt Qida Platforması İstifadəçiyə qəti şəkildə “olduğu kimi” əsasda təqdim edilir. Bolt, Bolt Qida Platformasında hər hansı kəsintilər, qoşulma xətaları, daxil ola bilməmə, və ya xətalara görə məsuliyyət daşımır, ancaq Bolt Müştərinin bu Ümumi şərtlərə uyğun olaraq Bolt Qida Platformasının xidmətlərinin göstərilməsinə görə kompensasiya tələb etmək və ya qanunla müəyyən edilmiş hər hansı digər hüquqi vasitədən istifadə etmək hüququnu məhdudlaşdırmır. Bundan başqa Bolt yalnız öz mülahizəsi ilə Bolt Qida Platformasına yeni funksiyalar əlavə edə və/və ya mövcud funksiyaları dayandıra bilər, Müştərilər həmin fasilələr barədə Bolt tərəfindən müvafiq şəkildə məlumatlandılacaq.
10. YEKUN MÜDDƏALAR
10.1. Müştəri qanuna əsasən sifarişin tarixindən 7 gün ərzində Azərbaycan Respublikasının 10 may 2005-ci il tarixli “Elektron Ticarət haqqında” Qanununa əsasən və orada göstərilmiş Xxxxx xxxxx Alğı-satqı Müqaviləsindən heç bir səbəb göstərmədən imtina edə bilər. Əgər Müştəri həmin Maldan imtina etmək istəyirsə, Müştəri ya (i) Qoşma 1-də müəyyən edilmiş model imtina formasından istifadə edə, və yaxud (ii) Bolt-la əlaqə saxlayaraq həmin Maldan imtina etməsi barədə qərarını bildirən hər hansı digər birmənalı bayanat verə bilər.
10.2. Bolt Bolt Qida Platformasına dəyişiklik edilmiş Ümumi Şərtləri yükləməklə və Müştəri tərəfindən qeydiyyat zamanı verilmiş email ünvanı vasitəsilə bütün İstifadəçiləri bu barədə xəbərdarlıq etməklə istənilən zaman Ümumi Şərtlərə dəyişikliklər etmək hüququnu saxlayır.
10.3. Bolt istənilən zaman ilkin xəbərdalıq etmədən Bolt Qida Platformasının müxtəlif hissələrini dəyişə və ya ləğv edə və ya Bolt Qida Platformasını, onun xüsusiyyətlərini və Bolt Qida Platformasında iştirak edən Tərəfdaşların seçimini qismən və ya tamamilə dəyişə bilər.
10.4. Müştəri Bolt Qida Platformasına yalnız internet bağlantısı ilə daxil ola bilər. İnternet bağlantısı ilə bağlı heç bir xüsusi texniki tələb yoxdur, ancaq internetin sürəti Bolt Qida Platformasının xidmətlərinin keyfiyyətinə təsir göstərə bilər. Bolt Qida Platforması ən son proqram təminatı yeniləmələrinə əsasən Andorid və Apple cihazlarında mövcuddur.
10.5. Bolt Qida Platforması bir neçə dildə istifadə oluna bilər və dil seçiini Müştərinin profilindən dəyişmək mümkündür.
10.6. Bolt Bolt Qida Platforması vasitəsilə Müştərinin cihazının yerini izləyə bilər. Müştərinin cihazının yerindən asılı olaraq, Bolt Qida Platformasının xidmətlərinin icrasında məhdudiyyətlər ola bilər. Bu məhdudiyyətlər Bolt Qida Platformasının interfeysindən aydın şəkildə görünür (məsələn, yerləşmədən asılı olaraq, mövcud Tərəfdaşlar). Bolt bütün yurisdiksiyalarda xidmət göstərmir. Bolt-un xidmətlərinin mövcudluğu vaxtaşırı olaraq dəyişdiyi üçün yurisdiksiyaların konkret siyahısı yoxdur.
10.7. Bolt əlverişli olduğu və digər razılaşdırılmış tələblərlə ziddiyyət təşkil etmədiyi hallarda ISO 27001/27002 kimi sənaye standartları və qabaqcıl təcrübələrinə uyğunluğu dəstəkləyən, layihələndirilən və çatdırılan xidmətləri göstərir.
10.8. Bolt Qida Platformasının istifadəsi və onun əsasında yaranan bütün hüquqi münasibətlər Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. İstehlakçı xxxx Müştərinin həmçinin bu müddəanın olmadığı halda qanunun icbari müddəalarının təminatlarından istifadə hüququ var.
10.9. Bu Ümumi Şərtlərdən irəli gələn müvafiq mübahisələr danışıqlar yolu ilə həll edilə bilməzsə, onda mübahisə yekun olaraq Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilir. Əgər Müştəri istehlakçıdırsa, məhkəmə aidiyyəti istehlakçılara tətbiq edilən icbari müddəalara əsasən müəyyən edilir.
10.10. Bu Ümumi Şərtlərin digər dillərdə xxxx mətnləri də olarsa, ingilis dilində xxxx mətn üstün hesab edilir.
QOŞMA 1 MODEL İMTİNA FORMASI
Kimə: “Bolt Services AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti (AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Mərkəzi Kommunikasiya, ev 1965, e-mail ünvanı: xxxxxxxxxx-xxxx@xxxx.xx)
Mən bununla bildiriş verirəm ki aşağıdakı alğı-satqı müqaviləsindən imtina edirəm: Sifariş verilib: [Müştəri tərəfindən tamamlanmalıdır] tarixində
Müştərinin adı: [Müştəri tərəfindən tamamlanmalıdır] Müştərinin ünvanı: [Müştəri tərəfindən tamamlanmalıdır]
Müştərinin imzası (yalnız bu forma kağız üzərində bildirilirsə): Tarix: [Müştəri tərəfindən tamamlanmalıdır]