EV QUŞLARININ SIĞORTASININ ÜMUMI QAYDALARI
EV QUŞLARININ SIĞORTASININ ÜMUMI QAYDALARI
Ev quşlarinin siğortasinin ümumi qaydaları (bundan sonra mətndə «Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və Ev quşlarinin sığortası müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir.
1. SIĞORTA TƏMINATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydaları ilə, sığortalının quşçuluq fermalarında olan ev quşlarının aşağıdakı hadisələr nəticəsində, məcburi kəsdirmələr də daxil olmaqla tələf olmalarına görə bu ümumi qaydalar əsasən dəyən həqiqi zərərlərə təminat verilir:
a) Bütün növ adi və yolxucu xəstəliklər,
b) Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi, yemdən zəhərlənmə,
v) Şaxtadan donma, fırtına, torpaq çökməsi və ya sürüşməsi və su basması,
q) Yanğın, yanğına səbəb olub-olmamasından asılı olmayaraq ildırım və ya partlayış.
Sığorta müddəti ərzində meydana gələn xəstəlik nəticəsində sığortanın başa çatma tarixindən sonrakı ilk iki həftə ərzində baş verən tələf olmalara görə dəyən zərərlər də təminat daxilindədir.
2. ƏLAVƏ MÜQAVİLƏ BAĞLAMAQLA TƏMINATA DAXİL EDİLƏN HALLAR
Aşağıdakı hallara yalnız əlavə müqavilə bağlanması şərtilə təminat verilir:
a) Tətil, lokaut, qarışıqlıq və xalq hərəkatları və bunlarla əlaqədar əsgəri və inzibati tədbirlər nəticəsində dəyən hər cür ziyan və zərərlər,
b) Oğurluq.
3.TƏMINATA DAXİL EDİLMƏYƏN HALLAR
Aşağıdakı hallar sığorta təminatına daxil edilmir:
a) Tük və yumurtanı yemə, dimdiyi ilə dişləmə və ya digər bu kimi pis alışqanlıqlar nəticəsində,
b) Quşların şikəstliyi və anormal inkişaf etmələri nəticəsində,
v) Sığorta müqaviləsi imzalandığı tarixdən əvvəl də mövcud xxxx xəstəliklər, düzgün yemləməmə və çatışmamazlıqlar nəticəsində,
q) Müharibə, hər cür hərbi hərəkətlər, istila, xarici düşmən hərəkətləri, savaş (müharibə elan edilib edilməməsindən asılı olmayaraq) vətəndaş müharibəsi, qiyam, üsyan və bunlarla əlaqədar həyata keçirilən inzibati və əsgəri tədbir nəticəsində,
ğ) Hər hansı bir nüvə yanacağı və ya nüvə yanacağının yanması nəticəsində nüvə tullantılarını və bunlara aid edilən səbəblərdən meydana gələn toplayıcı radiasiyaların və radioaktiv maddələrin bulaşmalarının və bunlarla əlaqədar hərbi və inzibati tədbir nəticəsində (bu bənddə qeyd olunan yanma anlayışı öz-özünə çoxalan hər hansı bir nüvə ayrılması (fission) hadisəsini də əhatə edəcəkdir),
d) Səlahiyyətli orqanların sığortalı quşlardan istifadə etməsi nəticəsində, tələf olma və ya məcburi kəsdirmələr.
4. SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ VƏ SONA ÇATMASI
Sığorta müqaviləsi, başqa şərtlər nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsində göstərilən başlama və sona çatma tarixlərində, Bakı vaxtı ilə saat 2400-da qüvvəyə minir, müddətin axırında saat 2400-da xxxx xxxxx.
5.SIĞORTALININ MƏLUMAT VERMƏ ÖHDƏLİYİ
Sığortaçı bu sığorta müqaviləsini, sığortalının, hadisənin həqiqi vəziyyətini tam bildirməsi şərtilə təklifnamədə, təklifnamə yoxsa sığorta şəhadətnaməsi və ya əlavələrində yazılmış məlumatına əsasən bağlayır.
Sığortalı, ev quşlarının sağlamlığı ilə əlaqədar baytar həkimindən öz vəsaiti hesabına arayış alıb sığortaçıya təqdim etməlidir.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması, sığortaçının sığorta müqaviləsini imzalamamasına və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olduğu hallarda:
a) sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı, məlumatın ona məlum olduğu andan etibarən bir ay ərzində müqaviləni poza və həmin müddət ərzində bir hadisə baş verərsə, ödənişdən imtina edə bilər.
Müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçının sığorta haqqını qaytarmamaq hüququ vardır;
b) sığortalı, bu hərəkəti düşünmədən edərsə, sığortaçı, məlumatın ona məlum olduğu andan etibarən bir ay ərzində müqaviləni ləğv edə və ya sığorta haqqı fərqini tələb etməklə müqaviləni davam etdirə bilər.
Sığortalı 15 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqavilə ləğv olunmuş hesab edilir.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda məlumatın sığortalıya bildirildiyi tarixdən 5 iş günü sonra saat 2400-da, sığortalı tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda məlumatın xxxxx və ya notariusa verildiyi tarixin səhərisi gün saat 2400-da hüquqi qüvvəyə minir.
v) Şərtləri pozma, ləğv etmə və sığorta haqqının fərqini tələb etmə hüququndan vaxtında istifadə olunmazsa, etibarsız sayılır;
q) Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda;
Sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl, və ya sığortaçı müqavilənin ləğv olunmasını tələb edə biləcəyi müddət ərzində,və yaxud ləğv etmə qərarının hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində, hadisə baş verərsə, sığorta ödənişi, sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə, həqiqətdə hesablanmalı xxxx sığorta haqqı arasındakı fərq nisbətinə uyğun olaraq ödənilir.
6.SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ XƏBƏRDARLIQ ETMƏ MƏSULİYYƏTİ VƏ NƏTİCƏLƏRİ
Müqavilə imzalandıqdan sonra sığortalanmış ev quşlarının təklifnamədə, təklifnamə yoxdursa, sığorta şəhadətnaməsi və əlavələrində göstərilən yer və vəziyyəti, sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu dəyişikliyi:
a) Xxx tərəfindən və ya onun razılığı ilə başqa birisi tərəfindən həyata keçirilərsə dərhal;
b) Özünün açıq və ya gizli razılığı olmadan başqa şəxs tərəfindən həyata keçirilərsə, vəziyyəti öyrənən kimi dərhal; və hər iki halda ən geci 8 gün ərzində sığortaçıya bildirməlidir.
Sığortaçı vəziyyəti öyrəndikdən sonra, bu dəyişiklik müqavilənin ləğv edilməsini və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 8 gün ərzində müqaviləni ləğv edə və ya sığorta haqqı fərqini tələb etməklə müqaviləni davam etdirə bilər.
Sığortalı, 8 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqavilə ləğv olunmuş hesab edilir.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda məlumatın sığortalıya bildirildiyi tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sifarişli məktub vasitəsilə məlumat verildiyi tarixin səhəri gün saat 2400-da hüquqi qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi vaxta qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildiyi hallarda gün hesabı, sığortalı tərəfindən ləğv edildiyi hallarda isə qısa müddət hesabı ilə hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
Vaxtında istifadə olunmayan ləğvetmə və ya sığorta fərqini tələb etmə hüququ etibarsız sayılır.
Sığorta olunmuş ev quşlarının təklifnamədə, təklifnamə yoxdursa sığorta şəhadətnaməsində və əlavələrində göstərilən yer və vəziyyətinin dəyişməsi barədə məlumat xxxx sığortaçı, sığorta haqqını tələb edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirən hansısa başqa bir hərəkət edərsə ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququ etibarsız sayılır.
Sığortalı, sığortalı ev quşlarının yer və vəziyyətinin, hadisə baş vermə ehtimalını artıra biləcək şəkildə dəyişdirilməsini, xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddətindən sonra baş verən zərərlərlə əlaqədar ödəniş tələb etmək hüququnu itirir. Xəbərdarlıq qaydaları qəsdən pozulmamış olarsa, ödəniş, alınan sığorta haqqı ilə həqiqətdə alınmalı xxxx sığorta haqqı arasındakı fərq nisbətinə uyğun olaraq ödənilir. Dəyişiklik hadisənin baş vermə ehtimalını azaldarsa və daha az sığorta haqqı alınmasını tələb edərsə, bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün, gün hesabı əsas götürülməklə hesablanan sığorta haqqı fərqi sığortalıya qaytarılır.
Bu maddənin tələbləri eyni qaydada sığortalı üçün də tətbiq edilir.
7. MÜLKIYYƏT SAHIBININ DƏYIŞMƏSI.
Sığortalı ev quşlarının mülkiyyət sahibi dəyişdikdə sığorta müqaviləsi ləğv edilir. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi vaxta qədər keçən müddətin sığorta haqqı kün hesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
Sığortalı vəfat etdikdə, bu sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələr heç bir dəyişiklik edilmədən yeni mülkiyyət sahibinə keçir. Bu zaman, sığortanın mövcudluğunu öyrənən yeni mülkiyyət sahibi vəziyyəti 15 gün içində sığortaçıya bildirməlidir.
Bu şərtə əməl olunmazsa, sığortaçı məsuliyyətdən azad olur.
Sığortaçı dəyişikliyi, yeni mülkiyyət sahibi də sığortanın mövcud olduğunu öyrəndiyi tarixdən etibarən 8 gün içində sığorta şəhadətnaməsini ləğv edə bilər.
Vaxtında istifadə olunmayan ləğv etmə hüququ etibarsız sayılır.
Sığorta müqaviləsinin sığortaçı tərəfindən ləğv edildiyi hallarda, bu haqda məlumatın sığortalıya bildirildiyi tarixdən 5 gün sonra saat 2400-da, yeni mülkiyyət sahibi tərəfindən ləğv edildiyi hallarda isə ləğv etmə haqqında məlumatın bildirildiyi günün sabahı saat 2400-da qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildiyi hallarda gün, yeni mülkiyyət sahibi tərəfindən ləğv edildiyi hallarda isə qısa müddət hesabı ilə hesablanır və artığı yeni mülkiyyət sahiblərinə qaytarılır.
8. SIĞORTA HAQQININ ÖDƏNMƏSİ VƏ SIĞORTAÇININ CAVABDEHLİYİNİN BAŞLAMASI
Sığorta haqqı, Ümumi Şərtlərin 15-ci maddəsində göstərilən haqq və xərclərdən ibarətdir.
Sığorta haqqının bütövlüklə və ya hissə-hissə ödənməsi razılaşdırılıbsa, xxxxx xxxx ən xxxx sığorta şəhadətnaməsi təqdim olunan vaxt, qalan hissəsi isə sığorta şəhadətnaməsində göstərilən vaxt ərzində ödənməlidir.
Sığorta haqqı bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırılıbsa xxxxx xxxx vaxtında ödənməzsə, sığortaçı sığorta müqaviləsilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd edilir.
Sığorta haqqı hissə-hissə ödənildiyi zaman hissələrdən ikisi ardıcıl olaraq ödənməzsə və ya hadisə baş verərsə, haqqların hamısı bir dəfəyə ödənilir və bu şərt sığorta şəhadətnaməsində qeyd edilir.
Sığortaçı sığorta haqqı borcunu vaxtında ödəməyən sığortalıya sifarişli məktub vasitəsilə borcun bir ay ərzində ödənilməli olmasını, əks təqdirdə müqavilənin ləğv ediləcəyini bildirir. Sığorta haqqı borcu göstərilən müddət ərzində də ödənilməzsə, müqavilə ləğv olunmuş hesab edilir və sığortalı ləğv olma tarixinə qədər keçən vaxtın qısa müddət hesabı ilə hesablanan sığorta haqqının sığortaçıya ödənməsinə görə məsuliyyət daşıyır.
Sığorta haqqının sərbəst dönərli valyuta ilə ifadə olunması borcun mahiyyətini dəyişdirmədiyi kimi, Sığorta Qanunu ilə müəyyən edilən hüquq və səlahiyyətlərə də təsir etmir.
9. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
A) Sığortaçı, istədiyi vaxt öz nümayəndələri və ya təyin edəcəyi baytar həkimləri vasitəsilə sığortalı ev quşlarının sağlamlığını və vəziyyətini yoxlamaq hüququna malikdir.
Sığortalının hinləri baxımsız və natəmiz saxlaması, qeyri-mütəxəssis şəxslər tərəfindən baxılması, yemləmənin lazımi qaydada aparmaması, vaxtında peyvənd etməməsi, xəstəliklərin qarşısının alınması üçün lazımi baytariyyə tədbirləri həyata keçirməməsi və digər bu kimi nöqsanlı hərəkətləri sübut edilərsə, sığortaçı 8 gün ərzində müqaviləni ləğv edə və ya baytarlıq qayda və qanunlarında göstərilən tədbirlərin müəyyən bir vaxt ərzində yerinə yetirilməsini tövsiyyə edə bilər. Sığortalı bu tövsiyyələri qəbul etməzsə və ya vaxtında yerinə yetirməzsə, sığortaçı yenə də 8 gün ərzində ləğv etmə hüququndan istifadə edə bilər. Sığorta müqaviləsinin ləğv edildiyi hallarda istifadə edilməyən müddətin sığorta haqqı gün hesabı ilə hesablanaraq sığortalıya qaytarılır.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda məlumatın sığortalıya bildirildiyi tarixdən 5 gün sonra saat 2400-da qüvvəyə minir.
B) Sığortalı, sığortalı ev quşlarında yoxucu xəstəlik əlamətləri aşkar edildikdə xəstə quşlarla sağlam quşları bir- birindən ayırmağa, xəstəlik haqqında məlumat verməyə, baytarlıq qanun və qaydalarına əsasən əlaqədar orqanlar tərəfindən məsləhət bilinən tədbirləri həyata keçirməyə, sığortaçının bu maddənin (A) bəndinə uyğun olaraq həyata keçirdiyi yoxlamaların nəticəsinə əsasən vacib hesab etdiyi tədbirlərin icrasına görə məsuliyyət daşıyır.
10. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Bir həftəlik müddət ərzində eyni bir hindəki ev quşlarının 2%-dən artığı eyni səbəbdən xəstələndiyi, qəzaya düşdüyü və ya tələf olduğu təqdirdə sığortalı aşağıdakı tədbirləri həyata keçirməyə görə məsuliyyət daşıyır:
a) 5 gün ərzində yazılı şəkildə sığortaçıya və ya agentliyinə məlumat verməyə,
b) Xərclərini özü ödəmək şərtilə baytar həkiminə müraciət etməyə və onun məsləhət bildiyi tədbirləri həyata keçirməyə,
v) Xəstəlik nəticəsində tələf xxxx, məhv edilən və ya məcburi kəsdirilən sığortalı ev quşlarından iki ədədini, ölüm səbəbinin müəyyən edilməsi üçün (əlaqədar xərclərin sığortaçı tərəfindən ödənilməsi şərtilə) sığortaçının təyin etdiyi baytarlıq təşkilatına göndərməyə və rəsmi arayış almağa, qeyri-xəstəlik nəticəsində tələf xxxx, məhv edilən və ya məcburi kəsdirilən ev quşlarının tələf olma səbəbilə əlaqədar isə (əlaqədar xərclərin yenə də sığortaçı tərəfindən ödənilməsi şərtilə) sığortaçının təyin edəcəyi baytar həkimindən rəsmi arayış almağa,
q) Baytar həkiminin tələf olmanın baş vermə səbəbini aydınlaşdırmasına kömək etməli, infeksiya təhlükəsilə əlaqədar baytar həkiminin göstərdiyi quşları kəsməyə və lazımi hallarda məsləhət bildiyi tədbirləri həyata keçirməyə.
11.SIĞORTA ÖDƏNİŞİ MƏBLƏĞİNİN AZALDILMASI VƏ YA RƏDD EDİLMƏSİ
Sığortalı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərər və ziyan məbləği artarsa, həmin məbləğ sığortaçının verəcəyi sığorta ödənişdən çıxılır.
Sığortalı, hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya ziyan və zərər miqdarını qəsdən artırarsa, bu sığorta müqaviləsində nəzərdə tutulan hüquqlarını itirir.
12.ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
Bu sığorta müqaviləsinə əsasən sığortalanmış ev quşlarının tələf olması nəticəsində dəyən zərərlərə görə veriləcək ödənişin məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Tərəflər qarşılıqlı razılığa gələ bilmədikdə zərərin məbləği bu işin mütəxəssisi və ya ekspert tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
a) Tərəflər müştərək bir ekspert seçilməsində razılığa gələ bilməzlərsə, tərəflərdən hər biri ayrılıqda öz ekspertini tə’yin edir və bu haqda digər tərəfə məlumat verir. Tərəfli ekspertlər işə başlamamışdan əvvəl, seçildikləri tarixdən etibarən 7 gün ərzində bir nəfər 3-cü bitərəf ekspert seçir və bunu protakolla rəsmiləşdirirlər. Bitərəf ekspertin yalnız, tərəfli ekspertlərin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy bildirmək hüququna malikdir. Bitərəf ekspert öz rəyini ayrıca bir protakolla və digər ekspertlərlə birlikdə ümumi bir protakolla da bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda bildirilir.
b) Tərəflərdən biri digər tərəfin məlumatından sonra 15 gün ərzində öz ekspertini tə’yin etməzsə, yaxud tərəflərin ekspertləri üçüncü bitərəf ekspertin seçilməsi haqqında 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəfli ekspert və ya üçüncü bitərəf ekspert tərəflərdən birinin müraciətinə əsasən, hadisə baş verdiyi ərazidəki iqtisadi mübahisələri həll etmək səlahiyyətinə xxxxx xxxx məhkəmə sədri tərəfindən peşəkar və bitərəf şəxslərdən seçilir.
v) Hər iki tərəf, üçüncü bitərəf ekspertin – həmin şəxs istər tərəfli ekspertlər, istərsə də məhkəmə sədri tərəfindən seçilmiş olsun – sığortaçının və ya sığortalının yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənardan seçilməsini tələb etmək hüququna malikdir və bu tələb təmin edilməlidir.
q) Ekspert vəfat edərəsə, vəzifəsindən istefa verərsə və ya rədd edilərsə, eyni qaydada yeni ekspert seçilir və araşdırma işi yarımçıq qaldığı yerdən davam etdirilir.
Sığortalının vəfat etməsi təyin edilmiş ekspertlərin işinin dayandırılmasına səbəb ola bilməz.
Ekspertlərə, ixtisas səviyyəsinin azlığına görə ediləcək etiraz hüququ, onların kimliyi öyrənildiyi tarixdən etibarən 7 gün ərzində istifadə olunmazsa etibarsız sayılır.
ğ) Ekspertlər öz fəaliyyətlərində sərbəstdirlər və onların hüquqları qanunlarla məhdudlaşdırılmır.
d) Ekspertlər zərərin məbləğini hesablamaq üçün lazım bildikləri dəlilləri, ev quşlarının hadisə tarixindəki saylarının və dəyərinin müəyyən edilməsi üçün xxxxx xxx biləcək qeyd və sənədləri tələb edə və hadisə yerində araşdırmalar apara bilərlər.
e) Ekspert və ya ekspertlərin, eləcə də üçüncü bitərəf ekspertin zərərin məbləğilə əlaqədar verdikləri qərar qətidir və tərəflər buna əməl etməlidirlər. Ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb oluna və ona qarşı iddia irəli sürülə bilməz.
Ekspert qərarına, yalnız, qərarın real vəziyyətdən əsaslı surətdə fərqləndiyi hallarda etiraz edilə və onun ləğv olunması qərarın bildirildiyi tarixdən etibarən bir həftə ərzində, hadisənin baş verdiyi ərazilərdəki iqtisadi mübahisələri həll etmək səlahiyyətinə malik yerli məhkəmədən tələb oluna bilər.
ə) Tərəflər ödənişin məbləğilə əlaqədar razılığa gələ bilməzlərsə, həmin məbləğ ekspert rəyinə əsasən müəyyən edilir və müddət, qəti qərarın tərəflərə bildirildiyi tarixdən hesablanır. Bu zaman, ekspertlərin təyin edildiyi tarix ilə qanunda göstərilən xəbərdarlıq müddəti arasında 3 illik müddət keçmiş olmalıdır.
i) Tərəflərdən hər biri öz ekspertinin haqq və xərclərini ödəyir. Üçüncü bitərəf ekspertin və ya müştərək ekspertin haqq və xərclərini tərəflər bərabər şəkildə ödəyirlər.
y) Zərər məbləğinin hesablanması, təminat verilən hadisələr, sığorta dəyəri, sığorta məbləği, əmlakın dəyərindən xxx və ya az məbləğdə xxxx sığorta, məsuliyyətin başlanğıc tarixi hüquqları məhdudlaşdıran və hüquqdan məhrum edən səbəblərlə əlaqədar bu sığorta şəhadətnaməsi və qanunlarda nəzərdə tutulan hökm və şərtlərə təsir edə bilməz.
13. ÖDƏNİŞİN HESABLANMASI
a) Sığorta olunmuş ev quşları tələf olduğu, məhv edildiyi və ya məcburi kəsdirildiyi zaman onun ətindən, tükündən və digər hissələrindən istifadə edilə bilinəcəyi hallarda həmin hissələrin dəyəri sovtac (istifadə edilən yararlı hissə) olaraq qəbul edilir.
b) Ödəniş verilən ev quşlarının sayı, tələf xxxx, məhv edilən və ya məcburi kəsdirilən ev quşlarının sayından, aşağıdakı xxxx xxxx cədvəlində ev quşlarının yaş həddləri üzrə göstərilən nisbət nəzərə alınmaqla, sığortalanmış ev quşlarının ümumi sayına əsasən hesablanan miqdarın çıxılması yolu ilə müəyyən edilir.
AZADOLMA CƏDVƏLİ 1 – ƏTLİK TOYUQ ÜÇÜN
Yaşı Hər bir həftəyə görə %
1 – 2 həftə 1.50
3 – 8 həftə 1.00
2 – YUMURTLAYAN TOYUQ ÜÇÜN
Yaşı Hər bir həftəyə görə %
5 – 8 həftə 1.50
9 – 18 həftə 1.00
3 – YUMURTA VERƏCƏK FƏRƏLƏR ÜÇÜN
Yaşı Hər bir həftəyə görə %
1. həftə | 1.50 |
2 – 3 həftə | 1.00 |
4 – 22 həftə | 0.50 |
DAMAZLIQ VƏ CİNS CÜCƏLƏR ÜÇÜN Yaşı Hər bir həftəyə görə % | |
1. həftə | 1.50 |
2 – 3 həftə | 1.25 |
4 – 22 həftə | 0.75 |
DAMAZLIQ VƏ CİNS TOYUQLAR ÜÇÜN Yaşı Hər bir həftəyə görə % | |
5 – 7 ay | 3.00 |
8 ay | 2.50 |
9 ay | 2.00 |
10 – 12 ay | 1.75 |
13 – 18 ay | 1.50 |
4 –
5 –
b) Sığortalanmış ev quşlarının hər bir ədədinə görə veriləcək ödənişin məbləği, ümumi sığorta dəyərinin əsasını təşkil edən ədəd qiymətini, əlaqədar qiymətləndirmə cədvəlində ev quşlarının yaş qrafasında göstərilən faiz nisbətinə vurmaqla hesablanır.
v) Ödənişin məbləği, hadisəyə düşmüş ev quşlarının ümumi sayının bir ədəd ev quşunun dəyərinə vurulması yolu ilə hesablanan məbləğin 80%-i həcmindədir.
q) Sığorta ödənişindən, əgər varsa bu maddənin (a) bəndində göstərilmiş istifadə və ya yararlı hesab edilən hissələrin (sovtacın) dəyəri çıxılmaqla hesablanan məbləğ bu ümumi şərtlərin 10-cu maddəsinin (v) bəndində göstərilən sənədlərin sığortaçıya təqdim edilməsindən sonra maksimum 15 gün ərzində sığortalıya ödənilir.
14. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
1.Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
4.Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 1-ci və 2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
15. ZƏRƏR VƏ SIĞORTA ÖDƏNİŞİNİN NƏTİCƏLƏRİ
Sığortalının zərər vurulmasında təqsirkar şəxsə qarşı xxxx iddia hüququ ödənilmiş sığorta ödənişi məbləği müqabilində sığortaçıya keçir.
Sığortalı sığortaçının irəli sürə biləcəyi iddianın təmin edilməsi üçün xxxxx xxxx və əldə oluna bilən məlumat və sənədləri mütləq təqdim etməlidir.
Təminata daxil edilən hadisə nəticəsində tam məhv olma baş verdiyi zaman sığorta təminatı xxxx xxxxx. Qismən məhv olma baş verdiyi zaman isə, sığorta məbləği hadisənin baş verdiyi tarixdən etibarən tələf olan ev quşlarının dəyəri həcmində azalır.
Sığorta məbləğinin azaldığı hallarda, hadisə tarixindən etibarən gün hesabı ilə əlavə sığorta haqqı alınmaqla sığorta məbləği əvvəlki səviyyəsinə qədər artırıla bilər.
Tərəflər, qismən tələf xxxx xxxxxx sığorta müqaviləsin ləğv etmək hüququna malikdirlər. Sığortaçı öz ləğv etmə hüququndan ödəniş verməmişdən əvvəl istifadə edə bilər.
Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda sığortalıya məlumat verildiyi tarixdən 5 iş günü sonra saat 2400-da hüquqi qüvvəyə minir və ləğv etmənin hüquqi qüvvəyə mindiyi vaxta qədər keçən müddətin sığorta haqqı gün hesabı ilə hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
Sığortalı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda sifarişli məktub
və ya notarius vasitəsi ilə məlumat verildiyi günün səhərisi saat 2400-da hüquqi qüvvəyə minir və bu zaman, istifadə olunmayan müddətin sığorta xxxxx xxxx qaytarılmır.
DİGƏR MÜDDƏALAR
16. VERGİ, RÜSUM VƏ XƏRCLƏR
Sığorta müqaviləsi, məbləği və ya sığorta haqqı ilə əlaqədar mövcud xxxx və gələcəkdə tətbiq edilə biləcək vergi, rüsum və xərclər qanunvericiliklə tənzimlənir.
17. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
Sığortalının məlumat və xəbərdarlıqları, sığorta şirkətinin mərkəzinə və ya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə, sifarişli məktub və ya notarius vasitəsilə bildirilir.
Sığortaçının məlumat və xəbərdarlıqları da sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, ünvan dəyişmişsə sığorta şirkətinin mərkəzinə və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana eyni formada çatdırılır.
Tərəflərə, imza etdirmək şərtilə, şəxsən təqdim olunan məktub və ya teleqraflar vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
18. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
19. ƏRİZƏ FORMASI
Sığorta müqaviləsi Sığortalı tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalının qiymətləndirilməsi üzrə vacib məlumatı Sığortaçıya yanlış və ya təhrif olunmuş şəkildə təqdim olunması aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış və ya təhrif olunmuş məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməsindən imtina edilməsinə və müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
20. SIĞORTA MÜQAVİLƏSİNƏ QƏBUL EDİLMİŞ ƏLAVƏLƏR
Bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
21. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.