MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR Nümunə Maddələri

MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR. 20.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsi ilə bildirilir.
MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR. Sığortalının xəbərdarlıq və məlumatı sığorta şirkətinin mərkəzinə və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır. Sığorta şirkətinin xəbərdarlıq və məlumatı da sığortalının sığorta şəhadətnaməsində göstərilən hüquqi ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agentə bildirilən son hüquqi ünvanına sifarişli məktubla çatdırılır. Tərəflərə imza edilməklə verilən məktublar və ya teleqraf vasitəsi ilə edilən xəbərdarlıq və məlumat da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumat səviyyəsində hüquqi qüvvəyə malikdir.
MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR. 14.1. Sığortalının məlumatları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə sifarişli məktub və ya digər formada (faks, elektron poçt, internet, telefon və s.) vasitəsilə bildirilir.
MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR. 21.1. Sığorta olunanın (sığortalının) xəbərdarlıq və məlumatı sığorta şirkətinin mərkəzinə və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır.
MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR. 17.1. Sığortalının məlumatları sığortaçıya sifarişli məktub və ya digər formada (faks, elektron poçt, internet, telefon və s.) bildirilir.
MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR. 12.1.Sığortalının (sığorta olunanın) məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır. 12.2.Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının (sığorta olunanın) sığorta şəhadətnaməsində göstərilən ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agentə bildirilən son hüquqi ünvanına sifarişli məktubla çatdırılır. Bu ünvan dəyişmiş olarsa, sığortalı bunu mütləq sığorta şirkətinə bildirməlidir. Əks təqdirdə sığortaçı tərəfindən bildirilən məlumatların sığortalıya çatdırılmamasına görə sığortalı birbaşa məsuliyyət daşıyacaqdır. 12.3.Tərəflərə imza edilməklə verilən məktublar və ya teleqraflar vasitəsilə edilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR. 14.1.Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə, sifarişli məktub vasitəsilə bildirilir. 14.2.Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvanına eyni formada çatdırılır. 14.3.Tərəflərə, imza etdirmək şərti ilə, şəxsən təqdim olunan məktublar, yaxud teleqraf, teleks və ya faksla bildirilən xəbərdarlıq və məlumatlar sifarişli məktub səviyyəsində hüquqi qüvvəyə malikdir.

Related to MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR

  • TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 20.1. Sığortaçının vəzifələri:

  • Ümumi müddəalar 1.1. Ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli xxxx əsas prinsipləri və müddəaları müəyyən edir.

  • Mübahisələrin həlli qaydası 23.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.

  • ÜMUMİ MÜDDƏALAR Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

  • Yekun müddəalar Maddə 15

  • Sığortaçının hüquqları 20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;

  • Sığortalının hüquqları 20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;