AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında” 2014-cü il iyulun 14-də Roma şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2014-cü il
№ 1020-IVQ
Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti (bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq),
beynəlxalq hüququn prinsip və standartlarına əməl edərək, suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə uyğun olaraq və bərabərlik və qarşılıqlı fayda əsasında Razılığa gələn Tərəflər arasında mövcud dostluq münasibətlərini möhkəmləndirmək, dəniz nəqliyyatı sahəsində əməkdaşlığı təşviq etmək və ikitərəfli ticarəti inkişaf etdirmək arzusunda olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tətbiq idarəsi
1. Bu Saziş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında beynəlxalq gəmiçiliyin şərtlərini tənzimləyir.
2. Bu Sazişin müddəaları yedəyəalma və bələdçi xidməti, gəminin xilas olunması, sahilboyu dənizçilik, kabotaj, dəniz balıqçılığı və daxili su yolları naviqasiyası xxxx xxxxx xidmətləri olaraq, hər bir Razılığa gələn Tərəf üçün qanuni olaraq nəzərdə tutulan fəaliyyətlərə və nəqliyyata şamil edilmir.
3. Razılığa gələn Tərəflər bir Razılığa gələn Tərəfin gəmisinin digər Razılığa gələn Tərəfin limanları arasında hərəkəti zamanı birinci Razılığa gələn Tərəfin limanlarından və ya üçüncü ölkənin limanından gələrkən xxx boşaltmasını və ya sərnişin düşürtməsini, yaxud həmin birinci Razılığa gələn Tərəfin limanlarında və ya üçüncü ölkənin limanında boşaldılması məqsədi ilə gəmiyə xxx və sərnişin qəbul etməsini kabotaj hesab etmirlər.
Maddə 2
Anlayışlar
1. Bu Sazişin məqsədləri üçün “Razılığa gələn Tərəfin gəmisi” termini Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq, bu Razılığa gələn Tərəfin gəmi reyestri və ya reyestrlərində qeydiyyata alınmış və ya onun bayrağı altında üzən, hər iki Razılığa gələn Tərəfin fiziki və ya hüquqi şəxslərinə məxsus hər hansı ticarət gəmisini nəzərdə tutur.
Xxxxx bu terminə aşağıdakılar daxil deyildir:
(a) hərbi gəmilər;
(b) qeyri-kommersiya məqsədləri üçün istifadə olunan dövlətə məxsus gəmilər;
(c) hidroqrafiya, okeanoqrafiya və xxxx tədqiqatlar üçün gəmilər;
(d) tibbi gəmilər;
(e) balıqçı qayıqları;
(f) bələdçi, yedəyəalma, yardımçı, dənizdə xilasetmə və dənizin çirklənməsi ilə mübarizə də daxil olmaqla liman, reyd və çimərlik xidmətləri üçün nəzərdə tutulmuş gəmilər;
(g) təlim və ya tədris gəmiləri;
(h) istirahət gəmiləri.
2. “Razılığa gələn Tərəfin milli gəmiçilik şirkətləri tərəfindən istismar olunan gəmi” termini, yuxarıda göstərilən 1-ci bəndin (a) və (h) yarımbəndlərində qeyd olunan gəmilər istisna olmaqla, Razılığa gələn Tərəfin milli gəmiçilik şirkətlərinin icarəyə götürdükləri istənilən gəmilərlə yanaşı, Razılığa gələn Tərəflərin hər hansı gəmisini nəzərdə tutur.
3. “Milli gəmiçilik şirkəti” termini dəniz nəqliyyatı sahəsində müvafiq milli Səlahiyyətli Orqan tərəfindən onun milli qanunvericiliyinə uyğun olaraq bu şəkildə tanınan hər hansı ticarət gəmiçiliyi şirkətini bildirir.
4. “Dəniz nəqliyyatı sahəsində müvafiq milli Səlahiyyətli Orqan” termini:
a) Azərbaycan Respublikası üçün – Dövlət Dəniz Administrasiyası;
b) İtaliya Respublikası üçün - İnfrastruktur və Nəqliyyat Nazirliyi deməkdir.
5. “Heyət üzvü” termini gəmi kapitanını və gəmi bortunda gəminin istismarı, ona xidmət göstərilməsi ilə bağlı vəzifələri yerinə yetirən, gəmi heyətinin siyahısına daxil edilən və 6-cı maddədə göstərilən dənizçinin şəxsiyyət sənədinə xxxxx xxxx hər hansı digər şəxsi nəzərdə tutur.
6. “Ərazi” termininə Razılığa gələn Tərəflərin yurisdiksiyası və/və ya suverenliyi altında xxxx xxxxx daxil edilir.
Maddə 3
Naviqasiya azadlığı
1. Bu Sazişin faktiki icrasını təmin etmək məqsədi ilə Razılığa gələn Tərəflər dəniz naviqasiyası azadlığı prinsipinə uyğun olduqlarını bir daha təsdiq edirlər və iki Razılığa gələn Tərəf arasında naviqasiyanın inkişafının qarşısını hər hansı şəkildə ala biləcək bütün maneələri aradan qaldırmaq üçün səy göstərəcəklər. Onlar həmçinin ölkələrinin müvafiq gəmiçilik şirkətləri tərəfindən istismar olunan gəmilərin hərəkətini məhdudlaşdıra biləcək hər hansı ayrı-seçkilik tədbirindən çəkinirlər.
2. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin milli gəmiçilik şirkətlərinin istismar etdiyi gəmilər tərəfindən sərnişinlərin və yükün əvvəlki Razılığa gələn Tərəfin limanları ilə üçüncü ölkələrin limanları arasında daşınmasının qarşısını xxxxx. Hər iki Razılığa gələn Tərəf üçüncü ölkələrin gəmiçilik şirkətlərinin gəmilərinin hər iki ölkənin limanları arasında xxx və sərnişin daşımasının qarşısını xxxxx.
3. Razılığa gələn Tərəflərin milli gəmiçilik şirkətləri tərəfindən icarəyə götürülən gəmilər həmin Razılığa gələn Tərəfin bayrağı altında üzən gəmilərlə eyni üstünlüklərdən istifadə edəcəklər.
4. Hər iki Razılığa gələn Tərəf gəmilərin təhlükəsizliyi, dəniz ətraf mühitinin mühafizəsi və eləcə də dənizçilərin sosial şəraiti ilə əlaqədar müvafiq beynəlxalq sənədlərin icrasının təmin edilməsi üçün səylərini əsirgəməyəcəklər. Onlar həmçinin dənizdə axtarış və xilasetmə, naviqasiyanın təhlükəsizliyi, dəniz ətraf mühitinin
mühafizəsi və dəniz gəmiçiliyinə qarşı törədilmiş qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə qayda və təlimatların tətbiqi üçün özlərinin Səlahiyyətli Orqanları arasında əməkdaşlığı dəstəkləyəcəklər.
Maddə 4
Limanlarda gəmilər üçün yaradılan şərait
1. Hər bir Razılığa gələn Tərəf onun limanına gələn digər Razılığa gələn Tərəfin milli gəmiçilik şirkətləri tərəfindən istismar olunan gəmilərə aşağıda göstərilənlər üzrə öz gəmiləri üçün yaratdığı şəraiti yaradır:
a) limanlara daxil olmaq azadlığı;
b) limanlara giriş və çıxış;
c) rüsumların və tariflərin ödənişi, habelə liman xidmətlərinə daxil xxxx gəmiçiliklə əlaqədar ödənişlər;
d) liman yığımları və vergilər;
e) yükləmə və boşaltma ilə əlaqədar əməliyyatlar üçün liman qurğularından istifadə;
f) tullantıların yüklənməsi və boşaldılması üçün liman qurğularından və xidmətlərindən istifadə;
g) sərnişinlərin, heyət üzvlərinin və yüklərin qəbul edilməsi və endirilməsi.
Lövbər yığımları, mayakların və dəniz nişanlarının istifadəsi və ya oxşar hallarda milli qaydalar yalnız Razılığa gələn Tərəflərin bayrağı altında üzən gəmilərə şamil edilir.
2. Hər bir Razılığa gələn Tərəf, öz milli qanunvericiliyinə uyğun olaraq, gəmilərin limanlarda ləngiməsinin qarşısının alınması üçün bütün müvafiq tədbirləri görür və sərhəd, gömrük, sanitariya üzrə inzibati rəsmiləşdirmələri və limanlarda tətbiq edilən digər rəsmiləşdirmələrin icrasını mümkün qədər sürətləndirir.
3. Bu Sazişin müddəaları yerli, liman və dəniz nəqliyyatı sahəsi üzrə Səlahiyyətli Orqanların gömrük, ictimai səhiyyə, sərhəd, polis, gəmilərin və limanların təhlükəsizliyi, dənizin çirklənməsinə qarşı mübarizə, insan həyatının mühafizəsi, təhlükəli yüklərin və toksik maddələrin daşınması, onların identifikasiyası və eləcə də əcnəbilərin girişi ilə bağlı qanunvericiliyin tətbiqi ilə əlaqədar hüquqlarına xələl gətirməyəcəkdir.
4. Hər bir Razılığa gələn Tərəf bu maddədə nəzərdə tutulmuş məsələlərlə bağlı öz qanunvericiliyi və milli qaydaları barədə digər Razılığa gələn Tərəfi məlumatlandırır. İtaliyanın Avropa İttifaqının üzvü olmasının nəticəsi olaraq, İtaliya qeyd edilən məsələlərlə bağlı qüvvədə xxxx Aİ qaydaları barədə məlumat verir.
Maddə 5
Gəmilərin milli mənsubiyyəti və gəmi sənədləri
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin gəmilərinin milli mənsubiyyətini onların milli qanunvericiliyinə uyğun olaraq dəniz nəqliyyatı sahəsində
müvafiq milli Səlahiyyətli Xxxxx tərəfindən verilmiş və tanınmış, gəmidə xxxx təsdiq edilmiş sənədlər əsasında tanıyır.
2. “Gəmilərin ölçülməsinə dair" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya və ya qüvvədə xxxx müvafiq qanunvericiliyə əsasən verilən ölçü şəhadətnaməsi ilə təmin edilmiş Razılığa gələn Tərəflərin hər birinin gəmiləri digər Razılığa gələn Tərəfin limanlarında yeni tonnaj ölçmələrindən azad edilir. Hər bir Razılığa gələn Tərəf eyniləşdirmə şərtlərini müəyyən etmək imkanı yaratmaq üçün digər Razılığa gələn Tərəfi tonnaj ölçü sistemində hər hansı dəyişikliklərlə bağlı məlumatlandırır.
Maddə 6
Heyət üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin dəniz nəqliyyatı sahəsində müvafiq milli Səlahiyyətli Orqanı tərəfindən verilən heyət üzvlərinin şəxsiyyətini təsdiq edən sənədləri tanıyır.
2. Heyət üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər aşağıdakılardır:
a) Azərbaycan Respublikası üçün – “Dənizçinin şəxsiyyət sənədi”;
b) İtaliya Respublikası üçün – “Libretto di Navigazioni”.
Maddə 7
Heyət üzvlərinin qeydiyyat limanında hüquq və öhdəlikləri
1. Razılığa gələn Tərəfin vətəndaşı xxxx və bu Sazişin 6-cı maddəsində göstərilən şəxsiyyət vəsiqəsinə xxxxx xxxx heyət üzvlərinə, viza ilə təmin edildikləri təqdirdə, sahilə çıxmağa icazə verilir. Əgər onlar belə bir xxxxxx xxxxx deyildirlərsə, aidiyyəti dənizçilərin gəmi heyətinin siyahısında olması şərti ilə müvafiq Səlahiyyətli Orqan həmin dənizçilərə giriş icazəsi verəcəkdir.
2. Həmçinin, digər üçüncü ölkələrin vətəndaşı xxxx yuxarıda göstərilən şəxsiyyət vəsiqəsinə xxxxx xxxx heyət üzvlərinin sahilə çıxmasına icazə verilir. Bu halda əcnəbilərdən onların mənsub olduğu dövlətə münasibətdə xxxx istisna hallardan başqa, viza tələb olunur. Əgər onlar belə bir xxxxxx xxxxx deyildirlərsə, aidiyyəti dənizçilərin gəmi heyətinin siyahısında olması şərti ilə müvafiq Səlahiyyətli Orqan həmin dənizçilərə giriş icazəsi verəcəkdir.
3. Yuxarıda qeyd olunmuş dənizçilər sahilə çıxarkən, qalarkən, tranzit keçərkən və öz gəmilərinə qayıdarkən limanın yerləşdiyi Razılığa gələn Tərəfin ərazisində qüvvədə xxxx qanunvericiliyə riayət edəcəklər.
Maddə 8
Gəmidə xxxx, heyət üzvləri siyahısında olmayan operatorların tranzit keçmə və qalma hüquqları
1. Razılığa gələn Tərəfin vətəndaşı xxxx, heyət üzvləri siyahısında olmayan, hər iki Razılığa gələn Tərəfin verdiyi və bu Sazişin 6-cı maddəsində göstərilmiş şəxsiyyəti təsdiq edən sənədə malik gəmidə xxxx operatorların, ancaq viza verildiyi təqdirdə, öz
gəmilərinə qoşulmalarına, digər gəmiyə keçmələrinə və ya repatriasiya məqsədi ilə digər Razılığa gələn Tərəfin ərazisindən keçmələrinə icazə verilir. Müvafiq Səlahiyyətli Orqan təkrarlanan təcili və zəruri hallarda buraxılış icazəsi verəcəkdir. Belə halda, həmin əcnəbilər yuxarıda qeyd olunmuş sənədlə birlikdə, etibarlılıq müddəti xxxx pasportu və ya həmin Razılığa gələn Tərəfin dövlətinin ərazisinə giriş üçün etibarlılığı tanınmış şəxsiyyəti təsdiq edən digər sənədi göstərəcəklər.
2. Digər üçüncü ölkələrin vətəndaşları xxxx 1-ci bənddə qeyd olunmuş operatorlara da öz gəmilərinə qoşulmaq, digər gəmiyə keçirilmək və ya repatriasiya məqsədi ilə Razılığa gələn digər Tərəfin ərazisindən keçməyə icazə verilir. Həmin operatorlar, onların mənsub olduğu dövlət üçün nəzərdə tutulan hallar istisna olmaqla, yuxarıda qeyd olunmuş sənəd ilə birlikdə, viza ilə müşayiət olunan etibarlı pasportu və ya həmin Razılığa gələn Tərəfin dövlətinin ərazisinə giriş üçün etibarlılığı tanınmış şəxsiyyəti təsdiq edən digər sənədi göstərməli olacaqlar. Əgər yuxarıda qeyd olunmuş şəxslər belə bir viza ilə təmin edilməmişlərsə, müvafiq Səlahiyyətli Orqan təkrarlanan təcili və zəruri hallarda buraxılış icazəsi verəcəkdir.
3. Əgər 6-cı maddədə göstərilən müvafiq şəxsiyyəti təsdiq edən sənədlərə malik hər hansı şəxs səhhəti ilə əlaqədar səbəblərdən hər iki Razılığa gələn Tərəfdən hər hansı birinin limanında düşürülərsə, həmin Razılığa gələn Tərəfin müvafiq Səlahiyyətli Orqanları həmin şəxsin xəstəxanaya yerləşdirilməsi halında onun ərazisində qalmasına və hər hansı növ nəqliyyat vasitəsilə mənbə ölkəsinə qayıtmasına və ya gəmiyə minməsi üçün digər limana getməsinə lazımi icazə verilməsini təmin edir.
4. Razılığa gələn Tərəflər, yuxarıda qeyd edilən sənədlərə malik olmasına baxmayaraq, onlar tərəfindən arzuolunmaz hesab edilən hər hansı şəxsin onların ərazisinə girməsindən imtina etmək hüququnu saxlayırlar.
5. Razılığa gələn Tərəflər, beynəlxalq hüquqa uyğun olaraq, dəniz vasitəsi ilə biletsiz sərnişinlərin və immiqrantların qeyri-qanuni daşınmasının qarşısının alınması və məhdudlaşdırılması üçün ən yüksək səviyyədə əməkdaşlıq edirlər.
Maddə 9
Heyət üzvünə qarşı hüquqi prosedurlar
1. Hər iki Razılığa gələn Tərəfin Səlahiyyətli Orqanları, aşağıdakı hallar istisna olmaqla, həmin Tərəfin ərazi sularında xxxx digər Razılığa gələn Tərəfin gəmisində qanun pozuntusu törədildiyi təqdirdə, hüquqi prosedurların tətbiqinə başlamırlar:
a) bu qanun pozuntusu dövlətin təhlükəsizliyini, ictimai asayişi və ya limanın təhlükəsizliyini təhlükə altında qoymuşsa və ya ictimai səhiyyə, dənizdə insan həyatının təhlükəsizliyi, dəniz ətraf mühitinin mühafizəsi, gömrük və immiqrasiya ilə bağlı milli qanunvericiliyi pozmaqla törədilmişsə;
b) qanun pozuntuları heyət üzvləri olmayan və ya gəminin yerləşdiyi Razılığa gələn Tərəfin vətəndaşları xxxx şəxslər tərəfindən və ya onlara qarşı törədilmişsə;
c) qanun pozuntuları silah, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə aid edilirsə;
d) qanunu pozan şəxs üçün hər iki Razılığa gələn Tərəfin qanunvericiliyi ilə ən azı 5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşsa.
Maddə 10
Dənizdə baş verən hadisələr
1. Hər iki Razılığa gələn Tərəfin hər hansı gəmisi digər Razılığa gələn Tərəfin ərazisi daxilində və/və ya yurisdiksiyası altında xxxx sularda, limanlarda və ya sahillərdə qəzaya uğrayarsa, saya oturarsa, zədə alarsa və ya dənizdə hər hansı digər bədbəxt hadisə ilə rastlaşarsa, sonuncunun müvafiq Səlahiyyətli Orqanları çətinlikdə xxxx gəminin heyətinin, sərnişinlərinin və yükünün xilas edilməsi üçün öz milli gəmilərinə və yüklərinə münasibətdə göstərdiyi eyni köməyi göstərir.
2. Digər Razılığa gələn Tərəfin gəmisinin ərazisində qəza hadisəsi (zədələnmə, gəmi qəzası, batma və hər hansı digər hadisə) törətdiyi Razılığa gələn Tərəfin müvafiq Səlahiyyətli Orqanları dərhal bu barədə digər Razılığa gələn Tərəfin ən yaxın konsulluq nümayəndəsinə xəbər verir, hər bir Razılığa gələn Tərəfin qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq, hadisənin səbəbləri ilə bağlı araşdırmaya başlayır və təhqiqatın aparılması ilə əlaqədar hər hansı mümkün köməyin göstərilməsini təmin edirlər.
3. Qəzaya uğramış gəmidən boşaldılan və ya əldə edilən xxx və məhsullardan, bu məhsulların qəza hadisəsi baş vermiş Razılığa gələn Tərəfin dövlətinin ərazisində milli qanunvericiliyə uyğun olaraq idxalı, istifadəsi və istehlakı istisna olmaqla, gömrük rüsumu və ya idxal vergisi və digər yığımlar tutulmayacaqdır. Bu yükə və digər məhsullara nəzarət etmək üçün gömrük orqanları qəza barədə mümkün qədər tez xəbərdar edilməlidir.
4. Xilasetmə tədbirləri və onların təşkili təşkilatçı dövlətin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
5. Dəniz qəzaları, qəsdən və ya ehtiyatsızlıq nəticəsində baş vermiş hadisələr ilə əlaqədar dənizin çirklənməsinin qarşısının alınması və ona qarşı mübarizə əməliyyatları, bu əməliyyatları təşkil və idarə edən dövlətin qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəkdir.
6. Bu maddənin müddəaları gəminin qəzaya uğradığı ölkənin yüklərin müəyyən limanlarda müvəqqəti saxlanılmasına dair qanunvericiliyinə xələl gətirmir.
Maddə 11
Gəmiçilik şirkətlərinin filialları
1. Dəniz və ticarət gəmiçiliyi sahəsində əlaqələrin gələcək inkişafına şərait yaratmaq üçün hər iki Razılığa gələn Tərəfin müvafiq Səlahiyyətli Orqanları limanlarda xxxx gəmilərlə bağlı əməliyyatların asanlaşdırılması məqsədi ilə öz ərazilərində digər Razılığa gələn Tərəfin gəmiçiliklə əlaqədar təşkilatlarının filiallarının yaradılmasına icazə verəcəklər.
2. Razılığa gələn Tərəflər milli gəmiçilik şirkətlərinin əməkdaşları və inspektorları üçün viza və işlə əlaqədar qalma icazələrinin verilməsini sadələşdirirlər.
Maddə 12
Gəlirlərin və mənfəətlərin köçürülməsi
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin gəmiçilik şirkətlərinin onun ərazisində bu Sazişə uyğun olaraq yerinə yetirdiyi fəaliyyətdən əldə etdiyi mənfəətdən və digər gəlirlərdən yerindəcə xərclərini ödəmək üçün istifadə etmək hüququnu tanıyır.
2. Hər bir Razılığa gələn Tərəf yuxarıda qeyd olunmuş şirkətlərin bu gəlirləri və mənfəətləri sərbəst şəkildə Razılığa gələn digər Tərəfin ərazisinə köçürməsi (transferi) hüququnu təmin edir.
3. 1-ci bənddə göstərilən istifadə hüququ ərazisində məsrəf edilən dövlətin milli qanunvericiliyinə əsasən gəmiçilik şirkəti tərəfindən əldə edilmiş mənfəət və gəlirlərdən vergilərin yığılmasına dair hüququna təsir etmir. Həmin şirkətlər tərəfindən əldə edilmiş ikinci bənddə qeyd edilən gəlir və mənfəətlərin köçürülməsi yalnız həmin şirkətlərin, bu köçürülmələrin ərazisində həyata keçirildiyi Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyində nəzərdə tutulmuş müvafiq prosedurlara uyğun olaraq bütün maliyyə öhdəliklərini yerinə yetirmələrindən sonra həyata keçirilir.
4. Belə köçürmələr konvertasiya olunan valyutalarla, köçürmə edilən gün üzrə rəsmi valyuta məzənnəsinə uyğun olaraq hər hansı digər məhdudiyyət qoyulmadan mümkün qədər tez həyata keçirilir. Rəsmi valyuta məzənnəsi olmadıqda, belə köçürmələr köçürmə edilən gün üzrə xxxx əməliyyatlar üçün əsas götürülən bazar məzənnəsinə uyğun olaraq həyata keçirilir. Belə köçürmələr üçün adi bank haqlarından başqa haqq tutulmur.
5. 21 iyul 2004-cü il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin Ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın müddəaları ilə bu Sazişin müddəaları arasında ziddiyyət və ya fikir ayrılığı yarandığı təqdirdə, yuxarıda qeyd edilən Konvensiyaya üstünlük verilir.
Maddə 13
Beynəlxalq öhdəliklər
Bu Sazişin müddəaları Razılığa gələn Tərəflərin tərəfdar çıxdıqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 14
Məsləhətləşmələr
1. Bu Sazişin tam şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə Razılığa gələn Tərəflər Daimi Birgə Komitə yaradacaqlar. İki Razılığa gələn Tərəfin Daimi Birgə Komitəsinin iclasları ildə bir dəfə olmaqla növbə ilə hər bir ölkədə və ya Razılığa gələn Tərəflərdən birinin müraciəti əsasında daha xxx keçirilə bilər.
2. Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı hər hansı mübahisə yarandığı təqdirdə, həmin mübahisə Daimi Birgə Komitənin ikitərəfli görüşləri vasitəsilə həll edilir. Hər
hansı bir razılıq əldə olunmadığı təqdirdə, mübahisə diplomatik kanallar vasitəsilə həll edilir.
3. Xxxxx Xxxxx Komitə həmçinin:
a) Razılığa gələn Tərəflərin ikitərəfli və beynəlxalq dəniz nəqliyyatı ilə əlaqədar vəziyyəti nəzərdən keçirir;
b) dənizçilik sektorunda Razılığa gələn Tərəflər arasında əməkdaşlığın genişləndirməsi yollanın öyrənir;
c) bu Sazişin icrasından irəli gələ biləcək məsələləri və Razılığa gələn Tərəflər arasında mövcud dənizçilik əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı digər məsələləri müzakirə edir.
4. Xxxxx Xxxxx Komitə hər iki Razılığa gələn Tərəfin milli Səlahiyyətli Orqanlarına faydalı hesab etdiyi istənilən tövsiyəni vermək hüququna malikdir.
Maddə 15
Əlavə və dəyişikliklər
1. Bu Sazişə Razılığa gələn Tərəflərdən hər hansı birinin sorğusu əsasında əlavə və dəyişikliklər edilə bilər: bu sorğu yazılı şəkildə və diplomatik kanallar vasitəsilə bildirilir.
2. Bu Sazişə Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə hər hansı əlavə və dəyişikliklər edilə bilər: belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olaraq onun 16-cı maddəsinin müddəalarına müvafiq qaydada qüvvəyə minən ayrıca protokollar formasında rəsmiləşdirilir.
Maddə 16
Qüvvəyəminmə, müddət və ləğvetmə
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsini rəsmi şəkildə təsdiq edən sonuncu yazılı bildirişi Razılığa gələn Tərəflərin diplomatik kanallar vasitəsilə aldığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş beş (5) il müddətinə bağlanılır və Razılığa gələn Tərəflərdən biri bu Sazişi ləğv etmək niyyəti barədə diplomatik kanallar vasitəsilə yazılı şəkildə digər Razılığa gələn Tərəfə altı (6) ay əvvəldən bildiriş vermədiyi təqdirdə, avtomatik olaraq növbəti eyni müddətlərə qüvvədə qalır.
Bunun təsdiqi olaraq, müvafiq Hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Sazişi imzaladılar.
Roma şəhərində 2014-cü il 14 iyul tarixində, Azərbaycan, italyan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | İtaliya Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |