Məsləhətləşmələr Nümunə Maddələri

Məsləhətləşmələr. 1. Bu Sazişin tam şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə Razılığa gələn Tərəflər Daimi Birgə Komitə yaradacaqlar. İki Razılığa gələn Tərəfin Daimi Birgə Komitəsinin iclasları ildə bir dəfə olmaqla növbə ilə hər bir ölkədə və ya Razılığa gələn Tərəflərdən birinin müraciəti əsasında daha xxx keçirilə bilər. 2. Bu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı hər hansı mübahisə yarandığı təqdirdə, həmin mübahisə Daimi Birgə Komitənin ikitərəfli görüşləri vasitəsilə həll edilir. Hər hansı bir razılıq əldə olunmadığı təqdirdə, mübahisə diplomatik kanallar vasitəsilə həll edilir. 3. Xxxxx Xxxxx Komitə həmçinin: a) Razılığa gələn Tərəflərin ikitərəfli və beynəlxalq dəniz nəqliyyatı ilə əlaqədar vəziyyəti nəzərdən keçirir; b) dənizçilik sektorunda Razılığa gələn Tərəflər arasında əməkdaşlığın genişləndirməsi yollanın öyrənir; c) bu Sazişin icrasından irəli gələ biləcək məsələləri və Razılığa gələn Tərəflər arasında mövcud dənizçilik əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı digər məsələləri müzakirə edir. 4. Xxxxx Xxxxx Komitə hər iki Razılığa gələn Tərəfin milli Səlahiyyətli Orqanlarına faydalı hesab etdiyi istənilən tövsiyəni vermək hüququna malikdir.
Məsləhətləşmələr. Razılığa gələn Tərəflər onlardan hər hansı birinin xahişi ilə bu Sazişin təfsiri və ya tətbiqinə dair yaranan suallar ilə bağlı məsləhətləşmələr keçirirlər. Bu cür məsləhətləşmələr Razılığa gələn Tərəflərin səlahiyyətli qurumları arasında diplomatik kanallar vasitəsilə razılaşdırılmış yerdə və tarixdə keçirilməlidir.
Məsləhətləşmələr. Tərəflər hər hansı bir Tərəfin müraciəti əsasında bu Memorandumun müddəaları ilə bağlı məsələlərə dair məsləhətləşmələr aparacaq və qarşıya çıxa biləcək hər hansı çətinlik və anlaşılmazlığın əməkdaşlıq və qarşılıqlı inam ruhunda həll edilməsi üçün birgə səy göstərəcəklər.
Məsləhətləşmələr. Yuxxxxx xeyd olunmuş əməkdaşlığı həyata keçirmək məqsədi ilə Tərəflər məsləhətləşmələr, müzakirələr keçirəcəklər və zərurət olduğu təqdirdə, qarşılıqlı görüşlər təşkil edəcəklər.
Məsləhətləşmələr. Hər bir Tərəf istənilən vaxt bu Sazişlə əlaqədar məsləhətləşmələrin keçirilməsi üçün müraciət edə bilər. Fərqli razılıq əldə edilməyibsə, belə məsləhətləşmələr digər Tərəfin müraciəti almasından sonra 60 gündən gec olmayaraq, mümkün xxxx ən qısa vaxtda başlanacaqdır.
Məsləhətləşmələr. 1. Hər hansı Tərəf və ya onun səlahiyyətli dənizçilik qurumları istənilən zaman digər Tərəf və ya onun səlahiyyətli dənizçilik qurumları ilə işgüzar səfərlərin təşkil olunmasını və ya məsləhətləşmələrin aparılmasını təklif edə bilər. 2. Hər hansı Tərəf və ya onun səlahiyyətli dənizçilik qurumu tərəfindən təklif edilmiş hər hansı işgüzar səfərlər və ya məsləhətləşmələr belə təklifin alındığı tarixdən etibarən doxsan (90) gün müddətində baş tutmalıdır.
Məsləhətləşmələr. Razılığa gələn Tərəflər, onlardan hər hansı birinin müraciəti əsasında, bu Sazişlə əlaqədar aralarında yaranan hər hansı bir mübahisənin həll edilməsi, yaxud bu Sazişin yerinə yetirilməsi və ya tətbiq edilməsi ilə bağlı hər hansı bir məsələnin nəzərdən keçirilməsi və ya bu Sazişdən irəli gələ biləcək hər hansı digər məsələnin öyrənilməsi üçün təxirəsalınmaz məsləhətləşmələr keçirməyə razılaşırlar. Belə məsləhətləşmələr Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsilə razılaşdırılmış yerdə və vaxtda Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları arasında həyata keçirilir.
Məsləhətləşmələr. 1. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq dəniz nəqliyyatı barədə məlumatları müzakirə və mübadilə edirlər. 2. Səlahiyyətli orqanların adları və ya vəzifələri ilə bağlı hər hansı dəyişiklik edildiyi təqdirdə, Razılığa gələn Tərəflər diplomatik kanallar vasitəsilə müvafiq bildirişlər göndərirlər.
Məsləhətləşmələr. 1. Hər bir Tərəf istənilən vaxt bu Sazişin şərhi, yerinə yetirilməsi, tətbiqi, onda dəyişikliklər edilməsi və ya ona riayət olunması ilə əlaqədar məsləhətləşmələrin keçirilməsi barədə yazılı müraciət edə bilər. 2. Tərəflər arasında digər razılaşma olmadıqda, belə məsləhətləşmələr digər Tərəfin müraciəti alındığı tarixdən sonra 60 gün müddətində başlayacaqdır.
Məsləhətləşmələr. Tərəflər digər Tərəfin sorğusu əsasında bu Memorandumun müddəalarına uyğun olaraq hər hansı məsələ barədə məsləhətləşmələr aparacaq və yarana biləcək hər hansı bir anlaşılmazlıq və fikir ayrılığının qarşılıqlı etimad əsasında aradan qaldırılması üçün səy göstərəcəklər.