DƏMİRYOL NƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTASI ÜZRƏ SIĞORTA QAYDALARI
DƏMİRYOL NƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTASI ÜZRƏ SIĞORTA QAYDALARI
Maddə 1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır. Bu qaydalar ilə Nizamnamə əsasında fəaliyyət göstərən “A-Qroup Sığorta Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “SIĞORTAÇI” adlandırılacaq) dəmiryol nəqliyyatı vasitələrinin (dartıcı vasitələr, vaqonlar və s.) sığortasını həyata keçirir.
1.2. Dəmiryol nəqliyyatı vasitələrinə sahiblik hüququna xxxxx xxxx fiziki və hüquqi şəxslər bu qaydalara uyğun olaraq Sığortaçı ilə dəmiryol nəqliyyatı vasitələri üzrə sığorta müqavilələrini bağlamaq hüququna malikdir (bundan sonra “SIĞORTALI” adlandırılacaq).
1.3. Bu Qaydalar, onun əsasında bağlanılan müqavilələrinin ayrılmaz hissəsi sayılır və sığortalı ilə sığortaçı
üçün (bundan sonra Tərəflər adlandırılacaq) məcburidir.
Maddə 2. SIĞORTA SİNİFİ VƏ NÖVÜ, SIĞORTA PREDMETİ
2.1. Bu Qaydalarla müəyyən edilmiş sığorta növü qeyri-həyat sığorta sahəsi üzrə dəmiryol nəqliyyatı vasitələrinin sığortası sinfinə aiddir.
2.2. Bu Qaydalarla müəyyən edilmiş sığorta növü dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin razılaşdırıldığı halda qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutur.
2.3. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu
dəmiryol nəqliyyatı vasitələridir.
2.4. Bu Qaydalara əsasən aşağıdakı Dəmiryol Nəqliyyatı sığortalana bilər:
2.4.1. Vaqon və yarımvaqonlar.
2.4.2. Sisternlər.
2.4.3. Refrijeratorlar.
2.4.4. Dəmiryol Nəqliyyatına aid xxxx başqa dəmiryol nəqliyyatı vasitələri.
2.4.5. Bu Qaydalara əsasən aşağıdakı Dartıcı Dəmiryol Vasitələri sığortalana bilər:
2.4.5.1. Elektrovozlar.
2.4.5.2. Teplovozlar.
2.4.5.3. Parovozlar.
2.4.5.4. Elektrik qatarları.
2.4.5.5. Dizel qatarları.
2.4.5.6. Qazotrubovozlar.
2.4.5.7. Dartıcı Dəmiryol Vasitələrinə aid xxxx başqa dəmiryol nəqliyyatı vasitələri (avtonom hərəkət edə bilən vasitələr).
2.4.6. Texniki standartlara görə dəmiryol nəqliyyat vasitəsi hesab edilə biləcək digər vasitələr də tərəflərin
razılaşmasına əsasən sığortalana bilər.
2.5. Dəmiryolların inventar parklarında, dəmiryol nəqliyyatı sənaye müəssisələrində və Azərbaycan Respublikasının dövlət dəmiryol yolları sisteminə daxil olmayan və təyin olunmuş qaydada xüsusi icazə almış fiziki və hüquqi şəxslərin sahələrində yerləşən, Dəmiryol Nəqliyyatı Vasitələrinin qeydiyyat bazasında rəsmiləşdirilmiş və istismara hazır olan nəqliyyat vasitələri, o cümlədən elektrovozlar, teplovozlar, parovozlar, motorvaqon və dizel qatarları sığortalana bilər.
Maddə 3. SIĞORTA MƏBLƏĞİ
3.1. Sığorta məbləği sığortalanmış risklər üzrə Sığortaçı və Sığortalı arasında sığorta müqaviləsinə əsasən müəyyənləşdirilir.
3.2. Bu Qaydalara əsasən dəmiryol nəqliyyat vasitəsinin sığorta müqaviləsinin bağlanılma gününə xxxx real dəyəri sığorta predmetinin dəyəri sayılır.
3.3. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
Maddə 4. SIĞORTA RİSKLƏRİ VƏ SIĞORTA HADİSƏLƏRİ
4.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə hərəkətdə olub-olmamasından asılı olmayaraq, dəmiryol nəqliyyatı vasitələrinin və ya onun hissələrinin, sığorta müqaviləsində müəyyən edilmiş istisnalar nəzərə alınmaqla aşağıda göstərilən səbəblərdən zədələnməsi, itməsi və ya məhv olması sığorta hadisəsi hesab olunur:
4.1.1. Yanğın və/və ya partlayış;
4.1.2. Üçüncü şəxslərin qeyri qanuni hərəkətləri
4.1.3. Təbii fəlakətlər;
4.1.4. Dəmiryol nəqliyyat vasitəsinin relsdən çıxması, aşması, hər-hansı başqa nəqliyyat vasitəsi və ya maneə ilə toqquşması, yaxud üzərinə hər-hansı predmetin düşməsi.
4.2. Sığorta təminatı verilmiş təbii fəlakətlərə aşağıdakılar aid edilir:
4.2.1. Su basma, daşqın, yeraltı suların fəaliyyəti;
4.2.2. Zəlzələ;
4.2.3. Vulkan püskürməsi;
4.2.4. Sel, torpaq sürüşməsi, uçqun;
4.2.5. Qasırğa, tufan;
4.2.6. Yerli ərazi üçün qeyri-xxx xxxx yağmurlar, şaxtalar və ya başqa təbiət hadisələri.
4.3. Sığorta təminatına daxil xxxx risklərinin siyahısı sığorta müqaviləsində (şəhadətnaməsinə) göstərilir. Tərəflər arasında bu qaydalarda nəzərdə tutulandan daha geniş və ya daha məhdud sığorta təminatı razılaşdırıla bilər.
Maddə 5. SIĞORTA TƏMİNATINDAN İSTİSNALAR
5.1. Sığorta müqaviləsində (şəhadətnaməsinə) başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakılar nəticəsində sığorta predmetinin məhv olması və ya zədələnməsi sığorta hadisəsi hesab edilmir:
5.1.1. Sığortalının, həmçinin onun nümayəndəsinin, xxxxxxxxxx şəxsin qəsdi;
5.1.2. Sığortalının faydalanan şəxsin, həmçinin onun işçisinin və nümayəndəsinin kobud ehtiyatsızlığı;
5.1.3. Nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
5.1.4. Müharibə, təcavüz, hərbi əməliyyatlar, xarici dövlətlərin düşmənçilik hərəkətləri, elan edilib- edilməməsindən asılı olmayaraq təcavüzkar hərbi əməliyyatlar, vətəndaş müharibəsi, kütləvi ixtişaşlar,
tətillər, lokautlar, qiyam, xalq üsyanları və ya hərbi qiyamlara çevrilən ixtişaşları, hərbi qiyam, inqilab, hərbi hərəkətlər;
5.1.5. Dövlət orqanının sərəncamı ilə dəmiryol nəqliyyat vasitəsinin müsadirə edilməsi, rekvizisiya, üzərinə həbs qoyulması;
5.1.6. Dəmiryol nəqliyyat vasitəsinin zəbt edilməsi, qaçırılması və ya oğurlanması;
5.1.7. Dəmiryol nəqliyyat vasitəsinin gedişə buraxılmasına qədər onun hərəkətə yararsızlığı haqqında sığortalının və ya onun nümayəndəsinin xəbərdar olması və ya nəzarət edilmə ilə bağlı tələblərə riayət edilmədən nəqliyyat vasitəsinin gedişə buraxılması;
5.1.8. Səs və ya səsin sürətindən yüksək sürətlə hərəkət edən təyyarələr və digər hava aparatları ilə bilavasitə və ya dolayı olaraq yaranan təzyiq dalğalarının təsiri;
5.1.9. Dəmiryol nəqliyyat vasitəsinin sığorta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi;
5.1.10. Sığorta predmetinə daxil xxxx dartıcı dəmiryol nəqliyyat vasitəsinin idarəetmə səlahiyyəti və ixtisas dərəcəsi olmayan şəxslər tərəfindən idarə edilməsi və ya reysdə olması zamanı həmin şəxslərin fiziki və psixoloji vəziyyətinin belə nəqliyyat vasitəsini idarə etməyə buraxılması üçün müəyyən edilmiş tələblərə uyğun olmaması.
5.1.11. Sığortalının, faydalanan şəxsin, həmçinin onun işçisinin və nümayəndəsinin dəmiryolunun texniki istismarı qaydalarına, dəmiryolunda siqnalizasiya, qatarların hərəkət və manevr təlimatlarına və digər texniki, istismar, saxlanılma, təmir, mühafizə normativ aktlarına riayət etməməsi;
5.1.12. Sığorta olunmuş dəmiryol nəqliyyatı vasitələrindən təyinatı üzrə istifadə edilməməsi;
5.1.13. Dəmiryol nəqliyyat vasitəsinin və ya onun hissələrinin köhnəlməsi, aşınması;
5.1.14. Sığorta predmetinə daxil xxxx dartıcı dəmiryol nəqliyyat vasitəsinin toksik, spirtli və narkotik qəbul edərək, sərxoşluq vəziyyətində xxxx maşinist tərəfindən idarə edilməsi.
5.1.15. Dəmiryol nəqliyyat vasitəsinin aqreqat və mexanizmlərinin sıradan çıxması (zahiri mexaniki
zədələnmə ilə əlaqəsi olmayan təqdirdə).
5.1.16. Sığortalı, faydalanan şəxs, həmçinin onun işçisi və nümayəndəsi tərəfindən dəmiryol maqistralına çıxan yolların üstündə xxxx və dəmiryol nəqliyyat vasitəsinin içində xxxx tez alovlanan və partlayıcı maddələrə qarşı yanğın təhlükəsizlik qaydalarının pozulması;
5.1.17. Sığortalanmış dəmiryol nəqliyyat vasitəsinin olduğu binanın konstruktiv elementlərinin köhnəlmə və qabaqcadan bilinən (və ya bilinməli xxxx) tikinti qüsurları nəticəsindən dağılması;
5.1.18. Xxx və sərnişin daşımalarının, yükləmə - boşaltma işlərinin aparılması qaydalarının pozulması;
5.1.20 Dəmiryol nəqliyyat vasitəsinin sınaqdan çıxarılması və onu təlim məqsədi ilə istifadəsi.
5.1.21 Terror aktı;
5.1.22. Diversiya.
5.2. Əgər sığorta təminatının verilməsi, zərərin ödənilməsi və ya sığorta ödənişinin verilməsi nəticəsində sığortaçı xarici dövlətlərin və ya beynəlxalq təşkilatların hər hansı sanksiya, qadağa və ya məhdudiyyətinə məruz qalarsa, belə hallarda sığortaçı zərərin ödənməsi üzrə öhdəlik daşımır.
5.3. Sığorta şəhadətnaməsinə əsasən Tərəflər arasında digər istisnalar da müəyyənləşdirilə bilər.
Maddə 6. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ
6.1. Sığorta müqaviləsinə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, Sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin
verilməsi yolu ilə bağlanır.
6.2. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin
qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
6.3. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
6.4. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta
hadisələrinə təminat verir.
6.5. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsində sığorta təminatının başlanma tarixi kimi göstərilən tarixdə saat 00.00-xxx başlanır və sığorta müqaviləsində sığorta müddətinin bitmə tarixi kimi göstərilən tarixdə saat 00.00-da başa çatır.
6.6. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
6.6.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
6.6.2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
6.6.3. Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada və ya müddətdə ödəmədikdə;
6.6.4. Məhkəmənin sığorta müqaviləsinin etibarsız olduğu barədə aktı verildikdə;
6.6.5. Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
Maddə 7. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
7.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.1.1. Sığorta predmeti artıq mövcud olmadıqda;
7.1.2. aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
7.1.2.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək Sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallar (bu hallarda vəfat etmiş sığortalı fiziki şəxsin həmin sığorta müqaviləsi üzrə hüquq və vəzifələri vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir);
7.1.2.2. sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, Sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə həm onun özünün, həm də Sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı olarsa;
7.1.2.3. sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı hüquqi şəxsin yenidən təşkil edilməsi (bu halda onun sığorta müqaviləsi üzrə hüquq və vəzifələri müvafiq hüquq varisinə keçir);
7.1.3. sığortalanmış əmlak özgəninkiləşdirilərkən, Sığortaçı Sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əgər qeyd olunan həmin halda Sığortaçı Sığortalının hüquq və vəzifələrinin keçməsinə etiraz etmirsə, əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə Sığortalı dəyişdirilir;
7.1.4. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta
hadisəsi olmayan hallara görə başa çatdıqda;
7.1.5. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam olaraq yerinə yetirdikdə;
7.1.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
7.1.7. Sığorta marağı artıq mövcud olmadıqda;
7.1.8. sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə.
7.2. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
7.3. Sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xitam verilir.
7.4. Sığorta müqaviləsinin vaxtından əvvəl xitam verilməsi zamanı işlərin aparılması xərclərinin qaytarılan sığorta haqqı məbləğindən çıxılan hissəsi həmin məbləğin 30 xxxxx həcmində müəyyən edilir.
Maddə 8. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
8.1. Sığortaçının hüquqları:
8.1.1. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını tələb etmək;
8.1.2. Sığortalının ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
8.1.3. Bu qaydalarda nəzərdə tutulan şərtlərə Sığortalı tərəfindən yerinə yetirilməsini tələb etmək;
8.1.4. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmaq və bu sahədə ekspertlərin, yardımçı şəxslərin köməyindən istifadə etmək;
8.1.5. Sığorta predmeti və hadisəsi barəsində sığortalıdan doğru və aydın məlumat verməsini tələb etmək;
8.1.6. Sığortalanmaq üçün təqdim edilən dəmiryol nəqliyyatı vasitələrinə baxış keçirmək;
8.1.7. Dəmiryol nəqliyyatı vasitələrinin olduğu yerlərinin (dəmir yollarının) və belə nəqliyyat vasitəsinin yerləşdiyi yerin yaxınlığındakı xxxxxx (qurğu və ya evin) baxış keçirmək;
8.1.8. bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta müqaviləsinə xitam vermək;
8.2. Sığortaçının vəzifələri:
8.2.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmaq;
8.2.2. Sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə sığortalını xxxxx etməli və sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını Sığortalıya izah etmək;
8.2.3. Sığorta müqaviləsi bağlanarkən sığorta şəhadətnaməsini Sığortalıya təqdim etmək;
8.2.4. Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
8.2.5. Qanunvericilikdən və bu Qaydalardan irəli gələn digər vəzifələr.
8.3. Sığortalının hüquqları:
8.3.1. Bu Qaydalarda nəzərdə tutulan şərtlərin Sığortaçı tərəfindən yerinə yetirilməsini tələb etmək;
8.3.2. Sığorta hadisəsinin təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb etmək;
8.3.3. sığorta müqaviləsi üzrə hüquqlarının pozulmasını hesab etdiyi hallarda maliyyə bazarlarına
nəzarət orqanına və (və ya) Sığortaçının şikayətlərə baxan komissiyasına şikayətlə müraciət etmək;
8.3.4. sığorta müaviləsinə vaxtından əvvəl xitam vermək (bu halda sığorta haqqının qaytatrılan hissəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun hesablanır);
8.4. Sığortalının vəzifələri:
8.4.1. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını müqavilədə nəzərdə tutulan qaydada ödəmək;
8.4.2. riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikiklər barədə bildiyi və ya bilməli olduğu məlumatları dərhal Sığortaçıya təqdim etmək;
8.4.3. Sığorta ob ye kt və predmetinin və hadisəsinin araşdırılması üçün sığortaçıya müvafiq şəraiti yaramaq:
8.4.4. Dəmiryol nəqliyyatı vasitələrinin real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən qiymətləndirmədə iştirak etmək. Sığorta müqaviləsində (şəhadətnaməsinə) başqa cür nəzərdə tutulmamışdırsa, bu qiymətləndirmə Sığortaçının vəsaiti hesabına keçirilir;
8.4.5. Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün
lazımi və mümkün tədbirləri görmək;
8.4.6. Sığorta obyekti və hadisəsi barədə Sığortaçıya doğru və aydın məlumat vermək;
8.4.7. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirir.
8.4.8. Sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər vermək;
8.4.9. sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görmək;
8.4.10. Qanunvericilikdən və bu Qaydalardan irəli gələn digər vəzifələri yerinə yetirmək.
Maddə 9. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
9.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta şəhadətnaməsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o, müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
9.2. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
9.3. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu maddənin 1-ci bəndi ilə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
9.4. Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün
ağlabatan və mümkün tədbirləri görməlidir.
9.5. Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
9.6. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
9.7. Sığortalı, Sığorta olunan və ya Faydalanan şəxs qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə Sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir.
9.8. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı Sığortaçıya təqdim etmək, öhdəliyi daşıyır.
9.9. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
9.10.Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin həcmini sübut etmək sığortalının, zərərin qiymətləndirilməsi və hadisənin təfərrüatlarının səlahiyyətli orqanlar vasitəsilə dəqiqləşdirilməsi isə sığortaçının vəzifəsidir.
9.11.Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri sığortaçıya təqdim etməyə borcludur.
Maddə 10. SIĞORTA ÖDƏNİŞİ
10.1. Sığortalanmış əmlaka vurulan zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin hesablanması aşağıdakı qaydada həyata keçirilir:
10.2. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta predmetinin hadisədən bilavasitə əvvəlki məqama xxxx sığorta dəyərinə xxxx nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun.
10.3. Sığorta şəhadətnaməsində azadolma məbləği nəzərdə tutulduqda – zərərin həcmi azadolmanın miqdarı çıxılmaqla müəyyən edilir. Qismən sığorta halında azadolma məbləği sığortaçının zərər məbləğindəki payından çıxılır.
10.4. Hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
10.5. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli
olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
10.6. Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini tam şəkildə (azadolma çıxılmaqla) ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə sığortalının həmin əmlaka və ya dəyişilmiş hissələrə xxxx hüquqları sığortaçıya keçir. Bütün qalıqlar sığortaçıya verilməlidir.
10.7. Sığortalı həmin hüquqların sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
10.8. İtmiş əmlakın sonradan tapılması halında sığortaçı tərəflərin qarşılıqlı razılığına əsasən əmlakı özündə saxlamaq və yaxud sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, sığortaçı sığortalıya həmin zərərin əvəzini ödəyir.
10.9. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər:
10.9.1. Sığortalıya verilən sığorta şəhadətnaməsi;
10.9.2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
10.9.3. Nəqliyyat vasitəsinə vurulan zərərin həcmi (məhv olmuş əmlakın dəyəri) və zərərlə əlaqədar birbaşa
xərclər barədə sənədlər.
10.9.4. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta
müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;
10.9.5. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət
orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
10.9.6. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarının belə hadisələrin baş verməsi faktını və səbəbini, habelə nəticələrini təsdiq edən sənəd;
10.10. Sığortalı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnu
və reysə buraxılması haqqında sənədləri, Sığortaçıya təqdim etməlidir.
Maddə 11. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA
11.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
11.1.1. bu Qaydaların 9.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin
sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması;
11.1.2. Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
11.1.3. Müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi
əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
11.1.4. Sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
11.1.5. Zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Qaydaların 9.7-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
11.1.6. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
11.1.7. Əmlakın sığortası üzrə Sığortalı, Sığorta olunan və ya Faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
11.1.8. baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
11.1.9. Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında.
11.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan hesab edilməyən faydalanan şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
11.3. Sığortaçı bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirməkdən imtina edir.
Maddə 12. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ VƏ ÖDƏNİŞİN VERİLMƏSİNDƏN İMTİNA
BARƏDƏ QƏRAR
12.1. Sığorta ödənişinin verilməsi və ya sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qərar bu
qaydaların 10-cu maddəsində nəzərdə tutulmuş sənədlərdən sonuncusu sığortaçıya daxil olduğu tarixdən 7 iş
günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
12.2. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib- verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
Maddə 13. SIĞORTANIN OBYEKTİ
Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
Maddə 14. SIĞORTANIN ƏRAZİSİ
Dəmiryol nəqliyyatı vasitələri ancaq sığorta müqaviləsində göstərilmiş ərazidə (sığorta ərazisi/gediş marşrutu) sığortalanmış sayılır.
Maddə 15. AZADOLMA
Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərin və yaxud zərərin müəyyən bir faizinin və ya məbləğinin sığortaçı tərəfindən ödənilməyəcəyini (azadolmanı) razılaşdıra bilərlər.
Maddə 16. SIĞORTA HAQQI
16.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
16.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi qanunları ilə müəyyən edilir.
16.3. Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər.
16.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
16.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu
Qaydaların 16.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
16.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
16.7. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
Maddə 17. XXXXXX ARTMASI
17.1. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində sığortalı sığorta müqaviləsi bağlanan zaman sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
17.2. Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra sığortaçı sığorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
17.3. Əgər sığortalı sığorta şəhadətnaməsinə edilən dəyişikliklərlə razılaşmazsa, və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız
sayılır.
Maddə 18. ZİYAN VƏ ZƏRƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
18.1. Sığortaçı sığorta hadisələri nəticəsində ortaya çıxan aşağıdakı zərəri ödəyir:
18.2. Sığorta obyektinə dəyən birbaşa zərər:
18.2.1. Dəmiryol nəqliyyat vasitəsinə dəyən real zərər;
18.3. Dəmiryol nəqliyyat vasitəsinə dəyən zərər aşağıdakı kimi müəyyən edilir:
18.3.1. Məhv olduqda (tam və ya konstruktiv) – sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
18.3.2. Təmir olunduqda:
18.3.2.1. Əgər dəmiryol nəqliyyat vasitəsi tam təmir edilərsə – təmir xərcləri həcmində;
18.3.2.2. Əgər dəmiryol nəqliyyat vasitəsi qismən təmir edilərsə – təmir xərcləri həmçinin dəmiryol nəqliyyat vasitəsinin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
18.3.2.3. Əgər sığorta müddəti ərzində dəmiryol nəqliyyat vasitəsi təmir edilməz və xarab vəziyyətdə satılmazsa – dəmiryol nəqliyyat vasitəsinin tam təmiri xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində.
18.4. Sığorta müddəti ərzində dəmiryol nəqliyyat vasitəsinin hər hansı təmir olunmamış zədədən irəli gələn tam məhv olması (sığorta hadisəsi və ya digər səbəb nəticəsində) halında həmin zədəyə görə sığorta ödənişi verilmir.
18.5. Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda, zərər köhnəlmə dəyəri çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində müəyyən edilir.
18.6. Sığortaçının seçiminə görə əmlakın təmir xərcləri və ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
18.7. Sığortaçı sığorta olunmuş əmlaka dəymiş zərərin əvəzini yuxarıda göstərildiyi kimi müəyyən edilmiş
qaydada hər bir sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəyir.
18.8. Sığortaçı əmlaka dəymiş zərərə görə aşağıdakı məbləği ödəmir:
18.8.1. Əldən çıxmış fayda və ya digər dolayı zərər (cərimələr və s.), mənəvi zərərlər.
18.8.2. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərəri azaltmaq məqsədilə sığortalının çəkdiyi xərclər, bu
şərtlə ki, belə xərclər zərurətə və ya sığortaçının göstərişlərinə əsasən çəkilməmiş olsun.
18.9. Sığortaçı zərərin qarşısını almaq və ya azaltmaq məqsədilə sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərəri ödəmək öhdəliyindən azad edilir.
18.10. Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq sığortaçı tərəfindən ödənilir.
MADDƏ 19. SUBROQASİYA
19.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı
malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
19.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə, o cümlədən, sığorta predmetinə daxil olmayan Dartıcı Dəmiryol
Vasitəsinin məsuliyət daşıyan sahibi və ya qanuni əsaslarla onu idarə etmək səlahiyyəti xxxx digər şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
19.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
19.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Maddə 20. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
Sığorta müqaviləsinə görə ortaya çıxan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyən olunmuş qaydada məhkəmələrdə baxılır.
Maddə 21. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
MADDƏ 22. Sığorta müqaviləsinin üstünlüyü
Sığorta müqaviləsinin tərəfləri müqavilədə bu Qaydaların müəyyən müddəalarının istisna edilməsini, həmçinin həmin müddəalardan fərqli müddəalar daxil edilməsini və digər əlavə şərtlər nəzərdə tuta bilərlər. Bu halda konkret müqavilələrdə müəyyən edilmiş müddəalar tətbiq edilir.