AZADOLMA Nümunə Maddələri

AZADOLMA. Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərin və yaxud zərərin müəyyən bir faizinin və ya məbləğinin sığortaçı tərəfindən ödənilməyəcəyini (azadolmanı) razılaşdıra bilərlər.
AZADOLMA. Tərəflər arasında başqa bir şərt nəzərdə tutulmazsa, ödəniş azadolma tətbiq edilmədən ödənilir. Azadolma nəzərdə tutularsa, onun növü, məbləği və tətbiq edilmə qaydaları xüsusi şərtlə müəyyən edilir.
AZADOLMA. Sığortaçı yalnız müvafiq sığorta riski üzrə sığorta müqaviləsi ilə müəyyən olunan azadolmanın miqdarından artıq xxxx zərər üzrə məsuliyyət daşıyır. Bir necə risk və ya əmlak növünün sığortalandığı hallarda sığortalanan riskə aid ən böyük azadolma tətbiq olunmalıdır. Azadolma Sığortalının son təmiz zərər məbləğindən geriyə qüvvəsi xxxx tarixdən tutulur;
AZADOLMA. Ümumi Vahid Məsuliyyət Limiti, Qaydalarda və Müqavilədə, eləcə də A və/və ya B bölmələrində yer ala biləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün və baş vermiş hər bir sığorta hadisəsinə görə müvafiq azadolmaları çıxmaq şərti ilə nəzərə alınır.
AZADOLMA. Sığortalının kommersiya fəaliyyətinin 72 saatdan az olaraq dayanmasına görə dəyən zərərlərə təminat verilmir. Sığortalı və sığortaçı bu müddətin uzadılması və ya gəlir itkisinin müəyyən bir məbləğə qədər xxxx hissəsinin və yaxud müəyyən bir faizinin sığortaçı tərəfindən ödənilməyəcəyi—azadolma haqqında razılığa gələ bilərlər. Bu formada müəyyən edilən azadolma sığorta şəhadətnaməsində qeyd olunur.
AZADOLMA. Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsinə müvafiq olaraq, sığorta hadisəsi baş verdikdə azadolma tətbiq edilmir.
AZADOLMA. Tərəflər arasında bağlanılan Sığorta müqaviləsində (sığorta şəhadətnaməsində) Sığorta hadisəsi zamanı Sığorta məbləğinin müəyyən hissəsinə qədər xxxx zərərin və ya zərərin müəyyən faizinin, yaxud da müəyyən məbləğin, Sığortaçı tərəfindən ödənilməyəcəyi (azadolma) razılaşdırıla bilər.
AZADOLMA. Tərəflər müəyyən olunmuş bir məbləğə və ya sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərin müəyyən bir faizinin sığortaçı tərəfindən ödənilməyəcəyini, azadolmanı razılaşdıra bilərlər. Bu formada müəyyən edilən azadolma nisbətləri və ya məbləğləri sığorta şəhadətnaməsinə yazılır.
AZADOLMA. Zəlzələ və vulkanın səbəb olduğu yanğınla əlaqədar olmayan zərərdə sığortaçılar, 72 (yetmiş iki) saatlıq fasiləsiz bir müddət ərzində dəyən zərərin birinci 10% (on faizdən) xxx xxxx hissəsinə görə cavabdehdir. Sığortalı 72 (yetmiş iki) saatlıq müddət başa çatdıqdan və bütün hallarda hadisənin baş verdiyini öyrəndiyi tarixdən etibarən ən gec 7 (yeddi) gün ərzində vəziyyəti sığortaçıya bildirməməyə görə məsuliyyət daşıyır. Zəlzələ və vulkan püskürməsi üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
AZADOLMA. 35.1 Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.