FƏRDİ QƏZA VƏ XƏSTƏLİK SIĞORTASININ QAYDALARI BÖLMƏ 1
FƏRDİ QƏZA VƏ XƏSTƏLİK SIĞORTASININ QAYDALARI BÖLMƏ 1
ÜMUMİ MÜDDƏALAR
Bu qaydalar Azərbaycan Respublikasının "Sığorta fəaliyyəti haqqında" Qanununa, Xxxxx Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.
1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ, SIĞORTANIN PREDMETİ VƏ OBYEKTİ
1.1. Sığortalı, sığorta olunan və sığortadan faydalanan şəxs anlayışları:
sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs; faydalanan şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
1.2. Eyni bir şəxs həm sığortalı, həm sığorta olunan, həm də sığortadan faydalanan ola bilər.
1.3. Əgər fərdi qəza və xəstəlik sığortası müqaviləsi başqa şəxsin xeyrinə bağlanarsa, həmin şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı tələb olunur.
1.4. Sığortalının həyat və sağlamlığına vurulan zərərlə bağlı əmlak mənafeləri sığortanın obyektidir.
1.5. Bu Qaydalara görə həyat və sağlamlığı fərdi qəza və xəstəlikdən sığortalanan fiziki şəxslər, həmçinin sığortadan faydalanan fiziki və hüquqi şəxslər sığortanın predmeti hesab olunurlar.
1.6. Sığortaçı bu Qaydaların şərtləri əsasında bağlanılan sığorta müqaviləsi ilə sığorta olunanın fərdi qəza və xəstəlik nəticəsində ölümü halında və əgər Bu Qaydaların 2-ci Bölməsinin 6-ci bəndinə uyğun əlavə təminat alınmışdırsa, həmçinin fərdi qəza və xəstəlik nəticəsində sığortalının şikəst olması halında sığortalıya (sığorta olunana), onun varislərinə və ya faydalanan şəxsə sığorta ödənişi verməyi öhdəsinə götürür.
1.7. Bu Qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə fərdi qəza və xəstəlik sığortası sinifinə aid edilir.
2. SIĞORTANIN ƏRAZİSİ
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta dünyanın bütün ölkələrində hüquqi qüvvədədir.
3.SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR (İSTİSNALAR)
3.1.Sığortalı, sığortaçıya məlumat vermədən, hava yolları ilə sərnişin daşımaq üçün müvafiq icazə sənədinə xxxxx xxxx şirkətlərin təyyarə və digər hava nəqliyyatı vasitələrində yalnız sərnişin kimi səyahət edə bilər. Sığortalanmış şəxs hava nəqliyyatı vasitələrində qeyri-sərnişin kimi etdiyi səyahət zamanı vəfat edərsə heç bir ödəniş verilmir.
3.2.Sığortalı xxxxxxx və ya intihara cəhd etməsi nəticəsində vəfat edərsə və ya şikəst qalarsa, sığortalının həmin andakı əqli vəziyyətindən asılı olmayaraq Sığortaçı tərəfindən heç bir ödəniş verilmir.
3.3.Sığortadan faydalanan şəxs sığorta olunmuş şəxsi öldürərsə və ya öldürülməsində hansısa formada iştirak edərsə, sığorta ödənişindən məhrum edilir və həmin ödəniş vəfat edənin varislərinə verilir.
3.4.Əlavə razılaşdırma yoxdursa, sığorta müharibə dövründə etibarsız olur.
3.5.Sığortalı, əlavə razılaşdırma yoxdursa, müalicə məqsədi daşıyan hallar istisna olmaqla nüvə riskləri və ya QİÇS xəstəliyi nəticəsində vəfat etdiyi halda Sığortaçı tərəfindən heç bir ödəniş verilmir.
3.6. Bu Qaydaların «Xüsusi şərtlər» bölməsində müəyyən olunan digər istisna halları əlavə edilə bilər.
4. SIĞORTA MƏBLƏĞİNİN ARTIRILMASI
Sığorta müddəti ərzində sığortalının tələbi və sığortaçının razılığı ilə sığorta məbləği artırıla bilər.
Sığortanın xüsusi şərtlərinə uyğun olaraq sığorta məbləğinin könüllü olaraq artırıldığı hallar istisna olmaqla, sığortalı sığorta məbləğinin artırılmasını tələb etdiyi zaman vəziyyəti yazılı şəkildə sığortaçıya bildirməli və sığortaçının məsləhət bildiyi hallarda ona yeni bir Sağlamlıq haqqında arayış verməlidir.
Sığorta məbləği artırıldığı zaman bildiriləcək məlumatlarla əlaqədar 8-ci maddənin şərtləri tətbiq edilir.
5.SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığorta, əlavə razılaşdırma yoxdursa, sığorta müqaviləsində (şəhadətnaməsində) göstərilmiş başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 2400-da başlayır və saat 2400-da xxxx xxxxx.
6. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SIĞORTALININ VƏZİFƏLƏRİ
6.1.Sığortalı, sığortadan faydalanan şəxs və ya sığortalının varisləri, hadisənin baş verdiyini öyrəndikləri tarixdən etibarən 5 gün ərzində sığortaçıya məlumat verməlidirlər.
6.2.Sığortadan faydalanan şəxs və ya varislər, sığorta şəhadətnaməsi üzrə hüquqlarını tələb edə bilmək üçün aşağıdakı sənədləri, onların hazırlanma və ya əldə edilmə xərclərinin özləri tərəfindən ödənilməsi şərtilə sığortaçıya təqdim etməlidirlər:
6.2.1.Sığorta şəhadətnaməsi, (itirilmiş olarsa, sığortalı və ya varislərindən alınmış imzalı bəyannamə),
6.2.2.Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsi tərəfindən verilən ölüm şəhadətnaməsi,
6.2.3.Lazım olarsa, ölüm səbəbini aydınlaşdıran həkim arayışı və ya dəfn etmək üçün icazə sənədi,
6.2.4.Xxxxx düşmə ilə əlaqədar məhkəmə qərarı,
6.2.5.Sığortadan faydalanan təyin edilmədiyi hallarda vərəsəlik sənədi.
6.3.Sığortaçı, ölüm hadisələri zamanı lazım olarsa, ödənişi dəqiqləşdirmək üçün sağlamlıq kağızını və xəstəxanadakı vəziyyətlə əlaqədar arayışı da tələb edə bilər. Ödəniş ilə əlaqədar sığortaçının aldığı sənədlər müqabilində sığortadan faydalanan və ya sığortalı qəbz verilməsini tələb edərsə, sığortaçı həmin qəbzi verməlidir.
Tələb olunan bütün sənədlər sığorta şirkətinə verildikdən sonra sığortaçı, əsas şərtlərin müddəalarına əsasən verilməli xxxx sığorta ödənişini 10 gün ərzində sığortalının varislərinə ödəyir. Sığorta şəhadətnaməsinin tapılmadığı hallarda şirkət tərəfindən aparılmış qeydiyyatlar əsas götürülür.
7. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
7.1.Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırılıbsa,ilkin hissə sığorta şəhadətnaməsi təqdim olunan vaxt, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən vaxt ərzində ödənilməlidir.
7.2.Sığorta müqaviləsinin bağlanması haqqında təklif sığorta şirkətinə çatdırıldığı tarixdən etibarən 30 iş günü ərzində rədd edilməzsə, bu sığorta müqaviləsi bağlanmış hesab olunur.
7.3.Təklif verildiyi zaman sənədlərin qəbul edilməsi haqqında verilən qəbz müqabilində alınan pul vəsaiti, təklif şirkət tərəfindən qəbul edilərsə, sığortalının ödəyəcəyi sığorta haqqı məbləğinə aid edilir.
7.4. Sığorta olunan şəxs ilkin sığorta haqqı ödənilməmişdən əvvəl vəfat etdikdə, sığorta müqaviləsi etibarsız sayılır.
7.5.Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxtda ödənilməzsə, sığortaçı həmin hissənin 15 gün ərzində ödənilməyəcəyi təqdirdə sığorta şəhadətnaməsinin ləğv ediləcəyini sığortalının ona bildirmiş olduğu son yaşayış ünvanına sifarişli
məktubla bildirir. Sığorta haqqı borcu bu müddət ərzində də ödənilməzsə, sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
7.6.Sığorta haqqı, tərəflər arasında qabaqcadan müəyyən edilmiş vaxtlarda qəbz müqabilində ödənilir. Sığorta şəhadətnaməsində göstərilməsi şərtilə, köçürmə yolu ilə sığorta haqqının ödənilməsi nəticəsində alınan sənədlər də sığorta şirkəti tərəfindən verilən qəbz ilə eyni səviyyədə hüquqi qüvvəyə malik olacaqdır.
7.7.Sığorta şəhadətnaməsinin ləğv edilməsi halında sığorta haqqı sığortalya qaytarılmır.
8. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
8.1.Sığortaçı bu sığorta müqaviləsini, istər sığortalının, istərsə də, sığorta olunan şəxsin və ya onun sığorta müqaviləsini öz nümayəndəsi vasitəsilə bağlatdırırsa nümayəndənin də məlumatlarını əsas götürərək bağlaya bilər.
8.2.İstər sığortalı, istərsə də sığorta olunan və ya nümayəndəsi, sığorta şəhadətnaməsi imzalandığı zaman bildikləri və sığortaçının müqavilənin imzalamamasına və ya daha ağır şərtlər irəli sürməsinə səbəb xxxx bütün halları bildirməməyə görə məsuliyyət daşıyırlar. Bu öhdəliyə əməl olunmadığı hallarda, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə və ya müqaviləni davam etdirərək həmin vaxt üçün əlavə sığorta haqqını tələb edə bilər. Bu zaman risk qəbul edildiyindən daha yüksək olduğuna görə əlavə sığorta haqqı alınmalı olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 8 gün ərzində əlavə sığorta haqqını tələb edə bilər.
Sığortalı əlavə sığorta haqqı kimi tələb olunan məbləğlə razılaşdığını 8 gün ərzində bildirməzsə, müqaviləni pozmuş hesab olunur. Xxxxx, əlavə sığorta haqqının qəbul edilməməsinə görə müqavilə, yanlış və ya yarımçıq məlumat verildiyinin sığortaçı tərəfindən öyrənildiyi tarixdən etibarən 1 ay ərzində ləğv edilə bilər.
Sığortalının hərəkətinin qəsdən edildiyi müəyyən olunarsa, sığortaçı hadisə baş vermiş olsa belə müqaviləni ləğv edə və sığorta haqqını sığortalıya verməyə bilər.
8.3.Vaxtında istifadə olunmayan ləğv etmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşür.
8.4.Yarımçıq və ya yanlış məlumat nəticəsində sığorta haqqı həqiqətdə hesablanmalı olduğundan artıq hesablanmış olarsa, artıq alınan məbləğ gün hesabı əsas götürülməklə hesablanaraq xxxx verilir.
9.SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
9.1.Şəhadətnamə imzalandıqdan sonra, sığortaçının razılığı olmadan, riskə təsir edə biləcək dəyişikliklər haqqında məlumat 8 gün ərzində sığortaçıya bildirilməlidir.
9.2.Vəziyyət sığortaçı tərəfindən öyrənildiktən sonra, bu dəyişiklik sığortaçının müqaviləni ləğv etməsinə və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olarsa:
9.2.1.Sığortaçı 8 gün ərzində şəhadətnaməni ləğv edə və ya əlavə sığorta haqqını tələb etməklə şəhadətnaməni qüvvədə saxlaya bilər.
9.2.2.Sığortalı əlavə sığorta haqqı kimi tələb olunan məbləğlə razılaşdığını 8 gün ərzində bildirməzsə, müqavilə ləğv olunmuş hesab olunur. Xxxxx, əlavə sığorta haqqının qəbul edilməməsinə görə sığorta şəhadətnaməsi, yanlış və ya yarımçıq məlumat verildiyinin sığortaçı tərəfindən öyrənildiyi tarixdən sonra 8 gün ərzində ləğv edilə bilər.
9.2.3.Vaxtında istifadə olunmayan ləğv etmə və ya əlavə sığorta haqqını tələb etmə hüququ qüvvədən düşür.
9.2.4.Dəyişikliyi öyrənmiş sığortaçı sığorta şəhadətnaməsinin qüvvədə qalmasına razı olduğunu bildirərsə,ləğv etmə hüququ qüvvədən düşmüş hesab olunur.
9.3.Dəyişikliyin, hadisə baş verməsi halının qarşısının alınmasına kömək etdiyi və daha az sığorta haqqı alınmasını tələb etdiyi hallarda isə, sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq şəhadətnamənin sona çatmasına qədər xxxx müddətin əlavə sığorta haqqını gün hesabı əsas götürməklə hesablayır və bu məbləği sığortalıya xxxx qaytarır.
9.4.Bu dəyişikliklər sığortaçının müqaviləni bağlamamasına və ya daha ciddi şərtlərlə bağlamasına səbəb olduğu vaxt hadisə:
9.4.1.sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
9.4.2.sığortaçının ləğvetmə hüququndan istifadə edə biləcəyi müddət ərzində;
9.4.3.ləğv etmənin hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində; baş verərsə, sığortaçı ödənişi, ödənmiş sığorta haqqı ilə, həqiqətdə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbətə görə ödəyir.
9.5.Sığorta müqaviləsi bağlandığı vaxt sığortalının vəfat etməmiş olması əsas şərtdir.
DİGƏR MÜDDƏALAR
10. HÜQUQ VƏ YA VƏZİFƏLƏRİN BAŞQASINA VERİLMƏSİ, SIĞORTADAN FAYDALANANIN DƏYİŞDİRİLMƏSİ
10.1.Sığorta şəhadətnaməsi ilə əlaqədar hüquq və vəzifələr başqalarına verilə bilər.
10.2.Sığortalı, sığortadan faydalanan şəxsi sığorta müqaviləsi bağlandığı zaman və ya sonra təyin etmək, eləcə də istədiyi vaxt başqası ilə əvəz etmək hüququna malikdir. Xxxxx, sığortalı dəyişdirmə hüququndan imtina etdiyini sığorta şəhadətnaməsinə yazdıraraq onu sığortadan faydalanana təhvil verərsə, həmin şəxsi başqası ilə əvəz etmək hüququnu itirmiş olur.
11. SIĞORTA ŞƏHADƏTNAMƏSİNİN İTİRİLMƏSİ
Sığorta şəhadətnaməsinin itirilməsi halında, sığorta şirkətində saxlanılan və sığortalı tərəfindən imzalanmış qeyd və sənədlər əsas götürülməklə sığorta şəhadətnaməsinin itmiş nüsxəsi etibarsız hesab olunur. Onun yerinə, sığortalı tərəfindən imzalanacaq itmə blankı müqabilində sığorta şəhadətnaməsinin ikinci nüsxəsi verilir. Bu proseslə əlaqədar çəkilən xərclər sığortalı tərəfindən ödənilir.
12. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
12.1.Sığortalının (sığorta olunanın) məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır.
12.2.Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının (sığorta olunanın) sığorta şəhadətnaməsində göstərilən ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agentə bildirilən son hüquqi ünvanına sifarişli məktubla çatdırılır. Bu ünvan dəyişmiş olarsa, sığortalı bunu mütləq sığorta şirkətinə bildirməlidir. Əks təqdirdə sığortaçı tərəfindən bildirilən məlumatların sığortalıya çatdırılmamasına görə sığortalı birbaşa məsuliyyət daşıyacaqdır.
12.3.Tərəflərə imza edilməklə verilən məktublar və ya teleqraflar vasitəsilə edilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
13. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
13.1 Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
13.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;
13.1.2. sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
13.1.3. sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
13.1.4. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
13.1.5. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
13.1.6. sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
13.1.7. sığorta marağı artıq mövcud olmadıqda.
14. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ
14.1. Bu Qaydaların 13-cü maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
14.2. Tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
15.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
15.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
15.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
15.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 15.1-ci və 15.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
16. İŞ SİRRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı və onun səlahiyyətli nümayəndələri, sığortalı, sığorta olunan və sığortadan faydalanana aid öyrənəcəkləri bütün sirrləri gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyırlar.
17. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələri tərəflər danışıqlar yolu ilə həll edirlər. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.
18. MÜDDƏT
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
BÖLMƏ 2
FƏRDİ QƏZA VƏ XƏSTƏLİK SIĞORTASININ XÜSUSİ ŞƏRTLƏRİ
1. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Fərdi qəza və xəstəlik sığortası, sığortalı şəxsin sığorta müddəti ərzində xəstəlik və fərdi qəza (bədbəxt hadisə) nəticəsində ölümü halında sığortadan faydalanana, sığortadan faydalanan təyin edilməmişdirsə, qanuni varislərinə, daimi şikəstlik halında isə sığorta şəhadətnaməsində göstərilən məbləğin sığortalının özünə ödənilməsinə təminat verir.
2. SIĞORTA OLUNMAQ ÜÇÜN TƏLƏB EDİLƏN ŞƏRTLƏR
Bu sığortadan 18 yaşına çatmış, 65 yaşını keçməyən və səhhətində ciddi çatışmamazlığı olmayan hər şəxs faydalana bilər. 65 yaşından əvvəl sığorta olunan şəxslərin sığortası 75 yaşına qədər təzələnə bilər. Sığortalının yaşı, xxxx gün/ay/il- dən sığortalının doğum tarixi (gün/ay/il) çıxarılaraq hesablanır.
3. SIĞORTALANACAQ ŞƏXSİN SƏHHƏTİ
Sığortalanacaq şəxs, ilk növbədə təklif formasına əsasən müəyyən edilir. Sığortalanacaq şəxs təklif formasında verdiyi yanlış məlumata görə məsuliyyət daşıyır. Təklif formasında göstərilən suallar tam olaraq cavablanmalı, mövcud xxxx xəstəliklər varsa ətraflı məlumat verilməli, bu xəstəliklərlə əlaqədar olaraq müvafiq sənədlərin surətləri təklif formasına əlavə edilərək sığorta şirkətinə göndərilməlidir.
Sığortalının, sığorta olunan mövcud xxxx xəstəliyin nəticəsində vəfat etməsi və yaxud şikəst qalması sığorta təminatına daxil deyildir.
Sığortalının sağlamlıq haqqında verdiyi məlumatın hüquqi qüvvəyə minməsi üçün təklif forması imzalanmalı və tarix qoyulmalıdır. Sığorta təminatının başlanma tarixi təklifin doldurulma tarixindən ən geci 15 gün sonra olmalıdır.
Fərdi qəza və xəstəlik sığortası təklifində göstərilən suallara verilən doğru cavablarla yanaşı yaş və sığorta məbləğinə görə bəzi laboratoriya testləri tələb olunur. Bu testlər aşağıdakılardır :
Yaşlar Təminatlar | 18-45 | 46 və yuxarı |
7.500 manata qədər | Təklif Forması | Təklif Forması |
7.501 manatdan 10.000 manata qədər | Təklif Forması | həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi |
10.001 manatdan 12.500 manata qədər | həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi | həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ |
12.501 manatdan 15.000 manata qədər | həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ | həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ |
15.001 manatdan 17.500 manata qədər | həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ | həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi, EKQ və ACR |
17.501 manat və artıq olan məbləğ | 2 müxtəlif həkim arayışı, sidiyin ümumi analizi, ACR, EKQ, qanın ümumi analizi, HİV və bBiokimya |
EKQ: Elektrokardioqrafiya
ACR: Ağciyərin rentgen müayinəsi HİV: QİÇS Testi
Biokimya: Biokimya testləri (Sığorta şirkəti tərəfindən bildiriləcəkdir).
Həkim müayinəsi nəticəsində müvafiq sənədlər Sığorta şirkətinə göndərilməlidir. Təminat və yaşa görə tələb edilən testlərin nəticələrinə görə və ya təklif formasında bildirilən xəstəliklərə görə digər laboratoriya testləri də tələb oluna bilər.
4. SIĞORTANIN MÜDDƏTİ
Sığorta müqaviləsi 1 il ərzində hüquqi qüvvədədir. Sığorta müqaviləsi hər il təzələnə bilər.
5. SIĞORTADAN FAYDALANAN ŞƏXSİN TƏYİN EDİLMƏSİ.
Sığortalı, ölümü halında sığorta ödənişini alacaq şəxsi (hüquqi və fiziki) könüllü seçir və notarial qaydada təsdiq edilmiş sənədi sığorta şirkətinə təqdim edir.
6. VERİLƏN TƏMİNATLAR
6.1. ƏSAS TƏMİNAT
Ölüm təminatı : Sığortalı, sığorta hadisəsinin (fərdi qəza və xəstəlik) baş verməsi nəticəsində dərhal və ya hadisə baş verən tarixdən etibarən bir il ərzində həmin hadisənin fəsadları nəticəsində vəfat edərsə, sığorta məbləği sığorta şəhadətnaməsində göstərilən sığortadan faydalanana, sığortadan faydalanan təyin edilməmişdirsə, sığortalının qanuni varislərinə ödənilir.
6.2. ƏLAVƏ TƏMİNAT (SIĞORTALININ İSTƏYİ İLƏ)
Xəstəlik və fərdi qəza nəticəsində şikəstlik təminatı : Bu təminat sığortalının tələbinə əsasən və əlavə razılaşdırma yolu ilə sığorta müqaviləsinə daxil edilir. Sığorta ödənişi, xəstəlik və qəza nəticəsində şikəst olma halında «Şikəstlik klozu»- na görə hesablanır və sığortalıya ödənilir.
7. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
Sığorta haqqının birdəfəyə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
Sığorta haqqı (birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır. Bu şərt sığorta şəhadətnaməsində yazılmalıdır.
Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən bir dəfəyə tutulur.
Sığorta şəhadətnaməsinin ləğv edilməsi halında sığorta haqqı sığortalıya qaytarılmır.
Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxtda ödənilməzsə, sığortaçı həmin hissənin 1 ay ərzində ödənilməsini tələb etməli, əks təqdirdə sığorta şəhadətnaməsini ləğv edəcəyini bildirir.
ZƏRƏR VƏ ÖDƏNİŞ
8. ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ
Sığortalının, sığorta müddəti ərzində vəfat etməsi halında sığorta şəhadətnaməsində göstərilən təminat məbləği sığortadan faydalanana, sığortadan faydalanan təyin edilməmişdirsə sığortalının qanuni varislərinə ödənilir.
Sığorta ödənişinin tələb edilməsi üçün sığortadan faydalanan və yaxud qanuni varisləri aşağıda göstərilən sənədləri təqdim etməlidirlər :
- Sığorta şəhadətnaməsi,
- Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat idarəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamə,
- Hadisənin baş verməsi haqqında arayış,
- Sığortadan faydalanan təyin edilmədiyi hallarda vəsiyyətnamə
- Sığortalının sağlamlığı haqqında qeydiyyat vərəqəsi.
Hadisə baş verdikdə 5 gün ərzində sığorta şirkətinə məlumat verilməlidir.
9. XƏSTƏLİK VƏ QƏZA NƏTİCƏSİNDƏ ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ
Sığortalının sığorta müddəti ərzində xəstəlik və qəza nəticəsində ölümü halında sığorta şəhadətnaməsində göstərilən təminat məbləği sığortadan faydalanana, sığortadan faydalanan təyin edilməmişdirsə, qanuni varislərinə ödənilir.
Bu sığorta növündə qəza hadisəsi dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran ani, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür. Aşağıdakı hallar da qəza hadisəsi hesab edilir:
- Qəflətən və gözlənilmədən otağa xxxxx qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
- Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və qopması;
- İlan və ya həşaratların çalması nəticəsində zəhərlənmələr;
- Quduzlaşmış heyvanın dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti.
10. XƏSTƏLİK VƏ FƏRDİ QƏZA NƏTİCƏSİNDƏ ŞİKƏST OLMA TƏMİNATININ ÖDƏNİLMƏSİ
Sığortalının sığorta müddəti ərzində xəstəlik və fərdi qəza nəticəsində daimi şikəst qalması halında sığorta ödənişi şikəstlik klozuna görə müəyyən edilir.
Bədəndə hansı orqanların şikəst olduğunu və ya iş görmə qabiliyyətini qismən və yaxud tam olaraq itirdiyini «Şikəstlik klozu»-na görə müəyyən edilir. Şikəstlik ödənişinin verilməsi üçün şikəstliyin meydana gəlmə səbəbi, hadisə tarixi,
şikəstliyin nisbətini və şikəstliyin daimi və ya qismi olduğunu göstərən sənəd Sığorta şirkətinə göndərilməlidir.
a) Daimi Şikəstlik Ödənişi
Şikəstliyin nisbəti ödəniş cədvəlinə görə 60 %-dən artıq xxxx hallarda daimi şikəstlik halı hesab edilir. Sığortalının qəza nəticəsində daimi şikəst qalması halında, sığorta şəhadətnaməsində göstərilən ölüm və şikəstlik təminatı məbləği sığorta ödənişi olaraq sığortalıya ödənilir və sığorta müqaviləsi xxxx xxxxx.
b) Qismi Şikəstlik Ödənişi
Sığortalının sığorta müddəti ərzində qəza hadisəsi nəticəsində qismən şikəst qalması halında sığorta ödənişi «Şikəstlik klozu»-na görə müəyyən edilir.
ŞİKƏSTLİK KLOZU
A- Xəstəlik və fərdi qəza nəticəsində ölüm halında sığorta şəhadətnaməsində göstərilən məbləğ sığortadan faydalanana ödənilir.
B- Xəstəlik və fərdi qəza nəticəsində tam (daimi) şikəst qalma nəticəsində sığortalıya şikəstlik dərəcəsinə görə sığorta ödənişi verir.
Aşağıdaki cədvəldə şikəstlik dərəcəsi göstərilməyən hallarda sığorta ödənişi verilmir. Şikəstlik dərəcəsi 60 %-xxx artıq olduğu xxxxx xxx şikəstlik ödənişi verilir.
Sığorta məbləği %-lə | ||
Hər iki gözün tamamilə kor olması | 100 | |
Hər iki qolun və ya hər iki əlin tamamilə itirilməsi | 100 | |
Hər iki ayağın və ya hər iki qıçın tamamilə itirilməsi | 100 | |
Bir qol və ya bir əl ilə birlikdə bir ayaq | ||
və ya bir qıçın tamamilə itirilməsi | 100 | |
Sağ % | Sol % | |
Qolun və ya əlin tamamilə itirilməsi | 60 | 50 |
Çiyin sümüklərinin tamamilə hərəkətsiz hala | 25 | 20 |
düşməsi | 20 | 15 |
Dirsəklərin tamamilə hərəkətsiz hala düşməsi | 20 | 15 |
Biləklərin tamamilə hərəkətsiz hala düşməsi | 30 | 25 |
Baş barmaqla şəhadət barmağının tamamilə itirilməsi | ||
Şəhadət barmağı istisna olmaqla, baş barmaqla | 25 | 20 |
Barmaqlardan digər birinin tamamilə itirilməsi | ||
Baş barmaq istisna olmaqla, şəhadət barmağı | 20 | 15 |
ilə digər üç barmaqdan birinin tamamilə itirilməsi | ||
Baş və şəhadət barmağı istisna olmaqla digər | 25 | 20 |
üç barmağın tamamilə itirilməsi | 20 | 15 |
Yalnız baş barmağın itirilməsi | 15 | 10 |
Yalnız şəhadət barmağının itirilməsi | 10 | 8 |
Yalnız xxxx barmağının itirilməsi | 8 | 7 |
Yalnız üzük barmağının itirilməsi | 7 | 6 |
Yalnız çeçələ barmağının itirilməsi | ||
% | ||
Bir qıçın dizdən yuxarıdan itirilməsi | 50 | |
Bir qıçın dizdən aşağıdan itirilməsi | 40 | |
Bir ayağın tamamilə itirilməsi | 40 | |
Ayaq pəncəsinin barmaqları da daxil olmaqla kəsilməsi | 30 | |
Bir qıçın tamamilə hərəkətsiz hala düşməsi | 30 | |
Bir dizin tamamilə hərəkətsiz hala düşməsi | 20 | |
Bir ayağın topuq hissəsinin tamamilə hərəkətsiz hala düşməsi | 15 | |
Bir ayağın baş barmağının tamamilə itirilməsi | 8 | |
Sınmış bir qıç sümüyünün düz bitişməməsi | 30 | |
Sınmış bir ayaq sümüyünün düz bitişməməsi | 20 | |
Sınmış diz qapağının düz bitişməməsi | 20 | |
Bir qıçın 5 sm və ya daha artıq qısalması | 15 | |
Bir gözün tamamilə itirilməsi və ya hər iki gözün görmə | ||
qabiliyyətinin 50% azalması | 25 | |
Hər iki qulağın eşitmə qabiliyyətinin tamamilə itirməsi | 40 | |
Bir qulağın eşitmə qabiliyyətinin tamamilə itirməsi | 10 | |
Sınmış alt çənə sümüyünün düz bitişməməsi | 25 | |
Onurğa sümüyünün nəzərə çarpacaq dərəcədə əyilməsi ilə | ||
birlikdə hərəkətsiz hala düşməsi | 30 | |
Döş qəfəsində daimi forma pozğunluğuna səbəb xxxx qabırğa | 10 | |
sınıqlığı |
2- Bu sığorta növündə qəza hadisəsi dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran ani, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür.
Yuxarıdakı cədvəldə göstərilməyən şikəstliklərin nisbəti, bunların əhəmiyyət dərəcələrinə görə təyin olunur.
Daimi şikəst olmanın nisbətləri müəyyən edilərkən sığortalının ixtisas və sənəti (peşəsi) nəzərə alınmır.
Bədənin bir üzvünün və ya üzvün bir hissəsinin itirilməsi dedikdə, həmin üzvün və ya üzvün bir hissəsinin tamamilə iş qabiliyyətini itirməsi və istifadəsiz hala düşməsi başa düşülür.
Hadisə baş verməzdən əvvəl də heç bir iş görə bilməyən və istifadəsiz xxxxx xxxx (funksiyasını itirmiş xxxx) bədən üzvünün və ya üzvün bir hissəsinin itirilməsinə görə sığorta ödənişi verilmir.
Hadisə baş verməzdən əvvəl qismən şikəst olmuş bədən üzvünün və ya üzvün bir hissəsinin şikəstlik nisbəti hadisə nəticəsində artarsa, sığorta ödənişi hadisədən əvvəlki nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır.
Eyni bir hadisə nəticəsində bədənin müxtəlif üzvlərində və ya müxtəlif üzvlərin hissələrində əmələ gələn şikəstliyə görə ayrı-ayrılıqda hesablanan ödənişlərin ümumi məbləği sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən xxx xxx bilməz.
Qismi şikəstliyə görə sığorta ödənişi xxxx şəxs sonradan həmin hadisənin nəticəsi olaraq vəfat edərsə, onda ölümə görə verilən sığorta ödənişi məbləğindən şikəstliyə görə verilən sığorta ödənişi məbləği çıxılacaqdır.
Sığortalı solaxay olarsa, yuxarıdakı cədvəldə sağ və sol əl üçün müəyyən edilən nisbətlər əksinə tətbiq edilir.
Təminatın əhatə dairəsinə daxil xxxx xxx qəza nəticəsində olsa belə estetika və gözəlliyin azalması ilə bağlı zərərlər sığorta təminatına daxil deyildir.
3- Aşağıdakı hallar da qəza hadisəsi hesab edilir:
3.1.Qəflətən və gözlənilmədən otağa xxxxx qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
3.2.Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və qopması;
3.3. İlan və ya həşaratların çalması nəticəsində zəhərlənmələr və ölüm; 3.4.Quduzlaşmış heyvanın dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti.
4- Qəza hadisəsi hesab edilməyən hallar:
4.1. Sığorta təminatına daxil olmayan qəza nəticəsində baş verən donma, günəş vurması;
4.2. Hər hansı düşüncə və xxxx vəziyyətdən asılı olmayaraq xxxxxxx və intihara təşəbbüs;
4.3. Spirtli içki qəbulu nəticəsində ölüm, sığorta təminatına daxil xxxx qəzanın
tələb etmədiyi təqdirdə narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;
4.4. Sığorta təminatına daxil xxxx qəzanın tələb etmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu.
5- Sığorta təminatı aşağıdakı hallar nəticəsində baş verən xəstəlik və qəza hadisələrini əhatə etmir:
5.1. Müharibə və ya müharibə əməliyyatları, manevrlər və digər hərbi tədbirlər (əlavə razılaşdırma yoxdursa)
5.2. Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər;
5.3. Sığortalının cinayət törədməsi və ya buna təşəbbüs zamanı ölməsi və ya bədən xəsarəti xxxxxx;
5.4. Sığortalının təhlükədə xxxx insan və xxxxxxx xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən təhlükəyə atması;
5.5. Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə;
5.6. Sığorta hadisəsinin nəticəsində baş verməyən suda boğulmalar.
5.7. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər və ya onların bilavasitə nəticəsi olaraq meydana gələn xəstəlik, fəsadlaşma və digər hallar:
5.7.1.müharibə (elan - edilib edilməməsindən asılı olmayaraq), hərbi əməliyyatlar, vətəndaş müharibəsi, xalq hərəkatları, ixtişaşlar, üsyan və qiyamlar, tətillər;
5.7.2 sığortalı şəxsin cinayət törətməsi, kriminal fəaliyyətdə iştrakı, Sığortalı şəxsin özünə qəsdən bədən xəsarəti yetirməsi, intihara cəhd etməsi;
5.7.3 ov, alpinizm, planerizm, speleologiya, paraşütlə tullanma, sualtı idman növləri, qış idman növləri, reqbi, polo, döyüş növləri, motosiklet və at yarışları, su xizək yarışları, hər hansı idman yarışlarında və ya belə yarışlara hazırlıq məşqlərində, həmçinin həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan hər hansı digər fəaliyyətlər;
5.7.4 təbii fəlakətlər, o cümlədən zəlzələ, vulkan, sunami və s., nüvə partlayışı, radiasiya və radioaktiv şüalanma; kəskin və xroniki şüa xəstəliyi;
5.7.5 vərəm, sarkoidoz, mukovistsidoz; Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyənləşdirilmiş peşə xəstəlikləri;
5.7.6 alkoqolizm, narkomaniya, toksikomaniya, narkotik maddələrdən, psixotrop preparatlardan və s. asılılıq, spirtli içkilərin, narkotik və toksik (zəhərləyici maddələrin qəbulu, həmçinin onların qəbulu nəticəsindəsərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi və ya onun belə vəziyyətdə xxxx şəxsin idarəsinə verilməsi);
5.7.7 xxxx xəstəliklər (şizofreniya, psixozlar) və ya ağır əsəb pozuntuları, epilepsiya, Xxxxxxxxx xəstəliyi, onların ağırlaşmaları, onların zəminində yaranmış müxtəlif zədələr və somatik xəstəliklər; psixoanalitik və psixoteropevtin, həkim- ekstrosensin, narkoloqun, xalq və qeyri ənənəvi təbabət mərkəzlərinin həkimlərinin, homeopatın və seksopatoloqun xidmətləri; qeyri-ənənəvi müalicə və müayinə üsulları, reabilitasiya tədbirləri, sanatoriya-kurort müalicəsi;
5.7.8 protezləşdirmə, həmçinin endoprotezləşdirmə, dişlərin protezləşdirilməsi və ona hazırlıq, tibbi göstəriş olmadıqda köhnə diş ploblarının dəyişdirilməsi, plombların ştiftli qoyulması, kosmetik stomatologiya, dişlərin ftorlakla ötrülməsi; periodontit, paradontoz, qinqivit, ortodontik və kosmet qüsurlar; eynəklər, kontakt linzaları, eşitmə cihazları, bütün növ protezlər, ortopedik və digər yardımçı vasitələr; ametropiya və astiqmatizmin cərrahi (o cümlədən lazer üsulu ilə) müalicəsi;
5.7.9 ürək damar cərrahiyəsi; damar çatmamazlığı, aşağı ətraf damarlarının varikoz genişlənməsi, angioqrafiya, koronaroqrafiya; orqan və toxumaların transplantasiyası və həmçinin transplantasiya, implantasiya, kosmetik və plastik əməliyyatlar və xidmətlər tələb edən xəstəliklər;
5.7.10 xroniki böyrək və qaraciyər çatışmamazlığı; plazmaferez, hemodializ, hemosorbsiya, qanın ultrabənövşəyi şüalanması;
5.7.11 sonsuzluq və impotensiyanın müalicəsi; kontrasepsiya metodlarının seçilməsi, o cümlədən UDV-in daxil edilməsi və çıxarılması, hamiləliyin süni dayandırılması; süni mayalanmanın bütün növləri, süni mayalanmadan sonra hamiləliyin aparılması;
5.7.12 bədxassəli onkoloji xəstəliklər, qanın onkoloji xəstəlikləri;
5.7.13 şəkərli diabet; piylənmə; hemofiliya, talassemiya; Xxxxxx sindromu; hepatit C, B; birləşdirici toxumanın diffuz xəstəlikləri və differensasiya olunmamış kollagenozlar; sistem kollagenozları;
5.7.14 doğuşdan sonra 40 gün ərzində aşaqlar; anadangəlmə və irsi patalogiyalar;
5.7.15 psoriaz, seboreya; zöhrəvi xəstəliklər, “cinsi yolla yoluxan xəstəliklər qrupuna daxil xxxx xəstəliklər; QİŞ yoluxmaları, QİÇS;
6- Aşağıdakı hallar əlavə razılaşdırma ilə sığorta təminatına daxil edilir:
6.1. Motosiklet və motorlu velosiped sürmək və onlara minmək;
6.2. Açıq dənizdə balıqçılıq, balıq ovu, qaban və digər vəhşi heyvanların ovlanması və dağ yüksəkliklərində ovçuluq;
6.3. Alpinizm, qar və ya buz üzərində idman oyunları (xizək idmanı, xokkey və bobsley kimi), maneəli cıdır yarışları, polo, reqbi, qılınc oynatma, təkbətək döyüş, boks, basketbol, futbol və yelkənli qayıq yarışları, ağırlıq qaldırma və peşəkar idman növləri;
6.4. Bütün növ idman müsabiqələri, sürət yarışları;
6.5. Sərnişin kimi uçmaq halı istisna olmaqla, havada bütün növ uçuşlar və həmçinin təlim uçuşları;
6.6. Zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi;
6.7. Azərbaycan Respublikası sərhədlərindən kənarda baş verən qəza hadisələri.
7- Ödənişin verilməsi
7.1- Qəza nəticəsində ölüm, daimi şikəstlik təminatlarının yalnız biri ödəniş olaraq verilə bilər. İkisinin bir yerdə verilməsi mümkün deyildir.