Bankın hüquqları Nümunə Maddələri

Bankın hüquqları. 9.15.1. Müştəri tərəfindən kreditdən məqsədli təyinatına uyğun istifadə edilməsini tələb etmək, təsdiqedici sənədləri tələb etmək, kreditin istifadə edilməsinə nəzarəti həyata keçirmək; 9.15.2. Kredit xətti müddəti ərzində istənilən vaxt Müştərinin maliyyə və təsərrüfat vəziyyəti ilə əlaqədar və ya kreditin Müştəri tərəfindən məqsədəuyğun istifadəsini yoxlamaq üçün yoxlamalar keçirmək (xxxxx belə yoxlamaları həyata keçirmək vəzifəsi və ya öhdəliyi yoxdur); 9.15.3. Müştərinin razılığı olmadan bu Müqavilə üzrə hüquqlarını qismən və ya tamamilə üçüncü şəxslərə vermək; 9.15.4. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etmək; 9.15.5. Sığorta şirkətləri tərəfindən Müştərinin xeyrinə sığorta ödənişləri həyata keçirildikdə, həmin vəsaitləri Müştərinin bu Müqavilə üzrə Bank qarşısında yaranan pul öhdəliklərinin ödənilməsinə yönəltmək; 9.15.6. Müqavilə üzrə öhdəliklər və vəzifələr yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, girova qoyulmuş əmlaka tələb yönəltmək; 9.15.7. Kreditin təminatı xxxx əmlakın bazar dəyəri əhəmiyyətli dərəcədə pisləşdikdə və ya digər səbəblər üzündən qiyməti aşağı düşdükdə, həmin əmlakın digər əmlakla əvəz olunmasını, bərpa edilməsini, artırılmasını və / və ya əlavə əmlakın girova (ipotekaya) qoyulmasını tələb etmək; 9.15.8. Müştəri tərəfindən bu Müqavilə üzrə kredit ödənişləri gecikdirildiyi halda, iş günləri ərzində saat 09.00-xxx 20.00-dək Müştərinin yaşayış, iş və biznes yerinə səfər etmək, Müştərinin məlum ünvanlarına məktub ünvanlamaq və Müştərinin təqdim etdiyi əlaqə nömrələri vasitəsilə gecikmə barədə xəbərdarlıq etmək; 9.15.9. Yoxlamaların (monitorinqlərin) keçirilməsi üçün Müştəri şərait yaratmadıqda və ya tələb olunan sənədləri təqdim etmədikdə və ya bu Müqavilə üzrə Müştəri digər öhdəliklərini pozduqda, cərimələr tətbiq etmək, habelə öhdəliklərin vaxtından əvvəl icra edilməsini Müştəridən tələb etmək; 9.15.10. Müştəri bu müvafiq kreditin müddəti ərzində və/və ya səbəbindən asılı olmayaraq müddəti bitdikdən sonra Müqavilənin şərtlərini yеrinə yеtirmədikdə və Banka borcu (borc dedikdə, müqavilənin şərtlərinə uyğun olaraq, əsas borc, faiz, dəbbə, cərimə və Bankın çəkdiyi digər xərclər, habelə texniki səhv nəticəsində köçürülmüş vəsaitlər nəzərdə tutulur) olduqda, müvafiq b...
Bankın hüquqları. 7.31.1. Müştərinin ərizəsi əsasında Kart hesabının açılması və Kartın emissiyası üçün Müştəridən bütün zəruri sənədləri və məlumatları tələb etmək, habelə müvafiq xidmət haqqı/komissiyaları almaq və ya Müştərinin Bank hesabından akseptsiz qaydada silmək; 7.31.2. Müştərinin təqdim etdiyi məlumatları istənilən xxxxxx xxxxx yoxlamaq; 7.31.3. Bankın İnternet Səhifəsində və/və ya Bankın təklif edəcəyi digər onlayn resurslarda yerləşdirmək yolu ilə Müştərini məlumatlandırmaqla Karta və Kart hesabına tətbiq olunan müvafiq bankdaxili qayda/şərtlərdə və Tariflərdə, Əməliyyat Limitlərində birtərəfli qaydada dəyişiklik etmək, həmçinin Müqavilədə nəzərdə tutulmayan xxxxx gələcəkdə yaradılacaq yeni növ xidmətləri Kartlar üzərində tətbiq etmək; 7.31.4. Kart üzrə kredit və istifadə limitini müəyyən etmək və müvafiq limiti birtərəfli qaydada dəyişdirmək; 7.31.5. Müştəri ilə münasibətlərin tənzimlənməsində müvafiq olaraq Bankın əməkdaşlıq etdiyi beynəlxalq ödəniş sistemlərinin beynəlxalq normativlərinə əsaslanmaq; 7.31.6. Müştərinin Bank qarşısındakı hər hansı öhdəliyi üzrə ödənişləri Müştərinin bütün hesablarından mübahisəsiz qaydada akseptsiz olaraq silmək; 7.31.7. Bankın əməkdaşlıq etdiyi Beynəlxalq ödəniş sistemləri tərəfindən “Chargeback” (Kart hesabı üzrə həyata keçən və Müştərinin razılaşmadığı hər hansı əməliyyat) üzrə vəsaitlər Bankın əməkdaşlıq etdiyi beynəlxalq ödəniş sistemlərinə xxxx qaytarıldıqda, həmin vəsaiti Müştərinin hesabından akseptsiz qaydada silmək; 7.31.8. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş hallarda Karta xidmət göstərilməsini dayandırmaq, Kartı bloklaşdırmaq və/və ya ləğv etmək; 7.31.9. Qanunvericilikdə və Qaydalarda, habelə Müqavilədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Bankın hüquqları. 12.17.1. Əmanət məbləğinin əldə olunma mənbəyi barədə şübhə yarandıqda, həmin vəsaitin mənbəyini müəyyən etmək üçün əlavə təsdiqləyici sənədlər tələb etmək; 12.17.2. Müştərini 30 (otuz) gün əvvəlcədən xəbərdar etməklə müvafiq əmanətə birtərəfli qaydada xitam vermək; 12.17.3. Qanunvericiliklə nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə üzərinə həbs qoyulmuş əmanət hesabı üzrə məxaric əməliyyatlarını dayandırmaq; 12.17.4. Müştəriyə əmanətin vaxtından əvvəl qaytarılmasına görə əvvələr ödənilmiş faizləri akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) xxxx tutmaq; 12.17.5. Müştərinin Bank qarşısında üzərinə götürdüyü borc öhdəlikləri, habelə istənilən əsasla yaranmış digər öhdəlikləri üzrə gecikdirilmiş məbləğləri və faiz borclarını, cərimələri, həmçinin Bankın Tarifləri müəyyən edilmiş komisyon haqlarını, təminat qismində rəsmiləşdirilib-rəsmiləşdirilməməsindən asılı olmayaraq, akseptsiz qaydada müvafiq əmanət hesabından silmək (Hesablaşma bu Ümumi Şərtlərin 12-ci bəndində göstərilən qaydada həyata keçiriləcəkdir); 12.17.6. Müddətli əmanət hesabında xxxx pul vəsaitinə dair Müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə bu vəsaitdən istifadə etmək.
Bankın hüquqları. 3.1.1. Bank xidmətlərinə görə müəyyən edilmiş Tariflərə birtərəfli qaydada dəyişiklik etmək. 3.1.2. Müəyyən edilmiş hallarda və qaydada ona ödənilməli xxxx pul vəsaitlərini (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) müştərinin bütün valyutada xxxx hesablardandan və digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silmək.
Bankın hüquqları. Müştərinin hesablarını API xidmətinə qoşmaqdan imtina etmək; Hər hansı bir texniki səbəbə görə, həmçinin bu Müqavilənin 6.3-cü bəndində nəzərdə tutulan hallarda istənilən vaxt və Müştəriyə heç bir məlumat vermədən sistemdə apardığı əməliyyatların icrasından imtina etmək və ya onların icrasını müvəqqəti dayandırmaq; API xidmətindən istifadə ilə bağlı birdəfəlik xidmət haqqı, habelə API xidməti vasitəsilə Müştəri tərəfindən həyata keçirilən bank əməliyyatları üzrə xidmət haqlarını Bankın Tariflərinə (Bankın rəsmi internet səhifəsi www.abb-bank.az-da yerləşdirilmişdir) və/və ya müvafiq idarəetmə orqanının qərarına uyğun olaraq Müştərinin bank hesablarından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək; Bu Müqaviləyə əsasən göstərilən xidmətlər üzrə xidmət haqlarını və aparılan əməliyyatların qaydalarını birtərəfli qaydada dəyişdirmək; API xidmətindən, inteqrasiya servislərindən istifadə zamanı hər hansı təhlükə yarandıqda, dələduzluq faktları aşkar edildikdə, əməliyyatların qarşısını almaq məqsədilə öz mülahizəsinə əsasən xidmətdən istifadəyə məhdudiyyətlər tətbiq etmək, dayandırmaq və ya limitlər qoymaq; Müştərinin bu Müqavilə əsasında API xidmətinə qoşulmuş bütün bank hesabları bağlandığı halda dərhal Müştərinin API xidmətinə buraxılışını dayandırmaq.
Bankın hüquqları. 6.1.1. Bank xidmətlərinə görə müəyyən edilmiş tariflərə birtərəfli qaydada dəyişiklik etmək və yeni tariflər (komissiyalar) müəyyən etmək; 6.1.2. Müəyyən edilmiş hallarda və qaydada ona ödənilməli xxxx pul vəsaitlərini (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) Müştərinin bütün valyutada xxxx hesablarından və digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silmək;
Bankın hüquqları. 2.2.1. Müştərinin qüvvədə xxxx qanunvericilik, habelə Bank qaydaları, hesablaşma sənədlərinin rəsmiləşdirilməsi proseduru və onların Banka təqdim edilməsi müddətini pozduğunu sübut edən dəlillər olduqda hesablaşma-xxxxx əməliyyatlarının həyata keçirilməsindən imtina etmək. 2.2.2. Müştərinin hesabındakı pul vəsaiti ilə aparılan əməliyyatlar üzrə özünün qüvvədə xxxx xidmət tarifləri ilə müəyyənləşdirilmiş məbləğdə xidmət haqqını Müştərinin hesabından mübahisəsiz silmək. 2.2.3. Müştərini 5 (beş) təqvim günü əvvəlcədən yazılı xəbərdar etməklə birtərəfli qaydada xidmət tariflərinə dəyişiklik etmək Dəyişikliklərin heç biri Müştərinin vəziyyətini ağırlaşdırmadığı, habelə Müştəri dəyişikliyi yazılı qaydada təsdiq etdiyi halda isə dəyişiklik dərhal qüvvəyə minir. 2.2.4. Kredit, faizlər, komissiyalar, Banka ödənilməli xxxx ödənişlər, Bankın reqres qaydada yönəltdiyi tələblər, müqavilə münasibətləri və qanunvericiliklə müəyyən olunan qaydada üzrə yaranmış borcların (tələblərin) ödənilməsinə yönəldilən pul vəsaitlərini Müştərinin Xxxxxx mövcud xxxx bütün hesablarından akseptsiz qaydada silmək. 2.2.5. Müştərinin hesabına səhvən daxil olmuş məbləğləri onu yazılı qaydada xəbərdar etməklə hesabından silmək. 2.2.6. Qanunvericilikdə baş vermiş dəyişiklik və ya Bank tərəfindən Müştəri haqqında əlavə məlumat əldə etmək zərurəti yarandığı hallarda tələb olunan əlavə sənədlərin təqdim edilməsini Müştəridən tələb etmək. 2.2.7. Müştərinin hesabında 1 (bir) il ərzində 1 (bir) AZN və ya ekvivalentindən az vəsait olduqda və ya 1 (bir) ildən artıq müddətə hesab üzrə heç bir əməliyyat aparılmadıqda və digər hallarda, o cümlədən Bankın daxili carried out regarding any rights violations involving the account holder (the Customer) himself or the persons associated with it and /or when a customer’s operation(s) conflicts with the requirements of the law.
Bankın hüquqları. 5.2.1. Bu Müqavilə üzrə faizləri qanunvericilkdə nəzərdə tutulmuş qaydada dəyişdirmək (bu zaman 1 (ay) qabaqcadan müştəriyə yazılı məlumat verir və yeni faizlər yalnız müştəriyə məlumat verildikdən sonra Müştərinin razılığına əsasən əmanət müddəti yeniləndiyi və ya uzadıldığı halda tətbiq olunmağa başlayır); 5.2.2. Əmanətə bağlı kredit xətti üzrə öhdəliklərin icrasına qədər depozit hesabının kredit və ya kredit xətti üzrə yaranmış qalıq borc məbləği qədər bloklaşdırmaq və vəsaitin məxaricinə məhdudiyyət qoymaq; 5.2.3. Bu fəslin 3.2.3. bəndinin müəyyən olunmuş depozit əsaslı kredit qalığını (əsas məbləğ, faiz və cərimə) əmanət hesabına silinməsini təmin etmək (depozit müqaviləsinin son tarixində); 5.2.4. Bu fəslin 3.1.2. bəndində müəyyən olunmuş müddəti bitmiş əmanətlərin avtomatik müddətinin uzadılması üzrə tarif və şərtlərin dəyişdirilməsini təmin etmək. _______________
Bankın hüquqları. 5.11.1. Aşağıdakı hallarda müvafiq əməliyyatları icra etməkdən imtina etmək: 5.11.1.1. Müştərinin hesabında kart hesablarına pulun silinməsi üçün kifayət qədər vəsait olmadıqda; 5.11.1.2. Məsul şəxs barədə məlumatlar düzgün olmadıqda; 5.11.1.3. Bu müqavilə ilə müəyyən edilmiş kartların buraxılması şərtləri pozulduqda; 5.11.1.4. Müştəri tərəfindən Bankın xidmət haqqının ödənilmədiyi və həmin xidmət haqqı ilə bağlı Müştərinin borcu yarandığı təqdirdə. 5.11.2. “Texniki overdraft”a görə İşçilərin istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) Müştəridən və İşçidən müştərək qaydada tələb etmək; 5.11.3. İşçilər ödəniş kartı ilə əməliyyatları hesabdakı valyutadan fərqli valyutada apardıqda vəsaiti əməliyyatın aparıldığı gün deyil, hesabdan silindiyi gün üçün Bankın məzənnəsinə uyğun olaraq hesabdan silmək.
Bankın hüquqları this operation and for payment of relevant service fee, Standing Payment Order for that date shall not be executed by the Bank.