KÜTLƏVİ OFERTA_01/21-ƏH
KÜTLƏVİ OFERTA_01/21-ƏH
(fiziki şəxslərə bank xidmətlərinin təqdim edilməsi)
Bakı şəhəri 23 İyun 2021-ci il
Oferent - “Bank” adlandırılacaq, 14 dekabr 2010-cu il tarixli 73 xxxxx lisenziya və Nizamnamə əsasında fəaliyyət göstərən “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti.
1. BU OFERTA BANKLA MÜŞTƏRİLƏR ARASINDA AŞAĞIDA SADALANAN BANK XİDMƏTLƏRİNƏ DAİR MÜNASİBƏTLƏRI TƏNZİMLƏYİR:
1.1. Xxxx hesab üzrə xidmət (xxxxx, hesablaşma xidmətləri);
1.2. Ödəniş kartları üzrə xidmətlər;
1.3. Elektron xidmətlər göstərilməsi.
Müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə SMS vasitəsilə bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar, kredit barədə təkliflər, kredit borcu üzrə məlumat, öhdəlikləri icrası barədə bildiriş, reklam məlumatları göndərilə bilər.
.
XXXX HESAB ÜZRƏ:
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
2.1. Bank aşağıdakı vəzifələri daşıyır:
2.1.1. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın qaydalarına uyğun olaraq təqdim edilən sənədlər əsasında müvafiq valyutalarda Hesab açmaq;
2.1.2. Müştəriyə Hesablaşma-xxxxx xidmətləri göstərmək:
- Müştərinin Hesablarına daxil xxxx pul vəsaitini növbəti iş günündən gec olmayaraq (Qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) Hesablara mədaxil etmək və müştərinin müraciətinə əsasən bu barədə Müştəriyə məlumat vermək;
- Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra etmək;
- Müştəriyə xxxxx xidmətləri göstərmək;
- Müştərinin Hesabından çıxarışları ona təqdim etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin Hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
2.1.3. Müştərinin Xxxxxx ilə bağlı istənilən sorğu və məktubları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq;
2.1.4. Müştərinin hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın daxili mübadilə məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqlarının Müştərinin hesablarından akseptsiz qaydada silmək
2.2. Bankın aşağıdakı hüquqları vardır:
2.2.1. Hesabın açılması üçün, zəruri xxxx sənədlərlə yanaşı, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə zidd olmayan digər sənədlərin də təqdim edilməsini tələb etmək Hesabdan qeyri-leqal məqsədlər üçün istifadə edilməsi sübut edildikdə hesabı birtərəfli qaydada ləğv etmək;
2.2.2. Müştərinin Bank qarşısında borc və digər öhdəlikləri üzrə məbləğləri, Bank tərəfindən tətbiq olunan cərimələri, eləcə də, mövcud Tariflər əsasında Müştəriyə göstərilmiş hər bir xidmət üzrə müvafiq komisyon haqqını, kredit prosedurlarına görə Bank tərəfindən təsdiq edilmiş komisyon haqlarını Müştərinin istənilən Hesabından,o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya
olunaraq, komisyon haqqları tutulmaq şərtilə mübahisəsiz qaydada (Müştərinin sərəncamı olmadan) silmək. Müştəri, Bank və üçüncü şəxslə arasında bağlanan üçtərəfli əqdlərin icrasını təmin etmək məqsədilə Müştərinin Hesabından akseptsiz qaydada (Müştərinin sərəncamı olmadan) pul vəsaitlərini silmək və ya digər müvafiq blok Hesaba köçürərək bloklaşdırmaq.
2.2.3. Birtərəfli qaydada mövcud Tariflərdə və aparılan əməliyyatların qaydalarında dəyişiklik etmək hüququna malikdir. Tariflər «Bank»ın - xxx.xxxxxxx.xx - rəsmi internet saytında (bundan sonra “sayt” adlandırılacaq) yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olmalıdır
2.2.4. Investisiya xidməti, o cümlədən marja ticarəti xidməti göstərən şirkətlərlə Müştəri arasında baglanan müqavilələr üzrə (marja ticarəti xidməti göstərən şirkətlərlə müştəri arasında belə müqavilə bağlandığı halda) Müştərinin öhdəliklərinin yerinə yetirilməsi məqsədilə zəruri məbləğdə pul vəsaitlərini Hesabdan akseptsiz qaydada silmək və digər hesablara köçürmək.
2.2.5. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdikdə Bankın, Müştərinin bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə akseptsiz qaydada silmək hüququna malikdir:
a) Müştəri, üçüncü şəxslər və ya Bank tərəfindən yalnışlıqla mədaxil edilmiş pul vəsaitlərini;
b) Bankın bankomat, POS-terminal və digər sistemlərində, cihazlarında baş verən texniki nasazlıqlar nəticəsində Müştərinin bank hesabında ona məxsus olmayan pul vəsaitlərinin istifadə imkanı mümkün olduğu təqdirdə cıxarıldığı hallarda;
c) Müştərinin bank hesabına və ya balansında səhvən daxil olmuş pul vəsaitləri Müştəri tərəfindən xxxx qaytarımadıqda və ya bu vəsaitlərin Bank tərəfindən akseptsiz silinməsi üçün onun bank hesablarında kifayət qədər pul vəsaiti olmadıqda, Müştərinin Bank qarşısında kredit öhdəliyi yaranır və kredit xətti açıla bilər (kredit xətti xxxx müştərilərə). Bu halda Müştəri kreditdən istifadəyə görə Bankın həmin kredit məhsulu üzrə borc yaranan günə xxxx mövcud faiz dərəcələrinə uyğun olaraq illik faiz ödəməlidir. Aktiv kredit xətti olmayan müştərilərin hesablarında bu hal overdraft kimi tanınır.
2.3. Müştəri aşağıdakı vəzifələri daşıyır:
2.3.1. Hesabın açılması üçün zəruri xxxx sənədləri, eləcə də, qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə Bank tərəfindən qanunvericiliyə zidd olmayan digər sənədlər tələb edildikdə onları Banka təqdim etmək;
2.3.2. Qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun olaraq Hesab üzrə nağd və nağdsız qaydada əməliyyatlar aparmaq;
2.3.3. Ödəniş sənədlərini Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ hüquqi xarakterli aktlarla uyğun olaraq tərtib edərək Banka təqdim etmək;
2.3.4. Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və bankı dərhal məlumatlandırmaq. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq.
2.3.5. Müştəriyə nəzərdə tutulmuş hallarda fiziki şəxslərin özünüqiymətləndirmə formaları təqdim olunanda, onları imzalamaq və lazım olunan sənədləri məlumatları təqdim etmək.
2.3.6. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında,mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat vermək.
2.3.7. Müştəri İnvestisiya xidməti, o cümlədən marja ticarəti xidməti göstərən şirkətlərlə onun arasında baglanan müqavilələr üzrə (marja ticarəti xidməti göstərən şirkətlərlə müştəri arasında belə müqavilə bağlandığı halda) öhdəliklərinin yerinə yetirilməsi məqsədilə hesaba daxil olacaq zəruri pul vəsaitlərinin “Unicapital İnvestisiya Şirkəti”ASC-nin “Unibank” KB-da ABŞ dollarında xxxx xxxx hesabına köçürülməsi barədə Banka əvvəlcədən tapşırıq verir. Bank isə hesaba daxil olacaq zəruri pul vəsaitlərini daxil olduğu günün növbəti əməliyyat günündən gec olmayaraq akseptsiz qaydada silərək “Unicapital İnvestisiya Şirkəti”ASC-nin ABŞ dollarında xxxx xxxx hesabına daxil etməyi öz öhdəsinə götürür.
2.4. Müştərinin aşağıdakı hüquqları vardır:
2.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Hesabdan istifadə etmək.
2.4.2. Lazımi dövr üçün Bankın Tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, Hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri “Bank”xxx təqdim etməyi tələb etmək.
3. HESABIN FƏALİYYƏT REJİMİ
3.1. Müştəri öz Hesabının müstəqil sərəncamçısıdır.
3.2. Müştərinin xarici valyutada xxxx Xxxxxx üzrə əməliyyatların aparılması zamanı Azərbaycan Respublikasında mövcud valyuta rejiminə riayət olunmalıdır.
3.3. Müştərinin Xxxxxxxxxx silinmələrə əsas, qanunvericilikdə və bu ofertada nəzərdə tutulmuş hallar istisna olmaqla, onun təqdim etdiyi ödəniş sənədləridir.
3.4. Ödəniş sənədləri yazıldığı gündən (yazılma günü nəzərə alınmadan) sonra 3 (üç) iş günü ərzində Banka təqdim edilə bilər.
3.5. Bankla Müştəri arasında Hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin Hesabı üzrə əməliyyatları, Hesabdakı qalıq çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin Hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir.
3.6. Müştəri üçün əməliyyat günü bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilir.
3.7. Bankın daxili iş rejimi qaydalarına uyğun olaraq müəyyən edilmiş vaxtdan sonra daxil olmuş ödəniş sənədləri növbəti iş günündə icra edilir.
3.8. Hesabdan çıxarışlar və digər sənədlər Müştərinin özünə və yalnız müvafiq etibarnamə əsasında onun nümayəndəsinə verilir.
3.9. Qanunvericilik və Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin pozulması ilə tərtib edilmiş, habelə qüsurlu ödəniş sənədləri qəbul edilmir.
3.10. İcra vaxtı keçmiş, ödəniş sənədində hər hansı düzəliş aparılmış, rəqəmlə və yazı ilə məbləğlər arasında uyğunsuzluq olmuş, imzalanmamış, keçən məbləğdə, Hesabların nömrələrində, benefisiarın adında və bu kimi rekvizitlərdə düzəliş edilmiş ödəniş sənədi qüsurlu sayılır və Bank tərəfindən icra üçün qəbul olunmur.
3.11. Tərəflər arasında əlavə saziş olmadığı halda, Hesabdakı qalıqlara Bank tərəfindən faiz ödənilmir.
3.12. Bu Hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Müştərinin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda Müştərinin razılığı alınmadan həmin vəsait göndərən şəxsə ödənişin məbləğindən bank xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla xxxx qaytarılır. Bankın həmçinin bank xidmət haqqlarını və pul vəsaitinin göndərənə xxxx qaytarılması ilə bağlı çəkdiyi digər xərcləri Müştərinin bank hesablarından akseptsiz qaydada silmək hüququ vardır.
3.13. İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduğu hallarda, həmin imzaların istifadəsi qaydası bu ofertavə (və ya) müştərinin ərizəsi ilə müəyyən edilir.
4. Əmanətin Sığortalanması Fondu, Bank və Əmanətçi
4.1. Bank 30 iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – "Fond") iştirakçısı olaraq (21 xxxxx Şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq Əmanətçidən tutulmur). 0.0.Xxxx tərəfindən Əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Xxxx tərəfindən sığortalanır.
4.3. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Əmanətçi qarşısında əmanət üzrə öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.
4.4. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində Əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: a) AzTV; b) İctimai TV; c) Azərbaycan qəzeti; d) Respublika qəzeti; e) Xalq qəzeti; f) AzərTAc informasiya agentliyi; g) APA informasiya agentliyi.
4.5. Fonddan kompensasiya almaq üçün Əmanətçi kütləvi informasiya vasitəsilərində göstərilən yerə yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd; b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd; c) Bank əmanəti müqaviləsi; d)Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Xxxxx təqdim etməlidir. Ərizəni verildiyi tarixdən etibarən 90 (doxsan) gün müddətində Xxxx tərəfindən Əmanətçiyə kompensasiya ödənilməlidir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır.
4.6. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: PC0070044 4 a)bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər; b) qeyri-xxxxxx
xxxxx əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş əmanətlər; c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər; d) üzərinə həbs qoyulmuş əmanətlər; e) Cəlb edildiyi günə "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 8.1.20-ci bəndinə uyğun olaraq müəyyən edilən həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. (Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılavdırmaqla Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir); f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri; g) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində xxxx pul vəsaitləri;
4.7. Xxxx tərəfindən hər bir iştirakçı xxxxxx sığortalanmış əmanət üzrə əmanətin 100 xxxxx həcmində, xxxxx 100 (bir yüz) min manatdan xxx olmamaq şərtilə kompensasiya ödəniləcək. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
4.8. Fond kompensasiyanı milli valyutada xxxx əmanət üzrə manatla, ABŞ dollarında xxxx əmanət üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Əmanətçiyə ödəyir. Əmanət ABŞ dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çapraz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət üzrə faizlərı sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Əmanətçiyə ödəyir.
4.9. Əmanətçinin Xxxxxx bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda oldugu zaman, Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Əmanətçinin Fondun hər hansı digər iştirakçı bankında xxxx əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir.
4.10. Əmanətlərin Sığortalanması Fondu (bundan sonra "Fond") kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin xxxx qaytarılmasını tələb edir.
4.11. Bank Əmanətçinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, qorunan əmanətlər və kompensasiyalar barədə Əmanətçiyə məlumat verir.
4.12. Əmanətçi aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsilə Fondla əlaqə saxlaya bilər: AZ1001, Bakı şəhəri, AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40; əlaqə tel: (00000) 000 00 00, 000 00 00, 000 00 00; Faks: (00000) 000 00 00; Qaynar xətt 941 email: xxxx@xxxx.xx, sayt: xxx.xxxx.xx
5. XARİCİ DÖVLƏTLƏRİN FİZİKİ ŞƏXSLƏRİNİN MALİYYƏ ƏMƏLİYYATLARI BARƏDƏ HESABATLARIN TƏQDİM EDİLMƏSİ.
5.1. “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydalarına əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan hesabatlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən təyin olunmuş müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyi) müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
5.2. Xarici dövlətlərin fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsinə əsasən hesabat verən maliyyə institutu fiziki və hüquqi şəxslərin hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədi ilə müştəridən zəruri xxxx özünüqiymətləndirmə sənədi və formaları tələb edilir.
5.3. Hesab açmaq üçün müraciət etmiş müştəri tərəfindən formalarından müvafiq olanı təqdim edilmədikdə Bank tərəfindən hesabın açılmasından imtina oluna bilər.
ÖDƏNIŞ KARTI ÜZRƏ:
1.1. Bank Müştəriyə ödəniş kartına (bundan sonra “Kart” adlanacaq) xidmət göstərilməsini və karta bağlı xxxx xxxx hesab vasitəsilə hesablaşma-xxxxx əməliyatlarının aparılması üçün bank xidmətlərini
göstərilməsini, Müştəri isə Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür.
1.2. Müştəriyə təqdim olunan kartın növünə uyğun olaraq bütün şərtlər Bankın - xxx.xxxxxxx.xx – Rəsmi saytında (bundan sonra: “sayt”) əks olunur.
1.3. Müştəriyə təqdim olunan kartın növündən asılı olaraq, xxxxxx xxxx hesabındakı gündəlik qalığa bankın saytında qeyd olunan illik faiz dərəcəsi ilə əlavə ödəniş hesablana bilər. Əlavə ödəniş hesablanarsa, hər təqvim ayının sonuncu iş günü müştərinin istifadəsindəki xxxxxx xxxx hesabına köçürülür. Müştərinin kartında xxxx şəxsi vəsaitinə hesablanacaq faiz dərəcəsi haqqında məlumat Bankı rəsmi saytında əks olunur.
1.4. Kartdan nağdlaşdırmaya görə komissiya Bankın tariflərinə uyğun olaraq tənzimlənir.
1.5. Xxxx hesabla bağlı, gələcəkdə müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə SMS vasitəsilə bank tərəfindən istənilən məzmunda yeniliklər, dəyişikliklər, yeni məhsullar barədə məlumatlar və kredit barədə təkliflər göndərilə bilər
2. Ümumi müddəalar.
2.1. Kartdan istifadə etməklə hesab üzrə əməliyyatların aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktları, həmçinin Bankın daxili qaydaları ilə müəyyən edilir.
2.2. Bank, Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanlarının normativ xarakterli aktlarına və Bankın daxili qaydalarına uyğun olaraq təqdim edilən sənədlər və Müştərinin ərizəsi əsasında Hesab açır və həmin Hesabdan istifadə etmək üçün Müştəriyə kart verir.
2.3. Xxxxxx müəyyən etdiyi bütün Tariflər «Bank»ın rəsmi internet saytında yerləşdirilir və «Müştəri»yə “sayt”a mütəmadi şəkildə daxil olaraq onlarla xxxxx olması tövsiyə olunur. «Müştəri» tərəfindən aparılan bütün əməliyyatlara görə komisyon haqqı «Bank» tərəfindən akseptsiz qaydada onun Hesabından silinir.
2.4. «Müştəri»nin eyniləşdirilməsi məqsədilə ona kart verilərkən «Bank» tərəfindən PİN-kod qapalı zərfdə təqdim edilə bilər və ya zərf təqdim edilmədiyi halda PİN-kod Müştəri tərəfindən Xxxxxx xxxx POS-terminal vasitəsilə şəxsən təyin oluna bilər, eləcə də SMS vasitəsilə müştərinin xxxxxx qeydiyyatda xxxx mobil nömrəsinə göndərilə bilər. PİN-kod «Müştəri»nin imzasının analoqu hesab olunur. «Müştəri» tərəfindən Kartın və ya onun PİN-kodunun üçüncü şəxslərə verilməsi qadağandır, Kart və PİN-kodla əlaqədar təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır. Kart üzrə aparılmış əməliyyatlar «Müştəri» tərəfindən aparılmış əməliyyatlar kimi qəbul olunur.
2.5. Kart və PİN-kod xxxx qapalı zərfi Bankın təqdim etdiyi müvafiq sənədlərlə birlikdə bankın xidmət ofislərində imza etməklə müştəri tərəfindən şəxsən qəbul edilir.
2.6.Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə Müştəri məsuliyyət daşıyır.
2.7. «Bank», «Müştəri»yə əsas kartla yanaşı onun yazılı ərizəsi əsasında bank tariflərinə uyğun ödəniş edilməklə əlavə ödəniş kart verə bilər. Əlavə kartlarla aparılan bütün əməliyyatlar üzrə tam məsuliyyəti
«Müştəri» daşıyır.
2.8. Müəyyən texniki səbəblərə görə hesabda mövcud xxxx pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraft-ın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda «Müştəri»
«Bank» qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda «Müştəri» «Bank» qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft uzrə həmin tarixdən etibarən illik 30 (otuz) % məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda «Bank», «Müştəri»ni xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya «Müştəri»yə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu «Bank» tərəfindən «Müştəri»yə məxsus xxxx bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər.
2.9. Bank kartın verilməsinə görə uyğun gördüyü hər cür təminatı Müştəridən tələb etmək hüququna malikdir. Müştəri Bankın müəyyən etdiyi şərt və formalarda təminat verməyə borcludur. Bank mümkün ola bilən ziyanın qarşısını almaq üçün müəyyən etdiyi miqdarda sığorta depozitinin qoyulmasını tələb edə və sığorta depozitinin miqdarını birtərəfli qaydada dəyişdirə bilər. Müştərinin Banka verdiyi sığorta depoziti kartdan istifadə nəticəsində yarana bilən borcların qaytarılması üçündür.
2.10. Bu Hesabdan Müştərinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə edilə bilməz. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar Müştərinin xeyrinə Banka pul vəsaiti daxil olduğu halda Müştərinin razılığı alınmadan həmin
vəsait göndərən şəxsə ödənişin məbləğindən və ya digər bank hesablarından xidmət haqqı və Bankın çəkdiyi digər xərclər çıxılmaqla xxxx qaytarılır.
2.11. Banka məxsus bankomatların işi barədə Müştəridən daxil xxxx şikayətlərə baxarkən Bank əməkdaşları sübut kimi bankomatda saxlanılan uçot qeydlərindən istifadə edəcəklər.
2.12. “Kartın itirilməsi, oğurlanması və İstifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə (tel: + 00000 000) müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri (SMS-banking, Mobil tətbiq və s.) haqqında müvafiq izahedici məlumatı “sayt”xxx əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır.
2.13. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsə, Bank bu problemlərə görə Müştəri qarşısında məsuliyyət daşımır. Mübahisə yarandıqda, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış problemin Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədar olmadığı Müştəri tərəfindən sübut edilməyincə, həmin problemə görə Bankın məsuliyyəti istisna olunur.
2.14. Kartdan istifadə etməklə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq yerli və ya beynəlxalq kart təşkilatlarının qaydalarına və bu ofertaya uyğun şəkildə aparılır.
2.15. «Müştəri»nin kart ilə apardığı nağd və ya nağdsız əməliyyatın valyutası kart hesabının valyutasından fərqləndiyi halda məbləğin konvertasiyası:
- Əməliyyat «Bank»ın xidmət etdiyi qurğularda (bankomat, POS-Terminal, online ticarət) baş tutduğu təqdirdə «Bank»ın tariflərində qeyd edilən məzənnə əsasında,
- Əməliyyat «Bank»ın xidmət etmədiyi qurğularda baş tutduğu təqdirdə isə həm “Bank”ın, həm də “Bank”la Ekvayer (mal, iş, xidmət təklif edən şəxsin müvəkkil bankı) arasında iştirak edən Ödəniş Təşkilatının (maliyyə əməliyyatlarının və hesablaşmaların həyata keçməsini təmin edən sistem) müəyyən etdiyi məzənnə əsasında aparılır.
2.16. Kartı vasitəsilə kart hesabının valyutasından fərqli valyutalarda aparılan əməliyyat zamanı məbləğin bloklaşdırıldığı və hesabdan silindiyi (ödəniş tələbinin bank sisteminə daxil olduğu tarix) tarixlərdə valyuta məzənnəsindəki mümkün dəyişikliklər nəticəsində hesabdan faktiki silinən məbləğ bloklaşdırılmış məbləğlə eyni və ya fərqli ola bilər. Valyuta məzənnəsinin dəyişməsi nəticəsində yarana biləcək zərərə görə risk
«Müştəri»nin üzərinə düşür.
2.17. Bu oferta Müştərinin ərizəsi əsasında, onun xxxxx Xxxxxx, Bankın filial və şöbələrində gələcəkdə açılacaq hər hansı növ bank hesabı üçün, habelə hər hansı ödəniş kart təqdim edilməsi və ona xidmət göstərilməsi üçün hüquqi əsas ola bilər, bir şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan məcburi tələblərə əməl olunsun və Bank tərəfindən ayrı qayda müəyyən edilməsin.
2.19. «Müştəri» kartı vasitəsilə həyata keçirilmiş bütün əməliyyatlar, kart hesabının qalığı barədə məlumatın, eləcə də hesabdan çıxarışın əldə edilməsinin üsul və vasitələri haqqında bilgiləri “sayt”xxx əldə edə bilər.
2.20. Bankla Müştəri arasında Hesabın kreditləşdirilməsi haqqında əlavə razılaşma yoxdursa, Bank Müştərinin Hesabı üzrə əməliyyatları, Hesabdakı qalığ çərçivəsində müəyyən olunmuş ardıcıllıq qaydasında aparır. Ödəniş sənədinin məbləği Müştərinin Hesabındakı vəsait qalığından çoxdursa, Bank həmin ödəniş sənədini qanunvericiliklə müəyyən olunmuş ardıcıllıqla icra edir.
2.21. İmza və möhür nümunələri vərəqəsində birinci və (və ya) ikinci imzaya malik iki və ya daha xxx şəxsin imzası qeyd olunduğu hallarda, həmin imzaların istifadəsi qaydası bu oferta və (və ya) müştərinin ərizəsi ilə müəyyən edilir.
2.21. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa tələblərinə əsasən, Bank tərəfindən hesab üzrə birtərəfli qaydada əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması, bank hesablarının bağlanması (ləğv edilməsi) həyata keçirə bilər.
3. Tərəflərin hüquq və vəzifələri
3.1. Bankın hüquqları:
3.1.1. Bank xidmətlərinə görə müəyyən edilmiş Tariflərə birtərəfli qaydada dəyişiklik etmək.
3.1.2. Müəyyən edilmiş hallarda və qaydada ona ödənilməli xxxx pul vəsaitlərini (əsas borc, faiz, dəbbə pulu, xidmət haqqı və s.) müştərinin bütün valyutada xxxx hesablardandan və digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada silmək.
3.1.3 Kartdan qeyri-qanuni məqsədlərlə istifadə etməsi, limitlərin aşması, hesabında borcun yaranması və ya
«Müştəri» tərəfindən şərtlərə əməl olunmadığı aşkar olunduğu hallarda kartdan istifadə edilməsini və hesab üzrə əməliyyatları dayandırmaq və kartı “imtinalar siyahısı”na yerləşdirmək, ödəniş kartına xidməti ləğv etmək hüququna malikdir.
3.1.4. Bankın tarifləri ilə müəyyən edilmiş hallarda, ödəniş karta nağdsız mədaxil edilmiş vəsaitlərdən 1 (bir)
% xidmət haqqı tutula bilər.
3.1.5. Kartdan nağdlaşdırma zamanı 1(bir)%-dək komissiya və bankın tariflərinə uyğun olaraq digər komissiyalar tutula bilər.
3.1.6. Kart bankın mülkiyyəti hesab edilir. «Bank», hesabın təhlükəsizliyi və digər risklər baxımından birtərəfli qaydada «Müştəri»nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, kartın risk qrupunu (kart əməliyyatları üzrə müəyyən edilmiş məhdudiyyətlər qrupu) dəyişmək və kartın üzərində digər sərəncam vermək hüququna malikdir. Müştəri ərizəsi əsasında kart yenisi ilə əvəz oluna bilər.
3.1.7. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat günündən gec olmayaraq xxxx qaytarmaq.
3.1.8. Aşağıdakı hallardan biri və ya bir neçəsi baş verdikdə Bankın, Müştərinin bütün bank hesablarından və digər bütün əsaslarla ona çatası vəsaitlərdən xxxx kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komission haqları tutulmaq şərtilə akseptsiz qaydada silmək hüququna malikdir:
3.2. Bankın vəzifələri:
3.2.1.Müştərinin hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada konvertasiya etmək və bununla bağlı komisyon haqqlarını Müştərinin hesablarından akseptsiz qaydada silmək.
3.2.2. Müştəriyə Hesablaşma-xxxxx xidmətləri göstərmək:
- Müştərinin Hesablarına daxil xxxx pul vəsaitini növbəti iş günündən gec olmayaraq (Qeyri-sağlam xarakterli əməliyyatlardan, o cümlədən çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadə cəhdlərindən qorunmaq məqsədilə qanunvericiliyə müvafiq olaraq əlavə sənədlərin təqdim olunmasının tələb olunduğu hallar istisna olmaqla) Hesablara mədaxil etmək və müştərinin müraciətinə əsasən bu barədə Müştəriyə məlumat vermək;
- Müştərinin təqdim etdiyi ödəniş sənədlərini Banka daxil olduğu günün ertəsi iş günündən gec olmayaraq icra etmək;
- Müştəriyə xxxxx xidmətləri göstərmək;
- Müştərinin Hesabından çıxarışları ona təqdim etmək;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq müştərinin Hesab üzrə verdiyi digər sərəncamlarını yerinə yetirmək;
3.2.3. Müştərinin Xxxxxx ilə bağlı istənilən sorgu və məktubları qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavablandırmaq;
3.3. Müştərinin hüquqları:
3.3.1. Kart vasitəsilə mal, iş, xidmətlərə görə hesablaşmalar aparmaq , bankomat (ATM) və POS-terminaldan nağd vəsait əldə etmək ;
3.3.2. Lazımi dövr üçün Bankın Tariflərinə uyğun haqq ödəməklə hesabdan əlavə çıxarış, eləcə də, Hesabdan vəsaitin silinməsinin düzgünlüyünü təsdiq edən sənədləri “Bank”xxx təqdim etməyi tələb etmək;
3.3.3. Bankın, Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olması, əmanətlərin sığortalanması şərtləri, kompensasiya ödənilməsini şərtləri və qaydaları barədə yazılı və şifahi sorğu ilə Banka müraciət etmək və ondan yazılı məlumat almaq.
3.3.4. Kartdakı risk qruplarının dəyişdirilməsi üçün «Bank»a müraciət etmək. Bu xxxxx xxxx risk qrupu üzrə daha az təhlükəsizliyə görə məsuliyyət Müştərinin üzərindədir.
3.3.5. Müştəri plastik kartın PİN-kodunu Bank filiallarındakı POS terminal və Unibank KB məxsus xxxx bankomatlar vasitəsi ilə dəyişdirə bilər. Bankomat vasitəsi ilə PİN kodun dəyişdirilməsi üçün Müştəri köhnə PİN-kodunu bilməlidir. PİN-kodunun dəyişdirilməsi müvafiq tariflər əsasında həyata keçirilir.
3.3.6. Kartın risk qrupu və əməliyyatların məhdudiyyətləri barədə bankın rəsmi saytında xxxxx olmaq.
3.4. Müştərinin vəzifələri:
3.4.1. Bankın Tariflərinə uyğun olaraq sığorta depoziti məbləğinin və müəyyən edilmiş limitlərin həddinə əməl etmək,əks təqdirdə isə cərimələri ödəmək.
3.4.2. Kart vasitəsilə bir qayda olaraq Hesabda xxxx pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft Bankla razilaşdırılmadan kartın balansında xxxx pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borсudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.
3.4.3. Kartın ödəniş qabiliyyətli olması üçün Hesabı nağd və ya nağdsız qaydada lazımi miqdarda pul vəsaiti ilə təmin etmək.
3.4.4. Hesabına daxil xxxx pul vəsaitlərini zərurət yarandıqda Bankın kommersiya məzənnəsinə uyğun qaydada Bank tərəfindən konvertasiya edilməsinə və bununla bağlı komisyon haqqlarının onun hesablarından akseptsiz qaydada silinməsinə əvvəlcədən öz razılığını bildirir.
3.4.5. Kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməlidir. Kartın itirilməsi, oğurlanması və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi halları aşkarlandıqda, kartın üzərində təhriflər edildikdə Bankı dərhal məlumatlandırmalıdır.
3.4.6. Yeni kart verildiyi halda, xxxx xxxxxx verilməsi ilə bağlı bütün xərcləri ödəmək.
3.4.7. Hesabda xxxx pul vəsaitindən hər hansı qeyri-qanuni məqsəd, o cümlədən çirkli pulların yuyulması (qeyri-xxxxxx xxxxx əldə edilmiş gəlirlərin leqallaşdırılması) və terrorizmin maliyyələşdirilməsi üçün istifadə etməyəcəyinə təminat vermək və buna görə məsuliyyət daşımaq.
3.4.8. Təqdim edilmiş mobil və digər əlaqə nömrələrinin dəyişildiyi təqdirdə Banka 2 (iki) təqvim günü ərzində məlumat vermək. Məlumat verilmədiyi təqdirdə bütün növ əməliyyatlara (internet üzərindən online, beynəlxalq köçürmələr, POS terminal, ATM və digər) görə məsuliyyət Müştərinin üzərindədir.
3.4.9. Bank tərəfindən istənilən zaman «Müştəri»nin kartını bloklaşdırmaq və ya karta xidmət göstərilməsini dayandırmaq, birdəfəlik, gündəlik, həftəlik və aylıq əməliyyat limitlərini dəyişmək,kartın risk qrupunu dəyişmək və kartın üzərində digər sərəncam vermək, kredit limitində dəyişiklik etmək səlahiyyətlərinə razılığını bildirir.
3.4.10. Kartla bağlı məlumatları əldə etmək üçün Bankın rəsmi saytı ilə mütəmadi olaraq xxxxx olmaq.
3.4.11. Bank tərəfindən hesaba səhvən köçürülmüş məbləğdən istifadə etməmək və bankı dərhal məlumatlandırmaq. Xxxxxx səhv daxil edilmiş pul vəsaitlərini ən geci növbəti əməliyyat ğünündən gec olmayaraq xxxx qaytarmaq.
3.4.12. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında,mobil nömrəsində və əvvəllər Banka təqdim edilmiş məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində Banka yazılı məlumat vermək.
4. Mübahisələrin həlli. Pretenziyalar
4.1. Tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qüvvədə xxxx qanunveriçiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
4.2. Müştəri hesab üzrə çıxarışda göstərilən əməliyyatlara, eləcə də əsassız silinmələrə etiraz etdikdə etiraz etdiyi əməliyyatın baş verdiyi tarixdən 89 (səksən doqquz) təqvim günü müddətində Banka yazılı qaydada pretenziya təqdim etməli və etirazını əsaslandırdığı halları pretenziyada göstərməlidir. Bu müddət ərzində pretenziya təqdim edilmədikdə və ya hesab üzrə çıxarışda göstərilən əməliyyatlara etirazın əsaslandırıldığı hallar pretenziyada göstərilmədikdə hesab üzrə çıxarışda göstərilən əməliyyatlar təsdiq olunmuş hesab edilir.
4.3. Göndərilmiş və ya təqdim olunmuş pretenziyalara cavab verilməsi müddəti onun alındığı tarixdən 45 (qırx beş) təqvim günü müəyyən edilir.
5. “SMS-BANKİNQ” xidmətinin göstərilməsi
5.1. Plastik kart vasitəsilə həyata keçirilən bütün əməliyyatlar və onların nəticəsində yaranan hesab qalığı barədə məlumatların əldə edilməsi üzrə xidmətlər Müştəriyə ödənişli olaraq Kart prosesinq mərkəzi vasitəsilə göstərilir. Bank bu xidmətdən istifadə etməyi Müştəriyə tövsiyyə edir və Müştəri “SMS-Bankinq” xidmətinə Banka müraciət etməklə istənilən vaxt qoşula bilər.
5.2. Bank bəyan edir ki, “SMS-Bankinq” xidmətinə qoşulmaq Müştəriyə onun plastik kartı vasitəsilə aparılan əməliyyatlar barədə məlumat əldə etmək və bununla da aparılmış əməliyyatın Müştərinin iradəsinə uyğun olub-olmadığını vaxtında müəyyənləşdirmək imkanı yaradır.
Elektron xidmətlər göstərilməsi haqqında
1.1. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar - şərtlərlə ilə yanaşı Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsini tənzimləyən Mobil Bankçılıqda yerləşdirilən qaydalar;
1.2.İstifadəçi- Bankın müştərisi xxxx və Mobil Bankçılıqda qeydiyyatdan keçmiş fiziki şəxs;
1.3. Bank – “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar cəmiyyəti;
1.4. Mobil Bankçılıq – Paroldan, və müəyyən olunmuş hallarda Asan imzadan istifadə etməklə İnternet vasitəsilə nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan proqramdır. Programa çıxış istənilən mobil operatorların abonenti xxxx istifadəçilərə verilir.
1.5. Mobil telefon SİM-kartı – İstifadəçi tərəfindən Banka bildirilmiş Mobil bankçılığa və ya Mobil bankçılığa və Asan imzasina xxxxx xxxx hər hansı mobil operatorunun sim kartıdır(nömrəsidir) ;
1.6. Xxxx Xxxx - Xxxxxxxxxxxxx şəxsi imzasının analoqu xxxx onun mobil telefon SİM-xxxxxx xxxxx rəqəmsal imzadır. Asan İmza ilə istifadəçinin şəxsiyyəti təsdiq olunur və sənədlərə rəqəmsal imza qoyulur.
1.7 Parol - Mobil Bankçılıqda qeydiyyatdan keçməsi nəticəsində İstifadəçi tərəfindən yaranmış bu proqrama daxil olub, nəzərdə tutulmuş əməliyyatları və sənədləri təsdiq etmək üçün istifadə olunan, İstifadəçinin eyniləşdirilməsini təmin edən rəqəmlərin ardıcıl toplusudur. Əməliyyatların və sənədlərin təsdiq edilməsi zamanı parol İstifadəçinin imzasının analoqu kimi qəbul olunur. Parol ilə təsdiq olunmuş sənədlər kağız daşıyıcıda xxxx İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;
1.8. Qeydiyyat yazısı – parolun daxil edilməsi nəticəsində açılan Mobil Bankçılıqda İstifadəçinin şəxsi səhifəsi;
1.9. Mobil cıhaz – İstifadəçiyə məxsus Mobil bankçılıq yüklənmiş mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cıhazdır.
1.10.Xxxx hesab- istifadəçinin hesabına daxil xxxx pul vəsaitlərinin qəbul edilməsi və hesab üzrə əməliyyatların aparılması üçün açılan bank hesabıdır;
1.11.Əmanət hesabı-əmanət müqaviləsinə əsasən istifadəçinin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılan bank hesabıdır;
1.12Ödəniş kartı- nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin alınması üçün istifadə edilən kartdır;
1.13. Tariflər –istifadəçiyə göstərilmiş xidmətlər müqabilində Bank tərəfindən birtərəfli qaydada müəyyən edilmiş İstifadəçi tərəfindən ödənilməli xxxx haqqdır. Tariflər Bankın xxx.xxxxxxx.xx saytında yerləşdirilır.
1.14. Şəxsiyyəti təsdiq edən sənəd – Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən olunur.
2. Elektron xidmətlər göstərilməsi
2.1. Elektron xidmətlər Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatların aparılması və sənədlərin təsdiqlənməsi təşkil edir.
3. Qeydiyyatdan keçmə qaydası.
3.1. İstifadəçi şəxsiyyətini təsdiq edən sənədi ilə ilk növbədə Bankın hər hansı filialına yaxınlaşmaqla, filialın əməkdaşı tərəfindən təqdim olunmuş sənədləri imzalayır və Bankın sistemində qeydiyyata alınır. Bundan sonra İstifadəçi Mobil Bankçılıqda “Filial vasitəsilə qeydiyyat kəçməsini” seçməklə filialda qeydiyyatdan keçdiyi zaman təqdim edilmiş mobil telefon nömrəsini müvafiq xanaya daxil edir. Mobil telefon nömrəsi düz qeyd olunduğu halda İstifadəçinin mobil telefon nömrəsinə bir dəfə üçün istifadəsi nəzərdə tutulmuş şifrə göndərilir. Şifrənin Mobil bankçılığın müvafiq xanasına daxil etdikdən sonra İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün parolu özü müəyyən edir.
4. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması.
4.1. Mobil bankçılıq vasitəsilə aşağıdakı əməliyyatlar aparıla və sənədlər imzalana bilər:
4.1.1. Xxxx və Əmanət hesablarının açılması, buna dair müvafiq sənədlərin, o cümlədən əmanət müqavilələrin, bank hesabları üzrə xidmət müqavilələrin imzalanması və yaxud da bu ofertanın qəbul (aksept) edilməsi;
4.1.2. Xxxx bank hesablarının bağlanması;
4.1.3.İstifadəçinin Xxxx hesablarından pul vəsaitinin xxxx və əmanət hesablara köçürülməsi(o cümlədən ödəniş kartından bank hesablara və bank hesablarından ödəniş kartlara);
4.1.4. Bank qarşısında xxxx xxxxxx borclarının ödənilməsi və kredit limitinin dəyişdirilməsi üçün müraciət edilməsi;
0.0.0.Xxxx hesablarından çıxarışları və İstifadəçinin rekvizitlərinin Bankın qüvvədə xxxx tariflərinə uyğun İstifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilməsi:
yoxdur
4.1.6. Ödəniş karlartının sifariş edilməsi. Bu zaman Mobil Bankçılıq vasitəsilə yalnız sifariş verilə bilər. Müvafiq sənədlər Bankın baş ofisində və ya filiallarında imzalanır.;
4.1.7. Ödəniş kartlarının risk qrupunun dəyişdirilməsi(Kreditin alınması, istifadə edilməsi və ödənilməsi üçün verilmiş, o cümlədən istifadəçisi eyniləşdirilməmiş ödəniş kartları istisna təşkil edir);
4.1.8.Ödəniş kartlarının bloka salınması və blokdan azad edilməsi. Bu zaman yalnız Mobil Bankçılıq vasitəsi ilə bloka salınmış ödəniş kartlar blokdan azad oluna bilər;
4.1.9. Pul vəsaitinin girovu ilə təmin edilmiş kredit müqavilələrin, pul vəsaitinin girov müqavilələrin və buna dair müvafiq sənədlərin imzalanması;
4.1.10. Təminatsız kreditlərin əldə edilməsi üçün sifariş verilməsi.
4.2. Müqavilələr və bu müqavilələrə aid digər sənədlər ASAN imza ilə təsdiqlənir. 5.Tərəflərin hüquq və vəzifələri
5.1. İstifadəçi öz üzərinə aşağıdakı öhdəlikləri götürür:
5.1.1. Mobil telefon SİM-katının və mobil cıhazının itməsi oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək.
5.1.2. Mobil telefon Sim-kartının və/və ya mobil cihazının itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması,üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə məlumatı dərhal Bankın 117 nömrəsinə zəng edərək məlumat vermək.
5.1.3. Bank tərəfindən tələb edildikdə Banka düzgün və təhrif olunmamış məlumatlar təqdim etmək. Müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında,mobil nömrəsində və əvvəllər “Bank”a təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində “Bank”a yazılı məlumat vermək.
5.1.4. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Yenilənmiş Qaydalar Mobil bankçılıqda yerləşdirdiyi gün müştəri tərəfindən onları qəbul edildiyi gün sayılır.
5.1.5. Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Qaydalara edilmiş dəyişikliklər Mobil bankçılıqda yerləşdirdiyi gün İstifadəçi tərəfindən onları qəbul edildiyi gün sayılır.
5.2. İstifadəçinin aşağıdakı hüquqları var:
5.2.1. Mobil Bankçılıq vasitəsilə nəzərdə tutulmuş əməliyyatları aparmaq və sənədləri imzalamaq;
5.2.2. Mobil bankçılıq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu və etiraz Bankın 117 nömrəsinə zəng etməklə vermək. Sorğu və etiraz əməliyyatın həyata keçirildiyi gündən yalnız 14(on dörd) iş günü ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Banka ünvanlanmış sorğular və etirazlar baxılmır və cavablandırılmır.
5.2.3. İstifadəçi Bankın mövcud və gələcəkdə təklif edəcəyi bütün növ elektron xidmətlərdən istifadə hüququnu əldə edir və elektron xidmətlərdən istifadə qaydaları İstifadəçi ilə Bank arasında ayrıca razılaşdırılacaq . Elektron xidmətlər haqqında ətraflı məlumatlar bankın internet səhifəsində (xxxxxxx.xx) əldə etmək olar.
5.3. Bank öz üzərinə aşağıdakı ödəlikləri götürür:
5.3.1. Məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində İstifadəçinin mobil bankçlılqda xxxx qeydiyyat yazınısını bloklaşdırmaq;
5.4. Bankın aşağıdakı hüquqları var:
5.4.1. Bankın qüvvədə xxxx tariflərinə uyğun İstifadəçinin hesablarından akseptsiz komisyon haqqını silmək.
5.4.2. Mobil Bankçılığa və Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalarına birtərəflik qaydada dəyişiklik etmək.
6. Sənədlərin hüquqi qüvvəsi.
6.1. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər kağız daşıyıcıda xxxx İstifadəçinin şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.
6.3. İstifadəçi qəbul edir ki, Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Mobil bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar, Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübutdurlar.
7. Məsuliyyət
7.1. İstifadəçi Xxxxx Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər-hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə, bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.
7.2. Mobil telefon SİM-katının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması,üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.
7.3. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı Xxxxxxxxxx tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.
7.4. Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.