Bankın hüquq və vəzifələri. aşağıdakılardır: 7.1.1. Bu Müqavilə üzrə hüquqlarını üçüncü şəxslərə ötürə bilər; 7.1.2. Gələcəkdə birtərəfli qaydada Kart üzrə verilmiş kredit xətti üzrə nağdlaşdırma əməliyyatı, həmçinin Kartla həyata keçirilən hər bir əməliyyat üçün limitlər müəyyən edə bilər; 7.1.3. Müştərinin şəxsiyyətini təsdiq edən sənədlərin vaxtı bitdikdə və Müştəri şəxsiyyətini təsdiq edən yeni sənədləri Banka təqdim etmədikdə, hesabı bloklaşdıra bilər; 7.1.4. Kredit xətti üzrə kreditlərin verilməsini dayandıra, habelə kredit xətti üzrə ayrılmış məbləği bu Müqavilədə nəzərdə tutulmuş qaydada azalda, artıra və yaxud bloklaşdıra, habelə birtərəfli qaydada hesab, kart və kredit xətti üzrə tarif və şərtləri dəyişdirə bilər.
Appears in 6 contracts
Samples: Loan Agreement, Cashback Debit Card Agreement, Cashback Debit Card Agreement